Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-424/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, tərcüməçi X1 iştirakları ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşamış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)- 12/2024 saylı hökmü ilə Azərbaycan Respublikasl Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə 02 (iki) il, 01 (bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhküm olmaqla həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanan, hazırda Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 04 saylı X3 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 04 dekabr 2023-cü il tarixdə saat 16:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən «Gənclik Moll» ticarət mərkəzinə alışveriş etmək üçün daxil olaraq aldığı ərzaq məhsullarının daşınması üçün təkərli səbət götürərək əl çantasını səbətə qoymuş və ərzaq malları seçərkən əl çantasının səbətdə olmadığını və çantanın içərisindən 300 manat pulunu, həmin dövrün rəsmi valyuta məzənnəsinə əsasən 88 manat 40 qəpikini (52 ABŞ dollarını), həmin dövrün rəsmi valyuta məzənnəsinə əsasən 56 manat 40 qəpikini (3.000 rus rublu), bir cüt 583 əyarlı, Rusiya istehsallı, qiyməti 800 manat olan qadın sırğalarını, qiyməti 100 manat olan İtaliya istehsalı ağ rəngli pul kisəsini oğurlayaraq ümumilikdə 1344 manat 80 qəpik məbləğində pul və əşyalarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən «Gənclik Mall Ticarət Mərkəzi»-nin birinci mərtəbəsində yerləşən «Bravo» mağazalar şəbəkəsində bir qadının alış-veriş etmək üçün təkərli səbətlə hərəkət etməsini və səbətdə pul kisəsinin olduğunu görmüşdür. Bundan sonra oğurluq etmək fikirinə düşmüş və səbətdə olan pul kisəsini gizlin oğurlamışdır. Daha sonra isə ticarət mərkəzindən çıxmış və pul kisəsinin içərisinə baxaraq içərisində 300 (2 ədəd 100 manatlıq əskinazlar və 2 ədəd 50 manatlıq əskinazlar) manat, 3.000 rus rublu, 52 ABŞ ( 2 ədəd 20-lik, bir ədəd onluq və 2 ədəd 1 dollar) dolları olan pulları götürərək özü üçün xərcləmiş, lakin pul kisəsində qızıl sırğa olduğunu görməmişdir. Bəlkə də sırğanın həmin pul kisəsində olduğunu, lakin görmədiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq qeyd etmişdir ki, maddi çətinlik çəkməsi səbəbilə zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı geri qaytara bilməmişdir. Son olaraq əməlindən peşman olmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 dekabr 2023-cü il tarixdə saat təqribən 16 radələrində alış-veriş etmək məqsədi ilə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən «Gənclik Mall Ticarət Mərkəzi»nə getmiş və ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən «Bravo» mağazalar şəbəkəsinə yaxınlaşaraq alış-veriş etmək üçün özü ilə təkərli səbət götürmüş və pul kissəsini səbətə qoymuşdur. Başı qarışıq olduğundan səbətdən naməlum şəxs ona məxsus pul kisəsinin içərisində 300 (2 ədəd 100 manat və 2 ədəd 50 manatlıq) manat, 3.000 rus rublu, 52 ABŞ (2 ədəd 20-lik, bir ədəd onluq və 2 ədəd 1 dollar) dolları, bir cüt 583 əyarlı, Rusiya istehsallı, qiyməti 800 manat olan qadın sırğalarını, qiyməti 100 manat olan İtaliya istehsallı güzdan ağ rəngli (pul kisəsini), qiymətsiz mənzil açarlarını və daxilində pul olmayan müxtəlif alış-veriş kartları oğurlanmışdır. Oğurluq zamanı cəmi 1344 manat 80 qəpik dəyərində ziyan dəyməsini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir və aralarında barışıq yoxdur. Təqsirləndirilən şəxsdən şikayətiçi olduğunu və barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs tərəfindən Nərimanov Rayon Polis idarəsinin 18-ci Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Nərimanov Rayonu ərazisində yerləşən “Gənclik Mall” ticarət mağazasında oğurluq hadisəsi baş vermişdir. Məhkəmədə tədqiq edilən “DVD” formatlı diskin yaddaşında olan görüntülərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Bravo” Supermarketdə alış-veriş üçün nəzərdə tutulmuş səbətə yaxınlaşaraq səbətin içərisindən bir ədəd ağ rəngli pul kisəsini götürərək həmin marketdən uzaqlaşır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəstəxanasına ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsi ilə təqsirli bilinərək 03 il 11 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun cəzası himayəsində olan övladı 08 yaşına çatanadək təxirə salınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun cəzası himayəsində olan övladı 08 yaşına çatanadək təxirə salınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və onun cəzası himayəsində olan övladı 08 yaşına çatanadək təxirə salınmışdır. Bakı Ağır Cinayətlər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.3, 234.1, 326.1, 326.2-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə ilə Bakı Ağır Cinayətlər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə təqsirli bilinmiş olduğu CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.2-ci maddəsinə tövsüf edilmiş və onun cəzası 07 ilə endirilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-178/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-12/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il, 01 (bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qətimkan tədbirinin nəzərə alınması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Nizami Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməməsi, həmçinin vurmuş olduğu maddi ziyanı ödəməməsi, onun əvvəllər də mülkiyyət əleyinə cinayət əməlləri törətməklə azadlıqdan məhrumetmə cəzasına dəfələrlə məhkum olunmasına baxmayaraq yenidən cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli, ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrumetmə cəzaları onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlməli və bu halların şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətdə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-12/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdam məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və 1(009)-178/2023 saylı hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və həmin hökm üzrə çəkilməmiş 01 ay, 25 gün müddətinə azadlığın məhdulaşdırılması cəzası bir gün iki gün hesabı ilə 28 gün müddətinə azadlıqdan məhrumetməyə bərabər tutulmaqla, ümumilikdə 01 (bir) ay, 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 08 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işinə əlavə edilmiş oğurluq hadisəsinin əks olunduğu 01 ədəd CD disk maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-12/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 1(007)-12/2024 saylı hökmü üzrə şübhəli şəxs qismində xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və 1(009)-178/2023 saylı hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və həmin hökm üzrə çəkilməmiş 01 ay, 25 gün müddətinə azadlığın məhdulaşdırılması cəzası bir gün iki gün hesabı ilə 28 gün müddətinə azadlıqdan məhrumetməyə bərabər tutulmaqla, ümumilikdə 01 (bir) ay, 02 (iki) müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 04 (dörd) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-424/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-424/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver