Məhkəmə qərarları › İş №1(005)-424/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-424/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-424/2025 11.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadı Mircəlal Mirşamil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 13 yanvar 2026-cı il tarixdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar tətbiq edilməklə cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, həbs olunana qədər ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz adlanan yerdə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, bərəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və vaxtda naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,212 qram, 0,202 qram, 0,115 qram, 0,128 qram və 0,045 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,702 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,052 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib 04 avqust 2025ci il tarixdə Nərimanov rayonu, Ə.Rəcəbİi küçəsi 18 ünvanının qarşısınadək üzərində saxlamaqla daşımış və 04 avqust 2025-ci il tarixdə saat 19:00-da inzibati ərazidə xidmət aparan ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4 yerləşən Nərimanov RPİ- n in 17-ci PŞ-nə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı “Keno” yazısı olan siqaret qutusunun içərisindən 05 ədəd ağ rəngli kağıza bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,212 qram, 0,202 qram, 0,115 qram, 0,128 qram və 0,045 qram, ümumilikdə təmiz çəkisi 0,702 qram olan ağ rəngli, kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,052 qram olan qəhvəyi rəngli, toz şəkiİİi maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz adlanan yerdə yerləşən nömrəsiz fərdi yaşayış evində anası ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmuşdur. Xeyli müddətdir ki, "patı" kimi tanıdığı psixotrop maddə metamfetamindən və "kakos“ kimi tanıdığı narkotik vasitə heroindən istifadə edir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında psixotrop maddə və narkotik vasitə satdığını bildiyi, lakin tanımadığı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ondan 50 manat müqabilində 05 büküm “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və 01 büküm “kakos” kimi tanıdığı narkotik vasitə heroin almaq üçün razılaşdıqdan sonra həmin şəxsə 50 manat pul göndərmiş, həmin şəxs də ona onların qoyulduğu ünvanı göndərmişdir. O, da həmin şəxsin göndərdiyi ünvana əsasən Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ünvanda yerə qoyulmuş içərisində 05 büküm “patı" kimi tanıdığı psixotrop maddə metamfetamin və 01 büküm “kakos” kimi tanıdığı narkotik vasitə heroini götürmüşdür, götürən vaxt da həmin psixotrop maddələr və narkotik vasitə 06 büküm idi, o da götürdüyü formada onları siqaret qutusunun içərisinə qoymuşdur ki, istifadə etsin. Bundan sonra həmin gün, yəni xx.xx.2025ci il tarixdə saat 19 radələrində Nərimanov rayonu, Ə.Rəcəbİi küçəsi 18 ünvanının qarşısında olan zaman PPXB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra onun anket məlumatları, işi, məhkumluğu, hansı ünvanda yaşaması haqqında bəzi suallar vermişdirlər. O, polis əməkdaşlarının ondan şübhələndiklərini və problem yaranacağını düşünərək onlardan uzaqlaşmaq istədikdə polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onlar birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-ə getmiş və orada şəxsiyyəti müəyyən edilmişdir. Bundan sonra Nərimanov rayon ərazisi üzrə fəaliyyət göstərən «Yusifbəyli və Partnyorları» Vəkil Bürosundan dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuşdur. Vəkillərin siyahısı ilə tanış olmuş, bu barədə ərizəsi alındıqdan sonra dəvət olunmuş vəkil X3 ona bir daha hüquq və vəzifələrini izah etmişdir. Daha sonra həmin şöbənin təhqiqatçısı, polis kapitanı Elnur Məcidov tərəfindən üzərində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Honor" markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən isə üzərində "Keno” yazılan siqaret qutusunu, siqaret qutusunun içərisindən isə 05 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan "patı" kimi tanıdığı psixotrop maddə metamfetamini, 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan ”kakos” kimi tanıdığı narkotik vasitə olan heroini, 01 ədəd ağ kağıza bükülmüş bükümdə olan limon duzunu, 01 ədəd qara rəngli kiçik borucuğu, 01 ədəd üzərində “Novokain” yazılan içərisi boş və yarımçıq olan kiçik şüşə qabı və 01 ədəd içərisi boş olan gümüşü rəngli qatlanmış folqa kağızını təqdim etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş qeyd edilənlərin hamısı zərfə qoyulub, qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndəriləcəyi və tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona izah olunmuşdur. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Bundan sonra üzərində axtarış aparılsa da, başqa qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsində guya ki, həmin maddələri satmaq məqsədilə üzərində saxladığını bildirməsi ilə bağlı göstərilən xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, heç həmin ifadəni oxumamışdır. Müstəntiq təqdim etdiyi üçün imzalamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sadəcə şəxsi ehtiyacı üçün istifadə etmişdir. Üzərindən aşkar edilmiş limon duzunu isə maddənin təsirini artırmaq məqsədilə istifadə etmişdir. Novokain yazılan şüşə qabı da həmin maddəni hazırlamaq məqsədilə istifadə etmişdir. Qeyd olunanları nəzərə alaraq, əməlinə düzgün hüquqi qiymət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 04 avqust 2025-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbİi küçəsində Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə xidmətdə olan zaman orada dayanan və şübhəli hərəkətlərinə görə diqqətlərini çəkən şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsə anket məlumatları, iş yeri, əvvəllər məhkum olub-olmaması və harada yaşaması barədə suallar verərək onun şəxsiyyətini müəyyənləşdirməyə çalışmışlar. Bu zaman həmin şəxs onların suallarından yayındığı üçün bu onlarda daha da şübhə yaratmışdır, buna görə də həmin şəxsi Nərimanov RPİ-nin 17-ci PŞ- yə dəvət etmişlər. Həmin şəxs də heç bir müqavimət göstərmədən onlarla Nərimanov RPİ-nin 17-ci PŞ-yə getmişdir. Onlar həmin şəxsi şəxsiyyətinin müəyyən edilməsi üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nin Növbətçi Hissəsinə təhvil vermişlər, bu zaman həmin şəxsin xx.xx.1995-ci təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bu barədə şöbə rəisinə raportla məruzə etmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərində psixotrop maddə və narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nin xidməti otaqların birində polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elnur Məcidovun və 25 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü surətdə üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “Honor” markalı mobil telefon, sol yan cibindən isə üzərində “keno” yazılan siqaret qutusunu, siqaret qutusunun içərisindən isə 05 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddəni, 01 ədəd ağ rəngli kağız bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər maddəni, 01 ədəd ağ kağıza bükülmüş bükümdə olan limon duzunu, 01 ədəd qara rəngli kiçik borucuğu, 01 ədəd içərisi boş olan gümüşü rəngli qatlanmış folqa kağızını çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin psixotrop maddə və narkotik vasitə olduğunu bildirmiş, daha sonra həmin maddələr qablaşdırılmaqla möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid1 eyni məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 04 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2025-ci il tarixdə, saat 19:00-dan hesab edilməklə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 avqust 2025-ci il tarixli protokoldan və əlavə edilmiş DVD diskə baxış keçirilməsi zamanı müəyyən olunur ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılmasından əvvəl barəsində axtarış və götürülmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sol cibindən bir ədəd KENO club adlı içərisində 6 ədəd 5 ədədinin içərisində kristal şəkilli kütlə 1 ədədinin içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan büküm, bir ədəd kağıza bükülmüş deməsinə görə limon duzuna oxşar kristal şəkilli maddə, bir ədəd qara rəngli kiçik borucuq, bir ədəd üzərində “Novokain” yazılmış içərisi boş və yarımçıq olan şüşə və bir ədəd kiçik içərisi boş olan qatlanmış folqa kağızı olan siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Sağ tərəfdə isə “Honor” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, əlavə başqa heç bir əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitəyə oxşar maddələr olan bükümlər və digər əşyalar oxşar maddə olan digər büküm və bir ədəd mobil telefon kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 219 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq üzərindən aşkar olunmuş bükümdə olan maddəni şəxsi istifadəsi üçün əldə etdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı psixi və ya fiziki zorakılıq tətbiq edilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 avqust 2025-ci il tarixli 3-16-16/2-6/2657/2025 nömrəli məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün N219” dairəvi möhür əksi, “(imza) Rzazadə” yazısı və imzalar olan zərfdəki üzərində “Keno Club” yazısı olan siqaret qutuda 6 (altı) ədəd kağız bükümdə, onlardan 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,212 qram, 0,202 qram, 0,115 qram, 0,128 qram, 0,045 qram, ümumi təmiz çəkisi 0,702 qram ağ rəngli kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,052 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd qara rəngli boruda metamfetaminin, üzərində “Novokain” yazısı olan şüşə ampulda heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin təmiz çəkisini və bükümdəki metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir, bir ədəd “gümüşü” rəngli kağız parça üzərində narkotik vasitələrin və psixotrop maddələrin izləri yoxdur, 1 (bir) ədəd bükümdə ağ rəngli xırda kristallardan ibarət maddənin tərkibində narkotik vasitələrin, psixotrop, güclü təsir edən və zəhərli maddələrin komponentləri yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-960/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən saat 19:00 dan hesablanmışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş tədqiqatlardan qalıq qalmış 0,012 qram narkotik vasitə heroin, 0,552 qram psixotrop maddə metamfetamin və üzərində metamfetamin və heroinin izləri olan bir ədəd qara rəngİi boru, üzərində “Novokain" yazısı olan şüşə ampul, 01 ədəd CD disk maddi sübut kimi tanınmış və hökm qanuni qüvvəyə minənədək AR DİN-in Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. 01 ədəd “Honor” markalı mobil telefon maddi sübut hesab edilməsə də, digər maddi sübutlarla birlikdə saxlanca təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2025-ci il tarixli 5007 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Diskə baxış keçirilməsi haqqında” 06 avqust 2025-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs üzərində keçirilmiş baxış zamanı qeydə alınmış video çəkiliş olan 01 ədəd CD diskə baxış keçirilmiş, baxış zamanı həmin diskdə bir ədəd faylın olduğu, faylda olan videogörüntünün 04 avqust 2025-ci il tarixli və 08 dəqiqə 51 saniyədən ibarət olduğu, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 polis şöbəsinin xidməti otaqların birində polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Honor” markalı mobil telefon, həmin şalvarının sol yan cibindən isə üzərində “Keno” yazılan siqaret qutusu, siqaret qutusunun içərisindən isə 05 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan ağ rəngli, kristal şəkilli maddələr, 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddə, 01 ədəd ağ kağıza bükülmüş bükümdə olan limon duzuna bənzər maddə, 01 ədəd qara rəngli kiçik borucuq, 01 ədəd üzərində “Novokain” yazılan içərisi boş və yarımçıq olan kiçik şüşə qab və 01 ədəd içərisi boş olan gümüşü rəngli qatlanmış folqa kağızı təqdim etdiyi, sorğu zamanı Təqsirləndirilən şəxs 05 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan ağ rəngli, kristal şəkilli maddələri “patı” kimi tanıdığı metamfetamin, 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan qəhvəyi rəngli tozşəkilli maddənin isə “kakos" kimi tanıdığı heroin və 01 ədəd ağ kağıza bükülmüş bükümdə olan limon duzuna bənzər maddənin isə limon duzu olduğunu bildirdiyi, baxış başa çatdıqdan sonra həmin bükümlərin, borucuğun, şüşənin, içi boş folqa kağızın və mobil telefonun 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürləndiyi müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 1(005)- 478/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət hesablanmaqla onun cəzasından 04 gün çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 13 yanvar 2026-cı il tarixli “amnistiya aktının tətbiq edilməsi barədə” qərardan görünür ki. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə elan edilmiş amnistiya aktı tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrinin ona məxsus olduğunu, lakin satış məqsədi ilə əldə etmədiyini, heç kimə satmadığını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2 qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Heroinin və metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. "Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli, 17 nömrəli Qərarı ilə təsdiq edilmişdir): Maddə 6.1: Məhkumun cəza çəkdiyi müddətdə onun üzərində aparılmış tibbi xarakterli məcburi tədbirlər barədə məlumat məhkum cəzaçəkmə müəssisəsindən azad edilməmişdən əvvəl müəssisənin müdiriyyəti tərəfindən məhkumun yaşayış yeri üzrə narkoloji tibb xidməti göstərən müəssisəyə göndərilir. Maddə 6.2: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin Şərtləri və Qaydaları”na uyğun olaraq cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan şəxslər məcburi müalicəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində davam etdirirlər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ: “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. İttiham orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və vaxtda naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 05 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,212 qram, 0,202 qram, 0,115 qram, 0,128 qram və 0,045 qram olmaqla, ümumilikdə təmiz çəkisi 0,702 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,052 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib 04 avqust 2025-ci il tarixdə Nərimanov rayonu, Ə.Rəcəbİi küçəsi 18 ünvanının qarşısınadək üzərində saxlamaqla daşımış və 04 avqust 2025-ci il tarixdə saat 19:00-da inzibati ərazidə xidmət aparan Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən o, Nərimanov rayonu, Ə.Rəcəbİi küçəsi 18 ünvanının qarşısında saxlanılaraq ünvan 4 yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı "Keno" yazısı olan siqaret qutusunun içərisindən 05 ədəd ağ rəngli kağıza bükülmüş ayrı-ayrılıqda çəkiləri 0,212 qram, 0,202 qram, 0,115 qram, 0,128 qram və 0,045 qram, ümumilikdə təmiz çəkisi 0,702 qram olan ağ rəngli, kristal şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,052 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, ********* nömrəli cinayət işinin materiallarının tədqiqi zamanı təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunun qeyd edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs əməlində satış faktını təsdiq edən hər hansı məlumata rast gəlinməmişdir. Sübutların qiymətləndirilməsi haqqında 10 oktyabr 2025-ci tarixli qərarda ibtidai araşdırma orqanı gəldiyi bu nəticəni əsaslandırarkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan cinayət əməlinin törədilməsi Təqsirləndirilən şəxs etirafedici ifadələri, şahid ifadələri, məhkəmə-ekspertiza rəyləri, eləcə də ilkin araşdırma zamanı toplanmış materiallar və işdə olan digər mötəbər sübutlarla təsdiq olunmuşdur. Aydın olmuşdur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa, təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ifadələrində narkotik vasitə və psixotrop maddələri öz istifadəsi üçün üzərində saxlamaqla daşıdığını göstərməsi özünü müdafiə etməsi kimi qiymətləndirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini, sonuncunun istehlakçı ilə razılıq əldə etməsinə dair sübutların mövcud olmadığı, narkotik və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər hallar icra edilmədiyi təqdirdə onun satış niyyəti ilə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edib daşıması kimi qiymətləndirsə də, obyektiv sübutların məcmusu, xüsusən Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə saxlamasını müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticənin əldə olunmaması, habelə dövlət ittihamçısının vəsatəti əsasında “Bakcell” və "xxxx" MMC-dən əldə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrinə daxil olan və göndərilən SMS mətnlərini əks etdirən məlumatlarda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmaması Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin ola biləcəyi ehtimalının mövcudluğunu təkzib edir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində 0,052 qram heroin və 0,702 qram metamfetamini əvvəlcədən tanımadığı lakin narkotik vasitə satdığını bildiyi şəxslə mobil telefon vasitəsilə əlaqə saxlayaraq şəxsi istifadəsi üçün 50 manat pulun müqabilində aldığını, həmin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini hazır şəkildə əldə etmiş və yuxarıda qeyd edilən ərazidə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisi – 0,052 qram, psixotrop maddə metamfetaminin çəkisi 0,702 qramdır. Bir sözlə, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün həyata keçirilmiş ilkin əməliyyat-axtarış tədbirinin kifayət etməmiş, belə məqsədin olmasını təsdiq edən başqa hallar və sübutlar, o cümlədən SMS mətnləri, yəni istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. (opioid və psixostimulyatorlar) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda onu satmaq niyyətinin olması işdə olan mötəbər sübutlarla müəyyən olunmadığından onun əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə etmə və saxlama kimi qiymətləndirilməlidir. Göstərilənlərlə əlaqədar onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Bu çərçivədə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş cinayət əməlinin xarakterinə gəldikdə, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən əməl, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cəmiyyətin sağlamlığı və mənəviyyatı üçün ciddi təhlükə yaradan əməllər sırasına daxil olmaqla obyekt olaraq ictimai təhlükəsizliyə qəsddən cinayət əməlidir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi fərdlərin həyatını və sağlamlığını təhdid etməklə yanaşı, cinayətkarlığın artmasına və sosial problemlərin dərinləşməsinə də zəmin yaradır. Məhkəmə, CM-nin 59-cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti cəza çəkdiyi dövrdə törətsə də, onun tərəfindən əvvəllər törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Lakin, şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, cəza təyin edərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən bütün məlumatları, narkomaniya xəstəliyindən əziyyət çəkməsini və məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alır. Bu hallar, onun islah olunmasının müəyyən çətinliklərlə üzləşə biləcəyini və cəmiyyətdən təcrid olunmadan davranışına effektiv nəzarətin təmin edilməsinin mürəkkəbliyini göstərir. CM-nin 234.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenum Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Bu səbəbdən məhkəmə şəxsin əməlində residiv müəyyən etməsə də, cəza çəkdiyi dövrdə yeni cinayət törətməsini şəxsini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Eyni zamanda, məhkəmə sözügedən cəzadan amnistiya aktı tətbiq edilməklə azad etmə halını da mütləq nəzərə alır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Məhkəmə, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkotik mühitlə əlaqələrini davam etdirməsi, onun cəmiyyətdən təcrid olunmadan, yalnız azadlığın məhdudlaşdırılması şəraitində islahının çətinliyini və dayanıqlı olmama ehtimalını artırır. Azadlıqdan məhrum etmə cəzası, bir tərəfdən, onu cinayətkar mühitdən təcrid edəcək, digər tərəfdən isə cəzaçəkmə müəssisəsi daxilində məcburi müalicə almaqla səhhətinin bərpasına və narkotik asılılığından xilas olmasına real imkan yaradacaqdır. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyini, törədilmiş əməlin xarakteri və təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və təqsirləndirilən şəxsin narkotik asılılığının islah prosesinə potensial mənfi təsirini nəzərə alaraq, CM-nin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından amnistiya aktı tətbiq edilməklə cəzadan azad edilmişdir. Odur ki, həmin hal cəza təyin edilərkən nəzərə alınmalıdır. Cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə uyğun olaraq ümumi rejimli müəyyən edilməlidir. Eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 21-ci bəndinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-nin 93.1.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilir. Həmçinin, Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında" Qərarının 19-cu bəndində də anlaqlı vəziyyətdə olan, lakin narkomaniyadan əziyyət çəkən və məcburi müalicəyə ehtiyacı olan şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, məcburi müalicənin cəzanı icra edən müəssisə tərəfindən təmin edilməsi göstərilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və təyin edilmiş məcburi müalicə onun cəza çəkəcəyi cəzaçəkmə müəssisəsində həyata keçirilməlidir. Bundan əlavə, narkotik asılılığın gələcəkdə törədə biləcəyi əlavə fəsadların və yeni cinayətlərin qarşısının alınması üçün təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində Müvəqqəti Saxlama Kamerasında saxlanılan maddi sübut olan narkotik vasitənin qalığı – 0,012 qram heroin və 0,552 qram metamfetamin, o cümlədən üzərində metamfetamin və heroin izləri olan bir ədəd qara rəngli boru, üzərində “novokain” yazısı olan şüşə ampul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş “Honor” markalı mobil telefon maddi sübutu əhəmiyyət kəsb etmədiyindən sahibinə qaytarılmalıdır. . Ekspertiza tədqiqatının ümumi dəyəri 114 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə həmçinin vəkil tərəfindən göstərilmiş hüquqi yardımı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 70 iş saatına görə 770 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 04 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və məcburi müalicə cəza çəkdiyi müddət ərzində cəzanı icra edən müəssisə tərəfindən icra edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı– 0,012 qram heroin, psixotrop maddənin qalığı 0,552 qram metamfetamin və üzərində metamfetamin və heroinin izləri olan bir ədəd qara rəngİi boru, üzərində “Novokain" yazısı olan şüşə ampul hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut hesab edilməyən, lakin maddi sübutlarla bir zərfdə qablaşdırılmış 01 ədəd “Honor” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 114 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 70 iş saatına görə 770 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar