Məhkəmə qərarları › İş №1(005)-425/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-425/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-425/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəmetamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq 09 may 2023-cü il tarixdən 11 may 2023-cü il tarixədək olan müddətdə Abşeron rayonu Xırdalan şəhərində və Bakı şəhəri ərazisində şəxsiyyəti istintaqa məlum olmayan tanışı Elçin adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 1,566 qram olan psixotrop maddəmetamfetamini əldə edib, özü ilə gəzdirdiyi ona məxsus əl çantasında saxlayaraq 11 may 2023-cü il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən «Alba» hotelin qarşısına daşımış və narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək, Nərimanov RPİ-nin 17- ci Polis şöbəsinin əməkdaşları tərəfindən həmin ünvanda saxlanılaraq, ünvan 2v RPİ-nin 17-ci Polis şöbəsinin inzibati binasına gətirilib üzərində və şəxsi əşyalarında şəxsi axtarış aparılarkən əlində saxladığı «Goforit» yazısı ilə olan qara rəngli çantanın içindən psixotrop maddə metamfetamin izləri ilə olan 01 ədəd «Constant» markalı elektron tərəzi, həmin çantanın içərisindəki qara rəngli pul qabından 03 ədəd bükümdə təmiz çəkisi 0,099 qram, təmiz çəkisi 1,082 qram, təmiz çəkisi 0,385 qram, ümumi təmiz çəkisi 1,566 qram ağ rəngli, kristalşəkilli, kimyəvi tərkiblərinə görə eynilik təşkil edən psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. Şəxsi axtarış zamanı üzərindən götürülmüş metamfetamin onun özünə məxsusdur, həmin metamfetamini özü qəbul etmək üçün Elçin adlı şəxsdən qramını 45 manatdan almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə metamfetamin olsa da çanta və elektron tərəzi olmamışdır. Əvvəllər Suraxanı rayonu, Suraxanı qəsəbəsi, 14 iyul küçəsində Elçin adlı şəxsdən psixotrop maddə almışdır. Narkotik vasitəni Elçin adlı şəxsdən “WhatsApp” sosial şəbəkə vasitəsilə danışıb onun verdiyi koda pul köçürüb sonra dediyi ünvandan gedib götürmüşdür. Heç vaxt narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Gün ərzində bir qram metamfetamin istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində metamfetamin olmuşdur. Metamfetamini iki bükümdə almışdır. Şəxsi istifadəsi üçün özü metamfetamini bölərək üç büküm halına gətirmişdir. Sonda onun narkotik vasitənin satışı məşğul olmamaşdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 16 radələrində polis nəfəri Şahid1 ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi-2/1 ünvanında xidmətdə olarkən həmin ünvanda yerləşən «ALBA» hotelin qarşısında bir nəfər şəxsin yüksək səslə nalayiq ifadələr işlədərək hərəkət etdiyini görüb onu saxlamışlar və ictimai yerdə nalayiq ifadələr işlətdiyinə görə barəsində tədbir görülməsi üçün ərazi üzrə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsinə aparmaq məqsədi ilə onu avtopatrula əyləşdirmişlər. Polis şöbəsinə gələrkən yolda həmin şəxs bildirmiş ki, əlində tutduğu çantada narkotik vasitə vardır. Onlar həmin şəxsi 17-ci PŞ-nə gətirib şöbə rəisinin adına raport yazaraq şöbəyə təhvil vermişlər. Şöbədə yoxlama zamanı məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra vəkilin iştirakı ilə Faiqin üzərinə axtarış keçirilmiş, axtarış zamanı Faiq ona məxsus çantanın içindən psixotrop maddəyə bənzər maddəni, bir ədəd elektron tərəzini. Faiqin çantasından 3 ədəd büküm aşkar olunmuşdur. Faiq bildirmişdir ki, həmin bükümlərdəki metamfetamindir və Elçin adlı şəxsdən almışdır. Faiqin çantasından götürülmüş 03 ədəd kağız bükümlər içindəkilərlə birlikdə və elektron tərəzi boş zərfə qablaşdırılmışdır. Zərfin üzərində qeydlər aparılmaqla iştirakçılar tərəfindən imzalanıb və zərf möhürlü kağızla kleyləndikdən sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid1 Şahid2ov oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan üzərində «Goforit» yazısı olan qara rəngli əl çantasını təqdim edərək orada psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin çantanın içərisində olan «Constat» yazısı ilə markalanmış elektron tərəzi, bir ədəd qara rəngli pul qabı,bir ədəd ağ rəngli cərəyanötürücü cihaz, bir ədəd ezolent, bir ədəd USB kabeli, bir ədəd gümüşü rəngli folqa, üç ədəd qayçı, bir ədəd gümüşü rəngli qolbağı, bir ədəd qayka açarı, bir ədəd alışqan və bir ədəd biz aşkar edilmişdir. Çantadan aşkar edilmiş qara rəngli pul qabı açıldıqda içərisindən iki ədəd şəffaf rəngli sellofan bükümlər və bir ədəd qızılı rəngli kağızdan olan büküm aşkar edilmişdir. Bükümlərə baxış keçirilərkən orada ağ rəngli kristalşəkilli kütlələrin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələr psixotrop maddə olan metamfetamindir, şəxsi istifadəsi üçün orada saxlayır. Həmçinin təqsirləndirilən şəxs bildirmişdir ki, çantasından aşkar edilmiş 1 ədəd elektron tərəzini narkotik vasitə və psixotrop maddələri əldə edərkən aldadılmaması üçün çəkilərini müəyyən etmək məqsədi ilə çantasında saxlayır.Bundan sonra əynində olan üst geyim paltarları, ayaqqabısı polis, əməkdaşları tərəfindən yoxlanılmış və hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşları onun əl çantasından aşkar edilmiş tərəzi və psixotrop maddə olan metamfetamin bükümlərini zərfə qablaşdırıb 219 saylı möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli, 6/2750 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №219” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” və s. soyadlar, imzalar olan zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,099 qram, 1,082 qram, 0,385 qram, ümumi təmiz çəkiləri 1,566 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Həmin zərfdəki “Constant” markalı elektron tərəzi üzərində psixotrop maddə metamfetaminin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə təqdiqatın aparılması mümkün olmamışdır. Aparılmış ekpsertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-705/2023 nömrəli, 13 may 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. “01 ədəd diskin yaddaşında olan görüntülərə baxış keçirilməsi və danışıqların dinlənilməsi haqqında” 20 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan üzərində «Goforit» yazısı olan qara rəngli əl çantasını təqdim edərək orada psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin çantanın içərisində olan «Constant» yazısı ilə markalanmış elektron tərəzi, bir ədəd qara rəngli pul qabı,bir ədəd ağ rəngli cərəyanötürücü cihaz, bir ədəd ezolent, bir ədəd USB kabeli, bir ədəd gümüşü rəngli folqa, üç ədəd qayçı, bir ədəd gümüşü rəngli qolbağı, bir ədəd qayka açarı, bir ədəd alışqan və bir ədəd biz aşkar edilmişdir. Çantadan aşkar edilmiş qara rəngli pul qabı açıldıqda içərisindən iki ədəd şəffaf rəngli sellofan bükümlər və bir ədəd qızılı rəngli kağızdan olan büküm aşkar edilmişdir. Bükümlərə baxış keçirilərkən orada ağ rəngli kristalşəkilli kütlələrin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlələr psixotrop maddə olan metamfetamindir, şəxsi istifadəsi üçün orada saxlayır. Həmçinin təqsirləndirilən şəxs bildirmişdir ki, çantasından aşkar edilmiş 1 ədəd elektron tərəzini narkotik vasitə və psixotrop maddələri əldə edərkən aldadılmaması üçün çəkilərini müəyyən etmək məqsədi ilə çantasında saxlayır.Bundan sonra əynində olan üst geyim paltarları, ayaqqabısı polis, əməkdaşları tərəfindən yoxlanılmış və hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşları onun əl çantasından aşkar edilmiş tərəzi və psixotrop maddə olan metamfetamin bükümlərini zərfə qablaşdırıb 219 saylı möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. “Maddi sübut hesab etmək haqqında” 20 may 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs götürülmüş psixotrop maddə 03 ədəd bükümdə müvafiq olaraq təmiz çəkiləri 0,099 qram, 1,082 qram, 0,385 qram, ümumi təmiz çəkiləri 1,566 qram ağ rəngli kristalşəkilli kimyəvi tərkiblərinə görə eynilik təşkil edən psixotrop maddə-metamfetamin, psixotrop maddə izləri olan “Constant” markalı elektron tərəzi, şəxsi axtarış və götürmənin videogörüntüləri ilə olan 01 ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilərək məhkəmə hökmünə qədər saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsinə və 01 ədəd diskin isə cinayət işi materiallarına əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji X4 Şəxsi Ambulator X1 15 may 2023-cü il tarixli, 2932 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 27 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan (i.v 113-114) "Bakcell” MMC-dən təqdim edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 01:01-də ***-***-**-** mobil nömrə istifadəçisindən “Qaqaş senin qadan alım axı meni demişdin axı lomkada qoymuyasan.Gelirsen qaqaş”, saat 01:48-də “Qaqaş 25 hazırdı”, 02:11-də “Karta atım yoxsa em10a”, saat 03:18-də “Malış bu ne hereketdisene o qeder soz dedim deyirem lomkadan oluram axı”, saat 09:15-də “Malış hara çatırsan”, “5 manatlıq daş lazımıydı”, xx.xx.2023-cü il tarixdə, saat 15:35-də “Malış naqayrım men oluram axı lomkadan”, xx.xx.2023-cü il tarixdə, saat 01:41-dən “Qaqa sen hansı terefdesen gelim sene deyeceklerim var”, xx.xx.2023-cü il tarixdə, saat 01:00-də ***-***-**-** mobil nömrə istifadəçisindən “Ay malış burda hec 3 yoxdiye ata”, saat 02:36-da “Deyireki tez gelsen yaxshı kimende pul duzeldim sora gec olmasında gec olanda pul duzelde bilmiremde tez gel”, xx.xx.2023-cü il tarixdə, saat 03:12-də “Malısh bashiva donum onun cekisin duz ele dosdumucun gotururem biyabir olmayim birazda daş qoy” mezmunlu smslər daxil olmuşdur. “Maddi sübut hesab etmək haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək aparılmış əməliyyatların izahlı qaiməsi köçürülmüş 01 ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni 11 may 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3.), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş psixotrop maddənin qalığı - 1,446 qram çəkidə metamfetamin və psixotrop maddə metamfetaminin izləri olan “Constant” markalı 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 110 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı - 1,446 qram çəkidə metamfetamin və psixotrop maddə metamfetaminin izləri olan “Constant” markalı 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 110 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar