Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-425/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Medleks Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Respublika Olimpiya Mərkəzində müdir müavini işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 18 fevral 2024-cü il tarixdə, saat 19:21 radələrində “ B İ , B, C l , C” kateqoriyalı, BB seriyalı, 708021 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi X9ma məxsus texniki cəhətdən saz vəziyyətdə olan, ağ rəngli “X29” markalı, 90- HT-720 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə üzü Koroğlu Rəhimov küçələrinin kəsişməsi istiqamətində 5 km/saat sürətlə hərəkət edərək geriyə dönmə əməliyyatı edərək F.X.Xoyski küçəsinə daxil olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən yolayrıcına sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməli olduğu halda qanunun bu tələblərinə əməl etməyərək, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsinə daxil olarkən hərəkətdə olduğu yolu piyada zolağı ilə sola doğru qaçaraq keçmək istəyən piyada X10 avtomobilin qabaq ön hissəsi ilə vuraraq yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Nuridə Həsənovanın ağır açıq kəllə-beyin travması, baş beynin sağ alın-gicgah-təpə payların hemorragik əzilməsi, sağ alın-gicgah-təpə-ənsə nahiyəsinin kəskin subdural hematoması, hər iki yan mədəciyin arxa buynuzuna, tentoriuma qansızma, “solda” ənsə sümüyünün kəllə əsasına keçən sınığı, pnevmasefaliya, sol baldır sümüyünün aşağı 1/3-nin yerdəyişən sınığı ilə nəticələnən xəsarətlər alaraq 12 iyun 2024-cü il tarixdə müalicə aldığı “Yeni Klinika” X25 ölümünə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs AR CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq Respublika Olimpiya Mərkəzində müdir müavini vəzifəsində işləyir. “Kia Sportage” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və “B1,B, C1,C” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. Həmin avtomobil qeydiyyat şəhadətnaməsi ilə anası X3 adınadır və anası avtomobili idarə etməyim üçün onun adına etibarnamə vermişdir. 18 fevral 2024-cü il tarixdə, təxminən saat 19:20 radələrində idarə etdiyi “Kia Sportage” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, X30 küçəsi ilə üzü Koroğlu Rəhimov küçəsinin kəsişməsi istiqamətində təxminən saatda 20 km/surətlə hərəkət etmiş və geriyə qayıtmaq üçün X30 küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsində geriyə qayıtmaq üçün olan yol ayrıcına daxil olmuş, X31 küçəsində yerləşən piyada keçidinə daxil olaraq hərəkətinə davam edən zaman anidən hərəkətdə olduğu yolu sağ tərəfdən sol tərəfinə doğru qaçaraq keçmək istəyən piyada qadın çıxmışdır. Həmin vaxt idarə etdiyi “Kia Sportage” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol ön hissəsi ilə adının sonradan X10 olduğunu öyrəndiyi piyadanı vurmuşdur. Zərbənin təsirindən Nuridə Həsənova asfaltın üzərinə yıxılmış və sonuncunun başı yolun kənarında olan səkiyə dəymişdir. O, tez avtomobili yolun kənarına verib saxlayıb yerə düşərək piyadaya yaxınlaşmış və piyadanın xəsarət aldığını görüb Təcili tibbi yardım xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra hadisə yerinə Təcili tibbi yardım avtomobili gəlmiş və həkimlər piyadanı avtomobilə qoyaraq X21 aparmışlar. O da X22 getmiş və xəstəxanada olan zaman məlum olmuşdur ki, baş vermiş hadisə zamanı X1-beyin travması və sol baldır sümüyünün xəsarətləri almışdır. Sonra polis əməkdaşları gəlmiş və o, hadisə barədə polis əməkdaşlarına məlumat vermişdir. X11 Tibbi Mərkəzdə həkimlər tərəfindən tibbi yardım göstərilsə də, sonuncun komadan ayılması mümkün olmamışdır. Buna görə də, Nuridənin ailə üzvlərinin istəyi üzrə xx.xx.2024-cü il tarixdə təcili tibbi yardım avtomobili ilə X8 aparmışlar. Orda da Nuridə Həsənovaya həkimlər tərəfindən tibbi yardım göstərilsə də, heç bir nəticə verməmişdir. Nuridə Həsənova baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərlə bağlı xx.xx.2024-cü il tarixdə saat 10:50 radələrində X6 ölmüşdür. O, ailəsi və Nuridə Həsənovanın qohumları ilə birlikdə sonuncunun meyitini Lənkəran rayonu Darquba kəndinə aparıb dəfn etmişlər. Nuridə Həsənovanın müalicə və dəfn xərclərini qarşıladığı üçün N.Həsənovanın ailə üzvlərinin onun barəsində heç bir şikayət və tələbləri yoxdur. O, idarə etdiyi avtomobillə vurub xəsarət yetirdiyi Nuridə Həsənovanı əvvəllər tanımamış, heç bir ədavəti olmamışdır. Hadisə baş verən zaman mən avtomobili təxminən 5 km sürətlə idarə etmişdir. O, ümumiyyətlə spirtli içki, siqaret, həmçinin narkotik və ya psixotrop maddələrdən istifadə etməmişdir. Nuridə Həsənova hərəkətdə olduğu yolda olan piyada keçidi ilə yolu qaçaraq keçən zaman anidən idarə etdiyi avtomobili qarşısına çıxdığı üçün o, piyadanı görə bilməmişdir. O, geriyə dönərək X30 küçəsinə daxil olarkən sağ tərəfdən gələn avtomobillərin ona yol verib-vermədiyinə baxdığı üçün piyadanın hərəkətdə olduğu yola daxil olmasını görə bilməmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında videokanfrans vasitəsilə zərəçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, X10 onun doğma anasıdır. X23 xx.xx.1977-ci ildə Lənkəran rayonu, Darquba kəndində anadan olmuşdur. Anası Nuridə rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi olaraq qadın gözəllik salonunda saç ustası kimi işləmişdir. Anası Nuridə 1998-ci ildə X28la ailə həyatı qurmuşdur. Həmin nigahdan o və bacısı Maya Həsənzadə dünyaya gəlmişdir. X28 törətmiş olduğu cinayət əməlinə görə hazırda həbsdədir. 18 fevral 2024-cü il tarixdə saat 23 radələrində bacısı Maya onunla əlaqə saxlayaraq anası Nuridənin mobil telefonuna zəng vuran zaman telefona polis əməkdaşlarının cavab verərək yol-nəqliyyat hadisəsi baş verdiyini, anası Nuridənin xəsarət aldığını bildirmişdir. Buna görə də, bir böyük kimi bu barədə dayıları Şahid demişlər. Dayısı Emin də polis əməkdaşları ilə əlaqə saxladıqdan sonra X21 gedərək anasının səhhəti ilə maraqlanmışdır. Onlar həmin gün anasını görmək üçün xəstəxanaya getməsələr də, mütəmadi olaraq dayısı Eminlə əlaqə saxladıqları üçün hadisədən məlumatlı olmuşlar. X24 anası Nuridə həkimlər tərəfində tibbi yardım göstərilmiş və anası almış olduğu xəsarətlərə görə əməliyyat olunmuşdur. Daha sonra ona məlum olmuşdur ki, 18 fevral 2024-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sportage” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoski küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsi istiqamətinə hərəkətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində olan piyada keçidində anası Nuridəni avtomobilin qabaq sol ön hissəsi vurmuş və nəticədə X23 xəsarət almışdır. Anası X11 Tibbi Mərkəzdə həkimlər tərəfindən tibbi yardım göstərilərək baş nahiyəsindən əməliyyat olunsa da, komadan ayılmadığı üçün anasını xx.xx.2024cü il tarixdə təcili tibbi yardım avtomobili ilə X8 aparmışlar. Orda da anasına həkimlər tərəfindən tibbi yardım göstərilsə də, heç bir nəticə verməmişdir. X23 baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərlə bağlı xx.xx.2024-cü il tarixdə saat 10:50 radələrində X6 ölmüşdür. Buna görə də, anasının meyitini Lənkəran rayonu Darquba kəndinə aparıb dəfn etmişlər. Anasının heç bir xəstəliyi olmamış, sağlam olmuşdur. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın aradan qaldırıldığını, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirib təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi olaraq ticarətlə məşğul olur. X10 onun doğma bacısıdır. X18 xx.xx.1977-ci ildə Lənkəran rayonu, Darquba kəndində anadan olmuşdur. Nuridə rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi olaraq qadın gözəllik salonunda saç ustası kimi işləmişdir. Nuridə 1998-ci ildə Şövqi Həsənovla ailə həyatı qurmuşdur. Həmin nagahdan onların iki qız övladı dünyaya gəlmişdir. Şövqi Həsənov törətmiş olduğu cinayət əməlinə görə hazırda həbsdədir. 18 fevral 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvanda olan zaman polis əməkdaşları onunla əlaqə saxlayaraq yolnəqliyyat hadisəsi baş verdiyini və bacısı Nuridənin xəsarət aldığını, təcili tibbi yardım avtomobili gələrək X19 Mərkəzə apardığını bildirmişdir. Bundan sonra o, X27 gedərək Nuridə ilə maraqlana zaman həkimlər ona Nuridəyə ilkin tibbi yardım göstərildiyini, sol baldır sümüyünün sınmasını, kəllə beyin travması aldığını, hazırda əməliyyat otağında olduğunu demişlər. Orada ona məlum olmuşdur ki, 18 fevral 2024-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sportage” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoski küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsi istiqamətinə hərəkətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində olan piyada keçidində bacısı Nuridəni avtomobilin qabaq sol ön hissəsi vurmuş və nəticədə Nuridə Həsənova xəsarət almışdır. O, xəstəxanaya gedən zaman sürücü Təqsirləndirilən şəxs və ailə üzvlərinin xəstəxanada olduğunu görmüşdür. X11 Tibbi Mərkəzdə həkimlər tərəfindən tibbi yardım göstərilərək baş nahiyəsindən əməliyyat olunsa da, komadan ayılmadığı üçün bacısını xx.xx.2024-cü il tarixdə təcili tibbi yardım avtomobili ilə X8 aparmışlar. Orda da Nuridə Həsənovaya həkimlər tərəfindən tibbi yardım göstərilsə də, heç bir nəticə verməmişdir. X18 baş vermiş yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərlə bağlı xx.xx.2024-cü il tarixdə saat 10:50 radələrində X6 ölmüşdür. Buna görə də, bacısının meyitini Lənkəran rayonu Darquba kəndinə aparıb dəfn etmişlər. Yol-nəqliyyat hadisəsini törətmiş Təqsirləndirilən şəxs X18nın müalicə və dəfn xərclərini qarşıladığı üçün sonuncunun barəsində heç bir şikayət və tələbləri yoxdur. Bacısının heç bir xəstəliyi olmamış, sağlam olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Yol- nəqliyyat hadisəsi yerinə baxışı keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsində, F.X.Xoyski küçəsində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, T 423/2024 saylı rəyində göstərilmişdir ki, N.T.Həsənovada ağır açıq kəllə-beyin travması, baş beynin sağ alın-gicgah-təpə payların hemorragik əzilməsi, sağ alın- gicgah-təpə-ənsə nahiyəsinin kəskin subdural hematoması, hər iki yan mədəciyin arxa buynuzuna, tentoriuma qansızma, “solda” ənsə sümüyünün kəllə əsasına keçən sınığı, pnevmasefaliya, sol baldır sümüyünün aşağı 1/3-nin yerdəyişən sınığı olmuşdur. Qeyd edilən xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən tarixdə, yəni xx.xx.2024-cü ildə baş vermiş yol- nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşın ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Təqdim edilmiş tibbi sənədlərə əsasən ölümə səbəb ağır açıq kəllə-beyin travması, geniş hematoma, beyin toxumasının zədələnməsi olmuşdur, bu səbəbdən də yetirilmiş xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə olması qənaətinə gəlinməlidir. İş üzrə Təqsirləndirilən şəxs barəsində 18 fevral 2024-cü il tarixdə saat 21:12-də sərxoşluq vəziyyətinin tibbi müayinəsi keçirilmiş, təqdim edilmiş 2/9135 nömrəli protokolda sonuncunun ayıq olması müəyyən edilmişdir. Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 24 aprel 2024-cü il tarixli, 8/887 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən tədqim olunmuş məlumatlara əsasən, “Kia Sportage” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. Cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Sportage” markalı, **- HT-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. İstintaq zamanı “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ 6-001 nömrəli Təhlükəsiz Şəhər görüntü kameralarının vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 19:21-dən saat 19:23-dək olan müddətdə qeydə alınan video görüntülərin götürülməsi üçün sorğu verilmiş və sorğu əsasında təqdim olunmuş 1 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024-ü il tarixdə saat 19:21:38-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə üzü Koroğlu Rəhimov küçəsi istiqamətinə hərəkətdə olan ağ rəngli “Kia Sportage” markalı avtomobilin geriyə dönmə əməliyyatı etmək F.X.Xoyski küçəsinə daxil olmaq üçün dayanması, həmin vaxt sağ tərəfdən gələn ağ rəngli “Fort Transizt” markalı avtomobilin dayanaraq “Kia Sportage” markalı avtomobilə yol verməsi, həmin vaxt yolun sağ kənarından sol tərəfinə bir nəfər piyada qadının piyada zolağına daxil olaraq qaçaraq yolu keçmək istəyən zamana “Kia Sportage” markalı avtomobilin hərəkət edərək geriyə dönmə əməliyyatı edərək X30 küçəsinə daxil olan zaman piyada qadını avtomobilin qabaq sol hissəsi ilə vurması, sonra “Kia Sportage” markalı avtomobilin sürücüsünün avtomobili yolun sağ kənarına verib saxlayaraq düşüb hadisə yerinə yaxınlaşması müşahidə olunmuşdur.. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində yol nəqliyyat hadisəsini törətmiş ağ rəngli “Kia Sportage” markalı avtomobilin idarə etdiyi “Kia Sportagee” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, 18 fevral 2024-cü il tarixdə, təxminən saat 19:20 radələrində radələrində idarə etdiyim “Kia Sportage” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, X30 küçəsi ilə üzü Koroğlu Rəhimov küçəsinin kəsişməsi istiqamətində təxminən saatda 20 km/surətlə hərəkət X30 küçəsi ilə Koroğlu Rəhimov küçələrinin kəsişməsində geriyə qayıtmaq üçün olan yol ayrıcına daxil olan zaman anidən hərəkətdə olduğu yolu sağ tərəfdən sol tərəfinə doğru qaçaraq keçmək istəyən piyada qadın çıxdığı üçün avtomobilin qabaq sol ön hissəsi ilə adının sonradan X10 olduğunu öyrəndiyi piyada qadını vurduğunu bildirmişdir. İş üzrə “Təhlükəsiz şəhər Xidməti” sistemindın alınmış 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; İşdə olan 36 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən və Nərimanov RPİ-nin DYPŞ-dən alınmış 06 avqust 2024-cü il tarixli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs məxsus BB-708021 saylı, B,C kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2024-cüi tarixdən xx.xx.2033-cü il tarixədək etibarlıdır, halı-hazırda aktivdir və hər hansı bir məhdudiyyət yoxdur. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Narkoloji Məkəzi” X15 alınmış xx.xx.2024-cü il tarixli, 1/xx/xx-8954 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini “Respublika Psixiatriya Xəstəxanası” X15 alınmış xx.xx.2024-cü il tarixli, 9719 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyini 2 nömrəli X2 alınmış xx.xx.2024-cü il tarixli, 1/3065 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1980-cı il təvəllüdlü, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 istintaq orqanına ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Onun barəsində heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Sübutların qiymətləndiriməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Kia Sportagee” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmış, videogörüntünün əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; İşdə olan müxtəlif fəxri fərman və diplomlardan görünür ki, Təqsirləndirilən şəxs idman sahəsi üzrə təltifləri olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CMin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 avqust 2022-ci il tarixli 8/1886 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə və kiçik elektrik nəqliyyat vasitələrinin sürücülərinə yol verməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: əməlindən peşman olmasını; zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X12 ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM- 56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı “Kia Sportagee” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - videogörüntünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - “Kia Sportagee” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-425/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-425/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver