Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-426/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Elnur Teymur oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, “Youtube" platformasında ‘'Kanal 13“ və “Laf TV" TV kanallarında yayımlanan videoçarxda X6, xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirdiyi konfansda çıxış edərək onun barəsində yalan və böhtan xarakterli fikirlər söyləmiş, xüsusi ilə ağır cinayətlər törətməkdə ittiham edərək böhtan atmış, şəxsi və işgüzar nüfuzunu ləkələmişdir. Bununla əlaqədar E.T.Məmmədov xüsusi ittiham qaydasında Bakı Hərbi Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 1-1(093)-161/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin şəxs verilmiş cəzadan nəticə çıxarmayaraq, islah olunmamış və azadlığa buraxıldıqdan sonra yenidən öz qanunsuz əməllərini davam etdirmişdir. Belə ki, “Youtube” platformasında “Hürriyyət TV” internet televiziya kanalında yayımlanan videoçarxda E T.Məmmədov xx.xx.2023-cü il tarixdə “Hürriyyət TV’-nin baş redaktoru və təsisçisi X4 iştirakı ilə keçirdiyi müsahibədə çıxış edərək mənim şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltmışdır. Belə ki, o, həmin videoçarxın 33:41-ci dəqiqəsində onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldacaq ifadələr işlətmişdir. “Hüquq İdarəsinin rəisi Elçin Əliyev üzə durandır, təsəvvürünüzə gətirin üzünə durmadığı adam yoxdur, bu adam Hüquq İdarəsində şöbə rəisi olub, bu adam orduya gələnə kimi Respublika Hərbi Prokurorluqunda xidmət edib, oradan da bunu rədd ediblər. Oradan da gedib Vergilər Nazirliyinə. İşləyib Vergilər Nazirliyində. Oradan təsəvvürünüzə gətirin tutub gətiriblər bizim orduya, ordumuzu düzəltmək üçün, tərsinə. Bu adamın fəaliyyəti var axı, prokurorluqda yarıtmayıb, vergilərdə yarıtmayıb, hər ikisindən qovublar. Gəlib indi də Azərbaycan Ordusuna. 2009-cu ildə yaş həddi ilə əlaqədar ordudan xaric olunub. Tərtər hadisələri dövründə təhqiqatın işinə rəhbərlik edib. 2019-cu ildə təxris olunduğu halda təzədən bunu çağırırlar. Bölmə rəisində uvolit olunub, qoyublar idarə rəisi. Elçin Əliyevi oradan rədd eləsinlər ora qoysunlar ağıllı başlı adam. Elçin Əliyev 3 ilə yaxındır İdarə rəisidir, on vərəqlik qanun layihəsini Milli Məclisə təqdim edə bilməyiblər. E.T.Məmmədov tərəfindən barəmdə edilən böhtan və təhqir xarakterli çıxışları “Youtube” platformasında “Hürriyyət TV" kanalında yayımlanmış və 11000 (on bir min) nəfər həmin videonu izləmişdir. E.T.Məmmədovun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi mövcuddur və buna görə də o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməlidir. E.T.Məmmədov mənim şərəf və ləyaqətimi nalayiq formada qəsdən alçaltdığından mənə mənəvi ziyan vurmuşdur. Bununla əlaqədar ona dəymiş mənəvi ziyana görə 20000 (iyirmi min) AZN pul kompensasiyası ödənilməlidir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsalar da, məhkəməyə gəlməmişlər, məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri tədqiq edərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs “Youtube” platformasında “Hürriyət TV” internet televiziya kanalında onun barəsində təhqir və ya böhtan xarakterli məlumatların yayımlanmasını qeyd edir. Məhkəmə hesab edir ki, “Youtube” platforması Azərbaycan Respublikasında qeydiyyatda alınmadığından, xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin yaşayış yeri üzrə baxılmalıdır. İş materiallarından görünür ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Elnur Məmmədov Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə məhkəmə yuxarıda sadalananları və qanunvericiliyin tələbləri baxımından hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti iş materialları ilə birlikdə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-426/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-426/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver