Məhkəmə qərarları › İş №1(005)-428/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-428/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-428/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – “Universal” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Laçın rayonunun Ərikli kəndində anadan olmuş, subay, natamam ali təhsilli, "xxxx", "xxxx" və “X49 Klubu” MMC-lərin direktoru, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmamış, Laçın rayonunun Ərikli kəndind qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən nömrəsiz fərdi evdə kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 313, 29,318-1.2.2, 29,318-1.2.3, 318-1.2.2 və 318-1.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah və sair şəxsi niyyətlə rəsmi sənəd və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmiş, vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə təkrarən şəxslərin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə Şahid2 tərəfindən təsis edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2/32 ünvanında yerləşən “Turan” Biznes Mərkəzinin 4-cü mərtəbəsində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla cəmiyyəti təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan və fəaliyyətinə faktiki rəhbərlik edən vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs xarici ölkələrə səfər etmək, orada yaşamaq, təhsil almaq və işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri onlar üçün qeyd edilən uzun müddətli viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra viza verilməsi üçün bilə-bilə yalan məlumatları sənəd və informasiya resurslarına daxil etməklə tamah niyyəti ilə hazırladığı sənədlər əsasında qanunsuz miqrasiyasını təşkil edərək qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə, rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, X23 işləmək üçün səfər etmək istəyən Zərərçəkmiş şəxs3 həmin ölkəyə getməsi üçün 1 illik viza alınmasında köməklik edəcəyinə dair yalan vəd vermiş, bu adla Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanında yerləşən “Turan” Biznes Mərkəzinin 4-cü mərtəbəsində fəaliyyət göstərən ofisində 2550 manat məbləğində pul vəsaitini alıb, Zərərçəkmiş şəxs3 tərəfindən 2022-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhərində yerləşən marketdən “Milliön” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərilmiş 629 manat məbləğində pul vəsaitini istintaqla müəyyən edilməyən tarix və yerdə məxaric etməklə sonuncunun ümumilikdə 3179 manat məbləğində pul vəsaitini ələ keçirib, qeyd edilən ofisdə istintaqla müəyyən edilməyən gündə tamah niyyəti ilə futbol idman növü ilə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqəsi olmayan, futbolla məşğul olmayan Zərərçəkmiş şəxs3 Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “veb saytı”nda futbolçu kimi fəaliyyət göstərməsi barədə məlumatları kompyuter avadanlığı vasitəsi ilə internet qlobal şəbəkəsinə qoşulmaqla “online” qaydada qeyd edilən informasiya resursuna daxil edib qeydiyyatdan keçirdikdən sonra eyni niyyətlə sonuncunun X12 Arizona Ştatında 19 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək keçiriləcək “Beynəlxalq Arias” futbol turnirində “X44 Club” MMC-nin futbolçu kimi iştirak edəcəyi barədə yalan məlumatlar əsasında tərəfindən tərtib edilmiş sənədləri 2023-cü ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə X12 Azərbaycan Respublikasındakı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 11 ünvanında yerləşən səfirliyinə təqdim etməklə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənən Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, əmək miqrasiyası, habelə, miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri pozmuş, həmin səfirlik tərəfindən viza verilməsindən imtina olunduğundan Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, həmin əməlləri ilə qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 məxsus 3179 manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlər və informasiya resurslarına biləbilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmiş və bir nəfər şəxsin vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa, 21 aprel 2022-ci il tarixdə Şahid2 tərəfindən təsis edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2/32 ünvanıda yerləşən “Turan” Biznes Mərkəzinin 4-cü mərtəbəsində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla cəmiyyəti təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan və fəaliyyətinə faktiki rəhbərlik edən vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs xarici ölkələrə səfər etmək, orada yaşamaq, təhsil almaq və işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri onlar üçün qeyd edilən uzun müddətli viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra viza verilməsi üçün bilə-bilə yalan məlumatları sənəd və informasiya resurslarına daxil etməklə tamah niyyəti ilə hazırladığı sənədlər əsasında qanunsuz miqrasiyasını təşkil edərək qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə, rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, X23 işləmək və yaşamaq üçün uzun müddətə səfər etmək istəyən Zərərçəkmiş şəxs1 həmin ölkəyə getməsi üçün 1 illik viza alınmasında köməklik edəcəyinə dair yalan vəd vermiş, bu adla Zərərçəkmiş şəxs1dən vahid niyyətlə əhatə olunan qəsdlə 2 yanvar 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, 534-cü məhəllə, ev 1 yaxınlığında 4500 manat məbləğində pul vəsaitini, həmin tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Four Seasons” adlı otelin yaxınlığında 6500 manat, ümumilikdə 11000 manat məbləğində pul vəsaitini ələ keçirib, qeyd edilən ofisdə istintaqla müəyyən edilməyən gündə tamah niyyəti ilə futbol idman növü və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqəsi olmayan, futbolla məşğul olmayan Zərərçəkmiş şəxs1ü Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “veb saytı”nda futbolçu kimi fəaliyyət göstərməsi barədə məlumatları kompyuter avadanlığı vasitəsi ilə internet qlobal şəbəkəsində “online” qaydada qeyd edilən informasiya resursuna daxil edib qeydiyyatdan keçirdikdən sonra eyni niyyətlə sonuncunun X12 Arizona Ştatında 19 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək keçiriləcək “Beynəlxalq Arias” futbol turnirində “X29 Club” MMC-nin futbolçusu kimi iştirak edəcəyi barədə yalan məlumatlar əsasında tərəfindən tərtib edilmiş sənədləri 2023-cü ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə X12 Azərbaycan Respublikasındakı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 11 ünvanında yerləşən səfirliyinə təqdim etməklə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənən Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, əmək miqrasiyası, habelə, miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri pozmuş, həmin səfirlik tərəfindən Zərərçəkmiş şəxs1ə 1 ildən az müddətə, işləmək və yaşamaq üçün xarici ölkəyə səfər etmək hüququ verməyən viza təqdim edildiyindən sonuncu X23 səfər etmədiyi üçün Zərərçəkmiş şəxs1ün Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, həmin əməlləri ilə qulluq mövqeyindən istifadə etməklə Alprarslan Öztürkə məxsus, xeyli miqdarda 11000 manat pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlər və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmiş və təkrarən bir nəfər şəxsin vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmişdir. Bundan başqa, 21 aprel 2022-ci il tarixdə Şahid2 tərəfindən təsis edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2/32 ünvanıda yerləşən “Turan” Biznes Mərkəzinin 4-cü mərtəbəsində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla cəmiyyəti təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan və fəaliyyətinə faktiki rəhbərlik edən vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs xarici ölkələrə səfər etmək, orada yaşamaq, təhsil almaq və işləmək niyyətində olan ayrı-ayrı çoxsaylı şəxsləri onlar üçün qeyd edilən uzun müddətli viza alınmasına köməklik göstəriləcəyi vədi ilə aldatmaq və etibarını qazandıqdan sonra viza verilməsi üçün bilə-bilə yalan məlumatları sənəd və informasiya resurslarına daxil etməklə tamah niyyəti ilə hazırladığı sənədlər əsasında qanunsuz miqrasiyasını təşkil edərək qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə, rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, X23 səfər etmək istəyən Zərərçəkmiş şəxs2, ona və X15 həmin ölkəyə getmələri üçün viza alınmasında, avia biletin, orada otel və digər xərclərinin qarşılanmasında köməklik edəcəyinə dair yalan vəd vermiş, bu adla vahid miyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 tərəfindən 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən marketdən “Milliön” ödəmə terminalı vasitəsi ilə istifadəsində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank kartına göndərilmiş 6800 manat məbləğində pul vəsaitini istintaqla müəyyən edilməyən tarix və yerdə məxaric edib, 4 yanvar 2023-cü il tarixdə ünvan 2 ünavnında yerləşən “Turan” Biznes Mərkəzində işlətdiyi ofisdə Gülçin Əkbərlidən 3000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 5100 manat pul məbləğində vəsaitini ələ keçirib, qeyd edilən ofisdə istintaqla müəyyən edilməyən gündə tamah niyyəti ilə futbol idman növü ilə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqəsi olmayan, futbolla məşğul olmayan, qeyd edilən cəmiyyətdə əmək fəaliyyəti ilə məşğul olmayan Zərərçəkmiş şəxs2 Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “veb saytı”nda menecer və Gülçin Əkbərlini isə media nümayəndəsi kimi fəaliyyət göstərməsi barədə məlumatları kompyuter avadanlığı vasitəsi ilə internet qlobal şəbəkəsində “online” qaydada qeyd edilən informasiya resursuna daxil edib qeydiyyatdan keçirdikdən sonra eyni niyyətlə Zərərçəkmiş şəxs2 və Gülçin Əkbərlinin X12 Arizona Ştatında 19 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək keçiriləcək “Beynəlxalq Arias” futbol turnirində Zərərçəkmiş şəxs2 “X44 Club” MMC-nin meneceri, Gülçin Əkbərlini isə media nümayəndəsi kimi iştirak edəcəyi barədə yalan məlumatlar əsasında tərəfindən tərtib edilmiş sənədləri 2023-cü ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə X12 Azərbaycan Respublikasındakı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 11 ünvanında yerləşən səfirliyinə təqdim etməklə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənən Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, əmək miqrasiyası, habelə, miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri pozmuş, həmin saxta sənədlər əsasında qeyd edilən səfirlikdən Gülçin Əkbərlinin adına viza almasına, həmin viza əsasında sonuncunun xx.xx.2023-cü il tarixdə “Bakı-Frankfurt- Çikaqo-Arizona” aviareysi ilə X2suz getməsinə nail olsa da, göstərilən səfirlik tərəfindən Zərərçəkmiş şəxs2 viza verilməsindən imtina olunduğundan sonuncunun Azərbaycan Respublikasından qanunsuz getməsini nəzərdə tutan cinayəti özünün iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, həmin əməlləri ilə qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus, xeyli miqdarda 11900 manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmiş, təkrarən vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlər və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmiş, təkrarən iki nəfər şəxsin vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etməyə cəhd etmiş, təkrarən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə bir nəfər şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Bundan başqa, 21 aprel 2022-ci il tarixdə Şahid2 tərəfindən təsis edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 1, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 2/32 ünvanıda yerləşən “Turan” Biznes Mərkəzinin 4-cü mərtəbəsində fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olmaqla cəmiyyəti təmsil etmək, onun adından qərarlar qəbul etmək, onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan və fəaliyyətinə faktiki rəhbərlik edən vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs qeyd edilən ofisdə istintaqla müəyyən edilməyən gündə tamah niyyəti ilə xarici ölkələrə səfər etmək, orada yaşamaq, təhsil almaq və işləmək niyyətində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş, futbol idman növü ilə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlaqəsi olmayan, futbolla məşğul olmayan, qeyd edilən cəmiyyətdə əmək fəaliyyəti ilə məşğul olmayan X24, X16, X5, X25, X17, X18, X33, X60, X53, X34, X9, X35, X3 Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “veb saytı”nda Kənan Qurbanovu klub meneceri, qalan şəxslərin hər birini futbolçu kimi fəaliyyət göstərmələri barədə məlumatları kompyuter avadanlığı vasitəsi ilə internet qlobal şəbəkəsində “online” qaydada qeyd edilən informasiya resursuna daxil edib qeydiyyatdan keçirdikdən sonra, eyni niyyətlə qeyd edilən şəxslərin X12 Arizona Ştatında 19 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixədək keçiriləcək “Beynəlxalq Arias” futbol turnirində Kənan Qurbanovun “X44 Club” MMC-nin meneceri, digər şəxslərin isə futbolçu kimi iştirak edəcəyi barədə yalan məlumatlar əsasında tərəfindən tərtib edilmiş sənədləri 2023-cü ilin dekabr ayının sonlarında istintaqla müəyyən edilməyən gündə X12 Azərbaycan Respublikasındakı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 11 ünvanında yerləşən səfirliyinə təqdim etməklə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənən Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getməsi, əmək miqrasiyası, habelə, miqrasiyaya dövlət nəzarəti və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində münasibətləri pozmuş, həmin saxta sənədlər əsasında qeyd edilən səfirlikdən göstərilən şəxslərin adına viza almasına, həmin vizalar əsasında xx.xx.2023-cü il tarixdə Bakı-Frankfurt-Çikaqo-Arizona aviareysi ilə X2suz getmələrinə nail olub, həmin əməlləri ilə təkrarən vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlər və informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmiş, təkrarən on üç nəfər şəxsin vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “X29 Club” MMC rəsmi olaraq ona məxsusdur və o, həmin MMC-nin direktorudur. MMC-nin tərkibində eyni adlı mini futbol klubu və “Futzal” istiqaməti ilə fəaliyyət göstərir. Klub öz nizamnaməsi ilə bütün vergilə ödəməklə və tam qanuni şəkildə fəaliyyət göstərir. Klubun nizamnaməsindən göstərilir ki, onlar şirkət olaraq müstəqil dünyanın hər bir yerində şirkətlər arası keçirilən yarışlarda iştirak edə bilərlər və buna o, rəhbər olaraq qərar verir. O, X30 üzv olduğuna görə mütəmadi olaraq onlara İspaniyadan, Portuqaliyada, Argentinadan və sair bir çox ödkələrdən dəvət gəlmişdir. “Arias” turnirində iştirakla onlara bizə dəvət gəldikdə həmin dəvətə qoşulmağı planlaşdırmışlar. Buna məqsəd qonorarlar almaq, yəni gəlir əldə etmək, eyni zamanda klubun səviyyəsini qaldırmaq üçün xarici turnirlərdə iştirak etməkləri zəruri olmuşdur. Ona dəstək lazım olduğu üçün Mini futbol federasiyasına müraciət etmişdir. Əvvəl razılıq almış və buna dair rəsmi məktub ona təqdim edilmişdir. O isə həmin məktubu Amerika Səfirliyinə elektron formada göndərmiş, məktubun özünü isə təqdim etməmişdir. Sonradan bir neçə şirkətlərə də müraciət etsələr də şirkətlər dəstək olmamışlar. Turnirdə iştirak etmə üçün xaricə 9000 ABŞ dolları məbləğində “kamplar” üçün ödəniş etmişlər. Daha sonra onlara futzal üzrə keçirilən turnir olmasına dair məktub gəlmişdir. Bununla bağlı o, təkrarən Mini Futbol Federasiyasına müraciət etmişdir. Futzal turniri olduğuna görə dəstək olmaqdan imtina edilmişdir. Daha sonra o, öz klubunu bu turnirə hazırlamağa başlamışdır. Müəyyən qədər pul toplanılmışdır. Klub tam olaraq könüllü toplanılmışdır və 20 nəfərdən ibarət olmuşdur. Ümumilikdə 20 min ABŞ dolları məbləğində pul toplanılmışdır. Bu pula düşərgədə qalmaq, gediş-dönüş biletləri, qidalanma və viza xərcləri daxildir. 20 nəfər Amerika Səfirliyinə müraciət etmişlər və səfirlikdə tək onunla yoxsa futbolçuların hər biri ilə ayrı-ayrılıqda söhbət edilməsi barədə sual verilmişdir. O, öz növbəsində hər bir futbolçu ilə ayrı-ayrılıqda söhbət edilməsini təklif etmişdir. Eyni zamanda o, futbolçulara 10 gün və ya iki həftəlik viza verilməsini xahiş etmişdir, çünki onlar ABŞ-a qısamüddətli getməyi planlamışlar. Daha sonra konsul hər biri ilə fərdi qaydada söhbət aparmışdır. Bu şəxslərdən iki nəfərə viza verilməmiş, onlardan biri menecer, biri isə klubun köməkçisi olmuşdur. Bununla bağlı o, maraqlananda araşdırma apardıqlarını və bu şəxslərdən birinin ikili vətəndaşlığının olduğuna görə getməyə münasib görülmədiyini, viza verməkdən imtina edildiyini öyrənmişdir. Bütün məsələləri Amerika Səfirliyi araşdırmışdır. Klub 13 yanvar tarixində turnirə getmişdir, kampda qaldıqları müddətdə baş məşqçi Əli Əliyev və köməkçi Şahin Mustafayev ona vatsap sosial şəbəkəsi vasitəsi ilə bildirmişlər ki, Argentinadan və digər ölkələrdən çox güclü komandalar var, eyni zamanda komandanın bəzi üzvləri hava şəraiti ilə əlaqədar səhhəti ilə problem yaşayır. Bundan əlavə onların vizalarının müddətinin bir ilədək uzadıldığını bildirmişlər. Daha sonra futbolçular turnirdə iştirak etməkdən imtina etmişlər. Bununla bağlı o, Amerika Səfirliyində futbolçuların deport olunması üçün müraciət etmişdir. Lakin nəticəsi olmamışdır. Sonradan o, pulların mənimsənilməsi ittihamı ilə həbs olunmuşdur. Burada heç bir mənimsəmə yoxdur, çünki şirkətlə qarşılıqlı razılıq əsasında xidmət göstərmişdir. O, qanunsuz miqrasiya təşkil etməmişdir. Həmçinin gedən şəxslərin heç biri xarici ölkəyə qanunsuz getməmiş, sənədləri qaydasında olmuş və onların heç birinin ölkədən çıxışa məhdudiyyət qoyulmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı müdafiəçi tələb etmişdir. Müdafiəçi ilə tələb olunduqdan sonra ifadəsini oxumuş və imzalamaqdan imtina etmişdir. O sahibkardır. Üç şirkəti var: "xxxx" MMC –təhsil üzrə, "xxxx" MMC – layihələrin hazırlanması üzrə fəaliyyət göstərir və “X29 Club” MMC – futbol klubudur. Həmin MMC mini futbol və futzaldan ibarətdir. MMC-də bütün məsələlər üzrə qərarlar onun tərəfindən müstəqil olaraq qəbul olunurmuş, lakin onların Mini Futbol Federasiyası ilə əlaqələri olmuşdur. MMC olaraq onların yarışda iştirak etmək, futbolçuları almaq və dəyişmək səlahiyyətləri olmuşdur. Vəliyev Müşfiq, Əhmədov Elnur, Aslanov Murad və digərləri hamısı futzalçılardır. 2020-ci ildə Avropada keçirilmiş mini futbol üzrə yarışda Avropa Çempionu olmuşlar. Gülçin xidməti müqavilə əsasında işləmişdir və onun vəzifəsi mediada bütün məlumatları paylaşmaq olmuşdur. O, həmin şəxslərə həftəlik 80- 100 manat məbləğində əmək haqqı ödəmişdir və buna görə vergiləri də vaxtında ödəmişdir. Həmin şəxslərdən o, yarışda iştirak etmələri üçün 1500 ABŞ dolları məbləğində pul almışdır, toplam 10 min dollar gəliri olmuşdur. X72 və Zərərçəkmiş şəxs3 hazırda xaricdə yaşayır. Həmin şəxslərin Azərbaycan Respublikasına qayıtmayacaqlarını əvvəlcədən bilməmişdir. Onların Azərbaycan Respublikasına qayıtmamalarına səbəb Amerika Səfirliyi olmuşdur. Amerika Miqrasiya Xidməti həmin şəxslərə verilmiş qısamüddətli vizaları bir il müddətinə uzadılmışdır. Köhnə komandanı ora göndərə bilməyəcəkmiş, çünki onların dəstəyi olmamışdır. Bu şəxslər özləri özlərini maliyyələşdirirmişlər, onlara kənardan dəstək olmamışdır və o, onlardan aldığı gəlirlə digər klubları da saxlayıb və zəruri əşyalarla təmin edə bilərmiş. Zərərçəkmiş şəxsləri klubun üzvləri kimi tanımışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2020-ci ildən “Report” İnformasiya Agentliyində redaktor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2021-ci ildən etibarən tanıyır. Təqsirləndirilən şəxslə onu Müşviq Vəliyev tanış etmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə futzal klubuna gəlmişdir. Klubun adı “Baku İnternational” olmuşdur. Təqsirləndirilən şəxsun təklifi ona həm futbol oynamaq, həm də Amerikaya getmək olmuşdur. Bunun üçün kluba 6500 ABŞ dolları maddi dəstək lazım olmuşdur. Həmçinin ona bir illik viza verilməli imiş. Onu isə əsas maraqlandıran tərəf Amerikaya getmək olmuşdur. Viza alınması məsələsi həllini tapmışdır. Lakin vizada qeyd edilən tarix ona uyğun olmadığından o, Təqsirləndirilən şəxs pulun geri qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ona pulu aprel ayının 15-dək qaytarmalı imiş. Buna baxmayaraq pul gec qaytarılmışdır. Hazırda isə təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, əvvəllər Finlandiyada yaşamışdır. Anası orada yaşayıb işlədiyi üçün orada yaşamışdır. Arada Bakı şəhərinə gəldiyi vaxtlar olmuşdur. Təqsirləndirilən şəxs tanıyır. Aralarında yaxşı münasibətləri olmuşdur. Aralarında heç bir düşmənçilik, ədavət və söz-söhbət olmamışdır. Təqsirləndirilən şəxslə Facebook sosial şəbəkəsində tanış olmuşdur. Həmçinin Bakı şəhərinə gələn zaman Təqsirləndirilən şəxs müraciət etmiş və ona şengen viza almaqda köməklik etmişdir. Bu cür münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs 2 futbol klubunun olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs şirkətində işləmişdir. O, xaricdə yaşasa da nənəsinin səhhəti ilə bağlı Azərbaycanda qalmalı olmuşdur. Təqsirləndirilən şəxs məxsus şirkətdə ingilis dili müəlliməsi kimi işləmişdir. Onlar eyni zamanda Təqsirləndirilən şəxs komandasının oyununu izləyirmişlər. Sonradan Təqsirləndirilən şəxs ona tərcüməçi kimi işləməyi təklif etmişdir. O razılaşmışdır. Onun pasportunda bir çox ölkənin möhürü olduğundan ona Amerikaya tərcüməçi kimi getməklə bağlı rahatlıqla viza veriləcəyindən arxayın olmuşdur. Onlar səfirliyə gedən zaman sorğu edilməsi üçün otağa ilk o çağırılmışdır. İçəridə ondan hansı universiteti bitirdiyini və nə üçün X23 getmək istədiyini soruşmuşlar. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Facebook sosial şəbəkəsində Təqsirləndirilən şəxs izləyicisi olmuşdur. Təqsirləndirilən şəxs səhifəsində elmi paylaşımlar etmiş və o da həmişə Təqsirləndirilən şəxs paylaşımları ilə maraqlanmışdır. Beləcə Təqsirləndirilən şəxslə tanış kimi görüşüb söhbətləşib fikir diskussiyaları aparmışlar. 2022-ci ilin oktyabr ayının sonlarında Təqsirləndirilən şəxslə görüşən zaman Taryel ona bildirmişdir ki, Amerikaya getmək istəsə ona viza verilməsi istiqamətində köməklik edə bilər. Onun bu barədə əvvəlcədən fikri olmuşdur. Bu barədə həyat yoldaşı X36 ilə düşünmüşlər. Təqsirləndirilən şəxs ona “Baku İnternational” mini futbol klubunun direktoru olduğunu, Amerikadan futbol klubunun turnirdə iştirakı ilə əlaqədar dəvət gəldiyini, futbol klubunda çalışan şəxs kimi onu və yoldaşını Amerikaya göndərmək üçün əldə edilməsini, gediş və dönüş biletlərini, otel xərclərini həll edəcəyini bildirmişdir. Bunun üçün o bir nəfərə görə 7000 ABŞ doları pul alacağını bildirmişdir. O da bu barədə yoldaşı Gülçin Əkbərli ilə danışmışdır. Gülçin də bu təkliflə razılaşmışdır. Taryel bildirmişdir ki, onu klubda çalışan şəxs kimi, yoldaşını isə klubun mühasibi kimi sənədləşmələrdə qeyd edəcəkdir. Əslində isə nə o, nə də ki həyat yoldaşı həmin futbol klubunda heç bir işlə məşğul olmamışlar. 2022-ci ilin dekabr ayının sonunda o və yoldaşı Gülçin bir də taryelin klub üzvü kimi qeyd etdiyi 18 nəfər də ABŞ-ın Bakı şəhərində yerləşən konsulluğuna getmişlər. Orada yoldaşı Gülçin əkbərliyə ABŞ-a getmək üçün razılıq verilsə də, ona razılıq verilməmişdir. Bunun hər hansı bir səbəbi göstərilmədən onun gedişi üçün razılıq verilməmişdir. Düşünür ki, onlar ər arvad olduqları üçün bir nəfərin gedişinə razılıq verilmişdir. Bir neçə gün sonra təxminən 2023-cü ilin yanvar ayının əvvəlləri ABŞ-ın Azərbaycandaki Səfirliyindən yoldaşı Gülçin əkbərliyə viza verilmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində Taryel gediş üçün işləmələrə başlamasına görə o Təqsirləndirilən şəxs pulun yarı məbləğini yəni 4000 ABŞ dollarını Bakı şəhərində Yasamal rayonu, H.Cavid prospektində yerləşən marketlərin birindən milliön aparatı vasitəsilə Təqsirləndirilən şəxs istifadə etdiyi Rabitəbank hesab kartına Azərbaycan manatı formasında 6800 manat pul köçürmüşdür. Viza əldə edildikdən sonra geri qalan 3000 ABŞ dollarını isə yoldaşı Gülçin Əkbərli 4 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ə.Rəcəbli küçəsində yerləşən Turan biznes mərkəzində Təqsirləndirilən şəxs ofisində ona vermişdir. Təqsirləndirilən şəxs onlara vizadan əlavə həmin məbləğin daxilində otel xərcləri, gediş dönüş biletlərinin alınmasını desə də həmin xərclərdən yayınmışdır. Nəticə etibarı ilə əlavə otel xərcləri və gediş dönüş biletləri formasında ona təxminən 3000 ABŞ dolları maddi zərər dəymişdir. Yoldaşının gediş dönüş bilərtlərinə görə 2500 AZN pul vermişdir. Qalan xərclər isə otel xərcləridir. X59 13 yanvar 2023-cü il tarixdə Bakı-Frankfurt-Chikago-Arizona istiqamətində yola salmışdır. Yoldaşına Amerikada 6 aylıq yaşamaq icazəsi verilmişdir. Hazırda yoldaşı New York şəhərində qohumları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “Facebook” sosial şəbəkəsində Təqsirləndirilən şəxs izləyicisi olmuşdur. Təqsirləndirilən şəxs səhifəsində elmi paylaşımlar etmiş və o da həmişə Taryelin paylaşımları ilə maraqlanmışdır. 2022-ci ilin sentyabr və ya oktyabr ayında Təqsirləndirilən şəxs səhifəsində “Zəmanətlə X23 viza verilməsi” barədə paylaşım etmişdir. O özü də X23 getmək istəmişdir. Bununla bağlı 2022-ci ilin avqust ayında X12 Bakı şəhərində yerləşən səfirliyinə müraciət etmişdir. Lakin səfirlikdən ona vizanın verilməsindən imtina edilmişdir. Buna görə həmin paylaşımı gördükdən sonra düşünmüşdür ki, zəmanətli şəkildə viza veriləcək və o da X23 gedə biləcəkdir. Getmək də məqsədi isə ora gedib orada işləmək olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ilkin olaraq sosial şəbəkədə müraciət etmiş və daha sonra Taryel ona mobil telefon nömrəsini vermişdir. O Taryellə əlaqə saxlamağa başlamışdır. Müxtəlif ölkələrə vizanın verilməsini müzakirə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu ofisinə dəvət etmiş və ona viza alacağını bildirmişdir. O da 2022ci ilin oktyabr ayında X1 yaxınlığında Ə.Rəcəbli küçəsində yerləşən ofisinə getmişdir. Orada da vizaların verilməsini müzakirə etmişlər. Təqsirləndirilən şəxs orada ona vəd vermişdir ki, ona viza alacaqdır. Buna görə xərclərin də olacağını, lakin bunu sonradan danışacaqlarını bildirmişdir. O da bundan sonra Mingəçevir şəhərinə qayıtmışdır. Qayıtdıqdan bir neçə gün sonra Təqsirləndirilən şəxs yenidən onunla əlaqə saxlamış və ona bildirmişdir ki, vizanın alınması üçün ilkin olaraq 2000 ABŞ dolları lazımdır. O Taryelin bu sözündən sonra 1550 ABŞ dolları təşkil edən 2550 manat pul düzəltmişdir. Qalan hissəsini isə düzəldə bilmədiyi üçün Taryeldən xahiş etmişdir ki, qalan hissəsini sonra ona qaytaracaqdır. Taryel onunla razılaşmışdır. 2022-ci ilin oktyabr ayının sonları Bakı şəhərində Taryelin ofisində görüşüb Taryelə 2550 manat vermişdir. Təqsirləndirilən şəxs isə onunla borc müqaviləsi bağlanacağını, avia bilet daxil yekunda ümumi məbləğ olaraq 7000 ABŞ dolları verməli olacağını demişdir. O razılaşmış, lakin onunla müqavilə bağlanmamışdır. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs ondan yenidən 370 ABŞ dolları viza rüsumu istəmişdir. O da 2022-ci ilin noyabr ayının əvvəlləri yaşadığı Mingəçevir şəhərindən ödəmə terminalları vasitəsilə manatla məzənnə formasında 629 manat Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərmişdir. Bundan sonra artıq 2022-ci ilin dekabr ayının sonlarında viza üçün müraciət edən şəxslərin siyahısı çıxmış, lakin həmin siyahıda onun adı olmamışdır. Ona viza verilməsinə imtina olunmuşdur. O Təqsirləndirilən şəxslə səbəbini soruşduqda Taryel bilmədiyini demişdir. O özüm üçün aydınlaşdırmış və eşitmişdir ki, səfirlikdə əvvəl viza verilməsindən imtina edilmişdirsə, bundan sonra 6 ay müddət keçməlidir. Onda isə həmin müddət keçməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs ona viza alacağı barədə vəd vermişdir. Lakin viza ala bilməmişdir. Həmçinin Taryel ona ən azı 1 il müddətinə viza veriləcəyini qeyd etmişdir. Lakin sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs idman yarışına qatılmaq üçün, onların idmançı olmaqları adı ilə qısa müddətli viza almaq istəmişdir. O Təqsirləndirilən şəxs pulunu istədikdə Taryel müxtəlif bəhanələr gətirməyə başlamış və pulu sonra qaytaracağını demişdir. Sonradan isə ona viza alacağına vəd vermişdir. Buna görə düşünmüşdür ki, bəlkə ona viza alar deyə heç bir yerə müraciət etməsin. Lakin sonradan başqa şəxsləri də uzun müddətli viza alacağı barədə aldatdığını, həmin şəxslərə idman yarışına qatılmaq üçün idmançı deyə qeyd edib dələduzluqla qısa müddətə viza aldığını eşidib onun barəsində müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, “X32” MMCnin rəhbəri olmuşdur. Həmin klub mini futbol klubu olmaqla 2022-ci ilin fevral ayında yaratmışdır. Təqsirləndirilən şəxs sosial şəbəkəsi vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs sosial şəbəkələrdə elmi paylaşımlar etmiş və təhsilnən əlaqədar viza dəstəyi göstərmişdir. O da buna görə Taryellə tanış olmuşdur. Çünki, xarici ölkələrin birində təhsil almaq fikrində olmuşdur. Buna görə fikri olmuşdur ki, yaratdığı futbol klubunu satsın. Təqsirləndirilən şəxslə bu barədə danışdıqda ona bildirmişdir ki, idmana marağı vardır. Futbol klubunu Taryel alıb yarışlarda həmin klubu qalib etmək fikrindədir. 2022-ci ilin noyabr ayında klubu Taryelə satmışdır. Taryeldən hər hansı bir ödəniş almamışdır. Taryel bir tək dövlət rüsumunu ödəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, anası yahudidir, bir çox nüfuzlu yahudi olan şəxslərə çıxışı vardır və buna görə pul onun üçün problem deyil. Həmçinin ondan xahiş etmişdir ki, onunla birlikdə qalıb işləsin və üçün elə bir komanda qursun ki, həmin komanda yarışların qalibi olsun. Qalib olacağı təqdirdə isə ona 10.000 manat və hər bir oyunçuya da ödəniş edəcəyinə vəd vermişdir. O isə menecer olduğu üçün bu işləri yaxşı bacarır və Taryel üçün köhnə Xəzər-Lənkəran futbol klubunun heyətindən bir neçə oyunçu cəlb edib bir mini futbol komandasdı yaratmışdır. Özü isə futbol klubunun baş məşqçisi üzərində rəhbər olaraq fəaliyyətini davam etdirmişdir. Ödənişləri ilə bağlı isə Taryelə məlumat vermişdir ki, hər bir oyunçuya bir oyuna görə 100 manat ödəniş olunmalıdır. Taryel onunla razılaşmışdır. Sonradan Taryel onun bir futbol meneceri olaraq xarici ölkələrdə keçirilən turnirlərlə də əlaqəsinin olduğunu bilib ondan xahiş etmişdir ki, xarici ölkələrin birindən klub olaraq dəvət alsınlar və həmin turnirdə iştirak edərək ad çıxarsınlar. O Portuqaliya ilə əlaqəsinin olduğunu, həmin ölkədən dəvət ala biləcəyini bildirmişdir. Taryel isə həmin ölkəni istəmədiyini, ona X8 və ya Kanadadan dəvət istədiyini qeyd etmişdir. Onun isə X14 da bir neçə əlaqəsi olduğu üçün ora ilə maraqlanmışdır. 2022-ci ilin dekabr ayında X12 Arizona ştatında işləyən “Brusa Futsal”-dan orada keçiriləcək yarışlara dəvət almışdır. Bunu Taryelə bildirmişdir və Taryel buna çox sevinmişdir. Bir qədər sonra Taryel ona bu barədə Mini Futbol Federasiyasına məlumat vermək lazımdır deyə bildirmişdir. O bu barədə Federasiyaya məlumat verdikdə federasiya buna çox sevinmiş və Azərbaycanın adı olduğu üçün öz idmançılarını göndərəcəklərini bildirmişlər. O Taryelə bunu demiş və taryel razılaşaraq yol xərclərinin və orada qalmaq xərclərinin hamısını özünün qarşılayacağını bildirmişdir. Danışmışlar və federasiya da bu barədə X12 səfirliyinə dəstək məktubu ünvanlamışdır. Lakin yarışa az qalmış Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi dəstəyi yoxdur. O klubu yarışa göndərə bilməyəcəkdir. Həmin zaman elektron ünvana giriş şifrəsi Təqsirləndirilən şəxs tərəfindən dəyişdirilmiş və o özü Brusa Futbol klubuna məktub yazmışdır. Bunu o sonradan bilmişdir. Hazırda həmin mail ünvan korporativ olduğu üçün müddəti bitdiyindən bağlanmışdır. O isə burada ölkənin imicinə xələl gəldiyini vurğulayıb bunu Federasiyaya özünün deməsini xahiş etmişdir. Taryel sonradan ona bildirmişdir ki, federasiya ilə danışıb hər hansı bir narazılıq yoxdur. Sonradan baş verənlərdən onun xəbəri olmamışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs Federasiyanın qeyd etdiyi oyunçuları və onların yaratdığı oyunçuların əvəzinə ona xaricdə təhsil ilə bağlı müraciət etmiş şəxsləri idmançı kimi göstərib həmin şəxslərin güya ki, keçiriləcək yarışda iştirak edəcəyini səfirliyə bildirmişdir. Bundan sonra isə həmin şəxslərə viza almışdır. Gedən şəxslər isə idmançı olmadıqlarından təbii ki, yarışlara qatılmamış və orada qalmışlar. Onun Taryelin bu işlərindən xəbəri olmamışdır. O bu barədə sonradan bilmişdir. Bir futbol meneceri kimi fəaliyyət göstərmişdir. Taryel ona aylıq 125 manat əmək haqqı vermiş və arada premiya şəklində xırda məbləğlər verdiyi hallar olmuşdur. Lakin Taryelin bu cür dələduz əməllərindən xəbəri olmamışdır. Taryelin elmi paylaşımlarına görə normal bir insan kimi tanımışdır. Ona sonradan aydın olmuşdur ki, Taryel ona nə üçün məhz X8 və Kanadadan yarışla bağlı dəvət almaq istədiyini demişdir. Çünki, onun “Green Sciense” şirkəti xaricdə təhsil təşkil etməklə məşğuldur. Məhz həmin ölkələrdə təhsil almaqla bağlı müraciət edən şəxslər çox olmuşdur. Taryelin qabaqcadan niyyəti olmuşdur ki, həmin ölkələrdən dəvət ala bilsin və idmançılar yerinə onun şirkətinə müraciət etmiş şəxslərə viza alıb idmançı adı altında göndərsin. Halbuki orada da həmin şəxsləri aldatmış olmuşdur. Çünki, Taryelə müraciət edən şəxslər təhsil almaq üçün viza istəmişlər. Lakin o qısa müddətli yarışlara qatılmaq üçün viza almışdır. Onun bu işlərdən nə qədər qazanc əldə etdiyini bilmir. Təqsirləndirilən şəxs idmançı adı ilə yarışlara göndərdiyi şəxsləri idmançı kimi tanımır, futbol klubunun qeydiyyatdan keçmiş kimi oyunçuların şəxsiyyət vəsiqələrini təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ABŞ-ın Azərbaycandaki Səfirliyi tərəfindən Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubda göstərilmişdir ki, “X44 Club” X14ki beynəlxalq yarışda iştirak etmək üçün bu barədə Azərbaycan Respublikası Mini Futbol Federasiyasının təsdiq məktubunu təqdim edərək klubun 20 nümayəndəsinə qeyri immiqrant vizalarının verilməsi üçün ABŞ Səfirliyinin konsulluq şöbəsinə müraciət etmişlər. Klubun prezidenti Təqsirləndirilən şəxs və vitse-prezidenti Elnur Məmmədovun müşahidəsi ilə klubun nümayəndələri konsulluğa 29 dekabr 2022-ci il tarixdə qrup şəklində gəlmiş və 20 nəfərdən 19 isə vizaları almışlar. Bu qrupdan 5 nəfər ABŞ-a səyahət etməmiş, qalan 14 nəfər isə gedib, viza müddətlərinin bitməsinə baxmayaraq ABŞ-da qalıb geri qayıtmamışlar və bununla da viza qaydalarının ciddi pozuntusunu törətmişlər. Tərəflərindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Əhməd Rəcəbli küçəsi 2/32 ünvanında yerləşən ünvandaki X64 4-cü mərtəbəsində yerləşən turist agentliyinə rəhbərlik edir və 2022-ci ilin noyabr ayında öz şəxsi “Feysbook” səhifəsində ABŞ-a vizaların alınmasına zəmanət verir kimi paylaşım etmişdir. Azərbaycan Minifutbol federasiyasından daxil olmuş məlumat məktubunda göstərilmişdir ki, çempionatda çıxış edən “X44 Club” komandasının rəhbəri Təqsirləndirilən şəxs və komandanın digər nümayəndəsi Şahid2 2022-ci ilin dekabr ayının əvvəlində federasiyaya şifahi müraciət edərək bildirmişlər ki, 19-23 yanvar 2023-cü il tarixdə X12 Arizona ştatının Mesa şəhərində Brusanın təşkil edəcəyi minifutbol üzrə “İnternational arias tournament” adlıə turnir keçiriləcək. Bu turnirdə işitrak etmək üçün dəvət aldıqlarını nəzərlərinə çatdırmışlar. Daha sonra bildirmişlər ki, həmin turnirdə daha yaxşı çıxış etmək üçün Azərbaycan Minifutbol Federasiyasının tərkibində olan Avropa çempionluğu qazanmış milli komandanın oyunçularından ibarət heyət formalaşdırıb “X44 Club” adından turnirdə iştirak etsinlər. Daha sonra bu səfər ilə bağlı dəvətnamə məktublarının alınması üçün Şahid2 milli komandanın oyunçularından və federasiya rəsmilərindən ibarət siyahını və onların xarici pasportlarını təqdim etmişlər. Sənədləri təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və Şahid2 onlara bildirmişlər ki, şəxslərin adına dəvət məktubu gələnə qədər təcili olaraq federasiya tərəfindən ABŞ-ın ölkəmizdəki səfilriyinə dəstək məktubu ilə müraciət etsinlər. İlkin müraciət formasında xx.xx.2022 tarixli 32/22 nömrəli məktubla müraciət edəərk bildirmişlər ki, yuxarıda qeyd olunan tarixlərdə ABŞ-da təşkil oluncaq “İnternational Arias torunament” adlı turnirdə çıxış edə bilmələri üçün “X44 Club”a vizaların verilməsində kömək göstərilsin. 21 gün keçdikdən sonra qarşı tərəfdən heç bir konkret cavab almadıqlarına görə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid2 görüşə dəvət edərək dəvətnamələrin gecikmə səbəbi ilə maraqlanmışlar. Qarşı tərəf isə onlara yalan məlumat verərək bildirmişlər ki, yanvar ayının əvvəllərində səfirlik görüş təyin edəcəkdir. Lakin xx.xx.2023-cü il tarixdə bildirmişlər ki, həmin turnir federasiyaya aid olan minifutbol üzrə yox, futzal federasiyasına aid olan idmanın futzal növü üzrə keçiriləcək. 2023-cü ilin fevral ayının 9-da ABŞ səfirliyindən federasiyaya müraciət olunaraq bildirmişlər ki, Azərbaycan Minifutbol federasiyasının dəstək məktubu əsasında 19 nəfərə viza verilmiş, 5 nəfər səfərə çıxmamış, 14 nəfəri ABŞ-a getmiş və viza müddətinin bitməsinə baxmayaraq geri qayıtmamışlar. “Şübhəli şəxsin tutulması haqqında” 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 aprel 2023-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-453/2023 nömrəli, 03 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 01 aprel 2023-cü il tarixdən hesablanmışdır. “Könüllü təqdim edilən komputerlərə baxış keçirilməsi haqqında” 15 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi komputerlərə baxış keçirilmişdir. İş üçün sübut əhəmiyyətinə malik hər hansı bir məlumat aşkar edilməmişdir. **********273 nömrəli, 07 aprel 2023-cü il tarixli notarial qaydada yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. **********661 nömrəli, 09 aprel 2023-cü il tarixli notarial qaydada yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. **********938 nömrəli, 10 aprel 2023-cü il tarixli notarial qaydada yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. “Baxış keçirilməsi haqqında” 04 may 2023-cü il tarixli protokoldan görünür ki, X19 viza alınmış, həmin şəxs əvvəllər “X65” MMC-də işləmiş, futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. Bundan başqa iş üzrə Zərərçəkmiş şəxs3 futbolçu kimi qeydiyyata alınsa da və futbol yarışlarında dəvət məktubunda adı olsa da o, əvvəllər "xxxx" MMC-də işləmiş, futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. Ona viza verilməmiş və ABŞ-ın Azərbaycandakı Səfirliyinə getməmişdir. Bundan başqa viza alınmış Şahid1 "xxxx" MMCdə işləmiş, ona da idman yarışlarında iştirak etmək üçün dəvət məktubunda adı olsa da və viza verilsə də lakin o, ABŞ-a getməmişdir. Bundan başqa X61 dəvət məktubunda olan siyahıda adı olsa da, lakin o, ABŞ-ın Azərbaycandakı Səfirliyinə viza üçün getməmişdir. O, əvvəllər “X85” MMC-də işləmişdir. Bundan başqa X46 dəvət məktubunda olan siyahıda adı olsa da lakin o, Azərbaycandakı Səfirliyinə viza üçün getməmişdir. O, əvvəllər “X74” MMC-də işləmişdir. Bundan başqa X26 dəvət məktubunda olan siyahıda adı olsa da lakin, o ABŞ-ın Azərbaycandakı Səfirliyinə viza üçün getməmişdir. O, "xxxx" MMC-nin futbolçularından biridir. “Baxış keçirilməsi haqqında” 05 may 2023-cü il tarixli protokoldan görünür ki, idmançı adı ilə vizalar alınaraq ABŞ-a getmiş 14 nəfər şəxs barəsində məlumatlar cinayət işi materiallarına əlavə edilmişdir. Həmin məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, 1) X27 viza verilmiş və o əvvəllər "xxxx" MMC-də işləmişdir. Futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 2) X20 viza verilmiş və o, Əvvəllər "xxxx" MMC-də işləmişdir. Futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 3) X6 viza verilmişdir. Əvvəllər "xxxx" QSC-də işləmişdir. Futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 4) X28 viza verilmiş və o əvvəllər "xxxx" QSC-də işləmişdir. Futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 5) X21 viza verilmiş və onun rəsmi bir iş yeri olmamış, futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 6) X22 viza verilmiş, əvvəllər rəsmi iş yeri olmamış, futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 7) X37 viza verilmiş, əvvəllər rəsmi iş yeri olmamış, futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 8) X62 viza verilmiş, əvvəllər rəsmi iş yeri olmamış, futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 9) X54 viza verilmiş, əvvəllər rəsmi iş yeri olmamış, futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 10) X10 viza verilmiş, əvvəllər "xxxx" MMC-də işləmişdir. Futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 11) X38 viza verilmiş, əvvəllər "xxxx" MMC-də işləmişdir. Futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 12) X39 viza verilmiş, əvvəllər "xxxx" ASC-də işləmişdir. Futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 13) X4 viza verilmiş, əvvəllər rəsmi iş yeri olmamış, futbol sahəsinə heç bir aidiyyəti olmamışdır. 14) X15 viza verilmiş, əvvəllər rəsmi iş yeri olmamış və “Baku İntarenational FC” aidiyyəti olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, adları qeyd olunan hər bir şəxs xx.xx.2023-cü il tarixdə Heydər Əliyev adına X52-Chikago-Arizona reysi ilə ölkəni tərk etmişlər. “Baxış keçirilməsi haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, X40, Zərərçəkmiş şəxs1, X47, X41, X11, X55, Zərərçəkmiş şəxs3, X42, X56, X48, X7, X57, X67 futbolçu, X58 vitse-prezident, X43 club meneceri və X36 isə media nümayəndəsi kimi "xxxx" MMC-də qeydiyyata alınmışlar və onlara FİF İD nömrələri verilmişdir. “Sənədlərin cinayət işinin materiallarına əlavə edilməsi və onlara baxış keçirilməsi barədə” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz miqrasiya təşkil etdiyi şəxslər qeydiyyata alınaraq "xxxx" MMC-nin oyunçuları və klubun müxtəlif vəzifəli şəxsləri kimi göstərilmişdir. Qanunsuz miqrasiyada oyunçu kimi göstərilmiş şəxslər isə 2022-ci ilin oktyabr-noyabr ayları ərzində oyunçu kimi qeydiyyata alınmış, əvvəllər oyunçu kimi qeydiyyatda olmamışlar və oyunçu kimi fəaliyyətləri olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqında ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətməməsi bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslər və şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin Qərarın 23-cü bəndində göstərilir ki, dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-in 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-in 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-in 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 313, 29,318-1.2.2, 29,318-1.2.3, 318-1.2.2 və 318-1.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 313, 29,318-1.2.2, 29,318-1.2.3, 318-1.2.2 və 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın zərərçəkmiş şəxsə tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin barışmasını, həmçinin təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Lakin Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 313, 29,318-1.2.2, 29,318-1.2.3, 318-1.2.2 və 318-1.2.3-cü maddələri üzrə isə ittiham hökm çıxarılmalıdır. Belə ki, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-1.2.2 və 318-1.2.3-cü maddələrinə əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasına qanunsuz gəlməsini, Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını, Azərbaycan Respublikası ərazisindən qanunsuz tranzit keçidini və ya hər hansı şəxsin Azərbaycan Respublikasından qanunsuz getməsini təşkil etmə vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 29,318-1.2.2, 29,318-1.2.3, 318- 1.2.2 və 318-1.2.3-cü maddələrinə münasibətdə isə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli olması iş materialları ilə tam sübuta yetirilmişdir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərə zərəri ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən özəl sahədə hər hansı rəhbər və maddi məsul vəzifə tutma hüququndan, həmçinin hər hansı viza xidmətlərinin göstərilməsi fəaliyyət növü ilə məşğul olma sahibkarlıq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Cinayət Məcəlləsinin 29,318-1.2.2, 29,318-1.2.3, 318-1.2.2 və 318-1.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən özəl sahədə hər hansı rəhbər və maddi məsul vəzifə tutma hüququndan, həmçinin hər hansı viza xidmətlərinin göstərilməsi fəaliyyət növü ilə məşğul olma sahibkarlıq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin edilən əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 01 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 29, 318- 1.2.2, 29, 318-1.2.3, 318-1.2.2 və 318-1.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən özəl sahədə hər hansı rəhbər və maddi məsul vəzifə tutma hüququndan, həmçinin hər hansı viza xidmətlərinin göstərilməsi fəaliyyət növü ilə məşğul olma sahibkarlıq hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 29,318-1.2.2, 29,318-1.2.3, 318-1.2.2 və 318-1.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən özəl sahədə hər hansı rəhbər və maddi məsul vəzifə tutma hüququndan, həmçinin hər hansı viza xidmətlərinin göstərilməsi fəaliyyət növü ilə məşğul olma sahibkarlıq hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin edilmiş əsas və əlavə cəzalar ayrı-ayrılıqda qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən özəl sahədə hər hansı rəhbər və maddi məsul vəzifə tutma hüququndan, həmçinin hər hansı viza xidmətlərinin göstərilməsi fəaliyyət növü ilə məşğul olma sahibkarlıq hüququndan məhrum edilməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 01 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar