Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-428/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bakı şəhəri “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi- Bakı şəhəri “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi1, X1 iştirakları ilə, xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə; xx.xx.1968-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 bacısı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində müştəri kimi daxil olduqları ünvan 4 ünvanında yerləşən “Olivia Beauty care” adlı mağazada olduğu zaman ətrafdakıların onların əməllərini görməyəcəyinə və hüquqazidd əməllərini dərk etməyəcəklərinə əmin olduqdan sonra, həmin mağazanın vitrinlərindəki hər biri 229,90 manata olamaqla ümumi dəyəri 459,80 manat olan 02 ədəd “X6 X8 100 ml” modelli, 279,90 manat dəyərində 01 ədəd “X7 X12 120 ml” modelli, 239,90 manat dəyərində 01 ədəd “X7 X10 120 ml” modelli, 235,90 manat dəyərində 01 ədəd “X6 X11 100 ml” modelli və 239,90 manat dəyərində 01 ədəd “X6 X13 100 ml” modelli, ümumilikdə 1455 manat 40 qəpik dəyərində ətirləri oğurlayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1.455 manat 40 qəpik maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM- nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 bacısı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində müştəri kimi daxil olduqları ünvan 4 ünvanında yerləşən “Olivia Beauty care” adlı mağazada olduğu zaman ətrafdakıların onların əməllərini görməyəcəyinə və hüquqazidd əməllərini dərk etməyəcəklərinə əmin olduqdan sonra, həmin mağazanın vitrinlərindəki hər biri 229,90 manata olamaqla ümumi dəyəri 459,80 manat olan 02 ədəd “X6 X8 100 ml” modelli, 279,90 manat dəyərində 01 ədəd “X7 X12 120 ml” modelli, 239,90 manat dəyərində 01 ədəd “X7 X10 120 ml” modelli, 235,90 manat dəyərində 01 ədəd “X6 X11 100 ml” modelli və 239,90 manat dəyərində 01 ədəd “X6 X13 100 ml” modelli, ümumilikdə 1.455 manat 40 qəpik dəyərində ətirləri oğurlayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 1455 manat 40 qəpik maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələsidə göstərmişdir ki, 2014cü ildən isə heç bir yerdə işləmir. 07 mart 2024-cü il tarixdə bacısı Təqsirləndirilən şəxs2 ilə birlikdə özləri üçün bəzi kosmetik vasitələr almaq üçün Nərimanov rayonu ərazisində yerləşən müxtəlif mağazalara girmişlər. Bir neçə mağaza gəzdikdən sonra saat 18 radələrində “Olivia Beauty care” adlı mağazaya daxil olmuşlar. Mağazada satılan bir neçə parfumeriya və digər kosmetik vasitələrə baxdıqdan sonra, bacısı ilə birlikdə mağazanı tərk edib yaşadıqları evə getmişlər. “Olivia Beauty care” adlı mağazanın müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərdəki vitrində olan parfumeriya vasitələrini istifadə etməklə yoxlayan iki nəfər qadın o, və bacısı Təqsirləndirilən şəxs2dır. Videogörüntüdən görünür ki, bacısı Təqsirləndirilən şəxs2 götürmüş olduğu ətirləri yoxlayır və aşağıdakı vitrinlərin birinə qoyur. O və bacısı Təqsirləndirilən şəxs2 qeyd edilən mağazadan heç bir oğurluq etməmişlər. O, 29 mart 2024-cü il tarixdə evdə olarkən qapı döyülmüşdür. Qonşusu onun evinə su tökülməsini bildirmişdir. Qapını açıldıqdan sonra görmüşdür ki, 5-6 nəfər kişi qapıda dayanmışdır. Həmin şəxslər onun kim olmasını soruşduqda Təqsirləndirilən şəxs1 özünü təqdim etmişdir. Həmin şəxslər Nərimanov Rayon Polis İdarəsindən gəldiyini və Təqsirləndirilən şəxs1 onlarla birgə getməli olduğu bildirmişlər və onu Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə gətirmişlər. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində olarkən Təqsirləndirilən şəxs1 10-15 nəfər şəxs yaxınlaşmış və telefonda olan video-görüntüləri göstərərək ona oğurluq etdiyini bildirmişlər. “Olivia Beauty care” adlı mağaza çox kiçik maqaza idi və həmin gün orada 500 nəfərə yaxın müştəri var idi. Onun həmin gün əlində çanta yox idi. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 yanında müdafiəçi olmamış, təhqiqatçı ona imzalaması üçün sənədlər vermişdir. Həmin sənədə baxanda görmüşdür ki, həmin sənəddə yalan olaraq onun bacısı Təqsirləndirilən şəxs2 2 ədəd ətir götürməsi qeyd olunmuşdur. Məhkəmədən təqsirsiz olduğunu bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. 07 mart 2024-cü il tarixdə bacısı Təqsirləndirilən şəxs1 ilə birlikdə özləri üçün bəzi kosmetik vasitələr almaq üçün Nərimanov rayonu ərazisində yerləşən müxtəlif mağazalara girmişlər. Bir neçə mağaza gəzdikdən sonra saat 18 radələrində “Olivia Beauty care” adlı mağazaya daxil olmuşlar. Mağazada satılan bir neçə parfumeriya və digər kosmetik vasitələrə baxdıqdan sonra, bacısı ilə birlikdə mağazanı tərk edib yaşadıqları evə getmişlər. “Olivia Beauty care” adlı mağazanın müşahidə kameraları tərəfindən qeydə alınmış videogörüntülərdəki vitrində olan parfumeriya vasitələrini istifadə etməklə yoxlayan qadınlar o və bacısı Təqsirləndirilən şəxs1dır. Videgörüntüdən də görünür ki, o və bacısı Təqsirləndirilən şəxs1 götürmüş olduqları ətirləri aşağıdakı vitrinlərə qoymuşlar. O və bacısı Təqsirləndirilən şəxs1 qeyd edilən mağazadan heç bir oğurluq etməmişlər. Təqsirləndirilən şəxs2 evdə olarkən qapı döyülmüşdür. Qapı açıldıqdan sonra o, 5-6 nəfər kişi ona Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin əməkdaşları olmalarını və onu Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə dəvət etmişlər. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində gəldikdən sonra, ona sənəd verilmiş və o, oxumadan həmin sənədi imzalamışdır. Bundan 1 saat sonra onu Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs2 2 sual verilmiş və o, həmin sualları cavablandırmışdır. Təqsirləndirilən şəxs2 “Olivia Beauty care” adlı mağazada ilk dəfə olmuşdur. “Olivia Beauty care” adlı mağazada olarkən orada xeyli insan var idi. O və bacısı həmin mağazadan heçnə götürməmişlər. Sadəcə olaraq ətirləri götürmüş və daha sonra ətirlərin bəzisini yerinə, digərlərini isə sıxlıq olduğundan başqa yerə qoymuşlar. Məhkəmədən təqsirsiz olduğunu bildirərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınaraq dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayından "xxxx" MMC-də işə qəbul olunmuş, hazırda həmin MMC-də aparıcı kassir vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, Nərimanov rayonu, Təbriz küçəsi 97 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus “Olivia Beauty care” adlı mağazadan 02 ədəd, ümumi dəyəri 459,80 AZN (dörd yüz əlli doqquz manat səksən qəpik) dəyərində “X6 X9 100 ml” modelli, 01 ədəd 279,90 AZN (iki yüz yetmiş doqquz manat doxsan qəpik) dəyərində, “X7 X12 120 ml” modelli, 01 ədəd, 239,90 AZN (iki yüz otuz doqquz manat doxsan qəpik) dəyərində “X7 X10 120 ml” modelli, 01 ədəd 235,90 AZN (iki yüz otuz beş manat doxsan qəpik) dəyərində, “X7 X10 120 ml” modelli, 01 ədəd 239,90 AZN (iki yüz otuz doqquz manat doxan qəpik) dəyərində ətirlər oğurlanmışdır. Hadisə nəticəsində MMC-yə ümumilikdə 1455.40 AZN (min dörd yüz əlli beş manat qırx qəpik) məbləğində maddi ziyan dəymişdir. Həmin maddi ziyan ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxslərdən şikayətçidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 mart 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən “Olivia Beauty care” kosmetika satışı mağazasıdır. Həmin ünvana getdikdə mağazada olan rəflərdə müxtəlif ətirlərin olması görsənir. Mağazada müşahidə kamerası mövcuddur. Müşahidə kamerasına baxdıqda iki nəfər qadın xx.xx.2024-cü il tarixdə mağazaya gələrək oğurluq etməsi görünür. “Hadisə yerinə baxış protokolu”na əlavə edilən ünvan 4 ünvanında yerləşən “Olivia Beauty care” mağazanın daxilində quraşdırılmış videomüşahidə kameraları tərəfindən 07 mart 2024-cü il tarixdə saat 18:30-dan etibarən qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs1 bacısı Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd edilən mağazaya daxil olduğu və mağazanın vitrinlərindəki müxtəlif məhsullarla tanış olaraq birlikdə həmin məhsullardan istifadə edərək yoxladıqları, daha sonra isə ətirlər olan vitrinə yaxınlaşaraq ətrafdakı şəxslərin hərəkətlərini müşahidə etməklə onların törədəcəkləri əməlləri dərk etməyəcəklərinə əmin olduqdan sonra Təqsirləndirilən şəxs1nm özünü vitrindəki ətirləri yoxlayırmış kimi göstərərək bacısı Təqsirləndirilən şəxs2 vitrindəki ətirləri oğurlamasına şərait yaratdığı, həmin vaxt sonuncunun vitrinin üst rəfindən 02 ədəd qızılı rəngdə ətir qutusunu içindəki ətirlə birlikdə götürüb əlindəki qara rəngli çantaya qoyaraq ətirləri özlərində saxlayıb kassaya yaxınlaşıb ödəniş etmədən mağazada uzaqlaşdıqları müşahidə edilmişdir. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 29 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 mart 2024-cü il tarixdə saat 19:10-da Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 31 mart 2024-cü il tarixli qərardan görünür ki, Sabirova X2 RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 01 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə, saat 00:30-da saxlanılaraq Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 15 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 12:40-da Nərimanov RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2024-cü il tarixli, 9/5074 saylı rəyindər görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların yeni vəziyyətdə 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1085 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.20204-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixlitələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 28 avqust 2024-cü il tarixli qərardan görünür ki, “Hadisə yerinə baxış protokolu”na əlavə edilən və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş ünvan 4 ünvanında yerləşən “Olivia Beauty care” mağazanın daxilində quraşdırılmış videomüşahidə kameraları tərəfindən 07 mart 2024-cü il tarixdə saat 18:30-dan etibarən qeydə alınmış videogörüntülərin əks olunduğu 02 ədəd cd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi iş materiallarında toplanmış sənədlər ilə, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin nümayəndəsinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsinini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1nun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 2 gün (xx.xx.2024-xx.xx.2024) şübhəli şəxs qismində saxlanılması azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 2 gün (xx.xx.2024-xx.xx.2024 bir sutkadan çox olmuşdur) şübhəli şəxs qismində saxlanılması azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), maddi sübut 02 ədəd cd disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “FEMİDA” Vəkil Bürosunun vəkili Müdafiəçi1nun sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5(beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5(beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 02 ədəd cd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” Vəkil Bürosunun hesabına köçürülsün. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “FEMİDA” vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-428/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-428/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver