Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-429/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 və müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X14 şikayətini onunla əsaslandırmışdır ki, "xxxx" MTK-dən xx.xx.2005-ci il tarixində hələ həmin tarixdə tikilməyən (müəyyən səbəblər üzündən və sonradan tikilən) tikinti aparılmasına icazəsi olan həmin yuxarıda adın qeyd etdiyi MTK-dan ilkin olaraq tikilmədiyi binada öz adına X14 adına həmin MTK ilə Nərimanov rayonu Ə.Orucəliycv küçəsi 18, yerləşmiş MTK "xxxx"-nin tikilməkdə olan binasında “A” blokunda, 3 otaqlı, ümumi sahəsi 145.12 kv.m olan, ümumi dəyəri 65304 ABŞ dollar olan 3-cü mərtəbə 10 saylı mənzil müqaviləsi bağlanmışdır və ümumi məbləğdən 15000 ABŞ dolları məbləğində pul vəsaiti ilkin olaraq (2005-ci ildə) ödənilmişdir. Sonradan "xxxx" MTK ilə Bakı şəhər icra hakimiyyəti arasında yaranmış torpaq mübahisə nəticəsində sonuncu Bakı şəhər icra hakimiyyəti "xxxx" MTK xx.xx.2004cü il tarixində 323 saylı sərəncamın (tikinti aparılmasına icazə) xx.xx.2005-ci il tarixində 331 saylı sərəncamla ləğv edir tikintiyə başlanmaq ərəfədə tikinti dayandırılır və bina tikilmir. Onun ilkin olaraq həmin "xxxx" MTK ilə olan 10 saylı mənzil üzrə müqaviləsi öz qüvvəsində qalır. Sonradan Bakı şəhər icra hakimiyyəti "xxxx" MTK xx.xx.2007-ci il tarixində 63 saylı sərəncamla əvvəlki ləğv etdiyi sərəncamı bərpa edir. Bakı şəhər icra hakimiyyəti "xxxx" MTK tikinti aparılmasına icazə xx.xx.2007-ci il tarixində İcazə №3663 sənədi verir və tikintiyə başlanır. Tikintiyə icazə verildikdən sonra "xxxx" MTK yeni layihə əsasında bina tikəcəyini deyir və pulu qaytarır yeni müqavilə bağlanmasını bildirir və həmin yeni layihədə artıq mənzilin ümumi sahəsi artırılmış olduğundan o, məcbur olub yenidən 10 saylı mənzil müqaviləsini 16 saylı mənzil müqaviləsi ilə əvəzlənməsini bildirmişdir və öz adına aldığını 10 saylı mənzili 16 saylı mənzillə əvəzləməklə keçmiş həyat yoldaşım X7 adına "xxxx" MTK müqavilə bağladım (xx.xx.2007). X7 adına rəsmiləşdirdiyi 16 saylı mənzil xx.xx.2021-ci ildə nikahımız xitam verildikdə və həmin ərəfədə Binəqədi rayon Məhkəməsi xx.xx.2021 tarixli iş 2(001)-746/2021 saylı mülki işə baxaraq 16 saylı mənzil üzrə heç bir pay bölgüsü müəyyən olunmur və qətnamədə həmin mənzilin alınmasına görə götürülmüş kredit borcu olduğundan və reyestrdən çıxarış olmadığından bölünmür. Bundan sonra isə X15 onun razılığı olmadan mənzili satdırır. Halhazırda 16 saylı mənzilə dair onun Xətai rayon məhkəməsində (iş 2(011)-4959/2024) həmin 16 saylı mənzillə bağlı iddia ərizəsinə baxılır. O, X15 ilə nikah pozulanadək ayrı yaşadığı zaman (2020) yaxın qohumlarını Abıyevlər ailəsi Ukraynanın Odessa şəhərində ailə biznesi ilə qazandıqları pulu onda saxlamaqla gələcəkdə Bakı şəhərində ucuz mənzil çıxdıqda onlar üçün almaq məqsədi ilə saxladıqları pula «İNV” MTK tikdiyi binanın 5-ci mərtəbəsində 17 saylı mənzil aldım (xx.xx.2020). Məhkəmənin nəzərinə çatdıraraq bildirmək istəyir ki, «İNV” MTK-nın tikdiyi binanın A bloku 5-ci mərtəbə 17 saylı mənzil (rəsmi çıxarış və digər sənədlər üzrə) hal- hazırda X16 məxsusdur şəxsi mülkiyyətindədir və həmin mənzil onların mənə birgə ailə ticarətindən qazandıqları pulu və digər qabaqcadan məndə ev almaq üçün saxladıqları pul vəsaitləri əsasında tərəfimdən onlar üçün öz verdikləri pul vəsait hesabına alınmış həmin mənzildir. X15 nikahın pozulması ilə bağlı mənə qarşı 25 iyul 2020-ci il tarixində Binəqədi rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Onu da bildirir ki, aramızda yaranan münaqişə iyun ayında 2020-ci ildə olduğundan və onun məndən həmin vaxtdan ayrı yaşaması və həmin ayrı yaşadığımız dövrdə, ərəfədə uzun müddət idi ki, (qazandıqları pulu məndə saxlamaqla) mənə ev almaq üçün Ukrayna dövlətində uzun müddət yaşayan və ailə ticarətini və ya biznes fəaliyyətlərini quran və qazanc əldə edən Abıyevlər ailəsi tərəfindən o, cümlədən ailənin başçısı X17 Ukraynada ailəsi ilə birlikdə yaşayaraq, ailə üzvləri ilə birlikdə biznes və ticarət yolu ilə qazanmaqla məşğul olaraq əldə etdikləri pulu, Azərbaycana gələrkən və eyni zamanda uşaqlarına etdikləri toydan yığılan pulları mənə verməklə (məndə saxlamaqla) öz adlarına yeni tikilən binalarda ucuz mənzil çıxdıqda öz adıma və ya onların adına almağı tapşırmışlar. xx.xx.2020-ci il tarixində (onu da vurğulamaq istəyir ki, həmin tarixdə koronavirusla əlaqədar respublikada və eləcə də dünyada karantin elan edilmişdi və respublikaya giriş çıxış qadağan edilmiş və eyni zamanda şəhərə çıxış müəyyən olunmuş icazəli saatlarda, vaxtlarda verilirdi, onlarında Azərbaycana gəlməsi qadağan idi) ünvan 1 ünvanında «İNV” MTK tərəfindən tikilərək istifadəyə verilmiş yeni tikili binanın A bloku, 5-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan, ümumi sahəsi 159.63kv.m, mənzilin ümumi dəyəri 103.365 (yüz üç min üç yüz altmış beş) AZN olan, 17 saylı mənzili Abıyevlər ailəsinin şifahi razılığı ilə (mənə verdikləri pul əsasında) öz adına rəsmiləşdirmişdir və «Müqavilə” (xx.xx.2020-ci il) və «Maliyyə Arayışı” (xx.xx.2020-ci il)-nı əldə etdi. Onu da bildirir ki, həmin gün təkrarən «İNV” MTK ya şifahi müraciət edərək Abıyevlər ailəsinin şifahi razılığı əsasında «Müqavilə” (xx.xx.2020-ci il) və «Maliyyə Arayışı” (xx.xx.2020-ci il)nm «İNV” MTK -da X12 adına dəyişdirilərək rəsimləşdirilməsi üçün (bəzi sənədlərdə ona MTK hüquqşünası İsgəndərov Bəhlul tərəfindən imzalatdırıldı) əvvəlcə MTK tərəfindən razılıq verilsə də (pulsuz, heç bir ödəniş olmadan) sonra ada dəyişikliyə görə «İNV” MTK hüquqşünası X8 və MTK-nm sədri X24 tərəfindən 4000 (dörd min) AZN manat pul istənildi bununla Abıyevlər ailəsi razılaşmadı və eyni zamanda məndə. Belə qərara gəldik ki, onlar Azərbaycan Respublikasına, vətənə geri qayıdıb gələndə mən mənzili əvvəlcə öz adıma sonrada dərhal X12 adına bağışlama yolu ilə rəsmiləşdirər. X2 dövlətində müharibə ilə əlaqədar öz ailəsi ilə birlikdə 2022-ci ildə qayıtdıqdan sonra «İNV” MTK-dən dövlət reyestrindən çıxarış əldə etmək üçün MTK müraciət etdim (şifahi) və mənə 15 avqust 2022-ci il tarixində Protokoldan çıxarışı 50 nömrə ilə "xxxx" MTK hüquqşünası X8 tərəfindən mənə təqdim olundu və bundan sonra sənədləri mənim adıma keçirilməsi üçün bütün xərcləri ilkin alınmadan tutmuş ada keçməyə, bağışlama və digər xərclər Abıyevlər ailəsi, o, cümlədən X21 tərəfindən ödənilməklə dövlət reyestrində, notariat kontorunda və təkrarən dövlət reyestrində qeydiyyata aldırmaqla qanuni yollarla həll etməklə qanuni sənədləri yekunda X12 adına keçirilməklə yekunlaşdı və bu gündə bütün xərclər o, cümlədən təmir və s. xərclər onlar tərəfindən həyata keçirilir, ödənilir və verilir. Onu da qeyd edim ki, qeyd edilən (Abıyev Elvin adına olan) mənzilə dair tərəfimdən heç-bir şəxsimə və ailəmə aid pul ödənilməmiş və xərclənməmişdir. Mənzil bağışlanan zaman 2022-ci ildə rəsmən subay idim mənzilin bağışlanmasına görə də kiminsə razılığı tələb olunmurdu. Ukraynada müharibə başladığından sonra Abıyevlər ailəsi o, cümlədən Abıyev Elvin Azərbaycana 2022-ci ildə qayıtdıqdan sonra adıma aldıqları mənzili təmir etdirmək istədikdə ustaların ona alınmış mənzilin ümumi sahəsi 159.63kv.m olmalı olduğu halda 150.0kv.m olduğun bildirmişlər və o, da mənə bildirdikdə məndə 5-ci mərtəbədə olan 17 saylı mənzil rəsmi müqavilə üzrə adımda olduğundan"xxxx" MTK-nın sədrinə və "xxxx" MTK hüquqşünası X5 bildirdim və mənzilin ümumi kvadratına görə alınmış pulu geri tələb etdim və bildirdilər ki get kimə istəyirsən şikayət et biz sənə heçnə qaytarmayacağıq. Bundan sonrada iyun 2022-ci ildə X8 əlbir olduğu 13 saylı vəkil bürosunun vəkili X26 ilə birlikdə onu təhdid etdilər, hədələdilər və dedilər ki, elə edəcəyik sənin bu mənzilə dair sənədlərin saxta (çıxsın) çıxaracağıq bizə hər birimizə 5000manat pul verməsən keçmiş həyat yoldaşın (nikahı pozulmuş) X11 öyrədəcəyik, sənə qarşı mülki iddia qaldıracağıq və mənzili (əmlakı) səndən geri alacağıq. Bunlar baş vermişdi iyun ayında sonrada növbəti aylarda mülki iddia X11 adından verildikdən sonra da təkrarən bildirmişdilər. "xxxx" MTKnın hüquqşünası X8 əlbir olduğu 13 saylı vəkil bürosunun vəkili X26 ilə birlikdə məni təhdid etmələri, hədələmələri, bu mənzilə dair sənədləri saxtalaşdıracaqlarını demələri və hər birinə 5000manat pul verməyəcəyi təqdirdə vermədiyindən X7 adından mülki iddia ilə məhkəmələrə qeyri-qanuni iddialar verdilər, verdikləri iddialarla bərabər birlikdə qrup halında bir neçə nəfəri də bu saxtalaşdırmaya qoşmaları nəticəsində xx.xx.2005-ci il tarixinə "xxxx" MTK ilə X15 arasında binanın hüquqi ünvanı ünvan 3an 3 otaqlı 17 saylı mənzilə bağlı saxta yolla hazırlanmış müqavilə və eyni zamanda həmin müqavilə əsasında X7 adına maliyyə arayışı (xx.xx.2013) hər iki sənəd sonradan saxta yolla hazırlanaraq 2023-cü il 22 sentyabr 64 nömrəli məktubla "xxxx" MTK-nın hüquqşünası X8 tərəfindən (başlanğıcı sentyabr 2022-ci ildən Binəqədi rayon Məhkəməsindən başlamış davamı olaraq (mənim məhkəməyə vəsatət və şikayət ərizəmdən sonra)) Masallı rayon Məhkəməsində açılmış 2(050)-2458/2023 saylı mülki iş üzrə elektron sistemə 2023-cü il 22 sentyabrda surətləri yerləşdirməklə həmin qeyd etdiyim müqavilə (xx.xx.2005), maliyyə arayışı (xx.xx.2013) və s elektron sistemdən surətləri məktubla təqdim olunmuşdur. E.Quliyevanın adına hazırlanmış saxta müqavilə (xx.xx.2005) və saxta maliyyə arayışı (mən iş üzrə hakimə vəsatət verməklə həmin sənədlərin təqdim olunmasını istəmişdim) məhkəməyə daxil olduqda mən vəsatətlə həmin sənədlərin əsillərin məhkəməyə təqdim olunmasın hakimdən tələb etsə də tələbimi nə iş üzrə hakim təmin etdi, nə də, "xxxx" MTK-nın hüquqşünası X8 və bundan sonrada saxta sənədlərin surətləri əsasında hakim qismən qeyri qanuni qətnamə qət edir həmin 5-ci mərtəbədə yerləşən 17 saylı mənzil üzrə E.Quliyevanın payın müəyyən edir qeyri-qanuni. Möhtərəm hakim qarşı tərəfin iddiası 4-cü mərtəbədə yerləşən 17 saylı mənzillə bağlı olduğu halda və qarşı tərəf öz iddiasında təkrarən 02 sentyabr 2023-cü il tarixində iş üzrə hakimə (hakim bu barədə tərəfə bildirdikdən sonra) yenidən iddianın dəqiqləşdirməsini təqdim etməsinə rəğmən iş üzrə hakim iddiadan kənara çıxaraq qanunsuz (çünki iddia 4-cü mərtəbədə yerləşən 17 saylı mənzillə bağlı idi) iddia olaraq 5-ci mərtəbədə yerləşən 17 saylı mənzil üzrə E.Quliyevanın payın müəyyən edir Mənim və eyni zamanda E. Abıyevin vəkili Şirvan Apellyasiya Məhkəməsinə qismən qeyri-qanuni olan Masallı rayon məhkəməsində İş № e-2(050)- 2458/2023 saylı mülki iş üzrə qətnamədən bu hissədən Apellyasiya şikayəti verdik və sonrada mən həmin E.Quliyevanın adıma hazırlanmış saxta müqavilə (14.04.200S) və saxta maliyyə arayışın və adımdan MTK sədri adına yazılmış ərizənin etibarsız hesab edilməsi ilə bağlı iddia ərizəmi Nərimanov rayon Məhkəməsinə təqdim etdim və 2(005)- 864/2024 saylı mülki iş açıldı və bundan sonrada Şirvan Apellyasiya Məhkəməsində açılmış mülki işin baxışı dayandırıldı (2(106)-454/2024 saylı mülki iş). Hal-hazırda da onun şikayət ərizəsi əsasında sənədlərin saxta hazırlanması və s. üzrə ərizədə göstərdiyi ona qarşı müxtəlif şəxslər tərəfindən törədilmiş digər cinayət əməlləri üzrə Nərimanov rayon Prokurorluğunda 13 iyun 2024-cü il tarixində 240066077sayh cinayət işi Azərbaycan Respublikasının CM-nin 320.1 maddəsi ilə açılmışdır, hal-hazırda qüvvədədir və ibtidai istintaq davam etdirilir. "xxxx" MTK-nın hüquqşünası X4 anlaqlı şəkildə və qanunsuz olduğunu bildiyi halda iki nəfərdən artıq şəxslərin iştirak etdiyi müxtəlif rayon məhkəmələrində (Binəqədi, Masallı, Nərimanov və Xətai), Nərimanov rayon Polis İdarəsinin özündə və 18 saylı polis şöbəsində (bölməsində) mənim şərəf və ləyaqətimi ləkələməklə və nüfuzdan salmaqla barəmdə yalan və böhtan xarakterli ifadələr və sözlər yazılı və şifahi şəkildə qeyd edilən qurumlarda demiş (söyləmiş) və yazılı ifadəsində Nərimanov rayon Polis İdarəsinin özündə (qərar 01 mart 2023) və 18 saylı polis şöbəsində (bölməsində) (15 mart 2024 və 13 iyul 2024 qərarda) göstərdiyi böhtan xarakterli sözləri aşkar şəkildə müxtəlif yerlərdə, Nərimanov rayon Polis İdarəsinin özündə (qərar 01 mart 2023) və 18 saylı polis şöbəsində (bölməsində), məhkəmələrdə açıq şəkildə iki nəfərdən çox kənar şəxslərin iştirak etdiyi yerlərdə bilərəkdən etdiyi əməlin qanunsuz qeyri-qanuni olduğunu bildiyi halda söyləməklə onun şərəf və ləyaqətini ləkələməklə və nüfuzdan salmaqla onun şərəf və ləyaqətini aşağılamış, adından iclaslarda yalan danışmış, ona şər və böhtanlar atmışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş X14 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından göründüyü kimi X1 Vasif Məmmədqulu oğlu barədə səsləndirdiyi fikirləri hüquq mühafizə orqanlarına, məhkəmələrə ünvanladığı ərizələrdə göstərmişdir. Qanunvericliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmaqla həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X6 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-429/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-429/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver