Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-43/2023 01.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs2, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili X1, tərcüməçi X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Qubadlı rayonu, Dondarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Qubadlı rayonu, Dondarlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 1, mənzil 67-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 dekabr 2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi «Toyota-Prius» minik markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə ictimai yer hesab olunan ünvan 1 ünvanında yerləşən «Villa İnn» hotelin qarşısındakı hərəkət növbəliliyi tənzimlənməyən yolda hərəkətdə olan zaman heç bir hərəkət üstünlüyünə malik olmadığı halda, həmin yolla qarşıdan əks istiqamətdə hərəkətdə olan «Daewoo Nexia» minik markalı, ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 ona yol verməməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan idarə etdiyi avtomobildə olan sərnişin - tanışı X12 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, Eldayaq Cəbiyevin sükan arxasında olan sürücü Zərərçəkmiş şəxs1 qəsdən yumruqla bir zərbə vurub zor tətbiq etməsi və qəsdən təpiklə zərbə vuraraq Zərərçəkmiş şəxs1 məxsus «Daewoo Nexia» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətləri səbəbindən həmin avtomobildə olan sərnişin - İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 avtomobili tərk etmək məcburiyyətində qalıb onların xuliqanlıq hərəkətlərinin qarşısını almaq üçün araya girərək onları sakitləşdirməsinə məhəl qoymamış, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq edərək xuliqanlıq niyyəti ilə qəsdən yumruqla Zərərçəkmiş şəxs2 çənə nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya həyat üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin çənə sümüyünün sağ oynaq çıxıntısının yerdəyişməyən sınığı və çənə nahiyəsinin şişkinli hematoması ilə nəticələnən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət yetirməklə xuliqanlıq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, çörəkpulu qazanmaq üçün Sumqayıt şəhərində yaşadığı evin yaxınlığında yerləşən bərbər salonunda arabir bərbər işləyir, lakin qazancı az olduğuna görə bəzən şəxsi istifadəsində olan «Toyota Prius» minik markalı avtomobillə taksi fəaliyyəti ilə də məşğul olur. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, həmin şəxslərlə əlaqə və münasibəti, habelə ədavət və ziddiyyəti olmamışdır. Sumqayıt şəhərində yaşayan X9 təxminən iki il olar ki, tanıyır, onunla qohumluğu yoxdur, aralarında ədavət və ziddiyyət olmamışdır. 06 dekabr 2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi «Toyota Prius» minik markalı avtomobillə Sumqayıt şəhərindən Bakı şəhərinə gələn zaman yolda tanışı Eldayaq mobil telefonuna zəng vuraraq hal-əhval tutduqdan sonra dostu ilə görüşmək üçün Nərimanov rayonuna getmək məqsədilə taksiyə ehtiyacı olduğunu və “20 Yanvar” dairəsində gözlədiyini bildirib onu həmin ünvandan götürərək Nərimanov rayonuna aparmasını xahiş etmişdir. Eldayağa Sumqayıt şəhərindən Bakı şəhərinə yola düşdüyünü və bir neçə dəqiqə sonra “20 Yanvar” dairəsinə çatacağını bildirib gözləməsini söyləmişdir. Təxminən 10-15 dəqiqə sonra idarə etdiyi metronun 20 Yanvar stansiyasına çatmış və Eldayağın yaxınlıqda yerləşən «Bravo» marketin qarşısında gözlədiyini görüb onu avtomobilə götürərək Nərimanov rayonunda getmək istədiyi ünvanı dəqiqləşdirdikdən sonra naviqatorun köməkliyi ilə Nərimanov rayonu, R.Muxtarov küçəsi 129 ünvanına doğru hərəkətə başlamışdır. ünvan 4 «Villa İnn» hotelin qarşısındakı yolda hərəkətdə olan zaman həmin yolla qarşıdan əks istiqamətdə hərəkətdə olan «Daewoo Nexia» minik markalı avtomobillə qarşılaşmışlar. Tələsdiyi üçün siqnal verib uzaqvuran işıqları yandırıb-söndürməklə sonradan adını bildiyi «Daewoo Nexia» minik markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 yol verməsini istəmişdir. Ancaq sürücü ona yol verməmişdir. Bu səbəbdən əsəbiləşib Eldayaqla birlikdə avtomobili tərk etmiş və «Daewoo Nexia» minik markalı avtomobilin sürücüsü Tariyelə yaxınlaşıb üstünə qışqıraraq avtomobilini yoldan kənara çəkməsini tələb etmişlər. Bu zaman Tariyelin onlara ciddi əhəmiyyət vermədiyini və avtomobilini kənara çəkməyə tələsmədiyini görüb əsəbiləşərək Eldayaqla birgə nalayiq söyüşlərlə onu söyməyə başlayıb avtomobildən düşməsini tələb etmişlər. Tariyel qorxduğu üçün avtomobildən düşmək istəməmişdir. Tariyelin avtomobildən düşmək istəmədiyini görən Eldayaq «Daewoo Nexia» minik markalı avtomobilin qabaq sol qapısını açaraq ona yumruqla zərbə vurmuşdur. O isə Tariyelin avtomobildən düşmədiyini görüb əsəbiləşərək onu söymüşdür. Eldayaq da Tariyeli nalayiq söyüşlərlə söyüb təpiklə onun avtomobilinin qabaq sol qapısına bir zərbə vurmuşdur. Bundan sonra Eldayaqla birlikdə Tariyelin avtomobilinin qarşısında dayanaraq onu döymək üçün avtomobildən düşməyə məcbur etmək məqsədi ilə hərəkət etməsinə imkan verməmişlər. Bu an Tariyelin avtomobilində olan sərnişin, sonradan adını bildiyi İran vətəndaşı Zərərçəkmiş şəxs2 avtomobildən düşüb onlara yaxınlaşaraq söyüş söyməmələrini, sakitləşmələrini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 söyüş söyməməyi tələb etməsi səbəbindən daha da əsəbiləşərək həmin vaxt onun üstünə cummuş və nalayiq söyüşlərlə onu söyərək yumruqla çənə nahiyəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən Saeid qışqıraraq əlləri ilə çənəsini tutmuş və çətinliklə müvazinətini saxlayıb kənara çəkilmişdir. Bu zaman artıq yaxınlıqda və ətrafda təxminən 15 (on beş) nəfər şəxs toplaşıb onlara tamaşa edirmişlər. Bir neçə avtomobil sürücüsü isə hərəkətə davam etmək üçün Eldayaqla onun yoldan çəkilməyini gözləmişlər. Bu vaxt Eldayaq polis əməkdaşlarının hadisə yerinə gələ biləcəklərini deyib oradan uzaqlaşmaq lazım olduğunu söyləmiş, o, ətrafda camaatın toplaşması səbəbindən həqiqətən də polis əməkdaşlarının gələ biləcəyini düşünüb cəld Eldayaqla birlikdə avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənildiyini, hazırda onlarla barışmasını və ona qarşı şikayət və tələblərinin olmamasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, özünə məxsus «Daewoo Nexia» minik markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Bakı şəhərində yaşayan İran vətəndaşı Zərərçəkmiş şəxs2 təxminən 2-3 ildir ki, tanıyır. Saeid zərurət olduqda taksi sürücüsü kimi onun xidmətindən istifadə edir, normal münasibətləri vardır. 06 dekabr 2021-ci il tarixdə saat 18 radələrində Saeidi iş yerinə aparan zaman idarə etdiyi avtomobillə ünvan 5 ünvanda yerləşən «Villa İnn» hotelin qarşısından keçən ara küçə ilə hərəkətdə olarkən qarşıdan əks istiqamətdə hərəkətdə olan «Toyota Prius» minik markalı avtomobilin sürücüsü ondan öndə gedən avtomobilə yol versə də, ona yol verməmişdir. Nəticədə dayanmaq məcburiyyətində qalıb siqnal verərək uzaqvuran işıqlan yandırıb söndürməklə həmin avtomobilin əvvəllər tanımadığı, sonradan adını bildiyi sürücüsü Təqsirləndirilən şəxs yol istəmiş, lakin Nicat ona yol verməyib ünvanına nalayiq sözlər deyərək ona yol verməsini tələb etmişdir. Sonra Nicat idarə etdiyi «Toyota Prius» markalı avtomobildə olan sərnişin, əvvəllər tanımadığı, sonradan adını bildiyi X12 ilə birlikdə avtomobildən düşüb idarə etdiyi avtomobilə yaxınlaşaraq ətrafdakılara əhəmiyyət vermədən uca səslə onu nalayiq söyüşlərlə söyməyə başlamışlar. Eldayaq yaxınlaşıb avtomobildən düşməsini tələb etmiş, lakin onu döyəcəklərindən qorxduğu üçün avtomobili tərk etməyib «102» xidmətinə zəng vurmaq qərarına gəlmişdir. Bu an Eldayaq əlini qabaq sol pəncərədən içəri salıb avtomobildə oturduğu vəziyyətdə üz nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Həmin an əllərini qabağa verərək özünü müdafiə etdiyi üçün yumruq zərbəsi yüngül formada ona toxunmuş və həmin zərbədən heç bir xəsarət almamışdır. Bu səbəbdən Eldayaq daha da əsəbiləşərək təpiklə avtomobilinin qabaq sol qapısına zərbə vurmuşdur. Bütün bunları görən X17 əl çəkmədiklərini görüb avtomobildən düşərək onları sakitləşdirməyə çalışmışdır. Bu zaman Nicat Saeidin üstünə cumub nalayiq söyüşlər söyməklə yumruqla onun çənəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən Saeid müvazinətini saxlaya bilməyib əlləri ilə çənəsini tutaraq aşağı oturmuşdur. Nicatla Eldayağın daha da azğınlaşdıqlarını görüb oradan uzaqlaşmaq üçün avtomobilini sağa döndərib «Villa İnn» hotelin hətəyinə doğru sürmək istəmiş, lakin Nicatla Eldayaq avtomobilin qarşısını kəsib onu söyməyə davam edərək bir neçə dəqiqə hərəkət etməsinə imkan verməmişlər. Ətrafda camaatın toplaşdığını və digər sürücülərin də narazılıq etdiyini görən Eldayaq və Nicat nəhayət sonuncunun idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Bundan sonra cəld Saeidə yaxınlaşıb tibbi yardıma ehtiyacı olub-olmadığını soruşmuşdur. Saeid çənə nahiyəsində şiddətli ağrı olduğunu bildirib öz mobil telefonu ilə «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Saeid «102» xidmətinə zəng vurub hadisə barədə məlumat verdiyi üçün o, daha «102» xidmətinə zəng etməyə lüzum görməmişdir. Daha sonra Saeid ilə birgə Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinə gedib hadisə ilə bağlı şikayət ərizəsi verərək izahat yazmışdır. Hadisə zamanı Eldayaq ona xəsarət yetirə bilməsə də, avtomobilinə 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Həmin vaxt Nicata və yanındakı sərnişin Eldayağa heç bir zor tətbiq etməmiş və xəsarət yetirməmişlər. Ətrafda toplaşan tanımadığı şəxslər hadisəni görsələr də, qorxduqları üçün müdaxilə etməmişlər. Sonda Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 06 dekabr 2021-ci il tarixdə saat 18 radələrində ünvan 6 ünvanında yerləşən ofisdə işlərini yekunlaşdırıb ofisin qarşısında müntəzəm olaraq taksi kimi xidmətindən istifadə etdiyi tanışı Zərərçəkmiş şəxs1 idarə etdiyi «Daewoo Nexia» minik markalı avtombilə əyləşib yaşadığı ünvana yola düşmüşdür. Nərimanov rayonunda yerləşən «Villa İnn» hotelin qarşısından keçən yolda hərəkətdə olan zaman qarşıdan əks istiqamətdə hərəkət edən «Toyota Prius» minik markalı avtomobilin sürücüsü onlardan öndə gedən avtomobilə yol versə də, onlara yol verməmişdir. Bunu görən sürücü Tariyel siqnal verərək həmin avtomobilin sürücüsündən yol istəmişdir. Lakin «Toyota Prius» markalı avtomobilin sonradan adını bildiyi sürücüsü Təqsirləndirilən şəxs onlara yol verməyərək Tariyeli söymüşdür. Sonra həmin sürücü idarə etdiyi avtomobildə olan sərnişin, sonradan adını bildiyi X12 ilə birlikdə avtomobili tərk edib onlara yaxınlaşaraq ətrafdakılara əhəmiyyət vermədən uca səslə Tariyeli nalayiq söyüşlərlə söyməyə başlamışlar. Bu zaman Eldayaq Tariyelə yaxınlaşıb avtomobildən düşməsini tələb etmişdir, lakin Tariyel avtomobildən düşmədiyi üçün Eldayaq əlini qabaq sol pəncərədən içəri salıb avtomobildə oturduğu vəziyyətdə onun üz nahiyəsindən yumruqla zərbə vurmuşdur. Tariyel həmin an cəld tərpənib əllərini qabağa verərək özünü müdafiə etdiyi üçün xəsarət almamışdır. Eldayaq Tariyelin avtomobildən düşmədiyini görüb təpiklə onun avtomobilinin qabaq sol qapısına zərbə vurmuşdur. Eldayaqla Nicatın əl çəkmədiklərini görüb avtomobildən düşərək onları sakitləşdirməyə çalışaraq söyüş söyməmələrini xahiş etmişdir. Bu an gözlənilmədən Nicat üstünə cumub nalayiq söyüşlər söyməklə yumruqla çənəsinə bir zərbə vurmuşdur. Zərbənin təsirindən müvazinətini itirib ayaq üstə dura bilməyərək çənəsini tutub aşağı oturmuşdur. Tariyel avtomobilini sağa döndərib «Villa İnn» hotelin hətəyinə doğru hərəkət etmək istəsə də, Nicatla Eldayaq avtomobilin qarşısını kəsib onu söyməyə davam edərək bir neçə dəqiqə hərəkət etməsinə imkan verməmişlər. Zərbənin təsirindən çənə nahiyəsində şiddətli ağrı oluğundan tibbi yardım üçün avtomobilə əyləşib oradan uzaqlaşmaq istəmiş, lakin özünü pis hiss etdiyi üçün bir neçə dəqiqə sərbəst şəkildə ayağa qalxa bilməmişdir. Ətrafda camaatın toplaşdığını və digər sürücülərin də narazılıq etdiyini görən Eldayaq və Nicat nəhayət sonuncunun idarə etdiyi avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Bundan sonra sürücü Zahid cəld ona yaxınlaşıb tibbi yardıma ehtiyacı olub-olmadığını soruşmuşdur. Zahidə çənə nahiyəsində şiddətli ağrı olduğunu bildirib öz mobil telefonu ilə «102» xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Sonra Zahidlə birlikdə onun idarə etdiyi avtomobillə Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinə gedib hadisə ilə bağlı şikayət ərizəsi verərək izahat yazmışdır. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Ətrafda toplaşan tanımadığı şəxslər qorxduqları üçün hadisəyə müdaxilə etməmişlər. Həmin vaxt Nicatın yol verməməsi səbəbindən yolda tıxac yaranmış, lakin heç kim cürət edib Eldayaqla Nicata yaxınlaşmamışdır. Növbəti gün, yəni 07 dekabr 2021-ci il tarixdə X20 gedib müayinə olunan zaman çənə sümüyündə sınıq xəsarəti aşkar olunmuşdur. Hadisə zamanı məhz «Toyota Prius» minik markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yumruqla vuraraq ona xəsarət yetirmişdir. Sonda Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın bir hissəsinin ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun övladıdır. Oğlu Nicat yaşadıqları evin yaxınlığında bərbər işləsə də, qazancı az olduğuna görə şəxsi istifadəsində olan «Toyota Prius» minik markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. X12 ilə övladı Nicat arasında dostluq əlaqələri vardır. 15 mart 2022-ci il tarixdə Eldayaq Cəbiyevin anası Ayidə onunla görüşərək 06 dekabr 2021-ci il tarixdə Eldayağın Nicatın idarə etdiyi avtomobillə Nərimanov rayonu ərazisində yerləşən otelin qarşısında hərəkətdə olan zaman onlara yol vermədiyi üçün «Daewoo» markalı avtomobilin sürücüsü arasında münaqişə baş verdiyini və münaqişə zamanı Nicatın bir nəfər iranlının çənə nahiyəsinə yumruqla vurduğunu və nəticədə iranlının çənəsinin sındığını, Eldayağın isə həmin vaxt «Daewo» markalı avtomobilin qapısına təpiklə vurub əzdiyini, lakin dost olduqlarına görə Eldayağın məsuliyyəti öz üzərinə götürdüyünü və həbs olunduğunu bildirmişdir. Həmin vaxt evdə olan oğlu Nicatdan hadisə ilə bağlı soruşduqda Nicat həqiqətən də hadisə zamanı iranlını yumruqla vurduğunu etiraf etmiş, lakin dost olduqlarına görə, habelə iki azyaşlı uşağı olduğu üçün Eldayağın məsuliyyəti öz üzərinə götürməsini bildirmişdir. Bununla əlaqədar bərk əsəbiləşib Nicatı danlamış və polisə gedib həqiqəti etiraf etməsini tələb etmişdir. Həmçinin Eldayağın anası Ayidədən oğlu Nicatın əvəzinə üzrxahlıq etmək və Nicatı bağışlaması üçün görüşüb yalvarmaq məqsədi ilə həmin iranlının nömrəsini istəmişdir. Eldayaq və anası iranlının nömrəsini əldə etsələr də, ona deyil, oğlu Nicata vermişlər. Sonradan Aidədən iranlının xəstəxanada çəkdiyi xərclərə görə 2000 (iki min) manat pul istədiyini, lakin Nicatın həmin vəsaiti tapa bilmədiyini öyrənmişdir. Nicat onun məsləhətinə qulaq asmamış və polisə gedib həqiqəti etiraf etməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid2 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin, Abşeron rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-59-3/2-1866/23 nömrəli məktubundan aydın olur ki, Şahid1 yeri müəyyən edilmədiyindən onun Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə məcburi qaydada gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1, Şahid2 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 26-27-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvan avtomobil yolunun üzəridir. Avtomobil yolu asfalt örtüklüdür. Hadisə avtomobil yolunun üzərində baş vermişdir. Hadisə yerinin yaxınlığında yaşayış evləri və “Villa İnn” oteli yerləşir. Cinayət işinin İ cildinin 35-37-ci vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 07 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, F.X.Xoyski küçəsi 83A ünvnaında “Daewoo Nexia” minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilin qabaq sol qapısı əzilərək deformasiyaya uğramışdır. Baxış zamanı araşdırma üçün əhəmiyyət kəsb edə biləcək başqa hal aşkar edilmədir. Cinayət işinin İ cildinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X10 925 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət - çənə sümüyünün sağ oynaq çıxıntısının yerdəyişməyən sınığı və çənə nahiyəsinin şişkinli hematoması küt əşyanın təsirindən törənmişdir, göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti 06 dekabr 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İran İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin xarakterinə və yerləşdiyi nahiyəyə əsaslanaraq demək olar ki, həmin xəsarəti şəxsin öz boyu hündürlüyündən yıxılma nəticəsində əmələ gəlməsi və özü - özünə yetirə bilməsi inandırıcı deyildir. Cinayət işinin İ cildinin 102-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 148-150-ci vərəqələrində olan Azərbyacna Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/805 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ziyan aktı məlumatlarına əsasən, 2010-cu il buraxılışlı, «Daewoo Nexia» markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 200,00 manat müəyyən edilir. O cümlədən: - dəyişilməli hissələrin qiyməti - 30,00 manat; - təmir-bərpa işlərinin qiyməti - 170,00 manat. Cinayət işinin İİ cildinin 98-ci vərəqində olan “Axtarışda olan şəxisn tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin İİ cildinin 144-150-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-683/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal buraxılması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 151-152-ci vərəqələrində olan “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbinrin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 160-cı vərəqində olan xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı 11577488 nömrəli Azərbyacna Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X18 oğlunun atası kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Cinayət işinin İİ cildinin 161-ci vərəqində olan xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı 11577451 nömrəli Azərbyacna Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X11 atası kimi Təqsirləndirilən şəxs göstərilmişdir. Cinayət işinin İİ cildinin 163-174-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus «Daewoo Nexia» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin 16 may 2022-ci il tarixdə maddi sübut hesab edilməsinin və Zərərçəkmiş şəxs1 saxlanışa verilməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-404/2022 nömrəli qərarından görünür ki, təqsirləndirilən şxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 078-29086-1222 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası DİN-in “Portal” sisteminin verdiyi məlumata görə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin İstintaq idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək xx.xx.2022-ci il tarixdə həbs edilərək Ədliyyə Nazirliyiinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyanın bir hissəsi ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 (iki) azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərlə barışmasını və dəymiş ziyanın onun tərəfindən ödənilməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-nin 58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət (09-10 iyun 2022-ci il) ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 078-29086-1222 nömrəli məktubu nəzərə alınmaqla cəza çəkməsinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs hazırda həbsdə saxlanılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərclərinə gəldikdə isə istintaq materiallarından aydın olur ki, 50 (əlli) manat məbləğində vəsait ekspertiza tədqiqatının dəyəri kimi Təqsirləndirilən şəxs aid edilmişdir. Məhkəmə, istintaq orqanın bu mövqeyi ilə razılaşmayaraq hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat məhkəmə xərcindən azad edilməlidir. Belə ki, cinayət işinin İ cildinin 249-cu vərəqində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 50 (əlli) manat təşkil edir. Həmin ekspertiza tədqiqatının predmeti Zərərçəkmiş şəxs1 məxsus «Daewoo Nexia» markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyən edilməsidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, qəsdən təpiklə zərbə vuraraq Zərərçəkmiş şəxs1 məxsus «Daewoo Nexia» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlər Təqsirləndirilən şəxs tərəfindən deyil, X12 tərəfindən edilmişdir. Bu səbəbdən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri kimi 50 (əlli) manat məhkəmə xərci Təqsirləndirilən şəxs aid edilə bilməz. Həmçinin, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-369/2022 nömrəli hökmündən görünür ki, iş üzrə ekspertiza xərci 50,0 manat X7 tutularaq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat məhkəmə xərcindən azad edilməlidir. İş üzrə maddi sübut - «Daewoo Nexia» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 saxlanışa verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi X3 04 iyun 2022-ci il – 01 mart 2023-cü il tarixlərdə keçirilmiş 16 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 50 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 01 mart 2023-cü il tarixdən hesablansın Təqsirləndirilən şəxs hazırda həbsdə saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut - «Daewoo Nexia» minik markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 saxlanışa verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri kimi 50 (əlli) manat məhkəmə xərcindən azad edilsin. “Femida” Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 50 (əlli) iş saatına görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-43/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-43/2023
01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver