Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-43/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi X1 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və müdafiəçisi «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və müdafiəçisi «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1984-ci ildə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 02 (iki) azyaşlı övladı olan, orta təhsilli, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən yarımtikilidə yaşamış, hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-641/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixdən Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1988-ci ildə Bərdə rayonu, Xanərəb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 02 (iki) azyaşlı övladı olan, orta təhsilli, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən yarımtikilidə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-642/2024 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və xx.xx.2024-cü il tarixdən Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2024-cü il tarixdə, saat 06:30 radələrində və xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində "xxxx" MMC tərəfindən podrat müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Q.Murad küçəsində inşa edilməkdə olan inzibati binadan "xxxx" MMC-yə məxsus dəmir metalın qalınlığı 0,5 sm, oturacaq hissəsinin eni 16 sm, yan hissələrinin eni isə 5 sm olan, ümumilikdə 2000 manat dəyərində və 80 metr uzunluqda dəmir tiri, dəmir metalının qalınlığı 0,3 sm, yan hissələrinin eni isə 7,5 sm olan, ümumilikdə 4875 manat dəyərində və 975 metr uzunluğunda künclüyü və ümumi dəyəri 300 manat olan 100 metr uzunluqda 4/6 ölçülü kabeli, ümumilikdə 7175 manat dəyərində təmir-tikinti materiallarını vahid niyyətlə əhatələnmiş qəsdlə oğurlayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 7175 manat olmaqla, xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib xx.xx.2024-cü il tarixdə, saat 06:30 radələrində və xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində "xxxx" MMC tərəfindən podrat müqaviləsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Q.Murad küçəsində inşa edilməkdə olan inzibati binadan "xxxx" MMC-yə məxsus dəmir metalın qalınlığı 0,5 sm, oturacaq hissəsinin eni 16 sm, yan hissələrinin eni isə 5 sm olan, ümumilikdə 2000 manat dəyərində və 80 metr uzunluqda dəmir tiri, dəmir metalının qalınlığı 0,3 sm, yan hissələrinin eni isə 7,5 sm olan, ümumilikdə 4875 manat dəyərində və 975 metr uzunluğunda künclüyü və ümumi dəyəri 300 manat olan 100 metr uzunluqda 4/6 ölçülü kabeli, ümumilikdə 7175 manat dəyərində təmir-tikinti materiallarını vahid niyyətlə əhatələnmiş qəsdlə oğurlayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 7175 manat olmaqla, xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, artıq bir ildən çoxdur ki, Bakı şəhərində yaşayır. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən yarımtikilidə qardaşı ilə qalırlar. Daimi işi olmadığı üçün pula ehtiyacı olduqlarından qardaşı ilə birlikdə zibillikdəki metalları toplayaraq satıb qazanc əldə edirlər. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 06:30 radələrində və xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Q.Murad küçəsində inşa edilməkdə olan inzibati binadan "xxxx" MMC-yə məxsus dəmir metalların qardaşı ilə birlikdə oğurlanması barədə ittihamı qəbul etmir. O, ümumiyyətlə qeyd edilən tikiliyə getməmişdir və oradan oğurluq etməmişdir. Qardaşının da həmin müəssisəyə aid metalları götürməsi barədə heç bir məlumatı olmamışdır. Qeyd edilən halların nəzərə alınmasını, himayəsində 02 azyaşlı övladı və həyat yoldaşının olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmuşdur, hazırki ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən saxlanılarkən heç bir təzyiqə məruz qalmamışdır, həmçinin şübhəli və təqsirləndirilən şəxs kimi dindirilərkən, hadisə yerinə baxış keçirilərkən və məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən qismən etirafedici ifadələr verməsi ilə bağlı qeyd etmişdir ki, həmin ifadələri oxumadan imzalamışdır. Daha sonradan isə imza etməkdən imtina etmişdir. Həmçinin imzanın və qeydlərin də özünə aid olduğunu söyləmişdir. Bundan başqa oğurluq əməllinin törədildiyi göstərilən ərazinin evlərinə yaxın olduğunu, tez-tez həmin ünvandan keçdiklərini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 06:30 radələrində və xx.xx.2024-cü il tarixdə, saat 02:30 radələrində yaşadıqları ünvanın yaxınlığında olan Bakı şəhəri, Nərimanov rayonu, Q.Murad küçəsində inşa edilməkdə olan yarım tikilidə dəmir metalların tullanıldığına görmüş və onları götürərək satıb qazanc əldə etmək qərarına gəlmişdir. Həmin metalları ayrıca bir tərəfə toplayıb səhərisi gün materialları yük maşınına yığmış və daha sonra ucuz qiymətə satmışdır. O, bildirmişdir ki, onun əməli oğurluq hesab oluna bilməsi, çünki həmin metallar istifadəyə yararsız olduğu üçün atıldığını düşünmüşdür. Həmçinin bildirmişdir ki, ittihamda qeyd edilən məbləğ əsassızdır belə ki, o götürmüş olduğu materialları təxminən 32-35 manata satmışdır. Bundan başqa qardaşı yanında olmamış və o, materialları tək götürmüşdür. Qeyd edilən halların nəzərə alınmasını himayəsində 01 azyaşlı övladı və həyat yoldaşının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əvvəllər məhkum olunmuşdur, hazırki ittiham üzrə ibtidai istintaq orqanı tərəfindən saxlanılarkən heç bir təzyiqə məruz qalmamışdır, həmçinin şübhəli və təqsirləndirilən şəxs kimi dindirilərkən, hadisə yerinə baxış keçirilərkən və məhkəmədə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən qismən etirafedici ifadələr verməsi, eləcə də qardaşı ilə birlikdə oğurluq əməli törətməsinə dair söyləmişdir ki, həmin ifadələri oxumadan imzalamışdır. Daha sonradan isə imza etməkdən imtina etmişdir. Həmçinin imzanın və qeydlərin də özünə aid olduğunu söyləmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, "xxxx" MMC şirkətində təchizatçı vəzifəsində işləyir. Şirkət olaraq podrat müqaviləsi əsasında 3 aydan çoxdur ki, Nərimanov rayonu, Qafur Murad küçəsində yerləşən yeni tikilməkdə olan çoxmərtəbəli binada təmir işləri aparırlar. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ittiham aktında qeyd olunan - dəmir metalının qalınlığı 0,5 sm, oturacaq hissəsinin eni 16 sm, yan hissələrinin eni isə 5 sm olan, ümumilikdə 2000 manat dəyərində və 80 metr uzunluqda dəmir tirin (şveller), dəmir metalının qalınlığı 0,3 sm, yan hissələrinin eni isə 7,5 sm olan, ümumilikdə 4875 manat dəyərində və 975 metr uzunluğunda künclük (uqolnik) və ümumi dəyəri 300 manat olan 100 metr uzunluqda 4/6 ölçülü kabel olan təmir-tikinti materiallarının naməlum şəxs(lər) tərəfindən oğurlandığını aşkar etmişlər. İlk dəfə oğurluq hadisəsi törədildiyi zaman müraciət etmək fikirləri olmasa da, ikinci dəfə bu hadisə təkrar baş verdiyi üçün şikayət etməli olmuşlar. Baş vermiş hadisə nəticəsində "xxxx" MMC şirkətinə ümumilikdə 7175 manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq şikayətçi olduqlarını, ziyanın ödənilməsini tələb etdiklərini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi **- LE-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük avtomobili ilə Bakı şəhəri ərazisində fərdi qaydada yükdaşıma ilə məşğul olur, adətən yük maşınını “Elit” ticarət mərkəzinin yaxınlığında saxlayaraq müştərilər gözləyir. Təqsirləndirilən şəxs2 və onun qardaşı Təqsirləndirilən şəxs1 2024-cü ilin əvvəllərindən tanıyır, onlar tullantı üçün nəzərdə tutulmuş ərazilərdən və tikinti sahələrindən istifadəyə yararsız metal avadanlıqları toplayıb satmaqla məşğul olurlar, bir neçə dəfə də onun yük maşmıyla topladıqları metalları metal qəbulu məntəqəsinə aparıb satmışlar. Sonuncu dəfə 30 aprel 2024-cü il tarixdə, saat 06 radələrində həmişəki kimi yük maşınını “Elit” ticarət mərkəzinin yaxınlığında saxlayıb müştəri gözləyirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq yığmış olduğu metal avadanlıqları “şeş-beş” restoranının yaxınlığındakı metal qəbulu məntəqəsinə aparmağını istəmiş və danışaraq 15 manat yol puluna razılaşmışlar. Daha sonra Rahibin verdiyi istaqəmətə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Qafur Murad küçəsindəki yeni tikilinin yaxınlığına gələrək yük maşınını yolun kənarında saxlamışlar. Maşını saxladıqdan sonra yük yerini açmış və Rahib yolun kənarına toplamış olduğu metal avadanlıqları daşıyaraq maşına yükləmişdir. Daha sonra isə Rahiblə birlikdə “şeş-beş” restoranının yaxınlığındakı metal qəbulu məntəqəsinə gəlmişlər və həmin yerdə Rahib yığmış olduğu metal avadanlıqları avtomobildən metal qəbulu məntəqəsinin həyətinə boşaltmışdır. Daha sonra metal qəbulu məntəqəsinin işçisi ilə danışıb gətirdiyi metalları həmin şəxsə satmışdır. O, isə avtomobildə oturub Rahibi gözlədiyindən onların danışığından məlumatı olmamışdır. Rahib metalları satdıqdan sonra onun yanma gəlib ona 15 manat yol pulu vermişdir. Yol pulunu aldıqdan sonra oradan uzaqlaşmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin materialların oğurluq olduğunu bilməmişdir, Təqsirləndirilən şəxs2 və onun qardaşı Təqsirləndirilən şəxs1 metal toplayıb satdıqlarını bildiyindən həmin metalların yararsız olduğunu düşünmüşdür. Rahibdən bu barədə soruşduqda da tullantı olduğunu söyləmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə Şahid2 ibtidadi istintaqda verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid2 elan edilmiş ifadəsində qeyd etmişdir ki, Kürdəmir rayonu, şovla kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kəntdə yaşayır. 2024-cü ilin iyun ayına kimi Bakı şəhəri ərazisində kirayədə yaşamış və Bakı şəhəri, Nərimanov rayonu, M.Naərimanov küçəsində yerləşən "şeş-beş” restoranının yaxınlığındakı metal qəbulu məntəqəsində işləmiş, 2023-cü ilin iyun ayında işdən ayrılmış va hazırda ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu, Şovla kəndində yaşayır. Metal qəbulu məntəqəsində işlədiyi müddətdə əslən Bərdə rayonundan olan Samir va onun qardaşı Rahib bir neçə dəfə onun işlədiyi həmin metal qəbulu məntəqəsinə gələrək ona müxtəlif növdə əlvan və qara metal satmışlar. xx.xx.2024-cü il tarixdə səhər saatlarında metal qəbulu məntəqəsində olduğu zaman Rahib tanımadığı şəxsin idara etdiyi "Qazel” markalı yük maşını ila metal satmaq üçün yanına gəlmişdir. Rahibin gətirmiş olduğu çoxlu sayda "armatür” kimi tanınan dəmir tirləri va "köşə” kimi tanınan dəmir materialından olan küncləri ondan hazırda dəqiq xatırlamadığı qiymətə satın almışdır. Aldığı həmin metallar bir neça gün sonra metal emalı zavoduna bir qədar baha qiymətə satılmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Rahib qardaşı Samir ilə birlikdə "Prius” markalı avtomobil ilə yenidən satmaq üçün dəmir metallar va kabel gətirmişdir. Onların gətirmiş olduqları dəmir tirləri, dəmir materialından olan küncləri va kabeli onlardan hazırda xatırlamadığı qiymətə satın almışdır. Aldığı həmin metallar bir neçə gün sonra metal emalı zavoduna bir qədər baha qiymətə satılmışdır. Rahiblə qardaşı Samirin tullantı üçün nəzərdə tutulmuş ərazilərdən va tikinti sahələrindən istifadəyə yararsız metal avadanlıqları toplayıb satmaqla maşğul olduqlarını bildirmiş va onlar bir neçə dəfə da ona hamin metallardan satmışlar. Metalları alan zaman onlardan metalları necə əldə etmələrini soruşmuş, onlar isə metalların özünə məxsus olduğunu va zibillikdən yığdıqlarını bildirmişlər. Metalların alqı-satqısı ilə bağlı vahid qeydiyyat jurnalları va ya sənədləri yoxdur. Gündəlik olaraq qeydiyyat apardıqlarından həmin sənədlərini istintaqa təqdim edə bilmir. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli Nərimamov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, X4 Bakı şəhəri, Nərimanov rayonu, Qafur Murad küçəsində yerləşən inzibati binada oğurluq olması faktı ilə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” barədə 10 may 2024-cü il tarixli protokoldan və fotocədvəllərdən görünür ki, oğurluq hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Qafur Murad küçəsində yerləşən tikilidə baş vermişdir. Məhkəmə iclasında tədqiq edilən “Video diskə baxış keçirilməsi” barədə 09 iyul 2024-cü il tarixli protokoldan və DVD diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 06:49-dan etibarən Təqsirləndirilən şəxs1 bənzər şəxsin DTX-nin Kibertəhlükəsizlik İdarəsi üçün nəzərdə tutulmuş "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Q.Murad küçəsində inşa edilməkdə olan inzibati binanın qarşısında metal avadanlıqları “Qazel” markalı yük maşınına yükləyərək oradan uzaqlaşdığı müşahidə olunur. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Belə ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(021)-21/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(021)-21/2017 saylı hökmün əsasən təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 ay, 08 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzası başa çatmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-601/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-191/2024 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2705/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-191/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-582/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-191/2024 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-2705/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 şikayəti təmin edilməmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-191/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilən “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(005)-642/2024 qərarından görünür ki, Azərbaycan Resbulikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsidə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilən “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(005)-641/2024 qərarından görünür ki, Azərbaycan Respubulikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsidə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1357 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barədə Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətlərində yalan danışmaq, özündən uydurmağa patoloji meyillilik aşkar olunmadı. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədən zaman və cinayət törətdikdən sonra yüksək ruhi həyəcan vəziyyətində olmamışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1362 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barədə Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində yalan danışmağ, özündən uydurmağa patoloji meyillilik aşakar olunmadı. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman və cinayət törətdikdən sonra yüksək ruhi həyəcan vəziyyətində olmamışdır. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 ilə bağlı xx.xx.2024-cü il tarixli, 3187 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 opiodlərin və psixostimuluyatorların birgə qəbulu nəticəsində Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 ilə bağlı xx.xx.2024-cü il tarixli, 3188 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 opiodlərin və psixostimuluyatorların birgə qəbulu nəticəsində Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilən “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2011-ci il təvəllüdlü Sadiq Mirzəlizadə, xx.xx.2015-ci il təvəllüdlü Səid Mirzəlizadə adlı iki azyaşlı övladı və həyat yoldaşı vardır. Məhkəmə iclasında tədqiq edilən “Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2014-cü il təvəllüdlü Fatimə Mirzəlili, xx.xx.2019-cü il təvəllüdlü Akif Mirzəliyev adlı iki azyaşlı övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1ci və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və buna görə də CPM-in 44.1-ci maddəsinə əsasən onların barəsində həmin maddə ilə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, Q.Murad küçəsində inşa edilməkdə olan inzibati binadakı dəmir metallarının lazımsız tullantı olduğunu bu səbəblə onları götürüb satmaq və qazanc əldə etmək qərarına gəlməsini, oğurluq niyyətinin olmaması ilə bağlı ifadəsinə, həmin ərazidəki materialları özünün tək toplaması qardaşının iştirak etməməsi ilə bağlı və vurulmuş ziyanın məbləği ilə razılaşmamasına dair ifadəsinə, məhkəmə tənqidi yanaşmaqla özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı Bakı şəhəri, Nərimanov rayonu, Q.Murad küçəsində inşa edilməkdə olan inzibati binanı ətraflı təsvir etməklə göstərilən ünvana getdiyini, həmin ərazidən müxtəlif tikinti materiallarını götürməsini və sataraq qazanc əldə etməsini etiraf etmişdir. Özü də bildirmişdir ki, həmin ərazidə tikinti işləri aparılır və ərazi qapalı şəraitdə deyildir. Bundan başqa materiaların dəyəri ilə razılaşmamasına münasibətdə məhkəmə hesab edir ki, götürdüyü materialları satdığı Şahid2 da verdiyi ifadəsində oğurlanmış əşyaların ittihamda sadalanan materiallar olduğunu təsdiq etmişdir. Qardaşı Təqsirləndirilən şəxs2 qeyd olunan əməli törədərkən birlikdə olmadıqlarına dair verdiyi ifadəsinə münasibətdə isə məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı ilkin izahatında və dindirmə protokollarında ifadələri özü tərəfindən imzalanmış və düzgün qeyd olunduğu əl yazısı ilə təsdiq olunmuşdur. Həmin imzanın və əl yazısının Təqsirləndirilən şəxs1 aid olması məhkəmə istintaqı zamanı özü tərəfindən təsdiq olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılarkən də Təqsirləndirilən şəxs2 onunla birlikdə olmamasını qeyd etməmişdir. Həmçinin məhkəmə istintaqında təqsirləndirilən X5 Bakı şəhəri, Nərimanov rayonu, Q.Murad küçəsində inşa edilməkdə olan inzibati binaya ümumiyyətlə getməməsi, qeyd edilən müəssisəyə məxsus dəmir metallarının qardaşı tərəfindən götürülməsindən xəbərinin olmamasını, ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini də özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirir və məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığı qənaətinə gəlir. Belə ki, cinayət işinin materiallarından, eləcə də məhkəmə istintaqında tədqiq edilən materiallardan görünür ki, Təqsirləndirilən şəxs1 və X5 istintaqın əvvəlindən özlərini oğurluq əməlini törətməkdə təqsirli bilmişlər. İbtidai istintaq zamanı ilkin izahatında və dindirmə protokollarında, hadisə yerinə baxış keçirilməsinə dair protokollarda, ifadələri özü tərəfindən imzalanmış və düzgün qeyd olunduğu əl yazısı ilə təsdiq olunmuşdur. Həmin imzanın və əl yazısının Təqsirləndirilən şəxs2 aid olması məhkəmə istintaqı zamanı özü tərəfindən təsdiq olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata məhkəmə iclasında baxılarkən də etiraf etmiş və əməlindən peşman olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və X5 qardaş olmaqla bir evdə yaşamışlar, əvvəllər də birlikdə oğurluq cinayəti törətmələri, eləcə də narkotik vasitə istifadə etməyə görə barələrində cinayət işi olmuş, habelə əvvəlki cinayət işləri üzrə ibtidai istintaq zamanı hər iki təqsirləndirilənə münasibətdə həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Daha sonra hazırki cinayət işi üzrə məhkəmə tərəfindən barələrində həbs qətimkan tədbiri seçilmiş və bu dövrdə digər cinayət işləri üzrə məhkəmələr tərəfindən hökm çıxarılaraq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Məhkəmə hesab edir ki, yalnız bundan sonra tərəflərindən mövcud cinayət işi üzrə də cəza almaqla vəziyyətlərinin ağırlaşacağı düşünüldüyündən Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 tərəfindən məhkəməyədək dövrdə verdikləri etirafedici ifadələrin əksinə ifadə verilmişdir. Bu cür ifadə isə məsuliyyətdən və cəzadan yayınmaq məqsədi daşımaqla, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, oğurluq hadisəsinin lentə alıdığı “DVD” disk və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 himayəsində 02 azyaşlı övladı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər cinayət əməli törətməsinə baxmayaraq, yenidən cinayət törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 himayəsində 01 azyaşlı övladı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər cinayət əməli törətməsinə baxmayaraq, yenidən cinayət törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-191/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 10 may 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 ilə bağlı məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-191/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdam məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 17 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 10 may 2024cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəylərinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidirlər. İş üzrə maddi sübut – müşahidə kamerasının görüntülərinin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə, həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 85 (səksən beş) iş saatı üçün 510 (beş yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 85 (səksən beş) iş saatı üçün 510 (beş yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-191/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-601/2024 saylı hökm üzrə 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 191/2024 saylı hökmü ilə 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il, 02 (iki) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli 10 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 03 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-191/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-582/2024 saylı hökmü üzrə 17 aprel 2024-ci il tarixdən 18 aprel 2024-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)- 191/2024 saylı hökmü ilə 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, ümumilikdə 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 10 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - müşahidə kamerasının görüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 85 (səksən beş) iş saatı üçün 510 (beş yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Bakı şəhər «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 85 (səksən beş) iş saatı üçün 510 (beş yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-43/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-43/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver