Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-430/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 20 aprel 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Q.Əliyeva küçəsində nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü X5 Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin sürücüsü, həm də baş mütəxəssis kimi təqdim edərək öz qulluq mövqeyindən istifadə etməklə sonuncunun tanışı Zərərçəkmiş şəxs3 Sumqayıt şəhərində şikəst uşaqların evdə təhsil məktəbinə direktor vəzifəsinə iki ay müddətinə şəxsi əlaqələri vasitəsi ilə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, 2021-ci ilin may ayının axırlarında saat 13 radələrində Bakı şəhəri Nərimanov rayonu Ələşrəf Əlizadə küşəsi 42 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin inzibati binasının arxasında yerləşən Təhsil muzeyin qarşısında X3 vasitəsi ilə 20.000 manat nağd pulu alıb ələ keçirərək vədinə əməl etməmiş, nəticədə Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X9 özünü Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin sürücüsü, həm də mütəxəssis kimi təqdim edərək öz qulluq mövqeyindən istifadə etməklə sonuncunun tanışı Zərərçəkmiş şəxs2 arvadı Şahid2 və X4 arvadı Şahid1 ixtisasları üzrə Xaçmaz rayonunda yerləşən orta məktəblərin birinə müəllimə işinə şəxsi əlaqələri vasitəsi ilə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, 17 iyun 2021-ci il tarixdə Xaçmaz rayonunda yerləşən “Xalq” bank vasitəsi ilə 8500 manat, 23 iyun 2021-ci il tarixdə Xaçmaz rayonunda “Xalq” bank vasitəsi ilə 8000 manat pulu tanışı Azər Həsənovun adına köçürdüyü cəmi 16.500 manat pulu onun vasitəsi ilə aldıqdan sonra həmin ilin iyun ayının 28-də saat 13 radələrində ünvan 4 ünvanında yerləşən Təhsil Nazirliyinin arxasında Azər Həsənov vasitəsi ilə 6500 manat, vahid niyyətlə əhatə olunmuş qəsdlə hissə-hissə olmaqla ümumilikdə 23.000 manat məbləğində pulu alıb ələ keçirərək vədinə əməl etməmiş və nəticədə Zərərçəkmiş şəxs2 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən tamah niyyəti ilə etibardan sui-istitadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Zərərçəkmiş şəxs1 Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin sürücüsü, həm də mütəxəssis kimi təqdim edərək öz qulluq mövqeyindən istifadə etməklə onu Gədəbəy rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, 2021-ci ilin avqust ayının 24-də saat 17 radələrində ünvan 5 ünvanın qarşısında 30.000 manat nağd pulunu alıb ələ keçirərək, vədinə əməl etməmiş və nəticədə Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 10 il olar ki, Təhsil Nazirliyində mütəxəssis kimi işə götürülmüş, lakin müxtəlif şəxslərin nəqliyyat vasitələrinin sürücüsü kimi işləmişdir. Zərərçəkmiş şəxs1 o, 2020-ci ildən tanımış, bir neçə dəfə onun Təhsil Nazirliyinin yaxınlığında yerləşən ofisində olmuşdur. Aralarında normal münasibət olmuşdur. Həmin vaxtı Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin rəisi İlqar Mahmudovun xidməti nəqliyyat vasitəsinin sürücüsü işləmişdir. Həqiqətən Zərərçəkmiş şəxs1 ona tanımadığı Zərərçəkmiş şəxs3 Sumqayıt şəhərində şikəst uşaqların evdə təhsil məktəbinə direktor vəzifəsinə təyin etdirilməsində köməklik etməsini xahiş elmişdir. O, da Zərərçəkmiş şəxs1 Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin rəisi İlqar müəllim ilə məsləhətləşib sonra ona məlumat verəcəyini demişdir. O, İlqar müəllimə Zərərçəkmiş şəxs1 xahişini bildirsə də İlqar müəllim kadrlarla məsləhətləşib bir söz deyəcəyini bildirmişdir. Bundan sonra o, özü İlqar müəllimin adından istifadə edib Amirə həmin işin 30.000 manata düzələcəyini bildirmişdir. Amir razılaşmış və 2021-ci ilin may ayında ona Təhsil Nazirliyinin arxasında 20.000 manat pul və həmin şəxsin diplomunun surətini, şəxsiyyət vəsiqəsinin surətini vermiş, qalan 10.000 manat puldan 5000 manat özünə götürəcəyini, 5000 manatı isə ona verəcəyini demişdir. Amir etiraz etməmiş və bundan sonra o, Amirə bu işi 2 ay müddətinə həll ediləcəyini bildirmişdir. Daha sonra, ona tanışı Azər Həsənov müraciət edərək iki nəfər qadın müəllimələrin Xaçmaz rayonunda orta məktəblərin birinə ixtisasları üzrə müəllimə işinə düzəldilməsində köməklik göstərməsini xahiş etmişdir. O, X16 Mahmudovla danışıb bir söz deyəcəyini bildirmişdir. Lakin o. bir neçə gündən sonra Azər Həsənova yalandan İlqar müəllimin adından həmin məsələnin 23.000 manata düzələcəyini demişdir. Azər onunla razılaşmış və 2021-ci ilin iyun ayında dəqiq tarix yadında qalmamış, 23.000 manat məbləğində pul vermişdir. O, onların işinin sentyabr ayına kimi düzələcəyini demişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 2021-ci ilin avqust ayında ona Gədəbəy rayonunda Təhsil şöbəsinin müdiri vəzifəsinin hazırda boş olduğunu və onu həmin vəzifəyə təyin etdirilməsində köməklik edilməsini xahiş etmişdir. O, Amirə İlqar müəllim ilə məsləhətləşb ona bir söz deyəcəyini demişdir. Bir neçə gündən sonra o, yalandan İlqar müəllimin adından istifadə edib ona bu işin həli üçün 30.000 manat pulun və rayon icra başçısının razılığının olmasını bildirmişdir. Amir ona rayon icra başçısından razılıq ala biləcəyini söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ona Təhsil Nazirliyinin arxasındakı Təhsil muzeyinin qarşısında 30.000 manat pul vermiş və yaxın vaxtlarda məsələnin həll olunacağını demişdir. Sonra o, Amiri İlqar müəllimlə görüşdürmüş və İlqar müəllim Amirə kadırlar idarəsi ilə məsləhətləşib mümkün ola biləcək köməkliyi göstərəcəyini demişdir. Onun aldığı pullardan İlqar Mahmudovun məlumatı olmamış, həmin pulu tanışı anket məlumatlarını dəqiq bilmədiyi “Kənan” adlı şəxsə vermiş və Kənan da ona söz verərək aldığı pullardan işlər düzələn kimi ona da pul verəcəyini, yəni hörmət edəcəyini demişdir. O da Kənana inanmışdır. Lakin sonradan Kənanın Rusiyaya qaçıb getdiyi və bir daha qayıtmadığı ona məlum olmuşdur. O, onun mobil telefon nömrəsini ünvanını və dəqiq işlədiyi yeri bilmədiyini demişdir. Kənan şəxsi əlaqələrindən istifadə edib Təhsil Nazirliyində bu işləri görəcəyini demişdir. Lakin, Kənan kimin vasitəsi ilə bu işləri görəcəyini bildirməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, onun Təhsil Nazirliyinin yaxınlığında Əliəşrəf Əlizədə küçəsi ev 42 ünvanında sənədlərin tərcüməsi ilə məşqul olmaq üçün kiçik bir ofisi var. Təqsirləndirilən şəxs isə Təhsil Nazirliyində Baş mütəxəssis və eyni zamanda Daxili Nəzarət şöbəsinin rəisinin avtomobilinin sürücüsü işləmişdir. İlham bir neçə dəfə onun ofisinə gəlib getmiş və oradan tanışlığı yaranmışdır. Təhsil Nazirliyi onun iş yerinə yaxın olduğu üçün İlham onun iş yerinə tez-tez gəlib getmişdir. Onun yaxın dostu Zərərçəkmiş şəxs3 2020-cı ilin may ayında söhbət zamanı ondan əgər imkanı varsa Sumqayıt şəhərində şikəst uşaqlara evdə təhsil məktəbində direktor vəzifəsinə işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. O, isə onun elə bir tanışı olmadığını, lakin bir nəfər tanış adam olduğunu, ondan xahiş edəcəyini bildirmişdir. Həmin ərəfələrdə Sumqayıt şəhərində evdə təhsil orta məktəbinin direktor vəzifəsi yerinin boş olduğunu bilmişdir. O, da öz növbəsində Təhsil Nazirliyində sürücü işləyən Təqsirləndirilən şəxs bu barədə xahiş etmişdir. İlham Təhsil Nazirliyi Daxili Nəzarət şöbəsinin müdiri İlqar Mahmudovun sürücüsü olmuşdur. İlham ona İlqar Mahmudovla razılaşdırıb nəticəsi barədə məlumat verəcəyini demişdir. İlqar Mahmudovla görüşdən bir gün sonra 2021-ci ilin may ayının ortalarında təxminən 14-15 tarixlərdə İlham iş yerinə gəlmiş, Nazirliyin Kadrlar şöbəsinin rəisi ilə razılaşdırıldığını, 30.000 manat müqabilində məsələnin həll edilməsini bildirmişdir. O, qohumu Zərərçəkmiş şəxs3lə danışmaq üçün vaxt istəmişdir. Ramilə 30.000 manat müqabilində ev məktəbinə direktor təyin oluna biləcəyini bildirəndə, Ramil razılaşsa da ilkin olaraq 20.000 manat ödəyəcəyini, qalan 10.000 manatı isə əmri olandan sonra verəcəyini bildirmişdir. O, da öz növbəsində Ramilin şərtlərini İlhama çatdırmış, İlham isə ona nəticəsi barədə xəbər verəcəyini demişdir. Səhərisi gün İlham ona pulu saxlamağı, lazım olanda tələb edəcəklərini demişdir. 2021-ci ilin may ayının sonunda o, Zərərçəkmiş şəxs3 30.000 manatı götürmüş və Təhsil Nazirliyinin arxasında İlhamla görüşüb 20.000 manatı ona vermiş, dostundan 10.000 manat da götürüb özündə saxlamış, əmri olandan sonra verəcəyini ona bildirmişdir. İlham pulu sayıb qəbul etmiş və bir neçə gün sonra pulu çatdırdığını, Ramilin məktəbi direktoru vəzifəsinə təyin olunmasına dair əmrin sentyabroktyabr ayında olacağını demişdir. Əmrin verilməsini gözlədiyi ərəfədə ona Gədəbəy rayonu Təhsil şöbəsinin müdür vəzifəsi boşaldığı məlum olmuşdur. O, həmin vəzifəyə təyin olunmaq istədiyini bildirmişdir. Bu barədə İlhama söyləmiş, İlqar Mahmudovla danışıb nə qədər pul verməli olduğunu razılaşdırmasını demişdir. Bir neçə gündən sonra İlham onunla görüşmüş və İlqar Mahmudovun 30.000 manat istədiyini, həmçinin Gədəbəy rayon İcra Hakimiyyəti Başçısının razılığını almaq tələb olunduğu barədə məlumat vermişdir. O, İcra Başçısından icazə verilməsini öz üzərinə götürdüyünü bildirmişdir. Razılaşdırdıqdan sonra İlhamla xx.xx.2021-ci ildə təxminən saat 17 radələrində Təhsil Nazirliyinin arxasında Ə.Əlizadə küçəsində görüşü razılaşdırmış və 30.000 manatı İlhama vermişdir. İlham onun Təhsil şöbəsinə təyin olunmağı barədə əmrin verilməsini İlqarın məlumat verəcəyini demişdir. Lakin, Kamil Musayevin əmri vaxtında verilmədiyi üçün o, Gədəbəy rayon İcra başçısından özünün Təhsil şöbəsinin müdri vəzifəsinə təyin olunmağına razılıq alınmasını saxlatdırmışdır. xx.xx.2021-ci ildə telefon əlaqəsi zamanı İlham İsmayıllıdan Bakı şəhərinə qayıtdığını, çatanda onunla görüşəcəyini demişdir. İlham onunla görüşə gəlməmiş, onun telefonlarına zəng çatmamışdır. O, narahat olub İlqar Mahmudova zəng etmiş və onunla görüşməyi razılaşdırmışdır. Nazirliyin qarşısında görüş zamanı X14 tapa bilmədiyini deyəndə o İlhamın artıq Nazirlikdə işləməməsini söyləmişdir, O, həll olunası məsələlər və verdiyi pulların taleyi barədə soruşanda İlqar müəllim cavab vermişdir ki, İlham ondan heç bir işin düzəldilməsi ilə bağlı heç bir xahiş etməmişdir, İlhamı tapıb onunla məsələləri özlərinin həll etməsini demiş və İlhamın ünvanını ona vermişdir. O, həmin ünvanı tapa bilməmişdir. Yenidən İlqara zəng etmiş və belə ünvanın olmamasını söyləyəndə İlqar müəllim ona İlhamın ona qarşı etdiyi hərəkətlərə görə polisə şikayət etməsini məsləhət görmüşdür. Onunla telefon danışığından bir neçə gün sonra İlham ona Vhatsapp nömrəsi ilə zəng edib Rusiyada olmasını, qayıdıb pulları İlqardan alaraq qaytaracağını vəd etmişdir. O, yenidən İlqar Mahmudova zəng etmiş və İlhamın dediklərini ona bildirmişdir. İlqar Mahmudov isə İlhamın ona yalan danışdığını, İlhamın ona pul verilmədiyini bildirmişdir. Sonda Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, həmçinin onun tərəfindən verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, həyat yoldaşı Şahid2 və qardaşı Pərviz Qəribovun həyat yoldaşı Şahid1 ixtisasları üzrə məktəblərin birində müəllimə kimi işə düzəltmək üçün tanışı X10 demişdir. Azər isə ona Təhsil Nazirliyinin Daxili Nəzarətində işləyən tanışı olduğunu, ondan öyrənib bu barədə ona deyəcəyini bildirmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində Azər ona zəng edərək Təhsil Nazirliyində onun xahişi ilə bağlı məsələni dediyini bildirmişdir. 2021-ci ilin iyun ayında Xaçmaz rayonunda orta məktəblərin birində müəllimə kimi işə düzəldəcəyinə görə Azər ondan cəmi 23.000 manat pul istəmişdir. O, da bu təkliflə razılaşmış və ilkin olaraq X7 adına xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonunda "xxxx" vasitəsilə 8000 manat və əlavə olaraq 500 manat ümumilikdə 8500 manat həmin tarixdə, həmin bank vasitəsilə göndərdiyini və pulu göndərməyi barədə Azərə zəng edərək demişdir. xx.xx.2021-ci il tarixdə yenə “Xalq" bank vasitəsilə Azər Həsənovun adına 8000 manat göndərmiş, Azərə zəng edib pulu onun adına göndərdiyini demişdir. Beləliklə 16.500 manat pulu "Xalq" bank vasitəsilə Azər Həsənovun adına göndərmişdir. Bundan təxminən 5-gün sonra, təxminən 28 iyun 2021-ci il tarixdə, saat 13 radələrində Nərimanov rayonunda yerləşən Təhsil Nazirliyin arxa tərəfində İlhamla zəngləşib görüşmüş və qalan pulu yəni 6500 manat pulu özünə məxsus Şevralit Niva markalı avtomaşınında sayıb Azərə vermişdir. Sonra o, Xaçmaz rayonuna qayıtmışdır. Azər ilə söhbət zamanı o, adına göndərdiyi 16500 manat pulu aparıb Təhsil Nazirliyində işləyən İlhama verdiyini bidirmişdir. 23.000 manat pulun hamısı ona məxsus olduğunu bildirmişdir. Belə ki, qardaşı Pərviz ilə 11.500 manat onun arvadının məktəbdə müəllimə düzəldilməsinə görə pulu o, onun əvəzində verəcəyini, işi düzələndən sonra isə Pərviz həmin pulu ona hissə-hissə qalaracağını danışıb razılaşdığını bildirmişdir. Öz arvadına görə Azərə verilmiş pulunda onun öz şəxsi pulu olmuşdur. Beləliklə İlhamın dediyi 23.000 manat pulu o, Azərə tam vermişdir. Azər ona bu işlə əlaqədar ancaq onunla əlaqə saxlamağını demişdir. 2021-ci ilin iyul ayının axırlarında o, Azərlə zəngləşərək Bakda görüşmək istədiyini bildirmişdir. Azər ona Təhsil Nazirliyinin arxasına glməsini və orada görüşməsini bildirmişdir. O həmin yerə gəlmiş, Azər onu Təhsil Nazirliyin qarşısına işi düzəldən şəxslə görüşə dəvət etmiş və onun dediyi tarixdə o, Təhsil Nazirliyin arxasına gəlmiş, orada Azər onu Təhsil Nazirliyin Daxili Nəzarətin rəhbəri İlqar Mahmudovun sürücüsü və baş mütəxəssis işləyən Təqsirləndirilən şəxs adlı şəxs ilə tanış etmişdir. İlham ona həyat yoldaşının və qardaşının həyat yoldaşının Xaçmaz rayonunda müəllimə kimi işə düzəlməsi barədə Azərin ona dediyini və buna görə ona cəmi 23.000 manat məbləğində pul verdiyini, narahat olmamağı, bu barədə İlqar Mahmudova dediyini, işin İlqar müəllimin nəzarətində olduğunu, işin 12 sentyabr tarixinə qədər əməl olunacağını söyləmişdir. 10 sentyabr 2021-ci il tarixdə Azərə zəng edib işin nə yerdə olduğunu öyrənmək istəmiş, lakin Azər ona cavab verməmişdir. 11 sentyabr tarixində Azərin xəstəlikdən vəfat etdiyini öyrənmişdir. Həmin vaxtdan sonra İlhamı görə bilməmiş və Təhsil Nazirliyinə gedib orada tanımadığı şəxsdən İlhamın işdən çıxarıldığı məlumatını öyrənmişdir. Buna görə də İlhamı tapa bilməmişdir. O, bundan sonra İlqar Mahmudovla görüşmüşdür. Bu barədə ona dedikdə, İlqar müəllimin onun dediklərindən yəni, İlhamın onun tanışından 23.000 manat pul alaraq arvadını və qardaşı arvadını Xaçmaz rayonunda orta məktəblərin birinə müəllimə işinə düzəldilməsindən xəbəri olmadığını, İlhamın onun adından istifadə etdiyini və aldatdığını demişdir. Sonda Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilmədiyini və Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs3 məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın Zərərçəkmiş şəxs1 tərəfindən tam şəkildə ödənildiyini, bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını, gələcəkdə də bu işlə bağlı heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Cinayət işinin İ cildinin 174-175-ci vərəqələrində olan Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, o, iki ali təhsil qurtarmağına dair diplomu olmuşdur. Lakin münasib iş tapa bilmədiyini və bu barədə dostu Zərərçəkmiş şəxs1 Xnlıqverdi oğlu ilə görüşəndə ona əgər münasib tanışı varsa onu məktəblərin birinə direktor vəzifəsinə təyin olunmağına köməklik göstərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ona bu barədə maraqlanacağını və müsbət bir variant olsa ona köməklik göstərəcəyini bildirmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1lə Nərimanov rayonunda görüşdüyünü və o, ona Sumqayıt şəhərində şikəst uşaqların evdə təhsil məktəbində direktor vəzifəsinin boş olduğunu və həmin vəzifəyə onu bir nəfər tanışı Təhsil Nazirliyində sürücü işləyən Təqsirləndirilən şəxs vasitəsi ilə 30.000 manat məbləğində pul vəsaiti hesabına təyin etdirilməsində köməklik göstərəcəyini bildirmişdir. O, təklifi qəbul etmiş və 2021-ci ilin may ayının axırlarında Bakı şəhəri Nərimanov rayonu Ələşrəf Əlizadə küşəsi 42 ünvanında verləşən Təhsil Nazirliyinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs1lə görüşüb ona 30.000 manat məbləğində pul vermişdir. O, məsələnin 2 ay müddətinə həll ediləcəyini, pulun 20.000 manatını həmin şəxsə verəcəyini, 10.000 manatını isə özündə saxlayacağını, əmr olandan sonra həmin on min manatı İlhama verəcəyini bildirmişdir. Qeyd olunan müddət bitdiyindən Zərərçəkmiş şəxs1 onunla görüşəndə o, Təqsirləndirilən şəxs işi düzəltmədiyini və ona verdiyi 20.000 manat pulu ələ keçirdiyini, onu tapa bilmədiyini demişdir. O, pulunu Amirdən geri istəmiş və Amir söhbətdən bir neçə gün sonra təxminən avqust ayının əvvəllərində 30.000 manat pulu tam şəkildə qaytarmışdır. O, Təqsirləndirilən şəxs və Təhsil Nazirlyində çalışan X8 tanımadığını, həmin şəxslərlə heç vaxtı tanışlığı və ünsiyyəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ona aid məsələnin Təqsirləndirilən şəxs vasitəsi ilə həll edəcəyini bildirmiş, başqa kimin vasitəsi və yaxud köməkliyi ilə həll olacağı barədə onun məlumatı olmamışdır. Onun pulu qayıtdığı üçün Zərərçəkmiş şəxs1 qarşı heç bir iddiası və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 onu və qaynı Pərviz Qəribovun həyat yoldaşı Şahid1 ixtisasları üzrə məktəblərin birində müəllimə kimi işə düzəltmək üçün sonradan adını bildiyi X9 demiş, Azər isə ona Təhsil Nazirliyində işləyən tanışı olduğunu, ondan öyrənib bu barədə ona deyəcəyini bildirmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində Azər ərinə zəng edərək Təhsil Nazirliyində onun xahişi ilə bağlı məsələni dediyini bildirmişdir. 2021-ci ilin iyun ayında Xaçmaz rayonunda orta məktəblərin birində müəllimə kimi işə düzəldəcəyinə görə ərindən Azər cəmi 23.000 manat məbləğində pul istəmişdir. O, da bu təklifə razılaşmış və ilkin olaraq X7 adına xx.xx.2021-ci il tarixdə Xaçmaz rayonunda “Xalq “ bank vasitəsilə 8000 manat və əlavə olaraq 500 manat ümumilikdə 8500 manat həmin tarixdə göndərmişdir. xx.xx.2021-ci il tarixdə yenə "Xalq“ bank vasitəsilə Azərin adına 8000 manat göndərmiş, Azərə zəng edib pulu onun adına göndərdiyini demişdir. Beləliklə 16500 manat pulu "Xalq“ bank vasitəsilə Azərin adına göndərmişdir. Bundan təxminən 5-gün sonra təxminən 28 iyun 2021-ci il tarixdə Nərimanov rayonunda yerləşən Təhsil Nazirliyin arxa tərəfində İlhamla zəngləşib görüşdüyünü və qalan pulu yəni 6500 manat pulu Azərə verdiyini əri ona demişdir. Azər 16500 manat pulu aparıb Təhsil Nazirliyində işləyən İlhama verdiyini bildirmişdir. 23.000 manat pulun hamısı ərinə məxsus olmuşdur. Belə ki, qaynı Qəribov Pərviz ilə 11.500 manat onun arvadının məktəbdə müəllimə düzəldilməsinə görə pulu əri onun əvəzində vermiş, işi düzələndən sonra isə Pərviz həmin pulu ona hissəhissə qataracaqmış. Sonradan Təhsil Nazirliyində sürücü işləyən Təqsirləndirilən şəxs adlı şəxs onun ərini aldadaraq 23.000 manat pulunu ələ keçirərək dələduzluq etməsi məlum olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda Şahid1 məhkəməyə notarial qaydada təstiq edilmiş ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək Nərimanov rayon Polis idarəsində verdiyi izahatı təsdiqlədiyini qeyd etmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 22-23-cü vərəqələrində olan xx.xx.2021-ci il tarixli pul köçürməsinə dair ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən “Korona Pay” ödəniş sistemi vasitəsilə X7 adına 8000 (səkkiz min) manat pul köçürülmüşdür. Cinayət işinin İ cildinin 24-cü vərəqində olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən "xxxx" ASC-nin Xaçmaz filialı vasitəsilə X7 adına 8007,50 (səkkiz min yeddi manat əlli qəpik) manat pul köçürülmüşdür. Cinayət işinin İ cildinin 25-26-cı vərəqələrində olan xx.xx.2021-ci il tarixli pul köçürməsinə dair ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən “Korona Pay” ödəniş sistemi vasitəsilə X7 adına 500 (beş yüz) manat pul köçürülmüşdür. Cinayət işinin İ cildinin 27-28-ci vərəqələrində olan xx.xx.2021-ci il tarixli pul köçürməsinə dair ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən “Korona Pay” ödəniş sistemi vasitəsilə X7 adına 8000 (səkkiz min) manat pul köçürülmüşdür. Cinayət işinin İ cildinin 29-cu vərəqində olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən "xxxx" ASC-nin Xaçmaz filialı vasitəsilə X7 adına 500,75 (beş yüz manat 75 qəpik) və 8007,50 (səkkiz min yeddi manat əlli qəpik) manat pul köçürülmüşdür. Cinayət işinin İ cildinin 68-69-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya Qərarının 1.1-ci bəndinə əsasən azad edilmişdir. Cinayət işinin İ cildinin 76-cı vərəqində olan “Axtarışda olan şəxsin tutulmasına dair” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, Bül-Bül prospektində müəyyən olunarq Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş və saxlanılması üçün Nərimanov RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin İ cildinin 86-cı vərəqində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 125-130-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-303/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 2 (iki) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 03 mart 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 162-163-cü vərəqələrində olan “Sənədə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ İstintaq şöbəsinin baş müstəntiqi Mehman Ələsgərov, Azərbaycan Respublikası CPM-nin 236-cı maddəsini rəhbər tutaraq icraatında olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 iştirakı ilə onun istintaqa təqdim etdiyi «Vhatsap» yazışmalarına baxış keçirtmişdi və 1 ədəd diskdə olan səsli mesajları səsləndirmişdir. Baxışdan əvvəl zərərçəkmiş Zərərçəkmiş şəxs1 CPM-nin 87-ci maddəsi ilə nəzərdə tutulan, o cümlədən baxış protokoluna qeydlərinin daxil olunmasını tələb etmək hüquqlarını izah edilmişdir. Baxışla müəyyən edilmişdir: təqdim olunmuş telefondan çap edilmiş vhatsap yazışmaları cəmi 18 vərəqədən ibarətdir. Yazışmalar xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixləri əhatə edir. 10 vərəqin yuxarı hissəsində «İlham» adı qeyd olunmuşdur. İlk məlumat xx.xx.2021-ci ildə saat 19:33də daxil olmuşdur. Yazıların mətnindən görünür ki, həmin şəxs Amir müəllimdən ona söz deməsini, kiminsə ona məsələnin həllini tapması üçün danışmasını, əgər sağlam adamlardılarsa həll edəcəyini, onun adının heç bir yerdə çəkilməməsini, saat 12-dən sonra nəyinsə gətiriləcəyini və bununla bağlı mütəmadi danışıqlardır. Danışıqlardan belə ehtimal etmək olur ki, İlham adlı şəxs Amir adlı şəxsə hansısa məsələnin kimin vasitəsi ilə həll edə biləcəyini bildirir buna görə kimlərinsə nə vaxt gələcəkləri ilə maraqlanır, işdə gözləməsini, camaatın pulunun qaytarılmasını bildirir. Digər çap olunmuş Vhatsapp yazışmaları ilə olan 4 vərəqənin yuxarı hissəsində **********0 rəqəmləri qeyd edilmişdir. Yazışmaların mətnindən məlum olur ki, arvadın işinin İlqar müəllimdə olmasını, 30.000 manatın qaytarılmasını tələb edir, camahatın pulunu ələ keçirməməyi tövsiyə edir, əks tərəf vaxt istəyir. Üzərində İlqar yazılmış yazışmalardan görünür ki, məlumat göndərən İlqar adlı şəxsdən görüşməyi xahiş edir. İlqar adlı şəxs görüşməyin problem olmadığını işin sonunda muzey tərəfə yaxınlaşmağı bildirir, eyni zamanda nəyə görə ona söz gələcəyi ilə maraqlanıb, İlhamla görülən qanunsuz işin ona dəxli olmaması, özünün həmin işə rədd cavabı verməsini ondan Sumqayıtda direktor müavini işləyən bir nəfərlə xahiş olunmasını, lakin razılaşmamasını bildirir və ünvan barədə məlumat verir. 1 ədəd disk açıldıqda 37 ədəd «Vhotsap audio» adlı faylar aşkar edildi və hamısı ardıcıl olaraq səsləndirildi. Audio yazıları səsləndirilərkən səsli mesajlardı, iki şəxsin səsləri müəyyən olunur, həmin şəxslərdən biri səsli mesajlarında verilən sənədlərin müəllimə çatdırmasını, o öz fikrini dedikdən sonra məlumat verəcəyini, müəllimlə görüşməyin zəruri olmasını, lakin onun gözdən uzaq yerdə görüşmək istəməsini, hansısa predmetin ona çatdırılmasını və pulun vaxtında çatdırılmamasına görə pis vəziyyətdə qalmasından, narazıçılığını bildirir və müəllimə çatmasını, az pul verilməməsini müəllimin məsələni həll edəcəyini, qayıdandan sonra pulu qaytaracığını söyləyir. 2-ci şəxsin səsli mesajlarında müəllimlə nə vaxt görüşə biləcəyini, işin həlli ilə bağlı və 20.000 və 30.000 talehi ilə marqlanır, heç olmasa axırıncı alınan 30.000 manatın qaytarılmasını tələb edir. Baxış zamanı iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, təqdim etdiyi Vhatsapp yazışmaları İlqar və onun sürücüsü İlhamla aparılan yazışmalardır. Səsli mesajlarda İlham Mediyevin və onun səsləridir Protokola qeyd olunması üçün heç bir əlavəsi yoxdur. Cinayət işinin İ cildinin 177-ci vərəqində olan “Mülki iddiaçı qismində tanınma barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 mülki iddiaçı qismində tanınmışdır. Cinayət işinin İİ cildinin 40-53-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 18 vərəqədən ibarət vhatsap yazışmalarının, 1 ədəd DVD diskdə olan 37 ədəd «Vhatsap audio» faylların, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 08 ədəd pul bank köçürmələrinə dair ərizə və qəbzlərin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan Zərərçəkmiş şəxs1 tərəfindən tam şəkildə ödənilmişdir, bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur, gələcəkdə də bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Milli Onkologiya Mərkəzinin ultrasəs müayinəsi ilə bağlı tibbi sənədindən görünür ki, X1 vəzisinin fibroadenozu diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixdə “ASAN 3” tərəfindən verilən AZE seriyalı 12641186 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. Atası kimi Təqsirləndirilən şəxs, anası kimi Əliyeva Gülarə qeyd edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Oğurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 178-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 178.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 178.1, 178.2, 178.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşmançılıq çəkməsini, arvadının xəstəlikdən əziyyət çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq belə gənaətə gəlir ki, onun barəsində müəyyən müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddiməsul vəzifələri tutma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM - 58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası və dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli, təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM - 56.1.2), cəza çəkməsinin əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmalı (CPM - 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 18 vərəqədən ibarət “Whatsap” yazışmaları, 1 ədəd DVD diskdə olan 37 ədəd «Whatsap audio» faylları, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 08 ədəd pul bank köçürmələrinə dair ərizə və qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia verərək, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 20.000 (iyirmi min) manatın alınaraq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 20.000 (iyirmi min) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkməsinin əvvəli 03 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş 18 vərəqədən ibarət “Whatsap” yazışmaları, 1 ədəd DVD diskdə olan 37 ədəd «Whatsap audio» faylları, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş 08 ədəd pul bank köçürmələrinə dair ərizə və qəbzlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs 20.000 manat məbləğində vəsait tutularaq mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 ödənilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-430/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-430/2022
14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver