Məhkəmə qərarları › İş №1(005)-432/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-432/2024

29.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-432/2024 29.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 23 aprel 2024cü il tarixdə, gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsində yerləşən "Zəfəran Hospital” klinikasının yaxınlığında 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,353 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqla müəyyən olunmamış mənbədən əldə edib üzərində saxlayaraq daşımış, 23 aprel 2024-cü il tarixdə saat 01:55 radələrində Nərimanov Rayon Polis İdarəsinin NMB-nin və Nərimanov Rayon Polis İdarəsinin 16-cı PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası küçəsində yerləşən “Zəfəran Hospital” klinikasının qarşısında olan zaman özünü şübhəli apardığı üçün saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu, 2 ünvanda yerləşən Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, xeyli miqdarda, ümumi təmiz çəkisi 0,353 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni 23 aprel 2024-cü il tarixdə gecə saatlarında Nərimanov rayonu, Daş Karxanasında yerləşən “Zəfəran Hospital”ın yaxınlığında olarkən yerdən tapmışdır. Gecə saat 02 radələrində “Zəfəran Hospital”ın qarşısından keçərkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib özlərini təqdim etmişlər, ondan da özü barədə məlumat verməyini xahiş etmişlər. Həmin vaxt üzərində narkotik vasitə olduğundan həyəcanlanmış və onların sualına cavab verməkdən yayınmışdır. Bu zaman həmin şəxslər onu polis şöbəsinə dəvət etmişlər, etiraz etməyərək onlarla birlikdə getmişdir. Daha sonra polis şöbəsinə dəvət edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 17-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə saat 01:55 radələrində Bakı şəhəri Nərimanov rayonu Daş Karxanası küçəsində yerləşən “Zəfəran Hospital”ın binası qarşısında Nərimanov RPİ-nin NMB-nin və 16-cı PŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilmişdir. İnzibati binada vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış və axtarış keçirilmiş, axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağızdan olan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində kakos adlanan maddənin olduğunu bildirdi. Həmin büküm açıldıqda içərisindən 1 ədəd sellofan büküm aşkar edildi, həmin sellofan bükümün içərisində isə açıq qəhvəyi rəngli kütlə aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni xx.xx.2024-cü il tarixdə gecə saatlarında Nərimanov rayonu Montin adlanan ərazidə yerləşən "Zəfəran Hospital”ın yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərindən aşkar edilmiş bir ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 və X5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdə saat 01:55-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağızdan olan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində "kakos" adlanan maddənin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisindən 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan bükümün içərisində isə açıq qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd "Honor” markalı mobil telefon, həmin şalvarın arxa sağ cibindən isə 1 ədəd qara rəngli pul qabı aşkar olunmuş, həmin pul qabında Təqsirləndirilən şəxs məxsus AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, “Kapital Bank" ASC- nə aid olan 4169-7332-2027-9504 nömrəli və "Bank Respublika” ASC-nə aid olan 4244-4873-5809-3422 nömrəli bank kartları, 1 ədəd “Bakı Kart” kartı, 1 ədəd "Neptun” mağazasına adi bonus kartı və 1 ədəd "Aydın optik”ə aid vizit kartı aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Honor" markalı mobil telefon və AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, eləcə də, “Kapital Bank" ASC-nə aid olan 4169-7332-2027-9504 nömrəli və "xxxx" ASC-nə aid olan 4244- 4873-5809-3422 nömrəli bank kartları iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağızdan olan bükümdə olan içərisində açıq qəhvəyi rəngli kütlə olan şəffaf rəngli büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in "219” saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni xx.xx.2024-cü il tarixdə gecə saatlarında Nərimanov rayonu Montin adlanan ərazidə yerləşən "Zəfəran Hospital”ın yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2217 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)...’’ sözləri yazılmış zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,353 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81 manat təşkil edir. Tutulmuş şəxsin azad edilməsi haqqında 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlanma yerindən azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi barədə” 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin əks olunduğu DVD diskə baxış keçirilməsi barədə” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videoçəkiliş həyata keçirilmişdir və həmin videoçəkilişin əks olunduğu 01 ədəd diskə baxış keçirilərkən aşağıdakılar aşkar edilmişdir: Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağızdan olan büküm çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində "kakos" adlanan maddənin olduğunu bildirmişdir. Həmin büküm açıldıqda içərisindən 1 ədəd sellofan büküm aşkar edilmiş, həmin sellofan bükümün içərisində isə açıq qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd "Honor” markalı mobil telefon, həmin şalvarın arxa sağ cibindən isə 1 ədəd qara rəngli pul qabı aşkar olunmuşdur. Həmin pul qabında Təqsirləndirilən şəxs məxsus AA ******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, “Kapital Bank" ASC- nə aid olan 4169-7332-2027-9504 nömrəli və "Bank Respublika” ASC-nə aid olan 4244-4873-5809-3422 nömrəli bank kartları, 1 ədəd “Bakı Kart” kartı, 1 ədəd "Neptun” mağazasına adi bonus kartı və 1 ədəd "Aydın optik”ə aid vizit kartı aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Honor" markalı mobil telefon və AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsi, eləcə də, “Kapital Bank" ASC-nə aid olan 4169-7332-2027-9504 nömrəli və "xxxx" ASC-nə aid olan 4244- 4873-5809-3422 nömrəli bank kartları iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağızdan olan bükümdə olan içərisində açıq qəhvəyi rəngli kütlə olan şəffaf rəngli büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in "219” saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni xx.xx.2024-cü il tarixdə gecə saatlarında Nərimanov rayonu Montin adlanan ərazidə yerləşən "Zəfəran Hospital” yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 may 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Maddi sübut kimi tanınma haqqında 25 may 2024-cü il tarixli qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı 01 ədəd disk və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan narkotik vasitə -0,303qram heroin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 09 sentyabr 2024-cü il tarixli, 6129 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 23 aprel 2024-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək tutulduğu 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı – 0,303 qram heroin məhv edilməli və 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 aprel 2024-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik maddənin qalığı – 0,303 qram heroin məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar