Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-436/2022 14.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1988-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi ev 23/1-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il saat 14-15 radələrində tanışı Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Məmməd Arif küçəsi 30Q-də yerləşən “Tac” kafesində həmin kafenin ofisiantı işləyən Zərərçəkmiş şəxs1 ona pivə verməməsini bəhanə edərək, Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib heç bir əsaslı səbəb olmadan silah qismində istifadə olunan pivə bakalını qəsdən Zərərçəkmiş şəxs1 tərəf atmış, sonuncu aşağı əyildiyindən həmin pivə bakalı divara dəyməklə sınmış, sonradan silah qismində istifadə olunan stəkanı Zərərçəkmiş şəxs1 üzərinə ataraq, həmin stəkanın sonuncunun sinəsinə dəyməsi nəticəsində qəsdən ona sağ körpücük nahiyyəsinin qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan, dərəcəsi təyin edilməyən xəsarət yetirməklə və silah qismində istifadə olunan stəkanı yenidən Zərərçəkmiş şəxs1 üzərinə qəsdən atan zaman həmin stəkanın sonuncunun əlinə dəyməsi və nəticədə Zərərçəkmiş şəxs1 zor tətbiq olunması ilə, habelə hadisə zamanı Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd pivə bakalını və 02 ədəd stəkanı sındırmaqla özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş və şahidin ifadələri, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci ildə saatı dəqiq xatırlamadığı vaxtda Bakı şəhəri, Nərimanov rayon, Montin qəsəbəsində yerləşən “Tac” kafesinə getmişdir. Orada əvvəlcə pivə və bir az araq içmişdir. Baş ağrıları olduğu üçün içki içdiyini və bu zaman ağrıları hiss etmədiyini bildirmişdir. Sonradan ofisiant işləyən, əvvələrdə tanıdığı Günaydan yenidən pivə istəsə də ona verməmişdir. O, həmin vaxtı əsəbiləşdiyi üçün pivə bakalını və stəkanı Günay tərəfə atmış, Günaya xəsarət yetirmək məqsədi olmamışdır. Bilərəkdən bakalı və stəkanı Günaya istiqamətləndiməmiş, içkili olduğundan divara tullamışdır. Hadisə vaxtı kafedə müştəri kimi səhv etmirsə 4-5 adam olmuş, həmin şəxsləri tanımır, hadisə 3-5 dəqiqə davam etmişdir. Hadisə vaxtı ola bilsin ki, əsəbiləşib nalayiq ifadələr işlətmişdir. Sadəcə sərxoş olduğu üçün yadında qalmayıbdır. O, Günayın başına heç bir xəsarət yetirməmişdir. Hadisə vaxtı o, atdığı stəkanın Günaya dəyib dəymədiyini sərxoş olduğu üçün xatırlamır. Həmçinin, bildirmişdir ki, digər zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs2 heç bir xəsarət yetirməmişdir. Həmin kafedən çıxdıqdan sonra özü də döyülmüş və xəsarətlər almışdır. Qeyd olunan vaxtda spirtli içkinin təsiri altında olmuş, əməlindən peşman olmasını zərərçəkmiş şəxslərdən üzr istəməsini, barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Montin qəsəbəsi, Məmməd Arif küçəsi 30Q-də yerləşən “Tac” kafesində ofisiant və qab yuyan işləyir. xx.xx.2021-ci il saat 14-15 radələrində o, kafedə olan zaman əvvəllər tanıdığı və müştəriləri olan Əli kafeyə gəlib 50 qram araq içmiş və üstündən də 1 bakal pivə içmişdir. Əli kafeyə tək gəlmiş, ancaq kafedə onlardan başqa təxminən 4-5 nəfər başqa müştəri də vardı. İçdikdən sonra Əlinin sərxoş olduğunu görmüş, çünki Əli danışığını itirmiş, artıq əskik söhbətlər edirmiş. Həmin vaxtı Əli ondan əlavə 1 bakal da pivə istəmişdir. O, Əliyə 2-ci dəfə istədiyi 1 bakal pivəni verməmişdir. Çünki, kafenin müdiri Zərərçəkmiş şəxs2 ona tapşırmışdır ki, Əliyə çox içki verməsin, Əli çox içəndə sərxoş olur və özünü idarə edə bilmir. Bu səbəbdən Əli əsəbiləşib üstünə qışqıraraq söyüş söymüş və stolun üstündəki pivə bakalını ona tərəf atmışdır. O, dərhal aşağı əyilmiş və bakal divara dəyərək sınmışdır. O, başını yuxarı qaldıran zaman Əli stolun üstündəki çay stəkanını tullamış bu zaman stəkan sağ tərəfdən sinəsinə dəymişdir. Digər stəkanı atmış və əvvəlcədən əlində olan yaraya dəyərək az qanatmışdır. Amma çox ciddi xəsarətlər olmamışdır. Əli qışqıraraq onu təhqir edən vaxt kafedə olan 2 nəfər müştəri Əlini saxlayıb çölə çıxartmışdır. O, həmin vaxtı Əlinin onu söyməsindən və stəkanın sinəsinə dəyməsindən əsəbiləşib DİN-nin 102 xidmətinə məlumat vermiş və Əliyə əsəbi olduğu üçün həmin məlumatda Əlinin başına stəkan atması, bıçağın ortası ilə başına vurub xəsarət yetirməyini bildirmişdir. Təqsirləndirilən şəxs kafedə ona qarşı hərəkətləri təxminən 10-15 dəqiqə davam etmişdir. Ekspertiza müayinəsindən keçən zaman isə əlindəki yara qanadığı üçün bunu ekspertə bildirməmiş, çünki hadisə vaxtı stəkan əlinin üstündəki yaraya dəyib azca qanatmışdır, yəni əlindən heç bir xəsarət almamışdır. Başındakı xəsarətləri səhv etmirsə hadisədən 1-2 gün qabaq kafedə işləyən zaman bilməyərəkdən kafedə olan mətbəx şkafına dəyməsi nəticəsində almışdır. Sadəcə Əliyə əsəbi olduğu üçün müayinədən keçən vaxt, habelə 102 xidmətinə məlumat verən və ibtidai istintaqda ifadə verən zaman həmin xəsarətləri də hadisə zamanı, yəni xx.xx.2021ci ildə aldığını və başındakı xəsarətlərin bıçağın dəsdəyi ilə Əli tərəfindən yetirildiyini bildirmişdir. Hazırda həmin xəsarətlər sağalmışdır. Son olaraq, o təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, bakalı və stəkanı divara atarkən onun sinəsinə dəydiyini, əlindəki xəsarətin əvvəldən mövcud olduğunu Təqsirləndirilən şəxs barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barşıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Nərimanov rayonu, Montin qəsəbəsi, Məmməd Arif küçəsi 30Q-də yerləşən “Tac” kafesini icarəyə götürüb işlədir və özü də orada kababçı kimi işləyir. Zərərçəkmiş şəxs1 kafedə həm qabyuyan, həm ofisiant, həm də yemək bişirəndir. Kafedə başqa işçi yoxdur. 26 oktyabr 2021-ci il tarixdə saat 14-15 radələrində o, kafedə olmadığı vaxt daimi müştərisi olan Təqsirləndirilən şəxs kafeyə tək gələrək masaların birində əyləşmiş və ofisiant Zərərçəkmiş şəxs1 da ona qulluq etmişdir. Əli yemək sifariş etməyərək Günaydan 50 qram araq və bir bakal pivə istəmiş, Əli arağı və pivəni içdikdən sonra sərxoş olaraq Günaydan əlavə pivə istədikdə ona əlavə pivə verməmişdir. Günayın deməsinə görə bu səbəbdən Təqsirləndirilən şəxs onunla mübahisə edib Günaya stəkan, pivə bakalı atmış, sonra kafedə olan müştərilər Əlini çölə çıxartmış və Günay bu barədə polisə məlumat vermişdir. Hadisə barədə Günay ona da zəng vurub bildirmişdir. Günay ona baş vermiş hadisəni və Əlinin hərəkətləri barədə danışarkən Günayın əlində yara olmasını və bintlə bağlamasını görmüşdür. Günay bildirmişdir ki, əlindəki yara köhnə yaradır, sadəcə hadisə zamanı Əlinin atdığı stəkan yaraya dəydiyi üçün yara bir az qanamışdır. Bundan başqa, Günay sinəsinə tərəf Əli stəkan atdığı üçün sinəsinin ağrıdığını bildirmişdir. Günay da bundan başqa xəsarət görməmiş və ona da bildirməmişdir. Günay hadisə barədə polisə şikayət etdiyini də söyləmişdir. Hadisə zamanı Əli kafedə olan ona məxsus 01 ədəd bakalı və 02 ədəd stəkanı sındırmışdır. Bundan başqa Əli hadisə zamanı kafedə heç bir şeyi sındırmamışdır. Son olaraq o, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, sonuncu barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barşıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, özü tikintidə işləyir, 2021-ci ilin oktyabr ayında gününü xatırlamadığı vaxtda kafedə oturub tikintidə yanında işləyən, lakin adını hazırda xatırlamadığı fəhlələrin biri ilə çay içən zaman Əlinin də kafedə olduğunu görmüşdür. O, kənar masada əyləşdiyi vaxt Əli də öz masasında pivə içirmiş və hərəkətlərindən sərxoş olduğu bilinirmiş. Həmin vaxtı Əli Günaydan əlavə pivə gətirməyini istəmiş, Günay isə pivə olmadığını dedikdə Əli əsəbiləşib nalayiq ifadələr işlətmiş və stolun üstündəki pivə bakalını tullamış və divara dəyib sınmış, bu zaman Günay Əliyə nəsə dediyi üçün stolun üstündə olan balaca stəkanı atmışdır. Stəkanın Günayın sinəsinə dəydiyini görməmişdir. Hadisə təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin vaxtı o, və yanındakı fəhlədən başqa kafedə əlavə tanımadığı 2 nəfər müştəri də olmuşdur. Daha sonra Əlini kafedən çıxarmışlar. Məhkəmədə şahid X3 ibtidai istintaqda verdiyi ifadədən fərqli ifadə verdiyindən məhkəmə tərəfindən ifadəsi ona elan olunmuş və bu zamanı istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. 10 may 2022-ci il tarixli Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elşən Zamanov tərəfindən imzalanmış arayışdan aydın olur ki, ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs1 Ağaəli qızının şikayəti ilə bağlı ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunan Nərimanov rayon Pİ-nin 18-ci polis şöbəsinin növbətçisi Zabil Məmmədovun xx.xx.2021-ci il tarixli raportundan aydın olur ki, Zərərçəkmiş şəxs1 Ağəli qızı həmin gün saat 15:42 radələrində 102 xidmətinə zəng edərək bildirmişdir ki, Əli adlı şəxs onun başına stəkan atmış, bıçağın ortası ilə başına vurub xəsarət yetirmişdir. Məhkəmədə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Ağəli qızının müraciəti əsasında Nərimanov Rayonu, Montin qəsəbəsində “Tac” kafesində hadisə yerinə baxış keçirilmişdir. Hadisə kafenin içərisində baş vermişdir. Müşahidə kameraları müəyyən edilməmişdir. Baxış zamanı iş üçün əhəmiyyəti olan əşya aşkar olunmamış və götürülməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X2 rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2021-ci il tarixli, 806 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Ağaəli qızının almış olduğu xəsarətlər-başın sol gicgah-təpə nahiyəsinin flukuasiya ilə müşaiyət olunan hematoması və tük dibinə qansızma, sağ körpücük nahiyəsinin qançırı küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixinə uyğun gəlir, dərərsinə görə ümumiliklə sağlamlığın qısa müddətət pozulmasına səbəb oluan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X2 rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı xx.xx.2022-ci il tarixli, 22/806 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 Ağaəli qızının almış olduğu xəsarətlər-başın sol gicgah-təpə nahiyəsinin flukuasiya ilə müşaiyət olunan hematoması və tük dibinə qansızma, sağ körpücük nahiyəsinin qançırı küt əşyanın təsirindən törənib, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixinə uyğun gəlir, başın sol gicgah-təpə nahiyəsinin flukuasiya ilə müşaiyət olunan hematoması və tük dibinə qansızma bir zərbə təsirindən əmələ gəlib, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir, sağ körpücük nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir, sağ körpücük nahiyəsinin qançiri isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş Tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvəllərdə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Belə ki, məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2011-ci il tarixli 1(005)-278/2011 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və islah işləri cəzasına məhkum olunmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 1(005)-308/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona cərimə cəzası təyin olunmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli 1(012)-75/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 2 (iki) il müddətinə azadlıqdan məhru etmə cəzasına məhkum edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılmışdır. CM-in 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 7 (yeddi) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti təyin edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli 772-15-20M nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli 1(012)-75/2019 saylı hökmünün icrası xx.xx.2020-ci il tarixdə başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli ərizələrdən aydın olur ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Əhmədov X4 Əli Yusif oğlu ilə barışmış heç bir şikayət və tələbləri yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə etmək məqsədilə göstərmişdir ki, onun zərəçəkmiş Zərərçəkmiş şəxs1 xəsarət yetirmək və ya təhqir etmək niyyəti olmamışdır. İçkili olduğu üçün bakalı və stəkanı tullamış, təhqiramiz ifadələr işlətmişdir. Məhkəmə həmin ifadəyə tənqidi yanaşaraq ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 başına bıçağın ortası ilə xəsarət yetirməyindən başqa onun Günayın üzərinə bakal atması, lakin bakalın divara dəyməsi, daha sonra stəkan atması zərərçəkənin sinəsinə dəyməsi, masanın üstündə olan stəkanı götürüb Günaya tərəf atması və bu zaman stəkanın onun əlinin üstündəki köhnədən aldığı yaraya dəydiyi üçün yaranı qanatması, nalayiq ifadələr işlətməsi ibtidai istintaq zamanı üzləşdirmə istintaq hərəkəti zamanı və məhkəmədəki ifadələrlə təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törədərək xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətləri silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törətmiş və bununla da o həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilsə də məhkumluq ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsində göstərilir ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər CM-in 221.1-ci, 221.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini müxtəlif vaxtlarda törətməsi və həmin əməllərə görə təqsirli bilinərək məhkəmə hökmü ilə ona cəza təyin olunsa da Təqsirləndirilən şəxs islah olunmayaraq yenidən CMin 221.3-cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə seçilmiş qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilməli cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs hökm elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbs edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-436/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-436/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver