Məhkəmə qərarları › İş №1(005)-436/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-436/2025

20.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-436/2025 20.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1982-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Lənkəran rayonunun Göysaban kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz fərdi evə yaşamış, barəsində ‘‘həbs" qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Nəsir” adlı şəxsdən 19 avqust 2025-ci il tarixdə tamah niyyəti ilə qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,360 qram çəkidə narkotik vasitə heroin əldə etdikdən sonra, həmin narkotik vasitəni 06 ədəd bükümə bölərək ayrı-ayrılıqda təmiz çəkiləri- 0,043 qram, 0,054 qram, 0,053 qram, 0,030 qram, 0,039 qram və 0,141 qram olmaqla ümumi təmiz çəkisi 0,360 qram xeyli miqdarda narkotik vasitə heroini satış məqsıdilə qanunsuz olaraq üzərində saxlamaqla 20 avqust 2025-ci il tarixdə ünvan 1 ünvana daşımış, Nərimanov RPİ-nin 16-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, 20 avqust 2025ci il tarixdə saat 22:35-də həmin yerdə saxlanılaraq üstü yoxlanılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən dəmir qutunun içərisində 03 ədəd siqaretin qırmızı kağızına və 03 ədəd siqaretin boz rəngli kağızma bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,054 qram, 0,053 qram, 0,030 qram, 0,039 qram, 0,141 qram ümumi təmiz çəkisi 0,360 qram 06 ədəd bükümdə kustar üsulla hazırlanmış, kimyəvi komponent tərkibinə görə eyni olan xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni şəxsi İran İslam Respublikasının vətəndaşından 1 qram və 40 manat müqabilində almışdır. O, narkotiki satmamışdır. Narkotikin bir hissəsini istifadə etmiş və qalan miqdarı bükümlərə bölmüşdür. 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Daimi olaraq kokos istifadə edir. Arada digər növlərdən də istifadə edir. Saxlanılmazdan üç gün əvvəl narkotiki şəxsi istifadəsi üçün almışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İranlı ona vatsapda yazmışdır və bir ədəd bükümdə bir qram heroin almışdır. Həmin narkotikin yarısını istifadə etmiş və yarısı qalmışdır. Heroini bükümlərə bölmə səbəbi gündəlik istifadə etmək istəyi olmuşdur. Gündəlik bir ədəd istifadə etmək üçün bir neçə büküm halında olmuşdur. Bir gündə bir ədəd heroin istifadə edir və heroini falqada tüstü formasında istifadə edirmiş. Narkotiki alıb işə qoymuşdur və qurtaranda lazım olar və istifadə etsin deyə heroin bükümlərini üstündə gəzdirmişdir. İbtidai istintaqda yazılan ifadəsinə etiraz edir. Özündə olmadığından və halsız olduğundan ifadəsini oxuya bilməmiş imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin sahə inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat şöbənin rəhbərliyinə məruzə edildikdən sonra bu məlumatın yoxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilməsinin qərara alınmışdır. X3 rəhbərliyi ilə əməliyyat qrupunun yaradılmış, 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və o qrupa daxil edilmişdir. Əməliyyat tədbirində qeyd olunanların icrası məqəsdi ilə xx.xx.2025-ci il tarixdə zəruri əməliyyat-axtarış tədbirləri keçirilərək Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək o, xx.xx.2025-ci il tarixdə saat 22:35 radələrində ünvan 3 ünvanın yaxınlığında saxlanılmış və üstünün yoxlanılmasına başlanılmışdır. Üstü yoxlanılmazdan əvvəl ona hüquq və vəzifələrinin izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən kiçik həcmli dəmir qutunun içərisində olan 3 ədəd siqaretin qırmızı kağızına və 03 ədəd siqaretin boz rəngli kağızına bükülmüş qəhvəyi rəngli tozşəkilli maddələri təqdim etmişdir. Onun üzəri yoxlanılması davam etdirilsə də, aşkar edilmiş maddələrdən savayı başqa heç nəyin aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən maddələrin narkotik vasitə olan “heroin” olduğunu və İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Aşkar olunmuş maddələrin boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq üzərində DİN yazılmış 118 № möhürlə möhürlənmişdir. Şübhəli şəxsin üzəri yoxlanılarkən həyata keçirilən bütün hərəkətlər videoçəkiliş ilə qeydə alınmışdır. Qeyd edilən yerdə protokol tərtib edilməsi üçün lazımi şərait olmadığından Təqsirləndirilən şəxs onların müşayiəti ilə Nərimanov RPİ-nin 16-cı PŞ-nə gətirilmiş və “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokolun tərtib olunmuş, protokolun ucadan oxunmuş, heç bir şikayət və ya təklifin daxil olmamışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, ona hüquq və vəzifələrinin izah edildiyini, hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edildikdən sonra, onun üzərindən aşkar edilmiş maddələr zərfdə videoçəklişlə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə təhqiqatçıya təqdim olunduğunu demişdir. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edildiyini və protokol ilə tanış olduqdan sonra onun doğruluğunun iştirakçılar, o, cümlədən onun tərəfindən imzalandığını və Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis şöbəsində olduğu zaman ona qarşı heç bir təzyiq və yaxud hər hansı qanunsuz hərəkətə yol verilmədiyini bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 və Şahid3 oglunun məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən dəmir qutunun içərisindən 03 ədəd siqaretin qırmızı kağızına və 03 ədəd siqaretin boz rəngli kağızına bükülmüş qəhvəyi rəngli deməsinə görə narkotik vasitə olan heroin götürülmüşdür. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 21 avqust 2025-ci il tarixli protokoldan görünür ki, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs – Təqsirləndirilən şəxs 20 avqust 2025-ci il tarixdə saat 22:35 radələrində ünvan 3 ünvanda Nərimanov RPİ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilmiş maddəyə baxış keçirilmişdir. 03 ədəd siqaretin qırmızı kağızına və 03 ədəd siqaretin boz rəngli kağızına bükülmüş qəhvəyi rəngli deməsinə görə narkotik vasitə olan heroin 01 ədəd zərfdə qablaşdırılmışdır və raportla qeyd edilmişdir. Təqdim olunan zərfdəki maddənin narkotik olması müəyyən edilmişdir. Protokol tərtib edilərək imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 avqust 2025-ci il tarixli, 3-16- 16/2-6/2835/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..i,Mirzəyev (imza)...” yazıları və imzalar bir ədəd zərfdə qablaşdırılmış, bir ədəd metal qutunun içərisində 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,043 qram, 0,054 qram, 0,053 qram, 0,030 qram, 0,039 qram, 0,141 qram ümumi təmiz çəkisi 0,360 qram olan maddələr kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Ekspertiza tədqiqatının dəyəri 80 manatdır. Bakı şəhəri Nərimanov Rayon Məhəməsinin 22 avqust 2025-ci il tarixli, 4(005)- 1013/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. “DVD diskinə baxış aparılması haqqında” 22 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2025-ci il tarixdə saat 22:35 radələrində ünvan 3 ünvanda saxlanılır. Təqsirləndirilən şəxs könüllü olaraq üzərindən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən dəmir qutunun içərisindən 03 ədəd siqaretin qırmızı kağızına və 03 ədəd siqaretin boz rəngli kağızına bükülmüş qəhvəyi rəngli narkotiki təqdim edir. Bildirir ki, təqdim etdikləri narkotik vasitədir. Bükümlər qablaşdırılır. Möhürlənir. “DVD diskinə baxış aparılması haqqında” 22 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilmiş maddəyə baxış keçirilmişdir. 03 ədəd siqaretin qırmızı kağızına və 03 ədəd siqaretin boz rəngli kağızına bükülmüş qəhvəyi rəngli deməsinə görə narkotik vasitə olan heroin 01 ədəd zərfdə qablaşdırılmışdır və raportla qeyd edilmişdir. Təqdim olunan zərfdəki maddənin narkotik olması müəyyən edilmişdir. Protokol tərtib edilərək imzalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən və işdə olan hökmdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)- 769/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, amnistiya aktının tətbiq edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərara əsasən cəzadan azad edilmişdir. “Amnistiya aktının tətbiq edilməsi barədə” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 dair 27 avqust 2025-ci il tarixli, 5284 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. xx.xx.2025-ci il tarixdən Mərkəzi narkoloji ekspertiza komissiyasından müayinədən keçmiş və F11.2 diaqnozu ilə qeydiyyatdadır. İşdə olan Lənkəran ŞİH başçısıın Göyşaban kənd ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Mirzəyev X4 rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla ailə tərkibi yoldaşı 1991 təvəllüdlü Arzu Mirzəyeva və qızı 2015-ci il təvəllüdlü Yağmur Mirzəyevadan ibarətdir. “Sübutların qiymətləndirilməsi haqqında” 14 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 02 ədəd disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,360 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, 02 ədəd disk cinayət işinin materillarına əlavə olunmuş və tədqiqata sərf edildikdən sonra qalmış qalıq, yəni 0,240 qram heroin Nərimanov RPİ-nin saxlanc yerinə verilmişdir. Məhkəmənin qərarı əsasında "xxxx" MMC-dən Təqsirləndirilən şəxs məxsus mobil nömrəyə aid mesaj mətnləri əldə edilmiş və həmin mətnlərdən aşağıdakılar müəyyən olunmuşdur: “Qaqa almırsansa qonağın yanında ***** olmayım”; “Səndən nisyə istəmədim, məni fırladırsan”; “At gedirəm dərman alım”; “Ramin məndən soruşandakı hanı aldığın mal...”; “İlkin ya o mal, ya da pul geri qayıtmasa*****”; “Mən işə qayıtmalıyam, almırsa de çıxım gedim” və sairə kimi narkotik vasitəsinin satışını təsdiq edən Təqsirləndirilən şəxs müxtəlif nömrələrdən yazılmış sms-lərin olması əks olunmuşdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ittiham edildiyi əməldə özünü qismən təqsirli bilməsinə dair ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin, alınmış sms-lərin və ekspert rəyinin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində "miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 14 ” iyun 2024-cü il tarixli, 08 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan qızının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – Nərimanov RPİ-nin saxlancına təhvil verilmiş ekspert tədqiqatından sonra qalan təmiz çəkisi 0,240 qram narkotik vasitə olan heroin məhv edilməli, iş üzrə 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və xx.xx.2025-ci il tarixdən Mərkəzi narkoloji xəstəxanasında F11.2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 330 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 20 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2025-ci il tarixdən mərkəzi narkoloji dispanserində F11.2 diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və qalıq qalan 0,240 qram çəkidə narkotik maddə heroin məhv edilsin. Maddi sübut - 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 330 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar