Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-438/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs (mülki cavabeh) Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Yevlax Şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 3-də qeydiyyatda olmaqla yaşan, xx.xx.2022ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 267.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 20 oktyabr 2021-ci il tarixdə, saat 11:08-də yol hərəkətinin iştirakçısı kimi idarə etdiyi iş həcmi 49 kub santimetr olan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 45 kilometr olan iki təkərli nəqliyyat vasitəsi - “Minsk D4 50” markalı mopedlə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi ilə dörd və daha çox hərəkət zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.3 üfüqi nişanlanma xəttinin üzəri ilə saatda 25 kilometr sürətlə F.X.Xoyski prospekti istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub mopedin qabaq hissəsi ilə ünvan 1 ünvanında yerləşən Dövlət Vergi Xidməti yanında Bakı şəhər X5 Baş İdarəsinin inzibati binasının qarşısında yolun sağından soluna doğru keçən xx.xx.1960-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs vuraraq Zərərçəkmiş şəxs sağ bud sümüyü boynunun qapalı, yerdəyişmiş sınığı, sağ bazu sümüyü proksimalının qapalı yerdəyişməmiş sınığı və alının əzilmiş yarası ilə nəticələnən həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 may 2021-ci il tarixdə atası Şahid adına kreditlə «Minsk D4 50» markalı moped alınmış və özü həmin mopedlə kuryer kimi işləmişdir. 20 oktyabr 2021-ci il tarixdə saat 11:08-də idarə etdiyi «Minsk D4 50» markalı mopedlə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi ilə Təbriz küçəsi istiqamətində qoşa xəttin üzəri ilə 25 km/saat sürətlə hərəkətdə olan zaman təxminən 5-7 metr məsafədən bir nəfər piyada qadının sağ tərəfdə dayanmış avtomobilin qarşısından adi yerişlə qarşısına çıxdığını görmüşdür. Qadının qoşa xəttin üzərinə çıxmasını gördükdə əyləcdən istifadə etmiş, lakin məsafə yaxın olduğundan və asfaltın üzəri yaş olduğu üçün idarə etdiyi mopedin sükanının sağ tərəfi ilə qadını vurmuşdur. Zərbədən qadın sağ tərəfi üstə yerə yıxılmış və baş nahiyəsindən qan gəlmişdir. Ətrafdakı insanlarla birlikdə həmin qadına kömək etmiş, bundan sonra hadisə yerinə gələn təcili-tibbi yardım avtomobili ilə xəsarət alan qadın X6 aparılmış, özü də onun arxasınca KTM-ə getmişdir. Bundan sonra polis əməkdaşları xəstəxanaya gələrək onu hadisə yerinə və idarəyə dəvət etmişlər. Zərərçəkmiş şəxsin müalicəsi üçün həkimin tapşırdıqlarını almış, ümumilikdə 600 (altı yüz) manat xərcləmişdir. Hadisə olan gün zərərçəkmiş şəxs xəstəxanadan ayrılmışdır. Daha sonra ailə üzvləri tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs ilə bir neçə dəfə telefonla əlaqə saxlanılmış, lakin, hər dəfə fərqli məbləğlərdə pul istəmişdir. Maddi imkanı aşağı olduğundan həmin məbləğləri zərərçəkmiş şəxsə verə bilməmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs bildirmişdir ki, 20 oktyabr 2021-ci il tarixdə saat 11:08 radələrində piyada Bakı şəhəri, Nərimanov rayonu Ağa Nemətulla küçəsi ilə hərəkət edərkən yolu park istiqamətində keçmək istədikdə avtomobillərin işıqforun qırmızı işığında dayanmalarını görüb onların arasından yolu keçməyə başlamışdır. Piyada şəkildə yolu keçib yolun ortasında olan qoşa xəttin üstünə çatıb dayanmaq isdədiyi an sol tərəfdən gələn moped onu vurmuşdur. Zərbə nəticəsində sağ yanı üstə yerə yıxılmış, sonradan hadisə yerinə gələn təcili tibbi yardım avtomobili onu X4 aparmışdır. Təqsirləndirilən şəxs hadisə günü korset və digər xırda ləvazimatları almışdır, həmin gün xəstəxanadan öz istəyi ilə çıxıb evə getmişdir. Evdə sağ ayağının baldır hissəsində və sol çiynində ağrıları şiddətləndiyi üçün 25 oktyabr 2021-ci il tarixdə «HB» Güvən Klinikasına getmiş, orada əməliyyat olunmuş, daha sonra müalicələri davam etmişdir. Bütün tibbi xərcləri öz şəxsi vəsaiti hesabına qarşılamışdır. 11(on bir) ay ərzində işləyə bilmədiyindən əldə edəcəyi gəlirdən məhrum olmuş və ümumilikdə ona 14535 (on dörd min beş yüz otuz beş) manat məbləğində maddi ziyan vurulmuşdur. Bundan başqa mülki qanunvericiliyin tələbinə əsasən yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin vurduğu zərərə görə mülkiyyətçinin zərərvuranla müştərək qaydada mülki hüquqi məsuliyyət daşımasının nəzərə alınmasını və dəymiş maddi ziyanın mopedin mülkiyyətçisi Şahid və təqsirləndiriləndən şəxsdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 20 oktyabr 2021-ci il tarixli protokoldan aydın olur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsidir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üçün eni 18.40 metr, işlək hissəsinin eni 14 metr, ehtiyat hissəsinin eni 4 metr, ayrıcı zolağın eni 0,40 metrdir. Yolun işlək hissəyə sağdan səki, soldan səki, ehtiyat hissədən sağdan obyekt, soldan park birləşir. Nəqliyyat vasitəsi hadisə yerindən götürülmüş, hadisə yerində şin və tormoz izləri, nəqliyyat vasitəsinin sınmış və düşmüş hissələri aşkar olunmamışdır. Cinayət işində olan “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyul 022-ci il tarixli Qərardan aydın olur ki, 20 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi mopedlə piyada Zərərçəkmiş şəxs vurularaq xəsarət alması ilə bağlı hadisə yerinə baxış keçirərək protokol tərtib etmişdir. Hadisə yerinə baxış keçirilən zaman asfalt örtüyü yaş olmuş, lakin texniki səhv nəticəsində hadisə yerinə baxış protokolunda yol örtüyü quru göstərilmişdir. Məhkəmədə tədqiq olunan diskə baxış keçirilməsi haqqında 08 dekabr 2021-ci il tarixli protokoldan, habelə iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki video görüntüdən aydın olur ki, hadisə zamanı yol örtüyü yaş olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi mopedlə A.Nematulla küçəsindən üzü Təbriz küçəsi istiqamətində yolun 2 zolaqlı sağ hərəkət hissəsinin soldan birinci zolağın sol hissəsi ilə qoşaxəttin üzəri ilə hərəkətdə olduğu zaman piyadanı vurması görünür. Məhkəmədə tədqiq olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aprılan tibbi müayinə” haqqında 2/15160 nömrəli, xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 X7 canlı şəxsin ekspertizasının 27 oktyabr 2021-ci il tarixli, 410/MEŞ nömrəli və 03 mart 2022-ci il tarixli, 05/MEŞ nömrəli rəylərindən görünür ki, Zərərçəkmiş şəxs “Sağ bazunun cərrahi boynunun yerdəyişməsiz sınığı, sağ bud-çanaq, sağ diz-baldırın yumşaq toxumalarının əziyi, alnında əzilmiş yarası” diaqnozu təyin edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, törənmə müddətləri xx.xx.2021-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2021-ci il tarixli HK-1/941 nömrəli və 25 may 2022-ci il tarixli 8/1241 nömrəli rəylərindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Minsk D4 50” markalı mopedin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyul 022-ci il tarixli Qərardan aydın olur ki, cinayətin predmeti olan “Minsk D4 50” markalı moped maddi sübut hesab edilmiş və Təqsirləndirilən şəxs saxlanışa verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyatsorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmədə tədqiq olunan xx.xx.2021-ci il tarixli “Nisyə satış müqaviləsi”dən aydın olur ki, satıcı qəyəri 2300 manat olan “Motosikl”ı alıcıya nisyə satmağı, alıcı isə əşyanı 800 manat ilkin ödəniş edərək qəbul etmişdir. Müqavilədə alıcı tərəf təqsirləndirilən şəxsin atası Şahid olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyi 38 saylı Mənzil-Kommunal İstismarı Sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır və yaşadığı müddət ərzində onun barəsində qonşulardan və digər şəxslərdən şikayət daxil olmamışdır. “Qətimkan tədbirinin seçilməsinə dair” 02 iyun 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan 02 iyul 2022-ci il tarixli “Mülki iddiaçı qismində tanınma haqqında” Qərardan aydın olur ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsinə verilmiş əlavədən görünür ki, o, təqsirləndirilən şəxsdən 14400 manat məbləğində maddi ziyanının əvəzini, 135 manat dövlət rüsumunun əvəzini, cəmi 14.535 manat məbləğində pulun müştərək qaydada təqsirləndirilən şəxsdən və nəqliyyat vasitəsinin mülkiyyətçisindən tutularaq ona ödənilməsini xahiş etmişdir. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs ifadələrində, ekspertiza rəylərindən və digər zəruri sənədlərindən aydın olur ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs yol hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, lakin ehiyyatsızlıq edərək cinayət əməlini törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. İş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya surəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üçtəkərli nəqliyyat vasitələri (mopedlər) və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri CMnin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti hesab edilmir. Belə nəqliyyat vasitələrini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həmin şəxsin CM-nin 267-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilər. Həmin Qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 262, 263, 263-1, 264 və 351-ci maddələri ilə məsuliyyət daşıyan şəxslər istisna olmaqla, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozan hər bir şəxs (sərnişin, piyada, velosipedçi, avtomobil və digər nəqliyyat vasitələrinin konduktorları və başqa şəxslər) CM-nin 267-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyekti ola bilərlər. CM-nin 267-ci maddəsi mexaniki olmayan nəqliyyat vasitələrini, yəni, məsələn, at-arabanı (kirşəni) idarə edən şəxslərin də cinayət məsuliyyətini istisna etmir, lakin belə nəqliyyatı idarə edən şəxsin yol hərəkətinin təhlükəsizliyi qaydalarını pozması yalnız mexaniki nəqliyyat vasitəsilə əlaqəli şəkildə yol-nəqliyyat hadisəsinin törədilməsinə səbəb olduqda CM-nin 267-ci maddəsi ilə tövsif edilir. Bütün digər hallarda, (at-araba ilə piyadanı vurma, özgə əmlakını məhv etmə və sair bu kimi hallarda) təqsirkarın əməli CM-nin şəxsiyyət və ya mülkiyyət əleyhinə törədilən cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən (mülki cavabeh) Təqsirləndirilən şəxs üçün təhlükə zərərçəkənin yolukeçməsini gördüyü andan yaranmış, o həmin andan da idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı idi. Lakin, ifadəsində qeyd etdiyi kimi qadının qoşa xəttin üzərinə çıxmasını gördükdə əyləcdən istifadə etmiş, lakin məsafə yaxın olduğundan və asfaltın üzəri yaş olduğu üçün idarə etdiyi mopedin sükanının sağ tərəfi ilə qadını vurmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin rəylərindən aydın olur ki, sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə yerinə keçirilən baxış zamanı tormoz izinin aşkar edilməməsi də sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almaq məqsədi ilə vaxtında və zəruri tədbirlər görmədiyini təsdiq edir. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 267.1-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsi, cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 267.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs ona 14.535 (on dörd min beş yüz otuz beş) manat məbləğində maddi ziyan vurulması barədə mülki iddia tələbi ilə qismən razılaşır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə hesab edir ki, zərəçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs sağlamlığının pozulması, əməliyyat olunması, müayinə və müalicələr alması danılmazdır. Bu baxımdan ona dəyən maddi ziyana görə cavabdehdən pul tutulması tələbi sübut olunduğu hissədə əsaslıdır. Eyni zamanda yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin vurduğu zərərə görə mülkiyyətçinin zərərvuranla müştərək qaydada mülki hüquqi məsuliyyət daşıması ilə bağlı məhkəmə razılaşmır və qeyd edir ki, Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki iddiaya əlavə edilmiş, "xxxx" MMC-dən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan aydın olur ki, Zərərçəkmiş şəxs ilə tibbi sərf ləvazimatlarının satışı üçün müqavilə bağlanmış və müqavilənin dəyəri 3400 (üç min dörd yüz) manat olmuşdur. “Güven HB” klinikasından verilmiş xx.xx.2022-ci il tarixli arayışdan aydın olur ki, Zərərçəkmiş şəxs olunmuş müayinə, əməliyyat, əməliyyatdan sonrakı müayinə və müalicələrə görə klinikaya 4082 (dörd min səksən iki) manat ödənilib. Ərizəyə əlavə edilmiş aptek cekləri üzrə 104,5 (yüz dörd) manat (beş) qəpik və 135 (yüz otuz beş) manat dövlət rüsumunun ödənilməsi barədə qəbz üzrə Zərərçəkmiş şəxs ödənişlər etmişdir. Beləliklə mülki cavabdeh Zərərçəkmiş şəxs tərəfindən mülki iddiaya əlavə edilmiş təsdiqedici sənədləri nəzərə alaraq mülki cavabdeh Təqsirləndirilən şəxs ümumilikdə 7.721,5 (yeddi min yeddi yüz iyirmi bir manat beş qəpik) manat məbləğində pul tutulması tələbi əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş üzrə maddi sübut olan “Minsk D4 50” markalı mopedin mülkiyyətçisi olan Təqsirləndirilən şəxs sahibliyində saxlanılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd DVD-R formatlı disk Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə cəmi 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 06 (altı) ay müddətinə azadlığın mədudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci 185 (yüz səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin, mülki cavabdeh Təqsirləndirilən şəxs 7.586,5 (yeddi min beş yüz səksən altı manat beş qəpik) manat məbləğində vurulmuş maddi zərər, dövlət rüsumunun ödənilməsinə xərclənmiş 135 manat pul vəsaiti, ümumilikdə 7.721,5 (yeddi min yeddi yüz iyirmi bir manat, beş qəpik) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-438/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-438/2022
04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver