Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-438/2023 13.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1, Müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Gürcüstan Respublikasının Saqareco rayonunun Düzəyrəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli evli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində fərdi tikilidə yaşayan, barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxslə təkrarən özgələrinin əmlakını gizli talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs «Prado» markalı avtomaşınların səsboğucularının katalizatorunu gizli olaraq talamaq məqsədi ilə istintaqa məlum olmayan qohumu X3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında "xxxx" MMC- dən öz adına icarəyə götürdüyü “Hyundai Azero” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanında yerləşən 7 saylı binanın zirzəmisində olan duracağa gəlmiş, mühafizəçiyə qonaq gəldiyini bildirərək duracaqda saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Toyota Prado” markalı, ağ rəngli, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsində yerləşən səsboğucusunun katalizatorunu özləri ilə gətirdikləri alətlərlə sökərək çıxarıb gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 3300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən «Prado» markalı avtomaşınların səsboğucularının katalizatorunu gizli olaraq talamaq məqsədi ilə istintaqa məlum olmayan qohumu X3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında istintaqa məlum olmayan Rentecardan icarəyə götürdükləri ağ rəngli “KİA” markalı, dövlət qeydiyyat nişanı məlum olmayan avtomaşınla xx.xx.2023-cü il tarixdə, saat 05:30 radələrində ünvan 4 ünvanına gəlmiş və yaşayış binasının həyətində saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prado” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin alt hissəsində yerləşən səsboğucusunun katalizatorunu özləri ilə gətirdikləri alətlərlə sökərək çıxarıb gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 3320 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən «Prado» markalı avtomaşınların səsboğucularının katalizatorunu gizli olaraq talamaq məqsədi ilə istintaqa məlum olmayan qohumu X3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında istintaqa məlum olmayan X2 adına icarəyə götürdükləri ağ rəngli “KİA OPTİMA” markalı, dövlət qeydiyyat nişanı məlum olmayan avtomaşınla xx.xx.2023-cü il tarixdə, saat 06:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 791 saylı binanın həyətində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Toyota Prado” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsində yerləşən səsboğucusunun katalizatorunu özləri ilə gətirdikləri alətlərlə sökərək çıxarıb gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən «Prado» markalı avtomaşınların səsboğucularının katalizatorunu gizli olaraq talamaq məqsədi ilə istintaqa məlum olmayan qohumu X3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında istintaqa məlum olmayan Rentecardan icarəyə götürdükləri avtomaşınla xx.xx.2023-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 10 ünvanında yerləşən Beynəlxalq Bankın inzibati binasının arxasında saxlanılmış, Zərərçəkmiş şəxs4 məxsus qara rəngli “Toyota Prado” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt katalizatorunu özləri ilə gətirdikləri alətlərlə sökərək çıxarıb gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən «Prado» markalı avtomaşınların səsboğucularının katalizatorunu gizli olaraq talamaq məqsədi ilə istintaqa məlum olmayan qohumu X3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdə, saat 23:00 radələrində ünvan 6 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus ağ rəngli, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsində yerləşən səsboğucusunun katalizatorunu özləri ilə gətirdikləri alətlərlə sökərək çıxarıb gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən «Prado» markalı avtomaşınların səsboğucularının katalizatorunu gizli olaraq talamaq məqsədi ilə istintaqa məlum olmayan qohumu X3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında istintaqa məlum olmayan X2 adına icarəyə götürdükləri Hyundai Elantra markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2023-cü il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 2 ünvanında yerləşən «Bazarstore» marketin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus qara rəngli “Toyota Prado” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsində yerləşən səsboğucusunun katalizatorunu özləri ilə gətirdikləri alətlərlə sökərək çıxarıb gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən «Prado» markalı avtomaşınların səsboğucularının katalizatorunu gizli olaraq talamaq məqsədi ilə istintaqa məlum olmayan qohumu X3 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında istintaqa məlum olmayan Rentecardan icarəyə götürdükləri avtomaşınla xx.xx.2023-cü il tarixdə, saat 03:00 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs7 məxsus qara rəngli “Toyota Prado” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin alt hissəsində yerləşən səsboğucusunun katalizatorunu özləri ilə gətirdikləri alətlərlə sökərək çıxarıb gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 1500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, X3 onun bibisi oğludur və münasibətləri yaxşı olmuşdur. Təxminən 2023-cü ilin əvvəllərində Balamir ona təklif etmişdir ki, birlikdə asan qazanc yolu ilə pul qazansınlar. Balamir onun pula ehtiyacı olduğunu bilirmiş və pula ehtiyacı olduğundan Balamirlə razılaşmışdır. Balamir ona icarəyə “Rentecar”dan avtomobil götürməyi, Bakı şəhərinin ara küçələrini gəzməyi, qaranlıq küçələrdə saxlanılmış “Toyota Prado” markalı avtomobillərin katalizatorlarını açıb götürüb satıb pul əldə etməyi təklif etmişdir. O, işsiz olduğundan və pula ehtiyacı olduğundan onunla razılaşmışdır. Onların arasındakı danışıqlara görə Bakı şəhəri ərazisində qaranlıq küçələrdə saxlanılan “Toyota Prado” markalı avtomobilləri tapdıqda o maşında əyləşib gözləməli imiş. Əgər adam gələrsə xəbər etməli imiş. Balamir isə anlayışlı olduğundan gedib avtomobillərin katalizatorlarını açıb yerinə köhnə, işləməyən katalizator quraşdırmalı imiş. Balamirin açdığı katalizatorları aparıb satıb əldə olunan pulu aralarında bölmək üçün razılıq əldə etmişlər. Balamirin Rentecardan götürdüyü “Hyundai Azero” markalı avtomaşını o idarə etməklə xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Yasamal rayonu ərazisində yerləşən hündür mərtəbəli binanın zirzəmisində olan duracağa gəlmiş, orada olan mühafizəçi, onlardan kim olmalarını soruşduqda «qonaq gəldiklərini» demişdir. Kənar şəxslərin görməməsi üçün duracaqda olan ağ rəngli “Toyota Prado” markalı avtomaşının qarşısında avtomaşını saxlamışdır. Balamir düşüb cəld səkildə həmin avtomobildə götürdükləri alətlərlə səsboğucunu açıb içərisindən katalizatorunu çıxarmış və tez maşina minib oradan uzaqlaşmışlar. O, evinə getmiş, Balamir isə maşınla evlərinə gedib və həmin katalizatoru satandan sonra ona 40 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Ə.Əliyev küçəsi 1/2 ünvanından Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prado” markalı, **- DU-*** dövlət qeydiyyat nişanlı avtomaşının katalizatorunu da Balamirlə birlikdə oğurlamışlar. Balamirin icarəyə götürdüyü nömrəsini xatırlamadığı ağ rəngli “KİA” markalı avtomobili o idarə etmişdir. Gecə vaxtı həmin avtomobil ilə Bakı şəhərinin ərazisində “Prado” markalı sahibsiz dayanmış avtomaşını tapıb katalizatorunu oğurlasınlar deyə axtarmışlar. Bu zaman gəzə-gəzə Nərimanov rayonu, Ə.Əliyev küçəsində ağ rəngli “Toyota Prado” markalı avtomaşını görmüşlər. Bu zaman o, maşında qalmaqla Balamir düşüb avtomaşının səsboğucusunun katalizatorunu açıb gəlmiş və oradan uzaqlaşıb getmişlər. Həmin oğurluqdan da Balamir ona 40 manat pul vermişdir. Katalizatorları açmaq, onları satmaq Balamirin işi imiş. O, maşını idarə edir və hadisə yerində idarə etdiyi maşınla oğurluq ediləcək avtomaşının qarşısında dayanırmış. xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Ə.Əlizadə küçəsində olan binanın həyətində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Toyota Prado” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşının katalizatorunun oğurluğunu da Balamirlə birlikdə törətmişlər. Yenə də Balamirin icarəyə götürdüyü ağ rəngli “KİA OPTİMA” markalı avtomaşınla yenə də avtomaşını onun idarə etməsi ilə Bakı şəhərinin ərazisini gəzərkən Nərimanov rayonu, Ə.Əlizadə küçəsində olan binanın həyətində saxlanılan həmin avtomaşının katalizatorunu açıb oradan uzaqlaşmışlar. O, evinə getmiş, Balamir isə katalizatoru avtomaşınla aparıb, onun bilmədiyi, tanımadığı şəxsə satmışdır. Balamirin katalizatorları eçəyə satmasını bilmir, lakin həmin oğurluqdan ona 40 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, X10 küçəsi 10 ünvanında Beynəlxalq Bankın arxasında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “Toyota Prado” markalı qara rəngli avtomaşının katalizatorunun oğurlanması hadisəsini də Balamirlə birlikdə əvvəlki oğurluqlar formasında törətmişdir və həmin oğurluqdan əldə etdikləri katalizatorun satışından Balamir ona 40 manat pul vermişdir. ünvan 8 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus ağ rəngli “Toyota Prado” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşının katalizatorunu da Balamirlə ikisi birlikdə törətmişlər, əvvəlki katalizator oğurluqları kimi yenə də Balamirin icarəyə götürdüyü yadında qalmayan avtomaşınla Bakı şəhərinin ərazisini axtarırmışlar ki, sahibsiz “Toyota Prado” markalı avtomaşın tapıb katalizatorunu oğurlasınlar. Gəzərkən Nəsimi rayonu ərazisində xatırlamadığı küçədə saxlanılmış həmin ağ rəngli “Toyota Prado” markalı avtomaşını görüb ətrafa nəzər salmış və görən olmadığına əmin olandan sonra həmin avtomaşının yanında o maşını saxlamışdır. Bu zaman o, maşını Balamirin avtomaşının altına girməsini görən olmasın deyə və kimsə gələrsə Balamirə xəbər verə bilməsi üçün düz qarşısında saxlamışdır. Balamir gətirdikləri alətlərlə katalizatoru açıb götürmüş və gəlib maşina minəndən sonra oradan uzaqlaşmışlar. Həmin katalizatorun satışından da Balamir ona 40 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsində yerləşən «Bazarstore»nin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus “Toyota Prado” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomaşının katalizatorunun oğurlanması ilə əlaqədar bildirmişdir ki, həmin maşından da oğurluğu Balamirlə o birlikdə törətmişlər, həmin oğurluq yerinə Balamirin icarəyə götürdüyü “Hyundai Elantra” markalı avtomaşınla getmişlər və əvvəlki oğurluqlar qaydasında da katalizatoru oğurlamışlar. Yenə də ona həmin oğurlanmış katalizatorun satışından 40 manat pul verilmişdir. Nərimanov rayonu, Atatürk prospekti 5A ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs7 oğtluna məxsus qara rəngli “Toyota Prado” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomaşın katalizatorunun oğurluğunu da o, Balamirlə birlikdə törətmişdir və Balamir həmin katalizatorun satışından əldə etdiyi puldan onun 40 manatını vermək üçün görüşən gün onları polislər saxlamışdır. Hər dəfə müxtəlif marka və nömrələrdə maşınları icarəyə götürürmüşlər ki, şübhə doğurmasın, oğurluq katalizatorlarunu da Balamir internet saytlarında elan verməklə satmışdır. Törətdiyi əməldən peşmandır. Son olaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd edib barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Toyota Prado” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomaşınını xx.xx.2023-cü il tarixdə günorta saatlarında işə salmaq istəyərkən avtomobilin altından gurultu səsi gəlmişdir. Avtomobili həmin vəziyyətdə ustaya aparmış, usta avtomaşına baxaraq katalizatorun söküldüyünü bildirmişdir. Bundan sonra o, DİN-nin 102 mərkəzinə zəng etmişdir. Daha sonra komendantın otağında olan qarajda quraşdırılmış kamera görüntülərinə baxanda məlum olmuşdur ki, ağ rəngli “Hyundai Azero” markalı, **-AR-*** dövlət nömrə nişanlı avtomobil 25 dekabr 2022-ci il tarixdə, saat 23:00-da qaraja daxil olur, xx.xx.2022-ci il tarixdə, saat 06 radələrində həmin qarajdan çıxır, həmin avtomobil qaraja daxil olan zaman sükan arxasından bir nəfər, qabaq sərnişin oturacağından isə ikinci adam düşür və onun avtomaşınının dayandığı yerə girir. Avtomaşınının katalizatorunun sökülməyi görünməsə də əlində əşya ilə çıxdığı görünür. Yenidən hər ikisi gəldikləri avtomaşına əyləşərək çıxıb gedirlər. Avtomaşınından katalizator oğurlanması nəticəsində ona 3300 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Toyota Prado” minik markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur və həmin avtomaşını özü idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 23:45 radələrində həmin avtomaşını yaşadığı ünvanda, yəni ünvan 9b evinə getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində avtomaşınına yaxınlaşıb mühərriki işə salanda nasazlıq hiss etmiş və avtomaşının alt hissəsinə baxış keçirmişdir. Bu vaxt ona məlum olmuşdur ki, avtomaşının alt hissəsindən səsboğucunun katalizatoru naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Daha sonra DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermiş və müraciəti əsasında Nərimanov RPİ-nin 17-ci PŞ-də araşdırma aparılmışdır. Həmin oğurluq nəticəsində ona 3320 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, atasına məxsus “Toyota Prado” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində işdən gəlib avtomaşını yaşadığı evin həyətində saxlamışdır. Səhəri gün avtomobili işə salmaq istəyərkən məlum olmuşdur ki, avtomobilin katalizatoru oğurlanmışdır. Bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 18:00 radələrində idarə etdiyi “Toyota Prado” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomaşınını ünvan 10 ünvanında olan duracaqda saxlayaraq yaşadığı mənzilə getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 08:30 radələrində işə getmək üçün yaşadığı evdən çıxıb avtomaşınını saxladığı duracağa gəlib avtomaşına əyləşib mühərriki işə salanda mühərrikin səsinin gur çıxdığını eşitmişdir. Avtomaşından düşüb alt hissəsinə baxdıqda avtomaşının səsboğucusunun boltunun yenisi ilə əvəz edildiyini görmüş və avtomaşının katalizatorunun kömürünün oğurlanmasından şübhələnmişdir. Ustaya aparanda usta səsboğucunun katalizatorunun kömürü yerində olmadığını bildirmişdir. Avtomaşınının səsboğucusunun katalizatorunun oğurlanması nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 19 radələrində idarə etdiyi “Toyota Prado” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 11 ünvanda yerləşən «Bazarstore» marketin qarşısında saxlayıb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 12:45 radələrində yaşadığı evdən çıxıb avtomobilinə yaxınlaşıb əyləşdikdən sonra mühərriki işə salandan sonra aşağıdan gur səs gəldiyini eşitmiş. Avtomobilinə baxış keçirildikdə katalizatorun oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 22:00 radələrində idarə etdiyi “Toyota Prado” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomaşınını yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5 ünvanının qarşısında saxlayıb yaşadığı mənzilə getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 07:45 radələrində övladını məktəbə aparmaq üçün yaşadığı mənzildən çıxıb avtomaşınına yaxınlaşıb əyləşərək mühərriki işə salmışdır. Mühərrikin səsinin gur gəldiyini eşidib avtomobildən düşərək alt hissəsinə əyilib baxdıqda katalizatorun oğurlandığını görmüşdür. Oğurluq nəticəsində ona 1500 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərin razılığı ilə məhkəmə istintaqında onun ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs5 vermiş olduğu ifadədən aydın olur ki, həyat yoldaşı X4 adına olan və onun idarə etdiyi “Toyota Prado” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşını daim ünvan 12 ünvanın qarşısında ümumi küçədə saxlayır. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində avtomaşını həmin yerdə saxlayıb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində gəlib avtomaşına əyləşib mühərrikini işə saldıqda mühərrikin səsinin gur gəldiyini eşidib avtomaşını usta yanına aparmış və usta baxıb bildirmişdir ki, avtomaşının səsboğucusunun katalizatoru sökülərək oğurlanmışdır. Avtomaşınının katalizatorunun oğurlanması nəticəsində ona 1000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022ci ilin axırlarından müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə 1055 küçəsi, 7 nömrəli binanın mühafizəçisi kimi xidmət göstərir. 2022-ci ilin dekabr ayının 25dən 26-na keçən gecə mühafizəçisi olduğu binanın qarajından avtomobilin katalizatorunun oğurlanmasından məlumatı olmamışdır. Hadisədən bir neçə gün sonra ona məlum olmuşdur ki, binanın qarajında avtomobilini saxlayan Fərid adlı şəxsin avtomaşının katalizatorunu söküb oğurlamışlar. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə axşam vaxtlarında binanın qarajına daxil olan ağ rəngli avtomaşının sürücüsündən hara getdiyini soruşanda sürücü qonaq gəldiyini bildirmişdir. O da binanın təhlükəsizliyini təmin etdiyindən ona görə fikir verməmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1, Şahid2 və Şahid4 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid1, Şahid2 və Şahid4 ibtidai istintaq dövründə vermiş olduqları ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Xətai rayonu, Əhmədli metrostansiyası «Lukoil» yanacaq doldurma məntəqəsinin həyətində yerləşən "xxxx" MMC-nin idarə heyətinin sədridir. xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində X8 şirkətə müraciət edərək “Hyundai Santafe” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomaşını icarəyə götürmək istədiyini bildirmişdir. Onunla müqavilə bağlayaraq “Hyundai Santafe” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomaşını bir günü 70 manatdan olmaqla bir günlüyə ona icarəyə vermişdir. Zaur həmin avtomaşını idarə edərək getdikdən az sonra polis əməkdaşları “Hyundai Elantra” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla katalizator oğurlandığını demişlər. O, polislərə bildirmişdir ki, “Hyundai Elantra” markalı, **-EL-*** dövlət qeydiyyat nişanlı avtomaşını Mədətov Zaur adlı şəxs bir az əvvəl gətirib qaytarmış və “Hyundai Santafe” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomaşını icarəyə götürərək getmişdir. Polis əməkdaşlarının xahişi ilə izləmə aparatı vasitəsilə həmin avtomaşını izləyib avtomaşının yerini polis əməkdaşlarına demişdir. Sonradan bilmişdir ki, polis əməkdaşları həmin katalizator oğrularını tutmuşlar. Zaur Mədətovun həmin avtomaşınları nə məqsədlə icarəyə götürdüklərini bilməmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadığından ondan sürücülük vəsiqəsi ilə avtomobil icarəyə götürməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs ailəsini ona məlum olmayan ünvana aparması üçün öz adına "xxxx" MMC-dən “Hyundai Santafe” markalı, **- EM-*** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2023-cü il tarixdə icarəyə götürərək Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs avtomaşının icarəsi üçün ona məlum olmayan məbləğdə pulu bir sutkalıq icarə haqqı kimi vermiş və o, yolda düşərək taksi ilə evinə getmişdir. Onun icarəyə götürüb verdiyi avtomobillə Təqsirləndirilən şəxs və Balamir Məmmədovun oğurluq etmələrindən məlumatı olmamışdır. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2015-ci ildən ünvan 13 ünvanında yerləşən "xxxx" MMC-də xidmət göstərir, həm də həmin rentacarın rəhbəridir. “Hyundai Azero” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur, lakin müqavilə ilə həmin avtomobil "xxxx" MMC də fəaliyyət göstərir. 22 dekabr 2022-ci il tarixdə işdə olan zaman bir nəfər tanımadığı, sənədlərini təqdim edəndən sonra bildiyi xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs MMC-yə gəlib həmin “Hyundai Azero” markalı, **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobili 4-5 günlüyə icarəyə götürmək istədiyini bildirmişdir. O da şərtləri deyərək onunla müqavilə bağlamış və Təqsirləndirilən şəxs hər günü 70 manatdan hesablanmaqla iki günün 140 manat haqqını ödəyib avtomaşını götürüb getmişdir. Təxminən 28 dekabr 2022-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları gəlib həmin avtomaşını ondan xəbər almışlar və polislər nə hadisəsi baş verdiyini ona deməmişlər. 2022-ci ilin dekabr ayının axırlarında GPS vasitəsilə həmin avtomaşını Qara Qarayev metrostansiyası yaxınlığında tapmışlar, avtomaşına hər hansı zərər vurulmamışdır və avtomaşını saz vəziyyətdə götürüb ofisə gətirmişlər. Əfqanı 4-5 il əvvəldən avtomaşın ustası-malyar kimi qiyabi tanıyırmış və Əfqanın icarəyə götürdüyü avtomaşınla oğurluq etməsindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 14 ünvanın qarşısıdır. Belə ki, “Toyota Prado” minik markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd olunan ünvanda alt hissəsindən katalizatoru oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 11 ünvanın qarşısıdır. Belə ki, “Toyota Prado” minik markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd olunan ünvanda alt hissəsindən katalizatoru oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Nəqliyyat vasitəsinə baxış keçirmə barədə” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, “Hyundai Santafe” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobilin yük hissəsində 04 ədəd kiçik ölçülü səsboğucu (katalizator), 03 ədəd böyük ölçülü turbalı səsboğucular (katalizatorlar), 01 ədəd qara rəngli çanta, çəkic və digər alətlər aşkar olunaraq foto şəkilləri çəkilmiş və daha sonra götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Tutma haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-166/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 21:00-dan hesablanmışdır. “Diskə baxış keçirilməsi haqqında” 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı qeydə alınmış videogörüntülərdən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 2 ünvanında yerləşən “Bazarstore” marketin qarşısında olan avtomobillərin saxlanılan cərgənin arxası ilə hərəkət edən sedan avtomobil cərgədə dayanmış qara rəngli hündür avtomobilin arxasında dayanır. Qabaq sərnişin oturacağından bir nəfər düşərək qara rəngli hündür avtomobilin altına əyilir keçir. Sürücü isə sedan avtomobildən düşərək avtomobilin yük hissəsindən alətlər götürərək qara rəngli avtomobilin alt hissəsində uzanan şəxsə verir. Bir müddət sonra qara rəngli avtomobilin altında uzanan şəxs nə isə götürərək qayıdıb avtomobilə əyləşir və onlar oradan uzaqlaşırlar. Təqsirləndirilən şəxs diskə baxış zamanı görüntülərdəki şəxslərin o və Balamir Mamedov olduğunu etiraf etmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs Balamir Mamedovla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında əlaqəyə girərək xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi 10 ünvanında dayanmış və qara rəngli “Toyota Prado” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucusunu oğurlamışlar. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs Balamir Mamedovla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında əlaqəyə girərək xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində ünvan 6 ünvanında dayanmış və qara rəngli “Toyota Prado” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucusunu oğurlamışlar. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs Balamir Mamedovla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında əlaqəyə girərək xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 2 ünvanında dayanmış və qara rəngli “Toyota Prado” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucusunu oğurlamışlar. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı aşağıdakılar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs Balamir Mamedovla birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında əlaqəyə girərək xx.xx.2023-cü il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 5A ünvanında dayanmış və qara rəngli “Toyota Prado” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucusunu oğurlamışlar. “Maddi sübut kimi tanınma və saxlanılması üçün verilməsi haqqında” 14 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 məxsus bir ədəd səs boğucunun katalizator hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs6 təhvil verilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə bir ədəd səs boğucunun katalizator hissəsi Zərərçəkmiş şəxs6 tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs6 bir ədəd səs boğucunun katalizator hissəsini tanıyaraq ona məxsus olmasını bildirmişdir. 14 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, bir ədəd səs boğucunun katalizator hissəsini Zərərçəkmiş şəxs6 saxlanılması üçün təhvil almışdır. “Hadisə yerinə baxış keçirilməsi barədə” 24 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 16 ünvanında yerləşən "xxxx" ASC-nin yerləşdiyi fərdi iaşə obyektlərinin olduğu beş mərtəbəli qeyri-yaşayış binasının qarşısıdır. Belə ki, “Toyota Prado” minik markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd olunan ünvanda alt hissəsindən katalizatoru oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanının qarşısıdır. Belə ki, “Toyota Prado” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd olunan ünvanda alt hissəsindən katalizatoru oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2023-cü il tarixli, 9/2301 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 2012-ci il buraxılışlı, “X11 Prado” minik markalı avtomobilin səsboğucusunun katalizatorunun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 600,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “Baxış keçirilməsi haqqında” 25 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 17 ünvanın avto dayanacağında baş vermişdir. Həmin dayanacaq 2 mərtəbəli binanın zirzəmisində yerləşir. Belə ki, “Toyota Prado” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd olunan ünvanda alt hissəsindən katalizatoru oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “DVD diskə baxış keçirilməsi haqqında” 15 fevral 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: ünvan 17 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının zirzəmisində olan avtomobillərin duracaq yerinə xx.xx.2022-ci il tarixdə saat 22:54:13 saniyədə ağ rəngli “Hyundai Azera” minik markalı, **- AR-*** dövlət qeydiyyat nişanlı avtomobil daxil olur və həmin avtomobil sola doğru hərəkət edərək avtomobili saxlayır. Avtomobilin arxa sağ oturacağından alçaq boylu, əynində uzunqol göy rəngli qış köynəyi olan qarayanız, saçı seyrək, üzündə qara saqqalı olan oğlan yerə düşür və geriyə dönərkən divara vurulmuş kameranı görərək dərhal üzünü önə doğru çevirir. 5 dəqiqə sonra həmin şəxs kameranın qarşısında saxladığı avtomobili idarə edərək oradan uzaqlaşır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs və digər şəxsin üzləri aydın görünür. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 14 aprel 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Yasamal rayonu ərazisində yerləşən hündür mərtəbəli binanın zirzəmisində olan duracağa gəlmiş, orada olan mühafizəçi, onlardan kim olmalarını soruşduqda «qonaq gəldiklərini» demişdir. Kənar şəxslərin görməməsi üçün duracaqda olan ağ rəngli “Toyota Prado” markalı avtomaşının qarşısında avtomaşını saxlamışdır. Balamir düşüb cəld səkildə həmin avtomobildə götürdükləri alətlərlə səsboğucunu açıb içərisindən katalizatorunu çıxarmış və tez maşina minib oradan uzaqlaşmışlar. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 18 ünvanıdır. Belə ki, “Toyota Prado” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd olunan ünvanda alt hissəsindən katalizatoru oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 14 may 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Ə.Əlizadə küçəsində olan binanın həyətində saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “Toyota Prado” markalı, **- KA-*** dövlət qeydiyyat nişanlı avtomaşının katalizatorunun oğurluğunu da Balamirlə birlikdə törətmişlər. Yenə də Balamirin icarəyə götürdüyü ağ rəngli “KİA OPTİMA” markalı avtomaşınla yenə də avtomaşını onun idarə etməsi ilə Bakı şəhərinin ərazisini gəzərkən Nərimanov rayonu, Ə.Əlizadə küçəsində olan binanın həyətində saxlanılan həmin avtomaşının katalizatorunu açıb oradan uzaqlaşmışlar. O, evinə getmiş, Balamir isə katalizatoru avtomaşınla aparıb, onun bilmədiyi, tanımadığı şəxsə satmışdır. Balamirin katalizatorları neçəyə satmasını bilmir, lakin həmin oğurluqdan ona 40 manat pul vermişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 19 ünvanının həyətidir. Belə ki, “Toyota Prado” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeyd olunan ünvanda alt hissəsindən katalizatoru oğurlanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Diskə baxış keçirilməsi barədə” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: xx.xx.2023-cü il tarixdə saat 05:30 radələrində ünvan 19 ünvanında ağ rəngli “Toyota Prado” markalı avtomobilin arxasına bir avtomobil gəlir və dayanır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs dayanan avtomobili onun idarə etdiyini və “Toyota Prado” markalı avtomobildən səs boğucusu katalizatoru oğurladığını bildirmişdir. “İfadənin yerində yoxlanılması haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nərimanov rayonu, Ə.Əliyev küçəsi 1/2 ünvanından Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prado” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomaşının katalizatorunu da Balamirlə birlikdə oğurlamışlar. Balamirin icarəyə götürdüyü nömrəsini xatırlamadığı ağ rəngli “KİA” markalı avtomobili o idarə etmişdir. Gecə vaxtı həmin avtomobil ilə Bakı şəhərinin ərazisində “Prado” markalı sahibsiz dayanmış avtomaşını tapıb katalizatorunu oğurlasınlar deyə axtarmışlar. Bu zaman gəzə-gəzə Nərimanov rayonu, Ə.Əliyev küçəsində ağ rəngli “Toyota Prado” markalı avtomaşını görmüşlər. Bu zaman o, maşında qalmaqla Balamir düşüb avtomaşının səsboğucusunun katalizatorunu açıb gəlmiş və oradan uzaqlaşıb getmişlər. Həmin oğurluqdan da Balamir ona 40 manat pul vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. **********521 nömrəli, 17 may 2023-cü il tarixli notarial qaydada yazılaraq təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. **********197 nömrəli, 18 may 2023-cü il tarixli notarial qaydada yazılaraq təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. **********723 nömrəli, 30 may 2023-cü il tarixli notarial qaydada yazılaraq təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. **********508 nömrəli, 05 may 2023-cü il tarixli notarial qaydada yazılaraq təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. **********349 nömrəli, 22 may 2023-cü il tarixli notarial qaydada yazılaraq təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. **********577 nömrəli, 26 may 2023-cü il tarixli notarial qaydada yazılaraq təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-265/2023 nömrəli, 19 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 9/3883 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən ehtiyyat hissələrinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1650,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və xx.xx.2022-ci il tarixdə cəza müddəti sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. “Maddi sübut hesab etmək haqqında” 16 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Santafe” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində aşkar edilmiş və oğurluğun predmeti hesab olunan 04 ədəd qısa, yarısı ayrılmış halda, 03 ədəd bütöv şəkildə səsboğucular, 01 ədəd qara rəngli çantada avtomobilin səsboğucusunu açmaq üçün istifadə olunan 01 ədəd dəmir çəkic, 02 ədəd açar və 03 ədəd dəmir linglər maddi sübut hesab edilərək saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, 03 ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarda həmçinin qeyd edilir ki, «CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin qərarda qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam olaraq ödənilməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 1(007)- 265/2023 nömrəli hökmü çıxarılmamışdan əvvəl, yəni 2022-ci ilin dekabr ayında və 2023-cü ilin fevral-mart aylarında törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 1(007)-265/2023 nömrəli hökmü ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə də onun barəsində xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi çəkilməmişdir. Beləliklə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-265/2023 hökmü ilə təyin edilmiş 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının hər hansı hissəsini çəkməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 1(007)-265/2023 nömrəli hökmü ilə təyin olunmuş 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasını Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq qəti cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı, cəmi 06 ay 14 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 il 28 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs6 məxsus bir ədəd səs boğucunun katalizator hissəsi Zərərçəkmiş şəxs6 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Santafe” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində aşkar edilmiş 04 ədəd qısa, yarısı ayrılmış halda, 03 ədəd bütöv şəkildə səsboğucular, 01 ədəd qara rəngli çantada avtomobilin səsboğucusunu açmaq üçün istifadə olunan 01 ədəd dəmir çəkic, 02 ədəd açar və 03 ədəd dəmir linglər təqsirləndirilən şəxsə təhvil verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatına görə 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 1(007)-265/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona 03 il müddətdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 06 ay 14 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 01 il 28 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut – 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs6 məxsus bir ədəd səs boğucunun katalizator hissəsi Zərərçəkmiş şəxs6 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Santafe” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində aşkar edilmiş 04 ədəd qısa, yarısı ayrılmış halda, 03 ədəd bütöv şəkildə səsboğucular, 01 ədəd qara rəngli çantada avtomobilin səsboğucusunu açmaq üçün istifadə olunan 01 ədəd dəmir çəkic, 02 ədəd açar və 03 ədəd dəmir linglər Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 iş saatı üçün cəmi 60 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-438/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-438/2023
13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver