Məhkəmə qərarları › İş №1(005)-439/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-439/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-439/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Tərtər rayonunun Buruc kəndində qeydiyyatda olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialı üzrə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının 15-də, saat təxminən 00:55 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, ev 59-un giriş qapısının qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla bir dəfə sonuncunun sifət nahiyəsindən vuraraq ona sol gözaltı nahiyənin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan qançırı və cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, burunun, sol gicgah nahiyəsinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin hazırlıq iclasında daxil olmuş məlumat əsasında müəyyən edilmişdir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə X7 tərəfindən qəsdən öldürülmüş, fakt əsasında Tərtər rayon prokuroru X8 tərəfindən ********* nömrəli cinayət işi başlanılmışdır. Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi bildirdi ki, CM-in 128ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ölmüşdür. Bunu nəzərə alaraq məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialının icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi və buna dair müvafiq ərizəsini məhkəməyə təqdim etdi. Dövlət ittihamçısı məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, iş materiallarını araşdıraraq, işin bütün hallarını nəzərə alaraq hesab edir ki, qanunvericiliyin tələblərinə və aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CMin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs öldüyündən xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılması haqqında” 15 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 15 oktyabr 2021-ci il tarixli, 777 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol gözaltı nahiyənin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan qançırı və cərrahi tikişə ehtiyacı olan əzilmiş yarası, burunun, sol gicgah nahiyəsinin sıyrıqları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 15.10.2021-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir; Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 21.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Tərtər rayon prokurorunun köməkçisi X2 tərəifndən qəbul edilmiş “Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” 03 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətlə yetirilməsi faktına görə 23 noyabr 2021-ci il tarixdə başlanılmış, CM-in 120.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə X3 (Təqsirləndirilən şəxs anası) zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin verdiyi ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, xx.xx.1998-ci ildə Tərtər rayonunda anadan olmuş Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə ölmüşdür. Məhkəmə qeyd edir ki, ölmüş, cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs anası X1 və digər yaxın qohumlarına qanunvericiliyin tələblərinə əsasən məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxsin hüquqi varisi qismində iştirak etmələri məqsədi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməklə CPM-in 106-1-ci maddəsində göstərilən tələblər, həmçinin bununla bağlı hüquq və vəzifələri izah edilmişdir. Lakin, qanunla müəyyən edilmiş müddət ərzində cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxs Təqsirləndirilən şəxs anası X3 və ya digər yaxın qohumları məhkəmə iclasına gəlməmişlər, eləcə də, cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş hüquqi varisi qismində tanınma istəyi barədə məhkəməyə müraciət etməmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur; 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala cinayət qanunu ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş şəxsin hüquqi varisi olmadan CPM-in 106-1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada müdafiəçinin razılığı ilə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına, həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CPM-in: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 39, 305, 300.1.7 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar