Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-439/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi - «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1988-ci il tarixdə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də korporativ satış məsləhətçisi işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonunun Qalaqayın kəndində qeydiyyatda olan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid niyyətlə ona etibar olunmuş özgənin əmlakını öz qulluq mövqeyindən istifadə edib xeyli miqdarda mənimsəməklə talamışdır. Belə ki, o, hüquqi ünvanı ünvan 1mya Sənayesi” Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN-**********) 01 noyabr 2021-ci il tarixdən korporativ satış məsləhətçisi vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə, Cəmiyyətlə aralarında bağlanmış əmək müqaviləsinin, əlavəsinin, tam maddi məsuliyyət haqqında müqavilə və vəzifə təlimatına əsasən, Cəmiyyət tərəfindən ona etibar edilmiş (vəzifə öhdəliklərinin icrası üçün) və verilmiş maddi dəyəri olan bütün növ əşyaları-mal-materialları, alətləri, avadanlıqları, ləvazimatları, qurğuları, mexanizmləri və sair qorunub saxlanması, əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə öhdəliklərini vaxtında və tələb olunan şəkildə yerinə yetirməyi öhdəliyi olan inzibati-təsərrüfat funksiyasını yerinə yetirən vəzifəli şəxs kimi müştərilərlə bağlanılan alqı-satqı müqavilələri üzrə malların dəyərinin vaxtında və ya tam şəkildə ödənilməsini təmin etməkdən ötrü, müştərilər tərəfindən girov qoyulan pul vəsaitlərini qəbul etməli, alqı-satqı məbləği ödənilədək onları saxlamalı, alqı-satqı məbləği satıcının (işəgötürəninin) bank hesabına köçürüldükdən sonra girov məbləğini dərhal alıcıya qaytarmalı olduğu halda, Cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, 2097-ci məhəllə, X11 prospekti, 69D ünvanında yerləşən mağazasında Cəmiyyətin səlahiyyətli nümayəndəsi olaraq və digər səlahiyyətlərə malik məsul şəxs kimi, törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqazidliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişə maddi ziyan vurаъаьына səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, "xxxx" MMC-yə verilmiş sifarişlərlə əlaqədar malların dəyəri kimi təminat olaraq qəbul edilib saxlanması Cəmiyyət tərəfindən ona etibar edilmiş pul vəsaitini qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, əvvəlcədən planlaşdırdığı vahid niyyətə uyğun olaraq, öz qulluq mövqeyindən istifadə edərək etibar olunmuş özgə əmlakını talama məqsədilə, 2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayının sonunadək olan müddət ərzində mağazanın müştərilərindən, o cümlədən üzərində “Gensan Construction” yazıları və xx.xx.2021-ci il tarixi olan qəbz əsasında müştəridən 1890 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2021-ci il tarixi olan qəbz əsasında müştəridən 500 manat məbləğində, üzərində “X6” yazıları və xx.xx.2021-ci il tarixi olan qəbz əsasında müştəridən 1218 manat məbləğində, üzərində “X7” yazıları və xx.xx.2021-ci il tarixi olan qəbz əsasında müştəridən 661 manat məbləğində, üzərində "xxxx" QSC yazıları və xx.xx.2021-ci il tarixi olan qəbz əsasında müştəridən 2000 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2021-ci il tarixi olan qəbz əsasında müştəridən 224 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2022-ci il tarixi olan qəbz əsasında müştəridən 354 manat məbləğində, üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan qəbz əsasında müştəridən 387 manat məbləğində, üzərində "xxxx" QSC yazıları və xx.xx.2022-ci il tarixi olan qəbz əsasında müştəridən 100 manat məbləğində, üzərində “Oruc Zaqatala” yazıları və xx.xx.2022-ci il tarixi olan qəbz əsasında müştəridən 1000 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2022-ci il tarixi olan qəbz əsasında müştəridən 2589 manat məbləğində, üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan qəbz əsasında müştəridən 754 manat məbləğində, üzərində “Zahid Tovuz” yazıları və xx.xx.2022-ci il tarixi olan qəbz əsasında müştəridən 1996 manat məbləğində və üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan qəbz əsasında müştəridən 1900 manat məbləğində, ümumilikdə 15.573 manat məbləğində pul vəsaitini həmin dövrdə verilmiş sifarişlərlə əlaqədar malların dəyəri kimi təminat olaraq alıcılardan şəxsən qəbul edib özündə saxlamış olduğu və hüquqi şəxsin öhdəliyində olmaqla qorunub saxlanmasına cavabdehlik daşıdığı "xxxx" MMC-yə məxsus cəmi 15.573 manat pul vəsaitini qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirib, özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə xeylı miqdarda, yəni ümumilikdə 15.573 manat ziyan vurmaqla mənimsəməklə talamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (mülki cavabdeh) ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, 08 avqust 2018-ci il tarixdə "xxxx" MMC-nin Nərimanov rayonunda yerləşən “FAB” satış nöqtəsində fəhlə işinə qəbul edilmiş, daha sonra 18 noyabr 2020-ci il tarixdə həmin satış nöqtəsində satış məsləhətçisi vəzifəsinə keçirilmişdir. 01 noyabr 2021-ci il tarixdə isə işdə özünü məsuliyyəti göstərməsi ilə əlaqədar eyni satış nöqtəsində korporativ satış məsləhətçisi vəzifəsinə keçirilmişdir. Korporativ satış məsləhətçisi kimi vəzifəsi MMC-nin tikinti materiallarını korporativ formada fəaliyyət göstərən müştərilərlə satışı həyata keçirməkdən ibarət olmuşdur. Belə ki, tikinti materiallarını almaq istəyən şirkət və ya fiziki şəxs ilə ilk öncə işlədiyi MMC ilə arasında alqı-satqı müqaviləsi bağlanılmış, alıcının və satıcının rekvizitləri həmin müqavilədə qeyd edilmişdir. Bundan sonra korporativ satış məsləhətçisi kimi mal almaq istəyən və müqaviləsi mövcud olan müştəri ilə tələb olunan çeşiddə materialların sifarişini qəbul edirdi, qiymətini hesablayırdı və qiymətə uyğun MMC-nin daxili qaydalarına əsasən “depozit” adlandırdıqları təminat məbləğini müəyyən edirdi. Müxtəlif məbləğdə təminat pulunu qəbz tərtib etməklə aldıqdan sonra bu barədə MMC-nin mühasibatlığına şifahi məlumat verirdi, mühasibatlıqdan təsdiq aldıqdan sonra satış nöqtəsinin anbarına göstəriş verib tələb olunan çeşiddə mallar hazırlanırdı. Mallar işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/97 ünvanında yerləşən “FAB” satış nöqtəsinin anbarında hazırlandıqdan sonra müştərilər ya özləri malları götürürdülər, ya da ki, istəkləri ilə əlaqədar mallar çatdırılma avtomobilləri ilə qeyd etdikləri ünvanlara çatdırılırdı. Ödənişlər isə müştərilər öz mühasibatlıqları vasitəsi ilə köçürmə qaydasında alqı-satqı müqaviləsində qeyd edilən MMC-nin rekvizitlərinə köçürülürdü. Köçürmə baş tutduqdan sonra təminat qismində onda olan məbləğ tam şəkildə müştərinin özünə qaytarılırdı, əgər əlavə hər hansı bir mala ehtiyacları olduqları halda və yenidən sifariş verəcəkləri halda təminat qismində verdikləri pulun onda qalmasına etiraz etmirdilər. Əlavə etmişdir ki, mallar müştərilərə göndərilmədən öncə müştərinin iştirakı ilə hazırlandıqdan sonra kassada qəbz hazırlanırdı, qəbzin bir nüsxəsi müştəriyə, ikinci nüsxəsi özündə qalırdı, özündə olan nüsxəni sonradan mühasibatlığa verirdi. O, daha sonra ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayınadək şəxsi borclarının artması ilə əlaqədar borclarını qaytarmaqda çətinlik çəkdiyi üçün qərar vermişdir ki, bəzi müştərilər tərəfindən qəbz əsasında ona verilən təminat məbləğlərinin şirkətə ödəmədən və məlumat vermədən, sonradan isə müştəriyə geri qaytarmadan öz şəxsi ehtiyaclarına sərf eləsin və borclarını bağlasın. Bu məqsədlə müxtəlif şirkətlərdən aldığı pulları şirkətə ödəməmiş və nəticədə şirkətə 15.573 manat ziyan vurmuşdur. Hazırda qismən ödəniş etmişdir. Sadəcə imkanı olmadığından vurulmuş ziyanı tam olaraq ödəyə bilmir. Tutduğu əməldən çox peşmandır. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (mülki iddiaçı) nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 01 noyabr 2021-ci il tarixdən korporativ satış məsləhətçisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibar olunmuş özgə əmlakını talama məqsədilə, 2021-ci ilin noyabr ayından 2022-ci ilin fevral ayının sonunadək olan müddət ərzində mağazanın müştərilərindən həmin dövrdə verilmiş sifarişlərlə əlaqədar malların dəyəri kimi təminat olaraq şəxsən qəbul etdiyi ümumilikdə 15.573 manat məbləğində pul vəsaitini özündə saxlayaraq şəxsi ehtiyaclarına sərf etmişdir. Nəticədə şirkətə 15573 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən 2950 manat ödəniş edilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidirlər və tərəflərindən verilmiş mülki iddianı müdafiə edərək tam təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2004-cü ildən etibarən "xxxx" MMC-nin direktoru olmaqla auditor kimi xidmət göstərir. "xxxx" MMC ilə bağlanmış 05 yanvar 2023-cü il tarixli 01 saylı müqaviləyə əsasən həmin MMC tərəfindən təqdim olunmuş sənədlər əsasında sabiq korporativ satış məsləhətçisi vəzifəsində çalışmış, maddi-məsul şəxs Təqsirləndirilən şəxs fəaliyyətinə dair audit yoxlamasını aparmışdır. Audit yoxlaması 09 yanvar-13 yanvar 2023-cü il tarixləri arasında həyata keçirilmişdir. Qeyd edir ki, audit yoxlamasında Təqsirləndirilən şəxs özü iştirak etmiş, nəticəsi ilə tanış olmuşdur. 01 noyabr 2021-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 20/97 ünvanında fəaliyyət göstərən "xxxx" MMC-nin mağazasında korporativ satış məsləhətçisi vəzifəsinə keçirilmiş, həmin vaxt “korporativ satış məsləhətçisi” vəzifə təlimatı və tam maddi məsuliyyət haqqında müqavilə ilə tanış olub imza etmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə 17/22 saylı müqavilə əsasında "xxxx" MMC-dən qəbz əsasında 1890 manat, 26 noyabr 2021-ci il tarixdə 19/21 saylı müqavilə əsasında "xxxx" MMC-dən qəbz əsasında 500 manat, 17 noyabr 2021-ci il tarixdə 13/21 saylı müqavilə əsasında alıcı X1 qəbz əsasında 1218 manat, 18 noyabr 2021-ci il tarixdə 09/21 saylı müqavilə əsasında alıcı X2 qəbz əsasında 661 manat, 13 noyabr 2021-ci il tarixdə 06/22 saylı müqavilə əsasında "xxxx" QSC-dən qəbz əsasında 2000 manat, 29 dekabr 2021-ci il tarixdə 35/21 saylı müqavilə əsasında "xxxx" MMC-dən qəbz əsasında 224 manat, 12 yanvar 2021-ci il tarixdə 13/21 saylı müqavilə əsasında "xxxx" MMC-dən qəbz əsasında 354 manat, 28 fevral 2022-ci il tarixdə 10/22 saylı müqavilə əsasında "xxxx" MMC-dən qəbz əsasında 387 manat, 21 yanvar 2022-ci il tarixdə 13/21 saylı müqavilə əsasında "xxxx" QSC-dən qəbz əsasında 100 manat, 15 yanvar 2022-ci il tarixdə 15/22 saylı müqavilə əsasında alıcı X4 qəbz əsasında 1000 manat, 11 fevral 2022-ci il tarixdə 05/22 saylı müqavilə əsasında "xxxx" MMC-dən qəbz əsasında 2589 manat, 19 fevral 2022-ci il tarixdə 17/22 saylı müqavilə əsasında "xxxx" MMC-dən qəbz əsasında 754 manat, 17 yanvar 2022-ci il tarixdə 12/22 saylı müqavilə əsasında alıcı “Zahid Tovuz”dan qəbz əsasında 1996 manat və 23 fevral 2022-ci il tarixdə 23/22 saylı müqavilə əsasında "xxxx" MMC-dən qəbz əsasında 1900 manat məbləğlərində nağd pulları təminat qismində almış, lakin təyinatı üzrə ödəməmişdir. Beləliklə də, sabiq korporativ satış məsləhətçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs fəaliyyətinin audit yoxlaması zamanı onun işlədiyi dövr ərzində müştərilərdən almış olduğu nağd pul vəsaitlərini təyinatı üzrə təhvil verməməsi nəticəsində MMC-yə 15.573 manat məbləğində ziyan vurmuşdur. Bununla bağlı 13 yanvar 2023-cü il tarixli X8 tərtib edilmişdir. Təqsirləndirilən şəxs özü də audit yoxlamasında iştirak etməklə yoxlamanın nəticəsi ilə razılaşmış, müəyyən edilmiş 15.573 manat məbləğində pul vəsaitlərini mənimsəməsini təsdiq etmiş, bununla bağlı MMC-nin rəhbərliyinə izahat yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İbrahimli X10 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən hal-hazırdək rəsmi əmək müqaviləsi əsasında "xxxx" MMC-nin Maliyyə Departamentində mühasib köməkçisi vəzifəsində işləyir. 2022-ci ilin mart ayının əvvəllərində MMC-nin çoxsaylı müştərilərindən biri olan "xxxx" MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, 20/97-ci məhəllə, Ziya Bünyadov prospekti 69D ünvanında yerləşən satış nöqtəsinə yaxınlaşaraq girov kimi qoyduğu məbləğin geri qaytarılmasını xahiş etmişdir. Bununla əlaqədar mağaza müdiriyyəti Təqsirləndirilən şəxs "xxxx" MMC-dən qəbul etdiyi və özündə saxladığı təminat qismində məbləği müştəriyə qaytarmasını tapşırmışdır. Həmin vaxt Cavid pulu satış nöqtəsində istifadəsində olan seyfdə olmadığını, pulu evdə saxladığını, bir gün sonra pulu evdən gətirib müştəriyə qaytaracağını söz vermişdir. Ertəsi gün isə Cavid pulu gətirmədiyini deyərək etiraf etmişdir ki, həmin müştəri tərəfindən verilmiş pulu öz şəxsi ehtiyaclarına xərcləyib, qısa müddət ərzində pulu qaytaracağına söz vermişdir. Bu məsələ barədə "xxxx" MMC-nin rəhbərliyi məlumat aldıqdan sonra tapşırıqları əsasında daxili auditor tərəfindən Təqsirləndirilən şəxs son dövr ərzində olan fəaliyyətinin audit yoxlaması keçirilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC ilə yanaşı 13 müştəri tərəfindən ona təminat qismində ödənilmiş pul vəsaitlərini mənimsəmişdir. Belə ki, onun özü də audit yoxlamasında iştirak etmiş, yoxlama zamanı aşkar edilmiş çatışmazlığı qəbul etmiş, bununla bağlı izahat yazmış, ümumilikdə 15.573 manat məbləğində pul vəsaitlərini şəxsi ehtiyaclarına xərclədiyini bildirirək səmimin peşmançılıq çəkdiyini və ən qısa müddət ərzində pulu geri qaytaracağına söz vermişdir. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs vurduğu ziyanı geri qaytarması üçün müəyyən müddət verilmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək vurduğu ziyanı ödəməkdən yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayından 2022-ci ilin iyul ayınadək rəsmi əmək müqaviləsi əsasında "xxxx" MMC-nin və törəmə şirkəti olan "xxxx" MMC-də bir müddət mağaza müdiri, daha sonra isə bölgə müdiri vəzifəsində işləmiş, sonuncu tarixdən öz xahişi ilə həmin MMC-dən işdən ayrılmışdır. Müdiri olduğu mağaza "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, 20/97-ci məhəllə, Ziya Bünyadov prospekti 69D ünvanında fəaliyyət göstərmişdir. Bölgə müdiri kimi vəzifəsi ona təhkim olunmuş mağazalarda mağaza müdirlərinin fəaliyyətinə nəzarət etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs həmin mağazada satış məsləhətçisi vəzifəsində işləmişdir. 2022-ci ilin mart ayının əvvəl günlərində MMC-nin çoxsaylı müştərilərindən biri olan səhv etmirsə "xxxx" MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Nərimanov rayonu, 20/97-ci məhəllə, Ziya Bünyadov prospekti 69D ünvanında yerləşən satış nöqtəsinə yaxınlaşaraq girov kimi qoyduğu məbləğin geri qaytarılmasını xahiş etmişdir. Bununla əlaqədar mağaza müdiriyyəti Təqsirləndirilən şəxs "xxxx" MMC-dən qəbul etdiyi və özündə saxladığı təminat qismində məbləği müştəriyə qaytarmasını tapşırığını vermişdir. Həmin vaxt Cavid pulu satış nöqtəsində istifadəsində olan seyfdə olmadığını, pulu evdə saxladığını, bir gün sonra pulu evdən gətirib müştəriyə qaytaracağını söz vermişdir. Ertəsi gün isə Cavid pulu gətirmədiyini deyərək etiraf etmişdir ki, həmin müştəri tərəfindən verilmiş pulu öz şəxsi ehtiyaclarına xərcləyib, qısa müddət ərzində pulu qaytaracağına söz vermişdir. Özündə bu məsələlərin içində olub Cavid vaxtikən bilavasitə tabeçiliyində işləməsi ilə bağlı onunla şəxsən söhbət edib iradlarını bildirmiş, mənimsədiyi pulları təcili olaraq geri qaytarmasını tövsiyyə etmişdir. Bu məsələ barədə "xxxx" MMC-nin rəhbərliyi məlumat aldıqdan sonra tapşırıqları əsasında daxili auditor tərəfindən Təqsirləndirilən şəxs son dövr ərzində olan fəaliyyətinin audit yoxlaması keçirilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC ilə yanaşı 13 müştəri, ümumilikdə 14 müştəri tərəfindən ona təminat qismində ödənilmiş pul vəsaitlərini mənimsəmişdir. Belə ki, onun özü də audit yoxlamasında iştirak etmiş, yoxlama zamanı aşkar edilmiş çatışmazlığı qəbul etmiş, bununla bağlı izahat yazmış, ümumilikdə 15.573 manat məbləğində pul vəsaitlərini şəxsi ehtiyaclarına xərclədiyini bildirirək səmimi peşmançılıq çəkdiyini və ən qısa müddət ərzində pulu geri qaytaracağına söz vermişdir. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs vurduğu ziyanı geri qaytarması üçün müəyyən müddət verilmiş, lakin Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək vurduğu ziyanı ödəməkdən yayınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayından etibarən "xxxx" MMC-də təchizat strukturunun mütəxəssisi vəzifəsində işləyir. İşlədiyi həmin MMC-nin fəaliyyəti əsasən müxtəlif sifarişlər əsasında müştəriləri tikinti materialları ilə təchiz etməkdən ibarətdir. MMC-də təchizat strukturunun mütəxəssisi kimi vəzifəsi şirkətlərinə verilmiş sifarişlərə uyğun tikinti materiallarını alışını həyata keçirib şirkətlərinin anbarına təhvil verməkdən ibarətdir. Material aldıqları bir çox şirkətdən biri də boya və digər inşaat məhsullarının istehsalı ilə bərabər onların topdan və pərakəndə satışını həyata keçirən "xxxx" MMC-dir, daima həmin MMC-nin işlədiyi şirkət ilə yaxınlıqda Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən mağazasından alqı-satqı həyata keçirir. Belə ki, həmin mağazadan əsasən “boya”, “fırça” və sair lazımi materialları alır. Həmin şirkət ilə alqı-satqı həyata keçirməkdən ötrü ilk öncə onlarla müvafiq müqavilə bağlanılır, müqavilə bir tərəfdən şirkətlərinin nümayəndəsi kimi onun, digər tərəfdən satıcı, yəni "xxxx" MMC-nin direktoru tərəfindən imzalanır, şirkətlərinin adına hesab açılır, ardınca sifarişin məbləği qədər onların mağazasında işləyən və səlahiyyətli nümayəndəsi kimi satış məsləhətçilərinə öz tərəfindən təminat qismində pul verilir, bununla əlaqədar satış məsləhətçisi tərəfindən müvafiq qəbz tərtib edilir, həmin qəbzi isə sonuncu imza edir, daha sonra isə materiallar təhvil alınır. Materiallar təhvil alındıqdan sonraki bir neçə gün ərzində şirkət tərəfindən köçürmə yolu ilə malların dəyəri "xxxx" MMC-nin hesabına köçürülür. Köçürmə həyata keçirilikdən sonra təminat qismində satış məsləhətçisinə təqdim edilmiş pul vəsaiti özü tərəfindən geri götürülür, əlavə material sifariş verəcəyi halda isə həmin təminat qismində verdiyi pula dəymir, mağazada satış məsləhətçisində saxlayır. Qeyd edir ki, işə qəbul edildiyi vaxtdan ticarəti "xxxx" MMC-nin satış məsləhətçisi və səlahiyyətli nümayəndəsi kimi Təqsirləndirilən şəxs vasitəsi ilə həyata keçirirdi, onunla yuxarıda göstərdiyi qayda ilə alqısatqını həyata keçirirdilər. Onunla yaxın münasibəti olmamışdır, elə olurdu ki, öz əvəzinə "xxxx" MMC-dən başqa bir iş yoldaşı alqı-satqı həyata keçirərdi. Belə ki, alqı-satqını ya nağd, ya da köçürmə ilə həyata keçirirdilər. 2022-ci ilin fevral ayında "xxxx" MMC-nin digər nümayəndəsi kimi işləmiş, hazırda işdən çıxmış X13 İsayevdən mal almış, ona təminat vermişdir, sonradan isə köçürmə olduqdan sonra təminat pulunu geri istədikdə məlum olmuşdur ki, Cavid həmin pulu geri qaytara bilmir, eşitmişlər ki, Cavid onların şirkəti ilə yanaşı digər müştərilər tərəfindən təminat qismində ödənilmiş pul vəsaitlərini mənimsəmişdir. Sonraki müddət ərzində Təqsirləndirilən şəxs işlədiyi mağazada mənimsəməyə yol verdiyi aşkar edildiyi üçün sonuncu işindən azad edilmişdir. Əlavə edir ki, hazırki vaxt da şirkətləri "xxxx" MMC ilə ticarət əlaqələrini davam etdirir. Həmin müqavilə 28 fevral 2022-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən mağazasından ümumilikdə 387 manat məbləğində material almaqdan ötrü tərtib edilmiş müqavilədir, müqaviləni "xxxx" MMC-nin digər nümayəndəsi və təchizat strukturunun mütəxəssisi kimi işləmiş, hazırda işdən çıxmış Tural Məmmədov tərəfindən imzalanmış, həmin müqavilədə və qəbzdə göstərilən 387 manat məbləğində pul vəsaitini təminat qismində həqiqətən Təqsirləndirilən şəxs vermişdir. Qəbzi isə Təqsirləndirilən şəxs tərtib edib imza etmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin təminat qismində ona ödənilmiş pul vəsaitini mənimsəmişdir, həmçinin bir çox müştərinin də təminat qismində qoyduqları pul vəsaitlərini mənimsəmişdir. Belə ki, 2022-ci ilin təxminən mart ayında köçürmə icra edildikdən sonra Təqsirləndirilən şəxs ona etibar edilmiş əmlakı mənimsəməsi aşkar edilmişdir. Bu barədə "xxxx" MMC-nin əməkdaşları ilə aralarında dəqiqləşdirmə aparılmışdır. Məhkəmə iclasına dəvət edilmələrinə baxmayaraq şahidlər Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 10 sentyabr 2021-ci il tarixli, 772 nömrəli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satış məsləhətçisi vəzifəsində işə başlamışdır. 10 sentyabr 2021-ci il tarixli “Tam maddi məsuliyyət haqqında müqavilə”dən görünür ki, tam maddi məsuliyyətlə ona etibar olunmuş maddi dəyərləri, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış məsləhətçisi ona İdarə tərəfindən (vəzifə öhdəliklərinin icrası üçün) verilmiş maddi dəyəri olan bütün növ əşyaları– mal-material, alət, avadanlıq, ləvazimatlar, qurğular, mexzanizmlər, “İşəgötürən”in bank, kommersiya sirri, o cümlədən “Nou-Hau” sirrini təşkil edən məlumatların və s qorunub saxlanılması, əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifə öhdəliklərini vaxtında və tələb olunan şəkildə yerinə yetirməlidir. Ona işəgötürən tərəfindən verilmiş maddi dəyəri olan bütün növ əşyaların, pul vəsaitlərinin dəqiq uçotunu aparmalı, vəzifə təlimatları ilə müəyyənləşdirilmiş qaydada hesabat verməlidir. Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 14347 manat məbləğində ziyan vurduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 15573 manat məbləğində ziyan vurduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2023-cü il tarixli, 4/429 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında olan xx.xx.2021-ci il tarixli 772 nömrəli əmək müaviləsinin 1-4-cü vərəqlərinin aşağı sağ hissələrindəki imzlar, 5-ci vərəqində “İşçi Təqsirləndirilən şəxs” qrfasından aşağıda yerləşən “(imza)” qrafasındakı imza və “Əmək müqaviləsinin 2-ci nüsxəsini təhvil aldım:” qrafasındakı “Təqsirləndirilən şəxs” əlyazmaları və imza; "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında olan xx.xx.2021-ci il tarixli 772 nömrəli “Tam maddi məsuliyyət haqqında” müqavilənin 1-ci vərəqindin aşağı sağ hissəsindəki imza, 2-ci vərəqində “İşçi Təqsirləndirilən şəxs” qrfasından aşağıda yerləşən “(imza)” qrafasındakı imza və “Bu müqavilənin 2-ci nüsxəsini təhvil aldım:” qrafasındakı “Təqsirləndirilən şəxs” əlyazmaları və imza; 10 noyabr 2021-ci il tarixli FA-D00-0066 nömrəli Korporativ satış təmsilçisinin vəzifə təlimatının 1-ci və 2-ci vərəqinin aşağı sağ hissəsindəki imzalar, 3-cü vərəqində “İmza:” qrafasındakı imza və “10 noyabr 21” əlyzmaları; X3 adından "xxxx" MMC-nin direktoru Kənan Məhərrəmovun adına yazılmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli izahatlardakı əlyazmalar və “Təqsirləndirilən şəxs” yazılarından əvvəl yerləşən imzalar; X3 adından "xxxx" MMC-nin direktoru Şahid1 ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatdakı əlyazmalar və “İsayev S.H.” yazısından əvvəl yerləşən imza; “Gensan Construction” qeyd edilmiş xx.xx.2021-ci il tarixli 1.890 manat məbləğində, "xxxx" MMC qeyd edilmiş xx.xx.2021-ci il tarixli 500 manat məbləğində, “X6” qeyd edilmiş xx.xx.2021-ci il tarixli 1.218 manat məbləğində, “X7” qeyd dilmiş xx.xx.2021-ci il tarixli 661 manat məbləğində, "xxxx" QSC qeyd edilmiş xx.xx.2021-ci il tarixli 2.000 manat məbləğində, "xxxx" MMC qeyd edilmiş xx.xx.2021-ci il tarixli 224 manat məbləğində, "xxxx" MMC qeyd edilmiş xx.xx.2022-ci il tarixli 354 manat məbləğində, "xxxx" MMC qeyd edilmiş xx.xx.2022-ci il tarixli 387 manat məbləğində, "xxxx" QSC qeyd edilmiş xx.xx.2022-ci il tarixli 100 manat məbləğində, “Oruc Zaqatala” qeyd edilmiş xx.xx.2022-ci il tarixli 1.000 manat məbləğində, "xxxx" MMC qeyd edilmiş xx.xx.2022-ci il tarixli 2.589 manat məbləğində, "xxxx" MMC qeyd edilmiş xx.xx.2022-ci il tarixli 754 manat məbləğində,“Zahid Tovuz” qeyd edilmiş 17.01,2022-ci il tarixli 1.996 manat məbləğində, “Teade Service” qeydd edilmiş xx.xx.2022-ci il tarixli 1900 manat məbləğində olan qəbzlərdəki əlyazmalar və “İmza:” qrafalarındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur . Aparılmış tədqiqatın dəyəri 132 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2023-cü il tarixli, 9/2425 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında öz əksini tapmış və təqdim edilmiş sənədlərə (elektron qaimələrə, qəbzlərə, alqı-satqı müqavilələrinə, malların təhvil-qəbul aktlarına) əsasən aparılan əməliyyatların istintaq orqanı tərəfindən qəbul olunduğu təqdirdə həmin sənədlər üzrə Təqsirləndirilən şəxs hesabı üzrə yaranan çatışmazlıq 15.573,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. 01 avqust 2023-cü il tarixli, 5-70-22/2-571 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Sabirabad rayonunun Qalağayın kəndində yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 02 avqust 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, üzərində “Gensan Construction” yazıları və xx.xx.2021-ci il tarixi olan 1890 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2021-ci il tarixi olan 500 manat məbləğində, üzərində “X6” yazıları və xx.xx.2021-ci il tarixi olan 1218 manat məbləğində, üzərində “X7” yazıları və xx.xx.2021-ci il tarixi olan 661 manat məbləğində, üzərində "xxxx" QSC yazıları və xx.xx.2021-ci il tarixi olan 2000 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2021-ci il tarixi olan 224 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2022-ci il tarixi olan 354 manat məbləğində, üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan 387 manat məbləğində, üzərində "xxxx" QSC yazıları və xx.xx.2022-ci il tarixi olan 100 manat məbləğində, üzərində “Oruc Zaqatala” yazıları və xx.xx.2022-ci il tarixi olan 1000 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2022-ci il tarixi olan 2589 manat məbləğində, üzərində "xxxx" yazıları və xx.xx.2022ci il tarixi olan 754 manat məbləğində, üzərində “Zahid Tovuz” yazıları və xx.xx.2022-ci il tarixi olan 1996 manat məbləğində və üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan 1900 manat məbləğində qəbzlər cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. 03 oktyabr 2023-cü il tarixli təhbil təslim aktından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən maddi zərər məbləğindən 2500 manat ödəniş edilmişdir. 06 noyabr 2023-cü il tarixli təhbil təslim aktından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən maddi zərər məbləğindən 450 manat ödəniş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahid ifadələri, habelə istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş hüquqi şəxsə dəymiş zərəri qismən ödəməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, zərər çəkmiş hüquqi şəxsə dəymiş zərəri qismən ödəməsini və cəzasını ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahələrdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə zərər çəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə zərər çəkmiş hüquqi şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 15.573 manat məbləğində maddi ziyan vurmuşdur. Vurulmuş maddi ziyanın 2950 manat hissəsi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş hüquqi şəxsə ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vurduğu maddi ziyan da onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, maddi ziyana görə 12.623 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh)- Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş hüquqi şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış üzərində “Gensan Construction” yazıları və xx.xx.2021-ci il tarixi olan 1890 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2021-ci il tarixi olan 500 manat məbləğində, üzərində “X6” yazıları və xx.xx.2021-ci il tarixi olan 1218 manat məbləğində, üzərində “X7” yazıları və xx.xx.2021-ci il tarixi olan 661 manat məbləğində, üzərində "xxxx" QSC yazıları və xx.xx.2021-ci il tarixi olan 2000 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2021-ci il tarixi olan 224 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2022-ci il tarixi olan 354 manat məbləğində, üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan 387 manat məbləğində, üzərində "xxxx" QSC yazıları və xx.xx.2022-ci il tarixi olan 100 manat məbləğində, üzərində “Oruc Zaqatala” yazıları və xx.xx.2022-ci il tarixi olan 1000 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2022-ci il tarixi olan 2589 manat məbləğində, üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan 754 manat məbləğində, üzərində “Zahid Tovuz” yazıları və xx.xx.2022-ci il tarixi olan 1996 manat məbləğində və üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan 1900 manat məbləğində qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin ekspertiza tədqiqatının dəyəri 282 (iki yüz səksən iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətdə dövlət, yerli özünüidarə orqanlarında və özəl sahələrdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sabirabad İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 282,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut üzərində “Gensan Construction” yazıları və xx.xx.2021ci il tarixi olan 1890 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2021-ci il tarixi olan 500 manat məbləğində, üzərində “X6” yazıları və xx.xx.2021-ci il tarixi olan 1218 manat məbləğində, üzərində “X7” yazıları və xx.xx.2021-ci il tarixi olan 661 manat məbləğində, üzərində "xxxx" QSC yazıları və xx.xx.2021-ci il tarixi olan 2000 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2021-ci il tarixi olan 224 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2022-ci il tarixi olan 354 manat məbləğində, üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan 387 manat məbləğində, üzərində "xxxx" QSC yazıları və xx.xx.2022-ci il tarixi olan 100 manat məbləğində, üzərində “Oruc Zaqatala” yazıları və xx.xx.2022-ci il tarixi olan 1000 manat məbləğində, üzərində "xxxx" MMC yazıları və xx.xx.2022-ci il tarixi olan 2589 manat məbləğində, üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan 754 manat məbləğində, üzərində “Zahid Tovuz” yazıları və xx.xx.2022-ci il tarixi olan 1996 manat məbləğində və üzərində "xxxx" yazıları və xx.xx.2022-ci il tarixi olan 1900 manat məbləğində qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia tam təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 12.623 manat məbləğində maddi ziyan tutularaq mülki iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-439/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-439/2023
25.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver