Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-44/2023 20.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, 11 avqust 1980-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş,hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin may ayının əvvəllərində Zərərçəkmiş şəxs1 məxsus “Mercedes CLS 63” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili guya ”NG Kapital Lizinq” MMC ilə alqı-satqı etdikdən sonra Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla bir ay ərzində 45.900 manat pul ödəyəcəyini yalandan vəd verib inandırmaqla aldadıb, həmin avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28 D ünvanında yerləşən ”NG Kapital Lizinq” MMC-nə satıb,həmin tarixdə ünvan 3 ünvanında yerləşən “Rabitə Bank”-ın baş ofisin qarşısında 26.400 manat,xx.xx.2021-ci il tarixdə 1.000 pul verib, yerdə qalan 18.500 manat pulu verəcəyinə dair yalan vəd verib aldadaraq 18.500 manat pulu ələ keçirib vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 18.500 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28 D ünvanında yerləşən ”NG Kapital Lizinq” MMC-yə məxsus “Mercedes CLS 63” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobili guya Zərərçəkmiş şəxs4 satacağına yalandan vəd verib inandırmaqla aldadaraq, 2021-ci ilin iyul ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən “Şuşa” restoranının qarşısında 6.000 ABŞ dolları həmin dövr üçün milli pul vahidi ilə 10.200 manat sonra isə 2021-ci ilin iyul ayının ortalarında yenə həmin ünvanda 1.000 ABŞ dolları həmin dövr üçün milli pul vahidi ilə 1.700 manat pulu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 oğluna cəmi 11.900 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin iyun ayının ortalarında "xxxx" MMC-nə məxsus "xxxx" markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili guya satıb MMC-nin direktoru Şahid1 19.500 manat pul ödəyəcəyini yalandan vəd verib həmin avtomamobilin satılması barədə ”Turbo.az” avtomobil alqı-satqı portalında məlumat yerləşdirib, avtomobilin alınması üçün ona müraciət edən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 güya həmin avtomobilin ona məxsus olmasını, ailə üzvünə məxsus şirkətin hesabında olmasını yalandan bildirərək aldadıb, avtomobili güya hissə-hissə ödənilməklə 13.500 manata ona satacağına, ödəniş bitdikdən sonra onun adına avtomobili alqı-satqı etdirəcəyinə dair yalandan vəd verib inandırmaqla aldadaraq, 2021-ci ilin iyun ayının ortalarında Bakı şəhəri 20 Yanvar metrostansiyasının yaxınlığında 500 manat pulu alıb, "xxxx" MMC tərəfindən Zərərçəkmiş şəxs2 adına avtomobili 2 ay müddətinə idarə etmək üçün yol vərəqəsi yazdırtdırıb sonuncunun etibarını qazanaraq 23 iyun 2021-ci il tarixdə Şəfayət Mehdiyev küçəsi 83 ünvanında “Lider TV”-nin qarşısında 9500 manat, sonra isə “Kapital bank kartı vasitəsi ilə 900 manat, 2021-ci ilin avqust ayında ünvan 6 ünvanında yerləşən “Meqafan” Əyləncə Mərkəzinin qarşısında 1000 manat, sonuncu dəfə isə 2021-ci ilin avqust ayının sonlarında Bakı şəhəri Nərimanov rayonu “Atatürk” parkında 1600 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib vədinə əməl etməyib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 3500 manat və Zərərçəkmiş şəxs3 10.000 manat cəmi zərərçəkmiş şəxslərə 13.500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, avtomobil ticarəti ilə məşğul olaraq ailəsinə çörək pulu qazanır. Şahid1 ilə 2016-cı ildən dostu Zərərçəkmiş şəxs4 vasitəsi ilə münasibət qurduğunu göstərmişdir. 2021-ci ilin yanvar ayının əvvələrində Şahid1 ondan özünə məxsus olan "xxxx" markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmağını xahiş etmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərindən fəaliyyət göstərən əvvəl işlədiyi hazırda fəaliyyət göstərməyən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Əlibaba” adlı avto salonda "xxxx" markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili satışa qoymuş, həmin avtomobili 18.000 manata satmağı öhədiliyinə götürmüş, həmçinin avtomobili satmağı barədə 2021-ci ilin yanvar ayının ortalarından turbo.az saytına elan yerləşdirmişdir. Təxminən 2021-ci il iyun ayının ortalarında Zərərçəkmiş şəxs2 adlı müştəri ona zəng edərək avtomobilə baxmaq istədiyini bildirmiş, konkret olaraq Zərərçəkmiş şəxs2 ona yox, birlikdə avtomobil satışı etdiyi tanışı Şəhriyara zəng etmiş, çünki elan yerləşdirdiyi mobil nömrə onun olsa da, mobil telefonu Şəhriyarda olmuşdur. Bu barədə Şəhriyar ona telefonla xəbər vermiş, o da etiraz etməmişdir. Şəhriyar İlkin ilə 20 Yanvar dairəsi yaxınlığında görüşmüş, Şəhriyar avtomobili özü idarə edərək aparmışdır. Onlar daha sonra avtomobili yaxınlıqda olan avto servisdə yoxlatmışlar, avtomobil servisdə yoxlanılan zaman Şəhriyar ilə əlaqə saxlayıb yerini öyrənib həmin ünvana gəlmişdir. Həmin zaman İlkini orada görüb tanış olmuş, servisdə avtomobilə 3.000-4.000 manat təmir xərci çıxardıqlarını göstərmişdir. Orada İlkin ilə razılaşmadığını, çünki İlkinin cəmi 14.000 manat pul vermək istədiyini bildirmişdir. Orada Şəhriyar ona “gəl avtomobili nisyə danışaq, İlkin mənim yerlimdir, Masallıdandır, heç bir problem olmayacaq” deyə bildirmişdir. Şəhriyar “gəl bu avtomobil üçün beh alaq, get avtomobilin sahibi ilə danış əlavə yerdə qalan 4.000 manatı mən özüm ödəyəcəyəm” deyə bildirmiş, o da, Şəhriyara avtomobilin sahibinə avtomobili 18.000 manata satacağına söz verdiyini dedikdə Şəhriyarın “əlində işi var, uşağı xəstədir, təcili pul lazımdır, avtomobili sataq qalan pulu özü ödəyəcəkdir” deyə bildirmiş, o da Şəhriyar ilə illərdir ki, iş gördüyündən ona tam arxayın olmuş və avtomobilin sahibi ilə danışacağını demişdir. 18 iyun 2021-ci il tarixdə İlkinlə 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən “Vərəm Dispanserinin” qarşısında görüşüb ondan 500 manat pulu beh olaraq almış, bundan sonra avtomobili gətirib avto salonun qarşısında saxlamış, bu hadisə barədə Zərərçəkmiş şəxs4 deyərək, Həsən ilə danışmasını bildirmişdir. Bundan 3-4 gündən sonra təxminən 21-22 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 ilə birlikdə Bakıxanov qəsəbəsində Həsənin yaşadığı evin həyətində görüşmüş, orada hadisəni olduğu kimi Həsənə danışmış və avtomobili nisyə verməyin mümkün olduğunu, istəsə hissə-hissə pulunun ödənilməsini bildirmiş, Həsənin nisyə olduğu halda ondan 19.500 manat pul alacağını demişdir. Səmimi olaraq Həsənə orada Şəhriyar barədə danışmamışdir. Həsəndən aralanıb Şəhriyar ilə telefonla danışmış, orada Şəhriyara bu halda 5.500 manat ziyan etmiş olacağıq deyə bildirdikdə, Şəhriyarın “heçbir problem olmayacaqdır, onun təcili pula ehtiyacı vardır” deyə onu tam əmin etmişdir. O da , Şəhriyara görə Həsəni bu işə razı saldığını, lakin Həsənin Şəhriyar barədə heç birşey bilmədiyini və avtomobilin real olaraq 14.000 manata satılacağını bilmədiyini göstərmişdir. 23 iyun 2021-ci il tarixdə Şəhriyarla birlikdə İlkin ilə Lid e r TV-nin yanında görüşmüş, orada İlkin Şəhriyara 9.500 manat pul vermiş və avtomobili İlkinə vermişlər, İlkin də avtomobili sürüb getmişdir. Bundan sonra 9.500 manat pul beh ilə birlikdə ümumilikdə 10.000 manat pul götürmüşlər, həmin 10.000 manat pulun 5.000 manatını götürüb Zərərçəkmiş şəxs4lə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Həsənə məxsus kafedə Həsənlə görüşüb 5.000 manatı orada Həsənə vermiş, Həsənin onu və İlkinin adına yol vərəqəsi yazıb vermiş, İlkin sürücülük vəsiqəsi vatsapdan göndərilən zaman bulanıq düşdüyü üçün Həsən hər ehtimala qarşı onun adına da, 2 aylıq yol vərəqəsi yazaraq əgər avtomobilə cərimə gəlsə vəsiqəsinin rekvizitləri düz gösətərilmiş bir şəxsə yazılsın deyə bildirmişdir. İlkin söz verdiyi kimi 14.000 manat deyil ümumilikdə 13.500 manat pul ödəmiş, beləki, yerdə qalan 3.500 manatın 900 manatını onun adına olan Nərimanov rayon filalından aldığı “Kapital Banka” məxsus bank kartına, qalan 2.600 manatı isə hissə-hissə olmaqla 1.000 mantını 2021-ci ilin avqust ayında Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Meqafan” ticarət mərkəzinin qarşısında İlkinlə görüşüb ondan almış, yerdə qalan 1.600 mantı isə təxminən 2021-ci ilin avqust ayının axırlarında Bakı şəhəri, Nərimanov rayonu Atatürk parkının kənarında Atatürk prospektində İlkinlə görüşüb ondan almışdir. Zərərçəkmiş şəxs1 ilə tanışı Tural vasitəsi ilə tanış olmuşdur. Tural ona zəng vurub bildirib ki, “ Mercedes CLS 63 markalı maşın satılır, maşın qəzalı vəziyyətdədir, 23-24.000 ABŞ dollarına satılır, gəl özün danış” deyə bildirmiş, Tural Mirmustafanın telefon nömrəsini ona vermiş, o da Mirmustafa ilə görüşüb «Nərimanov» avtoservisində maşına baxmış və maşının bərbad vəziyyətdə olmuş, çox problemləri olduğunu, bu qiymətə ala bilməyəcəyini demişdir. Bundan bir gün sonra Mirmustafa ona zəng vurub maşına lizinqdə nə qədər pul çıxara bilərik deyə bildirmiş, o da “sən bütün alverçiləri gəzdirmisən, maşına pul verən yoxdur” deyə bildirmişdir. Bundan iki gün sonra Mirmustafa yenidən ona zəng vurub “razılaşaq maşını sənə verim” deyə bildirmiş, o da Mirmustafa ilə maşını 20.000 ABŞ dollarına razılaşmış, maşını "xxxx"MMC-də lizinqə salmış, 20.000 ABŞ dolları həmin dövür üçün milli pul vahidi ilə 34.000 manat pul çıxarmış, bankın pulun hamısını Mirmustafaya vermişdir. Bundan sonra DYPİ-də maşının sənədləşməsinə çox pul istədiklərini, üstündə pul az olduğuna görə Mirmustafadan 1.000 manat borca pul almış, maşını sənədləşdirdiklərini və sağollaşıb ayrıldıqlarını göstərmişdir. Sonradan maşının problemləri çıxmış, maşına əlavə olaraq 10.000 manata qədər xərci çıxmış, dəfələrlə Mirmustafaya və Turala zəng vuraraq bu barədə demiş, Mirmustafa ilə görüşdükdə Mİrmustafaya maşına əlavə xərcim çıxıb onu ver deyə bildirmiş, Mirmustafanın isə verməmişdir. Lakin buna baxmayaraq Mirmustafadan borca aldığı 1.000 manat pulu ona vermişdir. Bundan sonra həmin maşını 10.000 manata Zərərçəkmiş şəxs4 satmışdir. Onun Mirmustafaya heç bir borcu yoxdur. Bundan başqa Zərərçəkmiş şəxs4 1998-ci ildən tanıyır, Zərərçəkmiş şəxs4lə səmimi münasibəti olmuşdur. 2021-ci ilin iyun ayında Ramin Vəliyevə “Mercedes CLS 63 markalı maşın almışdır, ustadadır, onlara 6.000 ABŞ dolları verəcəyim var, sən bu maşını al, ustaların pulunu ödə, sonra həmin maşını sataq” deyə bildirmiş, Ramin Vəliyev də onunla razılaşıb, ustalara 6.000 ABŞ dollar vermişdir. Bundan sonra maşının Ramildə qalmış, Ramilə etibarnamə vermiş, sonra Ramil maşının çatışmayan hissələrini yığdırmışdır. Hər dəfə Ramil aldığı hissələr barədə ona məlumat verirdi, Zərərçəkmiş şəxs4 ümumilikdə maşına 9.000 ABŞ dollarına yaxın pul xərclədiyini demişdir. Ramil maşını təmir etdikdən sonra “maşın xoşuma gəlir, onu özümə götürmək istəyirəm” deyə bildirmişdir. Odur ki, maşın Ramildə qaldığını, onun Zərərçəkmiş şəxs4 heç bir borcu yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində istifadəsində göstərdi ki, «Mercedes CLS 63» markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı maşını olmuş, həmin maşını satmaq istədiyini, qonşusu Turala tanışı olan, avtomaşın alqı-satqısı ilə məşqul olan Ramin adlı şəxsə maşını satmaqda ona köməklik etməsini demişdir. Həmin vaxta kimi Ramini tanımamış, Tural Ramin adlı şəxsin avtomaşın alqı-satqısı ilə məşqul olmasını ona demiş, Turalın Ramin adlı şəxsin telefon nömrəsini ona vermiş, Raminlə telefonla danışıb, onun avtomaşınına baxması üçün görüşmələri barədə razılaşmışdır. 02 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Şəki» restoranının yaxınığında olan «Lukoil» yanacaqdoldurma məntəqəsinin yanında görüşmüşlər, avtomaşın orada qarajda olmuş, Ramin maşına baxıb lizinqlə danışıb nə qədər pul çıxara biləcəyini müəyyən etdikdən sonra bir söz deyəcəyini bildirmişdir. 04 may 2021-ci il tarixdə Raminlə telefonla danışdıqda, Raminin qardaşı Zamini «Gənclik»də parkın araxasından götürüb Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən "xxxx" MMC-yə getmələrini bildirdiyini, özünün də «Meyvəli»yə-DYP-nə gələcəyini dediyini bildirmişdir. O, Raminin qardaşı Zamini götürüb lizinqə getmiş, orada maşına baxmışlar, müvafiq sənədləşmə aparılmış, bundan sonra «Meyvəli»yə-DYPnə getmişlər, orada maşını sənədləşdirmişlər, maşının qeydiyyat nömrəsini dəyişilmiş və avtomaşına yeni **-PY-*** qediyyat nömrəsi verilmişdir. Bundan sonra avtomaşını orada Ramin və Zaminə vermişdir. Maşını satmağa Raminlə 45.900 manata danışmışlar. Avtomaşını verdikdən sonra səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən «Rabitə Bank»ın baş ofisinə gedib 34.000 manat pul götürmüş və həmin məbləğdə pulu, yəni 34.000 manatı orada Raminə vermişdir. Raminin ona həmin məbləğdə puldan 8.160 manat pulu lizinqin işçisinə verdiyini deyərək, ona verməli olduğu 45.900 manat puldan 26.400 manat pul verib, yerdə qalan 19.500 manat pulu bir ay ərzində verəcəyini demişdir. Danışdıqları bir ay ərzində Raminin ona pul ödəməmiş, xx.xx.2021-ci il tarixdə göndərdiyi kartın hesabına 1.000 manat pul köçürdüyünü, ondan sonra mütəmadi olaraq Raminə zəng vurub pulunu nə vaxt verəcəyini soruşmuş, Raminin isə hər dəfə müxtəlif bəhnələr gətirib vaxtı uzatmışdir. Bu minvalla Raminin onun pulunu verməmişdir. O, onları tanış edən qonşusu Turala da Ramini tapmasını demiş, o da Ramini tapa bilmədiyini demişdir. O, dəfələrlə Raminin «Vatsap»ına mesaj yazsa da cavab verməmiş, Raminin qardaşı Zamini də tapa bilməmişdir. Artıq, Raminin onun etibarından sui-istifadə edərək, onu aldadıb, pulunu ələ keçirdiyini başa düşmüşdür. Sonradan Raminin başqa şəxsə qarşı dələduzluq etdiyi üçün tutulduğunu eşitmiş və oda şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 18.500 manat məbləğində pul vəsaitinin, 145,50 manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun, hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 200 (iki yüz) manat xərcin əvəzinin ona ödənilməsi barədə hökm (qərar) çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində avtomobil alveri ilə məşğul olaraq ailəsinə çörək pulu qazanır. Dəqiq tarixi xatırlamır, «turbo.az» və «tap.az» internet səhifələrində "xxxx" markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Ramin adlı şəxs tərəfindən 16.000 manata satışa qoyulduğunu görüb, Ramin ilə əlaqə saxlayıb həmin atomobili almaq məqsədi ilə onunla görüşmək istədiyini və avtomobilə baxmaq lazım olduğunu demiş, Yasamal rayonunda, "xxxx" ASC-nin inzibati binasının yaxınlığında Ramin və onun yanında olan tanımadığı, əslən Masallı rayonundan olan bir nəfər şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs "xxxx" markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu ailə üzvünün şirkətinin balansında olduğunu heç bir problemi olmadığını bildirmiş, onların yanında yaxınlıqda olan avtomobil servisində avtomobilə baxıb, avtomobildə olan qüsurları Təqsirləndirilən şəxs demiş, qiymət barədə 13.500 manata razılaşmışlar. Orada Raminə 500 manat beh verib, avtomobili aparıb dayanacağa qoymağı təklif etmiş, o isə iki gün vaxt verməsini xahiş etmiş, Təqsirləndirilən şəxs inandığı üçün onunla razılaşmışdır. İki-üç gündən sonra Təqsirləndirilən şəxs ilə birlikdə Yasamal rayonunda yerləşən «Lider» TV-nin yaxınlığında görüşüb ona 9.000 ya 10.000 manat pul vermişdir. Ramin "xxxx" MMC-nin adından 2 ay müddətinə yol vərəqəsi verib razılaşmışlar ki, avtomobilin pulu tam ödənildikdən sonra maşın onun adına rəsmləşdiriləcəkdir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini istədikdə, Raminin “sənəd bağ evindədir, bir neçə günə mənə verəcəkdir” deyə bildirmiş, həmçinin avtomobilin mühərrikinin üst qapağının üzərində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs “həmin hissə «Yeganə» şadlıq sarayının arxasında olan servizdədir” deyə bildirmiş, bundan sonra o, Türkiyəyə istirahətə getmiş, təxminən bu hadisədən bir ay müddətində Təqsirləndirilən şəxs həm bank kartı hesabına həm də, özü ilə müxtəlif yerlərdə görüşüb avtomobil üçün qalan borcunu tam ödəmişdir. Ümimilikdə danışdıqları kimi 13.500 manat pulu Təqsirləndirilən şəxs tam ödəmişdir. Pul tam dənildikdən sonra Raminin müxtəlif bəhanələr gətirməyə, Bakıda olmadığı üçün avtomobili sənədləşdirməyə gələ bilmədiyini demiş, «Yeganə» şadlıq sarayının arxasında olan Təqsirləndirilən şəxs dediyi ustanın yanına gedərək ondan avtomobilin mühərrikinin üst qapağını istəyən zaman usta Təqsirləndirilən şəxs ona 300 manat borcu olduğu üçün həmin hissəni verə bilməyəcəyini, özündə girov saxladığını bildirmişdir. Bütün bu müddət ərzində avtomobili normal vəziyyətə gətirmək üçün ümumilikdə 3.500 manat pul xərcləmiş, avtomobili saz vəziyyətə gətirib «turbo.az» sayıtında satışa qoymuş, düşünmüşdür ki, avtomobili kiməsə satsa Təqsirləndirilən şəxs satdığı adamın adına avtomobilin sənədləşdirməsini edər. Bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs4 adlı şəxsin zəng edib onunla Nəsimi rayonunda “313” avtoyuma yerinin yanında görüşmüş, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs bu avtomobili satmaq adı ilə onlardan aldığını, borcu qaldığını, bu avtomobilin onların olduğunu, əslində bu avtomobili götürməyə gəldiyini bildirmişdir. Onda Zərərçəkmiş şəxs4 etiraz edib ona problemlərini Təqsirləndirilən şəxs ilə həll etmələrini bildirib ondan ayrılmış, sonra Təqsirləndirilən şəxs zəng edərək, “maşını niyə satışa qoymusan”deyə bildirmişdir. Raminə nə üçün onu problemə saldığını, ona pul verdiyini, inandığını dedikdə, Təqsirləndirilən şəxs «narahat olma tez həll edəcəm» deyə bildirmiş, bundan sonra həm Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 ilə təklikdə görüşdükdə hər biri təsdiq etmişlər ki, avtomobilin sahibi Şahid1dur, avtomobili satmağa o, vermişdir, ona Təqsirləndirilən şəxs verdiyi puldan 4.000-5.000 manat pul verilmişdir. Daha sonra aldandığını başa düşüb 29-cu Polis şöbəsinə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən aldadılmasını bildirsədə və sonradan ərizə verməkdən imtina etdiyini bildirmişdir. "xxxx" markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırda Zərərçəkmiş şəxs3dır, Zərərçəkmiş şəxs3la birlikdə avtomobil alqı-satqısı ilə məşqul olduqlarını, bunun üçündə "xxxx" markalı **-AG- *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs aldıqdan sonra Zərərçəkmiş şəxs3 verdiyini göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə verərək ona dəyən zərərin tam ödənilməsini və onun Təqsirləndirilən şəxs qarşı iddia və şikayətinin olmamasını göstərmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə onun ibtidai istintaqda vermiş oldugu ifadəsi elan olunmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram vuraraq ona dəyən zərərin tam ödənilməsini və onun Təqsirləndirilən şəxs qarşı iddia və şikayətinin olmamasını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində Təqsirləndirilən şəxs 1998-ci ildən tanıyır, Ramin avtomaşın alqı-satqısı ilə məşğul olurdu. Ramin ona bildirmişdir ki, “«Mercedes CLS 63» markalı maşın var, lizinqdədir, qardaşı Zaminin adınadır”. O, Ramindən maşının qiymətini soruşduqda Raminin ona “narahat olma razılaşacağıq maşına baxmaq üçün sabah görüşək, maşını sənə göstərcəyəm” deyə bildirmiş, o, Raminlə görüşənə kimi tanışlarından həmin maşının nasaz vəziyyətdə olması barədə məlumat almışdir. Raminlə görüşdə Ramin maşının azca xırda xərcləri olduğunu demiş, o isə Raminə maşını almaq istəmədiyini bildirmişdir. Bundan sonra Raminin ondan əl çəkməyib “sənə yalan deyiblər, maşın normal vəziyyədədir” deyə bildirmiş, Raminin bir neçə gün ondan əl çəkməyib ona maşını zaloq qoyduğu şəxslərin və bankın onu rahat buraxmadığını, ona “sən maşını al, mən bilim ki, maşın sənə qaldı, məni bəladan qurtar ”deyə bildirmişdir. Onun Raminə yazığı gəldiyi üçün, maşını almağa raşılaşaraq, Raminə maşına baxmağı bildirdikdə, Raminin “maşına baxa bilməyəcəyik, maşını girov qoyduğu şəxsə 8.000 ABŞ dolları pul verilməlidir” deyə bildirmiş, həmin şəxslərin Raminə inanmayaraq, “pulu ver, maşını gətirək” deyə bildirdiklərini,o da Raminə inanmadığı üçün onun telefonu ilə maşının girovda olduğu şəxslə danışdığını, ona konkert olaraq “maşını gətir, pulunu götür get” deyə bildirdiyini, həmin şəxsin də ona inandığını və maşını Nərimanov rayonu, «Şuşa» restoranının yanına, onun yaşadığı evin yaxınlığına gətirdiyini, o, maşına baxdıqda, maşının çox bərbad bir vəziyyətdə olduğunu görüb, bu barədə Raminə demiş, Ramin isə ona and-aman eləyib «mən maşını tam təmir etdirib sənə verəcəyəm, sən ancaq məni bunların əlindən qurtar» deyə bildirdiyini göstərmişdir. O da Raminə inanıb 2021-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu «Şuşa» restoranının yanında, yaşadığı evin yaxınlığına Raminə 6.000 dollar pul vermiş, bundan bir neçə gün sonra yenə yaşadığı ünvanın yaxınlığında Raminə 1.000 dollar pul vermişdir. Raminə ümumilikdə 7.000 ABŞ dolları pul vermiş, Ramində maşını gətirən həmin iki nəfər şəxslə razılaşdıqdan sonra, onların maşını qoyub getdiklərini göstərmişdir. Ramin ona “maşını yığdırıb tam saz vəziyyətə sənə verəcəyəm” demiş, səhəri günü maşını ustanın yanına aparmış, usta maşına baxıb “maşının bir neçə hissəsi var ki, onları sifarişlə gətirmək lazımdır” deyə bildirmiş, servisdə maşının xərcini hesablalaraq, 8-10.000 ABŞ dolları miqdarında xərci olduğunu demişdir. O, bu barədə Raminə dedikdə, Raminin «qoy ustalar işə başlasınlar, mən pullarını verəcəyəm» deyə bildirmişdir. Bundan təxminən 2-3 gün sonra Ramin gəlib «maşının banka 18.000 ABŞ dolları borcu var, sən 13.000 dollar maşının təmirinə ver, 5.000 dollar mənim boynuma bankın borcunu bağlayaq» deyə bildirmiş, o, Raminə inanıb maşının təmirinə 13.000 ABŞ dolları pul xərcləmiş, bir neçə gündən sonra Raminlə əlaqə saxladıqda, Raminin «bankı bağlamışam, qardaşım Zamin burada yoxdur, gəlsin, lizinq müqaviləsinə qol çəkdikdən sonra maşın sənin adına keçirəcəm» demişdir. Bundan sonra Ramin yoxa çıxmış, onun zənglərinə cavab verməmişdir. O, vəziyyəti belə görüb, maşını tam yığdırmış, təmir üçün 9.000 ABŞ dolları pul vermiş, maşını öz həyətinə gətirmişdir. Bundan sonra tarixi dəqiq xatırlamır, maşınla getdiyi zaman Bakı BPİ-nin yaxınlığında "xxxx" MMC-nin əməkdaşları onu saxladıb “problemli şöbədəndirlər, maşının ödənilməmiş borcu var, onu ödəmək lazımdır” deyə bildirmişlər. Başa düşmüşdür ki, Ramin onu aldadlıb, ondan aldığı pulu maşının ödənişinə verməmişdir. Həmin maşınla əlaqədar, konkret olaraq Raminə əlbəəl 7.000 ABŞ dolları pul verdiyini, 13.000 dollar isə maşının təmirinə xərclədiyini göstərmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə 4.226 manat pulu özü banka ödəmişdir.Ona dəyən zərərdən 3.000 manat ödənilib, şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, "Azərbaycan Motors” MMC-nin direktorudur, rəhbəri olduğu şirkətin balansında "xxxx" markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Təxminən 2-3 ay əvvəl həmin avtomobili satmaq qərarına gəlmişdir, bir il əvvəldən avtomobil alverçisi kimi tanıdığı X1 bu barədə bildirdikdə, Raminin avtomobili təxminən 2 ay ərzində ən azı 19.000 manata sataraq ona pul verəcəyini demişdir. Aralarında olan razılaşmaya əsasən avtomobili ona 18 iyun tarixdə özünə məxsus "xxxx" markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 8 ünvanında yerləşən “İnfinti” kulubunun qarşısında satmaq məqsədi ilə X1 vermişdir. Təqsirləndirilən şəxs avtomobili təhvil verən zaman Raminin və qayını kimi təqdim etdiyi, lakin onun tanımadığı və heç bir münasibəti olmadığı Zərərçəkmiş şəxs2 avtomobili 2 ay ərzində idarə etmələri üçün şirkətin adından yol vərəqəsi vermişdir. Qeyd etmişdir ki, həmin yol vərəqəsi avtombili idarə etmək üçün 2 ay müddətinə verilmişdir. Zərərçəkmiş şəxs2 adına yol vərəqəsi verməyini Təqsirləndirilən şəxs ondan xahiş edərək, İlkinin də, avtomobilin satışında köməklik edəcəyini bildirmişdir. O da bunun üçün Zərərçəkmiş şəxs2 yol vərəqəsi verdiyini, İlkinin adına yol vərəqəsi verən zaman İlkinin Təqsirləndirilən şəxs yanında olmadığını, İlkinin adına olan yol vərəsinidə Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə onun arasında olan bu məsələdən Zərərçəkmiş şəxs4 xəbərdar olmuş, belə ki, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 vasitəsi ilə tanımışdır. Bir müddət keçmiş, lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və söz verdiyi zamanda avtomobilini sata bilməmişdir. 20 avqust 2021-ci il tarixdən etibarən Təqsirləndirilən şəxs avtomobili geri istəmiş, lakin Təqsirləndirilən şəxs tefonlarına cavab verməmiş, günü-günə satmağa və vaxtı uzatmağa başlamışdır. Daha sonra ona tanışları “sənin BMW 740” markalı **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobili “Turbo.az” internet səhifəsində satışa qoymuşlar və satışa qoyan şəxs Zərərçəkmiş şəxs2dur” deyə bildirmişdir. O, bunu eşitdikdən sonra İlkinə zəng etmiş və onun avtomobilini hansı səbəblə satışa qoyduğunu soruşduqda İlkinin ona Təqsirləndirilən şəxs avtomobili aldığını demişdir. O isə cavabında İlkinə avtomobilin onun şirkətinə məxsus olduğunu, ona necə hansı sənəd əsasında onun avtomobilini özününkü kimi satmasını bildirdikdə, İlkinin yenə eyni cavab verərək pul verib maşın aldığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxslə danışan zaman “sən məni aldatmısan qayının dediyin adam hazırda avtomobili özününkü kimi satır” deyə bildirdikdə, Təqsirləndirilən şəxs cavabında İlkin ilə arasında haqq-hesabın olduğunu deyib, yenə ondan möhlət istəyərək, pulunu qaytaracağını dediyini bildirmişdir. Lakin o, artıq əvvəldən, yəni ilk gündən Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşdüyünü, bundan sonra şikayət etmək qərarına gəldiyini göstərmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid3 və Şahid2 məhkəmə iclasına gəlməmişlər. Cinayət prosesi iştirakçılarının razılığı ilə onların ibtidai istintaqda vermiş oldugu ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci i tarixli ptorokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin günü tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 4(005)-198/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri istintaq müddətinin sonunadək uzadılmışdır. 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 04 mart 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması və yeri müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində saxlanılaraq Nərimanov RPİnin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidin verdiyi ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun ilk dəfə cinayət törətməsini, zərərdən qismən ödəniş edilməsini cəzasını yüngülləşdirici hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 02 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxsdən vurulmuş zərərə görə 18.500 manat məbləğində pul, ödənilmiş dövlət rüsumu 145.50 və 200 manat vəkilə ödənilmiş xərc zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4 maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 2 (iki) ay 17 (on yeddi) gün, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq ona 2 (iki) il, 6 (altı) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 02 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 18.500 manat, habelə dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 145.50 manat və 200 manat vəkilə ödənilmiş xərc tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-44/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-44/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver