Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-44/2024 05.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmayan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 120,04 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edərək, 5,04 qram çəkidə olan hissəsini üzərində, qalan 115 qram hissəsini isə idarə etdiyi “Lada” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobilin ön saxlanc hissəsində gizlədib saxlayaraq ünvan 2 ünvanın yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 13:55-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 15:49-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 10 ədəd kağız bükümdə ayrı-ayrılıqda çəkiləri 0,29 qram, 0,35 qram, 0.61 qram, 0,68 qram, 0,34 qram, 0,58 qram, 0.42 qram, 0,41 qram, 0,68 qram, 0,68 qram olmaqla ümumilikdə isə 5,04 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı sürülmüş ittihamla ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Vahidin avtomobilinin ehtiyyat təkərini düzəltmişdir. 30 dəqiqə ərzində qardaşı yanında olub. Daha sonra baytarlıq mağazasına itə yemək almağa getmişdir. Buna da 30-40 dəqiqə vaxtı getmişdir. Daha sonra işə bazarlıq etməyə getmişdir. Mağazada olarkən 3-4 nəfər ona yaxınlaşıb, əlini bağlayıblar, mağazanın qarşısında üzərini yoxlayıblar, ondan narkotik vasitəni və ya silahı təqdim etməyi təklif etmişlər. O isə onda onların heç birinin olmadığını demişdir. Daha sonra ondan avtomobilin açarını götürüb bağa getmişlər, bağı və qarajı yoxlamışlar. Lakin orada da heçnə tapa bilməmişlər. Sonradan onu Baş İdarəyə gətirmişlər və onu orada bir gün saxladıqdan sonra oradan çıxmağı üçün onda narkotik vasitənin olmasını etiraf etməyə məcbur etmişlər. Bundan başqa onun həm də səhhətində problemlər var və ona dərman verməyin müqabilində də narkotik vasitəni üzərinə götürməyə məcbur edərək çəkiliş etmişlər. Heç bir sübut olmadan onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. X11 müayinə etməmişlər, yalnız bir sual vermişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, duz istehsalat zavoduna duzu xammal şəkilində sahibkar kimi toplayıb zavoda təhvil verir. Əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Narkotik vasitənin aludəçisi deyil. Həmin günü narkotik vasitədən istifadə etməmişdir və həmçinin üzərində daşımamışdır. İstintaq zamanı verdiyi ifadə təsir və təzyiq altında verilmişdir. Şübhəli şəxs qismində saxlanıldığı gün müdafiəçinin iştirakı təmin olunmamışdır. Şəxsi axtarışda vəkil formal olaraq iştirak edib və onunla ümumiyyətlə danışmamışdır. Məhkəmədə barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair işə baxılarkən təsir və təzyiqlə bağlı məlumat verməmişdir. Onun səhhətində problemlər var və dərman içmək zərurəti yaranmışdır. Ona görə də məhkəmədə heç nə deməmişdir. Çünki məhkəmədən çıxan kimi ona dərman verəcəklərinə söz vermişlər. Üzərində iki ədəd bank kartı olmuşdur. Fəaliyyəti ilə bağlı şirkət hesablamaları “ASB” hesabına göndərirdi, “Umico” Banka məxsus kartda olan vəsaitləri uşaqlara xərcləmişdir. Polis əməkdaşları ilə əvvəllər heç bir ədavət və düşmənçiliyim olmamışdır. Bağda axtarış aparılan zaman orada usta Xudayar və onun ailəsi də olmuşdur. Açarları cibindən polis əməkdaşları özləri götürmüşdür. Onu mağazada saxlamışlar. Avtomobilini polis əməkdaşları idarə etmişlər. Avtomobilinin açarını çəkiliş zamanı ona polis əməkdaşları təqdim edib. Nərimanov RPİ-də olan zaman müdafiəçisini tələb etmiş, lakin ona müdafiəçisinin olmamasını bildirmişlər. Mağaza Gültəkin adlı xanıma məxsusdur və o, həmin mağazanın önündə saxlanılmışdır. O, tutulan zaman orada tanış adamlar çox olmuşdur və hər biri onun tutulmağının şahidi olmuşlar. Polis əməkdaşları iki maşın olaraq gəlmişlər. Mağazanın önündə videokamera mövcud deyil. O, saxlanılan zaman mağazanın içində olmuşdur. Sonra mağazanın qabağına çıxmışlar və axtarış keçirilib. Bundan sonra isə ona məxsus bağ evinə getmişlər və orada axtarış aparılmışdır. Çəkilişlərə onunla bir neçə dəfə hazırlıq keçdikdən sonra bu videogörüntülər lentə alınıb. Onun avtomobilinə baxış keçirilməmişdən əvvəl İdarənin həyətində qeyri-rəsmi baxış keçirilmiş, daha sonra avtomobili yuyub təmizləmişlər. Bir də diqqət yetirilsə görərlər ki, narkotik vasitələr ofis kağızına bükülmüş vəziyyətdədir. O, çəkiliş zamanı polis əməkdaşlarının təzyiqi altında olmuşdur. Belə ki, onu ailəsi ilə hədələmişlər. Məhkəmə iclasında şahidlər dindirilərkən bağ evinə getdiklərini ümumiyyətlə etiraf etməmişlər. O, əvvəllər narkotik vasitədən istifadə etmişdir, lakin onun Səbrinin məsələsi ilə heç bir əlaqəsi yoxdur. O, bir neçə gün X5 Yerində saxlanılmışdır. O, avtomobili ilə həyətdən çıxan zaman avtomobil palçıqlı olmuşdur. Lakin çəkilişdə də görünür ki, avtomobil təmizdir. Polis əməkdaşları onun avtomobilini idarənin həyətində sökmüşlər. Onun narkotik vasitə ilə heç bir bağlılığı yoxdur. BMCMİ-nin bir neçə əməkdaşı tərəfindən qanunsuz olaraq tutulmuş, onun əlinə qandal vurularaq istifadəsində olan bağ evinə aparılmış, orada aparılmış qanunsuz baxışdan sonra İdarəyə gətirilmiş, həmçinin tutulduğu andan idarə etdiyi avtomobilə baxış keçirilsə də, qanunsuz predmet aşkar olunmamış və həmin andan avtomobili polis əməkdaşlarının bilavasitə sərəncamında olmuşdur. Həmçinin polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində deyil, bir gün öncədən, yəni xx.xx.2023cü il tarixdə saxlanılmışdır. Daha sonra polis əməkdaşlarının təzyiqi ilə bağ evinə gedilərək bağ evində axtarış aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs müəyyən edilib ifşa edilməsi istiqamətində “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 10 may 2023-cü il tarixində qərar çıxarılmışdır. Əməliyyat qrupunun üzvləri olaraq Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 2 ünvanına yollanmışlar. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 13:55 radələrində ünvan 2 ünvanının yaxınlığında X6 bənzər şəxs “Lada” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmışdır. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısı təqdim edilmiş və Təqsirləndirilən şəxs siyahı ilə tanış olduqdan sonra siyahı üzrə hər hansı bir vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil X10 dəvət olunaraq ona təqdim olunmuş, Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs müdafiəçisinə konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq vidcoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmiş, şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması haqqında” qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 10 ədəd yaşıl rəngli kağız bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd yaşıl rəngli kağız bükümlərə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10 ədəd yaşıl rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı təxminən 4 ay əvvəl anket məlumatlarını bilmədiyi şəxsdən 400 manata aldığını, həmin kütlələrdən həm istifadə etdiyini, həm də başqa şəxslərə satdığını, bundan başqa idarə etdiyi “Lada” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobildə də həmin kütlədən saxladığını, avtomobilə baxış keçiriləcəyi halda onu təqdim edə biləcəyini bildirmişdir. İdarə etdiyi “Lada” markalı, 99-ХA-877 qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etdiyi “Lada” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön saxlanc hissəsində nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, avtomobili açaraq ön saxlanc hissəsindən 01 ədəd şüşə bankanı təqdim etmişdir. 01 ədəd şüşə banka açılarkən içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 01 ədəd şüşə banka olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəflərindən Abşeron rayonu, Masazır kəndində saxlanılmışdır. Şahin saxlanılarkən yanında heç kəs olmamışdır. Saxlanıldıqdan sonra birbaşa İdarəyə gətirilmişdir. Şahinə məxsus avtomobildə İdarəyə gətirilmişdir və həmin avtomobili yolda polis əməkdaşı idarə etmişdir. Şahin özü digər əməkdaşla arxada əyləşmişdir. Özü narkotik vasitə istifadəçisi olduğunu və həmin vasitələri İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Ətrafda şəxslər az idi, özü isə kəndin içində avtomobilin yanında dayanmışdır. Avtomobilə İdarədə baxış keçirmişlər. İdarəyə çatan zaman avtomobilin açarlarını Şahinə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, əvvəllər narkotik vasitə marixuanadan istifadə etsə də, hazırda heç bir narkotik vasitədən istifadə etmir. O, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi, yəni satışı və istifadəsi ilə bağlı eşitmişdir. Lakin canlı şahidi olmamışdır. Bir müddət əvvəl keçirdiyi psixoloji sarsıntı ilə əlaqədar onda hazırda yaddaş pozuntusu var və əvvəllər narkotik vasitəni aldığı şəxsləri də bu səbəbdən xatırlaya bilmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu İdarəyə Təqsirləndirilən şəxs işi ilə bağlı çağırmışlar. İstintaq zamanı verdiyi ifadəsini hazırda yaddaşında olan pozuntu ilə bağlı xatırlaya bilmir, lakin müdafiəçi tərəfindən istintaq zamanı verdiyim ifadəsi “WhatsApp” vasitəsi ilə ona göndərilmişdir. Oxuduqdan sonra ifadəsini xatırlamışdır. Yaddaşında olan qüsurlarla əlaqədar Şahinin ona narkotik vasitə verməsini xatırlaya bilmir. Şahinlə onun arasında narkotik vasitənin alqı-satqısı məsələsi olmamışdır. İstintaq zamanı onun dindirildiyi protokoldakı imza ona məxsusdur. Bəzən olur imzanın baş hərflərini fərqli çəkir, lakin buna baxmayaraq həmin imza onun tərəfindən icra olunmuşdur. Dindirilmə zamanı ona qarşı təsir, təzyiq və işgəncə olmamışdır. Şahin ona narkotik vasitə satmamışdır. İdarədə həyəcanlı olmuşdur. 2020-ci ildən 2022-ci ilədək onun yaddaşında böyük problemlər olmuşdur. Dəqiq tarixi xatırlamır, saat 9-10-11 radələrində polis əməkdaşları ona vəsiqələrini göstərib, özlərini təqdim etmişlər və onlarla birlikdə İdarəyə getməyi təklif etmişlər. Onda o, Təqsirləndirilən şəxs tutulduğunu öyrənmişdir. Hazırda həmin şəxslərin adlarını xatırlamır. Şahinlə heç bir yazışması yoxdur. Gecə saat 10-11 radələrinədək İdarədə saxlanılmış və daha sonra sərbəst buraxılmışdır. Xidməti otaqların birində gözləmişdir. Şahin tərəfindən narkotik vasitələrin satışı ilə bağlı eşitmişdir. Ondan Şahindən narkotik vasitə aldığını bildirmişlər, onunla isə Şahin arasında narkotik vasitənin alqı-satqısı olmamışdır. Yaddaş pozuntusu ilə bağlı tibbi sənədləri yoxdur. 2020-ci ildə əmisi qəza keçirib, həmin hadisədən 10-15 gün sonra əmisi oğlu şəhid olmuşdur və o, psixoloji sarsıntı keçirmişdir və həkim tərəfindən ona şifahi müəyyən dərmanları qəbul etməyi tövsiyyə edilmişdir. İdarədə sorğu-sual edilmiş, onun əsasında ifadəsi yazılmış və o imzalamışdır. Lakin imzalayarkən ifadəsini oxumamışdır. İfadəsi müdafiəçi tərəfindən ona sosial şəbəkədə çəkilib göndərilmişdir. Şahinlə onun ancaq ət, meyvə-tərəvəz satışı ilə bağlı söhbəti olub, digər qonşularla necə o cür də Şahinlə münasibəti olmamışdır. Narkotik vasitələri əvvəllər kimdən aldığını xatırlamır. O, İdarəyə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi dəvət olunmuşdur. İdarədə narkotikin ona Şahin tərəfindən verildiyi bildirilmişdir. Həmin polis əməkdaşlarını tanımır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2020-ci ilin sonlarından əmisi rəhmətə getdikdən sonra və ardından 15 gün sonra əmisi oğlu şəhid olduqdan sonra psixoloji sarsıtı keçirmişdir. Bu səbəbdən də bir neçə dəfə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkmək yolu ilə istifadə etmiş, daha sonra isə bir müddət istifadə etməmişdir. Sonuncu dəfə yaşadığı ünvanın yəni, Abşeron rayonu, Masazır qəsəbəsində qonşuluqda yaşayan Şahin adlı qonşusundan alıb istifadə etmişdir. Həmin hadisə təxminən mart ayının əvvəllərində olmuşdur. Deməli, mart ayının əvvəllərində Şahin adlı qonşusu onun məhəllədə fikirli vəziyyətdə gəzdiyini görüb, ondan niyə bikef olduğunu soruşmuşdur. O, problemlərinin olduğunu və başına gələn hadisələrin təsirində olduğunu bildirmişdir. Şahin ona narkotik vasitə olan marixuana çəkməyini tövsiyə etmiş və bununla onun həmin problemlərdən bir müddət uzaq ola biləcəyini bildirmişdi. Bu zaman onu haradan əldə edə biləcəyini sual vermiş.Şahin təşkil edə biləcəyini ona söz vermişdir. Üzərindən bir neçə saat keçdikdən sonra Şahin ona bir ədəd balaca bükümün içərisində narkotik vasitə olan marixuana vermişdir. Bunun müqabilində isə ondan heç nə istəməmişdir. Sadəcə olaraq bunu ona jest kimi verdiyini bildirmişdir. Bundan sonra bir neçə dəfə də heç bir təmənnasız ondan narkotik vasitə olan marixuana əldə etmişdir. Həmin narkotik vasitələri özü tək istifadə etmiş və heç kəsə istifadə etmək üçün verməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, həmin günü onun bağ evində yarımçıq qalan işi olmuşdur. Onlar Şahinlə birlikdə nahar almaq üçün mağazaya getmişlər və orada polis əməkdaşları tərəfindən saxlanılmışlar. Saxlanıldıqdan sonra onlar polis əməkdaşları tərəfindən Şahinin bağ evinə aparılmışlar, lakin bağ evində nə baş verdiyini o görməmişdir, çünki həmin vaxtı avtomobildə əyləşmişdir. Bundan əlavə heç nə görməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahinlə mağazadan çıxıb işi tamamlamaq üçün gedəcəkmişlər və onları həmin anda polis əməkdaşları saxlamışlar. Onu qara rəngli “Hundai” avtomobilinə əyləşdirmişlər. Saxlanıldıqdan sonra bağ evinə getmişlər və qapı bağlı olduğu üçün polis əməkdaşlarından biri hasardan atlanaraq, içəridən qapını açmışdır və hamısı içəri keçmişlər. Həmin vaxtı o, avtomobildə qalmışdır. Təxmini 40 dəqiqə bağda qalmışlar. Daha sonra onları İdarəyə gətirmişlər. İdarədə üzərinə və avtomobildə baxış keçirmişlər. Onlar Şahinlə ayrı-ayrı avtomobillərdə getmişlər. Onun heç bir əməli olmadığından polis əməkdaşları tərəfindən sərbəst buraxılmışdır. Əvvəllər metamfetamindən və marixuanadan istifadə etmişdir. Bir ilə yaxın müddət olar ki, artıq istifadə etmir. Şahinlə birlikdə iş zərurəti ilə 10-15 gün birlikdə işləmişlər. Şahinin narkotik vasitə istifadəçisi olduğunu görməmişdir və sadəcə eşitmişdir. Həmin mağazadan bağa qədər olan məsafə 150 metr təşkil edir. Səbrinin adını kim çəkdiyini bilmir. Belə ki, Səbrinin Masazırda ət dükanı vardır, lakin o təzə köçdüyünə görə o əraziyə onu yaxşı tanımır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, həmin günü Şahin nahar almaq üçün mağazaya getmişdir. O, Şahinə zəng etmişdir ki, həyətdə olan itlərə də yemək alsın, lakin dəfələrlə zəng etməyinə baxmayaraq, Şahin telefonu cavablandırmamışdır. Bir az keçdikdən sonra Şahin əlində qandal ilə bağ evinə gəlmişdir. Həmin gün səhər Şahin zəng edib demişdir ki, sementi tök Fuadla gəlib hörgü hörəcək. Fuadın isə harada olduğunu bilmirmiş. Həyətə giriş qapısı bağlı olduğundan o, Şahini polis əməkdaşları ilə birlikdə əli qandallı həyətdə görəndə necə həyətə daxil olmaları barədə düşünmüşdür. Daha sonra polis əməkdaşları onun telefonunu almışlar, baxış keçirmişlər, nə işlə məşğul olmağı barədə maraqlanmışlar. Sonra isə ona olduğu yerdə qalmağı bildirib, özləri həyətin digər tərəfinə getmişlər. Həmin vaxtı orada təxmini 4-5 nəfər polis əməkdaşları olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların nə axtarmasından məlumatı olmayıb. Nə axtardıqlarını soruşan zaman isə bunun ona aidiyyatının olmadığını bildirmişlər. Daha sonra polis əməkdaşları onun fəaliyyəti ilə maraqlanmışlar. Həyətdə balaca bir otaq var, orada onlar fasilə zamanı çay içirlər. Daha sonra ondan narkotik vasitənin harada olduğunu soruşub, otağa baxış keçirmişlər. Lakin orada heç nə tapmamışlar. O, orada özü üçün başqa-başqa kiloluq bankalarda kəklikotu, yarpız, nanə və sair ədviyyatlar saxlamışdır. Polis əməkdaşı nanə saxlanılan bankanı götürüb özü ilə aparmışdır. Polis əməkdaşları getdikdən sonra onların arxasınca qapını o bağlamışdır. Qapını bağlayanda 3-4 avtomobil orada olduğunu görmüşdür. Şahin polis əməkdaşları ilə gələn zaman avtomobil təmir edirmiş. Bağ evinin həyətinin önündə olan avtomobillərin içində Şahinə də məxsus minik markalı avtomobil olmuşdur və həmin avtomobilin kim tərəfindən idarə edilməsini görməmişdir. Şahinin əlində qandal görəndə tutulduğunu anlamış və özündən ətraflı soruşanda demişdir ki, “Rəşadın işləridir”. Polis əməkdaşlarının itin damına baxıb-baxmadıqlarını bilmir. O, qapını bağlayan zaman avtomobillər oradan artıq 50-60 metr uzaqlaşmışlar. Avtomobillər həyətin giriş qapısından 10 metr aralıda saxlanılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə saat 13:55-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 10 ədəd yaşıl rəngli kağız bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində olan 01 ədəd əlillik vəsiqəsini, 01 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd üstündə 5585 3757 0020 0627 rəqəmləri qeyd olunmuş “ASB" banka aid olan bank kartını, 01 ədəd üstündə 4169 7385 5382 8751 rəqəmləri qeyd olunmuş “Umico” banka aid olan bank kartını, şalvarının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd avtomobil açarını və 14 manat pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd yaşıl rəngli kağız bükümlərə baxış keçirilərkən içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşakr edilmiş 10 ədəd yaşıl rəngli kağız bükümdə olan narkotik vasitələr sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Lada” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri gizlədib saxlayırsa, könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Lada” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin ön saxlanc hissəsində nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, avtomobili açaraq ön saxlanc hissəsindən 01 ədəd şüşə bankanı təqdim etmişdir. 01 ədəd şüşə banka açılarkən içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 01 ədəd şüşə banka olan narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli, 7/682 nömrəli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş. 10 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr” yazılar və imzalar olan sarı rəngli kağız rəngli paketdə 10 ədəd ağız hissəsi bağlanan polietilen paketlərdə yaşıl rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,29 qram; 0,35 qram; 0,61 qram, 0,68 qram; 0,34 qram, 0,58 qram; 0,42 qram; 0,41 qram; 0,68 qram; 0,68 qram, ümumi çəkisi-5,04 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs idarə etdiyi ....**-XA-*** qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş 01 ədəd şüşə bankada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan şəffaf şüşə bankada təmiz çəkisi-115,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobildən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Aparılmış ekpsertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-690/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. “Maddi sübut hesab edilməsi haqqında” 25 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 4,84 qram və 114,98 qram qalmış narkotik vasitə qurudulmuş marixuanalar cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 25 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Salahov X8 Rayon Məhkəməsinin 29 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilmiş və qazancından dövlət nəfinə tutulan məbləğ 15 faiz olmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. Salahov X8 Rayon Məhkəməsinin 16 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli hesab edilmiş və 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilərək 02 il sınaq müddəti təyin edilmişdir. “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, videoçəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 10 ədəd yaşıl rəngli kağız bükümdə narkotik vasitə marixuanaya oxşar kütlə, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində olan 01 ədəd əlillik vəsiqəsini, 01 ədəd özünə məxsus olan şəxsiyyət vəsiqəsini, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd üstündə 5585 3757 0020 0627 rəqəmləri qeyd olunmuş “ASB" banka aid olan bank kartını, 01 ədəd üstündə 4169 7385 5382 8751 rəqəmləri qeyd olunmuş “Umico” banka aid olan bank kartını, şalvarının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd avtomobil açarını və 14 manat pul aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd yaşıl rəngli kağız bükümlərə baxış keçirilərkən içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşakr edilmiş 10 ədəd yaşıl rəngli kağız bükümdə olan narkotik vasitələr sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, videoçəkilişə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Lada” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri gizlədib saxlayırsa, könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Lada” markalı, **-XA-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin ön saxlanc hissəsində nəşə adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, avtomobili açaraq ön saxlanc hissəsindən 01 ədəd şüşə bankanı təqdim etmişdir. 01 ədəd şüşə banka açılarkən içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur.Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş 01 ədəd şüşə banka olan narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilmişdir və baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkolji X13 Şəxsi Ambulator X2 03 iyun 2023-cü il tarixli, 3448 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur və onun 3-cü dərəcə əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, onun ərazi dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsinə dair” 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobildən aşkar olunaraq götürülmüş- 5,05 qarm və 115,0 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından qalıq qalmış 4,84 və 114,98 qram narkotik vasitə qurudulmuş marixuana Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağına təhvil verilməsi qərara alınmışdır. İş üzrə axtarış və götürmə, həmçinin baxış keçirmə və götürmə aparılması zamanı həyata keçirilmiş videoçəkiliş nəticəsində videogörüntüləri özündə əks etdirən 02 ədəd “CD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqında ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətməməsi ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində deyil, bir gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə saxlanıldığını və daha sonra polis əməkdaşlarının təzyiqi ilə bağ evinə gedilərək onun bağ evinə axtarış və baxış keçirildiyini bildirsə də, lakin "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrəli mobil telefonların anten dairələri onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrinədək, yəni polis əməkdaşları tərəfindən saxlanılanadək Abşeron rayonu, Masazır qəsəbəsində olduğunu göstərir. Həmçinin "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamamışdan əvvəl, yəni xx.xx.2023-cü il tarixdə ümumiyyətlə Abşeron rayonu, Masazır qəsəbəsində olmamışlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, yəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Abşeron rayonunun ərazisini tərk etməmiş, polis əməkdaşları isə həmin tarixdə ümumiyyətlə Abşeron rayonunun ərazisində olmamışlar. Beləliklə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin və ekspert rəyinin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müdafiə tərəfinin vəsatəti əsasında X12 və X3 əlavə şahid qismində dindirilmişlər. Məhkəmə iş üzrə şahidlər X12 və X1 dindirilmələri zamanı verdikləri ifadələri ilə bağlı bildirir ki, məhkəmə şahidlərin məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək X12 və X1 məhkəmə istintaqı zamanı verdikləri ifadəni inandırıcı hesab etmir və onların ifadələrinin təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırması məqsədilə verilməsi qənaətinə gəlir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət Prosessual Məcəlləsinin: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamın məhkəmə istintaqı zamanı tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü və 65.2-ci maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı övladının olmasını (əsas: iş materiallarına əlavə edilmiş AZE 11129356 və AA ******* nömrəli şəxsiyyət vəsiqələrinin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə qeyd edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni 10 may 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş narkotik vasitənin qalığı - 4,84 və 114,98 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, cinayət işi üzrə maddi sübut - 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 72 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 may 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalığı 4,84 və 114,98 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 72 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-44/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-44/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver