Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-44/2025 09.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun müdafiəçiləri Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosununu vəkili Müdafiəçi5, “Kredo” Vəkil Bürosununu vəkili Müdafiəçi6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, X1 iştirakları ilə, xx.xx.1979-cu ildə İran İslam Respublikasının Urmiya şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, ali təhsilli, sahibkar, məhkumluğu olmayan, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 19 mart 2024-cü il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanda yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasının daxilində giriş hissəsində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun əsassız şikayəti barədə ona olan iradını bəhanə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə İlahə Hacıyavanı iki əli ilə qəsdən sağ çiyin nahiyəsindən vuraraq ona sağ çiyin oynağının ağrı simptomu və hərəkət məhdudluğu, oynaqda hərəkət funksiyalarının pozulması, qanın və mayenin yığılması ilə müşayiət olunan rotator manjet zədələnməsi, supraspinatus vətərinin tam qopması və retraksiyası, körpücük-akromial oynaq yarığının aralanması, vətər yatağında kortikal sümük təbəqəsinin posttravmatik qopma xarakterli sınığı və qançırından ibarət, Azərbaycan Respublikası CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Hadisədən təxminən 5-6 ay əvvəl ünvan 1-də qeydiyyata alınmaqla orada yaşamışdır. Təxminən iki-üç həftə əvvəl Türkiyə Respublikasına getmiş və həmin mənzilin açarını Bakı şəhərində yaşayan Türkiyə Respublikasının vətəndaşı tanışı X3 vermişdir. Talıb da həmin mənzilin açarını Zərərçəkmiş şəxs vermiş və birlikdə həmin mənzildə yaşamışlar. O, 19 mart 2024-cü il tarixdə İstanbul vaxtı ilə saat 09 radələrində Türkiyə Respublikasında İstanbul şəhərində olan zaman İlahə istifadəsində olan ***-***-**-** mobil telefonundan ofisdə işlətdiyi ***-***-**-** mobil telefonuna özünün tamamilə çılpaq, lakin sifəti görünməyən video görüntülərini göndərmişdir. Video görüntülərdən ona məlum olmuşdur ki, ona video görüntülər onun Bakı şəhərində olan yaşadığı mənzildən göndərilmişdir. Ona görə də o, dərhal Talıba zəng edib bu barədə bildirmişdir. Talıb isə onu təhqir etmişdir. O, həmin gün dərhal Bakı şəhərinə gəlmişdir. Onunla Talıb arasında avtomobillə əlaqədar mübahisələri olduğu üçün bu barədə Azərbaycan Respublikası DİN-nin ”102" xidmətinə zəng edib məlumat vermişdir. Bundan sonra onu Nərimanov RPİ-nin 16-cı PŞ-nə getmişdir. Onun Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət olunmağının səbəbi Bakı şəhərində işlətdiyi ofisin həmin polis şöbəsinin yaxınlığında yerləşməsi olmuşdur. O, Nərimanov RPİ-nin 16-cı PŞ-də olan zaman Talıbı da ora dəvət etmişlər. Talıb İlahə ilə birlikdə polis şöbəsinə gəlmişdir. İlahə polis şöbəsinə gələn kimi onu nalayiq sözlərlə təhqir etməyə başlayaraq, atasına “qurumsax" sözü demişdir. O, təhqiqatçının otağında olan zaman İlahə yenə də onu təhqir etmişdir. O isə İlahəyə iradını bildirərək onu təhqir etməməsini demişdir. Bundan sonra İlahə və Talıb polis şöbəsindən çıxıb getmişlər. X20 atasına “quurumsax” dediyi üçün və 36 saat yol gələrək psixoloji vəziyyətinin pis olduğundan, İlahənin üzərinə gedərək iki əli ilə onun ağzını bağlamaq istəmişdir. Lakin İlahəyə xəsarət yetirməmişdir. O, İlahənin təhqirini kəsmək üçün əli ilə ağzını tutmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 19 mart 2024-cü il tarixdə Türkiyə Respublikasının vətəndaşı olan tanışı Talıp Ağdemir vasitəsi ilə Ləman Cəfərzadə kimi tanıdığı lakin, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun barəsində Bakı şəhəri, Nərimanov RPİnin 16-cı PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, guya o ona zəng edərək nalayiq ifadələrlə təhqir etmiş. Onun həmin şəxs olan Təqsirləndirilən şəxs ilə ortaq tanışı Talıp adlı türk vətəndaşı olmuşdur. O Talıp adlı şəxsi təxminən 2019-cu il tarixdən Türkiyə Respublikasında olarkən işnən bağlı tanımış. Onlar tanışlıqdan sonra sıx mobil telefon vasitəsi ilə əlaqə saxlamış və bundan sonra onların münasibəti daha sıx olduğu üçün tanışlıqlarından təximən 7 ay sonra onun gəzmək üçün Bakı şəhərinə gəldiyi zaman onunla görüşmüş və o təxminən 1 həftə Bakı şəhərində qalaraq sonradan Türkiyəyə qayıtmışdır. Yenidən bundan 1 ay sonra onun yaşadığı və işlədiyi Türkiyə Respublikasının Gaziantep şəhərində işləri düzgün getmədiyi üçün Bakı şəhərinə gəlmişdir. Bundan sonra o Talıp ilə evdə olarkən onun telefonuna baxıb Ləman Cəfərzadə adı ilə qeyd etdiyi lakin, sonradan həmin qeyd dolunan adın X7 bildiyi sms yazışmalarını görmüş və onun nömrəsini telefondan götürmüşdür. Bundan sonra 16 mart 2024-cü il tarixdə, öz mobil telefonu ilə Mania zəng edərək Talıpın onunla evli olduğunu ona bildirərək birdə onunla görüşməməyini dediyi zaman aralarında mobil telefonda mübahisələri olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şikayəti əsasında onu və Talıpı 19 mart 2024-cü il tarixdə polis şöbəsinə dəvət etdilər. Bu şikayət barəsində xidməti otaqda izahat yazıb çıxarkən şöbənin daxilində olan giriş hissəsində həmin Təqsirləndirilən şəxs onunda ona qarşı etdiyi şikayət səbəbində əsasız şiddətlənərək qəflətən onun üzərinə hücum edərək hər iki əli ilə yuxardan aşağı üz nahiyyəsinə və sağ çiyninə zərbə endirmiş və həmin zərbə nəticəsində o xəsarət almışdır. Təqsirləndirilən şəxs onu konkret olaraq 16-cı polis şöbəsinin növbətçi hissəsinin qarşısında vurmuşdur. Təqsirləndirilən şəxs onun üstünə hücum edərək sağ çiynindən vurub onu boğmağa başlamışdır. Həmin vaxt Talıb onun əlindən almışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 19 mart 2024cü il tarixdə Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs ərizə ilə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə müraciət edərək 18 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs və X2 zəng vuraraq nalayiq küçə söyüşləri ilə onu söyüb təhqir etməsi barədə məlumat vermiş və həmin məlumat üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Buna görə də, onun tərəfindən Təqsirləndirilən şəxs, X17 və Zərərçəkmiş şəxs araşdırma zərurəti ilə əlaqədar olaraq Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət edilmişdir. Zərərçəkmiş şəxs və Talıb Ağdemirin onun tərəfindən Manianın şikayəti üzrə izahatları alındıqdan sonra saat 19:20 radələrində xidməti otaqdan çölə çıxmışlar. Həmin vaxt Mania da dəhlizdə gözləmiş və otaqdan dəhlizə çıxan zaman Maninanın İlahənin üzərinə gedərək iki əli ilə onun sağ çiyin nahiyəsindən vurmasının şahidi olmuşdur. Həmin vaxt Talıb Maninanı tutub kənara çəkərək onları ayırmışdır. O yaxınlaşaraq İlahə ilə Manianı sakitçiliyə dəvət etmiş və hadisədən bir neçə dəqiqə sonra İlahəyə yaxınlaşaraq getmələrini bildirən zaman, İlahə qolundan xəsarət aldığını demişdir. Daha sonra ona məlum olmuşdur ki, baş vermiş hadisə zamanı İlahə sağ çiyin nahiyəsindən xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin məsul növbətçisi Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi üzrə 19 mart 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı PŞ-də baş vermiş dava-dalaş hadisəsinin görüntüsü köçürülərək istintaqa təqdim edilmiş 01 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2024-cü il tarixdə saat 19:24:10-da Zərərçəkmiş şəxs X11 ilə birlikdə Nərimanov RPİ-nin 16-cı PŞ-nin qapısından içəri daxil olarkən əlini burnuna tutaraq Mania Nəcəfzadəyə işarələr etməsi, daha sonra növbətçi hissəsinin qarşısında giriş qapısına doğru gedərək qapının yanında dayanaraq söhbət etməsi, həmin vaxt Təqsirləndirilən şəxs növbətçi hissəsinin qarşı hissəsindən keçərək Zərərçəkmiş şəxs üzərinə hücum edərək iki əli ilə sağ çiyin və boğaz nahiyəsindən iki əli ilə vuraraq arxaya doğru itələməsi, zərbənin təsirindən Zərərçəkmiş şəxs arxaya doğru gedərək sağ çiyin nahiyəsindən qapıya dəyərək geri qayıtması, həmin vaxt X5 Təqsirləndirilən şəxsı tutub saxlayaraq onları ayırması, növbətçi hissədə və otaqda olan polis əməkdaşlarının yaxınlaşaraq onları sakitləşdirib içəriyə doğru aparmaları, daha sonra Zərərçəkmiş şəxs növbətçi hissəyə yaxınlaşaraq qolundan xəsarət aldığını bildirməsi müşahidə olunmuşdur. “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş dava-dalaş hadisəsi ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin giriş hissəsinin dəhlizində baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizasının 29 mart 2024-cü il tarixli, 321 №-li rəyində göstərilmişdir ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət-ağrı simptomu və hərəkət məhdudluğu, oynaqda hərəkət funksiyalarının pozulması qanın və mayenin yığılması ilə müşayiət olunan sağ çiyin oynağının rotator manijet zədələnməsi, supraspinatus vətərinin tam qopması və retraksiyası, qançırı-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş-xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi inandırıcı deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizasının 08 aprel 2024-cü il tarixli, 365 №-li rəyində göstərilmişdir ki, vət. X15 aşkar edilmiş xəsarətləralının, sağ dirsək oynağının, sol saidin, sol budun, sol baldırın- piqmentasiya sahələri (keçmiş sıyrıq izi)-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. X12 aşkar edilmiş xəsarətlər zərərçəkmişin özü üçün əl çatan nahiyədə yerləşmişdirlər. Lakin xəsarətlərin dəqiq olaraq şəxsin özü-özünə və yaxud kənar şəxs tərəfindən yetirilməsi istintaq yolu ilə aydınlaşdırılması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizasının 06 may 2024-cü il tarixli, T 244/2024 saylı rəyində göstərilmişdir ki, vətəndaş İ.A.Hacıyevdə sağ çiyin oynağının ağrı simptomu və hərəkət məhdudluğu, oynaqda hərəkət funksiyalarının pozulması, qanın və mayenin yığılması ilə müşayiət olunan rotator manijet zədələnməsi, supraspinatus vətərinin tam qopması və retraksiyası, körpücük- akromial oynaq yarığının aralanması, vətər yatağında kortikal sümük təbəqəsinin posttravmatik qopma xarakterli sınığı, qançırı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilən zərbə nəticəsində yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 21 iyun 2024-cü il tarixli, T 390/2024 saylı rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs sağ çiyin oynağının ağrı simptomu və hərəkət məhdudluğu, oynaqda hərəkət funksiyalarının pozulması, qanın və mayenin yığılması ilə müşayiət olunan rotator manjet zədələnməsi, supraspinatus vətərinin tam qopması və retraksiyası, körpücük-akromial oynaq yarığının aralanması, vətər yatağında kortikal sümük təbəqəsinin posttravmatik qopma xarakterli sınığı, qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, əl ilə sağ çiyninə yetirilən zərbə nəticəsində qərarda göstərilən xx.xx.2024-ci il tarixdə törənə bilərdi, dərəcəsinə görə ilkin və təkrari rəydə göstərildiyi kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Ekspertizaya təqdim edilmiş bir ədəd CD disk görüntülərində mübahisə zəminində zərərçəkmişə kənar şəxs tərəfindən üz nahiyəsinin sağ hissəsinə yuxarıdan aşağıya zərbə endirilməsi, bu zamanı Zərərçəkmiş şəxs bir qədər arxaya çəkilib zərbədən yayınmaq istəyərkən zərbənin onun sağ çiyninə dəyməsi müşahidə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutları məhkəmə istintaqı zamanı tədqiq edib, proses iştirakçılarını dinləyib, sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə verilmiş ittihama münasibətdə qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tərkibinin olmadığı, onun əməlində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibinin aşkar müəyyən edildiyi halda ibtidai istintaq orqanı iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, qanunvericilikdə göstərilən əməlin tərkibinin yaranması üçün şəxsin ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurması öz əksini tapmışdır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə 19 mart 2024-cü il tarixdə saat 19:00 radələrində ünvan 2 ünvanda yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasının daxilində giriş hissəsində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs iki əli ilə vuraraq ona xəsarət yetirməsi tam sübuta yetirilmişdir. Lakin işin аrаşdırılmış hаllаrı ilə təsdiq оlunur ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti olmamışdır. Yəni təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə heç bir əsaslı səbəb olmadan və ya cuzi səbəbi bəhanə edərək deyil, əksinə onun ünvanına nalayiq ifadələr işlətdiyindən, həmçinin Polis Şöbəsinə daxil olarkən əlini burnuna tutaraq ona işarələr etməsindən sonra iki əli ilə onun çiynindən vuraraq xəsarət yetirmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, həmin mübahisənin yaranmasının səbəbkarı Təqsirləndirilən şəxs deyil, Zərərçəkmiş şəxs olmuşdur. Belə ki, ilk olaraq mübahisənin yaranmasına səbəb Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs mobil telefonuna hadisədən üç gün əvvəl, yəni 16 mart 2024-cü il tarixdə zəng edərək ortaq tanışları olan Talıpla bir daha görüşməməsini, həmçinin onun ünvanına təhqiredici ifadələr işlətməsi olmuşdur. Göründüyü kimi, təsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mübahisə hadisədən üç gün əvvəl başlanılmış, hadisə olan gün isə zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsin ünvanına nalayiq ifadələr işlətdiyinə görə mabahisə başlamış və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmuşdur. Hətta Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında hadisə gününədək mübahisənin olması hər ikisinin ifadəsi ilə öz təsdiqini tapmışdır. Hadisənin baş vermə mexanizmi yuxarıda qeyd edilən kimi olmasına baxmayaraq istintaq orqanı əsassız olaraq təqsirləndirilən şəxsin əməlində “niyyətinin xuliqanlıq” olaması qənaətinə gəlmişdir. Halbuki, işin faktiki hallarından göründüyü kimi münaqişənin başqa cür desək zərərçəkmiş şəxsin vurulmasına səbəb onun öz qanunazidd davranışı olmuşdur. Belə olan halda təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına zərər vurmasına dair hərəkətlər etməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa az ağır xəsarət yetirmə kimi tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs 19 mart 2024-cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs vurmadığını və ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdikləri xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma – iki ilədək islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmə, hazırki cinayət işi üzrə sözügedən maddədə göstərilmiş belə bir əmlakın olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddiaya dair məhkəmə qeyd edir ki, CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 181.2, 181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə mənəvi ziyanın ödənilməsini tələb edə bilər; 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs baş vermiş cinayət hadisəsi nəticəsində ona dəyən maddi ziyanla bağlı xərcləri tələb etsə də, onun bu xərclərini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X6 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs baş vermiş hadisə nəticəsində sağlamlığına az ağır xəsarət yetirilməsi ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən pul tutulması tələbi əsaslıdır. Lakin məhkəmə, mülki cavabdehin də əmlak vəziyyəti nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 01 il müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs mənəvi zərərə görə 500 manat və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq cəmi 600 (altı yüz) manat mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin Maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-44/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-44/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver