Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-440/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam-orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Bağlar massivi, döngə 16, nömrəsiz evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmasan mənbədən satış məqsədi olmadan, narkotik vasitəyə olan tələbatını ödəmək məqsədi ilə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxil olan kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.003 qram çəkidə psixotrop maddə metamfetamini və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələrin İİ siyahısına daxil olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.04 qram çəkidə olan 01 ədəd metadon həbini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə saat 15:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Bakı şəhəri Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə 7 ünvanında yerləşən BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 17:11-dən onun üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,301 qram və 0,702 qram kimyəvi tərkibi eyni olmaqla ümumi təmiz çəkisi 1.003 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə melamletamin, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0.04 qraın çəkidə olan 01 ədəd narkotik vasitə metadon həbi və daxilində psixotrop maddə melamfetamin izləri olan 01 ədəd qəlyana bənzər şüşə predmet aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 may 2022-ci il tarixdə günortaya yaxın o, 28 may deyilən ərazidə internet kluba getmiş və orada həmişəki kimi “İnstagram" sosial şəbəkəsindən adını dəqiq xatırlamadığı narkotik vasitələrin satışını həyata keçirən səhifələrdən birinə yazmışdır. Oradan ona cavab gələndən sonra o, istifadəsi üçün iki dənə “patı" və bir ədəd metadon həbi istəmişdir. Metadon haqqında əvvəllər eşitmiş, lakin istifadə etməmişdir. Ona görə də, yoxlamaq üçün metadon da istəmişdir. Ona gələn ismarıcda istədiyi malların qiymətinin 35 manat olduğu qeyd edilmiş və hesab nömrəsi göndərilmiş, o yaxınlıqdakı ödəmə portallarının birindən qeyd edilən hesaba 35 manat pul göndərmişdir. Bütün bu proseslər təxminən 1 saat çəkmiş, ona maddələrin Nəsimi rayonu ərazisində yerləşən Amerika Səfirliyinin yaxınlığında işləməyən bir kafenin yanına qoyulması bildirilmişdir. O, dərhal həmin yerə getmiş və maddələri tapıb cibinə qoyaraq oradan uzaqlaşmışdır. Həmin günü, yəni 06 may 2022-ci il saat 15:50-də Nəsimi rayonu, S.Rəhimov küçəsi 188 ünvanının qarşısında piyada hərəkətdə olduğu zaman ona 3 nəfər mülki geyimli şəxslər yaxınlaşmış, həmin şəxslər ona xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olmaqlarını bildirmişlər. Ondan anket məlumatlarını soruşduqda, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, o, buna etiraz etməyib polis əməkdaşları ilə həmin idarəyə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, 01 ədəd dərman həbini və 01 ədəd silindrik formalı şüşə qabı, əynində olan cins şalvarın sol yan cibindən 02 ədəd “Nokia” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərin içərisinə keçirilən baxış zamanı həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, eyni zamanda üzərindən aşkar olunmuş 01 ədəd dərman həbinin arxasında “Metadon 40” yazısının olması müəyyən edilmiş, əlavə olaraq üzərindən aşkar olunmuş qaba baxış zamanı həmin qabın silindrik formalı şüşə qab olması aşkar olunmuşdur. Şifahi sorğu zamanı üzərindən aşkar olunan 02 ədəd bükümün, 01 ədəd dərman həbinin və 01 ədəd silindrik şüşə qabın özünə məxsus olduğunu, 02 ədəd bükümdə olan “şüşə” kimi tanıdığı psixotrop maddəni və 01 ədəd “Metadon” kimi tanıdığı dərman həbini “İnstagram” sosial şəbəkəsində tanış olduğu anket məlumatlarının ona məlum olmadığı şəxsdən aldığını, həmin şəxs ilə sosial şəbəkə üzərindən danışıq apararaq söylədiyi kart hesabına 35 manat köçürdüyünü, pul köçürməsi etdikdən sonra həmin şəxsin ona sosial şəbəkə üzərindən əldə edəcəyi psixotrop maddəni və dərman həbini haradan götürəcəyini izah etmişdir. Daha sonra həmin yerə, yəni "Amerika Səfirliyinin" yaxınlığına gələrək, oradan 02 ədəd bükümdə "şüşə" kimi tanıdığı maddəni və 01 ədəd “Metadon" kimi tanıdığı dərman həbini götürmüşdür. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmiş, bundan sonra aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərin içərisində olan psixotrop maddə metamfeiamin, 01 ədəd dərman həbi və 01 ədəd silindrik formalı şüşə qab 01 ədəd zərfin içərisində qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, 02 ədəd "Nokia" markalı mobil telefon götürülmüşdür. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 daxil edilmişdir. 06 may 2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Nəsimi rayonu, S.Rəhimov küçəsində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 15:50-də həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etdikdən sonra, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onun da özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixolrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu BMCMİ-nə dəvət etmişlər. O, da buna etiraz etməmiş, idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı İslam Mürsəlov tərəfindən Təqsirləndirilən şəxs oğlıınun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə, "metadon” kimi tanıdığı dərman həbi və “şüşə” kimi tanıdığı psixotrop maddəni istifadə etmək üçün qab olmasını etiraf edərək əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, 01 ədəd dərman həbini və 01 ədəd silindrik formalı şüşə qabı, sol yan cibindən isə 02 ədəd "Nokia” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərin içərisinə keçirilən baxış zamanı həmin bükümlərin içərisində ağ rəngli, kristal şəkilli, psixolrop maddə metamfelaminə oxşar maddələrin olduğunu bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd dərman həbinin arxasında “Metadon 40” yazısının olması müəyyən edilmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qaba baxış zamanı həmin qabın silindrik formalı şüşə qab olması aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunanların özünə məxsus olduğunu, üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan “şüşə" kimi tanıdığı psixotrop maddəni və 01 ədəd “Metadon" kimi tanıdığı dərman həbini “İnstagram” sosial şəbəkəsində tanış olduğu anket məlumatlarını bilmədiyi şəxsdən aldığını, həmin şəxs ilə sosial şəbəkə üzərindən danışıq apararaq söylədiyi kart hesabına 35 manat köçürdüyünü, hazırda həmin kart nömrəsini xatırlamadığını, pul köçürməsi etdikdən sonra həmin tanımadığı şəxsin ona sosial şəbəkə üzərindən əldə edəcəyi psixotrop maddəni və dərman həbini haradan götürəcəyini izah etdiyini, daha sonra onun həmin yerə, yəni Bakı şəhəri, Nəsimi rayonu, “Amerika Səfirliyinin” yaxınlığına gələrək, oradan 02 ədəd bükiiındə “şüşə” kimi tanıdığı maddəni və 01 ədəd “Metadon” kimi tanıdığı dərman həbini götürdüyünü, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, təxminən 4-5 aydır psixotrop maddələrdən istifadə etdiyini, üzərində psixotrop maddə və dərman həbinin olması barədə heç kəsin məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərin içərisində olan psixotrop maddə metamfelaminə bənzər maddələr, 01 ədəd dərman həbi və 01 ədəd silindrik formalı şüşə qab 01 ədəd zərfin içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 02 ədəd “Nokia” markalı mobil telefonun maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-29-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 may 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” kimi tanıdığı psixotrop maddə, “metadon” kimi tanıdığı dərman həbi və “şüşə” kimi tanıdığı psixotrop maddəni istifadə etmək üçün qab olmasını etiraf edərək əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü, 01 ədəd dərman həbini və 01 ədəd silindrik formalı şüşə qabı, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd “Nokia” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərin içərisinə keçirilən baxış zamanı müəyyən edildi ki, həmin bükümlərin içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddələr vardır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd dərman həbinin arxasında “Metadon 40” yazısının olması müəyyən edildi. Əlavə olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qaba baxış zamanı həmin qabın silindrik formalı şüşə qab olması aşkar olundu. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 02 ədəd bükümün, 01 ədəd dərman həbinin və 01 ədəd silindrik şüşə qabın özünə məxsus olduğunu, üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan “şüşə” kimi tanıdığı psixotrop maddəni və 01 ədəd “Metadon” kimi tanıdığı dərman həbini “İnstagram” sosial şəbəkəsində tanış olduğu anket məlumatlarının ona məlum olmadığı şəxsdən aldığını, həmin şəxs ilə sosial şəbəkə üzərindən danışıq apararaq söylədiyi kart hesabına 35 manat köçürdüyünü, hazırda həmin kart nömrəsini xatırlamadığını, pul köçürməsi etdikdən sonra həmin tanımadığı şəxsin ona sosial şəbəkə üzərindən əldə edəcəyi psixotrop maddəni və dərman həbini haradan götürəcəyini izah etdiyini, daha sonra onun həmin yerə, yəni Bakı şəhəri, Nəsimi rayonu, “Amerika Səfirliyinin” yaxınlığına gələrək, oradan 02 ədəd bükümdə “şüşə” kimi tanıdığı maddəni və 01 ədəd “Metadon” kimi tanıdığı dərman həbini götürdüyünü, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar olunan maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, təxminən 4-5 aydır psixotrop maddələrdən istifadə etdiyini, üzərində psixotrop maddə və dərman həbinin olması barədə heç kəsin məlumatının olmadığını bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd şəffaf sellofan bükümlərin içərisində olan psixotrop maddə metamfetaminə bənzər maddələr, 01 ədəd dərman həbi və 01 ədəd silindrik formalı şüşə qab 01 ədəd zərfin içərisində qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı aşkar edilmiş 02 ədəd “Nokia” markalı mobil telefonun maddi sübut əhəmiyyəti kəsb etmə ehtimalı nəzərə alınaraq götürüldü. Cinayət işinin 45-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2022-ci il tarixli, 6/2633 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün N6" möhür əksi və "Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.301 qram; 0,702 qram, ümumi təmiz çəkiləri 1,003 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 02 hükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd blister kəsiyində üzərində "F/M40" yazısı həkk olunmuş 01 ədəd dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0.04 qram olan narkotik vasitə-metadon müəyyən edildi. 01 ədəd qəlyana bənzər şüşə predmetin daxilində psixotrop maddə-metamfetaminin izləri müəyyən edildi. Həmin predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Cinayət işinin 95-99-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-534/2022 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 06 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 100-101-ci vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 09 may 2022-ci il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,003 qram psixotrop maddə metamfetamin, 0,04 qram çəkidə olan 01 ədəd narkotik vasitə metadon həbi və daxilində psixotrop maddə metamfetamin izləri olan şüşə predmetin maddi sübut hesab edilməsi və metamfetaminin qalığı 0,903 qram və 0,5 ədəd narkotik vasitə metadonun saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 04 ay 27 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, cəza müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Cinayət işinin 152-ci vərəqində olan xx.xx.2021-ci il tarixli, AZ-İV 576882 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 atası kimi Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işinin 155-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 166-167-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin Ambulator X2 dair xx.xx.2022-ci il tarixli, 3810 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 174-182-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-130/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs (01 may 2020-ci il tarixədək qüvvədə olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəlinin 03 mart 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 183-cü vərəqində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli qərarının çıxarışından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsini çəkməkdəən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır. Cinayət işinin 184-196-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” 14 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona yenidən ittiham elan olunması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Akademik C.Abdullayev aına X1 tərəfindən verilmiş tibbi sənəddən görünür ki, Təqsirləndirilən şəxs “sol mədəciyin diastolik funksiyasının pozulması (psevdonormal tipli). İ dərəcəli MÇ və TÇ. Orta dərəcəli pulmonar hipertenziya (SPAP 51 mm c.s). Sol mədəcik ölçüləri genişlənib. Sol mədəciyin sistolik funksiyası azalıb (SolM AF = 20%)” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini, 01 ədəd narkotik vasitə metadonu və 1 ədəd şüşə predmeti təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 13-cü bəndinə əsasən narkotik vasitə hesab edilən metadonun şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,02 qram və 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə metadonun təmiz çəkisi 0,04 qram, psixotrop maddə metafetaminin təmiz çəkisi isə 1,003 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını və həbsdə saxlanıldığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(006)-130/2020 saylı hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 (iki) il müddətinin axımı onun şərti olaraq vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 06 may 2022-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 06 may 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə metadon və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 (iyirmi yeddi) iş saatına görə 162 (yüz altmış iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 06 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,5 qram olan narkotik vasitə metadon və 0,903 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-440/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-440/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver