Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-440/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, taksi sürücüsü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 0,851 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlamaqla ünvan 4 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə saat 14:30-da yuxarıda qeyd edilən ünvanda idarə etdiyi **-FL-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin yanında saxlanılaraq avtomobil ilə birlikdə ünvan 5 ünvanda yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və orada həmin gün saat 16:38-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı ayrılıqda çəkiləri 0,385 qram və 0,466 qram olmaqla ümumilikdə 0,851 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə heroindən, psixotrop maddə metamfetamindən istifadə edir. O, narkotik vasitəni və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı Bəhman adlı şəxsdən əldə edir. Belə ki, Bəhman adlı şəxsi sosial şəbəkədən tanımış və dəfələrlə ondan narkotik vasitə alaraq istifadə etmişdir. Tutulmamışdan təxminən 1 həftə əvvəl həmin şəxslə "whatsapp" sosial şəbəkəsində danışaraq ona 1 qram patı, yəni metamfetamin verməsini xahiş etmiş, Bəhmən onun kartına 25 manat vurmağı və bundan sonra onun bildirdiyi ünvandan bağlamanı götürməyi demişdir. O, Bəhmanla razılaşmışdır. 25 manat pulu hazırda xatırlamadığı ünvanda "MilliÖn” aparatından onun istifadəsində olan bankomat kartına göndərmişdir. Bundan sonra Bəhman ona ünvan göndərmiş və ona məlum olmuşdur ki, qeyd edilən ünvan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşir. Odur ki, həmin ünvana getmiş və içərisində metamfetamin olan 02 ədəd bükümü götürmüş, sonra onun çox cüzi hissəsini istifadə etmiş və qalan hissəsi cibində qalmışdır. Bundan sonra 01 iyun 2023-cü il tarixdə saat 14 radələrində ünvan 4 ünvanın yaxınlığında idarə etdiyi "Toyota Prius" markalı, **- FL-*** qeydiyyat nişanlı avtomobilinin yanında tanışı Şahid6 və Şahid5 ilə birlikdə olduğu zaman onlara 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onu və yanında olan tanışlarını idarəyə aparmışlar. İdarədə üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində gəzdirdiyi metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Son olaraq əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Mehti oğlu ifadəsində bildirmişdir ki, 01 iyun 2023-cü il tarixdə Bakı səhəri. Suraxanı rayonunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunu rəhbərlik ona həvalə edilmişdir. 01 iyun 2023-cü il tarixdə günorta saatlarında əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsində olmasını müəyyən etmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə oraya gedərək əməliyyat mövqeyi seçmişlər. ünvan 4 ünvanın yaxınlığında olduğumuz zaman, yəni 01 iyun 2023-cü il tarixdə saat 14:30-da zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin **- FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında iki nəfər tanımadığı şəxslərlə birlikdə dayandığını görmüşlər. Daha sonra həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmişlər və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş və yanındakı şəxslərin tanışları olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs yanında olan iki nəfər şəxs özlərini təqdim edərək Şahid5 və Şahid6 olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu yanında həmin şəxslərlə birlikdə DİN-in BMCMİ-yə dəvət etmişdir. Həmin şəxslər də etiraz etmədən onlarla birlikdə avtomobil ilə birlikdə BMCMİ-yə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış, yanında olan şəxslər Şahid5 və Şahid6 barəsində baxış keçiriləcəyi bildirilmiş və həmin şəxslər buna heç bir etirazını bildirməmişlər. Bundan sonra üzərində şəxsi axtarış və baxış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə “patı” olaraq tanıdığı narkotik maddənin olmasını bildirib əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd polietilen qabda olan 02 ədəd gümüşü kağız bükülünü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrin narkotik maddə olaraq tanıdığı “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd kağız bükülü iştirakçıların şahidliyi ilə açıldıqda bükülülərin içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar edilmiş 02 ədəd bükülüdə olan maddələri təxminən 1 həftə əvvəl sosial şəbəkədən tanıdığı, lakin adını və ya digər anket məlumatlarım bilmədiyi İran İslam Respublikası vətəndaşından əldə etməsini, bunun müqabilində həmin şəxsin ona göndərdiyi bank hesabına 25 manat pul göndərdiyini bildirmişdir. Daha sonra həmin şəxsin narkotik maddəni yerləşdirdiyi yerin şəklini ona göndərməsini, sonra isə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qobu yolunda olarkən yol kənarında yerdən həmin maddələri əldə etməsini, özünün uzun müddətdir ki, narkotik maddələrdən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd kağız bükülüdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BMCMİnin əməliyyat müvəkkilləri Şahid3 və Şahid4 şahid qismində dindirilmiş Şahid1 Mehti oğlu ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində çağırılmış Azərbaycan Respublikası DİN-in BMCMİnin əməliyyat müvəkkili Şahid2, Şahid5, Şahid6 və Şahid7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid2, Şahid5, Şahid6 və Şahid7 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında 01 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul olunmuş qərara əsasən Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə saat 14:30-da ünvan 4 ünvanının yaxınlığında idarə etdiyi **-FL-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilinin yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd polietilen qabda 02 ədəd gümüşü kağız bükülünü çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan həmin cins şalvarının sol arxa yan cibindən 01 ədəd mobil telefonu, 02 ədəd açarı, sağ arxa yan cibindən isə sənədlərini və sağ yan cibindən pulunu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd polietilen qabdakı 02 ədəd gümüşü rəngli kağız bükümlərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik maddə olaraq tanıdığı “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükülülərin içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümü İran İslam Respublikasının vətəndaşından bir həftə əvvəl sosial şəbəkə vasitəsi ilə aldığını bildirmişdir. Həmin 02 ədəd büküm zərfə qoyaraq qablaşdırılmış və möhürlənərək imzalanmışdır. “Baxış keçirilməsi haqqında” 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında 01 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul olunmuş qərara əsasən Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə saat 14:30-da ünvan 4 ünvanının yaxınlığında idarə etdiyi **-FL-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilinin yaxınlığında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış keçirildikdən sonra onun idarə etdiyi idarə etdiyi **-FL-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik hər hansı əşya və ya predmet, qanununla dövriyyəsi qadağan edilmiş digər əşya və ya predmetlər aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2023-cü il tarixli, 6/3128 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs aşkar olunan maddələr..” və s yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram, 0,466 qram, ümumi təmiz çəkiləri 0,851 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 02 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2023-cü il tarixli, 4(005)-841/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəlinin 01 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. “Maddi sübut hesab edilməsi haqqında” 03 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkiləri 0,731 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X2 24 iyun 2023-cü il tarixli, 4047 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Diskə baxış keçirilməsi haqqında” 19 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq üzərində qanunla qadağan edilmiş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Baş İdarədə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd polietilen qabda 02 ədəd gümüşü kağız bükülünü çıxardıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan həmin cins şalvarının sol arxa yan cibindən 01 ədəd mobil telefonu, 02 ədəd açarı, sağ arxa yan cibindən isə sənədlərini və sağ yan cibindən pulunu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd polietilen qabdakı 02 ədəd gümüşü rəngli kağız bükümlərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik maddə olaraq tanıdığı “patı” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükülülərin içərisində ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümü İran İslam Respublikasının vətəndaşından bir həftə əvvəl sosial şəbəkə vasitəsi ilə aldığını bildirmişdir. Həmin 02 ədəd büküm zərfə qoyaraq qablaşdırılmış və möhürlənərək imzalanmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 21 avqust 2023-cü il tarixli, 3497 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. “Diskə baxış keçirilməsi haqqında” 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən CD diskə köçürülmüş məlumatlar ***-***-**-** saylı GSM mobil nömrə altında qeydə alınmış məlumatlar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixi əhatə edir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş qalıq çəkiləri 0,731 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilərək saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videogörüntülərin qeydə alındığı 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən 0.15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və həmin halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli (CM-93.1.2), cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı 0.731 qram olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, (CPM-132), cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri - 110 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir.(CPM-198.1.). Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan psixotrop maddənin qalığı - 0,731 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 iş saatına görə 90 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-440/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-440/2023
27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver