Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-441/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş - X3, Barəsində şikayət verilən şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 müdafiəçiləri - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1ağa oğlunun iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 12 saylı Vəkil Bürosunda vəkilik edən X2 23 avqust 2023-cü il tarixdə öz adına, yəni “Alov Səfəraliyev” kimi qeydiyyatdan keçmiş “Facebook” səhifəsindən istifadə edərək Zaman Səmədov və Alaif Hasanov adlı facebook istifadəçilərinin şərh bölməsində qərəzli olaraq onu “separatist” və “qeyri milli” (yəni bizim millətdən olmayan) adlandırıb. (Milli ayrı seçkilik) Daha dəqiq desək, həmin şərhdə X11 Hasanov adlı facebook istifadəçilərinin paylaşma və şərhlərinə müdaxilə edərək əslində ona aid olmayan, onun şəxsi mənafeyinə toxunmadığı halda söhbətə qoşularaq belə bir ifadə paylaşıb: “Alaif Hasanov, boş şeydir, kollegiyada nəyə desən inanaram amma rüşvət və korrupsiyaya görə əlimi balta altına qoyaram! Əlaif, sən mîllî adamsan,heç olmasa separatçı Camal Bağırovla bir sırada dayanma...” Bu cümlələrin sonunda o, insan və bir azərbaycanlı kimi ləyaqətini alçaldan kinli və qərəzli,ən əsas isə böhtan və təhqir dolu ifadələr bütün dünyanın izlədiyi sosial şəbəkəsi sayılan facebook internet səhifəsində yayılmış və bu yazılan minlərlə insan oxumuşdur. Səfəralıyevın hansı əsaslarla onu “separatist” adlandırması ona aydın deyil. O, bunu öz şərhidə açıqlamır. Səfərəliyev açıqaydın məni “separatist” kimi xal və dövlətə nisbətdə ağır cinayətdə ittiham edərək ona böhtan atmış, həm də onu “qeyri milli” adlandırmaqla bir azərbaycanlı, Azəarbaycan vətəndaşı kimi İslam əhli kimi ona qarşı ayrı-seçkilik etməklə milli hissiyatıma tioxunmuş və onu ağır təhqir etmişdir. O, bu ifadələri işlətməklə təkcə şərəf və ləyaqətini ,milli hissiyatını alçaltmamış, həm də açıq-aydın məni ağır cinayət sayılan “Separatçılıqda” ittiham etmişdir. Aydın məsələdir ki, o bunu qərəzli olaraq etmiş və onu bilə-bilə ağır cinayətdə ittiaham etmişdir. Həmin an facebook istifadəçisi Alaif Hasanov onun bu sözləri ilə razılaşmadığını ona bildirsə də Səfərəliyev yazılanları pozmamış yaxud da üzrxahlıq etməmişdir. Halbuki, Alov Səfərəliyev özü keçmiş polis işsisi və hazirda vəkildir və polis və vəkil kimi insan hüquq və azadlıqlarrını müdafiə etmək barədə iki dəfə and içmişdir.lndi isə o, həmin andlnl pozmuş və hətta cinayət etmişdi. Ümumiyyətlə, Səfəraliyev çoxdandır ki, dünyada və ölkədə “separatist” ovuna çıxıb.Onun ən çox qaraladığı separatistlər cənub zonasından olur. O cümlədən də “separatizm” sözünün mənasına və hüquqi anlayışına Separatizm - istənilən formada dövlətin və cəmiyyətin fundamental bilməmiş deyil. O, onun separatist olmadığımı gözəl bilir.Məhkəmədə isə onun separatist olduğunu və milliyətcə qeyri azərbaycanlı olmağını artıq sübut etməlidir. Onun Lənkəran rayonunda anadan olduğu, o deməkdirmi ki, o separatistdir. Yoxsa bu qarayaxmadır. Yəqin onun əlinə imkan düşüb. Alov Səfərəliyevin bu qərəzli hərəkətinin səbəbi məlumdur. O, onun Vəkillər Kollegiyası rəhbərliyi ilə bağlı sosial şəbəkələrdə və məhkəmə çəklişmələrindən çəkişmə aparmağımdan narahat olaraq onu ləkələmək üçün belə ağır ittihamlarla onu cəmiyyətin və onu tanıyan hüquqşünasların gözündən salmağa çalışır. A.Səfərəliyev bundan əvvəl də ona qarşı facebookda belə ifadələr işlətmişdir. Bu birinci hal deyil. O, zaman o hətta onun dostluğundan sildi. Onun onu separatizmdə və qeyri millilikdə ittiham etməsi ona dərin mənəvi iztirab verir. Hirsindən bir həftədir yata bilmir. O, dost-tanışların yanında da rüsvay olmuşdur.İndi hamı onu separatçı kimi baxır.Səfərəliyev ümumiyyətlə, cənub zonasına qarşı milli ayrı-seçkilik və şovinizm hissləri ilə nəfəs alırmış. Fikir verin, paylaşmada X7 yazır: “Sən milli adamsan Camal Bağırov isə separatistdir” deməsi,açıq aydın milli dini irqi ayrı seçkiliyə işarədir.Bu isə biləvasitə irqçilikdir. Əslində, separatizm əlamətləri Səfəlıiyevin özündə tuğyan edir. Baxmayaraq ki, Alaif Hasanov onun cavabını vermiş və ona irad tutmuşdur ki, o Camal bəyi separatist kimi tanımır. Amma Səfərəliyev bundan nəticə çıxarmayaraq digər kütləvi yerlərdə də bu ifadələri işlətmişdir. Daha sonra,təkrarən, 30 avqust 2023 cü ildə Alov Səfərəliyev bu dəfə öz facebook səhifəsində vəkillərə müraciət edərək onu dəstəkləməyə çağırıb.Ona cavab olaraq yüzə yaxın vəkil “can qardaş,köməyə gəlirik” deməklə onlar da ona qarşı vəkillərə yaraşmayan tonda ifadələr işilətməyə davam etmişdir. Bundan sonra Alov Səfərəliyev səhifəsində ona xitabən belə ifadələr yazdı: “Sən də müdafiə üçün Əlikram Hümmətova müraciət edərsən yəqin, Axırıncı dəfə nə vaxt onunla danışmısan?)) Bu ifadələrlə A.Səfərəliyev bir daha sübut elədi ki, onun ona qarşı olan böhtan və təhqir cinayəti düzünə qəsdlə edilmişdir.Deməli, o ona “separatist” və “qeyri milli” deməkləməni, məhz dövləti cinayət etmiş separatist Əlikram Hümmətovun silahdaşı və məsləkdaşı kimi ittiham edir və cəmiyyətə təqdim edir.Arfcıq onun cinayətkar məqsədində heç bir şübhə yeri qalmır.Səfərəliyev onu məhz dövlətin konstitusion quruluşunu zorla dəyişməyə cəhd edən, torpaqlarımızın bütövlüyünü pozamağa cəhd edən, dövlət çevrilişini həyata keçirməyə çalışan bir şəxs kimi ittiham edir.Çünki Ə.Hümmətov məhz belə bir şəxsiyyət olub. Hümmətov 30 ildir ki, Azərbaycanda yoxdur və 2 ildir ki, ümumiyyətlə həyatda yoxdur. O, bu adamla necə danışa bilər? A.Səfərəliyev isə onu ittiham edir ki, Ə.Hümmətovla danışaraq güya onunla bir yerdə Azərbaycanda dövlət çevrilişini hazırlamışdır.Onun sözlərindən belə çıxır. Bu artıq dövləti müdafiə etdmək deyil.Bu artıq milli ayrı seçkilikdir, bu artıq millət işində nifaq salmaq cəhdinin bir formasıdır. Deməli, cinayətdir!!! Səfərəliyev Alovun bu hərəkəti peşə fəaliyyətindən kənar olsa da hər bir halda vəkil adına bir ləkədir. Vəkillərin davranış qaydaları haqqında “Əsasnamədə” vəkilin peşə fəaliyyətindən kənar davranım hüquqi tənzimlənməsinə dair aydınlıq gətirməsə də hər bir halda vəkil istər şəxsi, istərsə də ictimai maraqlardan çıxış edən davranışlarına fikir verməlidir. Son olaraq o, xüsusi ittihamçı qismində tanımaqla şərəfini, ləyaqətini və milli hissiyatını ləkələyən məlumatları yayıb onu ağır cinayətdə təqsirləndirdiyinə görə və ona böhtan atdığına görə X4 AR CMnin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələrin sanksiyaları daxilində ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X6 şikayətin məzmununa uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində şikayət verilən şəxs X5 şikayətin əsassız olduğunu qeyd edərək məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1ağa oğlu çıxış edərək bildirmişlər ki, X6 tərəfindən eyni məzmunlu şikayət Nəsimi Rayon Məhkəməsinə verilmişdir, həmin məhkəmədə işə baxılaraq aidiyyəti üzrə göndərilməsi barədə müvafiq qərar qəbul edilmiş və şikayət Nərimanov Rayon Məhkəməsinə daxil göndərilmişdir. Hazırda məhkəmənin digər hakiminin icraatında baxılmaqdadır. Həmin şikayət ilkin verildiyi üçün hazırki iş üzrə şikayətin baxılması qanunvericiliyə uyğun hesab edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə, eləcə də eyni şikayət üzrə artıq məhkəmədə baxılmalı olan iş olduğu nəzərə alınaraq məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işindən, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X3 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş X6 xüsusi ittiham qaydasında şikayətin verildiyi yeri qeyd etməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin nə vaxt törədilməsini və bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğini şikayətdə göstərməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, eləcə də hazırda Nərimanov Rayon Məhkəməsində eyni tərəflər və eyni məzmun üzrə xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin digər hakiminin icraatında baxıldığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-441/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-441/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver