Məhkəmə qərarları › İş №1(005)-443/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-443/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-443/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 22 saylı vəkil bürosunun vəkili X5 tərcüməçi-X12 oglunun iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, orta təhsilli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd kibrit qutusunda 7,102 qram çəkidə və bir ədəd siqaret qutusunda üç ədəd sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,323 qram, 2,758 qram, 1,997 qram olmaqla ümumilikdə 13,18 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanmı 03 may 2023-cü il tarixdə tanışı Şahid1 80 manata satın almaqla qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin İdarənin əməkdaşları tərəfindən 08 may 2023-cü il tarixdə, saat 10:25-da keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı ünvan 2 ünvanının yaxınlığında olan zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçazadə 7 ünvanında yerləşən qeyd edilən idarəyə dəvət edilmiş, orada xidməti otaqların birində saat 12:52-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd yaşıl rəngli gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusunda 7,102 qram çəkidə və bir ədəd siqaret qutusunda üç ədəd sellofan bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,323 qram, 2,758 qram, 1,997 qram olmaqla ümumilikdə 13,18 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Tutulmamışdan bir neçə gün öncə Lerik rayonuna ezamiyyətə getmişdir. Ezamiyyətdə olduğu zaman Lerik rayonunda təsadüfən bir nəfər şəxslə tanış olmuş və söhbət əsnasında onun da narkotik vasitə istifadə etdiyini bildiyindən ondan öz istifadəsi üçün “nəşə” istəmişdir. Həmin şəxs də ona istifadə etməyi üçün bir bükümdə “nəşə” vermiş, o da həmin “nəşə”ni ondan alıb üzərində saxlamışdır. 08 may 2023-cü il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində idarə etdiyi avtomobilin qarşısında dayanan zaman ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar, o da idarə etdiyi avtomobildə 1 bükümdə “nəşə” olduğunu bildirmişdir. Bundan sonra onu idarə etdiyi avtomobillə birlikdə İdarənin İnzibati binasına dəvət etmişlər. Deyilən İdarəyə çatandan sonra onun Şahid1lə əlbir olaraq qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumata malik olduqlarını bildirib ondan bunu etiraf etməsini tələb etmişlər. O isə Şahid1lə aralarında heç bir razılıq olmadığını, ondan narkotik vasitə almadığını, ümumiyyətlə Şahid1lə aralarında heç bir vaxt narkotik vasitə ilə bağlı danışıqlar olmadığını bildirmişdir. Bundan sonra üzdən tanıdığı, lakin adlarını bilmədiyi polis əməkdaşları onu döyüb məcbur etmişlər ki, bir ədəd kibrit qutusu və bir ədəd siqaret qutusunda olar, narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmasını və həmin narkotik vasitələri Şahid1 satın aldığını desin. O da verdikləri əzablara dözməyib bir ədəd kibrit qutusu və bir ədəd siqaret qutusunda olan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmasını və həmin narkotik vasitələri Şahid1 satın aldığını demişdir. Əslində isə onun üzərində 1 ədəd siqaret formasında doldurulmuş “nəşə” olmuşdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 may 2023cü il tarixdə saat 16 radələrində Maştağa qəsəbəsində olan zaman ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun Təqsirləndirilən şəxslə əlbir olaraq qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağım barədə məlumata malik olduqlarını bildirib onu Baş İdarənin İnzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxslə narkotik vasitə ilə bağlı heç bir əlaqəsi olmadığını, ümumiyyətlə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən məlumatı olmadığını, üzərində və ya yaşadığı evdə narkotik vasitə olmadığını bildirmişdir. Deyilən İdarəyə çatandan sonra onun Təqsirləndirilən şəxslə əlbir olaraq qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumata malik olduqlarını bildirib ondan bunu etiraf etməyini tələb etmişlər. Cəlal Əliyevlə aralarında heç bir razılıq olmadığını, ümimiyyətlə narkotik vasitə ilə əlaqəsi olmadığını bildirmişdir. Bundan sonra üzdən tanıdığı, lakin adlarını bilmədiyi polis əməkdaşları onu döyüb məcbur etmişlər ki, onların deməsinə görə Cəlaldan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın onun Cəlala satdığını, həmçinin də iki ədəd kibrit qutusundakı “nəşə”nin ona məxsus olmasını desin. Ona verdikləri əzablara dözməyib onların təqdim etdikləri sənədləri imza etmişdir. Həmin sənədlərdə nə yazıldığını bilməmişdir. Əslində isə onun üzərində “nəşə” olmamış, Təqsirləndirilən şəxs isə heç vaxt narkotik vasitə satmamış, ümumiyyətlə heç bir vaxt narkotik vasitə satmamışam. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 08 may 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən məliyyat qrupu yaradılmışdır. 08 may 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 10:25-də ünvan 2 ünvanının yaxınlığında “UAZ” markalı **-JC-*** qeydiyyat nişanlı avtomobilin qarşısında dayanmış zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs onlar tərəfindən saxlanılmış və xidməti vəsiqələrini göstərərək özlərini təqdim etdikdən sonra həmin şəxsin şəxsiyyətini müəyyən etmişlər və barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O da, etiraz elmədən onlarla birlikdə qeyd edilən idarəyə gəlmişdir. Həmin vaxt Cəlal Mizəyevin idarə etdiyi “UAZ” markalı avtomobil də onların müşayiəti altında Baş idarəyə gətirilmişdir. İdarəyə gəldikdən sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusu ilə bir ədəd siqaret qutusunu, cins şalvarının sol yan cibindən alışqanla nağd pulu və mənzil açarını, şalvarın sağ arxa cibindən avtomobil açarını, arxa sol cibindən isə özünə məxsus mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, əynində olan gödəkçənin sol iç cibindən altı ədəd plastik kartlar, sürücülük və şəxsiyyət vəsiqələri aşkar edilmişdir. Daha sonra saxlanılmış şəxsin təqdim etdiyi bir ədəd siqaret qutusu ilə kibrit qutusuna baxış keçirilmişdir. Siqaret qutusu açıldıqda içərisindən üç ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərdə, o cümlədən də kibrit qutusunda yaşıl rəngli qurudulmuş ota bənzər kəskin iyli narkotk vasitə qurudulmuş marixuanaya oxşar maddələrin olması məlum olmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş alışqanla nağd pul və açarlar özünə geri qaytarılmış, mobil telefonu ilə plastik kartlar və şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsi özünə izah verilməklə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək ehtimalından götürülmüş, kibrit qutusu ilə siqaret qutusundan aşkar edilmiş maddələr isə ekspertiza tədqiqatının aparılması məqsədi ilə götürülərək zərfdə qablaşdırılmış və hamı tərəfindən qeyd edilən zərf imzalanmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin “nəşə” kimi adlandırılan narkotik vasitə olduğunu bildirib, həmin maddəni beş gün əvvəl tanışı Şahid1 80 manata aldığını, həmin şəxsin ona əvvəllər də bir neçə dəfə qeyd edilən maddədən verdiyini, Dadaşın yaşadığı ünvanı bildiyini qeyd etmişdir. Bundan sonra şəxsi axtarış və götürmənin keçirilməsi barədə təhqiqatçı tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuşdur. İştirakçılar tərəfindən hər hansı şikayət daxil olmadığından tərtib edilmiş protokola imza etmişlər. Bundan sonra saxlanılmış şəxsin idarə etdiyi avtomobildə qanunsuz maddələr saxlamasına şübhələr olduğu üçün avtomobilə baxış keçirilməsi barədə qərar qəbul edilmiş və Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Daha sonra yuxarıda qeyd olunan tərkibdə Baş İdarənin duracağında olan və Təqsirləndirilən şəxs tərəfindən idarə olunan avtomobilə videoçəkilişlə baxış keçirilmiş, lakin şübhəli hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə də ayrıca protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs bildirdiyi Şahid1 adlı şəxs onlar tərəfindən həmin tarixdə saat 16:30-da ünvan 4 ünvanın qarşısında saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmişdir. Şahid1 hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona dövlət hesabına vəkil dəvət edilmişdir. Bundan sonra sənədləşməni həyata keçirən təhqiqatçı tərəfindən onun üzərinə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Şahid1 ilk olaraq təklif edilmişdir ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet varsa könüllü təqdim etsin. Bu təklifdən sonra Şahid1 əynində olan gödəkçənin sağ yan cibindən iki ədəd kibrit qutusunu, şalvarının sağ yan cibindən mobil telefonla xırda qəpik pulu, sol yan cibindən nağd pulla alışqanı, şalvarının sağ arxa cibindən isə özünə məxsus sürücülük vəsiqəsi ilə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və bir ədəd plastik bank kartını çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şahid1 üzərindən əlavə heç bir əşya aşkar edilməmişdir. Daha sonra saxlanılmış şəxsin təqdim eldiyi iki ədəd kibrit qutusuna baxış keçirilmişdir. Qutular açılaraq hər birinin içərisindən yaşıl rəngli qurudulmuş ota bənzər kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müəyyən olunmuşdur. Bundan sonra onun üzərindən aşkar edilmiş alışqanla nağd pul özünə geri qaytarılmış, mobil telefonu ilə plastik kart və sürücülük vəsiqəsi ilə qeydiyyat şəhadətaməsi özünə izah verilməklə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək ehtimalından götürülmüşdür. Kibrit qutularından aşkar edilmiş maddələr isə ekspertiza tədqiqatının aparılması məqsədi ilə götürülərək zərfdə qablaşdırılmış və hamı tərəfindən qeyd edilən zərf imzalanmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Şahid1 bildirmişdir ki, həmin maddələri ümumilikdə dörd ədəd kibrit qutusunda olmaqla təxminən 2 ay əvvəl 160 manata alaraq səhhətində yaranmış problemlərə görə istifadə edə bilməmiş və iki ədəd qutunu 80 manat pul müqabilində Təqsirləndirilən şəxs satmışdır. Bundan başqa, əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə birlikdə bir neçə dəfə həmin maddədən qəbul etmişdir. Qeyd olunanlar barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imza edilmişdir. Əməliyyat tədbirləri zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs və Şahid1 qarşı qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid3 Mehdi oğlu və X3 Şahid2 ifadəsinə oxşar ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:25-də şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında" 08 may 2023-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd kibrit qutusu ilə bir ədəd siqaret qutusunu, cins şalvarının sol yan cibindən alışqanla nağd pulu və mənzil açarını, şalvarın sağ arxa cibindən avtomobil açarını, arxa sol cibindən isə özünə məxsus mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, əynində olan gödəkçənin sol iç cibindən altı ədəd plastik kartlar, sürücülük və şəxsiyyət vəsiqələri aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd siqaret qutusu ilə kibrit qutusuna baxış keçirilmişdir. Siqaret qutusu açıldıqda içərisindən üç ədəd sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərdə, o cümlədən də kibrit qutusunda yaşıl rəngli qurudulmuş ota bənzər qurudulmuş marixuanaya oxşar maddələrin olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş alışqanla nağd pul və açarlar özünə geri qaytarılmış, mobil telefonu ilə plastik kartlar və şəxsiyyət vəsiqəsi ilə sürücülük vəsiqəsi özünə izah verilməklə götürülmüş, kibrit qutusu ilə siqaret qutusundan aşkar edilmiş maddələr isə ekspertiza tədqiqatının aparılması məqsədi ilə götürülərək zərfdə qablaşdırılmış və hamı tərəfindən qeyd edilən zərf imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin “nəşə" kimi adlandırılan narkotik vasitə olduğunu bildirib, həmin maddəni beş gün əvvəl tanışı Şahid1 80 manata aldığını, həmin şəxsin ona əvvəllər də bir neçə dəfə qeyd edilən maddədən verdiyini, Dadaşın yaşadığı ünvanı bildiyini qeyd etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 may 2023cü il tarixli, 7/668 №-li rəyi ilə müəyyən edilmişdir ki, “Şübhəli şəxs: Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd kibrit qutusundan və 03 ədəd sellofan bükümdə...” sözləri yazılmış kağız paketdə kiçik şəffaf sellofana paketlərdə 03 ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri: 1,323 qram, 2,758 qram və kiçik şəffaf sellofan paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,102 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələ:’ olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 13,18 qramdır. Təqdim olunmuş kağız paketdə 03 ədəd şəffaf sellofanda və bir ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi - 13,18 qram, cəmi tədqiqata sərf edildi - 0,2 qram(hər l-4№-li obyektdən 0,05 qram götürüldü), qalıq - 12,98 qramdır.Ekspertiza tədqiqatının dəyəri 89 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 dair 25 iyun 2023-cü il tarixli 4070 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Orazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X7 Hüquqi Şəxsi tərəfindən verilmiş ambulator məhkəmə-psixatrik ekspertizasın.n xx.xx.2023-cü il tarixli, 1947 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi faəliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmuyub. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs və ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə elmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli, 4(005)-665/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmiş, Həbsetmənin əvvəli 08 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İş üzrə Şahid1 və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumilikdə 21,938 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanadan ekspertiza tədiqaqlına sərf edildikdən sonra qalan 21,438 qramı 11 may 2023-cü il tarixli qərarla maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMl-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. ‘‘Şəxsi axtarış və götürmə aparılması” haqqında 08 iyun 2023-cü il tarixli istintaq hərkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” formatlı disk və təqsirləndirilən şəxslərin istifadələrində olmuş mobil nömrələrin anten dairələrinə dair məlumatların əks olunduğu Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Komunikasiya İdarəsi tərəfindən təqdim edilən 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübul hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 09 fevral 2008-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 13.18 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut –DİN-nin BMCMİ-nə saxlanışa verilmiş narkotik vasitə qurudulmuş marixuananın 1(005)-445/2023 saylı cinayət işi üzrə maddi sübut keçməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir (CM-in 93.1.2). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - DİN-nin BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 21,438 qram olan narkotik vasitə qurudulmuş marixuananın 1(005)-445/2023 saylı cinayət işi üzrə maddi sübut keçməsi nəzərə alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar