Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-444/2023 28.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi “Bakı şəhəri 20 saylı” Vəkil Bürosunun vəkili – Müdafiəçi, zərərçəkmiş şəxsin vəkili Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs və iştirakları ilə, xx.xx.1990-ci ildə Laçın rayonu, Ağanus kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 azyaşlı övladı olan, ali təhsilli, “Muğan” firması, “Sağlam Diş” klinikası, diş həkimi işləyən, Laçın rayonu, Ağanus kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, 23 yanvar 2023-cü il tarixdə saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi “X4” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi ilə üzü “20 Yanvar” metrostansiyası istiqamətində hərəkətdə olan zaman Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “TOSOİL” yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etməni itirib idarə etdiyi “X4” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol ayrıcı səkinin üzərinə çıxıb əks yola keçərək həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz CLA250” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə “Mercedes Benz CLA250” markalı avtomobildə sürücüsü 1990-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol 7-8-9-cü qabırğaların yerdəyişməyən sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid bədən xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törədərək 34000 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, sxem, məhkəmə yol nəqliyyat hadisəsi və məhkəmə-tibbi ekspertizasının rəyləri, maddi sübut, habelə digər toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən (mülki cavabdeh) Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda “Muğan” firmasında, “Sağlam Diş” klinikasında diş həkimi kimi işləyir. Onun özünə məxsus “Subaru Legacy minik” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və o, həmin avtomobili AD 221089 seriyalı BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. 23 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində idarə etdiyi “Subaru Legacy minik” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Koroğlu” metrostansiyası, yəni Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə 5-ci zolaqla üzü Əhməd Rəcəbli küçəsi, yəni 20 yanvar metrostansiyası istiqamətində saatda 80 km surətlə hərəkət etmişdir. Həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “TOS OİL” yanacaq doldurma məntəqəsinə çatmağıma az qalmış hərəkətdə olduğu yol döngəli olduğundan anidən idarə etməni itirmişdir. Həmin vaxt idarə etdiyi “Subaru Legacy minik” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil hər iki istiqaməti bir birindən ayıran yolayrıcı beton səkinin üzərindən əks yola keçərək həmin yolda hərəkətdə olan “Mercedes Benz CLA250 minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən hər iki avtomobil yararsız vəziyyət düşmüş və o, özünə gəlib avtomobildən yerə düşüb “Mercedes Benz CLA250 minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Həmin vaxt o, “Mercedes Benz CLA250 minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin xəsarət aldığını görmüşdür. Bundan sonra oraya toplaşmış şəxslər Təcili tibbi yardımın 103 xidmətinə zəng vuraraq həkim briqadası çağırmışlar. Təcili tibbi yardı avtomobili gələrək Ərtoğrulu xəstəxanaya aparmışdır. Özü isə hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Polis əməkdaşları gəldikdən sonra o, sonunculara hadisə barədə məlumat vermişdir. Məhkəmənin sualna cavab olaraq bildirmişdir ki, o zərərçəkmiş şəxs ilə dəfələrlə səhəti ilə maraqlanmış, xəstəxanada qaldığı müddətdə xərcləri ilə maraqlanmışdır, barışıq əldə etməsi üçü cəhdlər etsə də aralarında barışıq olmamışdır. O, özünü təqsirli bilsədə, zərərçəkmiş şəxsin mülki iddia ərizəsində qeyd etmiş olduğu məbləğlə razılaşmadığını söyləmişdir. Zərərçəkmiş şəxsin avtomobilini düzəltmək təklifini etsə də razılıq olmamışdır, yeni avtomobil istəmişdir. Son olaraq törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə belə bir cinayət əməlini törətməsini, himayəsində bir az yaşlı övladının olması, ailənin tək gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs bildirmişdir ki, Onun özünə məxsus “Mercedes Benz CLA250 minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş və o, həmin avtomobili xx.xx.2022-ci il tarixdə 43000 manat pul verib alaraq idarə etmişdir. Avtomobili AE 228257 seriyalı BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmiş və həmin avtomobillə “Bolt” taksi şirkətinə qoşularaq taksi kimi fəaliyyət göstərmişdir. 23 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində sifariş əsasında 4 nəfər xarici vətəndaşını taksi fəaliyyəti ilə məşğul olduğu “Mercedes Benz CLA250 minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobillə götürüb birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi tərəfdən, Ziya Bünyadov prospekti ilə üzü “Koroğlu” metrostansiyası istiqamətində saatda 40-50 km surətlə ikinci zolaqla hərəkət etmişdir. Həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən “TOS OİL” yanacaq doldurma məntəqəsinə çatmalarına az qalmış əks istiqamətdə hərəkətdə olan “Subaru” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil hər iki istiqaməti bir-birindən ayıran yolayrıcı beton səkinin üzərindən keçərək hərəkədə olduğu yola daxil olaraq idarə etdiyi “Mercedes Benz CLA250 minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi ilə toqquşmuşdur. “Subaru” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil onunla eyni istiqamətdə hərəkətdə olan “BMW X5” markalı avtomobillə sürət yarışına çıxmışdır. Zərbənin təsirindən hər iki avtomobil yararsız vəziyyətə düşmüş və o, özünü itirmişdir. Özünə gələn zaman isə artıq orada olan şəxslərin onu avtomobildən çıxardıqlarını və hadisə yerinə təcili tibbi yardım avtomobil gəldiyini görmüşdür. Həmin təcili tibbi yardım avtomobili ilə onu X5 xəstəxanasına aparmışlar. Orada həkimlə tərəfindən müayinə olunan zaman 7, 8 və 9-cu qabırğalarının sınması müəyyən edilmişdir. Buna görə də, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xəstəxanada stasionar qaydada müalicə alındıqdan sonra evə buraxılmışdır. Xəstəxanada olduğu müddət ərzində Təqsirləndirilən şəxs yanına gəlsə də, onun müalicəsi üçün çəkdiyi xərcləri qarşılamamışdır. Avtomobilin təmirinin baha başa gələcəyini görüb vurulmuş vəziyyətdə satmaq qərarına gəlmişdir. Buna görə də, “Mercedes Benz CLA250 minik” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili “Şkoda” servisə aparmış və orada avtomobilin təmir xərcləri ilə birlikdə ümumilikdə 59689 manat xərci olması barədə qüsur aktı vermişlər. O, artıq avtomobil təmir edilməsinin baha olduğunu, yenisini almağın ondan ucuz olduğunu görüb ehtiyat hissəsi kimi 9000 manata satmışdır. Həmin avtomobili o, 43000 manata almışdır. Həmin hadisə nəticəsində ona ümumilikdə 34000 manat maddi ziyan dəymişdir. Hadisə zamanı o, xəsarət alsa da, avtomobildə sərnişin olmuş xarici respublikanın vətəndaşları xəsarət almamışlar. Onun avtomobili idarə etmək üçün bütün sənədləri olmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, "xxxx" tərəfindən sağlamlığıma dəyən zərərə görə 1500 manat və avtomobilimə dəyən ziyana görə 5000 manat ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmədiyindən onunla barışmamışdır və şikayətçidir. Yekun olaraq o məhkəməyə təqdim etmiş olduğu mülki iddia ilə bağlı ərizəsinin tam şəkildə təmin edilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 23 yanvar 2022-ci il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti “TOS OİL” YDM-in yaxınlığında baş vermişdir. Yolun hərəkət hissəsi üfüqi, örtüyün növü asfalt, örtüyün vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üçün eni 46 metr, işlək hissəsinin eni 23 metr, ehtiyyat hissəsinin səki hissəsinin eni 3 metr, ayrıcı zolağın eni 1,20 metr, hərəkət zolaqlarının sayı 6-dır. Yolun işlək hissəsində nişan xətləri aşkar edilməmişdir. Hadisə yeri baxış zamanı Təbii günəş işığı ilə işıqlandırılır, sürücünün yerindən faraların işıqlarını görmə vəziyyəti uzaqdan 100 metr, yaxın işıqda 60 metr, gündüz 10 metrdir. Hadisə yerində şin izləri, tormozlama izləri, nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar olunmamışdır. Hər iki nəqliyyat vasitəsinin faraları və digər ehtiyyat hissələrinin qırıqları ətrafa tökülmüşdür. Məhkəmədə tədqiq olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/2171 nömrəli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X3 X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 127 nömrəli ekspertiza rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində askar edilmiş xəsarətlər: sol 7-8-9-cü qabırğaları yerdəyişməyən sınıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarin təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023cü il tarixli, 8/1745 nömrəli ekspertiza rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Subaru markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin garşısını almağa texniki imkani olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə Mercedes Benz markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 16 avqust 2023cü il tarixli qərardan aydın olur ki, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 127 saylı və məhkəmə-yol nəqliyyat ekspertizasını xx.xx.2023-cü il tarixli, 8/1745 saylı rəyləri iş Təqsirləndirilən şəxs idarə etdiyi “Subaru” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Həmçinin Zərərçəkmiş şəxs idarət etdiyi “Mercedes Benz” markalı, 99-XD -188 dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Cinayət işi üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləği 34000 manat hesab edilmişdir. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi” haqqında 27 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSSİ Əməliyyat-sorğu katrotekasında heç bir məlumat yoxudur. Məhkəmədə tədqiq olunan, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilən xx.xx.2023cü il tarixli mülkki iddia ilə bağlı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəyən zərərə görə 36,980 (otuz altı min doqquz yüz səksən) manat, müalicə və reabilitasiya xərcləri ilə bağlı sağlamlığına dəyən zərərə görə 9,000 (doqquz min) manat, əldən çıxmış faydaya görə 13,500 (on üç min beş yüz) manat və mənəvi zərərə görə 5000 (beş min) manat, ümumilikdə ona dəyən maddi və mənəvi zərərə görə 64,480 (altmış dörd min dörd yüz səksən) manat məbləğində qiymətləndirilməsini, qeyd olunan 36.980 (otuz altı min doqquz yüz səksən) manatdan "xxxx" ASC tərəfindən ödənilən 5,000 manat, sağlamlığıma dəyən zərər 9,000 (doqquz min) manatdan isə ödənilən 1,500 manat çıxılaraq yekun olaraq təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs maddi və mənəvi zərərə görə 57,980 (əlli yeddi min doqquz yüz səksən) manat və mülki iddia ilə bağlı ödədiyi dövlat rüsumu tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində, həmçinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1745 nömrəli rəyi və digər zəruri sənədlərindən aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, lakin ehtiyyatsızlıq edərək cinayət əməlini törətmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-nin 45-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, ailəsinin tək gəlir mənbəyi olmasını, zərərçəkmiş şəxslə barışığa cəhd etməsini, səhəti ilə dəfələrlə maraqlanmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət hesab edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsində göstərilir ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə CM-in 52-1.2-ci maddəsində nəzərdə tutulan vəzifələri qoyur və CM-in 52-1.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələri qoya bilər. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Bundan başqa, məhkəmə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdikləri cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, müalicə və reabilitasiya xərcləri ilə bağlı sübut təqdim edilmədiyindən həmin hissə ilə bağlı tələb rədd edilməklə, yalnız mülk iddia ilə bağlı 31.980 manat, sağlamlığını müəyyən müddətə itirilməsi ilə bağlı əmək fəaliyyəti ilə məşğul ola bilməməsinə görə əldən çıxmış fayda üzrə 2000 manat tələbi Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs baş vermiş yol nəqiliyyat hadisəsi zamanı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən pul tutulması tələbi əsaslıdır. Məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gələrək Zərərçəkmiş şəxs 500 manat məbləğində mənəvi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi tələbini əsaslı hesab edir. İş üzrə ekspertiza xərci 128,00 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs idarə etdiyi “Subaru” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, Həmçinin Zərərçəkmiş şəxs idarət etdiyi “Mercedes Benz” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması, nəzərə alınmalıdır. İş üzrə mülki iddia və CM-Nin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaq müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin. Maddi ziyana görə Təqsirləndirilən şəxs (mülki cavabdeh) 31.980 manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 500 manat məbləğində vurulmuş mənəvi zərər və 2000 manat məbləğində əldən çıxmış faydaya görə 2000 mmanat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi “X4” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması, Həmçinin Zərərçəkmiş şəxs idarət etdiyi “Mercedes Benz” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 128,00 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-444/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-444/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver