Məhkəmə qərarları › İş №1(005)-445/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-445/2022

04.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-445/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti "xxxx" MMC-də sürücü işləyən, Zərdab rayonu, Məlikumudlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Ş.Səmədov küçəsində yerləşən yeni tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 mart 2022-ci il tarixdə, saat 15:40 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Man” yük markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri Nərimanov rayonu, N.İsmayılov küçəsində yolun sol hissəsində başlanğıc sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı kimi tələblərə riayət etməyib idarə etdiyi avtonəqliyyat vasitəsinin qabaq sol tərəfi ilə yolu soldan sağa keçmək istəyən X6 ehtiyatsızlıqdan vuraraq, sağ ayağının üzərindən keçib sonuncuya ağır dərəcəli travmatik şok və kamotoz vəziyyətlə müşayiət olunan çanaq sümüklərinin çoxqəlpəli, sağ bud sümüyünün qapalı, sol incik sümüyünün açıq, çoxqəlpəli sınıqları, sol baldırın və sol ayaq pəncəsinin əzilmiş-cırılmış yaraları, aşağı ətrafların hematomaları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ehtiyatsızlıqdan ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, şahidin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, saat 15:40 radələrində Xətai prospekti ilə üzü Təbriz küçəsi istiqamətində bir tərəfli yolda sol zolaqla hərəkətdə olduğu zaman N.İsmayılov küçəsində işıqforun qırmızı işığında idarə etdiyi “MAN yük” markalı, **- JB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyatı saxlamışdır. İşıqforun yaşıl işığı yandıqda o, hərəkətinə davam etmək istədiyi zaman avtonəqliyyatın sol tərəf hissəsi ilə nəyinsə üzərindən keçdiyini hiss etmişdir. Dərhal o və sağ tərəfində əyləşən Şahid avtonəqliyyat vasitəsindən düşmüşlər. Bu zaman avtonəqliyyatın sol təkərinin əvvəldən tanımadığı bir nəfər yaşlı qadının sağ ayağının üzərindən keçdiyini görmüşdür. Adı sonradan ona məlum olan X1 ayağı sınmış vəziyyətdəymiş və ayağından qan gəlirmiş. X8 ona oğlunun nömrəsini vermişdir. Bu zaman əvvəldən tanımadığı ətrafda olan şəxslər X4 oğluna və X13 zəng etmişlər. Təxminən 30 dəqiqə sonra X14 hadisə yerinə gəlmişdir. Onlar gələnə qədər nəqliyyat vasitəsi olduğu yerdə qalmışdır. X6 isə ətrafda olan şəxslərin köməkliyi ilə yolun sağ tərəfində yerləşən hissəsində səkidə oturaq vəziyyətdə saxlamışlar. Zərərçəkmiş şəxsin hüzüründə iştirak etmiş, dəfndə iştirak etmiş, onun oğlu ilə barışıq əldə etmiş, törətmiş olduğu cinayət əməlinə görə peşmandır. Məkəmə iclasında zərərçəkmiş X4 hüquqi varisi X7 ifadə verərək bildirmişdir ki, mərhum anası X8 ilə sonuncu dəfə 10 mart 2022-ci il tarixdə işdə olduğu zaman telefon vasitəsi ilə danışmışdır. Həmin gün, saat 15 radələrində işdə olduğu zaman ona tanımadığı bir nəfər xanım zəng edərək anası X4 qəza keçirdiyini bildirmişdir. O, həmin xanımdan hadisə yerini öyrənərək dərhal ora getmişdir. Təxminən 15 dəqiqə sonra deyilən ünvana yaxınlaşmışdır. Həmin vaxt anası hələ həyatdaymış. Orada ona bildirmişlər ki, anası X8 Bakı şəhəri Nərimanov rayonu, N.İsmayılov küçəsində avtomobil yolunu keçmək istəyərkən Təqsirləndirilən şəxs idarə etdiyi "Man yük" markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə vurmuşdur. O, hadisə yerinə çatan zaman artıq X14 avtomobili hadisə yerindəymiş. Bundan sonra onlar 1 saylı Şəhər Kliniki Xəstəxanasına getmişlər. Xəstəxanada anasına tibbi xidmətlər göstərilmişdir. Lakin, anası hadisə zamanı almış olduğu şokun təsirindən rəhmətə getmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə aralarında razılıq əldə olunmuş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbininin olmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş Şahid ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:00-dan məişət tullantılarının yığılmasına iş yoldaşı Təqsirləndirilən şəxs birlikdə başlamışdır. Təxminən 40 dəqiqə sonra işıqforun yaşıl işığı yandıqda o, hərəkətinə davam etmək istədiyi zaman avtonəqliyyatın sol tərəf hissəsi ilə nəyinsə üzərindən keçdiklərini hiss etmişdir. Dərhal o və Təqsirləndirilən şəxs avtonəqliyyatdan düşmüşlər. Bu zaman Təqsirləndirilən şəxs avtonəqliyyatın sol təkərinin bir nəfər yaşlı qadının sağ ayağının üzərindən keçdiyini görmüşdür. Ətrafdakıların da köməyi ilə qadını yol kenarında otuzdurmuşlar. Bu zaman X13 zəng etmişlər. Bundan təxminən 30 dəqiqə sonra X14 hadisə yerinə gələrətək yaralını xəsətəxanaya aparmış, sonradan bilmişdir ki, hadisə nəticəsində zərərçəkmiş şəxs ölmüşdür. Məhkəmədə tədqiq olunan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 mart 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, X.Süleymanov küçəsi ilə Təbriz küçəsinin kəsişməsində baş vermişdir. Yolun hərəkət hissəsi döngəli, örtüyün növü aslaft, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 8 metr, hərəkət hissəsinin eni 2 metrdir. Hərəkət hissəyə sağdan və soldan səki birləşir. Hərəkətin nizamlama üsulu – nizamlanan sahədir, yol nişanları zonası müəyyən edilməmişdir. Təbii günəş işığı ilə işıqlandırılır. Hadisə yerində şin izləri, tormozlama izləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələri, nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar olunmamışdır. Həmçinin müəyyən edilmişdir ki, həmin sahə təhlükəsiz şəhər kameralarının nəzarəti altına düşmür. Məhkəmədə tədqiq olunan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aprılan tibbi müayinə” haqqında 2/4137 nömrəli, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 31 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı ağır dərəcəli, travmatik şok və kamotoz vəziyyətlə müşayiət olunan çanaq sümüklərinin çoxqəlpəli, sağ bud sümüyünün qapalı, sol incik sümüyünün açıq, çoxqəlpəli sınıqları, sol baldırın və sol ayaq pəncəsinin əzilmiş-cırılmış yaraları, aşağı ətrafların hematomaları akşar olunmuşdur. Qeyd olunan xəsarətlər həyatı olub, Z.M.Ağalarovanın ölümündən az əvvəl törənməklə qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdir. X3 ölümünə səbəb yuxarıda göstərilən almış olduğu xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2022ci il tarixli, 8/1001 nömrəli ekspertiza rəyindən görünür ki, “Man” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarışını almağa texniki imkanı olmuşdur. Məhkəmədə tədqiq olunan “Maddi subut kimi tanınma haqqında” 11 mart 2022-ci il tarixli qərardan aydın olur ki, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti "xxxx" MMC-nin balansında olan “Man” markalı, **-JB-*** dövlət qeydiyya nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri seçilməsi” haqqında 27 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti "xxxx" MMC-dən təqdim edilmiş məktubdan görünür ki, balanslarında olan Təqsirləndirilən şəxs idarə etdiyi “Man” yük markalı, **-JB- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəyməmişdir. Buna görə də heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan AC 382262 saylı sürücülük vəsiqəsinin surətindən aydın olur ki, onun B,C kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır, vəsiqə xx.xx.2030-cu ilədək etibarlıdır. Cinayət işinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş HDŞ seryalı 354238 saylı yük avtonəqliyyatı üçün yol vərəqəsinin surətindən aydın olur ki, “Man” markalı, **- JB-*** dövlət qeydiyya nişanlı avtomobil Təqsirləndirilən şəxs istifadəsinə verilmişdir. Məhkəməyə təqdim olunan doğum haqqında şəhadətnamələrdən aydın olur ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı vardır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X2 21 oktyabr 2022-ci il tarixli təqdim etdiyi ərizəsindən aydın olur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şikayət tələbinin olmaması ilə yanaşı onunla barışdığını da bildirmişdir. İstər ibtidai istintaq, istərsə də məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadələrində, həmçinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1001 saylı rəyi və digər zəruri sənədlərindən aydın olur ki, Təqsirləndirilən şəxs yol hadisəsinin qarşısını almağa texniki imkanı olmuş, lakin ehiyyatsızlıq edərək cinayət əməlini törətmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə də məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası CM-in 45-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmək kimi əlavə cəza təyin edilməsini lazım bilir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkənin hüququ varisi ilə barışıq əldə etməsini, himayəsində iki azyaşlı övladının olmasını məhkəmə cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Həmçinin Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.12ci maddəsində nəzərdə tutulmuş, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi halı mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayət hesab edilir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut - “Man markalı, **-JB-***” dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaq müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – “Man” markalı, **-JB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatı üçün cəmi 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar