Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-446/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 22 müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 yanvar 2022-ci il tarixdə, saat 15:00 radələrində ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 1600 (bir min altı yüz) manat dəyərində olan Almaniya istehsalı «X6» markalı velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 iyun 2022-ci il tarixdə, saat 10:09 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106 ünvanında yerləşən «Metropark» ticarət mərkəzinin zirzəmi qatında fəaliyyət göstərən «X5» adlı idman salonunun giriş qapısının yanından Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 230 (iki yüz otuz) manat dəyərində olan ağ-qara-qırmızı rəngli «Saft» markalı 26 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosipedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkəti ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə, saat 15:00 radələrində Nərimanov rayon ərazisində Təbriz küçəsində gəzirmiş. Həmin vaxt Nərimanov rayonu, Təbriz küçəsi 87 ünvanında yerləşən “FEELİFE” adlı tütün məlumatları mağazasının yerləşdiyi binanın 1-ci mərtəbəsinin divarına söykənmiş qəhvəyi rəngli bahalı bir velosiped görmüşdür. Ətrafa baxmış və insanların əhəmiyyət vermədiyini görüb velosipedi oğurlamaq qərarına gəlmişdir. Buna görə velosipedə əyləşib sakitcə oradan uzaqlaşmışdır. Velosipedi sürərək NSZ qəsəbəsi deyilən yerə getmişdir. Həmin yerdə velosipedi 100 manata Taleh adlı şəxsə satmışdır. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində ünvan 4 ünvanında olan “Metro park” ticarət mərkəzinin avtomobillərin dayanacağına gəlmiş, orada olan “Limak” fitnes idman zalına daxil olmuşdur. Orda məşqçi işləyən Kamil adlı şəxsdən pul istəmək üçün zala daxil olmuşdur. Qəbul şöbəsinə yaxınlaşıb Kamili soruşmuşdur. Bu zaman qeydiyyat şöbəsində əyləşən xanım Kamilin orada olamdığını demişdir. O da oradan çıxan zaman zalın giriş qapısının çölündə bir velosipedin olduğunu görmüşdür. Ətrafa baxdıqdan sonra heç kimin onu görmədiyini görüb velosipedi götürüb yaşadığı Keşlə qəsəbəsinə aparmışdır. Həmin gün velosipedi Kazım adlı şəxsə 50 manata satmışdır. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, mütəmadi olaraq velosiped idmanı ilə məşğul olur və şəhər daxilində nəqliyyat vasitəsi kimi istifadə edir. 2021-ci ilin sentyabr ayında 2399 manata “X6” markalı Alman istehsallı velosipedi almışdır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 15:00 radələrində özünə məxsus “X6” markalı velosipedlə yaşadığı evdən çıxıb Bakı şəhəri, “N.Nərimanov” metro stansiyası istiqamətində hərəkət etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 154-də yerləşən “Velosport” mağazasına gəlmişdir. Sonra oradan çıxıb ünvan 3 ünvanda yerləşən “Feelife” tütün məhsulları mağazasına gəlmişdir. Velosipedini mağazanın yerləşdiyi binanın divarına söykədib, mağazaya daxil olmuşdur. Təxminən 3-4 dəqiqə sonra mağazadan bayıra çıxdıqda özünə məxsus “X6” markalı velosipedinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra AR DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Sonra velosipedinin tapılması üçün «Facebook» sosial şəbəkəsində müxtəlif qruplarda və «Tap.az» saytında velosipedinin şəklini yerləşdirməklə velosipedin oğurlanması barədə elan yerləşdirmişdir. 28 yanvar 2022-ci il tarixdə, saat 21:13-də ***-***-**-** nömrəsindən ona zəng gəlmişdir. Zəng edən özünü Xəyalə kimi təqdim edən qadın nömrəni elandan götürdüyünü, elanda göstərilən velosipedi tanımadığı şəxsdən 150 manata aldığını və velosipedi qaytarmaq istədiyini bildirmişdir. O, Xəyalə xanıma velosipedi qaytarmasını və ödədikləri 150 manat pulu qaytaracağını bildirmişdir. Təxminən 1 saatdan sonra Xəyalə xanım velosipedi yaşadığı evin qarşısına gətirib ona təhvil vermişdir. O, da Xəyalə xanıma 50 manat vermişdir. Xəyalə xanım velosipedi satan şəxsi tanımasa da yaşadığı ünvanı bildiyini bildirmişdir. Səhəri gün Xəyalə xanımın göstərməsinə əsasən polis əməkdaşları həmin ünvana gedib velosipedini oğurlayan şəxsi saxlamışlar. Sonradan polis əməkdaşlarından ona məlum olmuşdur ki, velosipedini oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Son olaraq bildirmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam ödənilib. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Belə ki, ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, «Metropark» ticarət mərkəzinin zirzəmi qatında fəaliyyət göstərən «X5» adlı idman salonunda məşqçi kimi çalışır. xx.xx.2022-ci il tarixdə, saat təxminən 09:00 radələrində gələrkən 2022-ci ilin may ayında 450(dörd yüz əlli) manata «İnstaqram» sosial şəbəkəsində yerləşdirilmiş elan vasitəsi ilə yenisini aldığı və öz istifadəsində olan, mütəmadi işə gələrkən istifadə etdiyi «Saft- 26» markalı velosipedini adəti üzrə salonun giriş qapısının yanında saxlayıb salona daxil olmuşdur. Saat təxminən 11:00 radələrində salondan çıxarkən velosipedin yerində olmadığını görüb geri qayıdaraq salonun menecerindən salonda mövcud olan müşahidə kamerasına baxılmasını xahiş etmişdir. Qeydə alınmış videogörüntülərə baxan zaman 1 nəfər təxminən 25-30 yaşlarında, arıq və orta bədən quruluşlu, orta boylu, əsmər, üzü qismən tüklü, tanımadığı şəxsin saat 10:06-da salona daxil olduğu, təxminən 2 dəqqiqə salonda qalıb, daha sonra çıxaraq velosipedi götürüb getdiyi müəyyən edilmişdir. Həmçinin həmin şəxsin salona daxil olduqdan sonra salonun adminstratoruna yaxınlaşaraq salonda rəhbər olan Kamil Zeynallını soruşduğunu öyrənmişdir. Salonun rəhbərliyi və fəaliyyət göstərən digər şəxslər birmənalı olaraq həmin şəxsi tanımadıqlarını dedikləri üçün o, Kamil Zeynallının məsləhəti ilə DİN-nin 102 xidmətinə zəng edərək hadisə ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 17:00 radələrində evdə idi. Həmin vaxt 10 yaşlı oğlu Nihad evə gəlib bidirmişdir ki, bəs velosiped satırlar, həmin velosipedi mənim üçün al. O, da uşağa söz verdiyi üçün küçəyə çıxıb əvvəllər görmədiyi, sonradan adının Nicat olduğunu bildiyi hündür boylu, qarayanız oğlanla qarşılaşmışdır. Ondan “sənsən velosipedi satan” deyə soruşduqda Nicat “bəli, velosipedi satıram” demişdir. O, ondan velosipedi neçəyə satdığını xəbər almışdır. Nicat velosipedi 150 manata satdığını bildirmişdir. O, ona 100 manat pulu olduğunu demişdir. Nicat onunla razılaşmışdır. Bundan sonra “səndən velosipedi alaram, amma sənin vəsiqənin kopyasını götürüm ki, kiməsə inanmaq olmur, bəlkə sən velosipedi oğurlayıb satırsan” demişdir. Nicat velosipedin özünə məxsus olduğunu bildirib gedib vəsiqəsini gətirib göstərə biləcəyini demiş və şəxsiyyət vəsiqəsinin gətirmək üçün evə getdiyini qeyd etmişdir. Nicat bundan sonra velosipedi həyətlərində qoyub beh kimi 30 manat pulunu alıb çıxıb getmişdir. Təxminən 30 dəqiqə sonra Nicat geri qayıdıb özünün vəsiqəsini tapa bilmədiyini, amma anasının vəsiqəsini gətirdiyini bildirib bir qadın vəsiqəsini ona vermişdir. Bundan sonra o, ona inanıb qadının vəsiqəsini alıb yaxınlıqda yerləşən kserokopiya yerində çıxarıb özündə saxlamışdır. Bundan sonra velosipedə görə qalan 70 manat pulu Nicata vermişdir. Nicat pulu alıb çıxıb getmişdir. Bundan bir həftə sonra telefonla sosial şəbəkələrə baxarkən Nicatdan aldığı velosipedin şəklini görmüşdür. Şəkilin altında velosipedinin oğurlandığını, geri qaytarana pul mükafatı verəcəyini bildirib mobil nömrəsini qoyubdur. O, bu xəbəri görən kimi başa düşmüşdür ki, Nicat onu aldadıb, onun satdığı velosiped oğurluqdur. Bundan sonra velosiped sahibinin internetdə olan nömrəsinə zəng edib ona velosipedinin Nicat adlı şəxs tərəfindən ona satdığını bildirib velosipedi qaytara biləcəyini demiş və həmin gün velosipedi sahibi Şamxala qaytarmışdır. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 16 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən binanın yanında baxış keçirilmişdir. Qeyd olunan yer Təbriz küçəsi ilə A.M. Cümə küçələri kəsişməsində yerləşir. Yaşayış binasının sol tərəfində “Nənəmin Təndiri” adlı kafe vardır. Yaşayış binasının həmin yerə yaxın tərəfində yarım zirzəmində “VAPE QƏLYAN” adlı tütün məhsulların mağazası yerləşir. Yaşayış binası ilə “Nənəmin Təndiri” kafesinin ortasında piyada keçidi vardır. Binanın 1-ci mərtəbəsində isə “BEST STOP” adlı hədiyyə və kosmetika mağazası yerləşir. Sağ tərəfə doğru binanın 1-ci mərtəbəsində ticarət obyektləri vardır. Vətəndaş Zərərçəkmiş şəxs1 tütün məhsulları mağazasının yanında velosipedini divara söykəyib mağazaya düşdüyünü, təxminən 5 dəqiqə sonra bayıra çıxdıqda velosipedinin yerində olmadığını bildirdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 08 iyun 2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması məhkum edilmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqat zərurəti ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 106 ünvanında “Metro Park” adlı ticarət mərkəzinin zirzəmi qapısında yerləşən “Limak Fitnes” adlı idman salonunun giriş hissəsinin qarşısıdır. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin” 04 may 2022-ci il tarixli 9/2612 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd Almaniya istehsalı “X6” markalı velosipedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin yanvar ayına olan bazar qiyməti nəzəri qaydada təxminə 1600,0 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 1(007)-283/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə bilinmiş, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudləşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 06 ay 04 gün həbsdə saxlanılması nəzərə alinmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması və cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi və məhkəmə iclas zalından dərhal azad edilməsi, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 6 ünvanını tərk etməmək, elektor nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 iyun 2022-ci il tarixli 9/4315 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ-qara-qırmızı rəngli, “Saft” markalı, 26 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosipedin istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 230,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Maddi sübut kimi tanınması haqqında” 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd Almaniya istehsalı “X6” markalı velosiped və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd ağ-qara-qırmızı rəngli “Saft” markalı, 26 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosiped, həmçinin, xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq cinayətinin video görüntüsünün yazıldığı 01 ədəd DVD disk öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilməsi, velosipedlərin saxlanması üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılmasının nəzərə alınması, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 06 iyul 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. “DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 06 iyul 2022-ci il tarixli protokoldan görünür ki, DVD diskdə olan video yazılara baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 10:09-da əynində qara rəngli şalvar, qara rəngli gödəkçə olan şəxs giriş qapısının yanında divara söykənmiş velosipedi götürərək oradan uzaqlaşır. Təqsirləndirilən şəxs görüntüyə baxdıqdan sonra bildirdi ki, görüntüdə olan şəxs özüdür və xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində “Limak” idman zalının giriş qapısının yanında divara söykənmiş olan velosipedi götürərək oradan uzaqlaşmışdır. “Toplanmış sübutlara qiymət verilməsi barədə” 06 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə AR CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, iş üzrə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd Almaniya istehsalı “X6” markalı velosiped və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd ağ-qara-qırmızı rəngli “Saft” markalı, 26 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosiped, həmçinin, xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq cinayətinin video görüntüsünün yazıldığı 01 ədəd DVD disk öz xüsusiyyətinə və əlamətlərinə görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən bir əşya kimi maddi sübut hesab edilməsi, velosipedlərin saxlanması üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması, xx.xx.2022-ci il tarixdə baş vermiş oğurluq cinayətinin videogörüntüsünün yazıldığı 01 ədəd DVD diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Zərərçəkmiş şəxs1 31 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş zərər tam olaraq ödənilib. Hazırda Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 13 sentyabr 2022-ci il tarixli, 21-1/3-15393 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 1(007)-283/2021 saylı, 01.11 2021-ci il tarixli hökmü ilə 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 02 2022-ci tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5- c bəndinə əsasən, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177 2 2 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətinə azaldımışdır Təqsirləndirilən şəxs bu günkü günə çəkilməmiş cəzası 05 ay 22 gündür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin və zərərçəkmişlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talama, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci, 58.3, 66.2-ci və 66.5-ci maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş ziyanı tam olaraq ödəməsini, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını və digər zərər çəkmiş şəxsə (Zərərçəkmiş şəxs2) velosipedin qaytarılmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırki cinayəti cəza çəkdiyi dövrdə törətsə də, onun tərəfindən əvvəllər törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə hazırki cinayət əməlini törətməsi, habelə təyin olunmuş cəzaya baxmayaraq sonuncunun islah yoluna qədəm qoymaması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin bu tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə tamamilə birləşdirilməklə cəza təyin olunmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 22 gün hissəsi çəkilməmiş qalmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 22 gününü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilərək ona qəti cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52- 1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd Almaniya istehsalı “X6” markalı velosiped və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd ağ-qara-qırmızı rəngli “Saft” markalı, 26 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosipedlərin saxlanması üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 ay 22 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilsin və ona qəti olaraq 03 il 05 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri 100,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Maddi sübut - Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd Almaniya istehsalı “X6” markalı velosiped və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd ağ-qara-qırmızı rəngli “Saft” markalı, 26 ölçülü, sürət ötürücülü, sükanı əl əyləcli velosipedlərin saxlanması üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. Maddi sübut - 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 32 saata görə 192 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-446/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-446/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver