Məhkəmə qərarları › İş №1(005)-446/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-446/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-446/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “PRESEDENT” X2 iştirakları ilə, xx.xx.1996-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Sarıcallı kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq odlu silahı əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd SSRİ dövlətində Zlataust silah zavodunda 1951-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, hamar tək lüləli odlu yivsiz ov tüfəngininin kəsiyini əldə edib üzərində saxlamaqla daşımış, Nərimanov RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 iyul 2023-cü il tarixdə saat 21:30-da Bakı şəhəri, Nərimanov rayonu. X7 küçəsi 12 ünvanında yerləşən “Kəpənək” adlı parkın yaxınlığında hərəkətdə olarkən saxlanılıb, ünvan 2 ünvanında yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əlində olan ağ rəngli, üzərində “Avis” yazısı olan sellofan paketin içərisindən 01 ədəd SSRİ dövlətində Zlataust silah zavodunda 1951 -ci ildə istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş, lüləsinin uzunluğu 311 mm, ümumi uzunluğu 495 mm olan, öz ilkin təyinatını itirmiş ZK modelli, texniki cəhətdən sazdır və atəş üçün yararlı olan çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Tərtər rayonu, Sarıcallı kəndində qeydiyyatda olsa da, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Orxan və Şahid2lar onun qonşularıdır. Sonuncular taksi fəaliyyəti ilə məşğul olmuşlar. 19 iyul 2023-cü il tarixdə saat təxminən 18:00 radələrində yaşadığı ünvanda olan zaman mobil telefonua “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng gəlmişdir. O, həmin zəngə cavab vermiş və danışan şəxsin İran İslam Respublikası vətəndaşı olduğunu bilmişdir. Həmin şəxs ona Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində ağ rəngli paketin içərisində xurma olduğunu və dediyi ünvana aparacağı təqdirdə ona 50 manat pul verəcəyini bildirmişdir. O da heç bir yerdə işləmədiyi üçün maddi cəhətdən çətinlik çəkmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin şəxsin təklifini qəbul etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan çıxan zaman tanışı Şahid2 görmüş və Kənanın taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün sonuncudan onu Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsinə aparmasını istəmişdir. Kənan da idarə etdiyi ‘Toyota Prius-minik' markalı **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qardaşı Orxanda olduğunu demiş və qardaşına zəng edib yaşadıqları məhəlləyə çağırmışdır. Onlar birlikdə yolda olan zaman avtomobili Kənan idarə etmiş və o, mobil telefonu evdə qaldığı üçün sonuncudan telefonunu istəmişdir ki, İran İslam Respublikasının vətəndaşı ilə danışıb dəqiq ünvanı öyrənsin. Təqsirləndirilən şəxs Kənana da kimlə danışmağı barəsində məlumat verməmişdir. İran İslam Respublikasının vətəndaşı ona ünvanı göndərdikdən sonra onlar dəqiq ünvana getmişlər. Kənanla Orxan onu avtomobildə gözləyən zaman Təqsirləndirilən şəxs saat 21:30-da avtomobildən yerə düşüb ünvan 5 ünvanda ağ rəngli sellofan paketi götürüb avtomobilə yaxınlaşan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan adını, soyadını, harada yaşadığını soruşmuşlar. O da polis əməkdaşlarına öz adını və soyadını demək istəməmişdir. Polis əməkdaşları da Təqsirləndirilən şəxs şübhələndiklərini bildirib birlikdə Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis iradəsinə getmişdir. Təqsirləndirilən şəxs silahın aid olmasını bildirmişdirlər. İran vətəndaşı isə ona bildirmişdi ki, bağlamada olan xurmanı götürüb başqa yerə qoymalıdır. O hadisə yerinə gedən zaman telefon üstündə deyildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, “Uber” taksi şirkətinə qoşularaq taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Təqsirləndirilən şəxs uşaqlıqdan tanımışdır. Onlar bir məhəllədə qonşuluqda yaşamışlar. 19 iyul 2023-cü il tarixdə saat təxminən 20:50 radələrində yaşadığı məhəllədə olan zaman tanışı İbrahim ona yaxınlaşaraq Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 12 ünvanında getmək istədiyini demişdir. O, ora nə üçün getmək istədiyini soruşan zaman İbrahim ona orada paketdə xurma olduğunu, xurmanı başqa ünvana aparmalı olduğunu demişdir. İbrahim onun ‘Toyota Prius-minik” markalı ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu bildiyi üçün müştəri kimi istədiyi ünvana aparıb gətirməsini xahiş etmişdir. O da aralarında olan yoldaşlıq münasibətinə görə İbrahimə etiraz etməmişdir. Həmin vaxt idarə etdiyi “Toyota Prius-minik” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Orxanda olduğu üçün sonuncuya zəng vuraraq müştəri olduğu üçün yaşadıqları məhəlləyə gəlməsini xahiş etmişdir. Orxan gəldikdən sonra o, avtomobilin sükanı arxasına əyləşmişdir. İbrahim və qardaşı Orxan avtomobilə əyləşdikdən sonra birlikdə Nərimanov rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Yolda olan zaman İbrahim mobil telefonunun evdə qaldığını demiş, ondan danışmaq üçün mobil telefonunu verməsini xahiş etmişdir. O da istifadə etdiyi özünə məxsus üzərində ***-***-**-** saylı mobil nömrə olan “Redmi 10” markalı mobil telefonu İbrahimə vermişdir. İbrahim mobil telefonu aldıqdan sonra “whatsapp” proqramı ilə nömrə yığaraq kiməsə səs ataraq ünvanı göndərməsini istəmişdir. Bundan sonra İbrahimin istəyi üzrə “whatsapp” proqramı vasitəsi ilə ünvan göndərmişlər və onlar saat 21:30-da ünvan 7nında yerləşən “Kəpənək'’ parkı adlanan parkın yaxınlığına getmişlər. Orada olan zaman İbrahim avtomobildən düşərək xurma olan paketi götürmək üçün getmişdir. O isə qardaşı Orxanla birlikdə avtomobildən yerə düşməyib İbrahimi gözləmişlər. Həmin gün saat 21:30-da İbrahim ağ sellofan paketi götürüb geri qayıdan zaman mülki geyimli şəxs İbrahimə yaxınlaşaraq sonuncunu saxlamışlar. Bundan sonra mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib İbrahimlə bir yerdə olub-olmadıqlarını soruşmuşlar. Onlar da İbrahimlə bir yerdə olduqlarını bildirmişlər və onları Nərimanov RPİ-nə dəvət etmişlər. Onlar da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Polis idarəsində onun izahatını almışlar. İzahat verən zaman isə İbrahimin üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan ağ rəngli sellofan torbanın içərisindən odlu silah aşkar edilmişdir. O, İbrahimin qeyd olunan ünvana silah götürməsi üçün getməsini bilməmişdir. İbrahim ona həmin ünvanda xurma olduğunu və xurmanı götürmək üçün sonuncunu müştəri kimi aparmağını xahiş etmişdir. O, İbrahimin silah götürməsi üçün getdiyini bilsəymiş heç vaxt İbrahimlə getməzmiş. Bu barədə onun heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, Nərimanov RPİnin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsində işləyir və polis polkovnik-leytenantı rütbəsini daşıyır. 19 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Nərimanov RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4, Nərimanov RPİ-nin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Ümid və Kərəm birlikdə məlumat əsasında saat 21:30-da Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 12 ünvanının yaxınlığında yerləşən “Kəpənək parkı” adlanan parkın yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə İbrahimin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, onları görən kimi özünü şübhəli aparıb əlində olan ağ rəngli sellofan paketi gizlətməyə çalışdığını görmüşlər. Buna görə də həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1996-ci ildə Tərtər rayonunda anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar İbrahimə qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirib sonuncunu saxlamışlar. Həmin vaxt onlar parkın yaxınlığında “Toyota Prius-minik'’ markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində iki nəfər şəxsin dayanaraq Təqsirləndirilən şəxs gözlədiyini görmüşlər. Buna görə də, onlar həmin şəxslər yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Şahid1, digəri isə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Şahid2 kimi təqdim etmişdir. Orxan və Şahid2lardan Təqsirləndirilən şəxs ilə birlikdə olub-olmadıqlarını soruşmuşlar. Orxan və Kənan da Təqsirləndirilən şəxs ilə birlikdə gəldiyini və sonuncunu gözlədiklərini bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə Orxan və Şahid2ları da Nərimanov RPİnə dəvət etmişlər. Orxan və Kənan da buna etiraz etmədikdən sonra sonuncuları Polis İdarəsinə gətirib barələrində araşdırma aparılması üçün təhqiqatçı Toğrul Məmmədova təhvil vermişlər. Toğrul Məmmədov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı İbrahimə üzərində qeyri qanuni maddə və ya əşya varsa təqdim etməsi təklif edilmişdir. İbrahim də sağ əlindəki üzərində “Avis” yazısı olan ağ rəngli sellofan paketi təqdim edərək masanın üzərinə qoymuşdur. “Avis” yazısı olan ağ rəngli sellofan paketə baxış keçirilən zaman içərisindən qəzet kağızına bükülmüş vəziyyətdə 01 ədəd lüləsi və qundağı kəsilmiş vəziyyətə, tək lüləli, qundaq hissəsi qara rəngli yapışqanla sarılmış yivsiz ov tüfənginin kəsiyi aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşının istəyi üzrə qoyulduğu ünvan 5 ünvanda ağ rəngli sellofan paketlə birlikdə götürdüyünü, İran vətəndaşının ona həmin paketin içərisində xurma olduğunu dediyini, paketin içərisində silah olması barədə məlumatı olmadığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə İbrahimin üzərindən aşkar olunmuş 01 ədəd ov tüfənginin kəsiyi qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və İbrahim tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid4 və X6 oglunun məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 19 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur; “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 19 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əlindəki üzərində “Avis” yazısı yazılmış ağ rəngli sellofan paketin içərisindən 01 ədəd lüləsi kəsilmiş vəziyyətdə ov tüfəngi aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəməballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23559-R rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah ilkin variantda keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda 1951-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfəngi olub. Lakin sonradan həmin silahın lüləsi və qundağı kustar üsulu ilə kəsilmiş və hal-hazırda lüləsinin uzunluğu 311 mm, ümumi uzunluğu 495 mm olan silah öz ilkin təyinatını itirmiş ZK modelli, çaxmaqlı, hamar tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd SSRİ dövlətində Zlataust silah zavodunda 1951-ci ildə istehsal olunmuş, 16 kalibrli ZK modelli, tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və saxlanış üçün Nərimanov RPİnin saxlanc anbarına təhvil verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1103/2023 nömrəli qərarından görünür ki, CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd SSRİ dövlətində Zlataust silah zavodunda 1951-ci ildə istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyi maddi sübut kimi tanınmış və saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına verilmiş, 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hal kimi nəzərə alır: ilk dəfə cinayət törətməsini Məhkəmə, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6, CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - cinayət işi üzrə maddi sübut – Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd SSRİ dövlətində Zlataust silah zavodunda 1951-ci ildə istehsal olunmuş, 16 kalibrli ZK modelli, tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “PRESEDENT” X1 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “PRESEDENT” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur.Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Nərimanov RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd SSRİ dövlətində Zlataust silah zavodunda 1951-ci ildə istehsal olunmuş, 16 kalibrli ZK modelli, tək lüləli odlu yivsiz ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Şəxsi axtarış və götürmə aparılması zamanı aparılan videoçəkilişin görüntülərinin köçürüldüyü 01 ədəd DVD diski cinayət işinin materiallarında saxılanılsın. Bakı şəhəri “PRESEDENT” Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “PRESEDENT” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar