Məhkəmə qərarları › İş №1(005)-447/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-447/2025

13.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-447/2025 13.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadı Mircəlal Mirşamil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat X48 Şəxsinin etibarnamə üzrə nümayəndəsi X18 Müdafiəçi – “Presedent” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Cəlilabad şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “X79” MMC-də baş mütəxəssis vəzifəsində çalışan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz hazırlamış və bilə-bilə həmin saxta sənədlərdən istifadə etmişdir. Belə ki, o, tanışı Şahid1 tərəfindən ona “Whatsapp” vasitəsilə qeydiyyat şəhadətnamələri göndərilmiş "xxxx" MMC taksi parkında olan hər avtomobilə 150 manat müqabilində buraxılış kartı almaq məqsədilə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC taksi parkında taksi fəaliyyəti ilə məşğul olmuş sürücülər X35, X31, X19, X66, X36, X40, X20, X3, X41, X42, X21, Şahid4, X11, X32, X22, X23, X53, X43, X12, X13, X54, X55, X72, X24, X33, X25, X44, X37, X56. X26, Şahid3, X9, X70 və X14 adlarına “X89”ndən narkoloji müayinədən keçmələri ilə bağlı hüquq verən rəsmi sənəd hesab olunan müayinə sənədlərini vahid niyyətlə əhatə olunan qəsdlə istifadə etmək məqsədi ilə 04 dekabr 2024cü il tarixdən 11 aprel 2025-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC taksi parkında saxtalaşdırmaqla qanunsuz hazırlayıb, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X48 şəxsin “e-operator.ayna.gov.az” portalına daxil etməklə, bilə-bilə həmin saxta sənədlərdən istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, təxminən 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayınadək ünvan 4 ünvanında yerləşən "xxxx" MMC taksi parkında mühasib işləmişdir. Qeyd olunan taksi park Şahid5 məxsusdur. Həmin taksi parkda həm mühasib işləmiş, eyni zamanda da sürücülərə lisenziya və buraxılış kartı alınması üçün sənədlərinin AYNA-nın "e-operator.ayna.gov.az" portalına daxil etməkdə köməklik göstərmişdir. Bundan başqa "xxxx" MMC və "xxxx" MMC şirkətlərini təsis etmiş, həmin şirkətlər vasitəsilə də lazım olan sürücülərə müəyyən məbləğ müqabilində lisenziya və buraxılış kartı almaq üçün sənədlərini AYNA-nın portalına daxil etməkdə köməklik göstərmişdir. 2025-ci ilin fevral ayında Amil adlı şəxs özünə məxsus "X65" markalı və "Chanqan A05" markalı avtomobillərini işlədiyi taksi parka icarəyə vermişdir. Amil həmin avtomobillərinə buraxılış kartı almağa köməklik göstərməyini xahiş etmiş və bunun müqabilində Amil ona təxminən 200-300 manat civarında pul vermişdir. Həmçinin Amil ona yalnız sürücülük, şəxsiyyət vəsiqələrini və avtomobillərinin qeydiyyat şəhadətnamələrini vermişdi. Buraxılış kartı almaq üçün həmin sənədlərlə bərabər "xxxx" MMC taksi parkında iş masasının üzərində olan tanımadığı sürücülərin adlarına olan narkoloji test müayinə sənədlərini AYNA-nın "e-operator.ayna.gov.az" portalına daxil edib buraxılış kartı almışdır. Həmçinin 2024-cü ilin noyabr ayında Amil ona bildirmişdir ki, taksi park işlədən Vüsal adlı şəxsin işçisi Murad adlı şəxs ondan xahiş etmişdir ki, onların işlətdikləri taksi parkda olan avtomobillərinə də buraxılış kartı almaqda köməklik göstərsin. Həmin vaxt ona heç bir problem olmadığını, hər avtomobil üçün 150 manata buraxılış kartı ala biləcəyini demişdir. Həmçinin Amilə demişdir ki, müştəriləri tapdığı üçün hər avtomobil üçün ona veriləcək olan 150 manat puldan 25 manatını ona verəcəkdir. Amillə razılaşdıqdan sonra sonuncu ona "Whatsapp" vasitəsilə təxminən 20-25 avtomobilin qeydiyyat şəhadətnamələrini göndərmişdir. Eyni zamanda hissə-hissə olmaqla, onun kart hesabına və M10 hesabına ümumilikdə təxminən 3.000 manat civarında pul göndərmişdir. Amilin göndərdiyi avtomobillərin qeydiyyat şəhadətnamələrinə "xxxx" MMC taksi parkında iş masasının üzərinə tanımadığı sürtücülər tərəfindən qoyulmuş narkoloji test müayinə sənədlərini əlavə edib AYNA-nın "e-operator.ayna.gov.az" elektron portalına daxil etmişdir. Bundan sonra 2025-ci ilin may ayında AYNA-nın əməkdaşı ona zəng vurub onu ofislərinə dəvət etmişdir. Oraya getdikdə ona bildirmişlər ki, "xxxx" MMC və "xxxx" MMC şirkətlərinin adından AYNA-nın "e-operator.ayna.gov.az" portalına daxil edilmiş 26 nəfər sürücülərin sənədləri saxtadır. Həmin sənədləri necə və haradan əldə etdiyi soruşulmuş, həmin vaxt bildirmişdir ki, "xxxx" MMC taksi parkında işlədiyi müddət ərzində ona həmin sənədlər verilib, özü də portala daxil etmişdir. Qeyd etmişdir ki, sistemə daxil edilmiş saxta narkoloji test müayinələrini özü düzəltmiş və bunların qarşılığında pul vəsaiti almışdır. Törətdiyi əməldən peşmandır və əldə etdiyi gəliri tam şəkildə istintaq dövründə tərəflərə qaytarmışdır. Bir daha bu kimi hallara yol verməyəcəyini bildirərək, barəsində ədalətli və yüngül cəza təyin edilməsini xahiş edir. Bildirmişdir ki, prokurorun 320.2-ci maddə ilə ittihamdan imtina etməsinə etirazı yoxdur. İfadələrində ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmiş və tədqiq edilərək müəyyən edilmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək sənədlərin saxta olmasından, sənədləri kimlərin təqdim etməsindən məlumatlı olmadığını bildirmişdir. Həmçinin Amil ilə də aralarında saxta sənədlər əsasında buraxılış kartı almaq adı ilə pul alıb birgə qazanc əldə etmək barədə heç bir razılaşmaları olmamışdır. Amil Vüsalgilin taksi parkında olan bir neçə avtomobillərə buraxılış kartı almaq üçün onu Vüsalgillə tanış etdiyindən yəni, ona görə müəyyən məbləğdə pul qazanacağı üçün Amilə də demişdi ki, hər avtomobilə görə alacağı 150 manat puldan 25 manatını özünə götürsün. Həmçinin sonradan bilmişdir ki, Amil öz avtomobilləri üçün buraxılış kartı almaq məqsədilə verdiyi 150 manat pulu tanımadığı İsrail adlı şəxsdən alıb vermişdir, Amildən öz avtomobilləri üçün buraxılış kartı almaq məqsədilə aldığı pulları da Amilə tam şəkildə qaytarmışdır. Bundan əlavə "xxxx" MMC taksi parkında öz avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün Şahid3 da ona buraxılış kartı almaq üçün 150 manat pul almış, həmin pulu da sonradan Toğrulun kart hesabına göndərməklə qaytarmışdır. Toğrulun da kart hesabına 150 manat pulu qaytarmağı ilə bağlı qəbzi ifadəsinə əlavə edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X45 ittiham aktına uyğun çıxış edərək, məsələ ilə bağlı araşdırmanı əvvəlki nümayəndə X15 apardığını, ittiham aktı ilə və prokurorun çıxışı ilə razı razı olduğunu və təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdən Azərbaycan Yerüstü Nəqliyyat X48 şəxsə işə daxil olmuşdur. 2025-ci ilin əvvəllərindən isə hazırkı vəzifəsində yəni, Azərbaycan Yerüstü Nəqliyyat X17 Departamentinin Xidməti Araşdırmalar üzrə qrupunun baş mütəxəssisi işləyir. Xidməti vəzifəsi əməkdaşların əmək funksiyasının icrası zamanı yol verilmiş pozuntuların araşdırılması, habelə vətəndaşlardan daxil olmuş ərizə və şikayətlərin araşdırılıb baxılması, həmçinin agentliyin fəaliyyəti ilə əlaqədar korrupsiya hüquq pozmalarına dair daxil olan müraciətlərin araşdırılması və aidiyyəti üzrə məruzə olunmasından ibarətdir. 2025-ci ilin aprel ayının sonlarında AYNA-nın Sərnişindaşımalar Departamentinin Taksi və X30 üzrə iş şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, avtomobillərə buraxılış kartı alınması üçün AYNA-nın “e-operator.ayna.gov.az” portalına daxil edilmiş bir neçə nəfər şəxslərin adına olan “X89”nin adından narkoloji müayinə sənədləri saxtadır. Bundan sonra özünün də iştirakı ilə araşdırma aparılmış, bir sıra şəxslərin izahatları alınmış, eyni zamanda “X89”nə müvafiq sorğu verilərək cavablar alınmış və müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək avtomobillərə buraxılış kartı alınması üçün AYNA-nın “e-operator.ayna.gov.az” portalına daxil edilmiş X35, X31, X19, X66, X36, X40, X20, X3, X41, X42, X21, Şahid4, X11, X32, X22, X23, X53, X43, X12, X13, X54, X55, X72, X24, X33, X25, X44, X37, X56, X26. Şahid3, X9, X70 və X14 adlarına “X89”nin hazırlanmış narkoloji müayinə sənədləri saxtadır. Avtomobillərə buraxılış kartı alınması üçün saxta narkoloji test müayinələrinin AYNA-nın “e-operator.ayna.gov.az” portalına daxil edilməsi ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat X48 şəxsin mənafeyinə zərər yetirildiyindən, bu barədə agentlik tərəfindən toplanmış material qanuni tədbir görülməsi üçün müraciətlə birlikdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2025-ci ilin mart ayında Amil adlı şəxsdən taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə “Changan A05” markalı **-QK- *** qeydiyyat nişanlı avtomobil götürmüşdür. Bundan sonra taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobilə buraxılış kartı lazım idi. Amil bildirmişdir ki, bir nəfər "xxxx" MMCdə işləyən tanışı var, həmin şəxs buraxılış kartı almağa köməklik göstərir. Lakin, həmin şəxsin adını deməmişdir. Amildən xahiş etmişdir ki, həmin şəxslə danışsın. Daha sonra Amil bildirmişdir ki, həmin şəxs buraxılış kartı almağa köməklik göstərmək üçün təxminən 300 manat pul istəyir. Onunla razılaşmış, Amilə özünə məxsus şəxsiyyət və sürücülük vəsiqələrini, eyni zamanda 300 manat pul vermişdir. Təxminən bir həftə sonra Amil gətirib ona buraxılış kartı vermişdir. Təxminən bir ay yarım sonra isə avtomobil AYNA tərəfindən bloklanmış, bundan sonra Amilə zəng vurub bu barədə soruşduqda Amil bildirmişdir ki, buraxılış kartını verən "xxxx" MMC-də işləyən Uğur adlı şəxs onun kimi bir neçə nəfər şəxsi aldadıb saxta narkoloji müayinə sənədlərini AYNA-nın portalına daxil etməklə, buraxılış karlı alıb. Lakin, Uğur adlı şəxsi ümumiyyətlə görməmiş və onunla heç bir alış verişi olmamışdır. Yalnız Amilə şəxsiyyət və sürücülük vəsiqələrini vermişdir. Bildirmişdir ki, həmin dövrdə sürdüyü maşın özünə məxsus olmamış, pulu da tam şəkildə Amilə vermişdir. Şahid4 ibtidai istintaqda Şahid1 200 manat pul köçürdüyünü bildirməsinə baxmayaraq, hazırkı məhkəmə iclasında 300 manat ödəniş etdiyini bildirməsi ilə bağlı suala cavab olaraq, ibtidai istintaqda 200 verdiyini zənn etdiyini, lakin sonradan kartına baxdıqda 300 manat ödəniş etdiyini gördüyünü bildirmişdir. Bildirmişdir ki, Amil həmin pulu ona qaytarmamışdır. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2021-ci ildə təxminən 4 ay müddətində "xxxx" MMC-da dispetçer işləmişdir. Həmin dövrdə orada mühasib işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2021-ci ilin yay aylarında "xxxx" MMC-də işdən çıxmış və bir neçə il taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2024-cü ilin sonlarında özü müstəqil taksi park açıb işlətmək qərarına gəlmişdir. Bu məqsədlə Siyəzən şəhərində fərdi yaşayış evini satıb bir neçə avtomobil almışdır. Bundan sonra "xxxx" MMCni təsis edib özü də direktor işləməyə başlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bu işləri yaxşı bildiyi üçün onun taksi parkında mühasib işləməsini təklif etmiş, Uğur da onunla razılaşmışdır. Uğur onun qeyd olunan taksi parkında həm mühasib işləyirdi, həm də sürücülərə sertifikat, avtomobillərə isə buraxılış kartı almaqda köməklik göstərirdi. 2025-ci ilin əvvəllərində bir neçə avtomobillərini onun taksi parkında işlətmək üçün icarəyə vermiş sahibkarlar və onun taksi parkından icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olan sürücülər ona zəng vurub proqramlarının bloklandığını bildirmişlər. Bundan sonra AYNA ilə əlaqə saxlamış və ona bildirmişlər ki, texniki problemlər var açılacaqdır. Bir müddət sonra isə yəni, 2025-ci ilin may ayında AYNA-dan ona zəng gəlmiş və ona bildirmişlər ki, Uğurun təsis etdiyi "xxxx" MMC adından buraxılış kartı alınması üçün bir neçə sürücülərin narkoloji test müayinə sənədləri saxtadır. Bundan sonra AYNA-ya getmiş, orada olarkən ona məlum olmuşdur ki, ona əvvəl zəng vuran sahibkarlar və sürücülər proqramların işləmədiyini bildirdiklərində heç demə avtomobilləri üçün buraxılış kartı alınması məqsədilə AYNA-nın portalına daxil edilmiş narkoloji müayinə sənədləri saxta olduğu üçün bloklanıbdır. Həmçinin orada ona məlum olmuşdur ki, Uğur bir neçə nəfər şəxslərdən buraxılış kartı almaq məqsədilə pullar almış, daha sonra isə özü bir neçə nəfər sürücülərin adına saxta narkoloji müayinə sənədləri hazırlayıb AYNA-nın elektron portalına daxil edib. Bunları bildikdən sonra Uğuru işdən çıxarmışdır. Uğurun ona məxsus taksi parkda müəyyən pul müqabilində avtomobillərə buraxılış kartı almaq məqsədilə bir neçə tanımadığı sürücülərin adından özü narkoloji müayinə sənədləri hazırlayıb AYNA-nın elektron portalına daxil etməsindən əvvəlcədən hər hansı məlumatı olmamışdır. Həmçinin onun buraxılış kartı alınmasına köməklik göstərmək adı ilə konkret olaraq kimlərdən hansı məbləğlərdə pullar alması barədə də məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci ilin fevral ayında özünə məxsus iki ədəd avtomobilləri "xxxx" MMC-yə icarəyə verəndə orada işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, avtomobillərini həmin taksi parka icarəyə verəndə orada işləyən Uğur ona demişdi ki, avtomobillər üçün buraxılış kartını özü alacaqdır. Bunun müqabilində Uğur ondan hər avtomobil üçün 100- 150 manat civarında pul istədikdə onunla razılaşmış, Uğura özünə məxsus “X65” markalı **-QD-*** qeydiyyat nişanlı və “Chanqan A05” markalı **-QK-*** qeydiyyat nişanlı avtomobillərinə buraxılış kartı almaq üçün təxminən 200-300 manat civarında pul vermişdir. Uğur da həmin avtomobilləri üçün buraxılış kartı alıb vermişdir. Bundan sonra avtomobilləri həmin taksi park tərəfindən taksi fəaliyyətinə buraxılmış, ona da hər həftə hər avtomobil üçün qeyd olunan taksi parkı işlədən Xəyyam adlı şəxs tərəfindən qazancdan müəyyən məbləğdə pul verilmişdir. Daha sonra əvvəl avtomobilini icarə üçün verdiyi "xxxx" MMC-də işləyən Murad adlı şəxs ondan avtomobilləri üçün necə buraxılış kartı aldığını soruşanda ona demişdir ki, avtomobillərini "xxxx" MMC-yə icarəyə vermiş, buraxılış kartlarını isə orada işləyən Uğur adlı şəxs almışdır. Murad da ona bildirmişdir ki, işlədiyi taksi parkda olan avtomobillərinə buraxılış kartı almaq üçün Uğurla danışsın, özü də Uğura bu barədə demiş, Uğur isə ona bildirmişdir ki, heç bir problem yoxdur, avtomobillərin sənədlərini göndərsinlər, hər avtomobil üçün 150 manat müqabilində buraxılış kartı alıb verəcək. Həmçinin Uğur ona təklif etmişdir ki, hər 150 manat puldan 25 manatını ona verəcək. Uğurla razılaşmış, daha sonra bu barədə Murada demiş, Murad da işlədiyi taksi parkın müdiri ilə danışıb razılaşdıqlarını bildirmişdir. Bundan sonra orada işləyən Murad ona təxminən 20 ədəd avtomobillərin qeydiyyat şəhadətnamələrini “Whatsapp” vasitəsilə göndərmiş, həmin avtomobillərin qeydiyyat şəhadətnamələrini “Whatsapp” vasitəsilə Uğura göndərmişdir. Həmçinin Murad ona Uğura verməyi üçün hissə-hissə olmaqla, ümumilikdə təxminən 3.000 manat pul göndərmiş, Uğurla əvvəlcədən razılaşdıqları kimi həmin pullardan hər avtomobil üçün ona verilməli olan 150 manatdan 25 manatını özünə götürüb qalan pulları hissə-hissə olmaqla, Uğurun ***-***-**-** saylı M-10 hesabına və hazırda yadında qalmayan kart hesablarına göndərmişdir. Aradan bir müddət keçdikdən sonra AYNA-dan onu dəvət etdiklərində ona məlum olmuşdur ki, Uğur ona göndərdikləri avtomobillərə buraxılış kartı almaq üçün AYNA-ya təqdim etdiyi sürücülərin narkoloji test sənədlərini saxtalaşdırmaqla portala daxil etmişdir. Buna görə də, avtomobillərin buraxılış kartları ləğv olunmuş və sonradan məcbur olub yenidən həmin avtomobillər üçün buraxılış kartları alınmışdır. Qeyd etdiyi kimi Murad ona yalnız avtomobillərin qeydiyyat şəhadətnamələrini “Whatsapp” vasitəsilə göndərmiş, özü də həmin sənədləri “Whatsapp” vasitəsilə Uğura göndərmişdir. Uğurun həmin avtomobillərə buraxılış kartı almaq üçün müəyyən sürücülər tapıb onların adlarına saxta narkoloji test cavabları və s. sənədlər hazırlamasından əvvəlcədən məlumatı olmamışdır. Şahid4 onun "xxxx" MMC-də olan “Changan A05” markalı **-QK-*** qeydiyyat nişanlı avtomobilini icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmaq üçün ona müraciət etmişdi. Həmçinin qeyd olunan avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaq üçün həmin avtomobilinə buraxılış kartı lazım idi. İsrailə demişdir ki, "xxxx" MMC-də işləyən bir nəfər şəxs var, həmin şəxs buraxılış kartı almağa köməklik göstərə bilir. Bundan sonra "xxxx" MMC-də işləyən Təqsirləndirilən şəxs bu barədə demiş, Uğur da ona bildirmişdir ki, 200 manata həll edə bilər, arada vasitəçilik etdiyi üçün 50 manat özünə götürsün, 150 manat ona versin. Uğur bundan əvvəl onun iki avtomobilinə buraxılış kartı aldığından, eyni zamanda bir neçə nəfər şəxslərə də buraxılış kartını Uğur aldığı üçün ona inanmışdır. Buna görə də, onunla razılaşıb İsraildən 200 manat pul almış, həmin pulun 50 manatını arada vasitəçilik etdiyi üçün özümə götürsün, 150 manat pulu isə Uğura versin. Sonradan Uğurun saxta sənədlər əsasında buraxılış kartı alması məlum olduqdan sonra Uğurdan pulu geri qaytarmasını istəmiş, Uğur da 150 manat pulu ona qaytarmış, özü də 50 manat həmin pulun üstünə qoyub İsrailin 200 manat pulunu sonuncuya geri qaytarmışdır. Uğurun buraxılış kartlarını saxta sənədlər əsasında almasından əvvəlcədən məlumatı olmamışdır. Bu barədə də Uğurla heç bir əlbirliyi olmamışdır. Aradan bir neçə aylar keçdikdən sonra onun saxta sənədlər əsasında buraxılış kartı alması ona və digər şəxslərə məlum olmuşdur. Pul vəsaitinin qaytarılması ilə bağlı verilmiş suallara cavab olaraq, Elmuradın pulunun özlərinə qaytarıldığını, İsrailin pulunun ona qaytarıldığını, lakin özünün hələ İsrailə həmin pulu vermədiyini, özünün o pulu verəcəyini, belə ki, o pulu birbaşa İsrailin vermədiyini, özünün verdiyi üçün həmin pulun da ona qaytarıldığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, sonuncuların ibtidai istintaq dövründə vermiş olduğu ifadələri elan edilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şosesində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən “Bolt” taksi xidmətinin nəzdində olan "xxxx" MMC taksi parkında operator işləyir. İş fəaliyyəti həmin taksi parkda olan avtomobillərə ümumi nəzarət etməkdir. İşlədiyi taksi parka icarəyə verilən avtomobillər üçün AYNA-dan buraxılış kartı almaq lazım olur. Lakin, AYNA tərəfindən qoyulmuş qaydalara əsasən taksi fəaliyyətinə buraxılan hər bir avtomobil üçün buraxılış kartı alınmalıdır, həmin buraxılış kartını almaq üçün isə avtomobilin sənədləri ilə birlikdə bir nəfər sürücünün taksi fəaliyyəti ilə məşğul olmaq üçün sertifikatı və narkoloji test müayinəsinin nəticəsi barədə sənəd tələb olunur. Müxtəlif sahibkarlar tərəfindən taksi parka avtomobillər icarəyə verilərkən, həmin avtomobil üçün münasib sürücü tapanadək vaxt itkisinə yol verməmək üçün avtomobilə buraxılış kartı almağa çalışmışlar. Bu proses vaxt aparan bir proses olduğu üçün, həmçinin sertifikatlı sürücü tapmaq çətin olduğundan, müxtəlif şəxslərin vasitəsilə yeni avtomobillərə buraxılış kartı almışlar. 2024-cü ilin sonu, 2025-ci ilin əvvəllərində tanışı Amilin vasitəsilə öyrənmişdir ki, "xxxx" MMC taksi parkında işləyən Uğur adlı şəxs 150 manat müqabilində istənilən avtomobil üçün buraxılış kartı ala bilir. Buna görə də, bu barədə işlədiyi taksi parkın müdiri Elmurada məlumat vermiş və Elmurad Amilin vasitəsilə yeni avtomobillərin sənədlərini Uğura göndərmiş, eyni zamanda hər avtomobil üçün 150 manat pul ödəmişdir. Bundan sonra Uğur söz verdiyi kimi göndərdikləri hər bir avtomobil üçün buraxılış kartı alıb onlara təqdim etmişdir. Təxminən 2025-ci ilin may ayında AYNA-dan onu dəvət etdiklərində həmin zaman ona məlum olmuşdur ki. Uğur adlı şəxs ona göndərdikləri avtomobillərə buraxılış kartı almaq üçün AYNA-ya təqdim etdiyi sürücülərin narkoloji test sənədlərini saxtalaşdırmaqla portala daxil etmişdir. Buna görə də, avtomobillərin buraxılış kartları ləğv olunmuş və sonradan məcbur olub yenidən həmin avtomobillər üçün buraxılış kartları almışlar. Həmçinin buraxılış kartı alması üçün Uğura hissə-hissə ödədikləri 3.000 manata yaxın pulu da sonuncudan geri almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2025-ci ilin fevral ayında özünə məxsus idarə etdiyi “Changan A05” markalı **-TH-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün "xxxx" MMC-yə müraciət etmişdir. Həmin zaman orada işləyən Uğur adlı şəxs ondan sürücülük, şəxsiyyət vəsiqələrini, avtomobilin sənədini və sertifikatını istədikdə ona qeyd olunan sənədlərini vermişdir. Bundan sonra Uğur adlı şəxs avtomobilinə buraxılış kartı almaq üçün ondan 150 manat pul istəmiş, qeyd olunan taksi parkda Uğura 150 manat pul vermişdir. Təxminən 3-4 gün sonra Uğur adlı şəxs ona avtomobilin buraxılış kartını vermiş, proqramdan qeydiyyatdan keçirdikdən sonra qeyd olunan avtomobili ilə taksi fəaliyyətinə başlamışdır. Təxminən 4 ay sonra proqram işləməmiş, bu barədə Uğura demiş, sonuncu isə ona bildirmişdir ki, AYNA ilə olan müvəqqəti problemdir açılacaqdır. Uğur adlı şəxs bir neçə gün guya proqramın açılacağını bildirsə də, açılmamışdır. Bir müddət işləyə bilmədiyi üçün avtomobili də lizinqdə olduğundan kreditini və s. ödəyə bilməmişdir. Təxminən iki ay sonra isə AYNA-dan onu çağırdıqlarında ona məlum olmuşdur ki, Uğur adlı şəxs buraxılış kartı almaq üçün onun adından saxta narkoloji müayinə aktı tərtib edib AYNA-nın portalına daxil edib. Lakin, heç bir vaxt Uğur adlı şəxsə narkoloji müayinə sənədi təqdim etməmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış X34, X4, X27, X7, X8, X1, X10, X5, X46, X28 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, sonuncuların ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X34, X4, X27, X7, X8, X1, X10, X5, X46, X43 ifadələrində taksi kimi çalışdıqlarını, sonradan hesablarının blok olunduğunu, “X89”ndə narkoloji müayinədən keçmədiklərini, onların adından sistemə saxta sənəd daxil edildiyini, lakin bundan məlumatlı olmadıqlarını bildirmişlər. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı çıxış edərək ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə ona elan edilmiş ittihamdan 320.2-ci maddəsinin xaric edilməsini və barəsində CM-in 320.1-ci maddəsi ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, şəxsin törətdiyi əməl CM 320.1-ci əhatə olunur və şəxsin əməlinin əlavə olaraq CM 320.2-ci maddə ilə tövsif edilməsinə ehtiyac yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AYNA-nın “e-operator.ayna.gov.az” elektron portalına daxil edilmiş “Zəfər” Tibb Mərkəzi adından bir neçə sürücülərin adlarına narkoloji test müayinə nəticələrinin “Zəfər” Tibb Mərkəzi tərəfindən verilib-verilməməsilə bağlı sorğu verilmiş, həmin sorğu əsasında “Zəfər” Tibb Mərkəzindən alınmış 01 oktyabr 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, X35, X31, X19, X66, X36, X40, X20, X3, X41, X42, X21, Şahid4, X11, X32, X22, X23, X53, X43, X12, X13, X54, X55, X72, X24, X33, X25, X44, X37, X56. X26, Şahid3, X9, X70 və X14 X71 arayışlarda göstərilən tarixlərdə narkoloji müayinələri olmayıb və onlara sözü gedən tarixlərdə müayinə nəticələri tərtib edilməyib. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 30 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində saat 16:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 16 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi və saxlanıldığı MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” 16 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs X2 aldığı 3000 manat, Şahid4 aldığı 150 manat və Şahid3 aldığı 150 manat, Şahid1 aldığı 300 manatı ödədiyini bildirərək, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Şahid3 tərəfindən verilmiş 20 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ondan alınmış 150 manat vəsait qaytarılmışdır və bununla bağlı şikayət və tələbi yoxdur. Şahid1 tərəfindən verilmiş 22 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ondan alınmış 300 manat qaytarmışdır və şikayət, tələbi yoxdur. X16 tərəfindən verilmiş 25 oktyabr 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən alınmış 3000 manat vəsait qaytarılmışdır. Heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 320.1: Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma— üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı CPM-in 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir.

62. Məhkəmə baxışı nəticəsində CM-in 14-cü maddəsində göstərilən hal (təqsirləndirilən şəxsə istinad edilən hərəkət və ya hərəkətsizlikdə cinayət qanununda nəzərdə tutulmuş əməlin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə əməlin ictimai təhlükəli olmadığı, yəni şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirmək təhlükəsi yaratmadığı) və yaxud CM-in 36-40-cı maddələrində nəzərdə tutulmuş müvafiq olaraq zəruri müdafiə, cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməməsi kimi hallar müəyyən edildikdə, bunlar əməldə cinayət tərkibinin olmaması kimi qiymətləndirilməli, müvafiq olaraq da şəxsə bəraət verilməsini (dövlət ittihamçısı ittihamdan imtina etdikdə həmin əsasla cinayət təqibinə xitam verilməsini) şərtləndirən əsas kimi nəzərdən keçirilməlidir.

63. Dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin, nəzərə alınmalıdır ki, cinayətprosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə CPM-in 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Bunlar eynilə xüsusi ittiham qaydasında şikayətlər üzrə materiallara baxılarkən xüsusi ittihamçının ittihamdan imtina etməsinə də aiddir. Xüsusi ittihamçının qanunda göstərilən əsasa istinad etmədən ittihamdan imtina etməsi cinayət təqibinə cinayət hadisəsinin olmaması kimi bəraətverici əsasla xitam verilməsi haqqında qərarın çıxarılması üçün əsas kimi nəzərdən keçirilməlidir.

Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi:

Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ona irəli sürülmüş ittiham hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla və qanunsuz hazırlama hissəsində öz təsdiqini tapmışdır. İttiham orqanı tərəfində ittiham aktında əks etdirilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs tanışı Şahid1 tərəfindən ona “Whatsapp” vasitəsilə qeydiyyat şəhadətnamələri göndərilmiş "xxxx" MMC taksi parkında olan hər avtomobilə 150 manat müqabilində buraxılış kartı almaq məqsədilə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC taksi parkında taksi fəaliyyəti ilə məşğul olmuş sürücülər X35, X31, X19, X66, X36, X40, X20, X3, X41, X42, X21, Şahid4, X11, X32, X22, X23, X53, X43, X12, X13, X54, X55, X72, X24, X33, X25, X44, X37, X56. X26, Şahid3, X9, X70 və X14 adlarına “X89”ndən narkoloji müayinədən keçmələri ilə bağlı hüquq verən rəsmi sənəd hesab olunan müayinə sənədlərini vahid niyyətlə əhatə olunan qəsdlə istifadə etmək məqsədi ilə 04 dekabr 2024cü il tarixdən 11 aprel 2025-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC taksi parkında saxtalaşdırmaqla qanunsuz hazırlayıb, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X48 şəxsin “e-operator.ayna.gov.az” portalına daxil etməklə həmin saxta sənədlərdən istifadə etmişdir. Cinayətin obyektiv cəhəti, yəni cinayət qanunu ilə qorunan ictimai münasibətlərə qəsd edən konkret hərəkət, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla qanunsuz hazırlayaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X48 Şəxsin “eoperator.ayna.gov.az” portalına daxil etməsi faktı ilə təsdiqlənir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir. Göründüyü kimi Təqsirləndirilən şəxs taksi parkında taksi fəaliyyəti ilə məşğul olmuş sürücülərin adlarına “X89”ndən narkoloji müayinədən keçmələri ilə bağlı hüquq verən rəsmi sənəd hesab olunan müayinə sənədlərini saxtalaşdırmaqla qanunsuz tərtib etmiş və daha sonra elektron portala daxil etmişdir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli formal tərkibli olmaqla, dispozisiyasında göstərilən hərəkətlərdən hər hansı birinin edildiyi andan başa çatmış hesab olunur. “Zəfər” Tibb Mərkəzindən alınmış 01 oktyabr 2025-ci il tarixli məktubu ilə X35, X31, X19, X66, X36, X40, X20, X3, X41, X42, X21, Şahid4, X11, X32, X22, X23, X53, X43, X12, X13, X54, X55, X72, X24, X33, X25, X44, X37, X56. X26, Şahid3, X9, X70 və X14 X71 arayışlarda göstərilən tarixlərdə narkoloji müayinələrində olmaması qeyd edilmiş və bununla da öz növbəsində Təqsirləndirilən şəxs narkoloji müayinədən keçməyən şəxslərin adına “narkoloji müayinədən keçmiş kimi” saxta rəsmi sənəd tərtib etməsi sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, şahid ifadələri, zərərçəkmiş hüquqi şəxs tərəfindən təqdim edilmiş sənədlər, “Zəfər” Tibb Mərkəzindən alınmış 01 oktyabr 2025-ci il tarixli məktub və s təqsirləndirilən şəxsin etirafı ilə birlikdə bu faktı tam təsdiq edir. Cinayətin subyektiv cəhəti, yəni təqsirkarın törətdiyi əmələ psixi münasibəti birbaşa qəsdlə xarakterizə olunur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, taksi parkında taksi fəaliyyəti ilə məşğul olmuş sürücülərin adlarına “X89”ndən narkoloji müayinədən keçmələri ilə bağlı hüquq verən rəsmi sənəd hesab olunan müayinə sənədlərini qanunsuz olaraq hazırladığını və həmin sənədləri istifadə etmək üçün saxtalaşdırdığını səmimi şəkildə etiraf etmişdir. Bu etiraf, onun törətdiyi əməlin ictimai təhlükəli xarakterini tam dərk etdiyini və onun nəticələrini arzu etdiyini, yəni birbaşa qəsdin mövcudluğunu təkzibedilməz şəkildə sübuta yetirir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməməsinə münasibətdə isə qeyd edir ki, “Məhkəmə hökmü” haqqında Ali Məhkəmə Plenum qərarına müvafiq olaraq, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Qeyd olunur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini məsuliyyətdən yayınmaq cəhdi kimi qiymətləndirir və onun məhkəmə istintaqında verdiyi ifadələrə üstünlük verir. Belə ki, heç bir təsir altında qalmadan, müdafiəçinin iştirakı ilə, onun əleyhinə ifadə vermiş şahidləri dindirilməsi üçün yaradılmış şərait zəminində verilmiş ifadə məhkəmə üçün daha məqbul hesab edilir və həmin hissədə ifadələrə üstünlük verilir. Təqsirləndirilən şəxs sözügedən əməllərin bəzilərini işlərini sürətləndirmək, bəzilərini isə pul qarşılığında etdiyini bildirməklə, digər sübutlarla uzlaşan formada ifadə verməklə törətdiyi əməlləri etiraf etmişdir. Bütün yuxarıda göstərilənləri məcmu halında nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur və onun təqsiri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və əməli düzgün tövsif edilmişdir. Buna görə də, onun barəsində ittiham hökmü çıxarılmalıdır. Bundan əlavə, məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə ona elan edilmiş ittihamdan 320.2-ci maddə ilə ittihamdan imtina etdiyini və barəsində CM-in 320.1-ci maddəsi ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etmişdir. Dövlət ittihamçısı çıxışında istintaq orqanının şəxsin əməlini CM-nin iki maddəsi üzrə tövsif edilməsinin doğru olmadığını, 320.1-ci maddə ilə verilmiş ittihamın bütün ittihamı əhatə etdiyini bildirərək, həmin hissədə ittihamdan imtina etmişdir. Məhkəmə dövlət ittihamçısının çıxışına əsasən qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının müvafiq bəndlərinə müvafiq olaraq, dövlət ittihamçısı ittihamdan imtina etdikdə onun əsaslarını sadalamalıdır. Bu əsasda, dövlət ittihamçısı şəxsin əməlinin CM-nin 320.1-ci maddəsi ilə əhatə olunduğunu bildirərək, 320.2-ci maddə ilə ittihamdan imtina etmişdir. Məhkəmə həmin hissədə dövlət ittihamçısı ilə razılaşır və eyni zamanda imperativ normaları nəzərə alaraq qeyd edir ki, işin hallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 320.1-ci maddəsi ilə yanaşı, CM-nin 320.2-ci maddəsi ilə də tövsif edilmişdir. CM-nin 320.1-ci maddəsi hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmaya görə məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 320.2-ci maddəsində isə bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti rəsmi sənədləri özü saxtalaşdırmayan, digər şəxslər tərəfindən saxtalaşdırılan rəsmi sənədlərdən onların saxta olduğunu bilə-bilə istifadə edən şəxslər ola bilər. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız CM-nin 320.1-ci maddəsi ilə tövsif edilməlidir. İş materiallarından və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan məlum olur ki, Təqsirləndirilən şəxs taksi minik avtomobilləri ilə sərnişin daşımalarının həyata keçirilməsi üçün buraxılış vəsiqəsinin və buraxılış kartının alınması məqsədi ilə X35, X31, X19, X66, X36, X40, X20, X3, X41, X42, X21, Şahid4, X11, X32, X22, X23, X53, X43, X12, X13, X54, X55, X72, X24, X33, X25, X44, X37, X56. X26, Şahid3, X9, X70 və X14 adlarına “X89”ndən narkoloji müayinədən keçmələri ilə bağlı hüquq verən rəsmi sənəd hesab olunan müayinə sənədlərini vahid niyyətlə əhatə olunan qəsdlə istifadə etmək məqsədi ilə 04 dekabr 2024-cü il tarixdən 11 aprel 2025-ci il tarixədək olan müddət ərzində ünvan 3 ünvanında yerləşən "xxxx" MMC taksi parkında saxtalaşdırmaqla qanunsuz hazırlayıb, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X48 şəxsin “e-operator.ayna.gov.az” portalına daxil etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs başqa şəxs tərəfindən hazırlanmış saxta sənəddən deyil, məhz özü tərəfindən hazırladığı saxta sənəddən bilə-bilə istifadə etmişdir. Dövlət ittihamçısı tərəfindən ittihamdan həmin hissədə imtina edildiyindən və Təqsirləndirilən şəxs əməli CM-nin 320.1-ci maddəsi ilə tam əhatə olunduğundan, ona qarşı CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə icraata Azərbaycan Respublikası CPM-nin 43.1.1 və 39.1.2-ci maddələrinə əsasən xitam verilməlidir. Cəza təyini məsələləri:

Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası CM-nin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara xüsusi diqqət yetirir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır, hazırda əmək haqqı vardır, himayəsində övladı yoxdur və törətdiyi əməli səmimi etiraf edir. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi onun törətdiyi əməldən səmimi peşmançılığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cinayət nəticəsində əldə etdiyi gəliri tamamilə geri qaytarmasını nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Bütün göstərilən halları – bir tərəfdən, törədilmiş əməlin ictimai təhlükəliliyinin yüksək olmamasını və cəzanı yüngülləşdirən halın mövcudluğunu, təqsirləndirilən şəxsin islah olunmağa meylli olmasını nəzərə alaraq, məhkəmə onun islah olunmasının cəmiyyətdən tam təcrid olunmadan mümkün olduğu qənaətinə gəlir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmiş, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Habelə, bu fundamental prinsiplər olan ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Bu səbəbdən, məhkəmə ona CM-nin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Azadlıqdan məhrum etmə cəzasının təyini bu konkret halda CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün həddən artıq sərt tədbir olardı. Bu səbəbdən, məhkəmə ona CM-nin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və azadlıqdan məhrum etməyə alternativ olan cərimə cəzasının təyin edilməsini ədalətli, mütənasib və qanunauyğun hesab edir. Belə ki, şəxsin özü tərəfindən təqdim edilmiş arayışdan görünür ki, hazırda “X79” MMC-də baş mütəxəssis vəzifəsində çalışır və əmək haqqı 6500 manat təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Qeyd olunanları nəzərə alaraq, məhkəmə törədilmiş cinayətin xarakterini, Təqsirləndirilən şəxs şəxsiyyətini və biliklərini nəzərə alaraq, onun analoji cinayətlər törətməsinin qarşısını almaq və islah edilməsi üçün əlavə cəza qismində nəqliyyat fəaliyyəti sahəsində sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar inzibati və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə məşğul olmaq, habelə nəqliyyat vasitələrinə icazə sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və müvafiq elektron sistemlərə daxil edilməsi ilə əlaqədar fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə cəzası təyin edilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq dövründə 01 gün müddətinə (15 oktyabr 2025-ci il saat 16:40-dan hesablanmaqla) şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə qeyd edir ki, qeyd olunan müddət nəzərə alınmaqla, CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası onun şübhəli şəxs qismində tutulduğu tarixlər nəzərə alınmaqla yüngülləşdirilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Habelə iş üzrə mülki iddia və maddi sübut da yoxdur. Həmçinin məhkəmə vəkil hesabatını nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 80 iş saatı üçün cəmi 880 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən, 01 il müddətinə nəqliyyat fəaliyyəti sahəsində sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar inzibati və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə məşğul olmaq, habelə nəqliyyat vasitələrinə icazə sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və müvafiq elektron sistemlərə daxil edilməsi ilə əlaqədar fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4.500 (dörd min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 oktyabr 2025-ci il tarixdən 16 oktyabr 2025-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 01 (bir) gün müddət nəzərə alınmaqla cəzası yüngülləşdirilsin və üzərində qəti olaraq 01 il müddətinə nəqliyyat fəaliyyəti sahəsində sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar inzibati və ya maliyyə-təsərrüfat fəaliyyəti ilə məşğul olmaq, habelə nəqliyyat vasitələrinə icazə sənədlərinin hazırlanması, rəsmiləşdirilməsi və müvafiq elektron sistemlərə daxil edilməsi ilə əlaqədar fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4300 (dörd min üç yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində CM-nin 320.2-ci maddəsi üzrə nəzərdə tutulmuş ittiham üzrə cinayət təqibinə, Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia, maddi sübut olmaması nəzərə alınsın. “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 80 iş saatı üçün cəmi 880 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar