Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-448/2022 03.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləməyən, Cəlilabad rayonu, Mirzəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə 0,433 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla qanunsuz olaraq Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 may 2022-ci il tarixdə saat 17:00-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanda saxlanılaraq Baş İdarəyə dəvət edilmiş və orada həmin gün saat 18:42-dən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə 0,433 qram çəkidə narkotik vasitə heroin və üzərində heroinin izləri olan bir ədəd falqa kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, lakin həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə heroini əsasən falqada yandırmaqla tüstünü nəfəsinə çəkmə yolu ilə istifadə edir. Narkotik vasitə heroini tanımadığı şəxslərdən alaraq istifadə edirmiş. Əsasən şəxsi istifadəsi üçün 0,5 qram narkotik vasitə heroin alır və həmin heroin üçün 10-15 manat pul verirmiş. Sonuncu dəfə 15 may 2022-ci il tarixdə günorta vaxtı Nizami rayonu ərazisində yerləşən metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elçin” adlı şəxsdən 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin almışdır. Həmin heroni əynindəki gödəkçənin cibinə qoymuşdur. Ailə üzvlərinin narkotik vasitə istifadə etməsindən xəbərləri olmadığı üçün həmin bükümü cibində gizlədərək saxlayırmış. 16 may 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Nizami rayonu, Babək prospekti, ev 95 ünvanının yaxınlığında olan zaman ona 3 nəfər mülki geyimli şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra həmin şəxslər onun anket məlumatlarını dəqiqləşdirmiş və onlara özü barədə məlumatları bildirmişdir. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla onu tanış etmişlər. O, gizlətməyin mənasız olduğunu başa düşdüyü üçün polis əməkdaşlarına səmimi olaraq üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Polis idarəsinə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Buna etiraz etmədikdən sonra həmin gün şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Bundan sonra ona üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan gödəkçənin cibində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarın sol yan cibində olan bir ədəd “İphone” markalı mobil telefonu, 5 manat pulu və əynində olan qara rəngli gödəkçənin sol iç cibində olan bir ədəd siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi "Palİ Mail" markalı siqaret qutusunun içində "kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Baxış zamanı təqdim etdiyi bir ədəd “Palİ Mail" markalı siqaret qutusunun içindən bir ədəd sellofan büküm və bir ədəd gümüşü rəngli kağız kəsiyi aşkar edilmişdir. Təqdim etdiyi bir ədəd sellofan büküm polis əməkdaşları tərəfindən açılmış və içərisinə baxış keçirildikdən sonra bükümün içərisində narkotik vasitə heroinə oxşar maddənin olması bildirilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 15 may 2022-ci il tarixdə günorta vaxtı metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elçin" adlı şəxsdən 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli kağız kəsiyindən narkotik vasitə heroin qəbul edən zaman istifadə etdiyini qeyd etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və bir ədəd gümüşü rəngli kağız kəsiyi polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 5 manat pul və bir ədəd “Palİ Mail" markalı siqaret qutusu ona qaytarılmışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş bir ədəd "İphone" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə heç vaxt məşğul olmadığını, onu yalnız özünün şəxsi məqsədləri üçün, həmçinin üzərindən çıxan narkotik maddəni öz istifadəsi üçün əldə etdiyini bildirərək, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasını və həmin maddə ilə məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda X2 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması qeyd edilmişdir. Daxil olmuş məlumat raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra 16 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara əsasən o, yaradılmış əməliyyat qrupunun rəhbəri təyin edilmiş, Şahid2 və Şahid3 isə qrupun üzvü təyin edilmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Nizami rayonu, Babək prospekti, ev 95 ünvanının yaxınlığında olması qeyd edilmişdir. Bununla əlaqədar 16 may 2022-ci il tarixdə saat 16 radələrində əməliyyat qrupunun üzvləri ilə qeyd edilən ünvana yollanmışlar. Qəbul edilmiş qərara əsasən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da Babək prospekti, ev 95 ünvanının yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını qeyd etmişlər. Ondan anket məlumatlarını soruşaraq müvafiq dəqiqləşdirmələr apardıqdan sonra barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxs BMCMİyə dəvət etmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs hüquqlarını qorumaq məqsədi ilə müdafiəçi təyin edilərək ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli olduğu və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra 16 may 2022-ci il tarixdə videoçəkilişlə üstünə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibində “kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan bir ədəd “İphone" markalı mobil telefonu, beş manat pulu və əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində olan bir ədəd “Palİ Mail" markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Palİ Mail" markalı siqaret qutusunun içində “kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd "Palİ Mail" markalı siqaret qutusunun içindən bir ədəd sellofan büküm və bir ədəd gümüşü rəngli kağız kəsiyi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 15 may 2022-ci il tarixdə günorta vaxtı metronun "Xalqlar Dostluğu” stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elçin" adlı şəxsdən 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli kağız kəsiyindən narkotik vasitə heroin qəbul edən zaman istifadə etdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və bir ədəd gümüşü rəngli kağız kəsiyi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş beş manat pul və bir ədəd “Palİ Mail" markalı siqaret qutusu iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Daha sonra bu barədə protokol tərtib edilmiş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 18-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 16 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-28-ci vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 may 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “İphone” markalı mobil telefonu, 5 manat pulu və əynində olan qara rəngli gödəkçəsinin sol iç cibində olan 01 ədəd “Palİ Mail” markalı siqaret qutusunun çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi “Palİ Mail” markalı siqaret qutusunun içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Palİ Mail” markalı siqaret qutusunun içindən 01 ədəd sellofan büküm və 01 ədəd gümüşü rəngli kağız kəsiyi aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik qoxuya malik, narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edildi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini 15 may 2022-ci il tarixdə günorta vaxtı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Elçin” adlı şəxsdən 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitə heroini şəxsi istifadəsi üçün üzərində saxlayıb daşıdığını bildirdi. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli kağız kəsiyindən narkotik vasitə heroin qəbul edən zaman istifadə etdiyini qeyd etdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd gümüşü rəngli kağız kəsiyi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda aşkar edilmiş 5 manat pul və 01 ədəd “Palİ Mail” markalı siqaret qutusu iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 6/2832 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,433 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin paketdəki folqa kəsiyinin üzərində heroinin izləri müəyyən edildi. Həmin predmetdə heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün olmadı. Cinayət işinin 84-87-ci vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-581/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qimsində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 16 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 94-cü vərəqində olan “Telefona baxış keçirilməsi haqqında” 19 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefona BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində xidməti otaqda baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefonda olan məlumatlara baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 104-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 111-ci vərəqində olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən götürülmüş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01 fevral 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, məlumatlar "xxxx" MMC-nin 09 iyun 2022-ci il tarixli, 9057/22 nömrəli məktubuna əlavə edilmiş bir ədəd “CD” markalı diskdə təqdim olunmuşdur. Həmin disk istifadədə olan «HP» markalı kompüterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edildi ki, diskdə ***-***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 04 ədəd qovluq vardır. Təqdim edilmiş məlumatlar 01 fevral 2022-ci il tarixdən 16 may 2022-ci il tarixədək olan müddəti əhatə edir. Baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edildi. Lakin telefon danışıqlarına keçirilən baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 112-ci vərəqində olan Daxili İşlər Nazirliyi BMCMİ-nin rəis müavini Fariz Vəliyev tərəfindən həmin baş idarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi Rəhman Kərimova ünvanlanmış 14 iyun 2022-ci il tarixli, 007-7341-1222 nömrəli məktubda qeyd edilir: “Sizin xx.xx.2022-ci il tarixli 007-6981-1222 nömrəli əməliyyat tapşırığınıza cavab olaraq bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə etməsi, əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən zəruri əməliyyat-axtarış tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir.”. Cinayət işinin 131-132-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin Ambulator X1 dair xx.xx.2022-ci il tarixli, 3613 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 133-145-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 11 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 0,383 qram olan narkotik vasitə heroin və bir ədəd üzərində heroinin izləri olan falqa kəsiyinin cinayət işi üzrə maddi sübut hesab edilməsi və DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilməsi və iş materiallarına əlavə edilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibində olan bir ədəd bükümdə heroini təqdim etməsi müəyyən olundu. Həmçinin, həmin görüntüdən aydın olur ki, Təqsirləndirilən şəxs bir ədəd bükümün içərisində narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Məhkəmə, bununla bağlı mövqeyini aşağıdakılarla əsaslandırır: İlk növbədə, ittiham tərəfinin bütün sübutları (əməliyyat məlumatı, 16 may 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində və 18 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələri, məhkəməkimyəvi ekspertizasının 17 may 2022-ci il tarixli, 6/2832 nömrəli rəyi və ambulator məcburinarkoloji tibbi yoxlamanın 04 iyul 2022-ci il tarixli, 3613 nömrəli rəyi, təhqiqat orqanı tərəfindən toplanmış material və sair istintaq sənədləri) Təqsirləndirilən şəxs tərəfindən yalnız narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama əməlinin törədilməsinə dəlalət edir. Həmin hərəkətlərin satış məqsədilə edilməsi isə nəinki iş üzrə mötəbər sübutların məcmusu ilə təsdiq edilmir, buna dair ümumiyyətlə sübut mövcud deyil. Buna görə də məhkəmə, iş üzrə ittiham tərəfinin sübutlarını həm ayrı-ayrılıqda, həm də məcmu halda qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: 1) Əvvəla, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda onun törətdiyi cinayət əməlinin həmçinin daxil olmuş əməliyyat məlumatı əsasında təsdiq edildiyi qeyd olunur (i.v.,172). Məhkəmə qeyd edir ki, sübut mənbələri sübutların alınmasının prosessual forması olmaqla bitmir. Sübut mənbələri həm də sübutların müəyyən edilməsinin prosessual formasıdır. Qəbul edilə bilən sübutlar dedikdə sübutun alındığı mənbə nəzərdə tutulur. Qanunverici, cinayət təqibi orqanı üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığını qeyd etməklə yanaşı, belə sübutların alınma mənbələrinin dairəsini qəti şəkildə müəyyən edir. Qanunvericilik bununla bilavasitə hansı mənbənin sübutetmə vasitəsi kimi yararlı olmasını qabaqcadan göstərir. Beləliklə, cinayət mühakimə icraatında hər hansı bir faktik məlumatdan sübut kimi istifadə etmək üçün bu məlumatın işə aid olması ilə yanaşı, onun qəbul edilə bilən sübut mənbəyindən alınması da tələb olunur. Bundan başqa, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Beləliklə, göründüyü kimi Azərbaycan Respublikasl CPM-in 124.2-ci maddəsində əməliyyat məlumatı sübut kimi, əməliyyat mənbələri özü isə sübut mənbəyi kimi ümumiyyətlə nəzərdə tutulmamışdır. Beləliklə, hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə Daxili İşlər Nazirliyi BMCMİ-nə daxil olmuş xx.xx.2022-ci il tarixli əməliyyat məlumatının sübut kimi qəbul edilməsi ipso jure (qanunun özü tərəfindən) yolverilməzdir. Həmçinin, CPM-in 124.2-ci maddəsində nəzərdə tutulan sübutetmə vasitələrinin dairəsinin əsassız olaraq cinayət təqibi orqanı tərəfindən genişləndirici təfsir edilməsi yolverilməzdir. Çünki, dövlət orqanları yalnız Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər (Azərbaycan Respublikası Konstitusiyası 71-ci maddəsinin X bəndi). Həmin konstitusion normanın mahiyyəti “dövlət orqanlarına qanunla yol verilməyən hər şey qadağandır” formulu ilə ifadə olunur. Qanunvericilikdə sübut mənbələri (sübutetmə vasitələri) konkret müəyyən edildiyi halda, ibtidai istintaq orqanı əsassız olaraq iş üzrə əhəmiyyət kəsb edən əsas halları məhz həmin qəbuledilməz sübut əsasında müəyyən etmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixli əməliyyat məlumatının mənbəyinin mötəbərliyini müəyyən etmək mümkün deyil. 2) Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə şübhəli şəxs qismində və 18 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində onun narkotik vasitə heroini satış məqsədilə əldə etməsi və daşımasına dəlalət edə biləcək hər hansı məqam mövcud deyil. Əksinə o, həmin ifadələrində də narkotik vasitə heroini şəxsi istifadə məqsədilə əldə etdiyini bildimişdir (i.v. 52-54, 66-68). Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən 18 may 2022-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə iclasında çıxış edərək özünü elan edilmiş ittihamda təqsirli bilməsinə münasibətdə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” işi üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, təqsirləndirilənin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. 3) şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələri, ekspertiza rəyləri və 01 ədəd DVD disk: Məhkəmə, həmin sübutlara münasibətdə aşağıdakıları qeyd etməyi xüsusilə zəruri hesab edir: Şahidlər Şahid2, Şahid1 və Şahid3 ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 17 may 2022-ci il tarixli, 6/2832 nömrəli rəyi və ambulator məcburinarkoloji tibbi yoxlamanın 04 iyul 2022-ci il tarixli, 3613 nömrəli rəyi və şəxsi axtarış və götürmənin aparılmasının videogörüntülərini əks etdirən 01 ədəd DVD disk yalnız təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etməsi və üzərində daşıması faktına dair təsdiqedici əhəmiyyət daşıyır. Onların təqsirləndirilən şəxs tərəfindən həmin hərəkətlərin satış niyyəti ilə edilməsinə dair heç bir sübutedici əhəmiyyəti mövcud deyil. xx.xx.2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı da Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını göstərmişdir. Qeyd edilməlidir ki, sübutetmə predmeti ilə sübutetmə həddi bir-birilə sıx surətdə bağlıdır. Əgər sübuetmə predmeti tədqiqat obyektidirsə, sübutetmə həddi sübutemə predmetinə daxil olan halların tam əminliklə müəyyən edilməsi üçün zəruri olan sübut materiallarının məcmusudur. Lakin, hazırki halda şahid ifadələri, ekspertiza rəyləri və videogörüntü sübutetmə predmetinə daxil olan bütün halları (Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə satış məqsədini) müəyyən etmədiyindən, verilmiş ittiham üzrə sübutetmə həddi tamamlanmır. 4) Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqdəsi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı verilmiş ittihamın digər bir “əsası” isə cinayət işinin 112-ci vərəqində olan Daxili İşlər Nazirliyi BMCMİ-nin rəis müavini Fariz Vəliyev tərəfindən həmin baş idarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi Rəhman Kərimova ünvanlanmış 14 iyun 2022-ci il tarixli, 007-7341-1222 nömrəli məktubdur. Həmin məktubda qeyd edilir: ”Sizin xx.xx.2022-ci il tarixli 007-6981-1222 nömrəli əməliyyat tapşırığınıza cavab olaraq bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə etməsi, əvvəllər də narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən zəruri əməliyyat-axtarış tədbirlər davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir.”. Cinayət-prosessual qanunvericilik yalnız mənbəyinin mötəbərliyi şübhə doğurmayan sübutların qəbuledilənliyini müəyyən edir. Şəxsin təqsirliliyinə dair cinayət təqibi orqanının mövqeyi mülahizələrə deyil, konkret sübutlarla müəyyən edilə bilən hallara əsaslanmalıdır. Faktiki məlumatların mənbəyi müəyyən edilə bilməzsə, belə məlumatların sübuti əhəmiyyəti yoxdur. İndiki halda, yuxarıda qeyd edilən məktubda Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə etməsi faktının nəyin əsasında qeyd edildiyi müəyyən olunmur. Məhkəmə qeyd edir ki, tezis, həqiqiliyi şübhə doğurmayan arqumentlərlə əsaslandırılarsa sübut olunmuş hesab edilir. Hazırki məktuba münasibətdə isə ümumiyyətlə, irəli sürülmüş tezisi əsaslandıran arqument mövcud deyil. Halbuki, Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olması kimi qənaətə gəlmək üçün narkotik vasitələrin miqdarı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalı idi. İstintaq orqanı isə bu hallara diqqət yetirmək əvəzinə, əks etdirdiyi məlumatların həqiqiliyi heç nə ilə sübut olunmayan, mənbəyi qeyri-müəyyən olan dəlillərə əsaslanmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. - Narkotik vasitənin miqdarı: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisi - 0,433 qramdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroin şəxsi istehlak miqdarının iki mislindən bir qədər artıqdır. - Bükümlərin sayı: 16 may 2022-ci il tarixdə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs bir ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. - Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə əlaqədar istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə, narkotik vasitələrin hazırlanması üçün avadanlığın olmasına dair hər hansı sübut mövcud deyil. İbtıdai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini, sonuncunun istehlakçı ilə razılıq əldə etməsinə dair sübutların mövcud olmadığı, onun tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik və ya psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və digər hallar icra edilmədiyi təqdirdə, həmçinin narkotik vasitə heroinin bir bükümdə olmasını və həmin bükümün miqdarını nəzərə almayaraq onun satış niyyəti ilə narkotik vasitə əldə edib daşıması kimi qiymətləndirmişdir. Obyektiv sübutların məcmusu, xüsusən 14 iyun 2022-ci il tarixli, 007-7341-1222 nömrəli məktubla Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə saxlamasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticənin əldə olunmaması, bu barədə heç bir əlavə məlumatın da daxil olmaması, Təqsirləndirilən şəxs məxsus “İphone” markalı mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə 19 may 2022-ci il tarixli protokolla, habelə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqlarını və məlumatlarını əks etdirən "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında 12 iyun 2022-ci il tarixli protokolla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatların aşkar olunmaması Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin ola biləcəyi ehtimalının mövcudluğunu təkzib edir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı o, bir ədəd bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni öz şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). İş materiallarında isə Təqsirləndirilən şəxs əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə narkotik vasitələrin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa məhkəmə prosesində ifadə vermiş şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və ya saxlaması, hazırlaması, istehsal etməsi, emal etməsi, daşıması, göndərməsi, yaxud qanunsuz olaraq narkotik vasitələri satması öz təsdiqini tapmamış və ya iş materiallarında həmin halları təsdiq edən hər hansı bir sübut yoxdur. Həmçinin Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitənin satış məqsədi ilə əldə edilib gəzdirməsini təsdiq edən başqa halların, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və onların bölüşdürülməsi üçün avadanlığın olması ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri, iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş narkotik vasitə heroini öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 0,433 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üstündə saxlamış və həmin narkotik vasitəni heç kimə satmadan (vermədən) polis əməkdaşları tərəfindən saxlanılaraq baxış zamanı üstündən aşkar edilərək götürülmüşdür. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Halbuki ibtidai araşdırmanı aparmış orqan təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli olması, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,433 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,433 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədi ilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə edərək saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Azərbaycan Respublikasının Cinayət prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 4 (dörd) ay 17 (on yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (09 ay 04 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama kamerasına verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,383 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-448/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-448/2022
03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver