Məhkəmə qərarları › İş №1(005)-448/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-448/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-448/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:40 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 15 saylı vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)- 348/2023 saylı qərari ilə həbsetməninin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində metronun “Koroğlu” stansiyasında metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət edən qatarda sərnişin Zərərçəkmiş şəxs çantasından sonuncuya məxsus suni dəridən hazırlanmış qəhvəyi rəngli içərisində 1112 manat nağd pul, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi, X3 məxsus şəxsiyyət vəsiqəsi, Beynəlxalq banka məxsus plastik təqaüt kartı, Leobanka məxsus platsik kart olan pul kisəsini açıq talayıb ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 1132 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 may 2023-cü il tarixdə Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasına daxil olmuşdur. Həmin gün çox içkili olmuşdur. Qatar metronun “Koroğlu” stansiyasında dayanmışdır. Adını sonradan bildiyi Zərərçəkmiş şəxs çiyinindən asdığı çantanın içərisində olan pul kisəsi diqqətini cəlb etmişdir. Vaqonda olan sıxlıqdan və qatarın dayanmasında istifadə edərək pul kisəsini Afət İbrahimovanın çantasından oğurlayaraq düşmüşdür. O, X4 pul kisəsini oğurlayan zaman onun az yaşlı oğlu onun pul kisəsini oğurladığını görüb görməməsini xatırlamamışdır. O, metronun “Ulduz” stansiyasında düşmüşdür. Vaqonun qapıları bağlandığı üçün Afər Sultanova vaqondan düşə bilməmişdir. Həmin pul kisəsinin içərisində 1112 manat nağd pul, şəxsiyyət vəsiqəsi və plastik kart olmuşdur. Həmin məbləği xərcləmiş, pul kisəsini içərisində olan sərnədlərlə birlikdə evə qoymuşdur. 06 may 2023-cü il tarixdə saat 16 radələrində o, yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini ona təqdim edərək Bakı Metropolitenində Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları onu Bakı Metropolitenində Polis İdarəsinə dəvət etmişlər. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, əldə etdiyi pulu və kartları pul kisəsini zərərçəkmiş şəxsə geri qaytarmışdır. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə o, az yaşlı övladaları X7 və X1 ilə birlikdə metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. O, həmin qatarın yadında qalmayan vaqonuna minmişdir. O, vaqona minən zaman içərisində 1112 manat nağd pulu, özünə məxsus şəxsiyyət vəsiqəsi, övladı X8 məxsus şəxsiyyət vəsiqəsi, Beynəlxalq banka məxsus plastik təqaüt kartı və Leobanka məxsus plastik təqaüt kartı olan süni dəridən hazırlanmış qəhvəyi rəngli pul kisəsi çiynindən asdığı çantanın içərisində olmuşdur. Metronun “Koroğlu” stansiyasının platformasında və “20 Yanvar” istiqamətində hərəkət edən qatarda da sıxlıq olmuşdur. Qatar metronun “Ulduz” stansiyasında dayanmışdır. Həmin vaxt vaqonda olan bir nəfər şəxs uca səslə yol istəmişdir. Həmin şəxs onun yanından keçmişdir. Həmin şəxsin hərəkətləri onda şübhə yaratmışdır. O, çantasına baxan zaman pul kisəsinin oğurlandığını görmüşdür. Həmin şəxsin arxasınca vaqondan çıxmaq istəsə də qapılar bağlanmış və o vaqondan çıxa bilməmişdir. Həmin vaxt az yaşlı övladı X1 ona həmin şəxsin çantasından pul kisəsini oğurladığını gördüyünü lakin qorxduğu üçün ona heç bir söz demədiyini bildirmişdir. Qışqıraraq həmin şəxsi səsləsə də vaonun qapıları bağılanmışdır. Bundan başqa o, süni dəridən hazırlanmış pul kisəsini 20 manata aldığını, pul kisəsinin içərisində olan və oğurlanmış özünə məxsus şəxsiyyət vəsiqəsini, övladı X8 məxsus şəxsiyyət vəsiqəsini, Beynəlxalq banka məxsus plastik təqaüt kartı və Leobanka məxsus plastik kartına görə mənə maddi ziyan dəymədiyini, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1132 manat maddi ziyan dəydiyini, oğurlanmış pul kisəsinin içərisində başqa hər hansı bir qiymətli əşya və ya sənəd olmadığını, o, konkret olaraq həmin şəxsin pul kisəsini oğurladığını görməsədiyini, onun hərəkətlərindən şübhələndiyini və həmin şəxs tərəfindən pul kisəsinin oğurlandığını hiss etdiyini bildirmişdir. Son olaraq Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən götürülmüş əşyalar ona geri qaytarılmışdır və təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla bağlı məhəməyə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında əlavə şahid kimi dəvət edilərək dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, anası Zərərçəkmiş şəxs ilə birlikdə metroda olarkən qatar metronun “Ulduz” stansiyasında dayanmışdır. Bu zaman bir nəfər kişinin anamsının çantasından pul qabını götürərək dərhal yol verin deyib qatardan çıxdığını görmüşdür. Anasına bu barədə demiş, lakin qatarda adam çox olduğundan həmin adam dərhal insanların arasında keçərək qatardan düşmüşdür. Qatarda adam çox idi, lakin həmin şəxs mənim X11 Elşən Eldar oğluna baxdığını görmüşdür. Məhkəmədə tədqiq olunan Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropoliteninin Polis İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri Koroğlu stansiyasından 20 Yanvar istiqamətinə hərəkət edən zaman ona məxsus əşyaların oğurlanması faktı ilə bağlı müraciət etmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış protokolundan” və foto cədvəllərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə soyğunçuluq hadisəsinin baş verdiyi ünvana Bakı Metropoliteninin QSC-nin “Ulduz” stansiyasına baxış keçirilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Hərbi Dəniz Qüvəllərinin Hərbi Tribunalı tərəfindən xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 242-ci maddəsinin a bəndi, CM-nin 144-cü maddəsinin ikinci hissəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuşdur. xx.xx.1998-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 226-1-ci maddəsinin birinci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuşdur. xx.xx.2002-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuşdur. xx.xx.2007-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinn xx.xx.2007ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Ağır Cinayətlər Dair X16 Respublikası Məhkəməsinn xx.xx.2007-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 ay, 11 gün müddətində cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2016-ci il tarixində cəza müddəti başa çatmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 03 ay, 24 gün müddətində cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2019-cu il tarixində cəza müddəti başa çatmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-102/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəllləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)-18/2023 saylı qərarı ilə Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-102/2020 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 ay, 13 gün müddətində cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 06 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2023-cü il tarixdə saxlanılmışdır. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(005)-348/2023 saylı qərarından görünür ki, Əzimov X6 Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 06 may 2023-cü il tarixdə saat 17:30 radələrindən hesablanmışdır. Məhkəmədə tədqiq olunan Zərərçəkmiş şəxs tərəfidən təqdim edilmiş xx.xx.2023cü il tarixli barışıq ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslə barışmış və ona vurumlmuş maddi ziyan tam şəkildə ödənildiyindən ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs səmimi peşman olmasını, zərərçəkmişdən oğurlamış olduğu əşyaları ona qaytararaq barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs dəfərlərlə müxtəlif məzmunlu cinayət əməlini törətməkdə davam etməsi, islah yoluna heç bir şəkildə qədəm qoymaması, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18--ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-102/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı Şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)- 102/2020 saylı hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 04 ay 13 gün vaxtından əvvəl şərti azad olunduğu müddətdə törətmişdir. Bu səbəbdən, CM-nin 76.6.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan 06 may 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 15 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(007)-18/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-102/2020 saylı hökmü ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) ay 13 (on üç) gün vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(005)-102/2020 saylı hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) ay 13 (on üç) gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 01 (bir) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 15 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar