Məhkəmə qərarları › İş №1(005)-448/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-448/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-448/2024 04.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETD: Təqsirləndirilən şəxs 15 iyun 2023-cü il tarixdə, saat 21:47 radələrində “B1, B, C1, C” kateqoriyalı, BB seriyalı, 507708 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi X7 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, albalı metallik rəngli “Chevrolet Cruze minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “20 yanvar” metrostansiyası istiqamətində 65/70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq yəni 65-70 km saat sürətlə hərəkət etdirərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun bu tələblərinə əməl etməyib yol hərəkəti qaydalarını pozaraq, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2069 ünvanında yerləşən “Tosoil” yancaq doldurma məntəqəsinin yaxınlığında hərəkətdə olduğu yolu soldan sağa doğru adi yerişlə keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq ön hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncuya qapalı kəllə beyin travması, baş beyin əzilməsi, alın nahiyəsinin əzilmiş yarası, sol said sümüklərinin distal ucun qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa Az ağır zərərvurmaya aid bədən xəsarəti yetirilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X7 məxsus olan “Chevrolet Cruze” minik markalı 90 RM-190 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 21:47 radələrində avtomobillə Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Koroğlu metrostansiyası istiqamətindən üzü 20 yanvar metrostansiyası istiqamətində 4-cü zolaqla saatda 65-70 km sürətlə hərəkət etmişdir. Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2069 ünvanında yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz hərəkətdə olduğu zaman ondan qabaqda hərəkət edən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil sağa və sola manevr etmişdir. Həmin vaxt yolun solundan sağına doğru keçmək istəyən adını sonradan bildiyi Zərərçəkmiş şəxs görmüş və piyadanı vurmamaq üçün ayağını idarə etdiyi avtomobilin əyləc sisteminə basmışdır. Lakin avtomobili tam dayandıra bilməyib qabaq orta hissəsi ilə piyada qadını vurmuşdur. O, dərhal idarə etdiyi avtomobili yerindəcə dayandırıb avtomobildən yerə düşmüşdür. Zərərçəkmiş şəxs yaxınlaşmış və qayıdıb idarə etdiyi avtomobilindən mobil telefonunu götürərək X15 Stansiyasına zəng etmiş, bir neçə dəqiqədən sonra X16 Briqadası gəlib Zərərçəkmiş şəxs X15 avtomobilinə qoyub 3 savlı Kliniki Xəstəxanasına aparmışlar. O da öz avtomobili ilə qeyd etdiyi xəstəxanaya getmişdir. Xəstəxanada həkimlər Zərərçəkmiş şəxs müayinə edib aldığı xəsarətlərlə əlaqədar olaraq xəstəxanaya yerləşdirmişlər və orada tibbi yardım göstərilməyə başlanmışdır. Bundan sonra onu xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinə dəvət etmişlər və o, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq izahat yazmışdır. Eyni zamarnda Zərərçəkmiş şəxs müalicəsi ilə mütəmadi olaraq maraqlanmış, sonuncuya həkimlər tərəfindən təyin olunan dərman preparatlarını alıb çatdırmış, həmin xəstəxanada MRT müayinəsi olmadığına görə Bakıxanov qəsəbəsində yerləşən Stimul özəl klinikasına aparıb müayinə etdirmişlər. Bundan başqa Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən bir neçə özəl klinikalarda müayinə və müalicə etdirmişdir. Sonda Təqsirləndirilən şəxs hadisənin təsadüfi axarı zəminində ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 15 iyun 2023-cü il tarixdə axşam saat təxminən 21:47 radələrində Koroğlu metrostansiyası istiqamətindən üzü 20 yanvar metrostansiyası istiqamətində Ziya Bünyadov prospekti ilə yolun kənarı ilə piyada hərəkət etmişdir. Həmin vaxt Ziya Bünyadov prospektində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yolu soldan sağa doğru keçən zaman “Chevralet Cruze” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə qeyd olunan ünvanda onun sağ ayağının bud nahiyəsindən vurmuşdur. O, avtomobilin qabaq kapotunun üzərinə, oradan da yerə asfalta çırpılmışdır. Bir qədər sonra X15 Briqadası gəlib onu Təcili Yardım avtomobilinə qoyub 3 saylı Kliniki Xəstəxanaya aparmışlar. Xəstəxanada həkimlər onu müayinə edərək xəstəxanaya yerləşdirib tibbi yardım göstərməyə başlamışlar. 23 gün xəstəxanada müalicə olunduqdan sonra həkimlər onu xəstəxanadan çıxarmışlar və ev şəraitində müalicə olunmuşdur. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Cinayət işinin 7-11 vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Tosoil” X2rşısında baş vermişdir. Cinayət işinin 13-15-ci vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs iştirakı ilə “Chevrolet Cruze” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsində ön sol işıq cihazının, fara, bomper və kapotunn sağ hissəsinin sınıq əzik batıqları zədələri aşkar olundu. Cinayət işinin 42-43-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 175-M saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənətdə qeyd edilən xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin əzilməsi, alın nahiyəsinin əzilmiş yarası, sol said sümüklərinin distal ucun qapalı sınığı-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş, sağlamlığa Az ağır zərər vurmaya aiddir. Cinayət işinin 48-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2573 saylı rəyindən görünür ki, “Chevrolet Cruze” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Chevrolet Cruze” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 65-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 81-82 vərəqələrində olan “CD diskə baxış keçirilməsi haqqında” 22 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Nərimanov RPl-nin İŞ-nin müstəntiqi X10, icraatında istintaq olunan ********* saylı cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85, 94, 95 və 236-cı maddələrinin tələblərinə riayət etməklə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 15 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2069 ünvanında baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar olaraq “Təhlükəsiz şəhər” Xidmətinin ərazidə quraşdırılmış TŞ 9-033 nömrəli Təhlükəsiz Şəhər görüntü kameralarının vasitəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alman video görüntülər köçürülmüş 01 ədəd DVD formatlı diskə baxış keçirmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edildi: 01 ədəd “DVD” formatlı diskin üzərində “Verbatim DVD-R 4.7GB/ 120 min 16x” yazıları mövcuddur. Həmin disk Nərimanov RPİ-nin İŞ-də xidməti otaqda olan «HP» markalı kompyuterin DVD oxuyucusu vasitəsi ilə baxış keçirildi. Baxış zamanı “DVD” formatlı disk açıldıqda 01 ədəd “TŞ9-033 1- 2023-06-15_21h47min00s000ms” adlı, 01 ədəd “TŞ9-033 2_Sabunçu və Nərimanov- 2023-06-15_21h47min00s000ms” adlı, 01 ədəd “TŞ9-033 3_Sabunçu və Nərimanov- 2023-06-15_21h47min00s000ms” adlı video fayl aşkar olundu. Həmin 01 ədəd “TŞ9-033 1-2023-06-15_21h47min00s000ms” adlı video fayl açıldıqda 15 iyun 2023-cü il tarixdə saat 21:47-dən saat 21:51-ə kimi olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2069 ünvanında yerləşən “Tosoil” X2rşısından keçən avtomobil yolunun fırlanan “TŞ” kamerası vasitəsi ilə qeydə alınmış görüntüləri əks olunmuşdur. Həmin video fayla baxış keçirilən zaman müxtəlif markalı avtomobillərin hər iki istiqamətdə hərəkətdə olaraq gəlib keçmələri müşahidə olunur. Görüntünün davamına baxdıqda xx.xx.2023-cü il tarixdə saat 21:48:48-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2069 ünvanında yerləşən “Tosoil” X4 yaxınlığında, üzü 20 yanvar metrostansiyası istiqamətində artıq yol nəqliyyat hadisəsinin baş verdiyini və avtomobildə olan şəxslərin düşərək hadisə yerinə yaxınlaşmaları müşahidə olundu. İkinci 01 ədəd “TŞ9-033 2_Sabunçu və Nərimanov-2023-06- 15_21h47min00s000ms” adlı video fayl açıldıqda 15 iyun 2023-cü il tarixdə, saat 21:47-dən saat 21:51-ə kimi olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hər iki istiqamətdə hərəkətdə olan avtomobillərin gəlib keçməsi müşahidə olunur. Həmin video fayla baxış keçirilsə də, iş üzrə sübut əhəmiyyəti kəsb edən hallar aşkar edilmədi. Üçüncü 01 ədəd “TŞ9-033 3_Sabunçu və Nərimanov-2023-06- 15_21h47min00s000ms” adlı video fayl açıldıqda 15 iyun 2023-cü il tarixdə saat 21:47-dən saat 21:51-ə kimi olan müddət ərzində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2069 ünvanında yerləşən “Tosoil” X2rşısından keçən avtomobil yolunun “TŞ” kamerası vasitəsi ilə qeydə alınmış görüntüləri əks olunmuşdur. Həmin video fayla baxış keçirilən zaman müxtəlif markalı avtomobillərin hər iki istiqamətdə hərəkətdə olaraq gəlib keçmələri müşahidə olunur. Görüntünün davamına baxdıqda xx.xx.2023-cü il tarixdə, saat 21:47-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 2069 ünvanında yerləşən “Tosoil” X4 yaxınlığında, üzü 20 yanvar metrostansiyası istiqamətində artıq yol nəqliyyat hadisəsinin baş verməsi, avtomobillərin hərəkətində sıxlıq yaranması, avtomobildə olan şəxslərin düşərək hadisə yerinə yaxınlaşması müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2069 ünvanında yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsini yaxınlığında yol nəqliyyat hadisəsini törətmiş avtomobilin idarə etdiyi “Chevrolet Cruze minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, 15 iyun 2023-cü il tarixdə, saat 19:47 radələrində idarə etdiyi “Chevrolet Cruze minik” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2069 ünvanında yerləşən “Tosoil” X4 yaxınlığında üzü 20 Yanvar metrostansiyası istiqamətində təxminən saatda 65-70 km/surətlə hərəkət də olarkən yolu soldan sağa doğru keçmək istəyən piyada qadını avtomobilin qabaq ön hissəsi ilə adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi piyada qadını vurduğunu bildirdi. Cinayət işinin 85-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 106-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/640-4/323 saylı rəyindən görünür ki, 1,2. ekspertizaya təqdim olunmuş TŞ9-033 1-2023-06- 15_21h47min00s000ms, TŞ9-033 2_Sabunçu və Nərimanov-2023-06- 15_21h47min00s000ms və TŞ9-033 3_Sabunçu və Nərimanov-2023-06- 15_21h47min00s000m adlı videoyazılar ekspert qarşısında qoyulmuş sualların həlli üçün informativ olmadığından video görüntülərə əsasən piyada Zərərçəkmiş şəxs hərəkət hissəsinin kənarında dayandığı yerdən “Chevrolet Cruze” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulma yerinə kimi qət etdiyi məsafəyə sərf olunan real vaxtı və “Chevrolet Cruze” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin bilavasitə piyadanın vurulması anında hərəkət sürətini müəyyən elmək mümkün olmadı. 3,4. İstintaq tərəfindən verilən məlumatlara əsasən: “Chevrolet Cruze” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Chevrolet Cruze” markalı avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saatdan artıq, yəni 65-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 116-124-cü vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqında” 19 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə qaytarılmasının nəzərə alınması, iş üzrə “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin 126-cı vərəqində olan 6 saylı Bakı Asan Xidmət X5 tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli, AZ-İV seriyalı 877367 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 1502 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Təqsirləndirilən şəxs qeyd olunmuşdur. Cinayət işinin 161-162-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir və iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir və iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2 bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 235 (iki yüz otuz beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut qismində tanınmış - 01 ədəd “Chevrolet Cruze” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış - “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan – 01 ədəd “Chevrolet Cruze” minik markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 235 (iki yüz otuz beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs barəsində çıxarılmış qərar, onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna göndərilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar