Məhkəmə qərarları › İş №1(005)-449/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-449/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-449/2022 18.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanda yerləşən ictimai yer hesab olunan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin idman kompleksinin qarşısında heç bir əsaslı səbəb olmadan tanışı Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşmış, nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələri, əxlaq normalarını, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə etməklə X2 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmaqla sonuncuya döş qəfəsinin sol yarısının arxa səthinin arxa qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar nahiyəsinin döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazunun yuxarı üçdə birinin arxa səthinin, sol budun aşağı üçdə birinin bayır səthinin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sair iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, hadisənin üzərindən çox müddət keçdiyindən unutduğunu qeyd etmiş, sərbəst ifadə verməkdən imtina edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və verilmiş sualları cavablandırmışdır. Suallara cavab olaraq Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşadığını, təxminən 2-3 il olar ki, onu tanıdığını bildirmiş, hadisədən təxminən 2-3 ay əvvəl Əlinin mobil telefon nömrəsinə zəng edərək onun ünvanına söyüş söyüb-söyməməsini soruşmuş, o da Əlinin ünvanına söyüş söymədiyini demiş, bundan sonra Əli ilə barışdığını qeyd etmişdir. Daha sonra Əlinin onun barəsində təhqiredici ifadələr işlətdiyi video çəkərək yaydığını bilmiş və dostları vasitəsilə həmin videonu görmüşdür. Mətbəx bıçağını özünü qorumaq məqsədilə üzərində gəzdirməyə başlamış, xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı evin yaxınlığında yerləşən idman komleksinin həyətində idman edərkən Əli, Nicat və adını bilmədiyi bir nəfərin ona tərəf gəldiyini görmüş, bu vaxt üzərində olan mətbəx bıçağını çıxartmış və 2-3 dəfə Əlinin sol nahiyəsinə zərbə vurmuş, zərbələrdən biri onun ayaq nahiyəsinə dəymiş, digər zərbələr isə bədənin yuxarı hissəsinə dəymiş, bundan sonra Əli və yanında olan iki nəfər şəxs qaçaraq oradan uzaqlaşmışdır. Özü də hadisə yerindən qaçmış, xx.xx.2022-ci il tarixdə anası ilə danışdığında ona polis əməkdaşlarının onu axtardığını deyərək ondan polis bölməsinə getməyi xahiş etmiş, o da polis bölməsinə gedərək təslim olmuşdur. Əlinin onu söydüyü üçün onu vurduğunu, xuliqanlıq etmək niyyəti olmadığını qeyd etmişdir. Yekun olaraq, əməlindən səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini, gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, bir məhlədə böyümüşlər, həmişə mehriban münasibətləri olub, ədavət və düşmənçilikləri olmamışdır. 2022-ci ilin mart ayında məhlə uşaqlarından xatırlamadığı bir nəfərin ona Fəridin “Əlini uşaq vaxtı döyüb, söymüşəm, o da üzümə baxıb, mənə heç nə deyə bilməyib” dediyini bildirmiş, bu sözü eşidib “Whatsapp” proqramı vasitəsi ilə onun mobil telefon nömrəsinə zəng edərək ondan “mənim arxamca bu sözləri demisən ya yox” soruşmuş, o isə “bəli, demişəm, demişəm ki, uşaq vaxtı olub” deyə cavab vermiş, o da “sən olmayan bir şey haqqında niyə demisən” soruşmuş, Fərid isə ona “yaxşı edib demişəm, hardasansa gəl görüşüb söhbət edək” demiş, o da “mən Çapayevdəyəm, gəl Təfəkkür Universitetinin qarşısına” demiş, bu sözdən sonra Fərid onun ünvanına nalayiq küçə söyüşü söymüş, o da həmin söyüşləri ona söymüşdür. Daha sonra Fəridlə barışmışdır. 11 aprel 2022-ci il tarixdə dostu Şahid1 xatırlamadığı mobil telefon nömrəsindən ona zəng edərək “Çapayevdə Fikrət adlı uşaqla “Tik-Tok” sosial şəbəkədə mübahisəsi yaranıb, Fikrət onunla görüş təyin edib, Çapayevdə Azərbaycan X13 Universitetinin idman kompleksində görüşəcəklər” demiş, Fikrət də “Çapayev”də yaşadığı üçün Şahid1 ondan Fikrəti tanıyıb-tanımadığını soruşmuş, oda Fikrəti tanımasa da Fikrətin onu tanıyacağını demiş, buna görə də Əli ondan Fikrətlə görüşüb söhbət etmək üçün birlikdə getməyi xahiş etmiş, o da Şahid1la 177 nömrəli Tam Orta Məktəbin qarşısında görüşüb təxminən saat 22 radələrində Azərbaycan X13 Universitetinin idman kompleksinin qarşısına getmiş, Şahid1la görüşən zaman dostu Şahid2 da yanında olmuş, orada təxminən 15 nəfər 16-17 yaşlı uşaq olduğunu, onların içərisində Təqsirləndirilən şəxs də olduğunu görmüş, Fikrətin ora çoxlu uşaqla gəldiyini görüb onları barışdırmaq istəmiş, sonra kiminsə onu sol tərəfdən bıçaqla sol ayaq və sol kürək nahiyəsinə vurduğunu hiss etmiş, kimin vurduğunu görə bilməmiş, oradan çıxıb Çapayevdə yerləşən “50 qəpik” çayxanasına getmiş, oradan da atasının mobil telefon nömrəsinə zəng etmiş və ona bıçaqlandığını demişdir. Yekun olaraq əqsirləndirilən şəxslə barışdığını və onun barəsində heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağıını bildirmişdir. Notariat qaydasında təsdiq edilmiş barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özü tikintidə işləyir, Zərərçəkmiş şəxs ilə baş vermiş hadisədən 2 həftə əvvəl dostu Vüsal İsrafilovun vasitəsi ilə tanış olmuş, Vüsal İsrafilov hazırda həqiqi hərbi xidmətdədir, hadisədən təxminən 2 həftə əvvəl Fikrət adlı şəxs ona bir neçə dəfə zəng edərək telefonda söyüşlər söymüş və görüşə çağırmışdır. Sonuncu dəfə Fikrət adlı şəxs “Whatsapp” proqramı vasitəsi ilə yazaraq harada olduğunu soruşmuş, bu barədə Zərərçəkmiş şəxs demiş və həmin şəxsin onu narahat etdiyini bildirmiş, bundan sonra təxminən saat 22:00 radələrində Əli, Nicat, Ramil Rəsulov və tanımadığım digər Əlinin dostu ilə birlikdə Fikrətin dediyi yerə getmiş, X13 Universitetinin idman komleksinin qarşısına çatanda təxminən 30 nəfər 16-17 yaşlarında uşaq, qarşılarında da əllərini cibinə qoyaraq onları gözləyən Fəridi görmüş və onları ora gəlməyini Fəridin təşkil etdiyini başa düşmüş, Fəridi görən kimi X16 Məmmədova “getmə, Fəriddi, qayıt arxaya” demiş, Əli geri qayıtmasa da Ramil Rəsulovla tanımadığı digər şəxs qaçaraq geriyə qayıtmış, onlar isə irəliyə getmiş, bu vaxtı Fərid Əli ilə görüşmüş, tanımadığı 2-3 nəfər onu kənara çəkməyə çalışmış və ona “çəkilək kənarda söhbət edək, narahat olma” deyərkən həmin uşaqların onu döymək istədiklərini başa düşüb kənara çəkilmək istəmiş, bu vaxtı Fərid ona “mənə dəxli yoxdu sən bura kiminlə gəlmisən” dedikdən sonra Əli ilə Fərid bir-biri ilə söhbət etməyə başlamış, söhbət zamanı Əli Fəridə “bizim temamız qurtarıb, biz barışmışıq, aramızda qan-qaraçılıq olmaz” demiş, bu vaxtı Fərid “burada böyük mənəm” desə də Əli ona “mən sənin üçün “çujoy” deyiləm” demiş, bu sözü deyən zaman Fərid bıçaqla Əlinin sol ayağından vurmuş, bu vaxtı Nicat qaçıb oradan getmiş, Zərərçəkmiş şəxs bıçaqla vurulan kimi ona “Əli qaç” demiş, o da qaçıb oradan “Bravo” marketə tərəf getmişdir. Bundan sonra Fəridin Zərərçəkmiş şəxs 3 dəfə bıçaq zərbəsi vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu 304 saylı Tam Orta Məktəbin 9-cu sinfini bitirmiş, hazırda heç bir yerdə oxumur və işləmir. Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs tanıyır, onlarla ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs təxminən 2 il olar ki, tanıyır, digərlərini isə qısa müddətdə tanımışdır. 11 aprel 2022-ci il tarixdə axşam saat 21:00 radələrində Bakı şəhəri Təbriz küçəsində yerləşən “Buncker playstation”-da Zərərçəkmiş şəxs ilə birlikdə “playsatition” oynayarkən Zərərçəkmiş şəxs dostu Şahid1 yanlarına gəlmiş və Zərərçəkmiş şəxs Fikrət adlı oğlanla “Tik-Tok” sosial şəbəkəsində mübahisələrinin düşdüyünü, həmin şəxsin onu söhbət etmək üçün çağırdığını demiş, idman kompleksinin yanında görüşməyə razılaşmış və Zərərçəkmiş şəxsla Şahid1 onunla birlikdə idman kompleksinin qarşısına getmiş, ora gedən zaman Əli 2 nəfər yaxın tanışı ilə görüşmüş və onlara “bir nəfərlə söhbət etməyə gedirik, bizimlə gedək” deyə xahiş etmiş, həmin uşaqlardan birinin adının Ramin olduğunu bilsə də digərinin adını bilməmiş, idman kompleksinin qarşısına çatanda orada Fərid və yanında təxminən 15 nəfər 15-16 yaşlı uşaqların olduğunu görmüş, Raminlə yanında olan tanımadığı uşaq Fəridi orada görüb geri qayıtmış və Raminin əvvəl Fəridlə mübahisəsi düşdüyü üçün onunla yenidən görüşüb söhbət etmək istəmədiyini başa düşmüş, Fəridgilə yaxınlaşanda Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs əl verib görüşmüş, orada Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs yaşda hamıdan böyük olduğu üçün onlar bir-biri ilə söhbət etməyə başlamış, bu zaman atası mobil telefon nömrəsinə zəng edib harada olduğunu soruşmuş, bu vaxtı kənara çəkilib onunla dalaşan zaman hay-küy düşdüyünü görmüş və uşaqlar qaçmağa başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 3 dəfə bıçaq zərbəsi vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uşaqlıq vaxtından tanıyır, onlarla eyni məhlədə yaşamış, aralarında ədavət və düşmənçilik olmamış, 11 aprel 2022-ci il tarixdə axşam saat 22:00 radələrində Bakı şəhəri M.Əcəmi metrostansiyasının yaxınlığında olan zaman Zərərçəkmiş şəxs onu “Bunker playsationa” çağırmış, ora çatanda Zərərçəkmiş şəxs, Şahid2, Ramil Rəsulov və yanlarında olan tanımadığı təxminən 16 yaşlı oğlanın “Bunker playsation”dan çıxdığını görmüş, Zərərçəkmiş şəxs yanındakı tanımadığı oğlanı göstərib “bu oğlanı döymək istəyirlər, gedək görək onu kim döymək istəyir” demiş, oradan taksi ilə birlikdə idman kompleksinin qarşısına getmiş və Respublika Hərbi Prokurorluğunun yanında taksidən düşüb idman kompleksinə tərəf getmişlər. Həmin vaxtı tanımadığı oğlan Nicat və Zərərçəkmiş şəxs ilə qabaqda, təxminən 15 metr arxada isə onunla Ramil Rəsulov getmiş, idman kompleksinin qarşısına çatana az qalmış orada təxminən 15 nəfər uşağın olduğunu görüb Ramil Rəsulova “gəl geri qayıdaq, mənə problem lazım deyil” demiş, Ramil də Zərərçəkmiş şəxs “gəl qayıdaq onlar çoxdu” desə də Zərərçəkmiş şəxs ona “narahat olma, onlar dostumuzdur” demiş, buna baxmayaraq, onunla Ramil Rəsulov geri qayıtmış, təxminən 5 dəqiqə sonra Zərərçəkmiş şəxs Ramil zəng etsə də ona zəng çatmamış, bir az sonra tanımadığı oğlan Ramilin nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bışaqla vurduğunu demiş, bunu eşidib onlar Zərərçəkmiş şəxs dalınca X9 getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirmişdir ki, Şahid1 hadisədən təxminən 1 ay qabaq qiyabi olaraq sosial şəbəkə vasitəsi ilə tanımış, “İnstagram” sosial şəbəkəsində Şahid1 öz səhifəsində canlı görüntü yayan zaman izləyicilərdən kimsə ona söyüş yazmış, Şahid1 isə bütün izləyicilərin ünvanına söyüş söymüş, bundan sonra aralarında mübahisə yaranmış, onun mobil telefon nömrəsini “instagram”-dan götürmüş və Şahid1 mobil telefon nömrəsinə zəng etmiş, ona görüşüb mübahisəni aydınlaşdıracaqlarını danışmış, 11 aprel 2022-ci il tarixdə axşam saat 21:00 radələrində Şahid6 və Aslanla birlikdə olarkən Şahid1 zəng etmiş, onunla idman kompleksinin qarşısında görüşməyə razılaşmış, həmin vaxtı Şahid1 ona ora tək gələcəyini demiş, o isə yanında iki nəfər olduğunu bildirmiş, onlardan Mikayılı qiyabi olaraq tanımış, Aslanı isə tanımamışdır. Şahid1 görüşə tək gələcəyini desə də ona inanmamış, Aslan və Mikayılla birlikdə idman kompleksinin qarşısına getmiş, bir az sonra dostu Təqsirləndirilən şəxs də ora gəlmiş, Fərid ondan “bura niyə yığışmısız” soruşmuş, həmin ərazidə turnik və digər idman avadanlıqları olduğu üçün “məşq etməyə gəlmişik” demiş, bu vaxtı Şahid1 5 nəfərlə onlar tərəfə gəldiyini görmüş, bu vaxtı Zərərçəkmiş şəxs da onun yanında olmuş, həmin uşaqlardan ikisi Təqsirləndirilən şəxs yanlarında görüb geri qayıtmış, Şahid1, Zərərçəkmiş şəxs və sonradan tanıdığı Şahid2 onlara yaxınlaşmış, Mübahisənin nədən yarandığını aydınlaşdırmağa çalışmışdır. Söhbət etməyə başlamışlar. Daha sonra Fərid bıçaqla Zərərçəkmiş şəxs sol yan nahiyəsinə və ayaq nahiyəsinə 3 dəfə zərbə vurmuş, bu vaxtı Şahid1 söyüş söyə-söyə qaçmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, Şahid5 və Aslan Yusifovu tanıyır, Şahid1 isə “instagram” sosial şəbəkəsindən tanıyır, onlarla əvvəllər ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır. Hadisədən təxminən 2 gün qabaq tanımışdır. Hadisədən bir neçə gün əvvəl 164 nömrəli orta məktəbin yaxınlığında Fikrət Ramzanovla görüşüb söhbət edən zamanı Fikrət ona gecə Şahid1la “instagram” sosial şəbəkəsində mübahisəsinin yarandığını, Şahid1 canlı video görüntüdə olan zaman onun ünvanına söyüş söydüyünü, onun da Şahid1 ünvanına söyüş söydüyünü, onunla görüşüb mübahisəni aydınlaşdıracağını demiş və görüşəndə onun da gəlməsini istəmiş, o da “bu gün mən ad gününə gedəcəm, gələ bilməyəcəm” demiş. Daha sonra 11 aprel 2022-ci il tarixdə axşam saat 20:00 radələrində M.Qaşqay küçəsi ilə piyada keçərkən Fikrətlə rastlaşmış, Fikrətlə görüşüb söhbət edən zaman onlar idman kompleksinin yanında görüşməyi razılaşmış, həmin vaxtı Fikrət özü ilə birlikdə təxminən 7-8 nəfər uşaq toplamış, idman kompleksinin qarşısına çatanda Fikrət Təqsirləndirilən şəxs də zəng etmiş və onu da idman kompleksinin qarşısına çağırmış, bir az sonra Fərid də ora gəlmiş, beləliklə, Fikrət idman kompleksinin qarşısına təxminən 15 nəfər şəxs toplamış, bir az sonra Şahid1 yanında Zərərçəkmiş şəxs, Şahid2la biz tərəfə gəldiyini görmüş, onlar gəlib görüşmüş, söhbət etməyə başlamışlar, qəfil hay-küy düşmüşdür. Bu zaman Şahid1 üzü “Bravo” market istiqamətində qaçmış, o isə Fikrət və digər uşaqlarla onun dalınca qaçmışlar. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bışaqla vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirmişdir ki, təxminən 5 il olar ki, “Roseville” yaşayış komplekində mühafizəçi işləyir, əsas fəaliyyəti yaşayış kompleksinin mühafizəsini təmin etmək, kompleksə giriş-çıxışı yoxlamaqdır. 11 aprel 2022ci il tarixdə saat 19:00-dan kompleksin giriş qapısında növbə xidməti aparmış, axşam təxminən saat 21:00 radələrində kompleksin giriş qapısında olan zaman bir nəfər təxminən 16 yaşında olan arıq bədənli, uşaq gəlib giriş qapısının qarşısında dayanmış avtomobilin arxasına keçib gizləndiyini görmüş, ona kənarda dayanmasını dedikdə o, “əmi məni uşaqlar döymək istəyir, ona görə burada gizlənmişəm” demiş, oda yaxınlıqda polis olduğunu, onlara deməsini bildirmiş, bu vaxtı təxminən 15-16 yaşlı uşaqlar həmin uşağn üzərinə gəlmiş və onu döymək istədiklərini görmüş, onların qarşısını kəsməyə çalışmış, vaxtı küçədən keçən tanımadığı 2-3 şəxs də onlara müdaxilə etməkdə ona kömək etmiş və onları həmin uşaqdan ayırmağa çalışmış, bu vaxtı bir nəfər qışqıraraq “polis çağıracam” demiş, bundan sonra həmin uşaqlar qaçıb oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs görmədiyini və tanımdaığını qeyd etmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bışaqla vurması ilə bağlı məlumatı olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, o tutulana qədər eyni ünvanda yaşamış, 2002-ci ildə doğulmuş ondan başqa bir qızı var, əri X7 təxminən 8 ildir ki, Rusiya Federasiyası Kazan şəhərində işlədiyi üçün orada yaşayır. SOCAR “AzFen” şirkətində xadimə işlədiyi üçün səhər saat 6-da evdən çıxıb axşam 18-də evə gedir, gün ərzində evdə olmadığı üçün oğlu Təqsirləndirilən şəxs də buna görə nəzarətsiz qalır və ona nəzarət edə bilmir. O, əvvəl Bakı şəhəri 151 nömrəli Tam Orta məktəbində oxuyub və 9-cu sinifdən məkdəbdən çıxmış, 11 aprel 2022-ci il tarixdə axşam saat 22:00 radələrində qaynı X8 evə gələrək Fəridin kimisə bıçaqla vurduğunu demiş, bunu eşidib şəxsi istifadəsində olan mobil telefon nömrəsindən Fəridin istifadə etdiyi telefon nömrəsinə zəng etmiş və ona acıqlanıb nə üçün kimisə bıçaqla vurduğunu demiş, o da həmin şəxsin onu öldürmək istədiyini, buna görə onu bıçaqla vurduğunu demiş, həmin vaxtı Fərid ona Biləcəri qəsəbəsində yaşayan xalasıgilə getmək istədiyini demiş, o isə Fəridə xalasıgilə getməməyi, evə gəlməyi demiş, lakin o, həmin gün evə gəlməmiş, gedib hardasa gecələmiş, həmin gün gecə polislər evə gəlib onu axtarmağa başlamış, buna görə də səhəri günü onu evə çağırıb birlikdə polisə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, Təqsirləndirilən şəxs də tanıyır, Fəridlə Əli əvvəllər dost olmuş, baş vermiş hadisədən təxminən 1 ay qabaq Fəridlə Əlinin arasında münaqişə yarandığını eşitmiş, bunu eşidib Fəridin əmisi Elvinlə görüşmüş və Fəridlə Əlini bir-biri ilə barışdırmış, 11 aprel 2022-ci il tarixdə axşam saat 22:00 radələrində yaşadığı Bakı şəhəri, Nərimanov rayaonu, Əliəşrəf Əlizadə küçəsi, ev 3, mənzil 14-də olan zaman Əli kiminsə mobil telefon nömrəsindən ona zəng edərək bıçaqlandığını bildirmiş, ondan harada olduğunu soruşduqda “50 qəpik” restoranının qarşısında olduğunu demiş, təcili ora getmiş və oradan Əlini X9 aparmış, xəstəxanaya gedərkən Əli bədəninə dəmir batdığını desə də sonradan onu Təqsirləndirilən şəxs bıçaqla vurması məlum olmuşdur. Fəridlə barışdıqlarını ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi, Şahid4 ifadəsi ilə eyni məzmunlu olmuşdur. Məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, HK-1 N-1028 nömrəli raportdan görünür ki, həmin tarixdə saat 23:00 radələrində Məmmədov X3 rayonu, C.Hacıbəyli küçəsi 26 ünvanında döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məkəmə-Tibbi Ekspertiza və X4 X10 xx.xx.2022-ci il tarixli, 445 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yarısının arxa səthinin arxa qoltuqaltı xətt üzrə V-Vİ qabırğalar nahiyəsinin, döş boşluğuna nüfuz etməyən 01 ədəd sol bazunun yuxarı üçdə birinin arxa səthinin (1 ədəd), sol budun aşağı üçdə birinin bayır səthinin (01 ədəd) (cəmi 03 ədəd), deşilmiş kəsilmiş yaraları-deşici kəsici alətin təsirindən törənmişdir. Qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə yəni bıçağın tiyəsinin iti ucunun təsirindən əmələ gələ bilər, ayrı-ayrılıqda və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məkəmə-Tibbi Ekspertiza və X4 X10 xx.xx.2022-ci il tarixli, 240/2022 MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvarın sol arxa səthində bir ədəd, köynəyin arxa sol nahiyəsində və sol qolunun arxa səthində iki ədəd dəlib-keçən zədələ vardır. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələr ilə ekspertimental zədələr qrup əlamətlər üzrə müqayisəli müayinənin təhlilinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs məxsus köynəkdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş bıçaq zavad üsuli ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məkəmə-Tibbi Ekspertiza və X4 X10 xx.xx.2022-ci il tarixli, 292/2022 MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu O/İ/-dir. Zərərçəkmiş şəxs məxsus sviter, şalvar üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alnmışdır. Bu qan ləkələri AB0 sistemi üzrə O alfa beta /İ/ qruplu şəxsə, yəni Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmədə tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 26 ünvanında yerləşən Azərbaycan X13 Universitetinin idman kompleksinin qarşısıdır. İdman kompleksi iki mərtəbəli olmaqla, hündür mərtəbəli binaların əhatəsində yerləşir. İdman kompleksinin qarşısında bir mərtəbəli tikili yerləşir. İdman kompleksi ilə birmərtəbəli tikilinin arasında meydança vardır. Həmin meydançada asfalt örtükdən ibarət olmaqla idman alətləri və ağaclar vardır. İdman kompleksinin sol tərəfində hündür mərtəbəli bina, sağ tərəfində isə avtomagistral yol olduğu müəyyən edilmişdir. Baxış qaranlıq havada və süni işıqlandırma şəraitində aparılmışdır. Hadisə yerinə baxış keçirilməsi haqqında protokola foto şəkillər də əlavə edilmişdir. Məhkəmədə tədqiq edilmiş “Götürmə aparılması haqqında” 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən üzərində “Dioqnostika” yazısı olan avtotəmir sexində yerdə olan 01 ədəd göy və ağ rənglərdən ibarət idman çantası götürülmüşdür. İdman sumkasının içərisində Təqsirləndirilən şəxs məxsus olan geyim paltarları və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd qəhvəyi qulplu mətbəx bıçağı olduğu müəyyən edildi və polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə protokollar, məhkəmə tibi ekspertizasının xx.xx.2022-cı il tarixli, 311/MEŞ saylı rəyi, kompleks-məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 240-MTKŞ/ saylı rəyi, kompleks-məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 292/2022-MTBŞ saylı rəyi və digər istintaq sənədləri, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli müşayiət məktubları ilə göndərilmiş 02 ədəd disk iş cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş “Maddi sübut kimi tanınma” haqqında 18 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət törədilməsində istifadə etdiyi mətbəx bıçağı və Zərərçəkmiş şəxs Bahadır oğlunun zamanı əynində olmuş sviter və şalvar maddi sübut kimi tanınmış, cinayət prosesinin iştirakçıları tanış olduqdan sonra məhsul saxlanış üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə tədqiq edilmiş Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-432/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Məhkəmədə tədqiq edilmiş həmçinin Azərbayca Respublikası Bakı şəhər Nəsimi rayon MKTB-nin 16 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən təqdim edilmiş xasiyyətnamdən görünür ki, Əliyev X5 rayon, M.Qaşqay küçəsi 34 saylı evin 8 nömrəli mənzildə qeydiyyatdadır və həmin ünvanda yaşadığı müddət ərzində özünü nümunəvi aparmış, qonşularının rəğbətini qazanmışdır. Məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli notariat qaydasında təsqid edilmiş ərizənin surətindən aydın olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən əməlinin qismən etiraf etməsinə, ifadəsində zərərçəkmiş şəxsə xəsarət yetirdiyini, lakin xuliqanlıq niyyətinin olmadığını qeyd etməsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, ibtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş üzrə zəruri sayılan digər protokollar və ekspertiza rəylərindəndə aydın olur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində axşam saat 22:00 radələrində ictimai yer hesab olunan X6 və Sənaye Universitetinin idman kompleksinin qarşısında, heç bir əsas olmadan zərərçəkmiş Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələri, əxlaq normalarını, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsuli ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağından silah qismində istifadə etməklə sonuncuya sağlamlığının qısa müddətdə poulmasına səbəb olan xəsarətlər yetirmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikas Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh olunmasına dair” 20 may 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tətbiq etməklə” müddəsası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həya və sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf etməsini, gənc olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Beləliklə Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 59.1.1-ci, 59.1.10-cu, 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs əməlindən səmimi peşiman olmasını, könüllü gəlib təqsirini boynuna almasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunacağına inanaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini və təyin olunacaq cəzanın müəyyən hissəsinin şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci və 346.1.20-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərti məhkum edilmiş şəxsə Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və maddi ziyan, ekspertiza xərci yoxdur. İş üzrə maddi sübut qismində tanınaraq Nərimanov Rayon Polis İdarəsinin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs cinayət törədilməsində istifadə etdiyi mətbəx bıçağı və Zərərçəkmiş şəxs Bahadır oğlunun hadisə zamanı əynində olmuş sviter və şalvar məhv edilməli, "xxxx" MMC-dən və "xxxx" MMC-dən telefon danışıqlarının aparılmasına dair əldə edilmiş 02 ədəd disk cinayət işində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 12 aprel 2022-ci il tarixdən hökm çıxarıldığı günədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 06 (altı) gün müddəti cəza müddətinə hesablanıb çıxılaraq Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 2 (iki) il 04 (dörd) ay 25 (iyirmi beş) gün müddətdə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə rayon (şəhər) İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Nərimanov RPİ-də saxlanılan Təqsirləndirilən şəxs cinayət törədilməsində istifadə etdiyi mətbəx bıçağı və Zərərçəkmiş şəxs Bahadır oğlunun hadisə zamanı əynində olmuş sviter və şalvar məhv edilsin. "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış telefon danışıqlarının aparılmasına dair 02 ədəd CD disk cinayət işinə əlavə edilərək saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmdən elan edildiyi (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar