Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-45/2021 01.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 oğlunun və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, 04.04 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Gürcüstan Dövlət Universitetinin 2-ci kurs tələbəsi, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu M.Arif küçəsi ev 27, mənzil 81-də qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun xx xxxx 2000-ci ildə Biləsuvar rayonu Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu Əliabad kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1999-cu ildə Bakı şəhərində anadan olımış, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 oğlu xx xxxxxx 2019-cu il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi 64-də X5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə sonuncunun Zərərçəkmiş şəxs 50 manat məbləğində borc pulun ödənilməməsi ilə bağlı yaranmış şəxsi münasibətlər zəminində mübahisə yaratdıqdan sonra o, bir qrup şəxs halında küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək, kənar şəxslərin gözü önündə Təqsirləndirilən şəxs2, Nurlan Məmmədov, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, onu söyüb təhqir edərək, əlbəyaxa olaraq yerə yıxmış, bundan sonra o, qəsdən yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək, onun 1-2 bel fəqərələrinin yan çıxıntılarının qapalı sınığı, sağ bazu oynağının yarımçıxığı, bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aid, qrupun digər üzvüləri ilə birlikdə o, xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs sol göz nahiyəsinə yumruq zərbələri vuraraq onun sol üst göz qapağının əzilmiş-cırılmış yarası sağlamlığın-qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, hər iki gözaltının qançırları, üst dodağın sol yarısının iç selikli qişasının qansızması, sol qulaq seyvanının sıyrığı dərəcələri təyin edilməyən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 oğlu ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən altı ay hadisədən əvvəl Çingiz adlı tanışından 150 manat borc pul almışdır. O, Çingizin həmin məbləği Bünyamin adlı şəxsdən aldığını bilmişdir. Bir müddət keçdikdən sonra Çingiz ona Polşa Respublikasına gedəcəyini və həmin 150 manat pulu Bünyaminə çatdırmağını xahiş etmişdir. Aradan bir-iki gün keçmiş Bünyamin ona zəng edərək həmin məbləğin ona çatacağını demişdir. Bünyaminin ona göndərdiyi hesab nömrəsinə o, 100 manat pul köçürmüşdür. O, Bünyamindən 2-3 gün səbr etməsini və o, yerdə qalan 50 manat pulu ona göndərəcəyini xahiş etmişdir. Sonra o, Bünyaminin telefon nömrəsini dostluq etdiyi Nurxan adlı oğlana vermişdir. Bünyaminlə danışıb onu başa salmağını, qalan 50 manat pulu da qaytaracağını söyləmişdir. Nurxan da, onun xahişini yerinə yetirərək Bünyaminə zəng edərək bu barədə danışdığı zaman Bünyamin onun haqqında nalayiq ifadər işlədərək arxasınca danışmışdır. Nurxan Bünyaminin onun barəsində nalayiq ifadələr işlətdiyini ona xəbər verdikdən sonra o, bundan bərk qəzəblənmişdir. xx xxxxxx 2019-cu il tarixdə Bünyamin Nurxanın istifadəsində olan mobil telefona zəng etmişdir. Nurxan ona, 50 manat pulun onda olduğunu, hara deyirsə ora gətirməsini bildirmişdir. Binyamin isə ona axşam saat 19:30 radələrində Nərimanov parkına gələcəyini demişdir. Nurxan, Bünyaminin onu görmək istədiyini söyləmişdir. Həmin vaxt o, Nurxanla Montin qəsəbəsində “Qədim Bakı” çay evinin qabağında olmuşdur. Onlar ikisi də Nərimanov parkına tərəf gəldiyi vaxt “Araz” marketin qabağında Ümid və Nurlanla rastlaşmışlar. Onlara, Bünyamin adlı oğlanın onun ünvanına nalayiq söyüşlər söyüb, indi də danışmaq üçün parka çağırmasını demişdir. Onlar dördü də, Bünyaminlə razılaşdığı parka gəlmişlər. Aradan yarım saat keçmiş Bünyamin, Çingiz yanlarında tanımadığı beş nəfər oğlan gəlib çıxmışlar. Bünyamin parkda adam çox olduğunu söləyərək kənara çəkilmələrini bildirmişdir. Onlar parkın içərisindən keçib evlərin arasında olan avtomobil yolunun səkisində dayanıb söhbət etməyə başlamışlar. O, Bünyaminlə üzbəüz dayanaraq nə üçün onun ünvanına nalayiq sözlər işlətdiyini soruşmuşdur. Bünyamin onlara, yaxşı etmiş və o, həmin sözlərə layiqdir cavabını vermişdir. Bundan sonra, o və uşaqlar onu söyüb təhqir etmişlər. Bünyamin əlini belinə atdıqda o, hiss etmişdir ki, belindən bıçaq çıxarmaq istəyir. Ona görə də, yumruqla Bünyaminin qaş nayiyyəsindən bir zərbə vurmuş, Binyamin yerə yıxılmış və belindən şalvarının arxa kəmər yerindən çıxarmaq istədiyi bıçaq yerə düşmüşdür. Bünyamin yerə yıxılanda sonradan ora gəlmiş Çingiz və tanımadığı beş nəfər oğlan qaçıb getmişlər. Onunla gələn Nurlan, Nurxan və Ümid ilə birlikdə Bünyamin yerdə uzanıqlı vəziyyətdə olduğu zaman onu döyməyə başlamışlar. O, və Nurxan hərəsi Bünyaminin bel, bazu nahiyələrinə və sifət hissəsinə bir neçə dəfə ardıcıl təpik və yumruq zərbələri vurmuşlar. Ümid və Nurlan Bünyaminin göz, baş, sifət, qulaq, kürək və ayaq nahiyələrinə ardıcıl zərbələr vururmuşlar. Dava təxminən 10 dəqiqə ərzində davam etmişdir. Bünyamin ayağa duranda ora “Yeep” avtomobilində təqribən 25-30-yaşlarında şəxs gələrək Bünyaminin üzərindən yerə düşən bıçağı yerdən götürərək və Bünyaminə bir neçə sillə də vuraraq çıxıb getmişdir. Həmin şəxs bıçağı özü ilə götürərək hadisə yerinin yaxınlığındakı həyətə girmişdir. Hadisə vaxtı həmin yerin ətrafında çoxlu sayda tanımadığı adamlar olmuşlar. Onlar dava dalaşa müdaxilə etməmişlər, ancaq tamaşa etmişlər. Bünyaminlə gələn tanımadığı beş nəfər şəxs və davanın senunda hadisə yerinə gəlmiş Çingiz onlara qarşı hər hansı bir qanunsuz hərəkələ yol verməmişlər. Sonda təqsirləndirilən Təqsirləndirilən şəxs2 oğlu törətdiyi əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs vurulmuş ziyanın tam ödənildiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ziyad, Nurlan və Ümüd ilə dost olmuş və onları xeyli vaxtdır ki, tanımış, aralarında normal münasibətləri olmuşdur. O, hadisə baş verməmişdən bir neçə ay əvvəl Ziyadın Çingiz adlı tanışından 150 manat borc pul almasını bilmişdir. X9 həmin məbləği Bünyamin adlı şəxsdən almasını və borcu ona vermək lazım olduğu məlum olmuşdur. Bir müddət keçdikdən sonra Çingiz Ziyada zəng etmiş, Polşa Respublikasına gedəcəyini və həmin 150 manat pulu Bünyaminə çatdırmağını xahiş etmişdir. Ziyad Bünyaminin göndərdiyi hesab nömrəsinə 100 manat pul köçürmüşdür. Ziyad Bünyamindən xahiş etmişdir ki, bir neçə gün səbr etsin, yerdə qalan 50 manat pulu ona göndərəcəkdir. X10 telefon nömrəsini ona vermiş, Bünyaminlə danışıb onu başa salsın ki, qalan 50 manat pulu da Ziyad qaytaracaqdır. O, da Ziyadın xahişini yerinə yetirərək Bünyaminə zəng edərək bu barədə ona söyləmişdir. Telefonla danışdığı zaman Bünyamin Ziyad haqqında nalayiq ifadələr işlətmişdir. O, da Ziyada Bünyaminin onun barəsində nalayiq ifadələr işlətdiyini xəbər vermişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Bünyamin ona mobil telefonla zəng etmiş, bu zaman Ziyad yanında olmuşdur. O, telefonu Ziyada vermişdir. Ziyad Bünyaminə, 50 manat pulun onda olmasını, hara deyirsə ora gətirməsini söyləmişdir. Bünyamin isə ona axşam saat 19 radələrində Nərimanov parkına gələcəyini söyləmişdir. Onlar metronun yaxınlığında yerləşən parka gələrkən Nurlan və Ümidlə rastlaşmışlar. Ziyad onlara, Bünyamin onun ünvanına nalayiq söyüşlər söyüb, indi də danışmaq üçün parka çağırmasını demişdir. Dördü də birlikdə Bünyaminlə görüşərək Bünyaminlə razılaşdığı kimi həmin gün saat 19 radələrində metronun qarşısında olan parka gəlmişlər. Aradan yarım saat keçmiş Bünyamin və tanımadığı beş nəfər oğlan gəlib çıxmışlar. Bünyamin parkda adam çox olduğunu söyləyərək kənara çəkilmələrini bildirmişdir. Onlar parkın içərisindən keçib evlərin arasında olan avtomobil yolunun səkisində dayanıb söhbət etməyə başlamışlar. Ziyad Bünyaminlə üzbəüz dayanaraq nə üçün onun ünvanına nalayiq sözlər işlətdiyini soruşmuşdur. Bünyamin, yaxşı etdiyini və onun həmin sözlərə layiq olduğunu demişdir. Bünyamin əlini belinə atdıqda Ziyad yumruqla onun qaş nayiyyəsindən bir zərbə vurmuş, Bünyamin aldığı zərbədən yerə yıxılmış və belindən şalvarının arxa kəmər yerindən çıxarmaq istədiyi bıçaq isə yerə düşmüşdür. Bünyamin yerə yıxılanda onunla gəlmiş və ondan aralıda dayanıb tamaşa edən tanımadığı beş nəfər oğlan qaçıb getmişlər. Sonra isə o, Ziyad ilə birlikdə Bünyamin yerdə uzanıqlı vəziyyətdə olduğu zaman hərəsi onun belinə, sağ bazu nahiyəsinə təpiklə ardıcıl olaraq bir neçə zərbə vurmuşlar, sifət və baş nahiyəsinə isə yumruq zərbələri vurmuşlar. Nurlan və Ümid isə onun kürək, ayaq, sifət və baş nahiyələrinə yumruq və təpiklə ardıcıl olaraq bir neçə zərbələr vururmuşlar. Bünyamin ayağa duranda ora “Yeep” avtomobilində təqribən 25-30-yaşlarında şəxs gələrək Bünyaminin əlindən düşmüş bıçağı götürmüşdür. Həmin şəxs polisə zəng edəcəyini bildirdiyi üçün onlar oradan uzaqlaşmışlar. Sonda təqsirləndirilən Təqsirləndirilən şəxs1 törətdiyi əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs vurulmuş ziyanın tam ödənildiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 127.2.3 və 221.2.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən bir neçə ay əvvəl Ziyad Çingiz adlı tanışından 150 manat borc pul almışdır. X9 demişdir ki, həmin məbləği Bünyamin adlı şəxsdən almışdır və borcu ona vermək lazımdır. Bir müddət keçdikdən sonra Çingiz Ziyada zəng edərək Polşa Respublikasına gedəcəyini və həmin 150 manat pulu Bünyaminə çatdırmağını xahiş etmişdir. Ziyad Bünyaminin göndərdiyi hesab nömrəsinə 100 manat pul köçürmüşdür. Ziyad Bünyamindən xahiş etmişdir ki, bir neçə gün səbr etsin yerdə qalan 50 manat pulu ona göndərəcəkdir. X10 telefon nömrəsini dostluq etdiyi Nurxan adlı oğlana verib xahiş etmişdir ki, Bünyaminlə danışıb onu başa salsın ki, qalan 50 manat pulu da qaytaracaqdır. Nurxan da Ziyadın xahişini yerinə yetirərək Bünyaminə zəng edərək hu barədə danışdığı zaman Bünyamin Ziyad haqqında nalayiq ifadələr işlətmişdir. X2 barəsində nalayiq ifadələr işlətdiyini ona xəbər vermişdir. xx xxxxxx 2019-cu il tarixdə Bünyamin Nurxanm istifadəsində olan mobil telefona zəng etmişdir. Nurxan ona demişdir ki, 50 manat pul ondadır, hara deyirsə ora gətirsin. Bünyamin isə bildirmişdir axşam saat 19:30 radələrində Nərimanov parkına gələcəkdir. Nurxan Ziyada söyləmişdir ki, Bünyamin onu görmək istəmişdir. Hadisə günü Nərimanov qəsəbəsində “Araz” marketin qabağında Nurlanla bir yerdə olduqları zaman Ziyad və Nurxanla rastlaşmışdır. Ziyad onlara Bünyaminin onun ünvanına nalayiq söyüşlər söyüb, indi də danışmaq üçün parka çağırmasını demişdir. Qərara gəlmişlər ki, dördü də birlikdə Bünyaminlə görüşsünlər. O, da həmin vaxt Bünyaminə zəng edib parka gələcəyini söyləmişdir. Bünyaminlə razılaşdığı kimi metronun qarşısında olan parka gəlmişlər. Bünyamin parkda adam çox olduğunu söyləyərək kənara çəkilməyini bildirmişdir. Onlar parkın içərisindən keçib evlərin arasında olan avtomobil yolunun səkisində dayanıb söhbət etməyə başlamışlar. Ziyad Bünyaminlə üzbəüz dayanaraq nə üçün onun ünvanına nalayiq sözlər işlətdiyini soruşmuşdur. Bünyamin, yaxşı etdiyini və o, həmin sözlərə layiq olmasını söyləmişdir. Bünyamin əlini belinə atdıqda Ziyad yumruqla onun qaş nayiyyəsindən bir zərbə vurmuşdur. Bünyamin yerə yıxılmışdır və belindən şalvarının arxa kəmər yerindən çıxarmaq istədiyi bıçaq yerə düşmüşdür. Bünyamin yerə yıxılanda onunla gəlmiş Çingiz və tanımadığı beş nəfər oğlan qaçıb getmişlər. Sonra isə o, Nurlan və Nurxan Bünyamin yerdə uzanıqlı vəziyyətdə olduğu zaman onun bel və bazu nahiyəsinə ardıcıl olaraq bir neçə təpik vurmuşlar. O və Nurlan Bünyaminin sol göz nahiyəsinə, digər gözünün alt hissəsinə, ağız nahiyəsinə, sol qulaq nahiyəsinə yumruqla və təpiklə zərbə edirmişlər. Bünyamin ayağa duranda ora “Yeep” avtomobilində təqribən 25-30 yaşlarında şəxs gələrək Bünyaminin əlindən düşmüş bıçağı götürmüşdür. Həmin şəxs polisə zəng edəcəyini bildirdiyi üçün onlar oradan uzaqlaşmışlar. Hadisənin sonunda ora gəlmiş Çingiz və ətrafda durub tamaşa edən 5-6 nəfər şəxs isə davaya müdaxilə etməmişlər və çıxıb getmişlər. Dava-dalaş təxminən 10 dəqiqə çəkmişdir. Sonda təqsirləndirilən Təqsirləndirilən şəxs3 törətdiyi əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs vurulmuş ziyanın tam ödənildiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisədən təxminən 6 ay əvvəl tanışı Çingizə 150 manat məbləğində pul borc vermişdir. Bundan sonra Çingiz ona həmin məbləğdə pulu Ziyad adlı tanışına borc verdiyini və 150 manat pulu ona Ziyadın qaytaracağını demişdir. Ziyadla söhbət edən zaman Ziyad ona pulu uzağı on günə qaytaracağına söz versə də, qaytarmamışdır. Belə ki, bir müddət Ziyad onu müxtəlif bəhanələrlə aldadıb borcu verməmiş, Nurxan adlı şəxsin əlaqə nömrəsini ona vermiş, onunla əlaqə saxlamağını bildirmişdir. Nurxan adlı şəxs ona zəng edərək, həmin 150 manat pulu Ziyadın əvəzinə o, ödəyəcəyini söyləmişdir. Bir müddət sonra çətinliklə də olsa Nurxan 100 manat pulu onun kartına ödəmişdir. 50 manat borc pula gərə də bir aya yaxın hər dəfə əlaqə saxladıqda, onu adatmış, “bu gün, sabah verərəm” deyə yalan vəd vermişdir. xx.xx.2019-cu il tarixdə o, yenə də Nurxana zəng edib 50 manat pulu verməsini xahiş etmişdir. Nurxan ona, bu gün, yəni xx xxxxxx 2019-cu il tarixdə ödəyəcəyini demişdir. Nurxan onu pulu ödəmək üçün həmin gün saat 18 radələrində metronun Nərimanov stansiyasının yaxınlığında yerləşən parka dəvət etmişdir. Bundan başqa, həmin gün ona tanımadığı şəxs də zəng edərək onunla söhbət etmək üçün parka gələcəyini söyləmişdir. O, Nurxanla razılaşdığı kimi həmin gün saat təxminən 18:30 radələrində Nərimanov metrosunun yaxınlığına gəlmişdir. Lakin Nurxan dediyi vaxtda ora gəlməmişdir. Bu zaman ona 4 nəfər, sonradan adlarını bildiyi Ümid, Nurlan, Nurxan və tanıdığı Ziyad yaxınlaşmış və onu Nərimanov parkının içərisinə tərəf aparmışlar. O, da onlarla birlikdə parka daxil olmuşdur. Ziyad onunla mübahisə edərək onunla münaqişə yaratmış və bu zaman arxa tərəfində dayanmış oğlanlardan biri sonradan adını bildiyi Nurxan onun belinə təpiklə güclü zərbə vurmuş, qarşısında duran və onunla münaqişə yaradan Ziyad onu dartıb yerə yıxmışdır. Onlar onu nalayiq sözlərlə söyüb təhqir etmişlər. Bu zaman həmin şəxslər onu yumruq və təpik zərbələri ilə vurub döyərək xəsarətlər yetirmişlər. Həmin şəxslər onu döyərək yerə yıxmışlar və yıxılmış vəziyyətdə Ziyad və Nurxan ardıcıl təpik zərbələri ilə onun sağ bazu və bel nahiyyələrinə zərbələr vurmuşlar, Nurlan və Ümid isə yumruqla sifətindən, baş nahiyyəsindən, təpiklə isə ayağından, kürəyindən vurmuşlar. Yoldan keçən tanımadığı şəxslər onların onu vəhşicəsinə döyməklərini görsələr də, heç kim davaya müdaxilə etməmişdir. Bundan sonra həmin şəxslər onu yerdə uzanıqlı vəziyyətdə qoyub qaçıb getmişlər. O, ayağa durub Nərimanov RPİ-nin inzibati binasına tərəf gəlmiş, polis əməkdaşları onu dinləmiş, yaralı olduğunu görüb Nərimanov RPİ-nin 18-ci polis şöbəsi ilə əlaqə yaratmışlar. Polis bölməsindən əməkdaşlar gəlib onu şöbəyə aparıb ərizə və izahat almışlar. Həmin şəxslərin xuliqanlıq hərəkətləri 10 dəqiqəyə yaxın davam etmişdir. Onu da qeyd etmək istəyir ki, Şahid hadisə yerində olmamış və o, hadisə yerinə tək gəlmişdir. Hadisədən sonra Çingizə zəng etmiş, döyüldüyü barədə ona xəbər etmiş və ona Nərimanov rayon polis idarəsinə getdiyini bildirmiş və bir az keçmiş, Çingiz polis idarəsinin qarşısına gəlmiş və onlar orada görüşmüşlər. Onda ümumiyyətlə bıçaq olmamışdır, kimsə CİP avtomobilində hadisə yerinə gəlib, bıçağı götürməmiş, ona sillə vurmamış və onu aparmamışdır. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışdığını, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini və onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Şahid məhkəmənin dəftərxanasına ərizə təqdim edərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Polşa Respublikasında işlədiyi və təhsil aldığına görə, ölkə sərhədlərini tərk edəcəyindən məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin İİ cildinin 76-77-ci vərəqələrində olan Şahid istintaq orqanına verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun köhnə iş yoldaşı olmuşdur. 2019-cu ilin iyun ayının ortalarında o, Bünyamindən 150 manat borc pul almışdır. Həmin məbləği o, Ziyad adlı şəxsə borc vermişdir. 2019-cu ilin oktyabr ayında o, Polşa Respublikasına işləməyə getməyi ilə əlaqədar olaraq Bünyaminə həmin pulu Ziyad adlı oğlanın ona ödəyəcəyini demişdir. O, Bünyaminin mobil telefon nömrəsini Ziyada vermişdir. Ziyad da Bünyaminə zəng edərək borcunu ona ödəyəcəyini söyləmişdir. O, 2019-cu ilin noyabr ayında Polşa Respublikasından Bakıya qayıtdıqdan sonra Bünyaminlə əlaqə saxlamış, Ziyad ona 100 manat ödəmiş və 50 manat borcu qaldığını bilmişdir. Daha sonra o, Ziyadın 50 manat pulu Bünyaminə verib-verməməsi ilə maraqlanmamışdır. xx xxxxxx 2019-cu il tarixdə axşam Bünyamin onun mobil telefonuna zəng edərək Ziyaddan 50 manat pulu istəyərkən Ziyad və dostları tərəfindən Nərimanov parkının yaxınlığında döyüldüyünü və hal-hazırda Nərimanov rayon polis idarəsində olduğunu bildirmişdir. O, dərhal Nərimanov rayon polis idarəsinə gəlmiş və orada Bünyaminin döyülmüş vəziyyətdə olduğunu görmüşdür. Sonra 18-ci polis şöbəsinin əməkdaşları Nərimanov PRİ-nə gələrək Bünyamini götürüb polis şöbəsinə apararaq ərizə və izahat almışlar. Bünyaminin kimlər tərəfindən döyüldüyü ona məlum olmamışdır. O, yalnız Ziyad adlı oğlanı tanımışdır. Bildirmək istəyir ki, polisə gəldikdə ona məlum olmuşdur ki, Ziyad özü ilə əlavə 3 nəfər tanımadığı dostları ilə birlikdə Nərimanov parkında Bünyamini döymüşlər və ona xəsarət yetirmişlər. O, hadisə yerində olmadığını qeyd etmişdir. Cinayət işinin İ cildinin 20-21-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı X3 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Zərərçəkmiş şəxs müraciəti əsasında onun və hal şahidlərinin iştirakları ilə Bakı şəhəri, Nərimanov yonu, Ə.Orucəliyev 64 ünvanına baxış keçirlmişdir. Baxış zamanı müəyyən olundu: Qeyd olunan ərazi elektrik transformatorunun yanındadır. Onun yanında hündürmərtəbəli yaşayış binasının tikinti sahəsidir. Onun qarşısında beş mərtəbəli yaşayış binası vardır. Vətəndaş Zərərçəkmiş şəxs transformatorun yanında hadisənin baş verdiyini bildirdi. Baxış gündüz vaxtı keçirildi və baxış zamanı “02” ədəd fotoşəkil çəkildi. Cinayət işinin İ cildinin 25-26-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X1 09 nömrəli, xx.xx.2020-ci il tarixli (canlı şəxsin ekspertizası) rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- 1-2 bel fəqərələrinin yan çıxıntılarının qapalı sınığı, sağ bazu oynağının yarımçıxığı, sol üst göz qapağının əzilmiş-cırılmış yarası, hər iki gözaltının qançırları, üst dodağın sol yarsının iç selikli qişasının qansızması, sol qulaq seyvannın sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir, dərəcələrinə görə 1-2 bel fəqərələrinin yan çıxıntılarının qapalı sınığı, sağ bazu oynağının yarımçıxığı, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, üst göz qapağının əzilmiş-cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, hər iki gözaltının qançırları, üst dodağın sol yarısının iç selikli qişasının qansızması, sol qulaq seyvanının sıyrığı isə ümumilikdə və ayrı ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin İ cildinin 64-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 69-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 125-ci vərəqində olan Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Əliabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İ cildinin 180-181-ci vərəqələrində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu xx xxxx 2020-ci il tarixdə saat 13:20 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 204-cü vərəqində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 245-ci vərəqində olan Bakı şəhəri Nərimanov rayon MKTB-nin 38 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İ cildinin 246-247-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi və MYS-dən azad edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair baş müstəntiq Mehman Ələsgərovun vəsatətinin təmin edilməsindən imtina edilməsi və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 248-249-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 7-8-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi və MYS-dən azad edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair baş müstəntiq Mehman Ələsgərovun vəsatətinin təmin edilməsindən imtina edilməsi və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 9-10-cu vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 38-ci vərəqində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxx 2020-ci il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cildinin 61-62-ci vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməsindən imtina edilməsi və MYS-dən azad edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair baş müstəntiq Mehman Ələsgərovun vəsatətinin təmin edilməsindən imtina edilməsi və onun saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 63-64-cü vərəqələrində olan “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 78-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 79-cu vərəqində olan Bakı şəhəri Nərimanov rayon MKTB-nin 38 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi zərər ödənilmişdir və bununla bağlı heç bir iddiası və tələbi olmayacaqdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışmışdır, onlara qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 582 nömrəli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. Məhkəməyə təqdim edilmiş və əsli digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs3 məxsus SX seriyalı, ******* nömrəli “Hərbi Bilet”in surətindən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2020-ci il tarixdə, N nömrəli hərbi hissənin kəşfiyyatçısı kimi Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. (Hərbi hissənin siyahısına daxil olma tarixi xx.xx.2020-ci il; Hərbi hissənin siyahısından çıxarılma tarixi xx.xx.2021-ci il). Məhkəmə, təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər və xuliqanlıq niyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma kimi hərəkətlər törətmələri məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, xx.xx.2020-ci il tarixdə, N nömrəli hərbi hissənin kəşfiyyatçısı kimi Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər birinin baş vermiş cinayətdə rolunu nəzərə alaraq hesab edir ki, onların hər birinə təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onların özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 oğlunun cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 oğluna cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğluna, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə müvafiq olaraq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 məhkəmədə iştirak etdikləri (hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda) 48 (qırx səkkiz) iş saatına görə cəmi 864 (səkkiz yüz altmış dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 oğluna 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 oğlunun istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 oğlunun üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Biləsuvar rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, hər bir müdafiəçi tərəfindən ayrı-ayrılıqda 48 (qırx səkkiz) iş saatına görə cəmi 864 (səkkiz yüz altmış dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-45/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-45/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver