Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-45/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:40 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Arbitrium” vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi, ev 35, mənzil 10-da qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talamaq məqsədi ilə 02 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 76 ünvanında yerləşən «X1 Suites Baku» hotelinin qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs sol çiynindən asdığı içərisində bir ədəd 02 manat dəyərində «Samsung» markalı cərəyan qidalandırıcısının başlığı, bir ədəd 01 manat dəyərində USB naqil, bir ədəd 80 manat dəyərində Çin istehsalı «Apple» markalı, «A2190» (Airpods Pro) model qulaqcıq, bir ədəd 15 manat dəyərində «MAD» markalı 50 milliqram tutumlu ətir, Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş 4860 2213 1022 4426 nömrəli və "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 3148 2416 nömrəli iki ədəd plastik kart olan bir ədəd 20 manat dəyərində üzərində «Dolce&Gabbana» yazıları olan, qara rəngli, süni dəri materialından hazırlanmış bir tutacaqlı qadın çantasını dartıb ələ keçirməklə hadisə yerindən qaçıb uzaqlaşaraq zərərçəkmiş Arzu Məmmədovanın əmlakını açıq talayıb ona ümumilikdə 118 (yüz on səkkiz) manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 aprel 2022-ci il tarixdə səhər saatlarında uzun müddətdən bəri siqaret almağa və gündəlik tələbat üçün xərcləməyə pul tapmadığına görə günəmuzd iş tapıb işləmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün yəni 02 aprel 2022-ci il tarixdə səhər saat 10:00 radələrində yaşadığı ünvanın yaxınlığında avtobus dayanacağında avtobusa minib iş tapmaq məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektinə getmişdir. Bir neçə saat Nərimanov rayonu, Ziya Bünyadov prospektində, daha sonra isə Nərimanov rayonu, M.Araz küçəsində gəzişib özünə iş axtarmış, lakin heç bir iş tapa bilməmişdir. Saat 18:00 radələrində ünvan 1 ünvanında yerləşən «Ramada» hotelin qarşısından keçərkən təxminən 20-25 yaşlarında tanmadığı bir qadının sol çiyinində çanta asılmış vəziyyətdə təkcə hərəkət etdiyini görmüşdür. Həmin qadının çantasında 100-150 (yüz-yüz əlli) manat pul ola biləcəyini düşünmüş və pula ehtiyacı olduğundan cəld bir hərəkətlə çantanı dartıb götürərək qaçıb uzaqlaşmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin qadına yaxınlaşaraq bir anlıq qarşısını kəsib heç bir söz demədən onun sol çiyinindən asılmış vəziyyətdə olan qara rəngli əl çantasını dartıb götürərək oradan qaçmağa başlamışdır. Təxminən 10-15 metr uzaqlaşdıqdan sonra həmin qadın onun arxasınca qışqırıb dayanmağını tələb etmiş və arxasınca qaçmağa başlamışdır. Bunu görüb izini itirmək üçün yaxınlıqdakı məhəllədə yerləşən küçəyə doğru qaçmışdır. Bu zaman məhəllədaxili küçə ilə təxminən 20-25 metr qaçıb aralandıqdan sonra gözləmədiyi halda polis əməkdaşları qarşısını kəsib onu saxlamışlar və əlindəki çanta ilə birlikdə onu Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinə aparıb təhvil vermişlər. 16-cı polis bölməsində tanımadığı həmin qadının çantasını götürüb qaçdığını etiraf etmiş və əl çantasını polis əməkdaşlarına təhvil vermişdir. Bölmədə araşdırma zamanı çantasını ələ keçirdiyi həmin qadının Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Polis əməkdaşları onu qəflətən saxladıqları üçün Zərərçəkmiş şəxs məxsus əl çantasının içərisinə baxmağa imkan tapmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs hər hansı formada zor tətbiq etməmiş və xəsarət yetirməmişdir. Son olaraq o bildirmişdir ki, əməlindən səmimi peşman olmasını, törətmiş olduğu cinayəti tam etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və dəymiş maddiziyanı tam şəkildə ona qaytarmasını, həmçinin 2-ci Qarabağ Müharibəsinin iştirakçısı olmasını, 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq travma almasını, “Xocavəndin azad olunmasına görə medalı” ilə təltif olunmasını nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 02 aprel 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 76 ünvanında yerləşən «Ramada» Hotelin qarşısı ilə piyada hərəkətdə olan zaman əvvəllər tanımadığı bir şəxsin ona tərəf gəldiyini görmüş və bu səbəbdən kənara çəkilib həmin şəxsə yol vermək istəmişdir. Lakin həmin şəxs, sonradan adını bildiyi Təqsirləndirilən şəxs qarşısını kəsib sol çiyinində asılı vəziyyətdə olan qara rəngli dəri materialdan «Dolce Gabbana» markalı əl çantasını dartıb ələ keçirərək qaçmağa başlamışdır. Özünü itirməyərək həmin şəxsin arxasınca qaçmağa başlamış və yüksək səslə qışqıraraq ondan dayanmasını, əl çantasını qaytarmasını tələb etmişdir. Lakin həmin şəxs ona qulaq asmayaraq qaçıb uzaqlaşmış və məhəllə arası küçəyə girmişdir. Məhəlləyə girdikdə onu polislər yaxalayıb Nərimanov RPİ-nin 16-cı polis şöbəsinə aparmışlar. Həmçinin onu da Nərimanov RPİ-nin 16-cı polis bölməsinə dəvət etmişlər. Polis bölməsində əl çantası içərisindəki əşyalarla birlikdə ona təqdim olunmuşdur. Həmin vaxt əl çantasında nağd şəkildə pul olmasa da, içərisində bir ədəd «İphone» markalı mobil telefona məxsus cərəyan qidalandırıcısı, bir ədəd «Airpods Pro» markalı qulaqcıq, bir ədəd «MAD» markalı ətir, öz adına olan Kapital Bank» ASC tərəfindən verilmiş 4169 7385 3148 2416 nömrəli və "xxxx" ASC tərəfindən verilmiş 4860 2213 1022 4426 nömrəli iki ədəd bank kartı olmuşdur. "xxxx" ASC tərəfindən verilmiş plastik kartın balansında 85 manat, "xxxx" ASC tərəfindən verilmiş plastik kartın balansında isə 195 manat olmuşdur. Həmin kartların balansından pul çıxarılmamışdır. Sonradan adını bildiyi Təqsirləndirilən şəxs ona hər hansı formada fiziki təzyiq göstərməmiş və heç bir xəsarət yetirməmiş, bir an içərisində çantasını götürüb qaçmışdır. Son olaraq Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Bununla bağlı məhəməyə barışıq ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun 3-cü bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs 02 aprel 2022-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, həmin şəxslərlə qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. 02 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun 3-cü bölüyünün polis nəfəri, polis serjantı Şahid2la birlikdə ünvan 2 ünvanında yerləşən Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin inzibati binasının yerləşdiyi ərazidə xidməti vəzifələrini icra edən zaman yaxınlıqda, yəni Nərimanov rayonu, Məmməd Araz küçəsi 76 ünvanında yerləşən “Ramada” hotelin qarşısından qadın qışqırığı eşitmişlər. Nə baş verdiyini müəyyənləşdirmək üçün dərhal həmin əraziyə doğru hərəkət etmək istədikdə əlində qara rəngli qadın çantası tutmuş bir nəfər 20-25 yaşlarında cavan oğlanın qaçaraq xidməti postun yerləşdiyi Yaşar Hüseynov küçəsinə daxil olub ərazidən uzaqlaşmağa çalışdığını görmüşlər. Cəld həmin şəxsin qarşısını kəsərək onu saxlayıb hadisə barədə xüsusi rabitə vasitəsilə ərazidəki xidməti postda olan Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun 3-cü bölüyünün 2-ci taqımının komandiri, polis kapitanı Şahid1 məruzə etmişlər. Bu zaman zərərçəkmiş şəxs, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs onlara yaxınlaşıb özünü təqdim etmiş və saxlanılan şəxsin əlindəki qadın çantasına işarə edərək qeyd olunan çantanın ona məxsus olduğunu və həmin şəxsin “Ramada” hotelin qarşısında ani hərəkətlə onun çiyinindən asdığı çantasını ələ keçirərək qaçıb uzaqlaşdığını bildirmişdir. Hadisə barədə Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun 3-cü bölüyünün 2-ci taqımının komandiri, polis kapitanı Şahid1 xüsusi rabitə vasitəsilə bölük komandirinə və Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun növbətçi hissəsinə məlumat verdikdən sonra rəhbərliyin göstərişinə əsasən həmin şəxsi, yəni sonradan adını bildiyi Təqsirləndirilən şəxs əlində olan qara rəngli qadın çantası ilə birlikdə Çevik polis alayının əməkdaşlarının müşayiəti ilə xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinə aparıb təhvil vermişlər. Eyni zamanda hadisə ilə bağlı qanunamüvafiq tədbir görülməsi üçün digər polis nəfəri Şahid2 və taqım komandiri Şahid1lə birgə Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin rəisinə raportla məruzə etmişlər. Bölmədə sorğu zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin gün saat 18:00 radələrində Nərimanov rayonu, Məmməd Araz küçəsi 76 ünvanında yerləşən «Ramada» hotelin qarşısında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs çiyinindən asdığı əl çantasını açıq talama yolu ilə ələ keçirərək hadisə yerindən qaçdığını etiraf etmişdir. Bölmədə təhqiqatçı tərəfindən müvafiq sənədləşdirmə aparmaqla zərərçəkmiş şəxsə məxsus əl çantası içərisindəki əşyalarla birlikdə Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik nümayəndəliklərin mühafizəsi üzrə əlahiddə polis taborunun nümayəndələri olan Şahid2 və Şahid1 digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etdilər. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə saat 17:45 radələrində Gürcüstan Postunda, Yaşar Hüseynov küçəsində yerləşən postun arxa tərəfində yardım qışqırtısı eşidilmiş və həmin postda xidmətdə olan əməkdaşlar tərərfindən dərhal hadisə yerinə gedilmiş və bir nəfər şəxsin əl çantasını alıb qaçması görülmüş, dərhal həmin şəxs saxlanılmış daha sonra tağım komondirinə və taborun növbətçi hissəsinə məlumat verilərək həmin şəxslər 16-cı Polis Bölməsinə təhvil verilmişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış protokolundan” və foto cədvəllərdən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakı ilə oğurluq hadisəsinin baş verdiyi ünvan ünvan 3əhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli, 9/2573 saylı Azərbaycan Respublikası Ədlliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərərfindən verilmiş “Məhkəmə əmtəəşünaslıq ekspertizası, “Ərzaq və sənayə mallarının əmtəəşünaslıq tədqiqi” rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 118,00 manat müəyyən edilir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsə ünvanlanmış sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkədə müalicədə olmayıb və qeydiyyatı da yoxdur. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanan daha sona isə zərərçəkmiş şəxsə qaytarılan “Dolce&Gabbana” markalı bir tutacaqlı qadın çantası, «Samsung» markalı cərəyan qidalandırıcısmın başlığı, USB naqil, «Airpods Pro» markalı qulaqcıq, «MAD» markalı ətir, "xxxx" ASC tərəfindən verilmiş 4860 2213 1022 4426 nömrəli və "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 3148 2416 nömrəli iki ədəd plastik kart maddi sübut hesab edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 02 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə, saat 22:15 radələrində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri seçilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri dəyişdirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinə seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” “polisin nəzarəti altına vermə” qətimkan təbiri ilə əvəz olunmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(005)-411/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində axtarış seçilmiş və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Azərbaycan Resopublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli, 2364 nömrəli Sərancamı ilə Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” 1-6060 seriyalı medal ilə təltif olunmuşdur. xx.xx.2020-ci il tarixli 4077 nömərli Travma haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə xəsarət almışdır. xx.xx.2022-ci il tarixli zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş barışıq ərizəsinin məzmunundan görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli 1 saylı Qərarının 1-ci bəndinə görə məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Həmin qərarın 4-cü bəndinə görə özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Soyğunçuluq obyektiv cəhətdən özgə əmlakını açıq talamada ifadə olunur. Soyğunçuluğun xarakterik cəhəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs cinayəti açıq şəkildə, zərərçəkmişin və ya digər şəxslərin yanında aşkar vəziyyətdə törədir, həmin şəxslərin onun hərəkətlərinin cinayətkar xarakterini dərk etdiklərini bilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs münasibətdə törətmiş olduğu cinayət əməli nəticəsində dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, həmçinin Təqsirləndirilən şəxs gənc olması, 2-ci Qarabağ müharibəsində ön cəhbədə cəsarətlə vuruşaraq travma almasını, “Xocavəndin azad olunmasına görə” medalla təltif olunmasını şəxsiyyətini müsbət xarekteriza edən hal kimi səciyyələndirir və yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran hallar olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 04 (dörd) gün (02-04 aprel 2022-ci il, 12-14 iyun 2022-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınan “Dolce&Gabbana” markalı bir tutacaqlı qadın çantası, «Samsung» markalı cərəyan qidalandırıcısmın başlığı, USB naqil, «Airpods Pro» markalı qulaqcıq, «MAD» markalı ətir, "xxxx" ASC tərəfindən verilmiş 4860 2213 1022 4426 nömrəli və "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 3148 2416 nömrəli iki ədəd plastik kart maddi sübut zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 04 (gün) gün (02-04 aprel 2022-ci il, 12-14 iyun 2022-ci il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 11(on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınan “Dolce&Gabbana” markalı bir tutacaqlı qadın çantası, «Samsung» markalı cərəyan qidalandırıcısmın başlığı, USB naqil, «Airpods Pro» markalı qulaqcıq, «MAD» markalı ətir, "xxxx" ASC tərəfindən verilmiş 4860 2213 1022 4426 nömrəli və "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 3148 2416 nömrəli iki ədəd plastik kart zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-45/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-45/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver