Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-45/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:20 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, tərcüməçi – X1 iştirakları ilə, 16 avqust 1995-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və 01 azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd ИС-3218 nömrəli zavod üsulu ilə keçmiş SSRİ-də 1974-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, Makarov konstruksiyalı tapança və 08 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) kontruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağı əldə edib üzərində gəzdirməklə Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 163 ünvanına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 163 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib xidməti otaqların birində saat 21:41-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı bel nahiyəsində saxladığı 01 ədəd ИС-3218 nömrəli zavod üsulu ilə keçmiş SSRİ-də 1974-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 9 mm kalibrli, Makarov konstruksiyalı tapança və tünd göy rəngli şalvarının sol yan cibindən 08 ədəd zavod üsulu ilə istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) kontruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatları hesab edilən patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş darağ aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 31 may 2023-cü il tarixdə saat 13:00 radələrində vərəm dispanserində müalicə alan dostu X4 baş çəkməyə getmişdir. Xəstəxananın girişində mühafizəçi tərəfindən ilkin olaraq şəxsi yoxlama aparılmış və üzərində təhlükə törədə biləcək vasitə olmadığı müəyyən edildikdən sonra içəri keçməsinə icazə verildiyini bildirmişdir. Dostunun yanında təxminən 1-2 saat qaldıqdan sonra xəstəxananı tərk etmək istəyərkən çıxış tərəfdə 3 nəfər mülki geyimli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yaxınlaşmış və tərəflərindən saxlanılmış və heç bir məlumat verilmədən idarəyə gətirilmişdir. İdarədə mobil telefonunda əvvəllər xarici dövlətdə çəkdirmiş olduğu odlu silahla şəkilini göstərərək ona məxsus olub-olmaması soruşulmuş o, isə öz növbəsində ona məxsus olmadığını, dostunun olduğunu və şəkil çəkdirmək üçün silahı götürdüyünü bildirmişdir. Lakin polis əməkdaşları onun bu sözünə inanmamış və ona məxsus olmayan 01 ədəd tapançanı, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd darağı və 08 ədəd patronları ona vermiş və video görüntü zamanı özününmüş kimi təqdim etməsi üçün müxtəlif şiddət və təzyiqə məruz qoymuşlar. O isə uzun müddət şiddət və təzyiqə dözə bilmədəyi üçün istintaqda qeyd olunan silahın ona məxsus olması barədə ifadə vermişdir. Məhkəmənin sualına cavab olaraq ona qarşı elektrik cəryanı ilə şiddət göstərildiyini buna görə də barəsində həbs qətimkan tədbiri seçilərək və Bakı İstintaq Təcridxanasına daxil olarkən şiddət və təzyiqə məruz qalması barədə bildirməmişdir. Bundan başqa həmin silahın ona məxsus olmadığını, əynində olan geyimdə o silahın saxlanılmasının mümkün olmadığını vurğulamış, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında deyil 4 X11 Dispanserdə saxlanıldığını bildirmişdir və son olaraq qeyd edilənləri və bir azyaşlı övladı olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis mayorudur. 31 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə məlumat daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 19:30-da ünvan 5 ünvanın yaxınlığında olduqları zaman Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Özlərini təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sonra qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2023-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən bel nahiyəsində saxladığı 01 ədəd tapança tipli dəmir predmeti, 01 ədəd darağı və 08 ədəd patrona oxşar dəmir predmetləri, 01 ədəd mobil telefonu, 50 manat pulu aşkar edilərək götürülmüşdür. Təqdim olunmuş tapança tipli dəmir predmetə baxış zamanı üstündə 1974 rəqəmlərinin yazıldığı müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd tapançaya oxşar dəmir predmeti, 01 ədəd darağı və 08 ədəd patrona oxşar dəmir predmetləri Beyləqan rayonu ərazisindən tapdığını, silahlara marağı olduğu üçün üstündə saxladığını, həmin predmetləri istifadə etmədiyini, heç kimə vermədiyini, üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Daha sonra baxış keçirilməsinin gedişi və nəticələrinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şiddət və təzyiq göstərilməsinə dair təqsirləndirilən şəxsin verdiyi ifadə həqiqətə uyğun deyil, heç bir təzyiqə məruz qalmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 31 may 2023cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə məlumat daxil olmuşdur. 31 may 2023-cü il tarixində BMCMİ-nin əməkdaşlarından ibarət əməliyyat qrupunun üzvü olmuşdur. Həmin günü saat 19:30-da ünvan 5 ünvanın yaxınlığında olduqları zaman Təqsirləndirilən şəxs bənzər şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs sonra qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə şübhəli olması ona bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Üzərinə şəxsi axtarış və götürmə aparılmış və üzərində tapança olduğunu bildirib bel nahiyəsində saxladığı 01 ədəd tapança tipli dəmir predmeti, cibindən 01 ədəd darağı və 08 ədəd patrona oxşar dəmir predmetləri və 01 ədəd “Realme” markalı mobil telefonu aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd tapançaya oxşar dəmir predmeti, 01 ədəd darağı və 08 ədəd patrona oxşar dəmir predmetləri Beyləqan rayonu ərazisindən tapdığını, silahlara marağı olduğu üçün üstündə saxladığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şiddət və təzyiq olunmamışdır. Həmçinin verilmiş əməliyyat tapşırığında Təqsirləndirilən şəxs silahlı şəkili barədə məlumat da mövcud idi. Məhkəmədə iclasında dindirilmiş Şahid3 digər şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, özü 4 nömrəli vərəm əleyhinə dispanserdə müalicə almışdır. Təqsirləndirilən şəxs onun dostudur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun yanında dispanserdə olmuşdur. Təxminən 2 saata yaxın yanında qalmış və daha sonra birlikdə dispanserdən çıxanda polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Bu vaxt Təqsirləndirilən şəxs üzərində heç bir silah olmamışdır. Həmçinin məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, dispanserə giriş zamanı mühafizə tərəfindən şəxslərin üzəri yoxlanılır. Təqsirləndirilən şəxs üzərində silah olsaydı bu barədə məlumatı olardı. Məhkəmə baxışında tədqiq edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 may 2023-cü il tarixli protokoldan və DVD diskə baxış keçirilməsindən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah, döyüş sursatları eləcə də yaşadığı ünvanda saxladığı predmetləri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində tapança olduğunu bildirib bel nahiyəsində saxladığı 01 ədəd tapança tipli dəmir predmeti, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd darağı və 08 ədəd patrona oxşar dəmir predmetləri, şalvarının sağ yan cibində olan 01 ədəd “Realme” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 50 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etdi. Təqdim olunmuş tapança tipli dəmir predmetə baxış zamanı üstündə 1974 rəqəmlərinin yazıldığı müəyyən edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd tapançaya oxşar dəmir predmeti, 01 ədəd darağı və 08 ədəd patrona oxşar dəmir predmetləri Beyləqan rayonu ərazisindən tapdığını, silahlara marağı olduğu üçün üstündə saxladığını, həmin predmetləri istifadə etmədiyini, heç kimə vermədiyini, üstündə olmasından heç kimin məlumatının olmadığını bildirdi.Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd tapançaya oxşar predmet, 01 ədəd sandıqça və 08 ədəd patrona oxşar predmetlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “Realme” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən götürüldü. Təqsirləndirilən şəxs aşkar edilmiş 50 manat pul onun özünə geri qaytarıldı.Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda yaşadığı ünvanda odlu silah saxlamadığını və yaşadığı ünvanda baxış keçirilməsinə etirazının olmadığını bildirdi.Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 31 may 2023-cü il tarixdə saat 21:54-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Məhkəmə baxışında tədqiq edilmiş “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 31 may 2023-cü il tarixli protokoldan və DVD diskə baxış keçirilməsindən görünür ki, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsi məqsədilə həmin günü saat 22:58-də tədbir iştirakçıları ilə birlikdə qeyd olunan ünvanın qarşısına gəlmişdirlər. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə baxış prosesində iştirak edən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən aparılacağı barədə məlumat verildi, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına 31 may 2023-cü il tarixdə saat 23:02-də “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanıldı. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparıldı. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah döyüş sursatı və ya dövriyyəsi qadağan edilmiş digər əşya və predmetin olub olmaması soruşuldu. Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatı saxlamadığını bildirdi. Daha sonra evin giriş hisəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olub olmaması soruşuldu. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxışın keçirilməsinə etirazının olmadığını bildirib bizi içəri dəvət etdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanı baxışa təqdim etdi. Baxış zamanı mənzilin 2 otaq, 01 mətbəx və hamam otaqlarından ibarət olduğu müəyyən edildi. Mənzilə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilmədi. Məhkəmə baxışında tədqiq edilmiş Azərbayacan Respublikasının Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/413R nömrəli ekspert rəyindən və fotocədvəllərdən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ЙC-3218 N-li silah, zavod üsulu ilə keçmiş SSRİ-də 1974-cü ildə istehsal olunmuş, 9 mm Kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu döyüş silahıdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar, zavod üsulu ilə istehsal ruhmuş, 9x18 mm Kalibrli olmaqla həmin Kalibrli Makarov (PM), Steçkin APS) konstruksiyalı və s. həmin kalibirli silahlardan atəş açmaq üçün “əzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov kostruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Təqdim edilmiş 08 ədəd 9mm kalibrli patronlardan 03 ədədi eksperimental zamanı istifadə olunmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş “Realme” markalı mobil telefon aparatına baxış keçirilmiş və iş üzrə əməmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məkhum olunmuşdur. Məhkumluğu ödənilmişdir. Belə ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-ci il tarixli Amnistiya qərarına əsasən Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Füzuli Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.11-ci bəndinə əsasən Füzuli Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd HC-3218 nömrəli Makarov konstruksiyalı tapançanın, 01 ədəd darağın və 08 ədəd patrondan tədqiqata təqdim edildikdən sonra qalıq qalmış 05 ədəd patron, həmçinin Təqsirləndirilən şəxs üzərinə və evinə axtarış aparılması ilə bağlı videogörüntünü əks etdirən 02 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işi materiallarında saxlanılmışdır. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması” haqqına 31 may 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-836/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbyacan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 31 may 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 şəxsinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Beyləqan Rayon İcra Hakimiyətinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Babayev X2 şəhəri, S.Qazıyeva küçəsi 27 saylı ünvanda qeydiyyatda olmaqla anası və qardaşı ilə birlikdə yaşayır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir azyaşlı övladı vardır. Məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs Bakı istintaq təcridxanasına daxil olarkən müayinədən keçirilmiş, bədənində xəsarət aşkar edilməmişdir, özü də xəsarət almadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 19:30 radələrində ünvan 8 ünvanda olmasını müəyyən etmək üçün istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin anten dairəsinin yoxlanması məqsədi ilə "xxxx" MMC-yə göndərilmiş sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan və 01 ədəd CD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 19:27:20 radələrində ünvan 9 ünvanda olduğu müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 4-nömrəli X3 təqdim olunmuş məktubdan aydın olur ki, X7 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Dispanserdə müalicədə olmuşdur. Dispanserin mühafizə xidməti yoxdur. Xəstə yanına ziyarət saatları saat 16:00-dan 18:00-dək olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin, 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində hər hansı odlu silahın olmadığını, polis əməkdaşları tərəfindən döyüldüyündən və təzyiqlərə məruz qaldığından onun etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlində özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, hətta silaha marağı olduğu üçün yoldan görərək götürdüyünü söyləmiş ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq ona hər hansı fiziki zor tətbiq edilmədiyini, ona qarşı heç bir qanunsuz hərəkətlər fiziki və psixoloji təzyiq olmadığını bildirmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və 02 iyun 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Barəsində məhkəmədə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılarkən də özünü törətmiş olduğu əməldə təqsirli bilmiş qeyd edilən silahı Beyləqan rayonuna getdikdə çaydan tapdığını və təxminən 01 ilə yaxındır ki, özündə saxladığını bildirmiş, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən hər hansı şiddət və təzyiqin olması ilə bağlı heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bundan başqa təqsirləndirlən şəxsin ifadəsi əsasında onun bədənində hər hansısa bir xəsarətin olub-olmamasını müyyən etmək üçün məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçildikdən sonra saxlandığı Bakı İstintaq Təcridxanasına sorğu göndərilmiş və əldə edilmiş rəsmi məktubdan da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində hər hansı zədə və xəsarət olmamışdır, eyni zamanda həbs olunarkən xəsarət almadığını da qeyd etmişdir. Bundan başqa dostunun yanına ziyarətə gedərkən üzərinin xəstəxana mühafizəçisi tərəfindən yoxlanılması ilə bağlı Təqsirləndirilən şəxs ifadəsi ilə bağlı məhkəmə tərəfindən 4 X11 Dispanserə verilmiş sorğuya cavab olaraq təqdim edilmiş məktubdan aydın olur ki, qeyd edilən xəstəxanada mühafizəçi fəaliyyət göstərmir. Bundan başqa Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə saat 19:30-da Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 163 ünvanının yaxınlığında saxlanılmadığı ilə bağlı ifadəsinə əsasən "xxxx" MMC-yə göndərilmiş sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 19:27:20 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Şərifətli küçəsində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi üzərində odlu silahın olmaması, polis əməkdaşları tərəfindən döyüldükdən sonra ona verilərək özününmüş kimi təqdim etməsinə məcbur edilməsi ilə bağlı ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, "Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 may 2023-cü tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri və şəxsin ifadəsinə uyğun olaraq müvafiq orqanlardan sorğu əsasında əldə edilən cavab məktubları ilə tam təkzib edilmişdir. Beləliklə də, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində anasının, qardaşının və azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablandığından Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 31 may 2023-cü il tarixindən hesablanmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan 2 ədəd “DVD” disk, həmçinin "xxxx" MMCdən sorğu əsasənda əldə edilən 01 ədəd CD disk, cinayət işinin materiallarında saxlanılmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmiş 01 ədəd HC-3218 nömrəli Makarov konstruksiyalı tapança, 01 ədəd darağı və 08 ədəd patrondan tədqiqata təqdim edildikdən sonra qalıq qalmış 05 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə saxlayan 1 ədəd “DVD” disk, baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 1 ədəd “DVD” disk, "xxxx" MMC-dən sorğu əsasında əldə edilən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut - 01 ədəd HC-3218 nömrəli Makarov konstruksiyalı tapança, 01 ədəd darağ və 08 ədəd patrondan tədqiqata təqdim edildikdən sonra qalıq qalmış 05 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İşdə mülki iddia yoxdur. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-45/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-45/2024
05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver