Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-452/2022 09.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı, odlu silah və onun komplekt hissələrini, eləcə də soyuq silahı əldə etmiş, saxlamış və daşıyaraq gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı, təyinatı üzrə istifadəyə yararlı bir ədəd “RQO” tipli əl qumbarasının gövdəsi “UDZ-350F" tipli partlayıcısı ilə birlikdə və bir ədəd zavod üsulu ilə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, çaxmaqsız, lüləsi və qundağı kustar üsulu ilə kəsilərək öz təyinatını itirmiş, “İj-18-E” modelli, K-30312 N-li, odlu yivsiz silah hesab edilən hamar tək lüləli ov tüfənginin kəsiyini, eləcə də soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edib üzərində saxlayıb gəzdirməklə ünvan 3 ünvanın yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 iyun 2022ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 13.30-da göstərilən ünvanda saxlanılaraq ünvan 4 İdarəyə dəvət olunaraq üzərinə şəxsi axtarış keçirilərkən çiynində asılı vəziyyətdə saxladığı idman çantasının içərisindən bir ədəd “RQO” tipli əl qumbarasının gövdəsi, “UDZ-350F” tipli partlayıcısı və bir ədəd “İj- 18-E" modelli odlu yivsiz silah hesab edilən ov tüfənginin kəsiyi, eləcə də əynində olan şalvarının sağ yan cibindən bir ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 03 iyun 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən evin yaxınlığında zibilliyin yanında yerdən idman çantasının içərisində bir ədəd əl qumbarası, bir ədəd qundağı kəsilmiş patronsuz ov tüfəngini və bir ədəd bıçaq tapmışdır. Həmin silahı, döyüş sursatını və bıçağı evinin həyətində saxlamışdır. 13 iyun 2022-ci il tarixdə, saat 13:30-da Bakı şəhəri, Nizami rayonu, D.Aslan küçəsində piyada hərəkətdə olduğu zaman üç nəfər daha əvvəllər tanımadığı şəxs yaxınlaşıb, xidməti vəsiqələrini göstərməklə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqlar Mübarizə idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra ondan özünü təqdim etməyini xahiş etmişlər. O. özünü təqdim etmiş, polis əməkdaşları qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişdir. Polis idarəsində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində bıçaq, çiynindən asılı olan idman çantasının içərisində isə tüfəng və qumbara olmasını etiraf edərək, çiynindən asılı vəziyyətdə olan idman çantasını, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu və sağ yan cibindən 01 ədəd açılıb qatlanan bıçağı masanın üzərinə qoymaqla təqdim etmişdir. Son olaraq əməlindən peşmançılıq çəkməsini və himayəsində xəstə anasının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Baş İdarəyə daxil olmuş məlumat əsasında 13 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 13:30-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Orada barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyun 2022-ci il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bıçaq, çiynindən asılı olan idman çantasının içərisində isə tüfəng və qumbara olmasını etiraf edərək, çiynindən asılı vəziyyətdə olan idman çantasını, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, eynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd açılıb qatlanan bıçağa bənzər dəmir predmeti masanın üzərinə qoymaqla təqdim etmişdir. Aşkar olunmuş bıçağa bənzər dəmir predmetə baxış zamanı müəyyən edilmişdir ki, həmin predmet açılıb qatlanan bıçağa bənzər dəmir predmet olmaqla tutacağı açıq qəhvəyi rəngdədir və tiyə hissəsində “Browning” yazısı mövcuddur. Bundan sonra Təqsirləndirilən şəxs çiynindən asılı vəziyyətdə olan idman çantasının içərisinə baxış keçirilərkən həmin çantanın içərisində 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəngə bənzər demir predmet, 01 ədəd əl qumbarasına oxşar dəmir predmet və 01 ədəd qumbara alışdırıcısına bənzər dəmir predmetlər vardır. Aşkar olunmuş tüfəngə bənzər dəmir predmetə baxış zamanı müəyyən edilmişdir ki, həmin dəmir predmet qundağı və lülə hissəsi kəsilmiş tüfəngə oxşar olmaqla içərisində patron mövcud deyildir. Bundan başqa aşkar olunmuş 01 ədəd əl qumbarasına oxşar dəmir predmetə və 01 ədəd qumbara alışdırıcısına oxşar dəmir predmetə baxış keçirilən zaman müəyyən edilmişdir ki, aşkar olunmuş əl qumbarasına oxşar dəmir predmetin üzərində “RQO” yazısı, 01 ədəd qumbara alışdırıcısının üzərində isə “UDZ” yazısı olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bıçağa bənzər dəmir predmetin və çiynindən asılı olan çantanın içərisindən aşkar olunan 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəngə bənzər dəmir predmetin, 01 ədəd el qumbarasına bənzər dəmir predmetin və 01 ədəd qumbara alışdırıcısına bənzər dəmir predmetin özünə məxsus olduğunu, həmin predmetləri təxminən 10 gün öncə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən evin yaxınlığında zibillikdən idman çantasının içərisindən tapdığını, silahlara marağı olduğu üçün götürüb özünə məxsus evin həyətində saxladığını, həmin predmetlərdən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını, heç kəsin onda silah olması barədə məlumatının olmadığını, üzərindən aşkar olunan mobil telefonun özünə məxsus olduğunu, 13 iyun 2022-ci il tarixdə üzərindən və çiynindən asılı olan idman çantasının içərisindən aşkar olunan predmetləri yaşadığı evin həyətindən götürərək gizlətmək məqsədilə başqa yerə getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bıçağa bənzər dəmir predmet, 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəngə bənzər dəmir predmet, 01 ədəd əl qumbarasına oxşar demir predmet və 01 ədəd qumbara alışdırıcısına bənzər dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 02 ədəd zərfdə və 01 ədəd bağlamada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “İphone” markalı mobil telefon və 01 ədəd idman çantası iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyi ehtimalı nəzərə alınaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bıçaq, çiynindən asılı olan idman çantasının içərisində isə tüfəng və qumbara olmasını etiraf edərək, çiynindən asılı vəziyyətdə olan idman çantasını, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd açılıb qatlanan bıçağa bənzər dəmir predmeti masanın üzərinə qoymaqla təqdim etdi. Aşkar olunmuş bıçağa bənzər dəmir predmetə baxış zamanı müəyyən edildi ki, həmin predmet açılıb qatlanan bıçağa bənzər dəmir predmet olmaqla tutacağı açıq qəhvəyi rəngdədir və tiyə hissəsində “Browning” yazısı mövcuddur. Bundan sonra Təqsirləndirilən şəxs çiynindən asılı vəziyyətdə olan idman çantasının içərisinə baxış keçirildi və müəyyən edildi ki, həmin çantanın içərisində 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəngə bənzər dəmir predmet, 01 ədəd əl qumbarasına oxşar dəmir predmet və 01 ədəd qumbara alışdırıcısına bənzər dəmir predmetlər vardır. Aşkar olunmuş tüfəngə bənzər dəmir predmetə baxış zamanı müəyyən edildi ki, həmin dəmir predmet qundağı və lülə hissəsi kəsilmiş tüfəngə oxşar olmaqla içərisində patron mövcud deyildir və yuva hissəsində qeydiyyat nömrəsi kimi “K30312” yazı həkk olunmuşdur. Bundan başqa aşkar olunmuş 01 ədəd əl qumbarasına oxşar dəmir predmetə və 01 ədəd qumbara alışdırıcısına oxşar dəmir predmetə baxış keçirilən zaman müəyyən edildi ki, aşkar olunmuş əl qumbarasına oxşar dəmir predmetin üzərində “RQO” yazısı və “04040 14” rəqəmləri mövcuddur, 01 ədəd qumbara alışdırıcısının üzərində isə “UDZ” yazısı və “ 04 025 14” rəqəmləri mövcuddur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bıçağa bənzər dəmir predmetin və çiynindən asılı olan çantanın içərisindən aşkar olunan 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəngə bənzər dəmir predmetin, 01 ədəd əl qumbarasına bənzər dəmir predmetin və 01 ədəd qumbara alışdırıcısına bənzər dəmir predmetin özünə məxsus olduğunu, həmin predmetləri təxminən 10 gün öncə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən evin yaxınlığında zibillikdən hazırda aşkar olunduqları idman çantasının içərisindən tapdığını, silahlara marağı olduğu üçün götürüb özünə məxsus evin həyətində saxladığını, həmin predmetlərdən istifadə etmədiyini və satışı ilə məşğul olmadığını, heç kəsin onda silah olması barədə məlumatının olmadığını, üzərindən aşkar olunan mobil telefonun özünə məxsus olduğunu, bu gün, yəni 13 iyun 2022-ci il tarixdə üzərindən və çiynindən asılı olan idman çantasının içərisindən aşkar olunan predmetləri yaşadığı evin həyətindən götürərək gizlətmək məqsədilə başqa yerə getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdi. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bıçağa bənzər dəmir predmet, 01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəngə bənzər dəmir predmet, 01 ədəd əl qumbarasına oxşar dəmir predmet və 01 ədəd qumbara alışdırıcısına bənzər dəmir predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 02 ədəd zərfdə (bıçağa bənzər dəmir predmet - 01 zərfdə, 01 ədəd əl qumbarasına oxşar dəmir predmet və 01 ədəd qumbara alışdırıcısına bənzər dəmir predmet - 01 zərfdə) və 01 ədəd bağlamada (01 ədəd qundağı və lülə hissəsi kəsik vəziyyətdə olan tüfəngə bənzər dəmir predmet - 01 ədəd göy sellofan paketdən ibarət bağlamada) qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “İphone” markalı mobil telefonun və 01 ədəd idman çantasının iş üzrə sübut əhəmiyyəti kəsb edəcəyi ehtimalı nəzərə alınaraq götürüldü. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 14 iyun 2022-ci il tarixli, 22/424R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuş, müdafiə təyinatlı “RQO” tipli əl qumbarasının gövdəsidir, natamam döyüş sursatıdır, təqdim olunmuş digər 01 ədəd əşya “UDZ-350F tipli partlayıcıdır. Həmin 01 ədəd əl qumbarasının gövdəsi və həmin 01 ədəd partlayıcı ilə birlikdə zavod üsulu ilə istehsal olunmuş “RQO" tipli əl qumbarasıdır, döyüş sursatıdır, MDB dövlətlərinin hərbi qüvvələrində istifadə olunur, tamlığını pozulmadığı üçün təyinatı üzrə istifadəyə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 14 iyun 2022-ci il tarixli, 22/425R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş K-30312 №-li silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ- 18-E modelli, çaxmaqsız, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-703/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 13 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. “Maddi sübut hesab edilməsi haqqında” 14 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə aşkar olunub götürülmüş 01 ədəd “İK-18E” modelli qoşa lüləli ov tüfənginin iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 iyun 2022-ci il tarixli, 012-9277-1222 nömrəli məktubundan görünür ki, “İJ-18E” markalı, 16 mm kalibrli, K-30312 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 22 iyun 2022-ci il tarixli, 27/1757 nömrəli məktubundan görünür ki, zavod üsulu ilə istehsal olunmuş K-30312 nömrəli, 16 kalibrli “İJ-18E” modelli odlu silah Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin qeydiyyatında keçmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 3/807 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xasiyyətə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 16 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuş və üzərindən məhkumluq götürülmüşdür. “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd CD diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İJ-18-E” modelli tək lüləli ov tüfənginin kəsiyinin, 01 ədəd “RQO” tipli əl qumbarasının gövdəsinin və 01 ədəd “UZD-350F” tipli alışdırıcının, eləcə də 01 ədəd idman çantasının iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin hökmünə kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılması barədə 14 iyun 2022-ci il tarixli qərarının nəzərə alınması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, soyuq silah hesab edilən bir ədəd ov bıçağının maddi sübut kimi tanınması və istintaq tamamlandıqdan sonra Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı CPM-in 158.2-ci maddəsinə əsasən tutulduğu andan, yəni 13 iyun 2022-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd “İJ-18-E” modelli tək lüləli ov tüfənginin kəsiyi, 01 ədəd “RQO” tipli əl qumbarasının gövdəsi və 01 ədəd “UZD-350F” tipli alışdırıcı, 01 ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd idman çantası Təqsirləndirilən şəxs qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-nin 228.1-ci maddəsi ilə 02 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4cü maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 13 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd “İJ-18-E” modelli tək lüləli ov tüfənginin kəsiyi, 01 ədəd “RQO” tipli əl qumbarasının gövdəsi və 01 ədəd “UZD-350F” tipli alışdırıcı, 01 ədəd ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd idman çantası Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-452/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-452/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver