Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-452/2025 04.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, tərcüməçi X3 iştirakları ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 03 (üç) ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 2,32 qram, 3,14 qram və 4,15 qram, ümumilikdə təmiz çəkisi 9,61 qram kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə marixuana əldə edib üzərində saxlamaqla 17 avqust 2025-ci il tarixdə ünvan 3 ünvanının qarşısına daşımış və 17 avqust 2025-ci il tarixdə saat 00:40-da Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda çəkiləri 2,32 qram, 3,14 qram və 4,15 qram, ümumilikdə təmiz çəkisi 9,61 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir aydır ki, “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadan istifadə edir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında əvvəllər bir neçə dəfə əlaqə saxlayaraq öz istifadəsi üçün narkotik vasitə olan marixuana aldığı, özünü “Firuz” olaraq təqdim edən “İranlı” kimi bildiyi, lakin anket məlumatlarını bilmədiyi və tanımadığı şəxs ilə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq öz istifadəsi məqsədilə marixuananı 50 manat müqabilində almaq üçün razılaşmışdır. Bundan sonra həmin şəxs ona narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Faxralı” restoranının yaxınlığına qoyduğunu demiş, o da həmin restoranın yaxınlığından 03 (üç) ədəd şəffaf sellofana bükülmüş bükümlərdə olan narkotik vasitələri götürmüşdür. xx.xx.2025-ci il tarixdə saat 00:40-da Nərimanov rayonu, A.Gəraybəyli küçəsi 11/15 ünvanının qarşısında olan zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra ona narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşlar və o da istifadə etdiyini səmimi olaraq etiraf etmişdir. Bundan sonra çəkilişlə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı o, göy rəngli cins şalvarının sağ yan cibindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş bükümlərdə olan “nəşə” kimi tanıdığı marixuananı və həmin şalvarının sağ arxa cibindən 01 (bir) ədəd “İphone 8 Plus” markalı mobil telefonu təqdim etmişdir. Səmimi olaraq etiraf etmişdir ki, təqdim etdiyi bükümlərdə olan maddələr marixuanadır. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitə marixuana zərfə qoyulub, qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən, üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir təzyiq göstərilməmişdir və müdafiəçi ilə təmin olunmuşdur. Üzərinə baxış videoçəkilişlə aparılmışdır. Əməlindən səmimi peşman olmasının, ilk dəfədir cinayət əməli törətdiyini, ailəsinin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 17 avqust 2025-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, hazırda Bakı şəhəri, Nərimanov rayonu, A.Gəraybəyli küçəsində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı Nərimanov RPİ-nin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Nərimanov RPİ-nin 16-cı PŞ-nin polis sahə inspektoru, polis kapitanı Şahid3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, A.Gəraybəyli küçəsinə getmişlər. Həmin vaxtı ünvan 3 ünvanının qarşısında dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və ona narkotik vasitə qəbul etməsi barədə məlumatlarının olduğunu bildirib, üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. Vətəndaş Təqsirləndirilən şəxs da səmimi olaraq narkotik vasitə qəbul etdiyini etiraf edib əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş maddələri təqdim etmişdir. Bundan sonra onlar onun təqdim etdiyi 03 (üç) ədəd şəffaf sellofan bükümlərə baxış keçirmişlər və həmin bükümlərin içərisində yaşıl rəngli, otşəkilli maddələr var idi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərdəki maddələr “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadır və Firuz adlı şəxsdən əldə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 03 (üç) ədəd büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən isə 01 (bir) ədəd “İphone 8 Plus” markalı mobil telefonu da təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsə də, onun üzərindən bundan başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla Nərimanov RPİ-nin 16-cı PŞ-nə getmişdir. Bundan sonra onlar Nərimanov RPİ-nin 16-cı PŞ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən aşkar edilərək 01 (bir) ədəd kağız kağız zərfdə qablaşdırılmış 03 (üç) ədəd şəffaf sellofan bükümlərə baxış keçirəcəklərini bildirmişlər. Baxış keçirilməzdən əvvəl baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş zamanı baş təhqiqatçı Emin Səfərov 01 (bir) ədəd kağız zərfdə qablaşdırılmış 03 (üç) ədəd şəffaf sellofan bükümlərdə olan narkotik vasitə marixuanaya bənzər maddələrə baxış keçirmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsi iş üzrə dindirilmiş digər Şahid1 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Şahid3 ibtidai istintaqda vermiş olduğu ifadəsi elan olunmuşdur. Məhkəmədə tədqiq olunan "Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 17 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 03 (üç) ədəd şəffaf sellofan bükümləri təqdim etdi, həmin bükümlərin içərisinə baxdıqda həmin bükümlərin içərisindən yaşıl rəngli, otşəkilli, spesifik iyə malik olan, narkotik vasitə marixuanaya bənzər maddələr aşkar edildi. Sonra həmin bükümlər qablaşdırıldı, tərəfimizdən imzalanaraq götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq qeyd edilən bükümləri “Firuz” adlı şəxsdən əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən 01 (bir) ədəd “İphone 8 Plus” markalı telefonu da təqdim etdi, bundan başqa onun üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadı. Məhkəmədə tədqiq olunan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2025-ci il tarixdə saat 00:40-da şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdir. Məhkəmədə tədqiq olunan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 17 avqust 2025-ci il tarixli protokoldan görünür ki, axtarış zamanı Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 01 ədəd zərfi təqdim edərək, zərfin içərisində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd şəffaf rəngli sellofanın içərisində otşəkilli, spesifik qoxuya malik narkotik vasitə olan marixuanaya bənzər maddə olduğunu bildirdi. Təqdim olunmuş 03 ədəd şəffaf sellofanlara baxış keçirilən zaman içərisindən spesifik qoxuya malik, qurudulmuş şəkildə ota bənzər maddələr aşkar edilərək zərfə qoyularaq 218 nömrəli möhürlə möhürlənmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə-bioloji eskpertizasının xx.xx.2025-ci il tarixli 7/1098 saylı rəyindən görünür ki, üzərində “Şübhəli şəxs: Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 03 (üç) ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 2,32 qram, 2)3,14 qram və 3)4,15 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi – 9,61 qramdır. Məhkəmədə tədqiq olunan “Qətimkan tədbiri seçilməsi haqqında” 18 avqust 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Diskə baxış keçirilməsi haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, birinci diskdə 01 (bir) ədəd fayl vardır, faylda olan videogörüntü 17 avqust 2025-ci il tarixli və 05 (beş) dəqiqə 00 (sıfır) saniyədən ibarətdir. Videoçəkilişdən görünür ki, polis əməkdaşları ünvan 3 ünvanının qarşısında olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs yazınlaşıb özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs özünü təqdim edir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ ya cibindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər maddələr və 01 (bir) ədəd “İphone 8 Plus” markalı mobil telefon aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs olu bildirir ki, həmin maddələr “nəşə” kimi tanıdığı narkotik vasitə marixuanadır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 (üç) əddə şəffaf sellofan bükümlər 01 (bir) ədəd kağız zərfdə qablaşdıraraq möhürlənir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heçnə aşkar edilməmişdir. İkinci CD diskdə olan 01 (bir) ədəd faylda olan videogörüntü 17 avqust 2025-ci il tarixli və 07 (yeddi) dəqiqə 30 (otuz) saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş təhqiqatçısı, polis kapitanı X5 polis şöbəsinin xidməti otaqların birində polis əməkdaşlarının, Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və 01 (bir) ədəd kağız zərfdə qablaşdırılmış 03 (üç) ədəd bükümlərdə olan narkotik vasitə marixuanaya bənzər maddələrə baxış keçirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, həmin maddələr "nəşə" kimi tanıdığı narkotik vasitə marixuanadır. Baxış keçirildikdən sonra həmin 03 (üç) ədəd şəffaf sellofan bükümlərdə olan narkotik vasitə marixuanaya bənzər maddələr 01 (bir) ədəd kağız zərfdə qablaşdırılaraq möhürləndi. Məhkəmədə tədqiq olunan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilmiş və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan hər hansı xüsusat, o cümlədən istintaq üçün əhəmiyyət kəsb edən hal qeydə alınmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X6 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2025-ci tarixli, 5083 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ siyahının 109.1-ci bəndində qurudulmuş marixuana (kannabis) 5 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxsun üzərindən aşkar edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 9.61 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxsun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (17-18 avqust 2025-ci il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 9,46 qram narkotik vasitə marixuna məhv edilməlidir. Cinayət işinin materiallarında olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 02 (iki) ədəd DVD formatlı disk və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış 01 (bir) ədəd CD formatlı disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclasında müdafiə etmiş Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün cəmi 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutma altında saxlanıldığı 02 (iki) gün (17-18 avqust 2025-ci il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış 9,46 qram qurudulmuş marixuna məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 02 (iki) ədəd DVD formatlı disk və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış 01 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 89 (yetmiş) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatı üçün cəmi 165 (yüz altmış beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-452/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-452/2025
04.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver