Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-453/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxsnln və onun qanuni nümayəndəsi (mülki iddiaçı) - Qanuni nümayəndə1 iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanlında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməklə sərxoş halda avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 23 may 2023-cü il tarixdə saat 04 radələrində “B, C” kateqoriyalı, “AD” seriyalı 070068 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında psixotrop maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə etdiyi X4 məxsus texniki cəhətdən saz vəziyyətdə olan, qara rəngli “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu Ziya Bünyadov prospekti ilə “20 Yanvar” dairəsi istiqamətində saatda 90-100 km/saat sürətlə hərəkət edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərini pozaraq, avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə edərək, yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, qanunun bu tələblərinə əməl etməyərək, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Çermet” körpüsünə qalxan yoldan sağa ayrılan yol ayrıcında idarə etdiyi “Opel Astra” markalı, **- OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi ilə yol ayrıcında dayanmış vəziyyətdə olan Şahid4 məxsus “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə toqquşmuş və nəticədə sürücü Təqsirləndirilən şəxs Tofiq oğlu tərəfindən yol hərəkəti qaydalarının pozulması, “Opel Astra” markalı, **-OE-*** avtomobildə sərnişin olmuş xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, alın sümüyünün xətti sınığı, alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərinin yetirilməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh)Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o rəsmi olaraq heç bir yerə işləməsə də,“Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb “Bolt” taksi şirkətinə qoşulub taksi kimi fəaliyyət göstərmişdir. “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Əli Rəhimov adlı şəxs onun adına sürüş üçün etibarnamə vermişdir. O da həmin avtomobili etibarnamə və AD070068 seriyalı, B,C kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmişdir. O, avtomobillə hərdən gecələr, hərdən də, gündüzlər taksi kimi fəaliyyət göstərmişdir. 23 may 2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində olan zaman “Bolt” taksi şirkətindən sifariş verilmişdir. O, idarə etdiyi “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillə sifariş verilmiş ünvana yaxınlaşmışdır. Həmin vaxt bir nəfər qadın və dörd nəfər uşaq olmaqla 5 nəfər sərnişin avtomobilə əyləşmişdir. Həmin sərnişinlərdən 4 nəfər qız uşağı avtomobilin arxa oturacağına, digər qadın isə qabaq sağ sərnişin oturacağına əyləşdikdən sonra onlar birlikdə sifariş verilmiş ünvana doğru, yəni Müşviqabad qəsəbəsinə getmək üçün “20 Yanvar” metrostansiyası istiqamətində hərəkət etməyə başlamışlar. Həmin gün saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə üzü “20 Yanvar” metrostansiyası istiqamətində saatda 90 km/sürətlə hərəkətdə olan zaman “Çermet” körpüsü adlanan körpüyə qalxan yolla sağa ayrılan yol ayrıcına çatdıqda anidən qara rəngli “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcında dayanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin gün o, yorğun olduğu üçün sükan arxasında onu yuxu aparırmış, buna görə də, “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcında dayanmasını toqquşma anında görmüşdür. Həmin vaxt idarə etdiyi “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi ilə “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. İdarə etdiyi avtomobildə sərnişin olan adlarını bilmədiyi iki nəfər qız uşağı və iki nəfər qadın xəsarəti almışdır. Bundan sonra orada olan şəxslərin köməkliyi ilə idarə etdiyi avtomobildə olan sərnişinləri yerə düşürmüşlər. Həmin vaxt “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adının sonradan Şahid4 olduğunu öyrəndiyi şəxs DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Eyni zamanda Şahid4 X7ın 103 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gəlmiş X7 avtomobili ilə xəsarət alan şəxsləri xəstəxanaya yola salmışlar. Avtomobilləri isə digər nəqliyyat vasitələrinin hərəkətinə maneçilik törətməməsi üçün sağ yol kənarına çəkərək saxlamışlar. Bundan sonra hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmiş və polis əməkdaşları gəldikdən sonra onlara hadisə barədə məlumat vermişdir. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. O, “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcında dayanmasını əvvəlcədən görə bilməmiş və avtomobili demək olar ki, toqquşma anında görmüşdür. Buna görə də, hadisənin qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbir görə bilmədən “Kia Optima” markalı avtomobilin arxa hissəsindən vurmuşdur. İdarə etdiyi avtomobildə heç bir nasazlığı olmamışdır. Onun idarə etdiyi avtomobildə 5 nəfər, dörd qız uşağı və bir qadın sərnişin olmuşdur. O, heç bir spirtli içki, narkotik vasitə və psixotrop maddə qəbul etməmişdir. Əvvələr narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Bədənimdə ağrılar olduğu üçün hərdən psixotrop maddə metamfetmindən istifadə etmişdir. Hadisədən 3-4 gün qabaq psixotrop maddə istifadə etmişdir. Ola bilsin ki, müayinə zamanı buna görə onda psixotrop maddə aşkar edilmişdir. o, hadisə günü heç bir psixotrop maddə, narkotik vasitə istifadə etməmiş, içki içməmişdir. Verilmiş mülki iddianı qəbul edir, azadlıqda olarsa həmin məbləği işləyib ödəməyə söz verir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hadisəni qəsdən törətməməsini, məhkəmədən bunların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərmişdir ki, hazırda Qaradağ rayonu, 320 saylı tam orta məktəbin 8-ci sinifində oxuyur. Qanuni nümayəndə1 onun anası, Şahid2 isə onun bacısdır. Şahid3 və X2 isə dayısı qızlarıdır. 22 may 2022-ci il tarixdə saat 23 radələrində anası Səfalı və bacısı Gülnazla birlikdə Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan qohumlarımın ad günü məclisinə getmişlər. Dayısı İntiqamın ailəsi də, qeyd olunan ad günü mərasimində getmişlər. Onlar ad günü mərasimində iştirak etmiş və xx.xx.2023-cü il tarixdə saat 03 radələrində yaşadıqları ünvana qayıtmaq qərarına gəlmişlər. Buna görə də, ad günü məclisində iştirak edən dayısının arvadı Yasəmən mobil telefonunda olan “Bolt” proqramı vasitəsi ilə Mərdəkan qəsəbəsindən yaşadıqları 28 may qəsəbəsi istiqamətində taksi sifariş vermişdir. Sifariş əsasında “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil olduqları ünvana yaxınlaşmışdır. Həmin vaxt anası sifariş əsasında gəlmiş “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sərnişin oturacağına, onlar isə yəni, o, Gülnaz, dayısı qızları Sevinc və Tamella isə avtomobilin arxa oturacağına əyləşdikdən sonra onlar “20 Yanvar” metrostansiyası istiqamətində hərəkət etməyə başlamışlar. Yol boyu onlar hərəkətdə olan zaman anası “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin hərəkət və davranışından sonuncunun özündə olmadığını hiss etmişdir. Təqsirləndirilən şəxs avtomobildə əyləşdiyi oturacağı sona kimi arxaya verib sükandan bir əli yapışaraq digər əli ilə mobil telefonunu tutaraq naviqatora baxa-baxa avtomobili yüksək sürətlə idarə etmişdir. Anası bunu görüb avtomobili yavaş sürməsini bildirsə də, Təqsirləndirilən şəxs yolun boş olduğunu deyərək daha da avtomobilin surətini artırmışdır. Həmin gün saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə üzü “20 Yanvar” metrostansiyası istiqamətində saatda 120 km/sürətlə hərəkət etdirən zaman “Çermet” körpüsü adlanan körpüyə qalxan yolla sağa ayrılan yol ayrıcına çatdıqda anidən “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcında qarşılarına çıxdığını görmüşlər. Buna baxmayaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini azaltmayıb gəldiyi surətlə “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Hadisə zamanı o huşunu itirmiş, gözünü açanda özünü xəstəxanada görmüşdür. Sonradan bilmişdir ki, hadisə zamanı ondan başqa, anası Səfalı, bacısı Gülnaz, dayısı qızı Sevinc xəsarət almışlar. Hadisə zamanı o, daha ciddi xəsarət almışdır. Həmin hadisə zamanı o, açıq kəllə-beyin travması almışdır. Hazırda şikayətçidir. Məhkəmə iclasında iş üzrə mülki iddiaçı qismində tanınaraq şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Şahid2 onun doğma qızıdır. Şahid3 və X2 isə qardaşı qızlarıdır. 22 may 2022-ci il tarixdə saat 23 radələrində qızı Çinarə və Gülnazla birlikdə Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan qohumlarının ad günü məclisinə getmişdir. Qardaşı İntiqamın ailəsi də, qeyd olunan ad günü mərasimində olmuşdur. Onlar ad günü mərasimində iştirak etmişlər və xx.xx.2023-cü il tarixdə saat 03 radələrində yaşadıqları ünvana qayıtmaq qərarına gəlmişlər. Ad günü məclisində iştirak edən qardaşının arvadı Yasəmən mobil telefonunda olan “Bolt” proqramı vasitəsi ilə Mərdəkan qəsəbəsindən yaşadıqları 28 may qəsəbəsi istiqamətində taksi sifariş vermişdir. Sifariş əsasında “Opel Astra” markalı, **-OE- *** dövlət qeydiyyat nişanlı avtomobil olduqları ünvana yaxınlaşmışdır. Həmin vaxt o, sifariş əsasında gəlmiş “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sərnişin oturacağına, qızları Çinarə, Gülnaz, qardaşı qızları Sevinc və Tamella isə avtomobilin arxa oturacağına əyləşdikdən sonra onlar “20 Yanvar” metrostansiyası istiqamətində hərəkət etməyə başlamışlar. Yol boyu onlar hərəkətdə olan zaman o, “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin hərəkət və davranışından sonuncunun özündə olmadığını, narkotik vasitənin təsiri altında olmasını hiss etmişdir. Təqsirləndirilən şəxs avtomobildə əyləşdiyi oturacağı sona kimi arxaya verib sükandan bir əli yapışaraq digər əli ilə mobil telefonunu tutaraq naviqatora baxa-baxa avtomobili yüksək sürətlə idarə etmişdir. O, bunu görüb avtomobili yavaş sürməsini bildirsə də, Təqsirləndirilən şəxs yolun boş olduğunu deyərək daha da avtomobilin surətini artırmışdır. Həmin gün saat 04 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə üzü “20 Yanvar” metrostansiyası istiqamətində saatda 120 km/sürətlə hərəkət etdirən zaman “Çermet” körpüsü adlanan körpüyə qalxan yolla sağa ayrılan yol ayrıcına çatdıqda anidən “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcında qarşılarına çıxdığını görmüşdür. Buna baxmayaraq Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürətini azaltmayıb gəldiyi surətlə “Kia Optima” markalı, **-CU- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurmuşdur. Həmin vaxt o, qızları Gülnaz, Çinarə, qardaşı qızı Sevinc xəsarət almışlar. Sonra onlar avtomobildən yerə düşmüşlər. Daha sonra hadisə yerinə X7 avtomobili gələrək onları X6 aparmışdır. Xəstəxanada həkimlər tərəfində müayinə olunan zaman ona məlum olmuşdur ki, hadisə zamanı qızı Çınarə daha ciddi xəsarət almışdır. Belə ki, qızı 3 gün komada olmuşdur. Həmin hadisə zamanı o, sağ və sol ayağının diz nahiyəsindən, kürək nahiyəsindən, sağ çiyin nahiyəsindən xəsarət almışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 yetkinlik yaşına çatmayam Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin olunmuşdur. İbtidai istintaq zamanı zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 mülki iddia ərizəsi verərək bildirmişdir ki, hadisə nəticəsində onlara dəyən maddi zərər 5.000 (beş min) manatın tutulmasını və onun mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərara əsasən zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə2 ifadəsində şahid qismində dindirilmiş Qanuni nümayəndə1 ifadəsinə uyğun ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, özünə məxsus “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobili var və o, həmin avtomobili “AC 561161” seriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 23 may 2023-cü il tarixdə saat 03:50 radələrində idarə etdiyi “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə üzü “20 Yanvar” metrostansiyası istiqamətində saatda 70km/sürətlə hərəkət edərkən Bakı şəhəri, Ziya Bünyadov prospektində yerləşən “Çermet” körpüsü adlanan körpüyə çatdıqda idarə etdiyi avtomobilin yanacağı bitdiyi üçün avtomobil sönmüşdür. Buna görə də o, məcbur olaraq avtomobili Çermet körpüsünə qalxan yolla sağa ayrılan yol ayrıcında saxlamış və qəza işıqlarını yandırmağa hazırlaşan zaman anidən idarə etdiyi avtomobilin arxa hissəsindən avtomobil toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil irəliyə doğru getsə də, o, əyləci basaraq avtomobili saxlayıb yerə düşmüşdür. Həmin vaxt “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi ilə idarə etdiyi “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurduğunu, “Opel Astra” markalı avtomobildə olan sərnişinlərin xəsarət aldığını görmüşdür. Bundan sonra hadisə yerinə toplaşmış şəxslərin köməkliyi ilə xəsarət almış şəxsləri avtomobildən yerə düşürtmüş və hadisə yerinə X7 avtomobili gələrək xəsarət almış şəxsləri xəstəxanaya aparmışdır. Hadisə zamanı o, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Xəsarət almış şəxsləri xəstəxanaya yola salsalar da, o və “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi sürücü hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişlər. Hadisə yerində polis əməkdaşlarının gəldiksən sonra sonunculara hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə ona ümumilikdə 4970 manat maddi ziyan dəymişdir. Hadisə zamanı o, heç bir xəsarət almamışdır. Onun avtomobili idarə etmək üçün bütün sənədləri olmuşdur. Hadisədən öncə o, avtomobili təxminən 70 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı isə avtomobilin yanacağı bitdiyi üçün avtomobili yol ayrıcında saxlamışdır. İdarə etdiyi avtomobildə heç bir nasazlığı olmamışdır. İbtidai istintaq zamanı Şahid4 mülki iddia ərizəsi verərək bildirmişdir ki, hadisə nəticəsində “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ona ümumilikdə dəyən maddi zərər 4970 (dörd min doqquz yüz yetmiş) manatın tutulmasını və onun mülki iddiaçı qismində tanınmasını xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərara əsasən Şahid4 mülki iddiaçı qismində tanınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs mülki iddiaçılar Şahid4 və Qanuni nümayəndə1 münasibətdə mülki cavabdeh qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxışı keçirilməsi haqqında” protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Çermet” körpüsünə qalxan yolla sağa ayrılan yol ayrıcında baş vermişdir. İstintaq zamanı “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ 6-088 nömrəli Təhlükəsiz Şəhər görüntü kameralarının vasitəsi ilə 23 may 2023-cü il tarixdə saat 03:45-dən 04:15-dək olan müddətdə qeydə alınan video görüntülərin götürülməsi üçün sorğu verilmiş və sorğu əsasında təqdim olunmuş 1 ədəd DVD formatlı diskə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2023-ci il tarixdə saat 03:50:15-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Çermet Körpüsü” körpüsünə qalxan yolla sağa ayrılan yol ayrıcında qara rəngli avtomobilin hərəkət edərək dayanması, həmin vaxt qara rəngli digər avtomobilin gəldiyi sürətlə yol ayrıcında dayanmış avtomobili arxa hissədən vurması, zərbənin təsirindən dayanmış vəziyyətdə olan qara rəngli avtomobilin istiqamətini dəyişərək sola dönüb körpünün üzərinə doğru qalxması, digər avtomobilin isə istiqamətini dəyişib sağa ayrılan yola daxil olaraq dayanması, avtomobildə olan sərnişinlərin yerə düşməsi, yoldan keçən avtomobillərin saxlayaraq hadisə yerinə yaxınlaşması, daha sonra hadisə yerinə X7 avtomobili gələrək xəsarət almış şəxsləri avtomobilə qoyaraq xəstəxanaya aparması müşahidə olunmuşdur. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Çermet Körpüsü” adlanan körpü ilə sağa ayrılan yol ayırıcında dayanmış vəziyyətdə olan qara rəngli avtomobilin “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, həmin avtomobili arxa hissəsindən vuran qara rəngli avtomobili idarə etdiyi “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu, avtomobili idarə edən şəxsin özü olmasını, yorğun olduğu üçün sükan arxasında onu yuxu apardığını, buna görə də, “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol ayrıcında dayanmasını toqquşma anında gördüyünü, idarə etdiyi “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq ön hissəsi ilə “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurduğunu və avtomobildə olan sərnişinlərin xəsarət aldığını bildirmişdir. İş üzrə “Təhlükəsiz şəhər” sistemindın alınmış 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika narkoloji Mərkəzi” X5 alınmış “Narkotik sərxoşlu vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli, 2205 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddənin təsiri alında olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 679 saylı rəyində göstərilmişdir ki,Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər: açıq kəllə - beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, alın sümüyünün xətti sınığı, alın nahiyəsinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2141 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Kia Optima markalı, 77CU579 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid4 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmir.İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Opel Astra markalı 99OE641 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili narkotik vasitənin təsiri altında və yorğun halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 90-100 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. (ekspertiza xərci 128 manat təşkil edir) xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Yasamal Rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddəti baş çatdığı üçün azad edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-OE- *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Cinayət işi üzrə Şahid4 idarə etdiyi “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibinə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Şahid4 idarə etdiyi “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir xərci ilə birlikdə ümumilikdə 4970 manat maddi ziyan dəymişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin X9 Şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 3-xx-xx/222900 nömrəli sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) “B,C” kateqoriyalı, AD 070068 seriya/nömrəli sürücülük vəsiqəsi verilmişdir. Sürücülük vəsiqəsi vətəndaşa təqdim edildiyi gündən Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir və həmin sürücülük vəsiqəsi hazıra aktivdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-453/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması və Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cüil tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:50-də tutulmuş və Nərimanov MSY təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, onun nümayəndəsi və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin; 17-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması həm CM-in 263-1.2, 263-1.2-1, 263-1.2, 263.3, 263-1.2, 263.1-2, 263-1.3, 263-1.4, 351.1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş, həm də bu madələrdə nəzərdə tutulmamış (məsələn, şəxsin sağlamlığına yüngül zərər vurulması, yaxud da onun əmlakının zədələnməsi və ya məhv edilməsi) nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına fiziki, əmlaklarına isə maddi zərər vurulmuş bütün şəxslər zərər çəkmiş şəxs qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87-ci maddəsində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. CM-in: 263-1.2-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hal kimi nəzərə alır: cinayəti etiraf etməsi və əməlindən peşman olmasını; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşdirən hallara əsasən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.2-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - “Təhlükəsizlik şəhər xidməti”nin kamera görüntüləri əks olunmuş 01 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), maddi sübut 01 ədəd “Opel Astra” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı, 01 ədəd “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibinə sahibinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, alın sümüyünün xətti sınığı, alın nahiyəsinin əzilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətlərinin yetirilməsinə səbəb olmuşdur. Eyni zamanda təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində Şahid4 məxsus “Kia Optima” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4970 (dörd min doqquz yüz yetmiş) manat maddi zərər dəymişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş mülki iddia və Şahid4 verdiyi mülki iddia təmin edilməli, təqsirləndirilən şəxsdən vurulmuş maddi zərərə görə 5.000 maddi ziyan zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin xeyrinə, 4.970 manat Şahid4 xeyrinə tutulmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Müdafiəçi iştirak etdiyi 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Presedent Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-1 ədəd DVD disk cinayət işiini materiallarında saxlanılsın. İş üzrə maddi sübut -1 ədəd “Opel ASTRA” markalı **-OE-*** dövlət qeydiyyat nişanlı və Kia Optima markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahibinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD– 210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Mülki iddia ərizələri təmin edilsin. Təqsirləndirilən şəxs 5.000 (beş min) manat maddi ziyan tutulub zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (mülki iddiaçı) Qanuni nümayəndə1 ödənilsin. Təqsirləndirilən şəxs 4.970 (dörd min doqquz yüz yetmiş) manat maddi zərər tutulub mülki iddiaçı Şahid4 ödənilsin. Bakı şəhəri Presedent Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq müddətində müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 35 (otuz beş) iş saatına görə 210 (iki yüz on) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri Presedent Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-453/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-453/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver