Məhkəmə qərarları › İş №1(005)-453/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-453/2024

27.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-453/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, 53 saylı MKİS-də fəhlə işləyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ı qarajda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək təkrar xuliqanlıq elmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski, ev 21 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında olan sözlü mübahisə zamanı sonuncunun gecə vaxtı səs-küy salmasına irad bildirməsini bəhanə edərək özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla qəddarlıq və eqoizm nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib Zərərçəkmiş şəxs qəsdən vurub ona ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol gicgah nahiyəsinin, çənə nahiyəsinin, sağ qulaq seyvanının, qarın nahiyəsinin qançırları, sağ və sol dirsək oynağının, sağ saidin, sağ kürək nahiyəsinin, sol sağrı nahiyəsinin, sağ və sol diz oynağının, sağ baldırın sıyrıqları və ağızın selikli qişasının əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, təkrarən xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski, ev 21 ünvanının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında olan sözlü mübahisə zamanı sonuncunun gecə vaxtı səs-küy salmasına irad bildirməsini bəhanə edərək qeyri-rəsmi nikahda olduğu Şahid4 ilə əlbir olan bir qrup şəxs halında birləşib özünün şəxsiyyətini ətrafdakı şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla qəddarlıq və eqoizm nümayiş etdirib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli surətdə pozulmasına səbəb olan nalayiq ifadələrlə ucadan təhqir edib Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinə qəsdən bir neçə ardıcıl zərbələr vurub ona sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol gicgah, sol yanaq, alt çənənin sol yarısının boyunun ön səthinin sol yarısının, boyunun sağ yarısının bayır səthinin, döş qəfəsinin sol yarısının bayır səthinin, sol bazu oynağının arxa səthinin, döş qəfəsinin sol yarısın arxa səthinin, sağ bazunun orta üçdə birinin bayır səthinin, sağ bazunun orta üçdə birinin arxa səthinin sıyrıqları, sağ bazu oynağının ön səthinin, sol sarğı nahiyəsinin bayır kvadratının, sol budun aşağı üçdə birinin arxa səthinin, sağ budun yuxarı üçdə birinin arxa səthinin sağ budun aşağı üçdə birinin arxa səthinin, sol diz oynağının bayır səthinin, sol baldırın yuxarı və orta üçdə birinin bayır səthlərinin, sağ budun yuxarı üçdə birinin iç səthinin qaçırları və sol göz yuvasının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət edilən hematoması ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanhq etmiş, qrup üzvü Gülgüz Novruzova isə Zərərçəkmiş şəxs qəsdən vurub ona sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sol gicgah nahiyəsinin nöqtəvari qansızması ilə nəticələnən bədən xəsarəti yetirməklə xuliqanhq elmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə həyatı qurduqdan sonra yaşamağa evi olmadığından ünvan 3 ünvanının həyətindəki 7 saylı qarajda məskunlaşmışdır. Yaşayış şəraiti acınacaqlı olduğundan bu barədə rəsmi qurumlara müraciət elmişdir. Rəsmi qurumlar onun yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə ailə üzvləri ilə birlikdə yaşadığı həmin qarajı təmir edib yaşanılacaq vəziyyətə gətirib 2016-cı ildə onun yaşaması üçün icazə vermişdirlər. Həmin vaxtdan da ailə üzvləri ilə birlikdə həmin qarajda yaşayır, hərdən qarajın qarşısına stol qoyub ailə üzvləri ilə birlikdə həmin stolun arxasında oturub çay içirlər. Onun iki həyat yoldaşı vardır, onlardan Şahid1 Kamaləddin qızı ilə rəsmi nikahları olsa da digər həyat yoldaşı Şahid4 ilə rəsmi nikahları yoxdur. Aybənizlə evliliklərindən 4 azyaşlı qızı var, Gülgəzlə olan evliliyindən isə xx.xx.2024-cü il təvəllüdlü bir azyaşlı oğlu vardır. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində yaşadığı həmin qarajın qarşısında olan stolun arxasında əyləşib ailə üzvləri ilə birlikdə çay içirmişlər. Həmin vaxt onunla qonşuluqda, yəni X.Şuşinski küçəsi 21 ünvanındakı binada yaşayan Emil adlı şəxs məhəlləyə daxil olub əlindəki mobil telefonla video çəkərək yanlarına gəlib onların ünvanlarına nalayiq ifadə işlədərək qarajın qarşısında oturmalarına irad bildirmişdir. Emilə etirazını bildirmiş, ondan məhəlləni tərk etməsini istəsə də Emil ona məhəl qoymayıb video çəkməyə davam etmişdir. Emilin onu və ailə üzvlərini video çəkməsinə və onları təhqir etməsinə dözməyib, əsəbiləşərək onun sifətindən itələmişdir. Emil yenidən onun üzərinə gəldiyindən Emilin sifətinin sağ tərəfindən bir dəfə şillə ilə vurmuşdur. Emil zərbənin təsirindən yerə yıxılmışdır. Emilin yıxıldığını görüb onun qolundan tutaraq ayağa qaldırmış və yaşadığı evə göndərmişdir. Özü də yaşadığı həmin qaraja qayıtmışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 01:10 radələrində yaşadığı həmin qarajın qarşısında olan stolun arxasında əyləşib ailə üzvləri ilə birlikdə söhbət edirmişlər. Həmin vaxt əvvəllər aralarında mübahisə olan Zərərçəkmiş şəxs yenidən məhəlləyə daxil olub əlindəki mobil telefonla video çəkərək yanlarına gəlib onların ünvanına nalayiq ifadə işlədərək qarajın qarşısında oturmalarını irad bildirmişdir. Emildən onlardan nə istədiyini, niyə onlara yaşamağa imkan vermədiyini, mütəmadi olaraq məhəlləyə daxil olub video çəkərək ailə üzvlərini narahat etməsinin səbəbini soruşmuş və Emildən onlardan əl çəkməsini istəmişdir. Emil isə onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək həyətdə oturmaqla guya səs-küy saldıqlarını bildirmişdir. Həmin vaxt onun həyat yoldaşı Gülgəz hamilə olduğundan hər hansı mübahisənin ona pis təsir edəcəyini və Emilin hərəkətlərindən narahat olacağını fikirləşib Emili məhəllədən qovmuşdur. Belə ki, arvadı Aybənizlə birlikdə Emili həyətdən qovarkən Gülgəz də onlara köməklik etmiş və Emili həyətdən qovaraq öz yaşadığı məhəlləyə tərəf qovalamışlar. Emil isə arxa-arxaya hərəkət edib əlindəki telefonla onları videoya çəkirmiş. Onun niyyəti Emili yaşadığı binanın həyətinə aparıb mənzilinə yola salmaq olmuşdur. Emilin yaşadığı ünvan 4 ünvanında yerləşən binanın 3-cü blokunun qarşısına çatdıqda Emil onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyindən əsəbiləşərək yumruq və təpiklə onu döyməyə başlamışdır. Emilə bir neçə zərbə vurduqdan sonra qonşular onlara yaxınlaşaraq onları aralaşdırmışlar. Həmin vaxt hadisə yerinə polis əməkdaşları yaxınlaşmışlar. Emil polis əməkdaşları ilə birlikdə getsə də o, yaşadığı həmin qaraja qayıtmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında 10 ilə yaxın müddətdir ki, tək yaşayır. xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində yaşadığı evdə olarkən yüksək musiqi səsi eşitmiş və buna görə eyvana çıxmışdır. Həmin musiqi səsinin yaxınlıqdakı N.Yusifbəyli küçəsində yerləşən 9 mərtəbəli binanın həyətindən gəldiyini eşitdikdə, əynini geyinərək həmin ünvana gəlmiş və orada tanımadığı dörd nəfər kişinin stol və stullar qoyaraq oturduqlarını, eyni zamanda maşında yüksək musiqi qoyaraq dinlədiklərini görmüşdür. Onlara irad bildirib gecə vaxtı olduğunu və səs- küydən yata bilmədiyini deyib, musiqinin səsini kəsmələrini xahiş etmişdir. Bundan sonra musiqinin səsi gələn avtomobilin videosunu çəkərək musiqinin səsi kəsilməyəcəyi təqdirdə polisə məlumat verəcəyi barədə xəbərdarlıq etmiş və oradan uzaqlaşmışdır. Həmin məhəllədən çıxdıqdan sonra yaxınlıqdakı Feyzulla Qasımzadə küçəsi 9 ünvanında yerləşən mənzilinə gedib, oradakı qaraja nəzər yetirdikdən sonra təxminən 20-30 dəqiqə sonra yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski, ev 21 ünvanının yaxınlığına gəlmişdir. Binanın həyətinə daxil olmaq istəyərkən həmin şəxslərin binanın həyətinin girişində dayandıqlarını görmüşdür. Hər hansı mübahisə olmasın deyə yolunu dəyişmək istədikdə onlardan biri, sonradan adının Valeh olduğunu bildiyi şəxs ona yaxınlaşıb onların qanunsuz hərəkətlərini video çəkməyini irad bildirib, uzun müddətdir həmin məhəllədə yaşadığını, ona irad tutmamaq iqtidarında olmadığını bildirib onunla aqressiv formada danışmağa başlamışdır. Valehə iradının əsaslı olduğunu, musiqinin səsindən yata bilmədiyini bildirdikdə Valeh anidən sifətinin sol tərəfindən yumruqla vurmuş və zərbənin təsirindən yerə yıxılmışdır. Yerə yıxılan zaman dirsəkləri və topuğu yerə dəymiş həmin nahiyələrindən xəsarət almışdır. Ayağa qalxaraq dərhal DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin vaxt Valehin həyat yoldaşı və Valehin yanında olan kişilər Valehi öz evinə aparmaq məqsədi ilə "xxxx" MTKnın həyətinə aparmışlar. Onların arxasınca gedib həmin həyətə daxil olaraq onlara yaxınlaşıb, hadisə barədə polisə məlumat verdiyini, Valehin hərəkətləri barədə qanuni tədbir görüləcəyini bildirmişdir. Valeh anidən istiqamətini dəyişib onun üzərinə hücum çəkmiş və sifətinin sağ tərəfindən yumruqla vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. Yıxılan zaman dirsəkləri və dizləri yerə dəymişdir. Ayağa qalxdıqda evə getmək qərarına gəlib yaşadığı mənzilə gedib evdə əl-üzünü yumuş və yenidən yaşadığı binanın önünə düşüb “Elite” marketin qarşısında polisi gözləmişdir. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 16-cı PŞ-nə gəlmişlər. Polis şöbəsində ərizə yazmış və hadisə ilə bağlı izahat vermişdir. Məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş ağızın selikli qişasının əzilmiş-cırılmış yarası, sol gicgah nahiyəsinin, çənə nahiyəsinin, sağ qulaq seyvanının, sol sağrı nahiyəsinin, sağ və sol diz oynağının, sağ baldırın sıyrıqları xəsarətlərini baş vermiş mübahisə zamanı Valeh tərəfindən ona yetirilmişdir. Mübahisə gecə vaxtı olmuşdur. Mübahisələri iki mərhələdən, yəni ilk olaraq yüksək səslə bağlı onun iradından sonra Valehin yaşadığı məhəllədə, sonradan isə Valehin ona hücum etməsi ilə bağlı “Elite” marketin qarşısında və "xxxx" MTK-nın həyətində baş vermişdir. Valehin yaşadığı məhəllədə mübahisə təxminən 10 dəqiqə, “Elite” marketin qarşısında təxminən 5-7 dəqiq, "xxxx" MTK-nın həyətində isə 3-4 dəqiqə davam etmişdir. Mübahisə zamanı ətrafda bir neçə şəxs olsa da həmin şəxsləri tanımır, həmin şəxslər isə kənardan durub baxsalar da müdaxilə etməmişdirlər. Mübahisə zamanı heç kimə xəsarət yetirməmiş, əksinə onu döyərək xəsarət yetirmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla düşmənçiliyi olmamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində yaşadığı evdə olarkən yatmağa getməmişdən öncə mənzilinin pəncərələrini bağladıqda binanın həyətində səs-küy olduğunu eşitmiş və eyvana çıxaraq ətrafa baxmışdır. Səs olanda yata bilmədiyindən səs edənləri müəyyən edib sakitləşdirmək məqsədi ilə əynini dəyişərək yaşadığı binanın həyətinə düşmüşdür. Həyətə düşərkən saata baxmış və saatın 01:10 olduğunu görmüşdür. Yaşadığı binanın həyətinə düşdükdə səsin onların binasının həyətindən deyil, yaxınlıqdakı N.Yusifbəyli küçəsində yerləşən 9 mərtəbəli binanın həyətindən gəldiyini müəyyən edib həmin binanın həyətinə daxil olmuşdur. Binanın həyətinə daxil olduqda Valehin yaşadığı qarajın qarşısında qışqıra-qışqıra onun qarşısında dayanmış qadını döydüyünü görmüşdür. Kənarda durub bir neçə dəqiqə onları müşahidə etdikdən sonra Valehə yaxınlaşaraq irad bildirib gecə vaxtı olduğunu və səs-küydən yata bilmədiyini deyib, sakitçilik yaratmalarını xahiş etmişdir. Həmçinin, əvvəllər aralarında olan münaqişəni xatırladaraq Valehə özünü sakit aparmasını tövsiyyə etmişdir. Valeh isə cavab olaraq, səs-küy salmadığını və səsin binanın 6-cı mərtəbəsindən gəldiyini bildirmişdir. Valehə qışqırdığını müşahidə etdiyini və qışqırmasını sübut etmək üçün öncədən videoya çəkdiyini bildirmişdir. Bundan sonra Valeh yanındakı iki qadınla birlikdə onun üzərinə hücum etmişdir. Həmin vaxt qadınlardan biri “mən hamiləyəm, sən hamilə qadına əl qaldırırsan?!” deyə qışqırmağa və ona əl qaldırmadığı halda onu günahlandırmağa başlamışdır. Həmin şəxslərin ona böhtan atmaq niyyətində olduqlarını anlamış və münaqişə olmasın deyə dərhal həmin məhəllədən çıxmışdır, mübahisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra isə yaxınlıqdakı 9 mərtəbəli binanın altındakı restorana daxil olmuşdur. Restoranın ofsiantı Valehgilin arxasınca gəldiklərini görüb onlardan yayınmaq istədiyini anlamışdır və restoranın daxilində mübahisə olmasın deyə ona restorana burxmayıb restorandan çölə çıxartmışdır. O isə yaşadığı məhəlləyə tərəf getmiş, Valeh və yanındakı iki nəfər qadın onun arxasınca qaçmağa başlamışlar. Məhəllənin girişində arxa-arxaya gedib onların onu təqib etmələrini videoya çəkirmiş. Həmin vaxt hamilə olduğunu deyən qadın onun üzərinə hücum çəkib əli ilə baş və çiyin nahiyəsindən zərbə endirmişdir. Həmin vaxt Valeh də qışqıra-qışqıra üstünə hücum çəkdikdə onu çəkilişi dayandırıb məhəlləyə daxil olaraq yaşadığı mənzilin yerləşdiyi bloka tərəf qaçmışdır. Valeh və 2 qadın onun arxasınca qaçaraq onu qovmuşdurlar. Gəlib yaşadığı mənzilin yerləşdiyi bloka çatdıqda jetonu çıxarıb blokun qapısını açmaq istəmiş, Valeh blokun qapısının önündə duraraq “səni qalxmağa qoymayacağam” demişdir. Blokun önündə qadınların ikisi də onun əynində olan ağ rəngli qısaqol köynəydən yapışaraq Valehin onu döyməsinə şərait yaratmışlar. Onlardan can qurtarmağa çalışdıqda köynəyi cırılmış, Valeh əlləri və ayaqları ilə onun bədəninin müxtəlif yerlərinə zərbələr endirmiş, həmçinin qadınlardan biri onun üz nahiyəsindən şillə ilə vurmuşdur. Çarəsiz vəziyyətdə qaldıqda qışqıraraq qonşuları kömək etmələri üçün səsləmişdir. Bir neçə dəqiqədən sonra qonşulardan bir neçəsi yaxınlaşaraq onu onların əlindən almağa cəhd etsələr də buna nail ola bilməmişlər. Həmin vaxt polis əməkdaşları hadisə yerinə yaxınlaşdıqda, Valeh polisləri görüb qaçmağa başlamış, qadınlar onu buraxıb kənara çəkilmişlər. Daha sonra polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirib 16-cı PŞ-nə gətirmişlər. Polis şöbəsində ərizə yazmış və hadisə ilə bağlı izahat vermişdir. Yaşadığı binanın 3-cü blokunun qarşısında baş vermiş mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Səs-küyə bina sakinləri mənzillərin eyvanlarından yaxud da pəncərəsindən onların mübahisələrinə baxırmışlar, hətta bir nəfər onların yanlarına gəlib onu onların əlindən almağa çalışmışdır. Binadan onun döyülməsini bir nəfər şəxs telefonu ilə çəkmişdir. Həmin şəxs kimliyini bildirməsə də, lakin videogörüntünü polis əməkdaşlarına təqdim etmişdir. Ətrafa xeyli sayda adam yığılmışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanının həyətindəki 7 saylı qarajda ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə 2022-ci ilin sonlarında ailə həyatı qurmuş, həmin vaxtdan da onun ailə üzvləri ilə birlikdə yaşayır. Valeh ondan başqa Şahid1 Kamaləddin qızı ilədə evlidir və rəsmi nikahları vardır. Aybənizlə evliliyindən 4 azyaşlı qızı var, onunla olan evliliklərindən isə xx.xx.2024-cü il təvəllüdlü bir azyaşlı oğulları vardır. Belə ki, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində yaşadığı həmin qarajın qarşısında olan stolun arxasında əyləşib ailə üzvləri ilə birlikdə çay içirmişlər. Həmin vaxt onunla qonşuluqda, yəni X.Şuşinski küçəsi 21 ünvanındakı binada yaşayan Emil adlı şəxs məhəlləyə daxil olub əlindəki mobil telefonla video çəkərək yanlarına gəlib onların ünvanlarına nalayiq ifadə işlədərək qarajın qarşısında oturmaqlarına irad bildirmişdir. Etirazlarını bildirib, ondan məhəlləni tərk etməsini istəsələr də Emil onlara məhəl qoymadan video çəkməyə davam etmişdir. Emilin onları video çəkməsinə və onları təhqir etməsinə dözməyib, əsəbiləşərək onun sifətindən itələmişdir. Emil yenidən Valehin üzərinə gəldiyindən onun sifətinin sağ tərəfindən bir dəfə şillə ilə vurmuşdur. Emil zərbənin təsirindən yerə yıxılmışdır. Emilin yıxıldığını görüb onun qolundan tutaraq ayağa qaldırmış və yaşadığı evə göndərmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 01:10 radələrində yaşadıqları həmin qarajın qarşısında olan stolun arxasında əyləşib ailə üzvləri ilə birlikdə söhbət edirmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs yenidən məhəlləyə daxil olub əlindəki mobil telefonla video çəkərək yanlarına gəlib guya onların, səs-küy saldıqlarını bəhanə edib onların ünvanlarına nalayiq ifadə işlədərək qarajın qarşısında oturmalarını irad bildirmişdir. Valeh Emildən onlardan nə istədiyini, niyə onları yaşamağa imkan vermədiyini, mütəmadi olaraq məhəlləyə daxil olub video çəkərək ailə üzvlərimizi narahat etməsinin səbəbini soruşmuş və Emildən onlardan əl çəkməsini istəmişdir. Emil isə onların ünvanlarına nalayiq ifadələr işlədərək həyətdə oturmaqla guya səs-küy saldıqlarını bildirmişdir. Valeh Aybənizlə birlikdə Emili həyətdən qovarkən o da onlara köməklik etmiş və Emili həyətdən qovaraq öz yaşadıqları məhəlləyə tərəf qovmuşlar. Emil isə arxa-arxaya hərəkət edib əlindəki telefonla onları videoya çəkirmiş. Emilin yaşadığı ünvan 4 ünvanında yerləşən binanın 3-cü blokunun qarşısına çatdıqda Emil onların ünvanlarına nalayiq ifadələr işlətdiyindən Valeh əsəbiləşərək yumruq və təpiklə onu döyməyə başlamışdır. Mübahisə zamanı Emil onun qarnına təpik vurduğundan o da özünü müdafiə etmək üçün onun sifət nahiyəsindən bir dəfə şillə ilə vurmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, X1 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, M.Sənani küçəsidir. Həmin ünvanda hündürmərtəbəli bina yerləşir. Hadisə yeri piyadalar üçün nəzərdə tutulmuş səkidir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin 02 may 2024-cü il tarixli, 457 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - ağızın selikli qişasının əzilmiş - cırılmış yarası, sol gicgah nahiyəsinin, çənə nahiyəsinin, sağ qulaq seyvanının, qarın nahiyəsinin qançırları, sağ və sol dirsək oynağının, sağ saidin, sağ kürək nahiyəsinin, sol sağrı nahiyəsinin, sağ və sol diz oynağının, sağ baldırının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin 24 may 2024-cü il tarixli, 11/457 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər ağızın selikli qişasının əzilmiş - cırılmış yarası, sol gicgah nahiyəsinin, çənə nahiyəsinin, sağ qulaq seyvanının, qarın nahiyəsinin qançırları, sağ və sol dirsək oynağının, sağ saidin, sağ kürək nahiyəsinin, sol sağrı nahiyəsinin, sağ və sol diz oynağının, sağ baldırın sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddəidə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcələrinə görə ağızın selikli qişasının əzilmiş - cırılmış yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya, sol gicgah nahiyəsinin, çənə nahiyəsinin, sağ qulaq seyvanının, qarın nahiyəsinin qançırları, sağ və sol dirsək oynağının, sağ saidin, sağ kürək nahiyəsinin, sol sağrı nahiyəsinin, sağ və sol diz oynağının, sağ baldırın sıyrıqları isə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 10 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən hündürmərtəbəli binanın qarşısında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında sözlü mübahisə gedir. Ətrafa digər şəxslər yığışmışdır. DİN-in Baş Əməliyyat və Statistik informasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 263- 1.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 06 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2019-cu ildə cəzanı çəkib qurtardığından qeydiyyatdan çıxarılmışdır. “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri yaxınlıqda hündürmərtəbəli binalar, yol kənarında saxlanılmış avtomobillərin qarşısıdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyinin 18 iyul 2024-cü il tarixli, 789 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sol gicgah nahiyəsinin nöqtəvari qansızması, sol göz yuvasının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət edilən hematoması, sol gicgah, sol yanaq, alt çənənin sol yarısının boyunun ön səthinin sol yarısının, boyunun sağ yarısının bayır səthinin, döş qəfəsinin sol yarısının bayır səthinin, sol bazu oynağının arxa səthinin, döş qəfəsinin sol yarısın arxa səthinin, sağ bazunun orta üçdə birinin bayır səthinin, sağ bazunun orta üçdə birinin arxa səthinin sıyrıqları, sağ bazu oynağının ön səthinin, sol sarğı nahiyəsinin bayır kvadratının, sol budun aşağı üçdə birinin arxa səthinin, sağ budun yuxarı üçdə birinin arxa səthinin sağ budun aşağı üçdə birinin arxa səthinin, sol diz oynağının bayır səthinin, sol baldırın yuxarı və orla üçdə birinin bayır səthlərinin, sağ budun yuxarı üçdə birinin iç səthinin qaçırlar-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil. “Təqdim edilən diskə baxış keçirilməsi haqqında” 25 iyul 2024-cü il tarixli protokoldan görünür k, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd diskə baxış zamanı həmin diskdə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinksi küçəsi 21 saylı binanın istintaqla müəyyən edilməyən sakini tərəfindən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi zamanı qeydə alınmış 01 ədəd vidcogörüntünün olduğu müəyyən edilmişdir. 02 dəqiqə davam edən həmin videofayla baxış zamanı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinksi küçəsi 21 saylı binanın giriş qapısının qarşısında əynindəki üst geyimi cırılmış vəziyyətdə olan zahiri əlamətlərindən Zərərçəkmiş şəxs bənzər şəxsin əynində göy rəngli don olan qadın tərəfindən əli ilə tutulub saxlanıldığı, həmin qadından sağ tərəfdə duran zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsin isə Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinə əli və ayağı ilə ardıcıl zərbələr vurduğu, Təqsirləndirilən şəxs sağda dayanmış qadının isə Təqsirləndirilən şəxs sakitləşdirməyə və onu Zərərçəkmiş şəxs vurmasına mane olduğu görünmüşdür. Daha sonra vidcogörüntünün 01:08-ci dəqiqəsində əynində göy rəngli don olan qadınm sağ əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsindən vurması müşahidə edilmişdir. Həmin anda göy rəngli don olan qadın tərəfindən tutub saxlanılmış Zərərçəkmiş şəxs bədəninin müxtəlif hissələrinə Təqsirləndirilən şəxs tərəfindən əl və ayaqla ardıcıl zərbələr vurması görünmüşdür. Daha sonra şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər bina sakininin onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsa da, Təqsirləndirilən şəxs ona məhəl qoymayaraq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs ardıcıl zərbələr vurması müşahidə edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs protokolda “Zərərçəkmiş şəxs” kimi qeyd edilən şəxsin özü, “Valeh” kimi qeyd edilən şəxsin Təqsirləndirilən şəxs olduğunu, digər iki nəfər qadından göy donlu qadının Təqsirləndirilən şəxs arvadı Şahid4, digərinin isə Təqsirləndirilən şəxs arvadı Aybəniz Rəhmanova olduğunu, həmin videogörüntülərin tanımadığı bina sakini tərəfindən qeydə alınaraq sosial şəbəkədə paylaşıldığını bildirmişdir. Qeyd olunan diskə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid4 iştirakı ilə baxış keçirilən zaman sonuncular Zərərçəkmiş şəxs baxış zamanı göstərdiklərini təsdiq etmişdirlər. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 26 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 20 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş baş vermiş hadisənin görüntülərini özündə əks etdirən 02 ədəd disk cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqlarının olmasını (əsas: iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətləri) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 01 gün müddət cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda iş üzrə maddi sübut 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək tutma altında saxlanıldığı cəmi 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 27 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatına görə 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar