Məhkəmə qərarları › İş №1(005)-454/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-454/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-454/2025 03.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Salyan rayonu Ə.Qasımzadə küçəsi ev 111 -də qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu Lev Tolstoy küçəsi ev 116-da yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeylimiqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 7,50 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla 09 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanına daşımış, 09 avqust 2025-ci il tarixdə saat 00:05 radələrində ünvan 2 ünvanın qarşısında olarkən, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq, video çəkilişlə keçirilən şübhəli şəxsin üstünün yox anılması zamanı ona məxsus olan əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş təmiz çəkisi 7,50 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, beş ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində ünvan 4 ünvanın qarşısında dayanıb siqaret çəkirdiyi zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və video kamera çəkilişinin iştirakı ilə üstünün yoxlanılmamışdan əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklifi olunmuşdur. Üstünün yoxlanılması zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuananı (nəşə) könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən ağ rəngli zərfə qablaşdırılıb möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə gəlmişlər. Orada ondan aşkar olunan narkotik vasitə təhqiqatçıya təqdim olunmuş, müdafiəçinin iştirakı ilə həmin zərf açılaraq baxış keçirilmişdir. O, bildirmişdir ki, həmin şalvarının sağ yan cibindən aşkar olunan qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuana onundur və ona məxsusdur, onu özü qəbul etmək üçün xx.xx.2025-ci il tarixdə Tiktok sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı adını Əli kimi təqdim edən şəxsdən qramını 10 manata özü istifadə etmək üçün almışdır. Təqdim olunan narkotik vasitə təhqiqatçı tərəfindən yenidən qablaşdırılıb möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan başqa o, həmin şəxsi heç vaxt görmədiyini, onun digər anket məlumatları barədə heç bir məlumatı olmadığını, üzərində olan narkotik vasitədən hər hansı bir şəxsə istifadə etmək üçün vermədiyini, narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olmadığını bundan başqa heç yerdə heç bir cinayət etmədiyini, heç bir xəstəlikdən əziyyət çəkmədiyini polis əməkdaşları tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə gətirilən zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki, psixi yaxutda digər bir üsulla təsir göstərən olmadığını birdirmişdir. Son olaraq əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı övladının olmasını, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq olunmasını xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 16cı Polis Şöbəsinin əməkdaşı Şahid2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatında «Mirtərlan» adlı şəxs Nərimanov rayonu, Azad Hümbətov küçəsi 2 ünvanının qarşısında olacağı və üzərində narkotik vasitə olacağı, həmin şəxsin geyimi və xüsusi əlamətləri bildirilmişdir. Bu barədə Nərimanov RPİ-nin 16-cı PŞ-nin rəisinə raportla müraciət olunduqdan sonra əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nərimanov rayonu Azad Hümbətov küçəsi 2 ünvanının qarşısında «Mirtərlan» adlı şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində video çəkilişlə keçirilən şübhəli şəxsin üstünün yoxlanılması və götürmə zamanı ona məxsus olan əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddəni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə (nəşə) qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı xx.xx.2025-ci il tarixdə Tiktok sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı adını Əli kimi təqdim edən şəxsdən qramını 10 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılmış, bundan sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilərək, xidməti otaqda Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə təhqiqatçıya təqdim olunmuş, müdafiəçinin iştirakı ilə həmin maddəyə baxış keçirilmiş və bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduqları ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 00:05-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsin üstünün yoxlanılması və və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə başlamamışdan əvvəl xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üstünün yoxlanılması zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar vardırsa könüllü olaraq təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qara rəngli sellofana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsədə heç bir qanunla qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofana bükülmüş bükümün içərisinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı qara rəngli sellofana bükülmüş bükümün içərisindən spesifik qoxuya malik, yaşılmtıl rəngli bitki mənşəli kütlədən ibarət maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotok vasitə olan nəşə adı ilə tanınan qurudulmuş marixuanadır, həmin nəşəni Tiktok sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı adını Əli kimi təqdim edən şəxsdən qramını 10 manata özü istifadə etmək üçün alıb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi, qara rəngli sellofana bükülmüş içərisində spesifik qoxuya malik, yaşımtıl rəngli xırdalanmış bitki mənşəli hissəciklərdən ibarət maddə olan büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi götürülərək qablaşdırılmış və DİN-nin 216 nömrəli möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2025-ci il tarixli 3-16-16/2-7/1058/2025 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,50 qram olan bitki mənşəli kütlə; tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına təqdim edilmiş narkotik vasitə marixuananın təmiz çəkisi 7,50 qram, ekspertiza tədqiqatına sərf olundu 0,02 qram, qalıq 7,48 qram. Aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi barədə” 10 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilmişdir; “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 4856 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. “CD-R diskə baxış keçirilməsi haqqında” 10 avqust 2025-ci il tarixli protokoldan görünür ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs 09 avqust 2025-ci il tarixdə saat 00:05 radələrində ünvan 2 ünvanın qarşısında olarkən, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq, üzərində video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı ona məxsus olan əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd qara rəngli sellofa bükülmüş bükümü çıxararaq polis əməkdaşlarına təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə 16-cı PŞ-də təhqiqatçı və müdafiəçi tərəfindən baxış keçirilir. Baxış zamanı həmin bükümün içərisindən yaşılmtıl rəngli xırdalanmış bitki mənşəli maddə aşkar edilir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirir ki, təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə olan (nəşə) qurudulmuş marixuanadır, həmin maddəni Tiktok sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının vətəndaşı adını Əli kimi təqdim edən şəxsdən qramını 10 manata özü istifadə etmək üçün almışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində maddə olan büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və işdə olan hökmdən görünür ki, İsmayılov X2 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 oktyabr 2023-cü il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 13 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 28 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə mühüm sübut əhəmiyyət kəsb etdiyindən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından qalıq qalmış 7,48 qram narkotik vasitə qurudulmuş saxlanılınası üçün Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, 05 mart 2013cü il təvəllüdlü X1 anası X7, atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-501/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında Salyan rayon Qeydiyyat Şöbəsi rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli 408 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X1 X4 yanında saxlanılması, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması ilə 27 mart 2019-cu il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq X5 verilməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Rayon İcra və Probasiya Şöbəsinin №237958/05 saylı, xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)-501/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə, xx.xx.2019-cu ildə icraata daxil olmuşdur. Borclu Təqsirləndirilən şəxs tərəfindən aliment borcu mütəmadi olaraq ödənilmiş, onun tərəfindən yalnız 2025-ci ilin fevral ayı üzrə 224 manat aliment borcu qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(005)-454/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmış, onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qismində qətimkan tədbiri seçilmiş və yeri müəyyən edildikdə dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin 27 yanvar 2026cı il tarixli məktubundan görünür ki, xx.xx.1994-cü ildə ünvan 6 ünvanında qeydiyyatda olan, ünvan 7aşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1(005)- 454/2025 saylı cinayət işi üzrə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən barəsində xx.xx.2026-cı il tarixdə 60778/26 saylı axtarış işi açılmış, Təqsirləndirilən şəxs saxlanılaraq Nərimanov RPİ MSY-nə təhvil verilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.8-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmamasının müəyyən edilməsidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 81-ci maddəsinə əsasən Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü İsmayılova Günəş adlı uşaqı vardır. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 501/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması ilə 27 mart 2019-cu il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq X5 verilməsi qət olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan Rayon İcra və Probasiya Şöbəsinin №237958/05 saylı, xx.xx.2026-cı il tarixli məktubuna əsasən Salyan rayon Məhkəməsinin 2(057)-501/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən aliment borcu mütəmadi olaraq ödənilmiş, onun tərəfindən yalnız 2025-ci ilin fevral ayı üzrə 224 manat aliment borcu qalmışdır. Təqsirləndirilən şəxs hər ay mütəmadi olaraq X5 xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment ödəyir. Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan (xx.xx.2013-cü il təvəllüdlü X3) övladı var. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qeyd olunan Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. (həmin Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az agır cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-cı bəndinə əsasən cinayət təqibinə xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri cinayət işi üzrə icraata xitam verildiyindən ləğv edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir (CPM-162.1.2). Ekspertizası tədqiqatın dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, ekspertizası tədqiqatın dəyəri 72 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 7,48 qram olan narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin əks olunduğu 01 ədəd CD disk, “Baxış və götürmə aparılması” haqqında 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspert tədqiqatdan sonra qalan təmiz çəkisi 7,48 qram olan narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin əks olunduğu 01 ədəd CD disk, “Baxış və götürmə aparılması” haqqında 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 25 iş saatına görə 275 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar