Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-457/2022 23.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, "xxxx" MMC-də satıcı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxİamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kağız bükümdə təmiz çəkisi 0,285 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxlamış və 20 iyun 2022-ci il tarixdə, saat 13:40 radələrində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 114 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 83A ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən “Pall Mall” markalı siqaret qutusunda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd kağız bükümdə təmiz çəkisi 0,285 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitəni 2022-ci ilin iyun ayının ortalarında tanımadığı şəxsdən beş manata almışdır. 20 iyun 2022-ci il tarixdə günorta saatlarında piyada Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 114 ünvanının qarşısından keçən zaman iki nəfər mülki geyimli şəxsin ona diqqətlə baxdıqlarını görmüşdür. Həmin vaxt ona diqqətlə baxan şəxslərin polis əməkdaşı ola biləcəyini düşünüb cibində heroin olduğuna görə həyəcanlanaraq oradan uzaqlaşmağa çalışmışdır. Bu zaman həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları olduqlarını bildirərək ondan adını və soyadını, habelə hansı ünvanda yaşadığını soruşmuşlar. Cibində olan heroin bükümünə görə həbs olunacağını düşünüb həyəcanlanaraq özünü itirmiş və polis əməkdaşlarına konkret heç bir cavab verə bilməyib oradan uşaqlaşmaq istəmişdir. Bunu görən polis əməkdaşları onlarla birlikdə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə getməyi təklif etmişlər. Başqa çıxış yolu görməyib etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə getmişdir. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində onun üzərinə baxış keçirilmiş, baxış zamanı o, üzərində gəzdirdiyi narkotik vasitəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Tutduğu əməldən peşmandır Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən etibarən bilavasitə xidməti vəzifəsinin icrası ilə əlaqədar tanıyır, onunla qohumluğu yoxdur, aralarında əlaqə və münasibət, habelə ədavət və ziddiyyət olmamışdır. 20 iyun 2022-ci il tarixdə, saat 13:40 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 114 ünvanının yaxınlığında Nərimanov RPİ -nin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə xidməti vəzifəsini icra edən zaman həmin prospektlə piyada hərəkət edən bir nəfər şəxsin qeyri-adekvat hərəkətlər etdiyini və özünü şübhəli apardığını görmüşlər. Bu səbəbdən Azadlıq prospekti 114 ünvanının qarşısında narkotik vasitə istifadəçilərinə bənzəyən həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan adını və soyadını, eləcə də yaşayış ünvanını soruşmuşlar. Bu zaman həmin şəxs rabitəsiz danışaraq ərazidən uzaqlaşmağa çalışdığından onun üzərində narkotik vasitə olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün onu Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə dəvət etmişlər, İslam onlara etiraz etməmişdir16-cı Polis Bölməsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, daha sonra raportla rəhbərliyi məruzə olunmuşdur. Bundan sonra otaqların birində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən “Pall Mall” markalı siqaret qutusu, şalvarının sol yan cibindən isə “Redmi Note 9S” markalı mobil telefon çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Pall Mall” markalı siqaret qutusuna baxış keçirilərkən içərisində bir ədəd kağız büküm aşkar olunmuşdur. Həmin kağız bükümə baxış keçirilərkən bükümün içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddə barədə Təqsirləndirilən şəxs soruşulduqda o, həmin maddənin “kakos” olduğunu və həmin maddəni 05 manat müqabilində tanımadığı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs başqa heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. Daha sonra aşkar olunmuş maddə zərfə qoyulub qablaşdırılmaqla möhürlənərək götürülmüşdür. Təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokola və qablaşdırılmış zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imza etmişdir. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 20 iyun 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd “Pall Mall” markalı siqaret qutusunda içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, tozşəkilli maddə olan siqaretin ağ rəngli kağızına bükülmüş 01 ədəd bükümü, şalvarının sol yan cibindən isə 01 ədəd “Redmi Note 9S” markalı mobil telefonu könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, Azadlıq prospektində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 05 manata almışdır. Həmin narkotik maddəni “Pall Mall” markalı siqaret qutusuna qoyaraq əynindəki qara rəngli cins şalvarının sağ yan cibində öz istifadəsi üçün saxlamışdır. xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanın qarşısına gəlmiş və saat 13:40 radələrində qeyd olunan ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2022-ci il tarixli, 6/3442 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 248” dairəvi möhür əksləri, “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” yazıları, soyadlar və imzalar olan zərfdəki üzərində “Pall Mall” yazısı olan siqaret qutusunun içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,285 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55,0 manat təşkil edir. “Videogörüntünün əks olunduğu CD-yə baxış keçirilməsi haqqında” 20 iyun 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Əhmədov tərəfindən 20 iyun 2022-ci il tarixdə, saat 15:30-dan 16:00-dək həmin bölmədə yerləşən xidməti otağında Bakı şəhəri “Yusifbəyli və Partnyoları” Vəkil Bürosunun vəkili X3, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş bir ədəd “Pall Mall” markalı siqaret qutusunun içərisində bir ədəd kağız bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli maddə kütləsinin götürülməsinə dair videogörüntünün mövcud olduğu müəyyən edildi. Baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntünün mötəbərliliyini təsdiq edərək videogörüntüdə əks olunmuş, şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarının sağ cibindən bir ədəd “Pall Mall” markalı siqaret qutusunun içərisində bir ədəd kağız bükümdə aşkar olunaraq götürülmüş qəhvəyi rəngli maddə kütləsinin narkomanlar arasında “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin maddəni 2022-ci ilin iyun ayının ortalarında “Nərimanov” metrostansiyasının yaxınlığındakı Nərimanov parkında gəzişərkən təsadüfən yerdən tapıb götürərək ağrıları olanda istifadə etmək üçün “Pall Mall” markalı siqaret qutusunun içərisində gizlətməklə özündə saxladığını, lakin həmin maddəni başqa şəxsdən aldığını deyəcəyi halda məsuliyyətdən azad olunacağını düşünüb şəxsi axtarış zamanı həmin heroini üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 05 manata aldığını bildirdi “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Rahib Əliyevin vəsatətinin rədd edilməsi, Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs dərhal Nərimanov RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 21 iyun 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 13 may 2013-cü il tarixli hökmü ilə 300 manat cərimə cəzasına məhkum edilmiş, 08 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya Qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 08 iyul 2022-ci il tarixli, 3750 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, öz xüsusiyyətlərinə və əlamətlərinə aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,285 qram narkotik vasitə heroinin maddi sübut hesab edilməsi və ekspert tədqiqatından sonra qalıq qalmış 0,235 qram heroinin Nərimanov RPİyə saxlanca verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesini əks etdirən videogörüntünün olduğu bir ədəd CD diskin maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 20 iyun 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixədək tutulduğu, cəmi 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 20 iyun 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixədək tutulduğu cəmi 01 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 55,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,235 qram çəkidə olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdən 21 iyun 2022-ci il tarixədək tutulduğu, cəmi 01 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 0,235 qram çəkidə olan narkotik vasitə heroin məhv edilsin Cinayət işi üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 55,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-457/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-457/2022
23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver