Məhkəmə qərarları › İş №1(005)-457/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-457/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-457/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş X2 etibarnamə əsasındə nümayəndəsi X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 iştirakı ilə, X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 etibarnamə əsasındə nümayəndəsi X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 nümayəndəsi X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək peşə fəaliyyəti və vəkillik etikası çərçivəsinə sığmayan qanunsuz hərəkətləri ilə bağlı X7 vəkillik səlahiyətlırinin (araşdırma məqsədilə) müvəqqəti dayandırılması, ona qarşı Azərbaycan Respublikasının CM-nin 147.1-ci maddəsini tələbləri əsasında cinayət işinin başlanması haqqında qərar qəbul edilməsi barədə məhkəməyə xüsusi ittiham qaydasında şikayəti daxil olmuşdur. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, vəkil X12 peşə fəaliyyətini həyata keçirərkən hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün, məhz qanunvericilikdə nəzərdə tutulmuş və qanunvericiliklə qadağan olunmamış bütün üsullardan istifadə etmək hüququna malikdir, lakin bu heç də o deyil ki, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan təhqiramiz və böhtan xarakteri daşıyan qanunazidd hallara yol verilmiş olsun. Mülki iş üzrə cavabdeh X4, iddiaçı X9 ilə xx.xx.2015-ci il tarixdə 1 il müddətinə bağladığı borc müqaviləsinin təminatı olaraq yaşadığı mənzilini ipoteka qaydada girovda saxlamışdır.Borcla bağlı öhdəliklər vaxtında yerinə yetirilmədiyindən, X9 ərizə ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək borcun qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı Nizami Əliyev əvvəlki əqdlər əsasında yaranmış öhdəlik və hüquqlara xitam verən və yeni hüquq və öhdəliklər yaradan bir əqd - özünün tərtib etdiyi "barışıq sazişini" Məhkəməyə təqdim etmişdir. Nərimanov rayonu Məhkəməsi, sözügedən mənzilin təkcə cavabdehin mülkiyyətində olmadığını və həmin mənzilin üzərində birgə mülkiyyətçi kimi onun və övladların da istifadə hüquqlarının olduğunu nəzərə almadan "barışıq sazişinin" şərtlərini olduğu şəkildə təstiqləyərək, iddiaçi X5 maraqlarına uyğun xx.xx.2017-ci il tarixli qərardad qəbul etməklə, AR MPM-nin 52.5-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bu səbəbdən, iş üzrə maraqlı şəxs qismində verdiyim şikayət əsasında Nərimanov rayon Məhkəməsinin 2(005)-4186/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ləğv edilərək, baxılması üçün işin materialları 1-ci instansiya məhkəməsinə qaytarılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixinə təyin olunmuş hazırlıq iclasında iddiaçı tərəfin vəkili Fuad Ağayev, "2(005)-4186/2017 saylı iş üzrə "pul" vəsaitinin tutulmasına dair iddia tələbinin dəyişdirilməsi barədə xx.xx.2024-cü il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)-2115/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixinə təyin olunmuş baxış iclasında, vəkili Fuad Ağayevin "pul" vəsaitinin tutulmasına dair iddia ərizəsi ilə bağlı aparılan araşdırma zamanı, hakimin icazəsi ilə bütün məhkəmə iştirakçılarının qarşısında eyni məzmunlu sualımla 4 dəfə vəkil Fuad Ağayevə müraciət edərək, ərizədə göstərilənlərin, yəni məhkəməyə təqdim etdiyi məlumatların düzgün olub olmaması barədə soruşulub və cavabında həmin ərizədə göstərilənlərin təmamilə düzgün olduğunu bir daha təstiqləmişdir ki, bu da məhkəmə iclasının protokolunda öz əksini tapmışdır. Həmin ərizənin 1.19 -cu bəndində göstərilir:- "Nəhayyət, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Fuad Babayevin sədrliyi ilə görünməmiş pozuntuya yol verərək, özünün 2(103)-2433/2024 saylı xx.xx.2024-cü il tarixli SİFARİŞLİ qərardadı ilə 2-ci cavabdehin ("maraqlı şəxsin", yəni onun) şikayətini təmin edərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-4186/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadını ləğv edib, işi mahiyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərib". Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının sifarişli olubolmaması, yəni mənimlə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayev arasında qeyri-prosessual münasibətlərin o cümlədən rüşvət hallarının mövcudluğu barədə "vəkilin" yürütdüyü fikir və mülahizələri böhtan xarakteri daşıdığından, əsaslı olub-olmamasına aydınlıq gətirilməsi məqsədi ilə xüsusi ittiham qaydasında cinayət işinin başlanılması haqqında Nərimanov rayon Prokurorluğunun qarşısında tələb qaldırılması və araşdırma dövründə səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə Azərbaycan Respublikası Vəkillər X1 təqdimatla müraciət etməyiniz məqsədəuyğun sayıldığından peşə fəaliyyəti və vəkillik etikası çərçivəsinə sığmayan qanunsuz hərəkətləri ilə bağlı X7 vəkillik səlahiyətlırinin (araşdırma məqsədi ilə) müvəqqəti dayandırılması, ona qarşı AR CM-nin 147.1-ci maddəsini tələbləri əsasında cinayət işinin başlanması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi X8 şikayət ərizəsində göstərilənləri müdafiə edərək xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X12 şikayətin qanunvericiliyin tələblərinə uyğun olmadığını bildirmiş və məhkəməyə nüvanlanmış göstərilən ərziənin onun tərəfindən imzalanmadığını bildirmiş və şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi) göstərilməlidir. Lakin məhkəməyə təqdim olunan şikayətdə barəsində şikayət verilmiş şəxs X12 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsini təsdiq edən məhkəmə üçün möhtəbər sübut təqdim etməmişdir. Bununla yanaşı şikayət ərizəsinə əlavə edilmiş, sübut kimi təqdim olunan iddia ərizəsinin Nizami Əliyev adlı şəxs tərəfindən imzalandığı, həmçinin həmin ərizənin məhkəmənin icratında olan mülki iş üzrə Nərimanov rayon Məhkəməsinə ünvanlandığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığından, eləcə də sübut kimi təqdim edilən iddia ərizəsi məhkəməyə ünvanlanmış sənəd olduğundan onun kütləvi çıxış şəklində yayılması sayılmadığından şikayətin məhkəmənin icratına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-сü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 nümayəndəsi X8 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar