Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-458/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Calalov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Oğuz (Vartaşen) şəhərində anadan olmuş, orta təhsilli, evli və 02 övladı olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu məhkəməsinin 13 iyul 2023cü il tarixli 4(005)-1060/2023 saylı qərarı ilə həbsetmənin əvvəli 11 iyul 2023-cü il tarixindən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcrixanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib Oğuz rayonu, Xalxal kəndi ərazisində yerləşən 1 hektar torpaq sahəsini 45000 manata satacağı adı ilə aldadaraq Zərərçəkmiş şəxs 2018-ci ilin sentyabr-oktyabr aylarında Oğuz rayonunda sonuncunun atası Şahid1 vasitəsi ilə 21500 manat, 2018-ci ilin noyabr ayında isə şəxsən özündən Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında 3300 manat pulunu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 24.800 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1la 2018-ci ilin avqust ayında tanış olmuşdur. Oğuz rayonu, Xalxal kəndində torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini satmaq istədiyini, həmin ərəfədə Səlimin ona zəng edərək, Şahid adlı tanışının torpaq sahəsini almaq istədiyini və onunla görüşüb danışmaq istədiyini dediyini bildirmişdir. Daha sonra Səlim Şahid1 və onun oğlu Mirağanı qonşu kənd olan Qumlaq kəndinə gətirmiş və orada görüşüb torpaq sahəsinin yerləşdiyi Xalxal kəndinə getmişlər. O, Şahidə həmin torpaq sahəsini 60.000 manata satmaq istədiyini demişdir. Şahid həmin torpaq sahəsinin yerində istirahət mərkəzi tikmək istəyirmiş, lakin torpağın sənədləri düzgün olmamışdır. Yəni torpaq sahəsinə dair bələdiyyə sənədləri almasına baxmayaraq, torpağa dair çıxarış almamışdır. Torpağın sənədlərində çatışmazlığın olması barədə bildirmiş və əvvəlcə onlardan 1.000 manat beh aldıqdan sonra torpağın sənədləşməsində bəzi çatışmazlıqlar olduğunu və həmin çatışmazlıqları aradan qaldırmaq üçün pul lazım olduğunu bildirmişdir. Həmin sənədləşmə işlərini həll etmək üçün hissə-hissə olmaqla Şahiddən 20500 manat pul almışdır. Sonuncu dəfə isə 2018-ci ilin payız aylarında Şahidin oğlu Zərərçəkmiş şəxsla Nərimanov rayonu Gənclik metrostansiyasının yaxınlığında görüşərək ondan yenə də sənədləşmə üçün lazım olduğunu deyib 3300 manat pulu almışdır. Lakin sənədləşmə işi ilə bağlı müraciət etdiyini və sonradan həmin torpaq sahəsinin yola baxan 60 sot hissəsi bələdiyyə tərəfindən başqa şəxsə satılmışdır. Aldığı pulların hamısını isə öz şəxsi işlərinə, borclarına xərcləmiş, lakin bu barədə Şahidə heç nə deməmişdir. Şahid ondan hər dəfə sənədləşmə işi ilə bağlı soruşanda müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Təxminən bir il sonra Şahid işin alınmadığını görüb pulunu istəməyə başlamışdır. Ancaq o, pulu xərclədiyi üçün qaytara bilməmişdir. Həmin vaxtdan indiyə kimi hissə-hissə olmaqla ümumilikdə 5.000 manat pul qaytarmışdır. O, əlavə olaraq verilən suallara cavab olaraq həmin torpaq sahəsinin “Torpaqların alqısatqısına dair akt” əsasında 2006-cı ildə ona satıldığını, həmin aktda 2013-cü ildə aldığı şəxsiyyət vəsiqəsinin nömrəsinin necə yazıldığını bilmədiyini, imzalarla bağlı isə aktın ona Akif Abdullayev tərəfindən bu şəkildə verildiyini, X1 2016-cı ildə rəhmətə getdiyini qeyd etmişdir. Son olaraq o bildirmişdir ki, zərərçəkmiş şəxsdən əldə etmiş olduğu pulu onun etibarından sui-istifadə edərək mənimsəmə niyyəti olmamış, ondan həqiqətəndə torpaq satmaq niyyəti ilə pulu əldə etmiş, müxtəlif qurumlara sənədləşmənin düzəldilməsi üçün müraciətlər etmiş, lakin torpağın sənədləşməsində problem yarandığı üçün bu baş tutmamışdır. Zərərçəkmiş şəxsdən əldə etmiş olduğu pulun bir qismini torpağın sənədləşməsi üçün istifadə etmiş, bir qismini isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Son olaraq o, bildirmişdir ki, zərərçəkmiş şəxsə olan borcundan 7000 manat ödəmişdir. Zərəçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmək niyyətində olduğunu bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Oğuz rayonu ərazisində turistlik ərazidən torpaq sahəsi alıb orada obyekt tikərək turistlərə xidmət göstərməklə qazanc əldə etmək istəmişdir. O, Şahid2 ilə görüşüb söhbət edən zaman Oğuz rayonunda turistlik ərazidən torpaq sahəsi almaq istədiyini bildirmişdir. Şahid2 da atası Şahidə demişdir ki, Oğuz şəhər sakini Təqsirləndirilən şəxs Oğuz rayonu, Xalxal kəndində torpaq sahəsi vardır. Daha sonra atası Şahid1 Təqsirləndirilən şəxsla görüşüb bu barədə söhbət edən zaman Məhəmməd bildirmişdir ki, Oğuz rayonu, Xalxal kəndində 1 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsini 45000 manata satır. Bundan sonra o, həmin torpaq sahəsinə baxmaq üçün Oğuz rayonuna getmiş, Oğuz rayonunda o özü, atası Şahid, atasının yaxın tanışı Səlim və torpaq sahibi Məhəmmədlə birlikdə Xalxal kəndinə həmin turislik torpaq sahəsinə baxış keçirtmişlər. O, həmin torpaq sahəsini bəyəndikdən sonra orada Məhəmmədin torpağa dair bələdiyyədən çıxarış almasına nə qədər pul lazım olduğunu soruşmuş, Məhəmməd bu işin alınması üçün 25.000 manata yaxın pul lazım olacağını, torpağa çıxarış aldıqdan sonra 20.000 manat da əlavə ödəniş edəcəklərini bildirmişdir. O, Məhəmmədin təklifi ilə razılaşıb 2018-ci ilin avqust ayından həmin ilin noyabr ayınadək hissə-hissə olmaqla ümumilikdə 24800 manat pul ödəmişdir. Belə ki, 2018-ci ilin sentyabr ayında 11000 manat pulu atası Şahid göndərmiş, atası da Oğuz rayonunda həmin pulu Məhəmmədə vermişdir. 2018-ci ilin oktyabr ayında 10500 manat pulu atası Şahidə göndərmiş, atası da həmin pulu Məhəmmədə Oğuz rayonunda vermişdir. Sonuncu dəfə Məhəmməd Bakı şəhərində olan zaman ona bu barədə məlumat vermiş və onlar Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında görüşmüşlər. Orada Məhəmmədə 3300 manat torpaq sahəsinə görə pul vermişdir. Beləliklə Təqsirləndirilən şəxs 1 ha torpaq sahəsi almaq üçün 24800 manat pul ödəmişdir. Lakin sonradan atası Şahiddən eşitmişdir ki, Məhəmməd onların almaq istədiyi torpaq sahəsinə dair bələdiyyədən çıxarış ala bilmir. Dəfələrlə bu barədə Məhəmmədlə söhbət edib bu işi tez həll etməsini xahiş etsələr də Məhəmməd torpağa dair çıxarış ala bilməmişdir. Bundan sonra o, atası Şahidlə birlikdə Məhəmmədə verdikləri 24800 manat pulu tələb etmələrinə baxmayaraq sonuncu pulu onlara qaytarmamışdır. Bu səbəbdən atası Şahid Oğuz RPŞ-nə gedib Məhəmmədin barəsində şikayət etmişdir. Məhkəməni sualına cavab olaraq o, bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 24.800 manat məbləğində maddi ziyandan 7000 manatı geri qatarılmışdır. Hal-hazırda təqsirləndirilən şəxs ona 17.800 manat qaytarmalıdır. O, Təqsirləndirilən şəxs şikayətçidir və pulunun tam olaraq qaytarılmasını tələb edir. Məhkəmə iclasında dinridilmiş Şahid1 ifadəsində bildirmişdir ki, oğlu Mirağa Bakı şəhərində yaşayır. 2018-ci ilin iyun ayında oğlu Mirağa Oğuz rayonuna gələn zaman ona bildirmişdir ki, Oğuz rayonunda turistlik ərazidə hər hansı bir şəxs torpaq sahəsi satarsa alaq. O, da bu barədə tanışı Şahid2 ilə görüşüb söhbət edən zaman oğlu Mirağanın Oğuz rayonunda turistlik ərazidən torpaq sahəsi almaq istədiyini bildirmiş, Səlim də bu barədə maraqlanıb onunla əlaqə saxlayacaqdır. Aralarında olan söhbətdən 1 həftə sonra Şahid2 ona zəng vurub bildirmişdir ki, Oğuz şəhər sakini Təqsirləndirilən şəxs Oğuz rayonu, Xalxal kəndində torpaq sahəsi vardır. Bundan sonra o, özü Təqsirləndirilən şəxsla görüşüb bu barədə söhbət etmiş, söhbət zamanı Məhəmməd ona bildirmişdir ki, onun Oğuz rayonu, Xalxal kəndində 1 ha torpaq sahəsi vardır, həmin torpaq sahəsini 45000 manata satır. Bundan sonra o, oğlu Mirağaya zəng vurub Məhəmmədlə aralarındakı söhbəti oğluna danışmışdır. Oğlu Mirağa da ona bildirmişdir ki, həmin torpaq sahəsini almaq istəyir. O, da oğlu Mirağaya demişdir ki, Məhəmməd adlı şəxs bildirmişdir ki, torpaq sahəsinin rayon bələdiyyəsindən çıxarış almaq lazımdır, bunun üçün isə müəyyən məbləğdə pul tələb edir. Oğlu Mirağa onun sözü ilə razılaşıb həmin torpaq sahəsinə baxmaq üçün Oğuz rayonuna gələcəyini bildirmiş, daha sonra oğlu Mirağa Oğuz rayonuna gəlmişdir. Oğuz rayonunda o, özü, oğlu Mirağa, tanışı Səlim və torpaq sahibi Məhəmmədlə birlikdə Xalxal kəndinə həmin turislik torpaq sahəsinə baxış keçirtmişlər. Orada oğlu Mirağa torpaq sahəsinə baxıb bəyənmiş və onların yanında Məhəmmədin torpağa dair bələdiyyədən çıxarış almasına nə qədər pul lazım olduğunu soruşmuş, Məhəmməd bu işin alınması üçün 25000 manata yaxın pul lazım olacağını, torpağa çıxarış aldıqdan sonra 20000 manat da əlavə ödəniş edəcəklərini bildirmişdir. O, və oğlu Mirağa Məhəmmədin təklifi ilə razılaşmışdır. Oğlu Mirağa 2018-ci ilin avqust ayından həmin ilin noyabr ayınadək hissə-hissə olmaqla ümumilikdə 24800 manat pul ödəmişdir. Belə ki, 2018-ci ilin sentyabr ayında 11000 manat pulu oğlu Mirağa ona göndərmiş, o, da tanışı Səlimlə birlikdə Məhəmmədlə Oğuz rayon məhkəməsinin yaxınlığında görüşərək orada Səlimin yanında 11000 manat pulu Məhəmmədə vermişdir. 2018-ci ilin oktyabr ayında oğlu Mirağa ona 10500 manat pul göndərmiş, o, da tanışı Səlimlə birlikdə Məhəmmədlə Oğuz rayonunda görüşüb həmin pulu Məhəmmədə vermişdir. Sonuncu dəfə Məhəmməd Bakı şəhərində oğlu Mirağa ilə görüşmüş, həmin torpaq sahəsinə görə Mirağa Məhəmmədə 3300 manat pul vermişdir. Beləliklə oğlu Mirağa Təqsirləndirilən şəxs 1 ha torpaq sahəsi almaq üçün ona ümumilikdə 24800 manat pul ödəmişdir. Həmin ərəfələrdə o, mütəmadi olaraq Məhəmmədlə görüşürmüş ki, torpaq sahəsinə dair çıxarışı alaq, lakin gedişatda görmüşdür ki, Məhəmməd torpaq sahəsinə dair çıxarışı ala bilmir. Dəfələrlə bu barədə Məhəmmədlə söhbət edib bu işi tez həll etməsini xahiş etsə də Məhəmməd torpağa dair çıxarış ala bilməmişdir. Bundan sonra o, özü və oğlu Mirağa Məhəmmədə verdikləri 24800 manat pulu tələb etmələrinə baxmayaraq sonuncu pulu onlara qaytarmamışdır. Məhəmmədlə görüşəndə gah deyirmiş ki, başqa kəndə torpaq sahəsi var, guya həmin torpaq sahəsini onların adına sənədləşdirəcəkdir, lakin Məhəmməd verdiyi vədlərə əməl etməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə eyni məzmunli olmuş və sonuncunun dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Oğuz Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Şahid1 tərəfindən Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 24.800 manat məbləğində pulunu ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Materialın aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 2018-ci ili noyabr ayının əvvəllərində 3300 manat pulu Bakı şəhəri, Atatürk prospekti 2A ünvanında yerləşən, Gənclik qızıl univermağının qarşısında Şahid1 oğlu Zərərçəkmiş şəxs aldığı müyyən edildiyindən material aidiyyəti üzrə Nərimanov RPİ-nə göndərilmişdir.
19. iyul 2006-cı il tarixli “Torpaqların Alqı-Satqısına dair Akt”dan aydın olur ki, Oğuz rayonu, Xalxal kəndində 1 ha torpaq sahəsi Təqsirləndirilən şəxs satılıb. Məhkəmə baxışında tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, zərəçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları və digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” qərarın 2-ci bəndində Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 320.1 və 320.2-ci maddələrinin tərkib əlamətləri olmadığından, barəsində həmin maddələr ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 11 iyul 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şühbəli şəxs qismində tutulmuşdur. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1060/2023 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsini 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci maddəsinin birinci hissəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətində məcburi əməyə cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 190, 190-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 02 il, 06 müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1996-cı il tarixində 01 il, 02 ay, 26 gün müddətinə cəzasından vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.1998-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının aparatına ünvanlanməş sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında daimi qeydiyyatdadır və onun barəsində həmin idarəyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyət tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında daimi qeydiyyatdadır. Ailəlidir. Hərbi xidmətdə olmuşdur barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İƏD üzrə Nümayəndəliyinə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında daimi qeydiyyatdadır və arvadı, oğlu, nəvəsi ilə birlikdə yaşayır. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs 24.800 manat məbləğində puldan 7000 manat ödəmişdir, zərərçəkmiş şəxsə ödənilməli olan 17.800 manat məbləğ qalmışdır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulun müqabilində ona Oğuz rayonu, Xalxal kəndi ərazisində yerləşən 1 hektar torpaq sahəsinin satmasına dair vəd verməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən əldə etmiş olduğu pulu onun etibarından sui-istifadə edərək mənimsəmə niyyətinin olmaması, ondan həqiqətən də torpağı satmaq niyyəti ilə pulu əldə etmiş lakin torpağın sənədləşməsində problem yarandığı üçün bunun baş tutmaması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Belə ki, Təqsirləndirilən şəxs qeyd edilən torpaq sahəsinin satılması ilə bağlı zəruri sənədlərin hazır olmamasını, zərərçəkmiş şəxsdən əldə etdiyi pulun bir qismini sənədlərin düzəlməsi üçün istifadə etmək istədiyini lakin problemin aradan qalxmaması ilə bağlı verdiyi ifadəsi də qeyd edilən faktları bir daha təsdiq edir. Bundan başqa cinayət işinin materiallarında olan, həmçinin məhkəmədə yenidən təqdim edilmiş “Torpaqların Alqı- Satqısına dair” Aktın 19 fevral 2006-cı ildə əldə edilməsinə baxmayaraq həmin Aktda Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin xx.xx.2013-cü ildə verilmiş sənəd olması və Təqsirləndirilən şəxs bu halı izah edə bilməməsi, bundan başqa məhkəmə istintaqı zamanı torpaq ərazisinin sənədlərinin alınması üçün aidiyyəti qurumlara müraciət etdiyini bildirsə də həmin müraciətlər ilə bağlı məhkəməyə heç bir rəsmi sənəd təqdim edə bilməməsi qeyd olunan ifadələrin özünü müdafiə xarakterli verilməsi qənaətinə gəlməyə imkan yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı qismən ödəməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkməsinin əvvəli isə 11 iyul 2023-cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğu məhkəmədə hüquqlarını müdafiə etmiş «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Presedent» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. «Presedent» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Presedent» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Hakim Xalidə Əlisoy