Məhkəmə qərarları › İş №1(005)-46/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-46/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-46/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Ağdaş şəhəri, Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Ağdaş rayonu, Ağdaş şəhəri, Məşəd küçəsində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 183.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 mart 2021-ci ili tarixdə saat 03 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış binasının qarşısından Zərərçəkmiş şəxs məxsus “VAZ 21065” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırmışdır. Bundan başqa o, təkrarən, 01 aprel 2021-ci il tarixdə saat 03:20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 148A ünvanında yerləşən yaşayış binasının qarşısından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Şahid3 yol vərəqəsi ilə idarə etdiyi **-JO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırdığı **-JO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobil ilə 01 aprel 2021-ci il tarixdə saat 03:42-də Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, məhəllə 21/13 ünvanında yerləşən “Sem San” şirkətinə məxsus bina hesab edilən mağazanın qarşısına gəlmiş, daha sonra həmin mağazanın giriş qapısını özü ilə gətirdiyi dəmir parçası ilə sındırmaqla mağazaya qanunsuz daxil olub oradan mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi əhəmiyyət kəsb edən 250 manat dəyərində 1 ədəd samovarı, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi əhəmiyyət kəsb edən 350 manat dəyərində 1 ədəd samovarı, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi əhəmiyyət kəsb edən 450 manat dəyərində 1 ədəd samovarı, mis əsaslı ərintidən hazırlanmış xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən 650 manat dəyərində 1 ədəd samovarı, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi, bədii və muzey əhəmiyyəti kəsb edən 700 manat dəyərində 1 ədəd dəbilqəni (sərpuşu), mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən 1500 manat dəyərində aftafanı, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən 800 manat dəyərində aftafanı, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən 1200 manat dəyərində 1 ədəd durna çırağını, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən 400 manat dəyərində 1 ədəd 1 qulplu qabı (birəllini), mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən 300 manat dəyərində 1 ədəd 1 qulplu qabı (birəllini), mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən 400 manat dəyərində 1 ədəd kasanı, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən 250 manat dəyərində 1 ədəd kasanı, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi əhəmiyyət kəsb edən 450 manat dəyərində 1 ədəd 2 qulplu qabı (satılı), mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən, 450 manat dəyərində 1 ədəd üzəri qulplu qabı (satılı), mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi əhəmiyyət kəsb edən 200 manat dəyərində 1 ədəd böyük çömçəni, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi əhəmiyyət kəsb edən 150 manat dəyərində 1 ədəd çömçəni, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi əhəmiyyət kəsb edən 120 manat 1 ədəd çömçəni, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi və bədii əhəmiyyət kəsb edən 80 manat dəyərində məcməyini, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi əhəmiyyət kəsb edən 140 manat dəyərində 1 ədəd kəfkiri, mis əsaslı ərintidən hazırlanmış, bədii əhəmiyyət kəsb edən 300 manat dəyərində aftafa-ləyən dəstini, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi əhəmiyyət kəsb edən 70 manat dəyərində 1 ədəd şamdanı, mis əsaslı ərintidən hazırlanmış, xüsusi tarixi əhəmiyyət kəsb edən 150 manat dəyərində 1 şamdan formalı kalonnanı, mis əsaslı ərintidən hazırlanmış 1 ədədinin qiyməti 120 manat dəyərində 2 ədəd həvəngdəstəni və dəmir əsaslı ərintidən hazırlanmış 30 manat dəyərində zəngi gizli yolla taladıqdan sonra həmin əmlakları 1O-JO- 907 dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 yaşayış məntəqəsində yerləşən nömrəsiz yeni tikilinin yanında olan boş sahəyə apararaq boşaltmış, 04:55-də yenidən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, məhəllə 21/13 ünvanında yerləşən “Semsan" Company şirkətinə məxsus mağazaya qayıdaraq vahid niyyətlə oradan 1 kiloqramı 20 manat olmaqla, ümumilikdə 216 manat dəyərində 2 ədəd 4 kiloqramlıq və 1 ədəd 2,8 kiloqramlıq mis əsaslı ərintidən hazırlanmış külçələri, 1 kiloqramı 25 manat olmaqla, ümumilikdə 12325 manat dəyərində 1 ədəd 137 kiloqramlıq, 2 ədəd 80 kiloqramlıq, 1 ədəd 70 kiloqramlıq, 1 ədəd 50 kiloqramlıq, 1 ədəd 30,75 kiloqramlıq, 1 ədəd 23 kiloqramlıq, 1 ədəd 17 kiloqramlıq və 1 ədəd 5,25 kiloqramlıq mis əsaslı ərintidən hazırlanmış oymaqları gizli yolla talayaraq zərərçəkmiş şəxs “Sem San” şirkətinə 22171 manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 183.1 və 185.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2021-ci ilin mart ayının 29-u taksi ilə Ağdaş şəhərindən Bakı şəhərinə gəlmişdir. O, Bakı şəhərində iş tapa bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Nəsimi rayonu, Xəqani küçəsi 65 ünvanda yerləşən beş mərtəbəli binanın qarşısında piyada gəzərkən “VAZ 21065” markalı avtomobil görmüşdür. O, həmin avtomobilə yaxınlaşmış və avtomobilin sol qabaq qapısının nəfəslik formasında pəncərəsini bir qədər itələyib həmin pəncərəni açmış, əlini pəncərədən içəri salmış, oradan avtomobilin qapısını açmışdır. Avtomobilin içərisini axtarmış, lakin dəyərli heç bir əşya tapa bilməmişdir. Avtomobilin açarı avtomobilin içərisində olduğundan o, həmin avtomobili sürmək qərarına gəlmişdir. Həmin açarla avtomobilin mühərrikini işə salmış və avtomobobili sürməyə başlamışdır. O, avtomobili bir neçə saat sürdükdən sonra Nərimanov rayonu ərazisində avtomobilin mühərriki sönmüşdür. O, avtomobili yenidən işə salmaq istəsədə avtomobilin mühərriki işə düşməmişdir. Ona görə də o, həmin avtomobili xarab olduğu yerdə qoyub oradan uzaqlaşmışdır. Həmçinin həmin avtomobilin salonunda olan “Pioneer” markalı maqnitofonu oğurlamışdır. O, maqnitofonu yerindən çıxardarkən zədələdiyi üçün həmin maqnitofonu sata bilməmiş və hazırda yadında qalmayan yerə atmışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən tikinti materialları satışı mağazalarının qarşısı ilə piyada gedərkən üzərində bronza, aliminium və latun yazısı olan mağaza görmüşdür. O, iş tapa bilmədiyi üçün və ona pul lazım olduğundan belə qərara gəlmişdir ki, həmin mağazadan oğurluq etsin. Lakin hava işıqlı olduğundan fikirləşmişdir ki, gecə saatlarında heç kəsin olmadığı və mağazaların bağlı olan vaxtı gəlib həmin mağazadan oğurluq etsin. Oğurluq etmək üçün avtomobil lazım olduğundan o, ilk öncə avtomobil qaçırmaq qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə saat 03:20 radələrində Nərimanov rayonu, Azadlıq prospektində yerləşən yaşayış binalarının birinin həyətinə daxil olmuşdur. O, binanın qarşısında “VAZ 21070” markalı avtomobil görmüşdür. O, həmin avtomobilin sürücü oturacağının qapısına yaxınlaşmış və qapının açıq olub-olmadığını yoxlamaq üçün əlini dəstəyə atmışdır. Avtomobilin qapısının dəstəyini bir neçə dəfə oynatdıqdan sonra qapı açılmışdır. O, bundan sonra avtomobilin içərisinə əyləşmiş və saxlanc yerini axtarmağa başlamışdır. Saxlanc yerindən bir ədəd avtomobil açarı tapmışdır. Həmin açarla avtomobilin mühərrikini işə salmış və avtomobili arxaya verərək sürməyə başlamışdır. O, həmin avtomobillə oğurluq etmək qərarına gəldiyi mağazanın qarşısına gəlmişdir. Avtomobili mağazanın qarşısında saxlayaraq avtomobildən düşmüşdür. O, əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə həmin mağazanın aliminium materialdan hazırlanmış giriş qapısını sındıraraq qapını açmış və mağazanın içərisinə daxil olmuşdur. O, ilk öncə mağazanın 2-ci mərtəbəsinə qalxmışdır. 2-ci mərtəbə bir neçə otaqdan ibarət olmuşdur. O, həmin otaqlarda stol və rəflərin üzərində qədimi əşyalar görmüşdür. Həmin əşyaları götürmək qərarına gəlmişdir. Belə ki, 2-ci mərtəbədə olan otaqlardan birində olan 2 ədəd iri kisə götürmüşdür və həmin qədimi əşyaları kisələrə yığaraq 1-ci mərtəbəyə düşürmüşdür. Daha sonra həmin kisələri qaçırdığı avtomobilin arxa oturacağına qoymuşdur. O, yenidən mağazaya qayıdaraq mağazanın 1-ci mərtəbəsində giriş qapısının qarşısına yığılmış 4 ədəd qədimi samovarı götürərək qaçırdığı avtomobilin arxa oturaçağına yığmışdır. Avtomobildə artıq çox əşya olduğundan qərara gəlmişdir ki, oğurladığı malları aparıb başqa yerə boşaltsın və yenidən mağazaya qayıdaraq digər əşyaları oğurlasın. O, bundan sonra avtomobili işə salmış və avtomobili əmisioğlu Ümidin yaşadığı Binəqədi rayonu, DSK 4 adlanan yaşayış sahəsində yerləşən evin yanına sürmüşdür. O, oğurladığı əşyaları əmisioğlu Ümidin yaşadığı evin yan hissəsində olan boş torpaq sahəsinə yığmışdır. Daha sonra qaçırdığı avtomobillə yenidən oğurluq etdiyi mağazanın qarşısına gəlmişdir. O, yenidən mağazaya daxıl olmuş və mağazanın 1-ci mərtəbəsindən sarı rəngli materialdan hazırlanmış piltə və oymaqları götürərək idarə etdiyi avtomobilin arxa sərnişin oturacağına yığmışdır. Oymaqlardan birini mağazadan çölə çıxartsa da həmin oymaq ağır olduğundan avtomobilin içərisinə qoya bilməmiş və həmin oymaq mağazanın qarşısındakı səkidə qalmışdır. O, yenidən qaçırdığı avtomobili əmisioğlu Ümidin yaşadığı evin yanına sürmüş və oğurladığı malları əmisioğlu Ümidin yaşadığı evin yan hissəsində olan boş torpaq sahəsinə yığmışdır. Daha sonra qaçırdığı “VAZ 21070" markalı avtomobili sürərək elə qaçırdığı binanın qarşısına gətirmiş və qaçırdığı yerdə deyil, həmin yerdən bir qədər qarşıda saxlayaraq oradan uzaqlaşmışdır. Daha sonra əmisioğlunun yaşadığı evə getmişdir. O, həmin gündən etibarən Ümidgilin yaşadığı evdə qonaq olmuşdur. O, belə qərara gəlmişdir ki, oğurladığı malları Bərdə şəhərində yaşayan, əlvan metal qəbulu və satışı ilə məşğul olan hamının Sərvan kimi tanıdığı, lakin əsl adı Sənan olan qohumuna satsın. Belə ki, 04 aprel 2021-ci il tarixdə axşam saat 21:00 radələrində Ümidgilin evində olarkən o, Ümidə bir nəfər tanışının borc müqabilində ona müxtəlif növ metallardan hazırlanmış mallar verdiyini, həmin malları onların evinin yanına yığdığını, sabah həmin malları aparıb Bərdə şəhərində satmaq istədiyini bildirmişdir. Ümidin “Qazel" markalı avtomobili olduğu üçün o, Ümidə onun avtomobili ilə Bərdə şəhərinə getməyi və bunun müqabilində yola çəkiləcək benzin xərcini ödəməyi təklif etmişdir. Ümid onunla razılaşmışdır. O, Ümidgilin yaşadığı evin yanında olan boş torpaq sahəsinə yığdığı oğurluq malları Ümidin idarə etdiyi “Qazel" markalı avtomobilin arxa yük yerinə yığmışdır. Oğurladığı mallardan bir qismini Ümidgildə saxlamış və Ümidə gələcəkdə pula ehtiyacı olsa satacağını demişdir. 05 aprel 2021-ci il tarixdə saat 04 radələrində o, Ümid və Ümidin anası Səhər ilə birlikdə Bərdə şəhərinə yola düşmüşlər. Saat təxminən 10:00 radələrində onlar Bərdə şəhərinə çatmış və Sənanın yaşadığı Bərdə şəhərində “26”lar adlanan küçədə yerləşən evinə getmişdirlər. O, Sənanla görüşmüş və Sənana tanışının ona olan borc müqabilində müxtəlif növ metallardan hazırlanmış əşyalar verdiyini, onları satmaq istədiyini bildirmişdir. O, Sənana bu malları almaq istəsə ona sata biləcəyini demişdir. Sənan avtomobilin yük yerində olan mallara baxmış və malları ala biləcəyini demişdir. Sənan ilk öncə bürünc materialdan hazırlanmış piltə və oymaqları tərəzidə çəkmiş və ona bunları ümumilikdə 1500 manata alacağını bildirmişdir. Daha sonra isə kisədə olan digər əşyaları çəkmişdir. Həmin əşyaların ümumilikdə 100 manata alacağını bildirmişdir. O, Sənanla razılaşmış və oğurladığı malları Sənana 1600 manata satmışdır. Həmin puldan o, Ümidə 100 manat benzin pulu vermişdir. O, Bərdə şəhərindən yaşadığı Ağdaş şəhərinə getmiş, Ümid isə anası ilə birlikdə Bakı şəhərinə qayıtmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar olsa da, məhkəmə iclasında iştirak etməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin İİ cildinin 222-224-cü vərəqələrində olan Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsindən görünür ki, **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21065” minik markalı avtomobil ona məxsusdur. O, həmin avtomobili tanışı X1 almışdır. Lakin onların aralarında rəsmi alqı-salqı olmamışdır. X4 həmin avtomobillə bağlı ona etibarnamə vermişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında ona məxsus olan **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21065” minik markalı avtomobillə tanışı Abdulsalamın yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış binasının qarşısına gəlmiş və idarə etdiyi avtomobili həmin binanın qarşısında saxlamışdır. O, bundan sonra Abdulsalamın yaşadığı evə qalxmışdır. O, Abdulsalamgildə qalmaq qərarına gəlmiş və ona məxsus olan pul kisəsi idarə etdiyi avtomobildə qaldığından xx.xx.2021-ci il tarixdə saat 02 radələrində idarə etdiyi avtomobilin yanına düşmüşdür. O, avtomobilin qapısını idarəedici ilə açmış, özünə məxsus olan pul kisəsini götürərək avtomobilin qapılarını yenidən idarəedici ilə bağlamışdır. Bundan sonra Abdulsalamgilin evinə qalxmışdır. xx.xx.2021-ci il tarixdə saat 07:15 radələrində o, Abdulsalamgilin yaşadığı evdən çıxaraq özünə məxsus olan avtomobili saxladığı yerə yaxınlaşmışdır. O, həmin yerə çatdıqda ona məxsus olan avtomobilin yerində olmadığını görmüşdür. O, bundan sonra həmin məhlənin hər bir hissəsinə baxsada avtomobili tapa bilməmişdir. Hələ ki, avtomobilin qaçırılması barədə heç bir şey fikirləşməmişdir. O, ilk öncə Bakı Nəqliyyat Agentliyinə yığmışdır. Lakin oradan konkret bir cavab ala bilmədiyi üçün istifadəsində olan mobil telefonla DİN-in “102 Xidməti zəng mərkəzinə" zəng vuraraq idarə etdiyi avtomobilin ya qaçırılması, ya da, yol patrul xidmətinin əməkdaşları tərəfindən aparılması barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları gəlmiş və idarə etdiyi avtomobili saxladığı yerə baxış keçirmişdirlər. Baxış qurtardıqdan sonra polis əməkdaşları ona bildirmişdirlər ki, ona məxsus olan **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21065” minik markalı avtomobil Nərimanov rayon ərazisində tapılmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Nərimanov rayonu, Təbriz küçəsi 200 ünvanına getmişlər. Avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Daha sonra o, avtomobilinə baxan zaman görmüşdür ki, avtomobilin salonunda olan “Pioneer” markalı maqnitofonu və avtomobilin üzərində olan mühərriki işə salan açar oğurlanmışdır. Həmçinin avtomobilin mühərrikində nasazlıq yarandığından mühərrik işə düşməmişdir. Avtomobili qaçıran şəxs sürücü tərəfdən nəfəsliyi açmış, daha sonra nəfəslikdən avtomobilin qapısını açmışdır. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, baş vermiş hadisə nəticəsində idarə etdiyi **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21065” minik markalı avtomobildən 80 manat dəyərində “Pioneer” markalı maqnitofon oğurlanmışdır. Həmçinin mühərriki işə salan kilid açarı oğurlanmışdır. Lakin həmin açarın heç bir dəyəri yoxdur. Baş vermiş hadisə nəticəsində ona məxsus olan **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21065” minik markalı avtomobilə maddi ziyan dəymişdir. Belə ki, avtomobili qaçıran şəxs avtomobili sürən zaman mühərrikini dağıtmışdır. O, həmin mühərriki yenidən yığdırmaq üçün 800 manat pul xərcləmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən “Sem San” şirkətində təsərrüfat işləri məşğul olan işçi vəzifəsində işləyir. Nərimanov rayonu, Zİya Bünyadov prospekti, məhəllə 21/13 ünvanında “Semsan” Company şirkətinə məxsus mağaza yerləşir. O, həmin mağazada təsərrüfat işləri məşğul olan işçi vəzifəsində işləyir. Həmin mağazada müxtəlif növ əlvan-metallardan hazırlanmış məhsulların satışı həyata keçirilir. Həmin mağaza iş fəaliyyəti səhər saat 08:30-dan axşam saat 18:00 kimidir. Mağazanı səhər və axşam o, açıb bağlayır. xx.xx.2021-ci il tarixdə o, işlədiyi mağazanı bağlayıb evə getmişdir. xx.xx.2021-ci il tarixdə yenidən işlədiyi mağazaya gəlmiş və mağazanın giriş qapısının açıq olduğunu, kilid hissələrinin müdaxilə olunaraq zədələndiyini görmüşdür. O, mağazanın içərisinə daxil olmuşdur. O, mağazada olan zaman mağazanın giriş qapısından sağda olan samovarların, solda olan latundan hazırlanmış oymaq və piltələrin, ikinci mərtəbə olan müxtəlif növ qədim mis və latun əşyaların oğurlanmasını görmüşdür. O, dərhal istifadəsində olan mobil telefonla Daxili İşlər Nazirliyinin “102 Xidməti Zəng Mərkəzinə” zəng vuraraq “Sem San” şirkətinə məxsus mağazadan oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onlar hadisə yerinə baxış keçirtmişdirlər. Daha sonra o, mağazanın müşahidə kameralarına baxan zaman görmüşdür ki, bir nəfər cavan oğlan idarə etdiyi “VAZ 21074” markalı avtomobillə mağazanın qarşısına gələrək avtomobili mağazanın qarşısında saxlayır. Daha sonra özü ilə gəlirdiyi dəmir parçası ilə həmin mağazanın giriş qapısının qıfıl hissəsinə müdaxilə edərək qapını açır. Həmin şəxs birinci dəfə mağazadan qədimi əşyaları götürərək idarə etdiyi avtomobilə yığıb oradan uzaqlaşır. Bu saat 03:42-də baş verir. Sonradan yenidən həmin şəxs idarə etdiyi avtomobillə saat 04:55-də mağazanın qarşısına gəlir və avtomobildən düşərək mağazanın içərisindən digər latun oymaq və piltələri oğurlayaraq idarə etdiyi avtomobilə yığıb oradan uzaqlaşır. Hadisə zamanı oğurluq edən şəxs mağazadan 1 kiloqramı 20 manat olmaqla 10 kiloqram 800 qram bürünc materialdan hazırlanmış piltələri, 1 kiloqramı 25 manat olmaqla ümumilikdə 356 kiloqram bürünc materialdan hazırlanmış oymaqları, 200 manat dəyərində bürünc materialdan hazırlanmış 1 ədəd samovarı, 350 manat dəyərində bürünc materialdan hazırlanmış 1 ədəd samovarı, 450 manat dəyərində bürünc materialdan hazırlanmış 1 ədəd samovarı, 650 manat dəyərində bürünc materialdan hazırlanmış 1 ədəd samovarı, 700 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd dəbilqəni, 450 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd dəbilqəni, 1500 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd səhəngi, 350 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd çayniki, 800 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd çayniki, 1200 manat dəyərində latun materialdan hazırlanmış 1 ədəd çırağı, 400 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd qulplu qabı, 400 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd qulpsuz qabı, 250 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd qulpsuz qabı, 300 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd qulpsuz qabı, 350 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd qulpsuz qabı, 1 ədəd mis materialdan hazırlanmış 200 manat dəyərində qaşığı, 150 manat dəyərində mis materialdan hazırlanmış 1 ədəd qaşığı, 80 manat dəyərində mis materialdan hazırlanmış qaşığı, 300 manat dəyərində bürünc materialdan hazırlanmış 1 ədəd həvəngdəstəni, 120 manat dəyərində bürünc materialdan hazırlanmış 1 ədəd həvəngdəstəni, 2 ədəd hər bir 140 manat dəyərində mis materialdan hazırlanmış kəfkiri və 300 manat dəyərindən mis materialdan hazırlanmış aftafa-ləyəni oğurlamışdır. Bundan başqa oğurluq edən şəxs 1 kiloqramı 25 manat olmaqla ümumilikdə 137 kiloqram olan bürünc materialdan hazırlanmış oymağı mağazadan çölə çıxartsada apara bilməmişdir. Mağazadan oğurlanmış oymaqların ümumi çəksi 356 kiloqramdır. Həmin çəkiyə oğurluq edən şəxsin çölə çıxardığı, lakin apara bilmədiyi oymaqda daxil deyil. Həmçinin piltələrin 2 ədədi 4 kiloqramlıq və 1 ədəd 2,8 kiloqramlıq, oymaqların İsə 1 ədədi 137 kiloqramlıq, 2 ədədi 80 kiloqramlıq, 1 ədədi 70 kiloqramlıq, 1 ədədi 50 kiloqramlıq, 1 ədədi 30,75 kiloqramlıq, 1 ədədi 23 kiloqramlıq, 1 ədədi 17 kiloqramlıq və 1 ədədi isə 5,25 kiloqramlıq olmuşdur. Oğurluq nəticəsində şirkətə 22321 manat maddi ziyan dəymişdir. Həmçinin, oğurlanmış əşyaların bəziləri qədimi olmuşdur. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tam ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 oğlu ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci ildən "xxxx" MMC-də sex rəisi vəzifəsində işləyir. **-JO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-dir. Belə ki, həmin avtomobili yol vərəqəsi ilə Şahid3 idarə edir. xx.xx.2021-ci il tarixdə **-JO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobil Nərimanov rayonu, Azadlıq prospekti 148A ünvanında yerləşən yaşayış binasının qarşısından naməlum şəxs tərəfindən qaçırılmış, sonradan avtomobili yenidən geri qaytarılmışdır. **-JO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobil qaçırıldıqdan sonra həmin avtomobilə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri Rahidin qardaşı oğludur. Qabil təxminən mart ayının sonralarında onlarda qonaq olmuşdur. xx.xx.2021-ci il tarixdə axşam saatlarında o, yaşadığı evdə olarkən oğlu Ümid ona sabah səhər tezdən Qabillə birlikdə Bərdə rayonuna gedəcəyini bildirmişdir. O, Ümiddən nə üçün Qabillə birlikdə Bərdə rayonuna gedəcəklərini soruşmuşdur. Ümid ona Qabilin tanışının borc müqabilində ona müxtəlif növ əlvan metallardan hazırlanmış mallar verdiyini və Qabilin həmin malları Bərdə rayonunda yaşayan qohumları Sənana satmaq istədiyini bildirmişdir. Onların Bərdə rayonunda da evləri olduğundan, uzun müddətdir ki, Bərdəyə gedə bilmədiyindən Ümidə onunda onlarla birlikdə gedib evdə bir qədər səliqə-səhman edəcəyini bildirmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, oğlu Ümid və Qabil oğlunun idarə etdiyi avtomobillə Bakı şəhərindən Bərdə rayonuna yolda düşmüşdür. İlk öncə onlar qohumları Sənanın yaşadığı evə getmişdirlər. Orada Qabil gətirdiyi əlvan metallardan hazırlanmış malları Sənana göstərmişdir. Sənan göstərilən malların hamısını ümumilikdə 1600 manata alaçağını bildirmişdir. Qabil Sənanla razılaşmış və Sənan mallara görə Qabilə ümumilikdə 1600 manat pul vermişdir. Qabil həmin puldan 100 manatını benzin pulu kimi Ümidə vermişdir. Onlar bundan sonra Bərdə rayonunda olan evlərinə getmişdirlər. O, evdə bir qədər təmizlik işləri gördükdən sonra yenidən Bakı şəhərində qayıtmışlar. Qabil isə Ağdaş rayonuna getmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onların yaşadıqları evdə saxladığı və qohumları Sənana satdığı müxtəlif növ əlvan metallardan hazırlanmış malların oğurluq olması barədə məlumatları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən "xxxx" MMC-də sürücü işləyir. İşə düzəldiyi vaxtdan etibarən o, aylıq yol vərəqəsi əsasında həmin cəmiyyətə məxsus **-JO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobili idarə etmişdir. xx.xx.2021-ci il tarixdə axşam saat 18 radələrində yol vərəqəsi əsasında idarə etdiyi həmin avtomobillə yaşadığı Nərimanov rayonu, Azadlıq propekti 148A ünvanında yerləşən binanın qarşısına gəlmiş, avtomobili binanın qarşısındakı həyətdə saxlayıb avtomobilin qapılarını bağlayaraq yaşadığı mənzilə qalxmışdır. xx.xx.2021-ci il tarixdə səhər 08:20 radələrində yaşadığı evdən binanın həyətinə düşmüşdür. O, binanın həyətində olarkən avtomobili saxladığı yerdə deyil bir qədər qarşıda olduğunu görmüşdür. O, dərhal avtomobilə yaxınlaşmış və avtomobilin qapısının açıq olduğunu görmüşdür. Həmçinin avtomobilin yaxın vuran işıqları yanılı olmuşdur. O, avtomobilin salonuna baxmış və görmüşdür ki, avtomobilin mühərrikinin işə salma mexanizminin üzərində açar var. O, bundan sonra başa düşmüşdür ki, avtomobili kimsə qaçırıb sürmüş və yenidən yerinə qaytarmışdır. O, bundan sonra istifadəsində olan mobil telefonla DİN-in “102 Xidməti zəng Mərkəzinə” zəng vuraraq avtomobilin qaçırılması və yenidən yerinə qoyulması barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdirlər. Polis əməkdaşları avtomobilə və hadisə yerinə baxış keçirmişdirlər. Daha sonra o, olanlar barədə ərizə və izahat yazmışdır. Ona sonradan məlum olmuşdur ki, avtomobili qaçıran şəxs avtomobilin ön saxlanc yerində olan ehtiyat açar vasitəsilə avtomobilin mühərrikini işə salaraq qaçırmışdır. Onu da qeyd edir ki, avtomobilin qapılarını bağlasada qapının dəstəyini bir neçə dəfə qaldırdıqda qapılan açılırmış. Həmçinin bildirmişdir ki, idarə etdiyi **-JO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobil qaçırıldıqdan sonra həmin avtomobilə maddi ziyan dəyməmiş və avtomobildən hər hansı dəyərli əşya və sənəd oğurlanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2 və Şahid4 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 9-11-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 65 ünvanıdır. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin yerdə saxladığı “VAZ 2106” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğu yerdən qaçırılmışdır. Cinayət işinin 12-14-cü vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanına baxış keçirilmişdir. Hadisə yeri həmin ünvanda yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısındakı yolun hərəkət hissəsidir. Baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus “Vaz 2106” markalı, **-BE-*** dövlət qeyidyyat nişanlı avtomobil dayanmış və mühərriki sönülü vəziyyətdədir. Hadisə yerindən barmaq izləri götürülmüşdür. Cinayət işinin İ cildinin 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 011-2817-1221 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 8 ünvanında avtomaşının müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx.xx.1999-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağının əksi ilə eynilik təşkil etmişdir. Cinayət işinin İ cildinin 79-81-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 21/320R nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci tarixdə ünvan 4 ünvanından qaçırılmış vət. Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı AZ **-BE-*** d.n.n.-lı avtomaşının xx.xx.2021-ci il tarixdə ünvan 8 ünvanında tapılması faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd yapışqan lent kəsiklərin üzərində olan 01 ovuc və 02 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi xx.xx.1999-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin çeçələ barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc və 01 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əlbarmaq və ovuc əkslərİ ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin İ cildinin 102-104-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(005)-365/2021 nömrəli qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 185.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin istintaq müddəti həddində, yəni 01 iyul 2021-ci il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 12 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 155-157-ci vərəqələrində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 21/13 ünvanında yerləşən “Semsan Company” şirkətinə məxsus mağazadır. Mağazanın girişinə “bronza, aliminium və latun” sözləri yazılmışdır. Mağazanın giriş qapısı aliminium materialdandır və tünd qəhvəyi rəngli boya ilə boyanmışdır. Həmin qapı 3 hissəli şüşədən ibarətdir. Mağaza 2 mərtəbədən ibarətdir. Cinayət işinin 198-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, vət. Şahid3 DİN-nin 102 xidmətinə vermiş olduğu məlumat əsasında hadisə yerinə baxış keçirilmişdir. Hiadəs yeri Bakı şəhəri, Azadlıq prospekti 148A ünvanının qarşısıdır. Hadisə yerində məlum oldu ki, “VAZ 2107” markalı ** JO *** d.q.n-lı avtomaşın qeyd olunan ünvanda 5 mərtəbəli yaşayış binasının qarşısında saxlanılmışdır. Nəqliyyat vasitəsinə baxış zamanı heç bir detala ziyan dəymədiyi aşkar olunmuşdur. Cinayət işinin İ cildinin 202-ci vərəqində olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 011-3166-1221 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov pr 21/13 ünvanında hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 02 ədədi xx.xx.1999-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol və sağ əllərinin ovuclarının əksləri ilə eynilik təşkil etmişdir. Cinayət işinin İ cildinin 204-cü vərəqində olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli, 011-3210-1221 nömrəli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 13 ünvanında vət. Şahid3 məxsus “Vaz 2107” markalı AZ **-JO-*** d.n.n-lı avtomaşında baş vermiş oğurluq faktı ilə əlaqədar avtomaşının müayinəsi zamanı götürülmüş əl izlərindən 02 ədədi xx.xx.1999-cu il tarixdə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və orta barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. Cinayət işinin İ cildinin 223-224-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İİ cildinin 45-46-cı vərəqələrində olan “Maddi sübutların götürülməsi haqqında” 13 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs onun yaşadığı evdə saxladığı 02 ədəd samovarı, 02 ədəd qulpsuz qabı, 01 ədəd kəfkiri, 02 ədəd həvəngdəstəni, 01 ədəd zəngi, 01 ədəd şamdanı, 01 ədəd oymağı və 02 ədəd piltəni istintaqa könüllü olaraq təqdim etmişdir. Cinayət işinin İİ cildinin 50-ci vərəqində olan “Əşyaların zərəçəkmiş şəxsin nümayəndəsinə tanınmaya təqdim edilməsi haqqında” 14 arprel 2021-ci il tarixli protokoldan görünür ki, Nümayəndə1 tanınmaya təqdim edilən bütün əşyaların “Sem San” şirkətinə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, məhəllə 21/13 ünvnaında yerləşən mağazadan oğurlanmış bütün əşyalar olduğunu bildirmişdir. Cinayət işinin İİ cildinin 73-76-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 185.1 və 315.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə və 200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cəzadan azad edilib, Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə əməli həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilmişdir və 03 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad edilmişdir. Cinayət işinin İİ cildinin 97-107-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(006)-57/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplamaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunması, Təqsirləndirilən şəxs tutulduğu 4 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş sınaq müddətinin ləğv edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən, həmçinin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 200 (iki yüz) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 200 (iki yüz) manat cərimə cəzası və 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması, cəza çəkməsinin əvvəlinin 01 iyul 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 124-133-cü vərəqələrində olan Qəbələ Rayon Məhkəməsinin 1(025)-26/2016 nömrəli, 08 iyun 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdna məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilməsi hökm edilmişdir. Cinayət işinin İİ cildinin 135-141-ci vərəqələrində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli, 1(001)-61/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs 600 manat miqdarında cərimə cəzasının təyin edilməsi, təqsirləndirilən əşəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.4-cü madədsinə əsasən 25 yanvar 2017-ci il tarixdən 05 aprel 2017-ci il tarixə kimi həbsdə saxlanıldığı nəzərə alınmaqla təyin edilmiş cərimə cəzasının yüngülləşdirilməsi və onun üzərində 200 manat cərimə cəzasının saxlanılması, eyni zamanda Azərbaycan Respublikaısnın CM-nin 177.2.4-cü maddəsinin xaric edilməsi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-16/2016 saylı, 12 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin olunmuş 100 manat cərimə cəzasının və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının (Azərbycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunub, 2 il sınaq müddəti verilməklə) müstəqil icra olunması hökm edilmişdir. Cinayət işinin İİ cildinin 145-ci vərəqində olan xx.xx.2021-ci il tarixli Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 159-162-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən tərtib olunmuş 21/331R nömrəli, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, xx.xx.2021-ci il tarixdə ünvan 15 ünvanında yaşayan Şahid3 məxsus “VAZ 2107” markalı **-JO-*** d.n.n-lı avtomaşının qaçırılması faktı ilə əlaqədar 12 ədəd şəffaf yapışqan lent kəsiklərinin üzərində 02 ədəd əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əlbarmaq izi (ADİS-in məlumat bankına Səbail RPİ, Yasamal RPİ və Ağdaş RPŞ-dən daxil olmuş), xx.xx.1999-cu ildə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət və orta barmaqlarının əksi ilə eynilik təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 21/13 ünvanında Nümayəndə1 məxsus “Semsan Bronze” mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar 11 ədəd şəffaf yapışqan lent kəsiklərin üzərlərində olan 01 ədəd əl-barmaq və 02 ədəd ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc izi (ADİS-in məlumat bankına Səbail RPİ, Nəsimi RPİ, Nərimanov RPİ, Binəqədi RPİ və Ağdaş RPŞ-dən daxil olmuş), xx.xx.1999-cu ildə Ağdaş rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol və sağ əllərinin ovuclarının əksləri ilə eynilik təşkil etmişdir. Qalan şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl-barmaq izi ADİSin məlumat bankında olan əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin İİ cildinin 173-176-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2021-ci il tarixli, 6/1781-9/2881 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş metal əşyaların tərkibi müəyyən edilmişdir. Qərarda qeyd edilən əşyaların xüsusi tarixi və mədəni dəyəri olan əşya hesab edilmir sualı MEM-in ekspertlərinin səlahiyyətinə aid olmadığı üçün cavablandırılmamışdır. Aparılmış fıziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edilmiş məmulatların 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3185,00 manat müəyyən edilmişdir. Cinayət işinin İİ cildinin 209-213-cü vərəqələrində olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(010)-314/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xahişinin təmin edilməsi, Təqsirləndirilən şəxs barəsində onun vəziyyətini yaxşılaşdıran “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli, 68-VİQD saylı Qanununun tətbiq edilməsi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona vurulmuş zərəri tamamilə ödədiyinə görə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirili bilinərək məhkum edildiyi 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilməsi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 315.1-ci maddəsi ilə təqsirli bilindiyi əməlinin, həmin Məcəllənin 315ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (iki) ay müddətinə və həmin Məcəllənin 315-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzalarını Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaqla Təqsirləndirilən şəxs çəkilməsi üçün 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın müəyyən edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1 və 71.5-ci maddələrinə əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən, həmçinin Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 200 manat cərimə cəzası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs 200 manat cərimə cəzası və 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 04 (dörd) gün müddətin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 200 (iki yüz) manat miqdarında cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 231-ci vərəqində olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Dövlət Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 313 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş predmetlər bədii əhəmiyyət kəsb edir. Cinayət işinin İİİ cildinin 25-56-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 19 avqust 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 185.2.2-ci maddələrindən həmin Məcəllənin 177.2.3, 177.2.4, 183.1 və 185.2.2-ci maddələrinə tövsif olunması, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, məhəllə 21/13 ünvanında yerləşən ”Sem San” şirkətinə məxsus mağazadan oğurlanmış 4 ədəd samovar, 1 ədəd dəbilqə (sərpuş), 2 ədəd aftafa, 1 ədəd durna çırağı, 2 ədəd 1 qulplu qab (birəlli), 2 ədəd kasa, 1 ədəd 2 qulplu qab (satıl), 1 ədəd üzəri qulplu qab (satıl), 3 ədəd çömçə, 1 ədəd məcməyi, 1 ədəd kəfkir, aftafa-ləyən dəsti, 1 ədəd şamdan, 1 şamdan formalı kalonna, 2 ədəd həvəngdəstə, 1 ədəd zəng, 2 ədəd 4 kiloqramlıq, 1 ədəd 2,8 kiloqramlıq külçələr, 1 ədəd 137 kiloqramlıq, 2 ədəd 80 kiloqramlıq, 1 ədəd 70 kiloqramlıq, 1 ədəd 50 kiloqramlıq, 1 ədəd 30,75 kiloqramlıq, 1 ədəd 23 kiloqramlıq, 1 ədəd 17 kiloqramlıq və 1 ədəd 5,25 kiloqramlıq oymaqlar iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və “SemSan” şirkətinə qaytarılması, hadisə yerlərindən götürülmüş şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan və Təqsirləndirilən şəxs əl izləri ilə eynilik təşkil edən əl izlərinin iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və digər əl izləri ilə birlikdə cinayət işinin materiallarına əlavə edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2021-ci il tarixli 003-5464-1221 nömrəli məktubla daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış üzərində Az **-JO-*** dövlət qeydiyyat nişanı gəzdirən avtomobilin xx.xx.2021-ci il tarixdə olan hərəkəti barədə məlumatların əks olunduğu 01 ədəd “DVD” diskin iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs talama məqsədilə olmadan qanunsuz olaraq ələ keçirərək qaçırdığı **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21065” minik markalı avtomobilin və **-JO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobilin iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və həmin avtomobillərin sahiblərinə qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Nümayəndə1 tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, “SemSan” şirkətinə dəymiş ziyan tam ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, C/İ-2160 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hökm Ağdaş rayon İcra və Probasiya şöbəsinə daxil olmamışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə X5 barəsində 4000 manat məbləğində cərimə cəzası daxil olmuş və qeyd edilən şəxs Təqsirləndirilən şəxs qardaşıdır. X5 4000 manat məbləğində cərimə cəzasından 340 manat ödəmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.1-ci maddəsinə əsasən xüsusi tarixi, elmi, ədəbi və ya mədəni dəyəri olan əşyaları və ya sənədləri üsulundan asılı olmayaraq talama - əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən həmin əməllər təkrar törədildikdə - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 183.1 və 185.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 ilə barışdığını, vurulmuş zayanın tam ödənildiyini və sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(006)-57/2018-ci il tarixli hökmü ilə) hazırkı cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən, yəni xx.xx.2020-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməlini 01 aprel 2021-ci il tarixdə törətmiş və həmin əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 183.1 və 185.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 183.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut olan - Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, məhəllə 21/13 ünvanında yerləşən ”Sem San” şirkətinə məxsus mağazadan oğurlanmış 4 ədəd samovar, 1 ədəd dəbilqə (sərpuş), 2 ədəd aftafa, 1 ədəd durna çırağı, 2 ədəd 1 qulplu qab (birəlli), 2 ədəd kasa, 1 ədəd 2 qulplu qab (satıl), 1 ədəd üzəri qulplu qab (satıl), 3 ədəd çömçə, 1 ədəd məcməyi, 1 ədəd kəfkir, aftafa-ləyən dəsti, 1 ədəd şamdan, 1 şamdan formalı kalonna, 2 ədəd həvəngdəstə, 1 ədəd zəng, 2 ədəd 4 kiloqramlıq, 1 ədəd 2,8 kiloqramlıq külçələr, 1 ədəd 137 kiloqramlıq, 2 ədəd 80 kiloqramlıq, 1 ədəd 70 kiloqramlıq, 1 ədəd 50 kiloqramlıq, 1 ədəd 30,75 kiloqramlıq, 1 ədəd 23 kiloqramlıq, 1 ədəd 17 kiloqramlıq və 1 ədəd 5,25 kiloqramlıq oymaqların “SemSan” şirkətinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - hadisə yerlərindən götürülmüş şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan və Təqsirləndirilən şəxs əl izləri ilə eynilik təşkil edən əl izləri və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2021-ci il tarixli 003-5464-1221 nömrəli məktubla daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış üzərində Az **-JO-*** dövlət qeydiyyat nişanı gəzdirən avtomobilin xx.xx.2021-ci il tarixdə olan hərəkəti barədə məlumatların əks olunduğu 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs talama məqsədilə olmadan qanunsuz olaraq ələ keçirərək qaçırdığı **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21065” minik markalı avtomobilin və **-JO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 183.1 və 185.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatına görə 540 (beş yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4, 183.1 və 185.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 12 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, məhəllə 21/13 ünvanında yerləşən ”Sem San” şirkətinə məxsus mağazadan oğurlanmış 4 ədəd samovar, 1 ədəd dəbilqə (sərpuş), 2 ədəd aftafa, 1 ədəd durna çırağı, 2 ədəd 1 qulplu qab (birəlli), 2 ədəd kasa, 1 ədəd 2 qulplu qab (satıl), 1 ədəd üzəri qulplu qab (satıl), 3 ədəd çömçə, 1 ədəd məcməyi, 1 ədəd kəfkir, aftafa-ləyən dəsti, 1 ədəd şamdan, 1 şamdan formalı kalonna, 2 ədəd həvəngdəstə, 1 ədəd zəng, 2 ədəd 4 kiloqramlıq, 1 ədəd 2,8 kiloqramlıq külçələr, 1 ədəd 137 kiloqramlıq, 2 ədəd 80 kiloqramlıq, 1 ədəd 70 kiloqramlıq, 1 ədəd 50 kiloqramlıq, 1 ədəd 30,75 kiloqramlıq, 1 ədəd 23 kiloqramlıq, 1 ədəd 17 kiloqramlıq və 1 ədəd 5,25 kiloqramlıq oymaqların “SemSan” şirkətinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan - hadisə yerlərindən götürülmüş şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan və Təqsirləndirilən şəxs əl izləri ilə eynilik təşkil edən əl izləri və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələrin İdarəetmə Xidmətindən xx.xx.2021-ci il tarixli 003-5464-1221 nömrəli məktubla daxil olmuş Təhlükəsiz Şəhər Xidmətinin videoqeydiyyat sistemi vasitəsi ilə qeydə alınmış üzərində Az **-JO-*** dövlət qeydiyyat nişanı gəzdirən avtomobilin xx.xx.2021-ci il tarixdə olan hərəkəti barədə məlumatların əks olunduğu 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs talama məqsədilə olmadan qanunsuz olaraq ələ keçirərək qaçırdığı **-BE-*** dövlət qeydiyyat nişanlı “VAZ 21065” minik markalı avtomobilin və **-JO-*** dövlət qeydiyyat nişanlı “VAZ 21070” minik markalı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 109,50 (yüz doqquz manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 90 (doxsan) iş saatına görə 540 (beş yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar