Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-460/2024 07.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - X2 Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək şərəf və ləyaqətini qəsdən alçaldan, onu cəmiyyətdə, tələbə yoldaşlarının gözü qarşısında təhqir edən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmü çıxarılmasını, həmçinin X1 onu təhqir etməsi nəticəsində vurmuş olduğu mənəvi zərərin əvəzi olaraq, 3000 manat pulun tutularaq "Yaşat” Fonduna ödənilməsi barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə xüsusi ittiham qaydasında şikayəti daxil olmuşdur. Ərizəsində qeyd etmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Dillər Universitetinin rus dili müəlliməsi X4r. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən X5 cəmiyyyət içində, 4 illik təhsil aldığı univeristetdə, auditoriyada tələbə yoldaşlarının qarşısında, onun şərəf və ləyaqətini qəsdən alçatmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 14:50-də, 2-ci dərs saatında Arzu Ağakişiyeva tələbələrə mühazirə yazdırarkən, mən icazə alıb sinif otağından çıxdıqdan sonra, anidən tələbələrə “Емелдан бъёт баклуши” cümləsini yazırdırmaq istəyərkən, tələbələrdən bir neçə nəfər ona irad bildirdikdə, onların üstünə qışqıraraq, “sizə yazın deyirəmsə, yazmaq lazımdır” demişdir. Daha sonra auditoriyada olan tələblərə bu cümləni yazdırmışdır. Həmin zaman tələbələrin bir neçəsinin gülüşləri, eləcə də digərlərinin etirazına baxmayaraq yazdırmış və heç nə olmaz deyə bildirmişdir. 1-ci kursda dərsdən kənar onun ödənişli hazırlığına getməyə məcbur etmiş, lakin, onun hazırlığına getmədiyimə görə o vaxtdan indiyədək keçirilən dərslərdə mənimlə açıq şəkildə qərəzli mönqedə olmuşdur. Həmçinin, qrupun tələbələrindən məcburiyyət qarşısında qalıb onun hazırlığına gedib, ona pul verənlərə heç bir problem yaratmamış, lakin onun kimi hazırlıqdan imtina edən bir neçə tələbəyə qərəzli yanaşaraq, daim mənəvi və psioxoloji basqı altında saxlamışdır. Onu təhqir etməsilə bağlı, qohumu Nicat Əliyev xx.xx.2024-cü il tarixdə universitetin rektor köməkçisi Anar Osmanlıya müraciət etmiş və müəllimə A.Ağakişiyeva otağa dəvət edilmişdir. Məsələ ilə bağlı, danışılan zaman, o bunun təhqir olmadığını bildirmiş, lakin ondan həmin adi sözü, cümlə formasında öz adıyla(Arzu) qrupda tələbələrin qarşısında işlətməsini istəndikdə, “mən o vəziyyətdə deyiləm ki, öz adımı o cümlədə işlədim” deyə dəfələrlə etiraz etmişdir. “Google translate” proqramı vasitəsilə tərcümə edilmiş həmin ifadənin nalayiq sözlə olan tərcüməsi ona təqdim olunduqda, proqramın səhv tərcümə etdiyini, eləcə də dediyi və yazdırdığı ifadələrə görə peşman olmadığını, buna görə də heç kimdən üzr istəməyəcini bildirdi. Baş vermiş hadisəsən dərin sarsıntılar keçirmiş, buna görəə də məhkəmədən şikayətin icraata qəbul edilərək baxılmasını istəmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən X6 çıxış edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətindən imtina edir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasına gələrək ifadə vermiş X5 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən aydın olur ki, xüsusi ittiham qaydasında verilmiş şikayətindən imtina edərək geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, şikayət vermiş şəxs X1 müraciətini nəzərə alaraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 300.1 və 300.1.3-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. CPM-in 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 15-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafiə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilməlidir. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafiəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Məhkəmə, yuxarıda sadalanan normaları rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi X1 müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Presedent” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X6 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Müdafiəçi tərəfindən X1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduqdan sonra 20 gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-460/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-460/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver