Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-461/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda «İnstagram» sosial şəbəkəsində tanış olduğu şəxsin yönləndirilməsinə əsasən «Qobu» yolu adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, 0,710 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış və 22 may 2022-ci il tarixdə saat 19:40 radələrində ünvan 3 ünvanın qarşısında olarkən “Toba” markalı velosipedin oğurluğu hadisəsində şübhəli olduğu üçün Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmiş, bölmədə özünü narkotik vasitələrin dövriyyəsində şübhəli apardığı üçün üzərinə keçirilmiş şəxsi axtarış və götürmə keçirilən zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümündə ümumi təmiz çəkisi 0,710 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 may 2022-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində tanımadığı şəxsdən 65 manat məbləğində pulun qarşılığında 2 qram çəkisi olan narkotik vasitə heroin sifariş etmişdir. Bundan sonra həmin şəxs hesab nömrəsini xatırlamadığı hesab kartının şəklini ona göndərmiş və 65 manat məbləğində pulu həmin hesab kartına göndərməsini istəmişdir. O, da yaşadığı evin yaxınlığında olan “Milliön” aparatı vasitəsi ilə 65 manat məbləğində pulu həmin şəxsin göndərdiyi hesab kartına göndərmişdir. Təxminən 1 saat keçdikdən sonra həmin şəxs ona Qobu yolunda daşın altında yerləşdirdiyi narkotik vasitə heroinin şəklini göndərmiş və həmin narkotik vasitə olan heroini götürməsini bildirmişdir. O, da həmin gün, yəni 19 may 2022-ci il tarixdə saat təxminən 20 radələrində taksi ilə Qobu yoluna getmiş və həmin heroini daşın altından götürüb öz istifadəsi üçün əynində olan qara rəngli şalvarın cibinə qoyub yenidən yaşadığı evə qayıtmışdır. Həmin heroinin çox hissəsini istifadə edib qalan hissəsini də yenidən öz istifadəsi üçün əynində olan qara rəngli şalvarın sol cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 19:40 radələrində ünvan 4 ünvanın qarşısında olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan başqa polis əməkdaşları onun oğurluq hadisəsində şübhəli olduğunu bildirib, onlarla birlikdə Nərimanov RPİ-nin 16cı PB-nə getməsini demişlər. O da polis əməkdaşlarının təklifi əsasında 16-cı PB-nə getmişdir. Polis bölməsinə gətirildikdən sonra orada ona “Toba” markalı, velosipedin oğurluğunda şübhəli olduğu bildirilmişdir. O da polis əməkdaşlarına bildirmişdir ki, "Toba” markalı velosipedi xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı, yəni Nəsimi rayonu Xan Şuşinski küçəsi 3 saylı evin qarşısında olduğu zaman adının Kənan olduğunu bildiyi şəxsdən 75 manata almışdır. Bundan sonra həmin velosipedə görünüş vermək üçün qara rəngə boyamış və əlavə işıq quraşdırmışdır. xx.xx.2022-ci il tarixdə pul lazım olduğu üçün "Toba” markalı velosipedi satmaq qərarına gəlmiş və həmin velosipedi 165 manata “Tap.az” elan saytında satılması üçün elan vermişdir. O, polis bölməsində bunları polis əməkdaşlarına izah edərkən üzərində narkotik vasitənin olduğu üçün narahat olmuş, bu səbəbdən də həyacanlanaraq özünü daha da şübhəli aparmışdır. Həyacanlanaraq özünü şübhəli apardığı üçün polis əməkdaşları onun narkotik vasitələrin təsiri altında olmasından şübhə etmiş və üzərində şəxsi axtarış aparılması üçün onu həmin bölmənin xidməti otaqlarından birinə dəvət etmişlər. Həmin bölmənin xidməti otaqlarından birinə keçmiş və hüquqlarını müdafiə etmək üçün bölməyə vəkil dəvət olunmuşdur. Dəvət olunmuş vəkil bölməyə gəldikdən sonra polis əməkdaşlarından biri ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Bundan sonra ona üzərindəki əşyaları çıxarıb stolun üstünə qoymağını təklif etmişlər. O da artıq başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli şalvarın sol yan cibindən içərisində 02 ədəd naqilsiz qulaqcıq olan qutunu, azadlığın məhdudlaşdırılmasına dair təyin edilmiş 01 ədəd aparatı, 01 ədəd şəffaf rəngli sellofan bükümünü, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd "Samsung A 10S" markalı mobil telefonu, 01 ədəd elektron tərəzini, 02 ədəd bıçağı, həmçinin əynində olan qara rəngli şalvarın arxa sağ cibindən içərisində özünə məxsus olan şəxsiyyət vəsiqəsi, 11 manat məbləğində pul olan pul kisəsini və 01 ədəd enerji naqilini çıxararaq masanın üzərinə qoymuşdur. Həmin vaxt bükümün içərisində nə olduğu soruşulanda, səmimi olaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan əlavə olaraq həmin heroini xx.xx.2022-ci il tarixdə “İnstagram" sosial şəbəkəsində tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Daha sonra üzərinə baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş bir büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 22 may 2022-ci il tarixdə PB-də əməliyyat qrupunda xidmətdə olarkən X6 şikayət ərizəsi əsasında hadisənin törətmiş şəxsin müəyyən edilməsi məqsədi ilə PB-nin təhqiqatçısı Rəşad Əhmədovun vermiş olduğu əməliyyat tapşırığına əsasən sahə rəisi Şahid1la birlikdə oğurlanmış «Toba» markalı velosipedi «Tap.az» elan saytında satan Təqsirləndirilən şəxs həmin gün saat 19:40-da yaşadığı ünvan 5 ünvanın qarşısından şübhəli şəxs qismində saxlanılaraq tərəflərindən Nərimanov RPİ-nin 16-cı PB-nə gətirilmişdir. Polis Bölməsində xidməti otaqlarının birində Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilmiş və həmin şəxs özü barədə məlumat verdikdən sonra təhqiqatçı tərəfindən üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən qulaqcıq qutusunu, azadlığın məhdudlaşdırılmasına dair təyin edilmiş 01 ədəd aparatı, 01 ədəd şəffaf rəngli sellofan bükümünü, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd "Samsung A 10S" markalı mobil telefonu, 01 ədəd elektron tərəzini, 02 ədəd bıçağı, həmçinin əynində olan qara rəngli şalvarın arxa sağ cibindən pul kisəsini və 01 ədəd enerji naqilini çıxarıb masanın üzərinə qoymuşdur. Pul kisəsinə baxış keçirilən zaman içərisində Təqsirləndirilən şəxs məxsus olan şəxsiyyət vəsiqəsi, 11 manat məbləğində pul olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulanda o, həmin bükümün içərisindəki maddənin “kakos" adlandırılan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni “instagram” sosial şəbəkəsi vasitəsi ilə tanımadığı şəxsdən Qobu qəsəbəsində ödəmə vasitəsi ilə 65 manata alıb özünün istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, tərtib olunmuş protokol ucadan oxunmuş, düzgün tərtib olunduğuna görə həmin protokola və zərfin üzərinə imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin polis sahə rəisi Şahid1 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin 13-14-cü vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 23-24-cü vərəqələrində olan “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022ci il tarixdə saat 19.40 radələrində Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 16-cı PB-nə gətirilmişdir. 16-cı PB-də ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olundu. Nərimanov RPİ 16-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və sahə rəisi, Şahid1 və “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən qutunun içərisində olan 02 ədəd naqilsiz qulaqcıq, azadlığın məhdudlaşdırılmasına dair təyin edilmiş aparatın adaptoru və şəffaf sellofana bükülmüş içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli, toz şəkilli, maddə olan 01 ədəd markalı mobil telefonu, 02 ədəd bıçağı ve elektron tərəzini, həmin şalvarın arxa sağ yan cibindən isə içərisində 10 manatlıq va 1 manatlıq pul askinazlarını və 01 ədəd telefon enerji naqilini təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddə narkotik vasitə hesab olunan “Kakos” adı ilə tanınan heroindir. Təqsirləndirilən şəxs üzarindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında «İnsitagram» sosial şəbəkəsindən tanımadığı şəxsdən 2 qram olmaqla 65 manata almış, lakin çox hissəsini özü istifadə etmişdir. Lakin elektron tərəzi barədə verilən suala cavab olaraq bildirmişdir ki, narkotik vasitəni alarkən çəkisində aldadılmasın deyə öz üzərində daşımışdır. Həmin narkotik maddəni əynində olan qara rangli şalvarının sol yan cibində öz istifadəsi üçün saxlamışdır. Bu gün, yəni xx.xx.2022-ci il tarixdə saat 19.40 radələrində yaşadığı ünvan 8 ünvanın qarşısında olarkan polis əmakdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştiraki ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Cinayət işinin 34-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2022-ci il tarixli, 6/2923 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri və imzalar qed edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,710 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 82-86-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-609/2022 saylı qərarından görünür ki, vəsatət və təqdimatın qismən təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs oğlnun barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin 2 (iki) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 22 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 88-95-ci vərəqələrində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-469/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 01 (bir) gün tutulma müddətinin 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabə tutularaq, 02 (iki) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmışdır. Cinayət işinin 101-ci vərəqində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(005)-89/2022 nömrəli qərarından görünür ki, təqdimatın təmin olunması, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-469/2021 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 (iki) il 02 (iki) ay 16 (on altı) gün müddətin Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 08 (səkkiz) gün müddətində azadlıqdan məhrum etmə cəzasına bərabər tutulması və azadlıqdan məhrum etmə cəzasının müddətinin həmin həddə müəyyən olunması, X3 cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 02 iyin 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 102a-ci vərəqində olan "xxxx" MMC tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 104-cü vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 128-130-cu vərəqələrində olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 3/719 nömrəli, 03 iyun 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən 02 (iki) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərlərində sonradan dəyişiklik edilməyib. Cinayət işinin 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsinin Ambulator X1 dair xx.xx.2022-ci il tarixli, 3249 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 133-144-cü vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş – 0,710 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,660 qram narkotik vasitə heroinin və 01 ədəd elektron tərizinin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənək saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, iş üzrə şəxsi axtarış və götürmə aparlmasına dair video görüntünü əks etdirən 1 ədəd CD diskin iş üzrə maddi sübut hesab edilməsi və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini təqdim etməsi müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0,710 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür.». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, X8 əvvəllər məhkum edilsə də, onun bu məhkumluğu (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli hökmü) azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(006)-89/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş və çəkilməmiş hissəsi 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün təşkil edən azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza müəyyən edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 22 may 2022-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(006)-89/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində müəyyən edilmiş və çəkilməmiş hissəsi 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün təşkil edən azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 22 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,660 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-461/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-461/2022
16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver