Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-462/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1960-cı il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə qohumluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış əmlak mübahisəsini həll etmək məqsədi ilə ünvan 2 ünvanında yerləşən, sonuncunun baş həkim işlədiyi «Yaşam» Klinikasının qarşısına gələrək, orada Zərərçəkmiş şəxs gözləyərək, onunla görüşə bilmədikdə həmin tarixdə saat 14:30 radələrində «Yaşam» klinikasından işdən çıxıb idarə etdiyi «Toyota Prado» markalı **- HM-*** dövlət nömrə nişanlı avtomaşını ilə hərəkət edən Zərərçəkmiş şəxs avtomaşınının qabağına qəsdən çıxaraq avtomobilin hərəkətini dayandırmaq məqsədilə ayağı ilə avtomobilin qabaq hissəsinə təpiklə vurub, özünü qəsdən yerə atmış, Zərərçəkmiş şəxs ona yaxınlaşan zaman ona qarşı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər edərək küçədə ətrafda olan şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs sifətinə yumruqla vuraraq sonuncunu nalayiq ifadələrlə söyüb təhqir edib ətrafa yığışan şəxslərin gözü qarşısında qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmiş və ictimai qaydanı pozaraq sonuncunu əli və ayağı ilə sifət və baş nahiyyəsinə qəsdən vuraraq ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alnın sol yarısının tüksüz hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun mərhum X2nın həyat yoldaşıdır. X2 07 dekabr 2021-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra onların arasında olan münasibətlər gərginləşməyə başlamış, ondan əvvəl aralarında hər-hansı bir gərginlik olmamışdır. Bacısı vəfat etməzdən öncə o, icra ilə bağlı müvafiq sənədlərlə bağlı problemləri olduğu üçün evi bacısının adına keçirtmişdir. Bacısı rəhmətə getdikdən sonra o, ata yurdu olan evi yenidən öz adına keçirmək üçün bacısı qızı ilə müvafiq razılaşmaya gəlmişlər. Bundan sonra o, evi öz adına keçirmək üçün bacısının həyat yoldaşı ilə görüş təyin etmişdir. Lakin onlar görüşdükdən sonra o, işin nə yerdə olduğu barədə bacısının həyat yoldaşından soruşduqda Ceyhun Leylanın ona bu işlə bağlı heç bir sənəd vermədiyini bildirmişdir. Bundan sonra o, Leylaya zəng edərək ondan nə üçün sənədləri vermədiyini soruşmuş, bu zaman Leyla onu təhqir etməyə başlamış, borcu olmadığı halda anasına məxsus qızılları istəmişdir. Bundan sonra o, evini yenidən geri qaytarmaq üçün məhkəməyə vermişdir. Sonra ona məlum olmuşdur ki, Ceyhun evi alqı-satqı yolu ilə öz əmisi qızının adına keçirmişdir. Bundan sonra 09 mart 2023-cü il tarixdə Ceyhun öz maşını ilə hərəkətdə olduğu zaman o, özünü maşının qarşısına atmışdır. Ceyhun maşından düşərək ona yaxınlaşmış və təpik ataraq ona söyüş söyməyə başlamışdır. Bundan sonra o, Ceyhunu vurmuş, həmin ərəfədə ona yaxınlaşıb onu vuranları özündən kənarlaşdırmaq məqsədilə vurmuşdur. Son olaraq əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Yaşam» Tibb Mərkəzinin baş həkimi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun qaynıdır. Həyat yoldaşı Zenfira Hacıyeva vəfat etməzdən əvvəl onun xəbəri olmadan Təqsirləndirilən şəxs Zenfira Hacıyevanın adına 45.000 manat pul bankdan kredit götürmüş və həmin kredit borcundan 25.000 manat borcu qalmışdır. Onun bu hadisədən həyat yoldaşı öldükdən sonra xəbəri olmuşdur. Həyat yoldaşı Zenfira Hacıyeva qardaşı Təqsirləndirilən şəxs pulunu tələb etməyə başlamış, xeyli müddətdən sonra Təqsirləndirilən şəxs həmin pulun qarşılığında Şamaxı şəhərində yerləşən ona məxsus evi 2017-ci ildə Zenfira Hacıyevanın adına keçirmişdir. Həyat yoldaşı Zenfira Hacıyeva vəfat etdikdən sonra onun varisi qızı Şahid3 olduğu üçün həmin ev onun adına keçmişdir. Sonra Təqsirləndirilən şəxs Leyladan həmin evi istəmiş, lakin Leyla evi ona verməkdən imtina etmişdir. Şahid3 ona bildirmişdir ki, həyat yoldaşının adına olan krediti öz öhdəliyinə götürəcəyi təqdirdə evi onun adına keçirə bilər. Təqsirləndirilən şəxs isə krediti ödəməkdən boyun qaçırmış və təkidlə evi tələb etmişdir. Qızı Leyla evi ona vermədiyi üçün Təqsirləndirilən şəxs məhkəməyə şikayət etmiş və məhkəmələr qızı Şahid3 xeyirinə qərar çıxarmışdır. Sonuncu dəfə apellyasiya məhkəməsi də qızı Leylanın xeyirinə qərar çıxardıqdan sonra artıq o, evi əldə etmək üçün başqa yola əl atmışdır. Belə ki, 09 mart 2023-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi “Yaşam” klinikasının qarşısına gələrək onun işdən çıxmasını gözləmişdir. O, özünə məxsus “Toyota Prado” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən Sahib qəfildən özünü avomobilin qarşısına atmışdır. O, tez avtomobildən düşdükdən sonra Sahib yerdən ona təpik zərbələri atmışdır. O, əyilib Sahibi tutmaq istədikdə Sahib yumruqla onun çənəsinə var qüvvəsi ilə zərbə endirmişdir. Eyni zamanda Sahib ona zərbə endirdiyi anda nalayiq küçə söyüşləri söyməyə davam etmişdir. Hadisə yerinə gəlmiş klinikanın işçiləri onu klinikaya aparmışlar. Orada ürəkbulantıları olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri təxminən 30-40 dəqiqə davam etmiş, hadisə zamanı ətrafda çoxlu sayda insan olmuş, həmin şəxsləri tanımamışdır. O, Sahibi vurmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır və hazırda ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “Yaşam” Tibb Mərkəzində mühafizəçi işləyir. Zərərçəkmiş şəxs klinikanın direktorudur. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o, klinikanın həyətində olmuşdur. Bu zaman klinikanın direktoru Zərərçəkmiş şəxs özünə məxsus “Toyota” Prado markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə klinikanın həyətindən çıxmışdır. Bu zaman Sahib özünü avtomobilin qabağına atmışdır. Zərərçəkmiş şəxs avtomobildən düşərək Sahibə yaxınlaşdıqda o, yumruqla Zərərçəkmiş şəxs üzündən vurmuşdur. Bu zaman o, yaxınlaşaraq onları aralaşdırmağa, sakitləşməyə çalışmışdır, lakin qarşı tərəf qəzəbli olduğundan onu da söymüşdür. Direktor müavini Şahid2 qaçaraq hadisə yerinə gəlmiş və polisə zəng vuraraq məlumat vermişdir. Şahid2 Sahibi sakitləşdirməyə çalışsa da xeyri olmamışdır. Sahib Şahid2 söyməyə başlamışdır. Polis əməkdaşları gəldikdən sonra Sahibi götürüb aparmışlar. Onlar isə köməkləşərək Zərərçəkmiş şəxs klinikaya aparmış və ona tibbi yardım etmişlər. Hadisə yerinə çoxlu sayda insan toplaşmışdır. Hadisə 30-40 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid4 Şahid5 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır, Təqsirləndirilən şəxs isə onun dayısıdır. Xeyli müddətdir ki, onlarla Təqsirləndirilən şəxs arasında narazılıq davam edir. Narazılığın səbəbi də Təqsirləndirilən şəxs oğlu Orxan və qızı Dinaranın işi ilə əlaqədar mərhum anası Zenfira Hacıyeva 2015-ci ildə 39.000 ABŞ dolları məbləğində pul almış, həmçinin Sahibin qızı Dinara da əmisinin işi üçün də 470 qram çəkidə qızıl almışdır. Xeyli müddət keçdikdən sonra anası onlardan pulu tələb etmişdir. Öz aralarında razılaşmışlar ki, anasının və dayısının rayonda olan ata evi onun anasının adına keçirilsin. Onlar pulun qalanını da hissə-hissə ödəyəcəklərini vəd vermişlər. Lakin anası vəfat etdikdən sonra onlar pulu ödəməkdən imtina etmiş və Sahib rayonda olan evi tələb etməyə başlamışdır. Bununla əlaqədar onları şantaj etmişdir. Həmçinin Sahib rayonda olan evi anasının adından çıxarılaraq onun adına keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmiş, iki dəfə məhkəmə olmuş və hər iki məhkəmə onların xeyrinə qərar qəbul etmişdir. Lakin buna baxmayaraq Sahib yenə onlardan əl çəkmir, onları yenə şantaj etməyə davam etmişdir. Bunun davamı olaraq atası 09 mart 2023-cü il tarixdə axşam işdən evə gələndə demişdir ki, saat 14 radələrində işdən çıxdığı zaman klinikanın qarşısında Sahib özünü onun idarə etdiyi «Toyota Prado» markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomaşınının altına atmış, atası maşını saxlamış və düşüb ona yaxınlaşanda Sahib onu vuraraq xəsarət yetirmişdir. Bununla əlaqədar atası hüquqmühafizə orqanlarına şikayət etmişdir. Bu hadisə zamanı ətrafda olan adamlar oraya toplaşmış, həmçinin klinikanın işçiləri də oraya gəlib hadisənin şahidi olmuşlar. Bildirmişdir ki, atası Zərərçəkmiş şəxs Sahibi vurmamış, atasının və hadisənin şahidlərinin dediklərinə görə Sahib oraya hazırlıqlı gəlmiş, həmin vaxt oraya toplanan şəxslər onun nalayiq hərəkətlərini görüb yaxınlaşaraq onu sakitləşdirmək istədikləri zaman o, həmin şəxsləri də söyüb təhqir etmiş və vurmuşdur. Təqsirləndirilən şəxs atasını şərləmək niyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 112 ünvanının qarşısıdır. Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski 112 ünvanının qarşısında Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında mübahisə baş vermişdir. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 11 mart 2023-cü il tarixli, 259 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət – qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan alnın sol yarısının tüksüz hissəsinin yumşaq toxumalarının şişkinlik halında əzilməsi –qançırı- küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Diskə baxış keçirilməsi haqqında” 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs oxşayan şəxs avtomobil yolunun ortasında gəzişərək kiminsə gəlməsini, yəni Zərərçəkmiş şəxs avtomobillə işdən çıxıb gəlməsini gözləyir. Zərərçəkmiş şəxs özünə məxsus maşınla avtomobil yolunda hərəkət edərkən Təqsirləndirilən şəxs avtomaşının qarşısına qaçmaqla sağ ayağı ilə avtomobilin ön bufer hissəsinə təpik vurmaqla avtomobilin üzərinə çıxır və ayağı üstə düşdükdən sonra özünü qəsdən arxası üstə yerə atır. Zərərçəkmiş şəxs maşından düşərək ona yaxınlaşıb yerdən qaldırmaq istəyərkən Təqsirləndirilən şəxs yerdən onun sifətinə yumruq atması müşahidə edilir, həmin an yoldan keçən bir neçə şəxs onlara yaxınlaşıb ayırdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yerdə ayağı ilə itələyir. Bundan başqa digər videogörüntülərdən birində görünür ki, görüntünün 10-cu saniyəsində qırmızı rəngli “Chevrolet” markalı avotmobilin sahibi Zərərçəkmiş şəxs yaxınlaşaraq söhbət edir.Bir neçə dəqiqə sonra tanıdığı şəxsə müvafiq təlimatlar verir və həmin şəxs avtomobilə əyləşərək avtomobili kənar yerə park edir, masşının sahibi isə yenidən Zərərçəkmiş şəxs yanına gedir və bununla videogörüntü bitir. Bundan əlavə digər videgörüntüdə görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilə yaxınlaşaraq avtomobilin şüşə hissəsinə yumruq atır daha sonra isə avtomobilin sağ qabaq qapısını açaraq əks tərəfə doğru hərəkər etdirib qırmağa cəhd edib, qapının şüşəsinə zərbələr vurur. Bunu görən Zərərçəkmiş şəxs öz avtomobilinə yaxınlaşaraq həmin şəxsi avtomobilindən uzaqlaşdırmağa çaılışır. Həmin an Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs yerə itələyərək vurur.Hadisəni kənardan müşahidə edən şəxslər onları ayırır. Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşaraq gedir. Bununla da videogörüntü bitir. “Sübutların qiymətləndirilməsi haqqında” 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, hadisənin görüntülərinin əks olunduğu 01 ədəd yaddaş kartı maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. “Təqsirləndirilən şəxs barədə qətimkan tədbiri seçilməsi barədə” 30 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs 04 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənmişdir, onunla barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut - 01 ədəd yaddaş kartı disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 (min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №1(005)-462/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-462/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver