Məhkəmə qərarları › İş №1(005)-463/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-463/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-463/2022 13.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş Zərərçəkmiş şəxs Balaağa qızının, Təqsirləndirilən Təqsirləndirilən şəxs, Müdafiəçisi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, işləməyən, subay, Bərdə şəhəri Kələntərli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 iyul 2022-ci il tarixində gecə saat 02:00 radələrində kirayə yaşadıqları ünvan 2 ünvanında qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs Balaağa qızı ilə şəxsi münasibətlər zəmnində mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən yumruqla sonuncunun sifət, təpiklə bədəninin müxtəlif nahiyələrinə, şalvarının belindəki kəmərlə təkrarən bədəninin bəzi nahiyələrinə vuraraq ona burun belinin şişkinliyi, hər iki göz altının qançırları və konyuktiva qişaları altına qansızma, sağ üst göz qapağının qançırı, sağ və sol diz oynağının, döş qəfəsinin sol yarısının sıyrıqları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Balaağa qızı ilə təxminən doqquz ay əvvəl tanış olmuş və onunla son altı ay ərzində ünvan 2 ünvanında qeyri-rəsmi, faktiki ər-arvad münasibətində birgə kirayədə yaşamışlar. Bikə təxminən 3-4 gün bundan əvvəl yaşadıqları evdən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında Bikənin hansısa rəfiqəsinin ad günündə iştirak etdiyini bilmiş, Bikə ilə barışıb yenidən birlikdə yaşamaq üçün sonuncuya məxsus mobil telefonuna zəng etmişdir. Bikə cavab verməyərək mesaj yazıb ayrıldığını bildirmişdir. Bikənin bu cür hərəkətini gözləmədiyi üçün bu ona çox pis təsir etmiş və Bikənin olduğu restoranın yerini müəyyən edib söhbət etmək üçün oraya getmişdir. Restorandan artıq çıxdığını müəyyən etmiş və xx.xx.2022-ci il tarixdə saat təxminən 02:00 radələrində yaşadıqları evə gəlmiş, mənzilə daxil olan zaman Bikədən nə üçün bu cür hərəkət etdiyini soruşmuş və əsəbindən Bikənin üzərinə gedərək əllə Bikənin öncə burnundan, daha sonra kürəyindən və təpiklə hər iki ayağından zərbələr vurmuşdur. Sonra belindəki kəməri açıb bir dəfə Bikənin kürək nahiyəsindən vurmuşdur. Bikə telefonunu götürüb polisə məlumat vermişdir. Hadisə daha da böyüməsin deyə o, sakitləşmək üçün evdən çıxıb getmişdir. Yekun olaraq o, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ondan üzr istəməsini nəzərə alaraq barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o, barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Balaağa qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğu ilə təxminən doqquz ay əvvəl tanış olmuş və həmin şəxslə son altı ay ərzində ünvan 2 ünvanda qeyri-rəsmi, faktiki ər-arvad münasibətində birgə kirayədə yaşamışlar. Birgə yaşadıqları müddət ərzində Cahid ilə aralarında əsasən qısqanclıq səbəbindən bir neçə dəfə mübahisələr yaşanmışdır. Cahidin Bakı şəhərinə qonaqları gəldiyi və həmin qonaqların onların kirayə yaşadıqları mənzildə gecələmələri səbəbi ilə o, son dörd günü qeydiyyatda olduğu, anasının yaşadığı mənzildə qalmışdır. xx.xx.2022-ci il tarixdə axşam saatlarında o, rəfiqələrindən birinin “Şam İşığı” adlı restoranda təşkil edilmiş ad günü məclisinə getmişdir. Məclisdə olan zaman Cahid ona mesaj yazaraq axşam birgə yaşadıqları mənzilə gəlməyi tələb etmişdir. Lakin, o, ayrılmaq istədiyini yazmış, sonra zənginə cavab verməmişdir. Əslində Cahiddən ayrılmaq barədə düşüncələri olsa da, bu şəkildə davranmaqda niyyəti Cahidə sürpriz etmək olmuşdur. Mənzildə olduğu vaxt, yəni saat təxminən 02:00 radələrində Cahid mənzilə daxil olan kimi heçnə demədən ona hücum etmiş, bədəninin demək olar ki bütün nahiyələrinə əl və təpik zərbələri vuraraq onu döyməyə başlamışdır. Kəmərlə vurmuşdur. Daha sonra isə o, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə qısa məlumat vermişdir. Hal-hazırda barışdıqlarını və Cahidə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Yekun olaraq o, barışıq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin Nərimanov rayon şöbəsinin canlı şəxsin ekspertizası ilə bağlı 09 iyul 2022-ci il tarixli, 728 nömrəli rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs Balaağa qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-burun belinin şişkinliyi, hər iki göz altının qançırları və konyuktivva qişaları altına qansızma, sağ üst göz qapağının qançırı, sağ və sol diz oynağının, döş qəfəsinin sol yarısının sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xx.xx.2021-ci il taixli Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilərək xitam verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs Balaağa qızı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli barışıq ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxudur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi hərbi bileti və digər sənədlərə müəyyən edilir ki, Təqsirləndirilən şəxs “X2” iştirakçısı olmuş və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il tarixli 2720 nömrəli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” 1-10525 nömrəli meddalla təltif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edirik, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətiq edilərək artıq bir dəfə cinayət məsuliyyətindən azad edildiyindən, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən səmimi peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, göstərdiyi şücayətə görə medalla təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək barəsində ictimai işlər cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqana yaşayış yerinin dəyişdirdikdə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsindən “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 240 (iki yüz qırx) saat ictimai işlər cəzası təyin edilsin. Cəzanın əvvəli ictimai işlər növündə cəzasını çəkməyə başladığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəzanın icrasına nəzarət edən orqana yaşayış yerinin dəyişdirdikdə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının icrası yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Müdafiəçi tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar